İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    420
    İmam Əli əleyhis-salam bayramların birində (orucluq bayramında) buyurmuşdur:
    Bu gün o adamın bayramıdır ki, Allah onun orucunu qəbul edib və namazını mükafatlandırıb (təzə paltar geyinən, amma Allahın yanında abrı olmayan kəsin yox). Allaha itaətsizlik və günah edilməyən hər bir gün bayram (şadlıq və şənlik) günüdür.
    421
    İmam Əli əleyhis-salam (haram malın ziyanı barəsində) buyurmuşdur:
    Qiyamət gününün ən böyük peşmançılığı o şəxsin peş¬man¬çılıq və əfsusudur ki, var-dövlətini haram yolla qa¬za¬nıb və digər bir şəxs onu irs apararaq Allahın itaət və bən¬dəliyində sərf edib. Beləliklə, həmin şəxs cənnətə, ha¬ram var-dövləti qazanan isə oda daxil olar.
    422
    İmam Əli əleyhis-salam (çox çalışmağın ziyanı barəsində) buyurmuşdur:
    İnsanların alış-verişdə ən çox ziyana uğrayanı və səy və təlaşda ən ümidsizi o kəsdir ki, bədənini öz arzularına çatmaq üçün köhnəldib (özünü qocaldaraq ömrünü başa çatdırıb), amma qəza-qədərlər istəyində ona yardım etməyiblər (o, öz arzularına çatmayıb). Beləliklə, o, həsrət və əfsusla dünyadan gedər və (çox çalışmalarında qazandığı) günahları ilə axirətə daxil olar.
    423
    İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur:
    Ruzi iki cürdür: biri səni axtarar, digərini isə sən axtararsan. Buna görə də kim dünyanı istəsə (ruzi üçün özünü çətinliyə salsa) ölüm onu axtarar, arxasınca düşər ki, dün¬yadan çıxarsın. Amma kim axirəti istəsə (itaət və bəndəliklə məşğul olaraq ruzi üçün ehtiyacından artıq çalışmasa) dünya onu axtarar ki, o, öz ruzisini ondan tam şəkildə alsın. (Xülasə, axirət istəyəni ruzi özü axtarar, dünyatələb isə ruzini özü axtarar.)
    424
    İmam Əli əleyhis-salam (Allahın dostlarının bəzi xislətləri barəsində) buyurmuşdur:
    Allahın dostları camaat dünyanın zahirinə (zinət və bəzəyinə) baxanda onun batininə (yox olacağına) baxanlar, ca¬maat onun bu günü ilə məşğul olanda (dünya malı əldə etmək fikrində olanda) onun sonu ilə məşğul olanlardır (ölüm səfəri üçün azuqə toplayanlardır). Beləliklə, onlar dünyanın onları öldürməsindən qorxduqları şeyi öldürərlər (ilahi əzab və cəzaya səbəb olan şeydən çəkinərlər), onun onları tərk edəcəyini bildikləri şeyini tərk edərlər (onlardan ayrılacağını bildikləri üçün onun malına ürək bağlamazlar), dünyadan başqalarının çox bəhrələnmələrinin (axirət bəhrələrinə nisbətdə) az olmasını və dünyanı əldə etmələrinin (əbədi səadəti) itirmək olduğunu (əbədi səadəti əldən çıxarmağa səbəb olmasını) görərlər. Onlar camaatın barışdığı şeylə düşmən, camaatın düşmən olduğu şeylə isə barışıqdadırlar (nəfsi istəklərdən çəkinərək onun müqabilində müqavimət göstərərlər). Kitab onların vasitəsi ilə tanındı (xalq Qur'anın hökmlərini dərk etdi) və onlar da həmin kitabla tanıdılar; kitab onların vasitəsi ilə öz yerində qaldı (dəyişdirilmək və azalıb-çoxalmaqdan qorundu) və onlar həmin kitabla qaldılar (malik olduqları bütün şeyləri ondan götürdülər). Öz ümid və arzularından (eyb və nöqsan sifətlərindən pak və uzaq Allahın savabından) üstün ümid, qorxularından (ilahi cəzadan) üstün qorxu görmürlər.
    425
    İmam Əli əleyhis-salam (ölümü yada salmaq barəsində) buyurmuşdur:
    Ləzzət və şadlıqların kəsilməsini və günahların qalmasını yada salın. (Ölümün fikrində olun. Çünki onun çatması ilə bir neçə günlük ləzzətlər aradan gedəcək və günahların cəzası həmişəlik olaraq qalacaqdır.)
    426
    İmam Əli əleyhis-salam (insanları sınayaraq imtahan etmək barəsində) buyurmuşdur:
    (İnsanları) sına ki, (onları) düşmən biləsən. (Çünki zahirdə insanların çoxu pis deyildirlər. Amma sınayanda pislikləri üzə çıxır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bəziləri bu kəlamı Peyğəmbərdən (səlləllahu əleyhi və alih) nəql ediblər. Amma bu kəlamın Əmirəl-möminin əley¬his-salamdan olması nəzərinin dəlili, Sə’ləbin bu bə¬yanıdır: İbn Ə’rabi bizə nəql etdi ki, Mə’mun dedi: Əgər Əli əleyhis-salam «sına ki, düşmən biləsən» buyurmuş olmasaydı mən deyərdim ki, «insanları düşmən bil ki, onları sınayasan».(Mə'munun bu sözündən məqsəd budur ki, biri ilə dostluq etmək eybləri örtür və onun vəziyyətini onu düşmən hesab etdikdən sonra olduğu kimi dərk edə bilərsən. Amma pak insanlara birini sınamamış onu düşmən bilmək yaraşmaz. Buna görə də Mə'munun sözü dünyatələblərin işinə daha çox yarayar. Qeyd etmək lazımdır ki, əsas mətndəki «أُخْبُرْ» «uxbur» kəlməsi felin əmr formasıdır, «خَبَرَ الشَّىْءَ يَخْبُرُ» «xəbərəş-şəyə yəxburu»dan götürülüb və mənası «bir şeyi sınayıb bilmək»dir. «تَقْلِهْ» «təqlih» kəlməsi isə felin əmrdən sonra gəlmiş indiki-gələcək zaman formasıdır. Onun axırındakı «هاء» «ha» hərfi durğu üçündür.Onun əsli «رَمى يَرمِى» «rəma yərmi»vəznində olan «قَلاهُ يَقْلِى» «qəlahu yəqli»dir və mənası «düşmən bilmək»dir. )
    427
    İmam Əli əleyhis-salam (şükr etmək, dua və tövbə barəsində) buyurmuşdur:
    Ola bilməz ki, Allah bəndənin üzünə şükr qapısını açsın (şükr etməyə əmr etsin), amma artım qapısını onun üzünə bağlasın (neməti artırmasın); dua və istəmək qapısını açsın (Ondan istənilməsinə əmr etsin), amma rəva olmaq qapısını üzünə bağlasın (onun istəyini qəbul etməsin); tövbə qapısını açsın, amma bağışlamaq qapısını onun üzünə bağlasın (günahlarını bağışlamasın).
    428
    İmam Əli əleyhis-salam (comərdlik barəsində) buyur¬muşdur:
    İnsanların comərdliyə ən layiqlisi comərdlərin onda kök atdığı (ata-babaları yaxşı və comərdlərdən olmuş) kəsdir.(Bu kəlam «Nəhcül-Bəlağə»nin nüsxələrində yoxdur və biz onu İbn Əbil Hədidin nüsxəsindən nəql etdik. )
    429
    İmam Əli əleyhis-salamdan soruşdular ki, ədalətlilik üstündür, yoxsa səxavətlilik? O Həzrət (ədalətin səxavətdən üstün olması barəsində belə) buyurdu:
    Ədalət işləri öz yerinə qoyur, səxavət isə onları öz yerindən çıxardır. (Çünki səxavətli şəxs lazım olandan artıq bağışlayır.) Ədalət hamını saxlayır, səxavət isə ancaq bəxşiş edilmiş şəxsə xeyir verir. Buna görə də ədalət daha şərəfli və daha üstündür.
    430
    İmam Əli əleyhis-salam (nadanlığın məzəmmətində) buyurmuşdur:
    İnsanlar bilmədikləri şeyin düşmənidirlər. (Çünki nadanlar bildikləri şeyi elm, ondan qalan şeyləri isə səhv sanarlar, necə ki, Qur'ani-Kərimin Yunus surəsinin 39-cu ayəsində buyurulur: «بَلْ كَذَّبُواْ بِمَا لَمْ يُحِيطُواْ» «Qavraya bilmədikləri şeyi inkar edirlər.»)
    431
    İmam Əli əleyhis-salam (pərhizkarlıq və zahidlik barəsində) buyurmuşdur:
    Zahidlik və pərhizkarlığın hamısı Qur’anın iki kəlməsində xülasə edilib. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Hədid surəsinin 23-cü ayəsində) buyurmuşdur: «لِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ» «ki, heç vaxt əlinizdən çıxana kədərlənməyəsiniz və sizə verilənə sevin¬məyə¬si¬niz.» Keçmişə heyfslənməyən və gələcəyə sevinməyən kəs, zahidliyi onun iki tərəfindən (keçmişə və gələcəyə etinasızlıqla) əldə edib.
    432
    İmam Əli əleyhis-salam (hökmdarlar barəsində) buyurmuşdur:
    Hökumətlər kişilərin (sınaq) meydanlarıdır. (Yarış atları müsabiqə meydanında tanındığı kimi insanların yaxşı və ya pis olmaları da onlar hakimiyyətə gələndə üzə çıxır.)
    433
    İmam Əli əleyhis-salam (işdə süstlük barəsində) buyurmuşdur:
    Yuxu gündüzün qərarlarını necə də çox pozur və məhv edir. (Bu kəlamın şərhi xütbələr fəslində 211-ci kəlamın şərhində deyildi.)
    434
    İmam Əli əleyhis-salam (yaşayış yeri barəsində) buyur¬muşdur:
    Sənin üçün şəhərin biri digərindən daha münasib deyil. Şəhərlərin ən yaxşısı səni çiyinlərinə alan (əhalisi səni istəyən və yaşayışında rifah və asayişdə olduğun) şəhərdir
    435
    Əştərin (Allah onu bağışlasın) ölüm xəbəri İmam Əli əleyhis-salama çatanda (o Həzrət onun böyüklüyü və cəsurluğu barəsində belə) buyurmuşdur:
    Malik getdi, amma nə idi Malik! Allaha and olsun ki, əgər dağ idisə, ayrı qalmış və əzəmətli bir dağ idi; əgər daş idisə, elə möhkəm daş idi ki, (böyüklük və möhkəmliyindən) heç bir dırnaqlı heyvan ondan yuxarı qalxa bilmir və heç bir quş onun üzərindən uçmurdu. (O, tək və misilsiz idi, heç kəs ona qalib gələ bilməzdi. Seyyid Rəzi əleyhirrəhmə deyir:)
    (Əsas mətndəki) «فِنْد» «find» kəlməsi digər dağlardan ayrı olan dağ mənasındadır
    436
    İmam Əli əleyhis-salam (işdə əzmkarlıq göstərərək onu davam etdirməyin mədhində) buyurmuşdur:
    Davam etdirilən az iş yorğunluq gətirən çox işdən daha yaxşıdır. (Bu kəlam elə 270-ci kəlamdır, amma kəlmələrində olan bir az fərqlə ki, onun şərhi orada deyildi.)
    437
    İmam Əli əleyhis-salam (sifətlərin inkişaf etməsi barəsində) buyurmuşdur:
    Birində (yaxşı və pisliyindən asılı olmayaraq) təəccüblü bir sifət və xislət olsa, onun bənzərlərini gözləyin. (Əgər həmin sifət yaxşı idisə daha yaxşı, pis idisə daha pis olacaq.)
    438
    İmam Əli əleyhis-salam söhbət əsnasında (şair) Fərəzdəqin atası Qalib ibn Sə’sə’əyə dedi:
    Çoxsaylı dəvələrini neylədin? Qalib dedi: Haqlar (xalqın onda olan haqları) onları dağıtdı (sədəqə, zəkat, qohum-əqrabaya kömək və borcun ödənilməsi kimi xeyirli yollarda işlədildi). O Həzrət əleyhis-salam (xalqın haqqını ödəməyin mədhində) buyurdu: Bu dağılmaq o dəvələrin dağılma yollarının ən tərifə layiqidir.
    439
    İmam Əli əleyhis-salam (dinin hökmlərini bilməməyin ziyanı barəsində) buyurmuşdur:
    Dinin hökmlərini bilmədən alver edən kəs ribaya (borcda harama və ilahi cəzaya səbəb olan faiz alıb verməyə) batar (düçar olar).
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 641 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024