İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    440
    İmam Əli əleyhis-salam (naşükrlüyün ziyanı barəsində) buyurmuşdur:
    Kim kiçik müsibət və kədərləri böyük saysa, Allah onu onların daha böyüyünə düçar edər.(Çünki kiçik müsibəti böyük saymaq ilahi qəza-qədərə razı olmamağa dəlalət edir ki, bunun özü insanın bəla və kədərin daha çoxuna layiq olmasına səbəb olur. Amma insan qarşıya çıxan bəla və çətinlikdə Allaha şükr etsə, onu dəf etməyə hazırlaşar. Abdullah bizimlə qohumluq əlaqələrini qırdı. Çünki o, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrindən olmasına baxmayaraq o Həzrətdən sonra zındıq oldu, yəni, mərhum Maməqaninin «Tənqihul-məqal» kitabında dediyi kimi zahirdə özünü imanlı kimi göstərməsinə baxmayaraq batində kafir oldu. Mərhum Məclisinin «Biharul-ənvar» kitabında deyilir ki: Abdullah ibn Zübeyr Bəni Haşimlə düşmənçilik edir, Əli əleyhis-salamı lə’nətləyir və söyürdü. Sünni və şiə müəlliflərin öz kitablarında nəql etdikləri bu kəlam «Nəhcül-Bəlağə»nin nüsxələrində yoxdur və biz onu İbn Əbil Hədidin nüsxəsindən nəql etdik.  )
    441
    İmam Əli əleyhis-salam (şərəf və heysiyyət barəsində) buyurmuşdur:
    Kimin nəfsi möhtərəm və uca olsa (kim özünü şərəfli bilsə), şəhvətləri onun yanında xar olar (zillət və xarlığa düşməmək üçün onlara tabe olmaz).
    442
    İmam Əli əleyhis-salam (zarafatın ziyanı barəsində) buyurmuşdur:
    Növündən asılı olmayaraq zarafat etmiş hər bir şəxs mütləq ağlının bir hissəsini müəyyən şəkildə itirəcəkdir. (Zarafat ağlın yüngülləşməsinə səbəb olur.)
    443
    İmam Əli əleyhis-salam (qarşılıqlı ünsiyyətdə olmaq barəsində) buyurmuşdur:
    Sənin, sənə rəğbəti olan kəsə etinasızlığın pay və qismətin azlığıdır (azalmasına səbəb olur). Sənə etinasız olan kəsə rəğbət göstərməyin isə nəfsin zilləti və xarlığıdır (xarlığına səbəb olur).
    444
    İmam Əli əleyhis-salam (Abdullah ibn Zübeyrin məzəmmətində) buyurmuşdur:
    Zübeyr onun nəhs oğlu Abdullah böyüyənə kimi həmişə biz əhli-beytdən (qohumlarımızdan) idi.(Bildiyini deyəsən, bilmədiyin şeydə isə susasan. «Nəhcül-Bəlağə»nin bəzi nüsxələrində «عَنْ عِلْمِكَ» əvəzinə «عَنْ عَمَلِكَ» yəni, «danışığın biliyindən artıq olmasın» yerinə «danışığın əməlindən artıq olmasın» yazılıb. Yəni, yerinə yetirdiyindən artıq danışmayasan. )
    445
    İmam Əli əleyhis-salam (öyünmək və məğrurluğun məzəm¬mə¬tində) buyurmuşdur:
    Adəm övladının fəxr etmək və öyünməklə nə işi ki, əvvəli nütfə, axırı isə iylənmiş leşdir; nə özünə ruzi verir, nə də öz ölümünü dəf edir.
    446
    İmam Əli əleyhis-salam (həqiqi zənginlik və yoxsulluq barəsində) buyurmuşdur:
    Zənginlik və yoxsulluq (qiyamət günü) vəziyyət məlum olandan və əməllər Allaha göstəriləndən sonradır. (Həqiqi varlı o kəsdir ki, qiyamət günü ilahi savab və əbədi cənnət onun nəsibi olsun. Həmçinin həqiqi yoxsul o kəsdir ki, həmin gün Allahın cəza və əzabına düçar olsun.)
    447
    İmam Əli əleyhis-salamdan şairlərin ən böyüyünün kim olmasını soruşublar. O Həzrət (İmrəul Qeys barəsində) buyurmuşdur:
    Şairlər bir dəstə mərc atlarında çapmayıblar ki, onların kamilliklərinin sonu girov qamışın götürülməsində bilin¬sin. (Şairlərin şe’rlərinin hamısı bir səpkidə deyil və ona görə onların birini digərindən üstün tutmaq olmaz.) Əgər kiməsə üstünlük vermək labüd və zəruri olsa, onda «azğın şah» üstündür. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) Həzrətin «الْمَلِكُ الضَّلِيلُ» «əl-məlikuz-zəlil», yəni, azğın şah ifadəsindən məq¬sədi İmrəul Qeysdir. (Onu şah adlandırmasının səbəbi şe’rlərinin gözəlliyidir. Azğın adlandı¬rılmasının səbəbi isə onun kafir və fasiq olmasıdır.)
    448
    İmam Əli əleyhis-salam (dünyadan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:
    Bir azad kişi yoxdurmu ki, ağızda qalmış bu artığı (alçaq dünyanı) öz əhlinin (kafir və münafiqlərin) ixtiyarına bu¬raxsın? Sizin canlarınızın qiyməti və dəyəri ancaq cənnətdir. Buna görə də onları həmin qiymətdən başqa heç nəyə satmayın.
    449
    İmam Əli əleyhis-salam (elm və dünya istəyən barəsində) bu¬yurmuşdur:
    İki yeyən doymaz: elm axtarışı və arzusunda olan (ki, hər nə qədər məsələlər aşkar olsa yenə də digər bir məchulu məlum etmək istəyər) və dünya istəyən (ki, hər nə qədər dünya malı əldə etsə yenə də digər şeylər əldə etmək arzusunda olar).
    450
    İmam Əli əleyhis-salam (imanın bəzi nişanələri barəsində) buyurmuşdur:
    İmanın nişanəsi budur ki, sənə ziyan vuracaq yerdə doğ¬ru danışmağı sənə xeyir gətirəcək yerdə yalan danışmaqdan üstün tutasan və danışığın biliyindən artıq olmasın.(Heç kəs barəsində pis danışmayasan, eşitməyəsən və bilmədən şahidlik etməyəsən. Bəlkə də məqsəd budur ki: Başqasından söz nəql edəndə Allahdan qorxasan. Yəni, onu azaldıb çoxaltmadan deyəsən və ona yalan qoşmayasan. ) Həmçinin başqası barəsində danışmaqda Allahdan qorxasan.(Bu cümlənin şərhi 112-ci kəlamda keçdi. )
    451
    İmam Əli əleyhis-salam (tədbir tökmək və uzaqgörənliyə arxa¬lanmamaq barəsində) buyurmuşdur:
    İlahi qəzavü-qədər hesablamaları (bəndənin özü üçün cızdığı planları) elə qabaqlayır ki, (bəzən) bəla və məhv tədbir tök¬¬mək və uzaqgörənlikdə olur. (Buna görə də insan təvək¬kül¬dən əl gö¬tür¬¬məməli, öz tədbir və fikirlərinə arxalanmamalıdır. Seyyid Rəzi əleyhir-rəh¬mə deyir:) Bu məna bundan qabaq (on altıncı kəlamda) kəl¬mə¬lə¬ri bu kəlmələrdən bir qədər fərqli olan bir rəvayətdə keçdi
    452
    İmam Əli əleyhis-salam (səbrlilik və tələsməmək barəsində) bu¬yurmuşdur:
    Səbr və tələsməmək bir qarından olan ekizlərdirlər ki, onları himmət və möhkəm iradə doğur. (Səbrlilik və tələsməmək bir dərəcə və mərtəbədədirlər. Yüksək himmətə malik olan şəxs tez qəzəblənməyib səbr göstərdiyi kimi işlərdə tələskənlik də etmir və işin sonunu fikirləşir.)
    453
    İmam Əli əleyhis-salam (qeybət etməyin məzəmmətində) bu¬yurmuşdur:
    Qeybət etmək və (birinin) arxasınca danışmaq aciz şəxsin cəhdidir (aciz şəxsin öz düşmənindən intiqam ala bildiyi və ya həsəd apardığı şəxsin dalınca pis danışmaq üçün istifadə etdiyi yeganə vasitədir).
    454
    İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barəsində) buyurmuşdur:
    Nə çox adam ki, barəsindəki gözəl sözlər səbəbindən (xal¬qın onun barəsində olan xoş sözlərinə görə) fitnə və çətinliyə düşüb.(İbn Əbil Hədid burada belə yazır: Bu kəlam o Həzrətin qeybdən verdiyi tam aşkar bir xəbərdir. Bəni Üməyyənin hakimiyyətinin kökünün kəsilməsi Əbu Müslimin əli ilə olub. İşin əvvəlində o, camaatın ən aciz və yoxsulu olub. )
    455
    İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:
    Dünya özü üçün deyil, başqası üçün yaradılıb. (Dünya axirət üçün bir yoldur ki, insan savab əldə etmək üçün gərək onda bəndəlik etsin; həmişəlik deyil ki, onda ancaq vaxtı yaxşı keçirməklə məşğul olsun!)
    456
    İmam Əli əleyhis-salam (Bəni Üməyyə dövlətinin dağılması barəsində) buyurmuşdur:
    Bəni-Üməyyə üçün bir möhlət zamanı və bir fürsət meydanı vardır ki, onda (səltənət və şahlıq atını) çaparlar. Aralarında xilafət və şahlıq üstündə dava-dalaş düşəndən sonra goreşənlər (alçaq və nanəciblər) aldatmaq yolu ilə onlara hakim olarlar(İslam üçün lazım olan hər bir işi gördülər. İslam yolunda fədakarlıq etməkdə heç nədən çəkinmədilər. Allahın, gizlində olan İslam dinini onların vasitəsi ilə aşkar etməsində heç bir şəkk-şübhə yoxdur. Əgər onlar olmasaydılar Mühacirlər Qureyşlə müharibə etməkdə və Allahın Peyğəmbərini (səlləllahu əleyhi və alih) himayə edərək qorumaqda aciz qalardılar. ). (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    (Əsas mətndə passiv növün feli sifəti olan) «أَلْمُرْوَدُ» «əl-mur¬vəd» kəlməsinin kökü «الْاِرْوادُ» «əl-irvad»dır və mənası möh¬lət və fürsət verməkdir. O, «مُفْعَل» «muf'əl» vəz¬nin¬də¬dir. Bu ən dolğun və heyrətləndirici sözlərdəndir. Sanki o Həzrət əleyhis-salam onlara verilmiş zaman möhlətini, onların axırına kimi çapdıqları və sona çatandan sonra işlərinin nizam-intizamı pozulan meydana bənzədib.
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 790 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024