İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    380
    İmam Əli əleyhis-salam (həqiqi yaxşılıq və pislik barəsində) buyurmuşdur:
    Arxasında od olan (ilahi əzaba səbəb olan) xeyir və yaxşılıq (dünya mənfəəti, əslində) xeyir və yaxşılıq deyil. Arxasında cənnət olan çətinlik və pislik (dünyada çəkilən əziyyətlər, əslində) çətinlik və pislik deyil. Cənnətdən aşağı hər bir nemət kiçik və əhəmiyyətsizdir. Oddan aşağı hər bir bəla və çətinlik rahatlıq və asayişdir. (Çünki o nemətə nemət demək olar ki, onun arxasında cəza olmasın. Həmçinin o çətinliyi çətinlik hesab etmək olar ki, onun arxasınca əbədi rahatlıq olmasın.)
    381
    İmam Əli əleyhis-salam (çətinliklər və nemətlər barəsində) bu¬yurmuşdur:
    Bilin ki, bəla və çətinliklərdən biri yoxsulluqdur. Yox¬sulluqdan daha çətini bədənin xəstə olmasıdır. Bədənin xəstə olmasından daha ağırı isə qəlbin xəstəliyidir. (Çünki o, axirət xoşbəxtliklərinin əldən çıxmasına səbəb olur.) Bilin ki, nemətlərdən biri var-dövlətin çoxluğudur. Var-dövlətin çox¬luğundan daha yaxşı, sağlamlıqdır. Sağlamlıqdan daha yaxşı isə qəlbin pərhizkarlığıdır. (Çünki o, əbədi xoşbəxtliklərin əldə edilməsinə səbəb olur.)
    382
    İmam Əli əleyhis-salam (möminin vaxtı barəsində) buyur¬muşdur:
    Möminin üç saatı var (gecə-gündüz saatlarını üç hissəyə bölməlidir): Rəbbi ilə razü-niyaz etdiyi saat (vaxtının səkkiz saatını Allahın işlərinə sərf etməlidir); öz məişətini (yaşayış ehtiyacını) təmin etdiyi saat (gecə-gündüzünün səkkiz saatını ticarət, müəyyən peşə və ya digər işlərə sərf etməlidir); özü ilə halal və gözəl şeylər arasında ləzzət almaq üçün ayırdığı saat.(Onun səkkiz saatını yatmaq, yemək və canına qulluqda keçirməlidir. Qeyd etmək lazımdır ki, hər bir hissəni bir şeyə ayırmağın mənası, onları bir-birinin ardınca yerinə yetirmək deyil. Bəlkə məqsəd budur ki, mömin hər gecə-gündüzdə vaxtının üçdə birini həmin işlərə sərf etməlidir. ) Ağıllı adama (əməli ağıla əsasən) bu üç şeydən başqası üçün səfər etmək rəva deyil: məişətini düzəltmək (ticarət, alver və iş) üçün, yaxud məad işində addımlamaq(Əzəmətli Məkkə və digər müqəddəs yerlərin ziyarətinə getmək və ya Allah yolunda cihad və kafir və münafiqlərdən müdafiə kimi işlər (nəzərdə tutulur). ) üçün ya da (ab-havanı dəyişmək və sağlamlıq üçün edilən səfərlər kimi) haram olmayan şeylərdən ləzzət almağa görə.
    383
    İmam Əli əleyhis-salam (dünya və onun malı barəsində) buyurmuşdur:
    Dünyaya (onun malına) rəğbət və meyl göstərmə (ona ürək bağlama) ki, Allah sənə onun çirkinliklərini göstərsin. (Çünki vurğun eybləri görmür və onun görən gözü kor olur. Öz işindən) xəbərsiz olma ki, səndən xəbərsiz deyildirlər. (Allah sənə və sənin işlərinə baxır.)
    384
    İmam Əli əleyhis-salam (danışmaq barəsində) buyurmuş-dur:
    Danışın ki, tanınasınız. Çünki insan dilinin altında gizlənib. (Ağıllılar və alimlər danışmayınca məqamları məlum olmaz. Cahil və nadanın danışmaması daha yaxşıdır. Çünki dilin bağlılığı qəbahət və rüsvayçılıqları gizli saxlayır.)
    385
    İmam Əli əleyhis-salam (müşk barəsində) buyurmuşdur:
    Müşk gözəl ətirlidir. Onun qabı yüngül, iyi isə gözəldir.
    386
    İmam Əli əleyhis-salam (təvazökarlıq barəsində) buyur¬muş¬dur:
    Öyünməyini kənara qoy, kibr və lovğalanmağı başından çıxart (hamıya qarşı təvazökar ol) və qəbrini yadına sal (ki, nalayiq işlərdən çəkinəsən).
    387
    İmam Əli əleyhis-salam (dünya malı üçün çalışmaq barəsində) buyurmuşdur:
    Dünyadan (onun malından halal yol ilə) sənə tərəf gələni götür və səndən üz çevirəndən (əlin çatmayandan) sən də üz çevir. Əgər sən (bu işi) etməsən (əlin çatmayan şeylərin arxasınca getsən), onda axtarış və istəyində ifrata varma (haram və günahdan uzaq ol və özünü və ailəni çox çətinliyə salma).
    388
    İmam Əli əleyhis-salam (gözəl söz barəsində) buyurmuşdur:
    Nə çox söz ki, (qəlblərə) təsiri hücum etmək və sıçramaqdan daha çoxdur. (Ola bilər ki, ağıllı adam qılınc və döyməklə görülə bilməyən işi sözlə görsün.)
    389
    İmam Əli əleyhis-salam (qənaətə həvəsləndirərək) buyur¬muşdur:
    (Ruzidən) hər nə ilə kifayətlənmək (yaşayışı keçirmək) mümkündürsə o bəsdir.(Yaxşısı budur ki, insan, artığın ətrafına fırlanmasın, özünü çox zəhmətə salmasın və vaxtını əbədi səadət əldə etmək üçün Allah yolunda və xalqa xidmətə sərf etsin. )
    390
    İmam Əli əleyhis-salam (zülmə tabe olmamaq və alçalmamaq barəsində) buyurmuşdur:
    (Mərd üçün) ölüm alçalmaq və həqirlikdən üstün və daha yaxşıdır. Aza razı olmaq (varlılara) yaxınlaşmaq və yaltaqlıq etməkdən daha yaxşıdır. Oturduğu yerdə bir şey verilməyən (səy və təlaş etməyib bir şey əldə etməyən) kəsə durduğu yerdə də verilməz.(O, çox çalışmaqla da bir şey əldə etməyəcək. Buna görə də axtarış və istəməkdə də ifrata varmamaq və haram işə mürtəkib olmamaq lazımdır. Çünki təqdir olunmuş şey gəlib çatacaqdır. ) Ruzigar iki gündür: bir gün sənin şadlıq və kam almağın üçün, bir gün isə çətinlik və nakamlığın üçün. Buna görə də şadlıq günündə itaətsizlik etmə (naşükür olma) və çətinlik olan günündə səbrli ol (dözümsüzlük etmə və özünü alçaltma).
    391
    İmam Əli əleyhis-salam (ata ilə övladın bir-birlərinin boyunlarında olan haqqı barəsində) buyurmuşdur:
    Övladın atanın, eləcə də atanın övladın boynunda haqqı var. Atanın övladın boynunda olan haqqı budur ki, o, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha itaətsizlikdən başqa hər bir şeydə ataya tabe olmalı, itaət etməlidir. Övladın atanın boynunda olan haqqı isə budur ki, ona yaxşı ad qoysun (məsumlar əleyhimus-salamın özlərinin və ya övlad və ailə üzvlərinin birinin adını qoysun övladına), onu ədəbli və gözəl əxlaqlı tərbiyə etsin və ona Qur’an öyrətsin.
    392
    İmam Əli əleyhis-salam (təsiri olan və olmayan şeylər barəsində) buyurmuşdur:
    Göz dəyməsi, ovsun, cadu, ağzını xeyirliyə açmaq (məsələn xəstənin kimdənsə «ey sağlam» müraciətini eşitməsi və eşitdiyi kimi olacağına inanması) haqdır (onların hər biri öz təsirini göstərir). Ağzını pisliyə açmaq və xəstəliyin birindən digərinə keçməsi düz deyil (təsirsizdir). Gözəl iy, bal, minik minmək və yaşıllığa baxmaq qəm və kədərləri aradan aparan ovsunlardır və xəstələr onların vasitəsi ilə sağalarlar.(Bu kəlam və 385, 386 və 391-ci kəlamlar «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda yoxdur və biz onları İbn Əbil Hədidin nüsxəsindən nəql etdik. )
    393
    İmam Əli əleyhis-salam (xalqla eyniləşmək, uyuşmaq barəsində) buyurmuşdur:
    Xasiyyət və əxlaq cəhətindən xalqa yaxınlaşmaq (yaşayış tərzində onlar kimi olmaq) onların kinlərindən amanda olmaqdır (amanda olmağa səbəb olar. Çünki kim dinə zidd olmayan işlərdə xalqla uyuşsa, onlar kimi olsa onu sevərlər və qəlblərində ona qarşı kin saxlamazlar).
    394
    İmam Əli əleyhis-salam onunla danışanlardan biri, özündən böyük söz söyləyərkən (yersiz söz barəsində) buyurmuşdur:
    Qanad çıxarmamış uçdun və körpə ikən nərildədin. (Xülasə, bizim yanımızda belə sözlər danışmaq sənə yaraşmaz. Yaxud sənin kimisinin belə bir söz deməsi layiq deyil. Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    Burada (əsas mətndəki) «الشَّكِيرُ» «əş-şəkir»dən məqsəd quşun güclənərək möhkəmlənəndən qabaq çıxartdığı ilk qanadıdır. «السَّقْبُ» «əs-səqb» isə böyüyənə kimi nərildəməyən dəvə balası mənasındadır.
    395
    İmam Əli əleyhis-salam (hər işlə məşğul olmağın ziyanı barə¬sində) buyurmuşdur:
    Kim müxtəlif işlərlə məşğul olsa (müxtəlif işlər görmək istəsə) çarə qılmaq bacarıqları onu tərk edərlər (o, qıldığı çarələrdən heç bir nəticə əldə etməz və müvəffəqiyyət qazanmaz).
    396
    İmam Əli əleyhis-salamdan «لا حَوْلَ وَ لا قُوَّةَ إِلاّ بِاللهِ» «Al-lah¬dan başqa heç bir qüdrət və qüvvə yoxdur» kəlamının mənasını soruşarkən o Həzrət buyurmuşdur:
    Biz Allahla birgə bir şeyə malik deyilik (Onunla şərik deyilik) və O, bizi malik etməyincə heç bir şeyə (əndam, güc, ağıl və sairə) malik olmuruq. Buna görə də bizi bir şeyə malik edəndə – ki, Onun Özü bizdən daha qabaq malikdir – boynumuza vəzifə qoyur (nəyəsə əmr edir və ya nədənsə çəkindirir). Həmin şeyi (bir şeyə gücün çatmasını) bizdən alanda isə, o barədəki vəzifəni boynumuzdan götürür (həmin şey barəsində bizdən sorğu-sual etməyəcək).
    397
    İmam Əli əleyhis-salam Əmmar ibn Yasirin (rəhiməhullah) Müğeyrə ibn Şö’bənin sözlərinə cavab verməsini eşidəndə (dini dünya üçün vasitə etmiş şəxsə etina etməmək barəsində) ona buyurmuşdur:
    Ey Əmmar! Müğeyrəni öz ixtiyarında qoy (onun sözlərinə etina etmə). Çünki o, dindən dünyanı ona yaxınlaşdıran (dünyasına xeyri olan və yarayan) şeydən başqa bir şey götürməyib, öyrənməyib; qəsdən (bilərəkdən) özünü şüb¬hələrə atıb ki, onları (haqqa və doğruya oxşayan əyrilikləri) öz səhv və büdrəmələrinə bəhanə gətirsin(Qısası, onun dinə etiqadı yoxdur. Buna görə də bu cür şübhələr barəsində mübahisə etməsinin səbəbi küfr və nifaqının faş olmaması və dünya işlərinin qaydasında qalmasıdır.).
    398
    İmam Əli əleyhis-salam (Allaha təvəkkül etmək və arxalanmaq barəsində) buyurmuşdur:
    Varlıların Allah yanında olan savabı əldə etmək üçün yoxsullara qarşı təvazökar olmaları necə də gözəldir. Onlardan gözəl isə yoxsulların Allaha arxalanaraq varlılara etinasızlıqları və əyilməmələridir.(Çünki bu iş Allaha yəqinliyin və inamın kamilliyinin ən böyük dəlilidir. Ona görə ki, onlar varlıların qarşısında başlarını uca tutmaqla Allahdan başqasına ümidi, eləcə də Ondan başqasından olan qorxunu aradan aparır və ümidsizlikdə möhkəm səbrli olurlar. Bunların heç biri varlının təvazökarlığında yoxdur. )
    399
    İmam Əli əleyhis-salam (ağlın xeyri barəsində) buyur¬muşdur:
    Allah ağlı insanda ancaq ona görə əmanət qoyub (ona bağışlayıb) ki, insana günlərin birində onun vasitəsi ilə (onun gördüyü tədbirlərlə dünya fitnə-fəsadlarından və ya itaət və bəndəliklə axirət çətinliklərindən) nicat versin.
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 627 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024