İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    340
    İmam Əli əleyhis-salam (günah barəsində) buyurmuşdur:
    (Allah yanında) ən ağır günah insanın yüngül və kiçik hesab etdiyi günahdır.(Çünki günah hətta kiçik olsa belə, ona etinasızlıq cəzadan qorxmamaq və tövbə etməməyə səbəb olur. Nəticədə insanın vərdişinə çevrilərək onun ruhuna nüfuz edir və o, heç bir günahdan – hətta hər nə qədər böyük olsa belə, çəkinmir. )
    341
    İmam Əli əleyhis-salam (bəzi xislətlərin xeyir və ziyanı barəsində) buyurmuşdur:
    Kim öz eybinə (çatışmazlıqları və pisliklərinə) baxsa, başqasının eybini görməz. (Çünki öz pisliklərini düzəltməklə məşğul olar və başqasında eyb axtarmağa növbə çatmaz.) Allahın verdiyi ruziyə razı olan kəs, əlindən çıxan şey üçün kədərlənməz. (Çünki insanın bir şey tapması və onun şəxsin əlində qalması, onun ruzisinin həmin şey olmasının nişanəsidir. Bir şeyi axtarıb tapmırsa, yaxud tapır və sonra əldən çıxarırsa, deməli, o, onun ruzisi deyilmiş. Buna görə də bir şeyi əldə etməmək üçün və ya tapandan sonra əldən çıxarmağa görə kədərlənmək təqdir edilmiş ruziyə razı olmamağa dəlildir.) Kim zülm qılıncını (qınından) çəksə (çox zülm etsə) həmin qılıncla öldürülər (axirətdən əlavə dünyada da məhvə düçar olar). Kim (alət və vasitəsiz, çətin) işlərdə çalışsa və əziyyət çəksə (qəza-qədərdən asılaraq) həlak olar. Özünü çətinlik və əziyyət burulğanlarına atan (zəif olmasına baxmayaraq, böyük işlərə girişən) kəs boğular (məhv olar). Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar (hətta pis iş görməsə belə). Çox danışan kəs çox səhv edər (çünki danışanda fikirləşməz). Çox səhv edən kəsin həyası az olar (çünki çirkin iş onun peşəsi olar). Kimin həyası az olsa onun pərhizkarlıq və günahdan uzaqlığı (da) az olar. (Çünki həyası olmayan kəs heç bir nalayiq işi görməkdən çəkinməz.) Pərhizkarlığı az olanın qəlbi ölər (Allahın rəhmindən uzaq olar. Çünki qəlbin yaşaması günahdan çəkinməkdən asılı, ona bağlıdır). Qəlbi ölmüş şəxs oda daxil olar. (Çünki əbədi cənnət və Allahın rəhmi qəlbi ölənlər üçün deyil.) Kim xalqın eyb və nöqsanlarına baxıb onları bəyənməsə və sonra onları özünə rəva bilsə (özü etsə), deməli, o, elə axmaq və qanmazın özüdür. (Çünki o, düz və doğru bildiyi şeyin əksinə gedib və bu, qanmazlıq və axmaqlıqdır.) Qaneçilik (öz payına razı olmaq və ya qənaət) tükənməz sərvətdir. Ölümü çox yada salan kəs dünyadan aza razı olar. (Çünki ölümdən qafil olmaq insanda dünyaya hərislik gətirir.) Kim danışığının əmələ əsaslanmasını (dediyini etməli olduğunu) bilsə, barəsində qərara gəldiyi və əhəmiyyət verdiyi şeydən başqa az danışar.
    342
    İmam Əli əleyhis-salam (zalım barəsində) buyurmuşdur:
    Zalım insanın üç nişanəsi var: (birincisi:) günah və itaətsizliklə özündən üstün olana (Allaha) zülm edər; (ikincisi:) zor və üstünlüyü ilə əli altında olana zülm edər; (üçüncüsü:) zalımların dəstəsinə (söz, əməl və mal xərcləməklə) kömək edər.
    343
    İmam Əli əleyhis-salam (rahatlıq və çətinlik barəsində) bu¬yurmuşdur:
    Çətinlik və sıxıntının ən son həddə çatmasında rahatlıq, bəla və müsibət halqalarının daralmasında dinclik vardır.(Çünki insan çətinlikdən təngə gələndə xalis niyyət ilə Allaha pənah apararaq çətinliyinin aradan qaldırılmasını istəyər və Allah, rəhmini ona şamil edərək istəyini rəva edər. )
    344
    İmam Əli əleyhis-salam səhabələrinin birinə (arvad-uşaq barəsində) buyurmuşdur:
    İşinin çoxunu arvad-uşağına həsr etmə. Çünki əgər onlar Allahın dostu olsalar, Allah Öz dostlarını puç etməz (və onlara yardım etməkdə başqasına möhtac deyil). Amma əgər Allahın düşməni olsalar, Allahın düşmənləri üçün kədərlənərək iş görməyin nəyə gərəkdir?! (Onun düşmənlərinin vəziyyətini yaxşılaşdırmaq üçün çalışma. Çünki onlara kömək etmək əzab və cəzaya səbəb olur.)
    345
    İmam Əli əleyhis-salam (eyb axtarmaq barəsində) bu¬yur¬muş¬dur:
    Ən böyük eyb və qəbahət özündə olan sifəti (başqasında) nöqsan tutmaqdır.
    346
    İmam Əli əleyhis-salamın hüzurunda bir kişi oğlu olmuş digər bir kişini təbrik edərək belə dedi: Süvari (yaxud zəkalı və zirək) övladın mübarək olsun sənə! (Bu cümlə cahiliyyət dövründə ərəblərin şüarı idi. Onlar bu cümlə ilə təbriklərində uşağın süvarilik və xoşbəxtliyini proqnozlaşdırırdılar.) Sonra İmam əleyhis-salam belə buyurdu:
    (Uşağın olmasını təbrik edəndə) elə demə, de ki: Onu əta edən Allaha şükr olsun, sənə əta edilmiş övlad mübarək olsun, bu övlad tam kamala çatsın və onun yaxşı əməllərindən bəhrələnəsən.
    347
    İmam Əli əleyhis-salamın işçilərindən biri böyük bir ev tikmişdi. Buna görə də İmam əleyhis-salam (sərvətin aşkar olması barəsində belə) buyurdu:
    Dirhəmlər (gümüş pullar) başlarını üzə çıxartdılar (gizlətdiyin şeylər faş oldu). Ev sənin varlılığını vəsf edir (sənin varlılığının nişanəsidir).
    348
    İmam Əli əleyhis-salama dedilər: Əgər birinin evinin qapısını üzünə bağlasalar və onu orada (azuqəsiz) qoysalar, ruzisi haradan gələr? O Həzrət ruzi barəsində buyurdu:
    Əcəl və ölümü gələn yerdən! (Ölümü haradan gəlirsə Allah-təala ruzini də oradan göndərməyə qadirdir. Buna görə də qapının bağlı olması ölümün gəlməsinə mane olmadığı kimi, ruzinin də gəlməsinə mane olmur.)
    349
    İmam Əli əleyhis-salam adamları ölmüş bir tayfaya baş sağlığı verib səbr etmələrini tövsiyə edərək (ölüm barəsində belə) buyurdu:
    Onun bu ölümü nə sizdən başlayıb, nə də sizinlə qurtarır (ki, acı olsun. Əksinə, onda hamı bərabərdir). Sizin bu yoldaşınız (həyatı zamanı) səfərə çıxırdı (sizdən ayrılırdı). Buna görə də belə hesab edin ki, o öz səfərlərinin birinə gedib və sizin yanınıza qayıdacaq. Əgər qayıtmasa, (elə belə də olacaq) siz onun yanına gedəcəksiniz. (Buna görə də ondan ayrılmağa görə qəmlənmək yersizdir.)
    350
    İmam Əli əleyhis-salam (şükr və səbr etməyə həvəsləndirərək) buyurmuşdur:
    Ey insanlar! Allah gərək sizi (Onun) əzab və cəzasından qorxan gördüyü kimi, nemət və bəxşişlərindən də qorxan görsün. (Gərək həmişə Allahın nemətlərinə şükr etməkdə diqqətli olasınız və naşükrlük etməyəsiniz ki, əzab və cəzaya düçar olmayasınız.) Həqiqətən əlində sərvəti artan və onu əzabın tədricən gəlməsi (gəlmə səbəbi) bilməyən (və naşükrlük edən) kəs qorxuludan xatircəm və arxayın (qafil) olub. Həmçinin yoxsullaşan və onu sınaq və imtahan (öz sınağı) bilməyən (və səbrliliyi əldən verən) kəs, ümid bəslənilərək arzulanan (səbrli şəxs üçün nəzərdə tutulmuş) mükafatı zay edib.
    351
    İmam Əli əleyhis-salam (nəfsin istəklərindən uzaq olmaq barəsində) buyurmuşdur:
    Ey nəfsin istəyinin əsirləri, dayanın (ona tabe olmayın)! Çünki dünyaya ürək bağlayanı müsibət və qəm-qüssənin dişlərinin səsindən (qəzəb və sərtlikdən yaranan ağır dərdləri eşitməkdən) başqa bir şey qorxutmur (necə ki, insan birinə qarşı qəzəblənəndə dişlərini bir-birinə sürtür). Ey insanlar! Nəfslərinizi ədəbləndirmək və islah etməklə özünüz məşğul olun (bəyənilənləri öz şüarınız edin) və onları (nalayiq) xislət və vərdişlərə cürət etməkdən qaytarın (ki, qiyamət cəzasından qurtulasınız).
    352
    İmam Əli əleyhis-salam (pis güman barəsində) buyurmuşdur:
    Birindən (birinin ağzından) çıxan söz barəsində nə qədər ki, yaxşı ehtimal verə bilirsən, pis güman etməməlisən. (Nə qədər ki, mümkündür, ona qarşı pis gümanda olma. Həmçinin birindən gördüyün işi bacardıqca yaxşı san. Amma bəzi yerlərdə uzaqgörənliyi əldən vermək olmaz. 110-cu kəlamda nikbinlik və bədbinliyin yerləri müəyyənləşdirilib.)
    353
    İmam Əli əleyhis-salam (salavat göndərməyə təşviq edərək) buyurmuşdur:
    Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahdan hacət və istəyin olanda, öz istəyini Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) salavat göndərməklə başla və sonra öz hacətini istə. Çünki Allah Ondan istənilən iki hacətdən birini (Peyğəmbərə rəhmət və salam göndərməsi istəyini) qəbul edib digərini (sənin öz hacətini) qəbul etməməkdən çox-çox səxavətlidir.
    354
    İmam Əli əleyhis-salam (qalmaqal və çəkişmə barəsində) buyurmuşdur:
    Abrına simiclik edən (abırını qorumağı sevən) kəs, gərək (başqası ilə bir şey barəsində) mübahisə etməyi kənara qoysun. (Çünki mübahisə etmək, xüsusilə eyb axtaranlarla çəkişmək insanın abrını aparır və qəlblərdə ona qarşı kin yaradır.)
    355
    İmam Əli əleyhis-salam (tələskənlik və süstlüyün məzəmmətində) buyurmuşdur:
    (Hər hansı bir işə) imkan yaranandan qabaq (onda) tələsmək və münasib vaxt və fürsət yaranandan sonra süstlük etmək axmaqlıq və qanmazlıqdandır. (Çünki tələsmək ifrat, süstlük isə səhlənkarlıqdır və ağıllı adam onların hər ikisindən uzaq olar.)
    356
    İmam Əli əleyhis-salam (faydasız sual barəsində) buyurmuşdur:
    Olmayacaq şey (məsələn, haqqında bəhs edilən fərzi məsələlər) barəsində sual soruşma. Çünki (şər’i hökmlər və həyati işlər kimi) mövcud şeylərdə sənin üçün məşğuliyyət və iş var (ki, gərək onlarla məşğul olasan).
    357
    İmam Əli əleyhis-salam (bəzi bəyənilən sifətlərə yiyələnməyə təşviq edərək) buyurmuşdur:
    Fikir saf və aydın güzgüdür (ki, işin sonu onda görünür). (Ruzigardan) ibrət götürmək qorxudan öyüdverəndir. Başqasından bəyənmədiyin şeydən (çirkinlikdən) uzaq olmağın ədəb və zinəti sənə bəsdir.
    358
    İmam Əli əleyhis-salam (əməl ilə birgə olan elm barəsində) buyurmuşdur:
    Elm əmələ bağlıdır. Buna görə də kim bildisə əməl etdi (əks halda, yəni, əgər zahirdə bilən kimi görünüb əməl etmirsə, deməli, əslində bilmir). Elm əməli çağırır (özünə tərəf dəvət edir). Əgər onu (onun dəvət və çağırışını) qəbul etsə həmin elmdən xeyir görülür. Əks halda isə elm əməldən uzaqlaşır (həmin elmdən xeyir görülmür, necə ki, nadanlıqdan xeyir əldə edilmir. Deməli, bu elm xeyir verməməkdə nadanlıqla bərabərdir).
    359
    İmam Əli əleyhis-salam (dünyadan uzaq olmaq barəsində) buyurmuşdur:
    Ey insanlar! Dünya malı məhvedici vəba gətirən doğ¬ranmış quru otdur. Buna görə də köçmək və qalmamaq onda qərar tapmaqdan daha xeyirli olan otlaqdan uzaq olun. (Çünki onda qalmaq və ona ürək bağlamaq bədbəxtliyə səbəb olur.) Onun az (bu yolu sona çatdıracaq) ruzi və xörəyi, onun sərvətindən daha pakdır. (Çünki onun dünyada zəhməti, axirətdə isə hesabatı daha azdır.) Onda (hərislik və tamahkarlıq ucbatından) çoxlu sərvət toplayanın (axirətdə) kasıb və yoxsul olması hökm edilib. (Çünki o, dünyada giriftar olub və azuqə götürə bilməyib.) Həmçinin ondan (qənaət etmək və qane olmaqla) ehtiyacsız olan (sərvət toplamayan) kəsin (qiyamət günündə) rahat olmasına kömək edilib. Dünya, onun zinət və bəzəyinin heyrətləndirdiyi kəsin iki gözünü də anadangəlmə kor edib. (Sanki onda görmə əsər-əlaməti yoxdur.) Onunla dostluğu öz peşəsi edən kəs, fikir və zehnini kədərlərlə doldurar və həmin kədərlər onun qəlbində iztiraba səbəb olar. Bir iradə və istək onu (dünya malı əldə etmək üçün) məşğul və giriftar edər, digər bir iradə və istək isə onu qəmləndirər. O, nəfəs yolu (boğazı) tutulana (ölənə) kimi həmişə qəm-qüssə və düşgünlüklərin çəkişməsindədir. Beləliklə, qəlbinin iki damarı qırılmış (həlak olmuş) halda onu səhraya atarlar (qəbristanlıqda torpağa tapşırarlar). Allaha onun məhv olması, qardaş və dostlarına isə onu (qəbrə) atmaq yüngül və asandır. Mömin dünyaya ibrət gözü ilə baxır, naçarlıqdan məcbur olub qarnının ehtiyacı miqdarında qida və ruzi əldə edir və (dünya barəsindəki söhbəti) qəzəb və nifrətlə dinləyir. (İnsanın dünyadakı vəziyyəti isə belədir:) Əgər «filankəs varlı və imkanlı oldu» deyilsə (bir müddətdən sonra) «kasıb və yoxsul oldu» deyilər; əgər varlığına sevinsələr (digər bir gün) yoxluğuna kədərlənərlər. Budur insanın dünyadakı vəziyyəti və hələ (dünyapərəstlərin əzabın ağırlığı və çətinlik və giriftarlığın əbədiliyi səbəbindən Allahın rəhmi və asudəlikdən) naümid olacaqları gün (qiyamət) gəlməyib.
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 701 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024