İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    Feyzul-İslamın V hissəyə yazdığı müqəddimə:
    بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
    الْحَمْدُ لِلّهِ الْفاشِى فِى الْخَلْقِ أَمْرُهُ وَ حَمْدُهُ الظّاهِرِ بِالْكَرَمِ مَجْدُهُ الْباسِطِ بِالْجُودِ يَدَهُ الَّذِى لا تَنْقُصُ خَزائِنُهُ وَ لا تَزِيدُهُ كَثْرَةُ الْعَطاءِ إِلّا جُوداً وَ كَرَماً إِنَّهُ هُوَ الْعَزِيزُ الْوَهّابُ وَ الصَّلوةُ وَ السَّلامُ عَلى عَبْدِهِ وَ رَسُولِهِ سَيِّدِ الْأَنْبِياءِ وَ الْمُرْسَلِينَ مُحَمَّدٍ وَ الِهِ الْهُداةِ الْمَهْدِيِّينَ
    اللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ وَ أَهْلِكْ عَدُوَّهُمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ مِنَ الْأَوَّلِينَ وَ الْاخِرِينَ
    «Nəhcül-Bəlağə» peyğəmbərlərin sözlərinin cövhəri, Qur’ani-Kərim həqiqətlərinin sirlərinin açıqlaması, azğın və düşkünlərin xilasedicisidir. Əmirəl-möminin əleyhis-salamın Seyyid Şərif Rəzi (əleyhir-rəhmə) tərəfindən nümunələri müqəddəs «Nəhcül-Bəlağə» kitabında top¬lan¬mış kəlam və əməllərinə tabe olmayınca qan tökülməsi, fitnə-fəsad, zülmkarlıq, ikiüzlülük, özündənrazılıq və bədbəxtlik bəşəriyyətdən uzaqlaşmayacaq və dünyada sülh və asayiş, ədalət, vəhdət və xoşbəxtlik bərqərar olmayacaq. Bu kitabda insanın həyat və asayişinə aid hər bir şey olduğu üçün o, əməl edən hər bir kəsin başucalığı və xoşbəxtliyinə zamindir.
    Bu sözlər əql və elm sütunları üzərində bərkidilib və boşboğazlıq və naqqallıq deyil. Əgər inanmırsınızsa, öz alim və tanınımış şəxsiyyətlərinizlə bir yerə toplaşaraq barəsində ətraflı fikirləşib düşünün ki, həqiqətlərini dərk edəsiniz.
    Xeyir və yaxşılıq, asayiş və gözəllik axtaran hər bir kəs, gərək «Nəhcül-Bəlağə»ni özünə örnək etsin. Buna görə də bədbəxt o böyük və başçıdır ki, bu kitabı oxumayıb; aciz o rəhbər və tayfa başçısıdır ki, onun göstərişlərinə əməl etmir; avara-sərgərdan o xalqdır ki, əməlləri «Nəhcül-Bəlağə»nin buyuruqları ilə uyğun gəlmir; xoşbəxt o kəslərdir ki, bu tərcümə və şərhin dörd hissəsini diqqətlə oxuyub və əməl ediblər və indi beşinci hissəni dərk etməyə nail olurlar. Çünki biz lazım olan bütün nöqtələrə (hamının səviyyəsində olan xülasə şəklində və hamının başa düşdüyü sadə dildə) toxunmuş və onları yada salmışıq. Bu məsələ elm və bilik əhlinə bəllidir. Hissələrdə Allah və Peyğəmbərin razılığına zidd bir söz yazılmamasına, elm şəhəri olan Əli əleyhis-salamın hüzurunda əməlimin qəbul edilməsinə və qiyamət günü günahlarımın bağışlanmasına səbəb olacağına ümid bəsləyirəm.
    اللهُمَّ اخْتِم عَمَلى بِأَحْسَنِهِ وَ اجْعَلْ ثَوابى مِنْهُ الجَنَّةَ بِرَحْمَتِكَ
    امين يا رَبَّ العالَمينَِ
    Fani bəndə: Əliyyənnəqi (Feyzul-İslam) İsfahani Ali-Məhəmməd əd-Dibac,
    1368 H.Q.
    1-ci məktub
    İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Təlhə, Zübeyr və onların tərəfdarları ilə müharibəyə) gedərkən yoldan Kufə əhlinə göndərdiyi məktublarındandır. (O, Maul-uzəybə çatanda bu məktubu Kufə əhlinə yazdı və onları Osmanın öldürülmə səbəbindən xəbərdar edərək öz köməyinə çağırdı.Məktubu Kufəyə imam Həsən və Əmmar ibn Yasir ilə göndərdi.)
    Allahın bəndəsi Əmirəl-möminin Əlidən alicənab yar¬dımçı və ərəbin şərafətlilərindən olan Kufə əhlinə:
    Allaha həmd və Peyğəmbərə salamdan sonra, mən si¬zi Osmanın işindən (və onun öldürülmə səbəbindən) elə xə¬bər¬dar edirəm ki, onu eşitmək görmək kimi olsun. (Kufə əhlindən həmin hadisədə olmayanlar orada olanlar və görənlər kimi olsunlar.) Xalq (yaramaz əməllərinə görə) Osmana çirkin və nalayiq sözlər dedi. Mən (Həzrət Peyğəmbərlə Məkkədən Mədinəyə sülh və asayiş üçün gəlmiş) Mühacirlərdən biri idim ki, (fitnə-fəsad və qan tökülməsinə nifrət bəsləyərək ondan uzaq gəzirdim və) xalqın ondan razı olmasını çox istəyir, onu az məzəmmət edirdim. (Ona həmişə öyüd-nəsihət verir və davranışını dəyişməyə çağırırdım.) Və (amma) Təlhə və Zübeyrin onun barəsin¬dəki ən yüngül davranışları kəskin mövqe tutmaq, ən yavaş sövq etmələri isə (vəziyyətin kəskinləşməsini) daha da sürətlən¬dirmək idi.(Onlar Osmana nəinki heç vaxt öyüd-nəsihət vermirdilər, əksinə, həmişə fətnə-fəsad yaratmaq fikrində idilər. Buna görə də camaatı yaxın-uzaq yerlərdən toplayaraq onu öldürməyə həvəsləndirirdilər. Belə ki, Zübeyr deyirdi: Onu öldürün, o, sizin dininizi dəyişdirib. Osman öz evində mühasirədə olarkən belə deyirdi: Vay olsun Təlhəyə! Mən ona hər cür hörmət etdim, o isə indi mənim qanımı tökmək fikrinə düşüb. ) Həmçinin Aişə fikirləşib dü¬şün¬¬mə¬dən, qəflətən onun barəsində qəzəbləndi.(O, Osman beytülmalı ancaq öz qohum-əqrəbası arasında bölüş¬dür¬düyü üçün özündən çıxdı və camaatı onu öldürməyə vadar edərək dedi: «اُقْتُلُوا نَعْثَلاً قَتَلَ اللهُ نَعْثَلاً» «Nə’səli öldürün, Allah Nə’səli öldürsün!» Yəni, bu axmaq şeyx və ağılsız qocanı öldürün! Allah onu öldürsün! Nə’səl Mədinədə yaşayan uzunsaqqallı bir yəhudinin adı idi. Aişə belə demək¬lə Osmanı ona bənzədirdi. Rəvayət edilib ki, bir gün Osman minbə¬rə çıxmışdı və məscid cəmiyyətlə dolu idi. Aişə pərdə arxasından əlini çölə çıxartdı və Həzrət Peyğəmbərin nə’leyn və köynəyini camaata göstərərək dedi: Bunlar Peyğəmbərin nə’leyn və köynəyidir və onlar köhnəlməmiş sən onun din və sünnəsini dəyişdirmisən. Onlar orada bir-birlərinə kobud sözlər dedilər. )Sonra (Təlhə, Zübeyr və Aişə camaatı onu öldürməyə sövq etdilər və) bir qrup hazırlaşaraq onu öldürdü. (Buna görə də onlar Osmanın intiqamını almaq fikrinə düşməməlidirlər, bəlkə onlardan intiqam alınmalıdır.) Xalq heç bir ikrah və məcburiyyət olmadan öz meyl və istəyi ilə mənə bey’ət etdi. (Bəs görəsən Təlhə, Zübeyr və onların ətrafındakıların mənə qarşı çıxmalarının və fitnə və çaxnaşma yaratmalarının səbəbi nədir?!)
    Və bilin ki, (Təlhə, Zübeyr və Aişənin fitnələri nəticəsində) hicrət di¬yarı (Mədinə) boşalıb və əhalisi ondan uzaqlaşıb. (Mən na¬çar qalıb ordan çıxdım.) Fitnə qazanın qaynaması Ki¬mi qay¬nayaraq cuşa gəlib. (Hərc-mərclik səbəbindən oranın sakitlik və asayişi aradan gedib.) Fitnə (dinin) qütbünə (yəni, İmam əleyhis-salama) qarşı yönəlib. Odur ki, öz əmir və imamınıza doğru tələsin (ona kömək və yardım edin) və Allahın istəyi ilə düşmənlərinizlə (Təlhə, Zübeyr və onların ətrafındakılarla) müharibə etməyə çalışın.
    2-ci məktub
    İmam Əli əleyhis-salamın Kufə əhlinə olan məktub¬ların¬dandır (ki,həmin məktubda onlara) Bəsrə (müharibəsindəki) qələbəsindən sonra (minnətdarlıq edib).
    Allah siz Kufə əhlinə Peyğəmbərinizin əhli-beyti tərə¬findən (əvəzindən) itaətkarlarına və nemətinə şükr edənlərə verdiyi mükafatların ən gözəlindən versin ki, (bizim fərmanımızı) eşitdiniz və (ona) tabe oldunuz və (dinə yardım etməyə) çağırıldınız və qəbul etdiniz (və sonda Allah düşmənlərini məğlub edib əldən saldıq).
    3-cü məktub
    İmam Əli əleyhis-salamın onun tərəfindən qazı təyin edilən Şüreyh ibn Harisə yazdığı məktublardandır (ki, onda dünyaya və dünya malına bel bağlamağın ziyanlarından danışıb).(Şüreyh kosa idi və üzünə tük çıxmırdı. Ömər ibn Xəttab onu Kufənin qazısı təyin et¬mişdi və o, həmin diyarda qazılıq və şəriət hakimliyi ilə məşğul idi. Əmirəl-mö¬mi¬nin onu öz vəzifəsindən uzaqlaşdırmaq istədi. Kufə əhalisi dedi: Onu vəzifəsindən uzaq¬laşdırma, çünki o, Ömər tərəfindən təyin edilib və biz səninlə o şərtlə bey’ət et¬mi¬¬şik ki, Əbu Bəkr və Ömərin qərarlarını dəyişdirməyəsən. Muxtar ibn Əbu Ubeydə Sə¬qəfi hakimiyyətə gələndə Şüreyhi Kufədən çıxardaraq sakinləri yəhudi olan bir kəndə göndərdi. Həccac Kufənin hakimi olanda onu Kufəyə qaytardı və yaşlı qoca olmasına baxmayaraq, ona qəzavət işləri ilə məşğul olmağı əmr etdi. O, Muxtar tərəfindən xar edildiyi üçün xahiş etdi ki, Həccac onu qəzavət etməkdən üzrlü saysın. Həccac onun bu istəyini qəbul etdi. Axır ki, o, yetmiş beş il qazı olub. Ömrünün ancaq son iki ilini bu işdən kənarda qalıb və yüz iyirmi yaşında dünyadan köçüb. ) Rəvayət edilib ki, Əmirəl-möminin tərəfindən də qazı olan Şüreyh ibn Haris, o Həzrətin xilafəti zamanında səksən dinara bir ev alıbmış. Bu xəbər İmama çatanda, onu çağırtdıraraq deyib ki, mənə sənin səksən dinara ev almağın və sənəd yazaraq bir neçə nəfəri şahid tutmağın barəsində xəbər çatıb. Şüreyh cavab verir ki, ey Əmirəl-möminin, elə olub. Ravi deyir: Həzrət qəzəbli şəxsin baxışları ilə ona baxaraq belə buyurdu :
    Ey Şüreyh, bil ki, tezliklə sənin yanına (yazdığın) sənədə baxmayan və şahidlərdən (bir şey) soruşmayan bir kim¬sə (Əzrail) gələcək, səni həmin evdən gözün baxa-ba¬xa (heyran və sərgərdan, yaxud köçəri kimi) çıxaracaq və hər şeydən ayrı, göruna tapşıracaq. Odur ki, ey Şüreyh, bax! Məbada bu evi başqasının pulu ilə almış olasan, yaxud onun pulunu halal olmayan şeylə vermiş olasan ki, əgər belə olsa dünya və axirət zərər-ziyanını qazanmış olarsan!! (Çünki əgər evi başqasının malı və ya haram malla almış olsan, dünyadan lazımınca bəhrələnməyəcək, axirətdə isə əzaba düçar olacaqsan.) Bil (ki), əgər ev alanda mənim yanıma gəlsəydin, sənin üçün bu (aşağıdakı) kimi bir sənəd yazardım. Onda həmin evin çox (yəni, səksən dinar) deyil heç bir dirhəmə də alınmasına rəğbət göstərməzdin. Həmin sənəd budur:
    Bu, xar və həqir bəndənin, (mütləq öləcək və evindən axirət evinə) köçmək üçün çıxmış ölüdən, yox olanların yeri və məhv edilmişlərin nişanəsi olan yalan diyarda aldığı bir evdir. Bu evin dörd hasarı var: Birinci hasar xoşagəlməz və acınacaqlı hadisələrə (dağıntı, xəstəlik, çətinlik və oğurluğa) gedib çıxır. İkinci hasar qəmlər amilinə (əzizlərin ölümü, arzu və sərmayənin əldən getməsinə), üçüncü hasar məhv edici istək və arzulara və dördüncü hasar azdırıcı şeytana gedib çıxır.Bu evin qapısı isə dördüncü hasardandır.
    İstək və arzulara uymuş bu şəxs, belə bir evi ölüm üçün çıxmış şəxsdən qənaət kəramətindən xaric olmaq və istək və xarlıq həqirliyinə daxil olmaq bahasına alıb.(Çünki qənaət və başqalarına möhtac olmamaq hissini əldən vermək zillət və xarlığa səbəb olan çətinlik və giriftarlıqlar gətirir. Deməli, əslində ehtiyac olmayan evin alınmasının qiyməti qənaət, şərafət və abır izzətindən çıxmaq və nəfs zilləti, çətinlik və giriftarçılıqlara daxil olmaqdır. ) Bu alıcıya aldığı şeydə satıcı tərəfindən dəyən (və onun za¬min olmasına səbəb olan, yəni, satıcının, əvəzini ödəməli olduğu) zi¬yan və pisliyin intiqamı padşahların canlarını məhv edən, itaətdən çıxanların canlarını alan və (İran şahları) Kəs¬ra, (Rum şahları) Sezar, (Yəmən şahları) Tübbə, (qəbilə sahibi olan Himyər ibn Səba ibn Yəşğəb ibn Yə’rəb ibn Qəhtanın övladları) Himyər kimi fironların səltənətlərini aradan aparan və mal üstünə mal toplayaraq onu çoxaldan, (binalar) tikib ucaldıb onları bəzəyərək zinətləndirənləri, sərvət toplayan və ev, bağ və əşyalarını öz gümanları ilə övladları üçün nəzərdə tutaraq top¬la¬yanları aradan aparanın (yox edən ölüm mələyinin) öhdəsinədir. (Allah tərəfindən haqq və batil,) cənnətlik və cəhənnəmliklər barəsində qəti hökm veriləndə, O, onları sorğu-sual ediləcək və mükafat veriləcək yerə göndərəcək.(Qur’ani-Kərimin Mu’min surəsinin 78-ci ayəsində deyilir: «فَإِذَا جَاء أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ» «Allahın əmri gəldikdə ədalətlə hökm olunar. Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayarlar». ) Orada, pozğun və puç işlər görənlər ziyana uğrayarlar. (Pis işlərə əmr edən nəfsin) istəklərinə tabeçilikdən azad olan və dünyaya bağlılıqdan sağ¬lam qalan ağıl bu sənədə (onun düzlüyünə) şahiddir. (Dün¬yaya ürək bağlamış və nəfsi istəklər əlində əsir olan kimsə isə bu sözlərə inanmaz və ona görə də onun düzlüyünə şəhadət verməz.)
    4-cü məktub
    İmam Əli əleyhis-salamın öz qoşun başçılarından bəzilərinə (İmam əleyhis-salam tərəfindən Bəsrənin hakimi olmuş və sərgüzəştlərinin bir hissəsi 171-ci xütbənin şərhində deyilmiş Osman ibn Hüneyfə) məktublarındandır. (İmam ona düşmənin itaət etməyəcəyi təqdirdə onlarla vuruşmağı əmr edir.)
    (Cəməl əhli «Təlhə, Zübeyr, Aişə və onların tərəfdarları» Bəsrəyə çataraq müharibəyə hazırlaşdıqdan sonra Osman ibn Hüneyf İmam əleyhis-salamı onların məqsədlərindən xəbərdar etmək üçün ona məktub yazdı. O Həzrətin Osman ibn Hüneyfə cavab olaraq yazdığı məktubun bir hissəsi belədir:) Əgər itaət kölgəsinə qayıtsalar (fitnə-fəsaddan əl çəkərək asayiş bərqərar edilməsini istəsələr) bu, elə bizim sevdiyimiz (istədiyimiz) şeydir. Amma əgər işlər onları düşmənçilik və üs¬yan¬kar¬lığa sövq etsə (müharibəyə hazırlaşsalar), sənin əmrinə tabe olan¬larla, əmrinə tabe olmayanlara qarşı qalx və döyüş. Sənin da¬lınca gedən kimsə ilə sənə yardım etməkdən çəkinən kim¬səyə möhtac olma (kömək etməyənlərə möhtac olduğunu sanma). Çün¬ki bir işə meyli olmayan kimsənin (orada) olmaması ol¬ma¬sın¬dan daha yaxşıdır, oturması durmasından daha xe¬yir¬lidir. (Ona görə ki, meyli olmadan məcburiyyətlə bir işə başlayan şəxs öz sirrini aça bilər və nəticədə başqaları da onun dalınca gedərək işdən qalarlar.)
    5-ci məktub
    İmam Əli əleyhis-salamın Əş'əs ibn Qeysə (-onun barəsində 19-cu xütbənin şərhində bir az danışılıb) məktublarındandır. O, (Osman tərəfindən) Azərbaycanın hakimi idi.(Azərbaycan İranın şimal-qərbində olan bir vilayətdir ki, çoxlu şəhər və kəndləri var və oranın ən mühüm və mərkəzi şəhəri Təbrizdir. Əmirəl-möminin Osmandan sonra işlərin idarəçiliyini ələ aldıqdan sonra Əş'əs nalayiq işlərinə görə İmamın onu öz vəzifəsindən uzaqlaşdıracağından qorxurdu. İmam, Cəməl müharibəsi qurtardıqdan sonra Əş’əsin Azərbaycan mallarının qorunmasında sayıq olması üçün ona bir məktub yazdı. Aşağıdakı cümlələr də həmin məktubdandır.)
    Sənin işin (və hakimliyin) sənin üçün ruzi və yemək deyil. (Səni ona görə hakim etməyiblər ki, bir şey tapan kimi ondan özbaşına yeyəsən.) O iş sənin boynunda olan bir əmanətdir (ki, qoruyaraq onun yolunda, dinin hökmlərinə zidd bir addım atmamalısan). Səndən özündən üstün olan kimsə üçün gözətçi olmağını istəyiblər. (Sən elə bir əmirin əli altındasan ki, səni gözətçi təyin edib və sənə vilayəti onun tərəfindən qorumağı tapşırıb. Buna görə də) rəiyyətin işində öz istədiyin kimi davrana bilməzsən. (Sənə əmr edilməmiş bir iş görə bilməzsən.) Sənə əmr və fərman gəlməyincə böyük işə girişə bilməzsən. Sənin əllərində bənzərsiz və böyük Allahın mallarından var. Sən onları mənə təhvil verənə kimi mənim xəzinədarlarımdan birisən. Ümid¬varam ki, mən sənin üçün vali və əmirlərin ən pisi olmayım. (Bu hökmün sənin dünya və axirətinə də xeyri var.) Salama layiq kimsəyə salam olsun!
    6-cı məktub
    İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktubla¬rın¬dandır (ki, onu Şama Cərir ibn Abdullah Bəcəlli vasitəsi ilə göndərib və onda öz xilafətinin haqq və düzgün olmasını sübut edərək Osmanı öldür¬məkdən uzaq olduğunu açıqlayıb).
    Əbu Bəkr, Ömər və Osmanla bey’ət edənlər (onları xilafətə təyin edənlər) həmin yolla mənimlə bey’ət edərək əhd-pey¬man bağladılar (işlərin idarəçiliyini mənə tapşırdılar). Odur ki, (xila¬fə¬tin Allah və Peyğəmbər tərəfindən təyin edilmə ilə deyil, ümmətin ümumi rə¬yi ilə bərqərar olmasına və xalqın ümumi rəyə gələrək Əbu Bəkr, Ömər və Os¬ma¬nı xəlifə təyin etmələrinə əqidə bəsləyən sizlər bilməlisiniz ki, məni də xila¬fə¬tə həmin şəxslər, yəni, xalq kütləsi təyin edib. Buna görə də) orada (bey¬ətdə) olanların (Təlhə və Zübeyr kimilərin) ondan başqasını seç¬mək haqqları yoxdur. Orda olmayanın da (sənin kimilərin də) onu qəbul etməmək haqqı yoxdur. (Sizin əqidənizə görə xilafət mə¬sə¬ləsində) məşvərət aparmaq Müha¬cirlərin (Məkkədən Mə¬di¬nə¬yə gələrək Həzrət Peyğəmbərə-səlləllahu əleyhi və alih- qoşulanların) və Ən¬sa¬rın (Mədinədə Həzrət Peyğəmbərə iman gətirərək yardım edənlərin) haq¬qıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam ad¬lan¬dırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kim¬sə (xəlifədə) eyb və nöqsan tapması səbəbindən (bə¬hanəsi ilə, mə¬sələn, Müaviyənin Osmanın öldürülməsini ona nisbət verməsi ki¬mi) və ya (din¬də rəva olmayan şeyi ona daxil etmək Təlhə, Zübeyr və on¬la¬rın tərəf¬dar¬larının əhd-peymanlarını pozmaları kimi) bid’ət nəti¬cə¬sin¬də onların əmrlərindən (onların gör¬dük¬lə¬ri işlərdən) boyun qaçır¬sa, onu itaət etməyə vadar edər¬lər. Əgər (öyüd-nəsihət fayda ver¬məsə və) onların göstərişlə¬ri¬ni qəbul etməsə, (sizin əqidənizə gö¬rə) onunla möminlərin yo¬lundan başqa bir yol ilə getdiyi üçün vu¬ru¬şarlar. Allah (da) onu üz tutduğu şeyin öhdəsinə bu¬raxar.
    Ey Müaviyə, canıma and olsun, əgər ağlına müraciət et¬sən (fikrə dalıb düşünsən) və nəfsi istəklərinə göz yumsan, (yersiz danışmaz, Osmanın öldürülməsini mənimlə peyman bağlamama¬ğına bəhanə gətirməzsən) görərsən ki, mən Osmanın qanın¬da (öldürülməsində) ən təmiz adam olmuşam; bilərsən ki, mən ondan uzaqlaşaraq bir guşəyə çəkilmişdim. Am¬ma sən (nəfsi isətəklərə uyaraq) böhtan atıb onun öldü¬rül¬mə¬sini mənə nisbət verirsən və sənə məlum olan şeyi gizlədirsən. Salama layiq kimsəyə salam olsun!
    7-ci məktub
    Bu da imam Əli əleyhis-salamın Müaviyəyə olan mək¬tub¬la¬rın¬dadır (ki, onda onu, o Həzrətə yazdığı məktuba görə məzəmmət edib və onun nadanlıq və azğınlığını xatırladıb).
    Allaha həmdü-səna və Həzrət Peyğəmbərə salamdan sonra: Sən¬dən mənə müxtəlif sözləri bir-birinə yapışdırıb məktub bəzə¬di¬yin öyüd-nəsihət gəlib çatdı. (Bəzi mətləblər əldə edərək bu məktubda on¬ları bir-birinə yapışdırmısan, halbuki onların bir-biri ilə heç bir əlaqəsi yoxdur. On¬ların hər birinin harada və necə işlədilməsinin gərəkliyini bilmədiyin üçün) öz az¬ğınlığın səbəbindən bu mək¬tu¬bu hazırlamısan və fikir və dü¬şün¬cənin pisliyindən onu (mə¬nə) göndərmisən! Məktub düz yola isti¬qamət¬ləndirəcək gö¬zü (bəsirət və gözüaçıqlığı) və nicat yoluna sövq edəcək başçısı və cilovdarı olmayan kimsədəndir. Nəfsi is¬tək onu (belə bir işə) vadar edib, o da qəbul edib, azğınlıq onun rəh¬bəri olub, o da onun dalınca gedib. (Buna görə də) o, sa¬¬yıq¬layaraq boş¬boğazlıq edib və bihudə fəryad qoparıb (mənası başa dü¬şül¬məyən nadürüst sözlər deyib); yolunu azaraq səhv edib (belə na¬layiq sözlər yazıb).
    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 1040 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024