İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    360
    İmam Əli əleyhis-salam (Allahın savab və cəzası barəsində) buyurmuşdur:
    Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah, (itaətə möhtac olduğu və ya itaətsizlikdən qorxduğu üçün deyil) bəndələrini Öz əzabından saxlayıb onları cənnətə göndərmək üçün bəndəlik və itaətə savab və günaha cəza müəyyənləşdirib
    361
    İmam Əli əleyhis-salam (fitnəkarların və fitnəkarlıq zamanının məzəmmətində) buyurmuşdur:
    İnsanlar üçün elə bir dövran gələcək ki, onda Qur’an¬dan nişanədən (mənaları və həqiqətləri barəsində düşün¬mə¬¬dən yazıb oxumaqdan), İslamdan isə addan (onun hökmlərinə əməl etmədən şəhadətləri deməkdən) başqa bir şey qalmayacaq. Həmin za¬manda onların məscidləri bina (zinət və gözəlliyi) baxı¬mından abad, hidayət baxımından isə (onlarda pərhizkar və hidayət edən olmadığı üçün) virandır və onların sakin və abad¬laşdıranları (məsciddə toplaşanlar) yer üzünün ən pis¬ləridirlər. (Çünki) onlardan fitnə xaric olar və onlarda itaətsizlik və günah yerləşər. Həmin fitnədən kənarlaşan hər bir kəsi ona qaytararlar və ondan arxada qalanı ona tərəf apararlar. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah buyurur: Öz haqqıma and içmişəm ki, həmin insanlar üçün səbrli və ağıllıların onda (ondan qurtulmaqda) sərgərdan qaldığı bir fitnə göndərim. Həqiqətən (O, dediyini) edəndir. Biz Allahdan (fitnəkarlar kimi əbədi cəzaya düçar olmamağımız üçün) qəflət və xəbərsizlik günahından keçməsini istəyirik.
    362
    Nəql edilib ki, İmam Əli əleyhis-salam çox az vaxtlar istis¬na olmaqla həmişə minbərə çıxanda xütbədən qabaq (pərhizkarlıq barəsində belə) buyurardı:
    Ey insanlar! Allahdan qorxun. Heç kəs boş yerə yaradılmayıb ki, oynasın; özbaşına buraxılmayıb ki, yersiz və bihudə iş görsün. Onun özünü bəzəyərək gözəl göstərən dünyası pis baxışın ona çirkin kimi göstərdiyi axirətin əvəzi və yerini tutan deyil. Həmçinin ən yüksək əzm və çalışqanlıqla dünyadan istədiyini əldə edən aldanmış kəs, axirətdən ən az payını və nəsibini əldə etmiş digəri kimi deyil.(Çünki yer üzünün padşahlığını əldə etmiş şəxs, axirət üçün kiçik və az mənfəətli bir iş görmüş kəslə bir və bərabər deyil. Ona görə ki, birincinin qələbə və nailiyyəti bütün saysız-hesabsız çətinlik və qəm-qüssəsinə baxmayaraq sona çataraq yox olur. Digərinin nailiyyəti isə həmişəlikdir və ona heç bir qəm-qüssə yol tapa bilmir. )
    363
    İmam Əli əleyhis-salam (bəyənilən və xoşagələn xislətlər barəsində) buyurmuşdur:
    (İnsanı dünya və axirət səadətinə qovuşduran) İslamdan uca heç bir şərəf və böyüklük yoxdur. Pərhizkarlıqdan (Allahdan qorxmaq və Ona itaət etməkdən) üstün izzət, çəkinməkdən (günahdan və haram olması şübhəli şeylərdən özünü saxlamaqdan) gözəl və möhkəm sığınacaq və tövbədən səmərəli və nicatverici şəfaətçi yoxdur.(Çünki tövbənin icazəyə ehtiyacı yoxdur, halbuki peyğəmbərlər, övliyalar və möminlər günahkarlar üçün şəfaət etmək icazəsi əldə edincəyə qədər ağız aça bilməzlər. Qur’ani-Kərimin Şura surəsinin 25-ci ayəsində buyurulur: «وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ» «Bəndələrinin tövbəsini qəbul edən və günahlardan (onların günahlarından) keçən Odur.» Bəqərə surəsinin 255-ci ayəsində isə belə buyurulur: «مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ» «Onun izni olmadan (qiyamətdə) Onun hüzurunda (günahkara) kim şəfaət edə bilər?» ) Qənaətdən zəngin xəzinə yoxdur və verilmiş ruziyə razı olmaq kimi heç bir sərvət yoxsulluğun qarşısını almır. Ona çatmış şeylə kifayətlənən kəs rahatlığa qovuşub və dinclikdə oturaq salıb. Dünyaya meyl və rəğbət ən ağır çətinliyin açarı və giriftarçılığın miniyidir. Hərislik, təkəbbür və həsəd insanı günahlara düşməyə çağırır. Şər və pislik bütün çirkinlikləri bir yerə toplayır (əhatə edir).
    364
    İmam Əli əleyhis-salam (Həzrət Peyğəmbərin–səlləllahu əley¬hi və alih–səhabələrinin yaxşılarından olmuş) Cabir ibn Abdullah Ənsariyə (din və dünyanın dayağı barəsində) buyurmuşdur:
    Ey Cabir! Din və dünyanın möhkəmlik və bərqərarlığı dörd kəsin vasitəsi ilədir: öz elmini işlədən (onun əsasında davranan və onu xalqa öyrədən) alim, öyrənməyi eyb və ar bilməyən nadan, (başqası barəsində) öz yaxşılıq və ehsanında simiclik etməyən varlı, öz axirətini dünyaya satmayan yoxsul. Buna görə də alim öz elmini işlətməyəndə nadan öyrənməyi ar biləcək, varlı öz yaxşılıq və ehsanında xəsislik edəndə yoxsul axirətini dünyasına satacaq (nalayiq işlər görəcək).
    Ey Cabir! Allah hər kimin nemətlərini (hər kimə əta etdiyi mal, sərvət, böyüklük və bu kimi lütfləri) artırsa, xalqın ona olan ehtiyacları (istəkləri) da artar. Buna görə də kim Allaha görə həmin nemətlərdə vacib olan şeyi yerinə yetirsə, Allah onları davamlı və həmişəlik edər. Amma kim onlarda vacib olanları Allaha görə yerinə yetirməsə Allah onları məhv və yox edər.
    365
    İbn Cərir Təbəri özünün tarix kitabında nəql edib ki, (İmam Əli əleyhis-salamın səhabələrinin yaxşılarından və) İbn Əş’əs ilə Həccaca qarşı müharibə etmək üçün üsyana qalxanlardan olmuş Əbdürrəhman ibn Əbi Leyla Fəqih camaatı cihada (Həccac ilə müharibəyə) həvəsləndirərkən belə deyirmiş: Biz (Siffeyn müharibəsində) Şam əhli ilə qarşılaşdığımız gün Əlinin – Allah saleh və xeyirxahlar içində onun dərəcəsini ucaltsın və ona şəhidlər və doğruçuların savabını əta etsin – (əmr be mə'ruf və nəhy əz münkər barəsində) belə buyurduğunu eşitdim ki:
    Ey möminlər! Kim zülm və sitəm edilməsini və xalqın xoşagəlməz və nalayiq işlərə dəvət edilməsini görsə və onu qəlbi ilə inkar etsə, (qiyamət gününün sorğu-sualından) qurtulub və (günahdan) uzaq olub. (Bu, insan əl və dili ilə həmin şeyi inkar və rədd edə bilməyəndə və ya qorxu və zərər yetirilməsindən amanda olmayan zaman üçündür. Ümumiyyətlə onun hökmü yerlərinin müxtəlifliyi ilə dəyişir.) Kim onu dili ilə inkar etsə savab qazanıb və onun mükafatı qəlbi ilə inkar edəndən çoxdur. Allahın sözünün (din, tovhid və itaətin) uca, zalımların sözlərinin (şirk, küfr, azğınlıq və günahın) alçaq və xar olması üçün onu qılıncı (vuruşma) ilə inkar edən kəs isə hidayət və nicat yoluna çatıb, (Allahın bəyəndiyi) düz yolda dayanıb və (Allah və Peyğəmbərə) yəqinlik və inam onun qəlbində nurlanıb (aşkar olub).
    366
    İmam Əli əleyhis-salam özünün bu məzmunda (əmr be mə'ruf və nəhy əz münkər barəsində) olan digər bir kəlamında da buyurmuşdur:
    Onlardan (inkar edənlərdən) bəziləri pislikləri öz əl, dil və qəlbi ilə inkar edir. Beləliklə, o, gözəl xislətləri sona çatdırıb, kamala yetirib. Bəziləri əli ilə deyil, dil və qəlbi ilə inkar edir. O, iki gözəl xislətdən yapışıb, birini (əl ilə inkar etməyi isə) zay edib. Bəzisi isə əl və dili ilə deyil qəlbi ilə inkar edib. O, üç xislətin ən şərəfli ikisini zay edib və bir xislətdən (qəlb ilə inkar etməkdən) yapışıb.(Çünki əl və dil ilə inkar olmadan ancaq qəlbdə inkar etməyin xaricdə heç bir xeyri yoxdur. Buna görə də o, iki xisləti bundan şərəfli və üstün adlandırıb. ) Bəziləri isə nalayiq işləri dil, qəlb və əli ilə inkar etmir. O, dirilərin ölüsüdür.(Çünki əgər onun imkanı yoxdursa heç olmasa gərək qəlbi ilə inkar etsin. Belə olmasa o, Allaha iman gətirməsində də doğruçu deyil. Çünki Allahı sevən kəs Allahın düşməni olan günahkarı düşmən bilməlidir) Bütün yaxşı əməllər və Allah yolunda cihad etmək, əmr be mə'ruf və nəhy əz munkərin müqabilində geniş dəryaya ağız suyu atmaq kimidir. (Çünki İslamın vücudu əmr be mə'ruf və nəhy əz münkər ilədir.) Əmr be mə'ruf və nəhy əz münkər əcəli yaxınlaşdırmır və ruzini azaltmır(Çünki əcəl öz vaxtında çatar və ruzi, əmr be mə'ruf və nəhy əz münkər edilib edilməməsindən asılı olmayaraq azalıb çoxalmır. Buna görə də canının qorxusundan və ya xalqın qəzəbi nəticəsində ruzisinin azalması təhlükəsindən bütün xoşbəxtliklərin təməli olan bu böyük ibadəti əldən çıxaran şəxs, səhv fikirdədir.). Əmr be mə'ruf və nəhy əz münkərin ən gözəli, zalım padşahın yanında (onu zülmdən saxlayan, xeyir və yaxşılığa sövq edən) bir haqq və düz sözdür (haqq söz deməkdir).
    367
    Əbu Cuhəyfədən(Bu, Vəhəb ibn Abdullah Suainin künyəsidir. O, İmam Əli əleyhis-salamın səhabələrinin yaxşılarından, dostlarından və inanılmışlarından olub. Həzrət onu «Vəhəbul-xeyr» adlandırırdı və onu Kufədə beytülmala məmur təyin etmişdi. ) nəql edilib ki: Əmirəl-möminin Əli əleyhis-salamdan (əmr be mə’ruf və nəhy əz münkər barəsində) belə buyurmasını eşitdim:
    Məğlub olacağınız (bədbəxtçilik və ilahi rəhmdən uzaqda qalmağınız nəticəsində sizdən alınacaq) ilk şey əllərinizlə cihaddır (vuruşmaqdır ki, kafir və müşriklərlə müharibə etməyəcək, fasiq, zalım və günahkarlar barəsində Allahın müəyyən etdiyi cəza növlərini icra etməyəcək və onları məzəmmət edərək ədəbləndirməyəcəksiniz). Ondan sonra (itirəcəyiniz şey) dillərinizlə olan cihaddır (ki, günah və çirkin əməlləri eşidib görəcəksiniz, amma görməmiş və eşitməmiş sayacaqsınız). Ondan sonra isə qəlblərinizlə olan cihaddır (ki, zalım və pis əməl sahiblərinə xeyir yetirəcək, onlarla dostluq edəcək və onlara ehtiram göstərəcəksiniz).(Yoxsul pərhizkar və yaxşılara isə etinasızlıq göstərəcək, onlardan uzaqlaşacaqsınız. Həmin zaman dinin işi sona çatmış olacaq. Çünki əl və dil ilə cihad etmək mümkün olmasa da qəlb ilə cihad etməyə, hətta üzdə aşkar edə bilməsə də, hamının gücü çata bilər. İndi əgər onu da tərk etsələr, bu, əxlaqın dəyişməsi və dünya və axirətdə azğınlıq və bədbəxtlik nişanəsidir.) Buna görə də qəlbi ilə bəyənilən işi tanımayan və nalayiq əməli inkar etməyən kəs (yaxşı əməl sahiblərini sevməyən və pis əməlliləri düşmən hesab etməyən – bu, əmr be mə’ruf və nəhy əz münkər məsələsində vacib olan işin ən aşağı həddidir –) tərsinə çevriləcək və başı aşağı, ayağı isə yuxarı olacaqdır (dünyada rahatlığı olmayacaq və sərgərdan qalacaq, axirətdə isə səadətini əldən verərək əbədi cəzaya düçar olacaqdır).
    368
    İmam Əli əleyhis-salam (haqq və batil barəsində) bu¬yur¬muşdur:
    Haqq (zahirdə) çətin və ağır, amma (batində) şirin, batil isə (zahirdə) yüngül və asan, lakin (batində) vəbagətiricidir (məhvedicidir).
    369
    İmam Əli əleyhis-salam (insanların aqibəti barəsində) buyurmuşdur:
    Bu ümmətin ən yaxşısı üçün belə Allahın əzab və cəzasından arxayın və xatircəm olma. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Ə'raf surəsinin 99-cu ayəsində) buyurub ki: «فَلا يَأْمَنُ مَكْرَ اللّهِ إِلاَّ الْقَوْمُ الْخَاسِرُونَ» «Allahın cəzasından ziyana uğramış tayfadan başqa heç kəs xatircəm olmaz.» Bu ümmətin ən pisi üçün belə Allahın rəhm və mərhəmətindən naümid olma. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Yusuf surəsinin 87-ci ayəsində) buyurub ki: «إِنَّهُ لا يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ» «Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.» (Buna görə də hamının işinin sonunun necə olacağını Allah bildiyi üçün heç kəs zahiri vəziyyətə arxayınlaşıb onun aqibətindən xatircəm və ya naümid olmamalıdır.)
    370
    İmam Əli əleyhis-salam (xəsislik və simicliyin məzəmmətində) buyurmuşdur:
    Xəsislik pislik və çirkinliklər toplusudur. O, (insanın,) vasitəsi ilə hər bir pisliyə çəkildiyi cilovdur. (Çünki xəsislik insanı həsəd, hərislik, qohumlarla əlaqələri kəsmək, zəif və yoxsullara zülm etmək və bu kimi günahlara çəkir.)
    371
    İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur:
    Ruzi iki növdür: sənin axtardığın ruzi və səni axtaran ruzi ki, sən ona tərəf getməsən də o, sənə tərəf gələcəkdir. Buna görə də ilinin qəm-qüssəsini gününün qəm-qüssəsinə yükləmə. Sənə hər gün həmin günün öz ruzisi bəsdir. Belə olan halda, əgər (ruzisinin qəm-qüssəsini çəkdiyin) il sənin ömründən olsa, Allah-təala yeniləşən hər sabahda sənə ayırdığı ruzini tez sənə çatdıracaq. Amma əgər (həmin) il sənin ömründən olmasa, sənin olmayan şeyin qəmini çəkməklə nə işin var? Heç bir axtaran sənin ruzində səndən qabağa düşə bilməz və heç bir güclü onda sənə qalib gələ bilməz (və onu sənin əlindən ala bilməz). Sənin üçün təqdir edilmiş şey heç vaxt gecikməyəcəkdir (öz vaxtında çatacaqdır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bu kəlam (hər bir kəsin təqdir edilmiş ruzisinin gəlib çatması cümləsi) bu fəsildə bundan öncə (iki yüz əlli doqquzuncu kəlamda) keçdi. Amma burada daha aydın və geniş izahlı olduğu üçün kitabın əvvəlində qoyulmuş qaydaya əsasən onu bir daha, ikinci dəfə bəyan etdik.
    372
    İmam Əli əleyhis-salam (dünyanın uyuşmazlığı barəsində) buyurmuşdur:
    Nə çox gündüzə üz tutan ki, ona arxa çevirə bilməz (əcəl ona axşama çıxmağa imkan verməz). Nə çox gecənin əvvəlində (vəziyyətinin yaxşılığına) qibtə edilən ki, gecənin axırında ona ağlayanlar ayağa qalxdılar. (Bəli, gecənin əvvəlində taxt-tacı var idi, səhər tezdən isə torpağın altına getdi. Buna görə də ağıllı adam dünyaya və onun malına ürək bağlamaz və öz dinini və əbədi xoşbəxtliyini ona satmaz.)
    373
    İmam Əli əleyhis-salam (söz barəsində) buyurmuşdur:
    Nə qədər ki, danışmamısan, söz sənin əsirindir. Elə ki dilə gətirdin sən onun əsirisən. (Əvvəlcə sən ona hakim idin, indi isə o sənə hakimdir və istəsə sənə xeyir gətirər, istəsə ziyan.) Buna görə də qızıl və gümüşü xəzinədə saxladığın kimi dilini də (ağız xəzinəsində) saxla. Çünki ola bilər ki, bir kəlmə, neməti əldən çıxarsın və qarşıya əzab və çətinlik gətirsin. (Buna görə də gərək çox danışılmasın və düşünmədən bir söz deyilməsin.)
    374
    İmam Əli əleyhis-salam (yenə də söz barəsində) bu¬yur¬muşdur:
    Bilmədiyini demə. (Çünki o, ya yalandır, ya da yalan ehtimalı olan bir şey. Nadanlıq və cahillik üzərində olan hər bir sözdən isə çəkinmək vacibdir.) Hətta bildiyin hər şeyi də demə. (Çünki sənin özünə və ya başqasına ziyanı ola bilər, birinin sirrini açmaq kimi.) Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, sənin bütün bədən üzvlərinə bir sıra hökmlər vacib edib və qiyamət günü onlarla sənə qarşı dəlil gətirəcək. (Məsələn buyuracaq ki, sənə dili haqq söz danışmaq üçün verdim, sən isə itaət etmədiyin üçün əzab və cəzaya layiqsən.)
    375
    İmam Əli əleyhis-salam (günahdan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:
    Allahın səni Ona qarşı günah işlətməkdə görməsi, Ona itaətdə isə tapmamasından qorx ki, ziyana uğrayanlardan olarsan. Güclənəndə, Allahın itaətində güclən. Zəifləyəndə, Allaha qarşı günah etməkdə zəiflə.(Yoxsa belə olmasın ki, namazı zəiflikdən oturub qılasan, amma pislik edən zaman cəld ayağa qalxasan. Buna görə də namazını bacardıqca ayaq üstə durub qıl, pislik etmək istəyəndə isə otur və özünü cilovla. )
    376
    İmam Əli əleyhis-salam (öyüd verərək) buyurmuşdur:
    Gözünlə dünyanın etdiklərini (yalan və vəfasızlığını) görə-görə ona arxalanmaq, ürək bağlamaq nadanlıqdır. Savabına əmin olduğun zaman (nəticəsinin cənnət və əbədi rahatlıq olmasını biləndə) gözəl əməldə (itaət və bəndəlikdə) səhlənkarlıq etmək ziyana uğramaqdır. Sınamamış, hər bir kəsə etimad etmək acizlik və uğursuzluqdur (işdə uğursuzluğa səbəb olar. Çünki həmin şəxs kimə etimad etməsini bilmir və inama layiq adam axtara bilmir).
    377
    İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) bu¬yurmuşdur:
    Allaha qarşı ancaq dünyada günah edilməsi və Onun yanında olan şeyə (səadət və xoşbəxtliyə) ancaq dünyadan uzaqlaşmaqla nail olunması, dünyanın Allah yanında həqirliyinin nişanələrindəndir.
    378
    İmam Əli əleyhis-salam (gözəl əmələ həvəsləndirərək) buyur¬muşdur:
    Əməlinin ağırlaşdırdığı (ibadət etməyən və yaxşı işlər görməyən tənbəl) kəsi soy və kökü qoçaqlaşdırmaz.(Ata-anasının və ya babalarının birinin böyüklük və xoşbəxtliyi onun böyüklük və xoşbəxtliyinə səbəb olmaz. Bu kəlam eyni ilə iyirmi ikinci kəlamda keçdi, ancaq bu fərqlə ki, orada kəlamın axırı «لَمْ يُسْرَعْ بِهِ حَسَبُهُ» «məqam və dərəcəsi qoçaqlaşdırmaz» şəklində nəql edilib. )(Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Digər bir rəvayətdə isə belədir: Öz məqam və dərəcəsini itirən kəsə atalarının məqam və dərəcəsi fayda verməz.(«Nəhcul-Bəlağə»nin əksər nüsxələrində bu kəlam gətirilməyib. Biz onu İbn Əbil Hədidin və Şeyx Məhəmməd Əbduhun nüsxələrindən nəql etdik. )
    379
    İmam Əli əleyhis-salam (işdə çalışmaq barəsində) bu¬yurmuşdur:
    Bir şeyi axtaran kəs onu və ya onun bir hissəsini tapacaqdır.(Çünki istəmək əldə etmək üçün hazırlıqdır. Əgər istedad və hazırlıq kamil olsa onun hamısını əldə edəcək. Kamil olmasa isə istənilən şeyin çatışmayan hissəsi istedadın azlığı miqdarında olacaqdır. )
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 681 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024