İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    457
    İmam Əli əleyhis-salam Ənsarın mədhində buyur¬muşdur:
    Allaha and olsun ki, onlar var-dövlətləri, səxavətli əlləri və iti dilləri ilə İslamı süddən ayrılmış (və ya bir yaşı olan) at balası bəslənən kimi bəsləyərək yetişdirdilər.(Nə qədər ki, göz açıqdır və insan yatmayıb tuluğun bağı bağlı olanda ondan su axmadığı kimi, insan da mədə yelinin çıxmasının qarşısını alır. Amma göz yuxuya getdikdən sonra onun xaric olması ehtimalı var. Bəlkə də buna görə deyiblər ki: Yuxu dəstəmazın pozulmasına səbəb olur. Bəlkə də məqsəd budur ki, əgər insan yeməli şeylərə göz yummasa gördüyü hər bir şeydən yeməyə meyl göstərər və yeməyində ifrata varar. Nəticədə köpmə və qarınağrısına düşər. Həmçinin ola bilər məqsəd bu olsun ki, əgər insan özündən sonraya və öz gələcəyinə baxsa çətinlik və pis hadisələrdən qurtula bilər. Deməli, göz insanın gələcəyinin bağıdır və əgər insan onu bağlayaraq gələcək və sonraya baxmasa məhv və bəlaya düçar ola bilər.)
    458
    İmam Əli əleyhis-salam (gözün açıq olması barəsində) bu¬yur¬¬muşdur:
    Göz düz bağırsağın bağıdır.(Məqsəd budur ki, müsəlmanlar çoxlu fitnə və qalmaqaldan sonra onun hökmünü qəbul etdilər və ona tabe oldular. ) (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    Bu kəlam heyranedici metaforalardandır. Sanki Həzrət düz bağırsağı qaba, gözü isə bağa oxaşadıb ki, bağ açılanda qab öz vəziyyətində qalmır (içində olanlar çölə tökülür). Daha məşhur nəzərə əsasən bu kəlam Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəlamlarındandır. Bir dəstə isə onu Əmirəl-möminin əleyhis-salamdan nəql edib. Bu məsələni Mübərrəd «əl-Müqtəzəb» kitabının «əl-ləfz bil-huruf» fəslində bəyan edib. Biz bu metafora barəsində özümüzün «Məcazatil-asaril-nəbəviyyə» adlı kitabımızda söhbət etmişik.
    459
    İmam Əli əleyhis-salam (Ömər ibn Xəttab barəsindəki) bir kəlamında buyurmuşdur:
    (Əbu Bəkrdən sonra) bir vali xalqa hakim oldu (Ömər xilafət məqamında oturdu). Beləliklə, (xilafət işini) bərpa etdi və müqavimət göstərdi (hamıya hakim oldu), nəhayət, (dəvə istirahət edəndə boynunun qabağını yerə qoyub sakitləşdiyi kimi) din qərar tutdu.(Çünki günah hətta kiçik olsa belə, ona etinasızlıq cəzadan qorxmamaq və tövbə etməməyə səbəb olur. Nəticədə insanın vərdişinə çevrilərək onun ruhuna nüfuz edir və o, heç bir günahdan, hətta hər nə qədər böyük olsa belə, qorxmur. Bu mətləb eyni ilə 340-cı kəlamda keçdi, bir fərqlə ki, burada işlənmiş «مَا اسْتَخَفَّ» «məs-təxəffə» felinin yerinə orada «مَا اسْتَهانَ» «məs-təhanə» felindən istifadə edilib.  )
    460
    İmam Əli əleyhis-salam (qarşıya çıxacaq xoşagəlməz hadisələr barəsində) buyurmuşdur:
    İnsanlar üçün elə bir tikanlı (və çətin) zaman gələcək ki, onda varlı əllərində olanlarla möhkəm sancacaq (mal və sərvətində xəsislik edərək onu Allah yolunda verməyəcək), halbuki bu işə əmr olunmayıb. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur'ani-Kərimin Bəqərə surəsinin 237-ci ayəsində) buyurub: «وَلا تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ» «Bir-birinizə yaxşılıq etməyi unutmayın (bir-birinizə yardım edin)!» Həmin zamanda pis əməl sahibləri qalxaraq öyünər, yaxşı əməl sahibləri isə xar və zəlil olarlar. Və acizlər və bi¬ça¬rə¬lərlə alver edərlər (onlara baha satarlar, onlardan alanda isə ucuz alarlar). Halbuki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) acizlərə (yemək) satmağı (və ya onlarla alver etməyi) qadağan edib. (Çünki onlara kömək olunmalıdır, yaxud onlarla, aciz olmayanlarla aparılan alver kimi alver edilməlidir. Yəni, onlara kömək edilməsə də, heç olmasa alverdə onları aciz görüb aldatmaq olmaz və hamı ilə çəki və qiymətdə necə alver edilirsə onlarla da elə alver edilməlidir.)
    461
    İmam Əli əleyhis-salam (öz dost və düşməni barəsində) buyurmuşdur:
    Mənə görə iki nəfər həlak və məhv olacaqdır: (Biri məni sevməkdə) ifrata varan dost və (digəri mənə) yalan yapışdıran böhtançı (ki, mənə, məndə olmayan şeyi nisbət verər. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu kəlam o Həzrət əleyhis-salamın bu (yüz on üçüncü) kəlamı kimidir ki: Mənim yolumda iki nəfər həlak oldu: ifrata varan dost və düşmənçiliyində həddini aşan düşmən. (Bu kəlamın şərhi öz yerində bəyan edilib.)
    462
    İmam Əli əleyhis-salamdan tovhid və ədalət (onların mənaları) barəsində soruşdular. O Həzrət buyurdu:
    Tovhid və Allahı tək bilmək Onu fikir və xəyala gətirməməyindir. (Çünki zehn və xəyala gələn şey sənin kimi məx¬luq¬dur.) Ədalət Onu (Ona layiq olmayan şeylərdə) ittiham etmə¬məyindir. (Çünki nalayiq iş görməyin səbəbi ya nadanlıq və cəhalətdir, ya da ehtiyac və naçarlıq ki, Allah bunların hər ikisindən uzaq və pakdır.)
    463
    İmam Əli əleyhis-salam (yersiz susmağın və yersiz danışmağın məzəmmətində) buyurmuşdur:
    Cəhalət və nadanlıqla danışmaqda xeyir olmadığı kimi hikmət və elmlə (danışmaq lazım olan zaman) susmaqda da xeyir yoxdur.
    464
    İmam Əli əleyhis-salam (Allahdan) yağış yağmasını istədiyi duada belə buyurmuşdur:
    Allahım, bizə itaətsiz bərk buludlarla (yük çəkməyən itaətsiz dəvələr kimi olan yağışsız buludlarla) deyil, itaətkar ram buludlarla (ram olub yük çəkən dəvələr kimi olan yağışlı buludlarla) su ver. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    Bu kəlam fəsahət və dolğunluğu heyrətləndirici olan kəlamlardandır. Belə ki, İmam əleyhis-salam gurultulu və vahiməli səsli, eləcə də parıltılı, işıqlı, küləkli ildırımlı və alovlu buludları (belində olan palan və yükləri yerə atmaq üçün) yüklə birlikdə sıçrayan və minənləri (yerə yıxmaq üçün) silkələyən itaətsiz dəvələrə, bu qorxulu şeylərə malik olmayan buludları isə südləri sağılanda itaətkarlıq edən və belinə minəndə xoş davranan ram dəvələrə oxşa¬dıb.
    465
    İmam Əli əleyhis-salama dedilər ki: Ey Əmirəl-mö¬mi¬nin, əgər (saqqalının) ağ tüklərini dəyişdirsəydin (onları rəng¬ləsəydin) yaxşı olardı. Həzrət (rəng barəsində belə) bu¬yur¬du:
    Rəng zinət və gözəllikdir. (Amma) biz əzada və qəm-qüssədə olan bir tayfayıq. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Həzrətin («biz əzada və qəm-qüssədə olan bir tayfayıq» deməkdən) məqsədi Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatıdır. (Rəng barəsində on yeddinci kəlamın şərhində də danışılıb.)
    466
    İmam Əli əleyhis-salam (iffətliliyin mədhində) buyur¬muş¬dur:
    Allah yolunda şəhid olmuş mücahidin savabı (haram və nalayiq işlər görmək) qüdrət və imkanı olan, amma iffət-ismət göstərən kəsdən çox deyil. (Haram və nalayiq işlərdən çəkinən) iffətli şəxsin mələklərdən biri olması daha yaxındır. (Bu kəlam «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda yoxdur. Biz onu İbn Əbil Hədidin nüsxəsindən nəql etdik.)
    467
    İmam Əli əleyhis-salam (qənaətin faydası barəsində) buyur¬muşdur:
    Qənaət tükənməz sərvətdir. (Çünki qənaət və əldə olana qane olmaq ehtiyacı uzaqlaşdırır. Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    Bu kəlam Peyğəmbərdən (səlləllahu əleyhi və alih) (də) nəql edilmişdir.
    468
    İmam Əli əleyhis-salam Ziyad ibn Əbihi Abdullah ibn Abbasın yerinə Fars vilayəti və onun ətraf bölgələrinə vali təyin edən zaman aralarında olan uzun bir söhbətdə onu (rəiyyətdən) vergiləri qabaqcadan almaqdan çəkindirərək buyurmuşdur:
    (Rəiyyətlə) ədalətli və insaflı ol və yolu azmaqdan və zülmdən qorx. Çünki yolu azmaq (insafsızlıq) didərginliyə (onların didərgin düşmələrinə) səbəb olur və zülm, qılınca (rəiyyətlə vali arasında çəkişmə və dava-dalaş yaranmasına) gətirib çıxarır (yaxud zülm, valinin rəiyyətin əli ilə öldürülməsinə səbəb olur).
    469
    İmam Əli əleyhis-salam (günah barəsində) buyurmuşdur:
    (Allah yanında) ən ağır günah, insanın yüngül və kiçik hesab etdiyi günahdır. 
    470
    İmam Əli əleyhis-salam (nadanı öyrətməyə təşviq edərək) bu¬yur¬muşdur:
    Allah alimlərdən öyrətmələri barəsində əhd-peyman almayınca nadanlardan öyrənmələri barəsində əhd-peyman almadı. (Nadanlara öyrənməyi o vaxt vacib etdi ki, ondan qabaq alimlərə öyrətməyi və elmlərini gizlətməməyi vacib etmişdi.)
    471
    İmam Əli əleyhis-salam (dostu əziyyətə salmağın məzəmmətində) buyurmuşdur:
    Qardaşların (dostların) ən pisi insanın ona görə zəhmətə düşdüyü (dostluğu çətinlik və əziyyətə səbəb olan) kəsdir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    Çünki «تَكْلِيف» «təklif», yəni, taqətdən artıq olan şey məşəqqətə səbəb olur və məşəqqət insanı zəhmətə salan qardaş və dostun bais olduğu şər və pislikdir. Buna görə də o, qardaşların ən pisidir.
    472
    İmam Əli əleyhis-salam (dostu itirmək barəsində) bu¬yurmuşdur:
    Mömin öz qardaşını (dostunu) qəzəbləndirən (və ya utandıran) zaman ondan ayrılıb. (Qəzəbləndirmək və ya xəcalətli etmək ayrılığa səbəb olur. Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    (Ərəb dilində) birini qəzəbləndirən zaman «حَشَمَهُ» «həşəməhu» və «أَحْشَمَهُ» «əhşəməhu» deyilir. Bəziləri onun, «xəcalətli etmək, utandırmaq» (mənasında) olmasını deyiblər. «إِحْتَشَمَهُ» «ihtəşəməhu» (yəni,) «onun qəzəb¬lən¬məsini və ya xəcalətli olmasını istədi». Və bu, (elə) onun ayrılığını güman etməkdir.
    * * *
    İndi işimiz sona çatdı və biz Əmirəl-möminin Əli əleyhis-salamın kəlamlarından seçdiklərimizdən əl gö¬tü¬rüb eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha, bi¬zə o Həzrətin kəlamlarının pərakəndə olanlarını bir ye¬rə toplamaq və uzaq olanlarını yaxınlaşdırmaq imkanı və şəraiti yaradaraq minnət qoyduğu üçün şükr edirik. İs¬təyirik, kitabın əvvəlində vədələşdiyimiz kimi əldən çıxan¬ları geri almaq və əldə edilənləri bir-birinə birləşdirmək üçün hər fəslin sonuna bir neçə ağ səhifə artıraq ki, bəl¬kə bizə qaranlıq olan söz aşkar olsun və ayrılıqdan son¬ra bizə çatsın. İşimizdə müvəffəqiyyət qazanılması üçün lazım olan hər bir şey ancaq və ancaq Allahın kömək və yardımı ilə mümkün olub. Ona təvəkkül edir və ar¬xalanırıq; O, bizə bəsdir və O, ən gözəl vəkil və yardım¬çıdır.
    Bu kitab hicrətin dörd yüzüncü ilinin Rəcəb ayında sona çatdı. Allah pey¬ğəm¬bərlərin sonuncu¬su və yolların ən yaxşısının bə¬lədçisi, bizim ağa və sərvərimiz Məhəm¬mədə, onun (hər bir eyb və nöqsandan) pak olan əhli-beytinə və elm və bilik ulduzları olan səhabələrinə salam çatdırsın.
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 785 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024