İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    10-cu məktub
    Bu da, imam Əli əleyhis-salamın Müaviyəyə məktub¬ların¬dandır (ki, İmam əleyhis-salam onda Müaviyənin çirkin əməllərini məzəmmət edir, ona öyüd-nəsihət verir və onu işlərinin pis nəticəsi ilə qorxudur).
    Özünü (dünyapərəstlər üçün) bəzəyərək gözəl göstərən və ləzzətləri ilə aldadan yaşadığın dünyanın pərdələri səndən (gözün önündən) götürülən zaman nə edəcəksən? (Dünya) səni (öz dostluğuna) dəvət edib, (sən də) qəbul etmisən; qabağına düşüb dalınca getmisən; sənə əmr edib itaət etmisən. (Ölüm, əzab və günahların cəzası ilə nə edəcəksən?) Qarşını alacaq birisinin səni saxlaması (onun gələcəyi zaman) yaxındır. (Ölüm gəlib çatıb səni) o şeydən (əzab və cəzadan) xəbərdar edəcək ki, heç bir nicat verən səni xilas edə bilməyəcək. Buna görə də (bu çətin keçidləri nəzərə alaraq nəfsi istəklərə tabe olmayıb) bu işdən (layiq olmadığın xilafət iddiasından) əl çək və özünü hesab və sorğu gününə hazırla. Sənə çatacaq şey (ölüm və ondan sonrakı çətinliklər) üçün qolunu çırma (çevik ol, çalış). Qulağına (Əmr ibn As və Mərvan kimi) azğınları dinləmək imkanı vermə (onların sözlərinə qulaq asma və göstərişlərinə tabe olma). Əgər belə etməsən (bu öyüd-nəsihəti qəbul etməsən), səni özün barəndə qafil olduğun şeydən xəbərdar edirəm: sən naz-nemət içərisində qərq olmusan, (nemət səni üsyankar edib və buna görə də) şeytan səndə (sənin qəlbində) yer tutub və öz arzusuna çatıb, sənin (vücudunda) can və qan kimi hərəkət edib. (Sənə elə hakim olub ki, etdiyin hər bir iş, dediyin hər bir söz onun göstərişi ilədir. İmam əleyhis-salam bundan sonra onu məzəmmət edərək buyurur: )
    Ey Müaviyə, siz (Üməyyə övladları) heç bir xeyir və yaxşılıq iftixarına, möhtərəmlik və şərəfə malik olmadan nə vaxtdan rəiyyətə hakimlik və müsəlmanlara başçılıq ləyaqətinə sahib olmusunuz?! (Bundan qabaq heç bir işdə fəzilət və üstünlüyün olmayıb ki, sənin xilafət və əmirlik iddiası etməyinə səbəb olsun.) (İnsanı şeytanın və nəfsi istəklərin davamçısı edən) bədbəxtlik tarixçələrinin bərpa olmasından Allaha pənah aparıram! Səni həmişə arzulara aldanmaqdan və zahirinlə batininin iki cür olmasından çəkindirirəm. (Dünyapərəstlik, münafiqlik və ikiüzlülükdən qorx. Sonra onu müharibə ilə hədələyərək buyurur:)
    Məni döyüşə çağırmısan. Elə isə camaatı bir tərəfə qoyaraq özün mənim yanıma gəl. Hər iki qoşunu döyüşdən saxla ki, günahın, bizlərdən hansının qəlbinə qələbə çalması, pərdənin (qəflət pərdəsinin) kimin gözü önündən asılması məlum olsun.(Camaatı öz hallarına qoy ki, kimin Allah yolunda qılınc çalması, haqq yolda dayanması və qaçmaması bilinsin.) Mən Əbul-Həsənəm, sənin babanı (ciyər yeyən anan Hindin atası Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) və qardaşını (Hənzələ ibn Əbu Süfyanı) öldürən! Mən onları Bədr müharibəsində məhv etdim. Həmin qılınc (indi də) məndədir. Həmin ürəklə düşmənimlə üz-üzə gəlirəm. Başqa din seçməmiş, yeni peyğəmbər götürməmişəm. (İslamın hökmlərinin heç birinin əksinə hərəkət etmirəm.) Mən bir yoldayam ki, siz öz ixtiyarınızla onu tərk etdiniz və ona məcburiyyət üzündən daxil olmuşdunuz.(Mənim söz və əməllərim, sizin elə əvvəldən öz xoşunuzla qəbul etmədiyiniz İslam dininin hökmləri əsasındadır. Siz naçar olduğunuz üçün zahirdə iman gətirərək batində kafir qaldınız. ) Belə güman edirsən ki, (məndən) Osmanın intiqamını almağa gəlmisən?! Halbuki Osmanın harada öldürülməsini (və onu kimlərin qətlə yetirmələrini məndən yaxşı) bilirsən. Əgər (doğrudan da) intiqam almaq istəyirsənsə, oradan (onu öldürmüş Təlhədən, Zübeyrdən və digərlərindən) intiqam al. Səni sanki (onun intiqamını bəhanə edən, əslində isə) müharibədən, dəvələrin yükün ağırlığından qopardıqları fəryadları kimi fəryad edib şivən qoparan görürəm, qorxursan ki, (o,) dişlərini sənə batırsın (sənə üz tutsun). Sanki sənin qoşununu görürəm ki, aldıqları ardıcıl zərbələr, baş verəcək çətin hadisələr və bir-birinin ardınca torpağa düşmələri nəticəsində çarəsizlikdən məni Allahın kitabına dəvət edirlər (ki, müharibədən əl götürüm).(«Hərir» gecəsinin sübh çağı Şam qoşunu Əmr ibn Asın göstərişi ilə Qur’anları nizələrin başına keçirtdi və İraq qoşunundan sülh və barışıq istədi. Otuz altıncı xütbənin şərhində bu mətləbə işarə edilib. İmam əleyhis-salamın buyuruğundakı bu cümlə qeyb xəbərlərindəndir ki, hadisə baş verməmişdən onu Müaviyəyə xatırladır. ) Həmin qoşun haqqa kafir və onu inkar edənlərdir (ki, mənə bey’ət etməyiblər), yaxud bey’ət edib (sonra ondan) əl götürüblər. (İraq münafiqləri o Həzrətə bey’ət edəndən sonra əhdlərini pozaraq Şama, Müaviyənin yanına getmişdilər.)
    11-ci məktub
    İmam Əli əleyhis-salamın düşmənə tərəf göndərdiyi qoşuna olan tövsiyələrindəndir.(Bu, həm də İmam əleyhis-salamın səhabələrinin yaxşı simalarından olmuş Ziyad ibn Nəsr və Şüreyh ibn Haninin məktublarına yazdığı cavab məktubunun bir hissəsidir. İmam əleyhis-salam onları on iki min nəfərlik İraq qoşunu ilə birlikdə Şam qoşununa qarşı müharibəyə göndərmişdi. Yolda onlar bir-birləri ilə müxalifət edərək hər biri Kufəyə o Həzrətə məktub göndərib digərindən şikayət etmişdi. O Həzrət onların hər ikisinin cavabında məktub yazmışdı ki, həmin məktubun bir hissəsində onlara düşmənlə döyüş taktikasını xatırladır. ) Nə vaxt siz düşmənlə rastlaşsanız və ya düşmən sizinlə rastlaşsa (qarşı-qarşıya gəlsəniz), gərək sizin qoşunun düşərgəsi hündür yerlərdə (təpələrdə), ya dağların ətəyində, ya da çayların kənarında olsun ki, sizə kömək etsin, (onların əllərinin sizə çatmasına) mane olsun. Həmçinin sizin (düşmənlə) döyüşünüz gərək bir, yaxud iki tərəfdən olsun. (Çünki bir neçə tərəfli döyüşün nəticəsi pərakəndəlik, zəiflik və məğlubiyyətdir.) Dağların yük¬sək¬likləri və hamar təpələrin üstündə özünüz üçün gözətçi qoyun ki, düşmən sizə tərəf gəlməsin, istər («məbada gəlsin» deyib) qorxduğunuz yerdən, istərsə də (həmin istiqamətdən gəlməməsindən) əmin və arxayın olduğunuz yerdən. (Ola bilər ki, gözlənilmədən həmin yerdən gəlsin. Belə olanda gözətçilər uzaqdan düşmənin gəlməsini görüb sizi xəbərdar edərlər və siz, onların qarşısını almaq fikrində olarsınız.) Bilin ki, qoşunun qabağında gedənlər onun gözətçiləridir və qoşunun qabağındakıların gözətçiləri (qoşunun qabağında gedən bir neçə nəfər) kəşfiyyatçılardır.(Xülasə, gərək bir neçə nəfər kəşfiyyatçı qabaqda, qoşunun gözətçiləri onların arxasınca, qoşunun özü isə onlardan sonra getsinlər ki, düşmənin işlərindən xəbərdar olub hər bir məsələdə düşünülmüş addım atsınlar. ) Bir-birinizdən ayrılmaq və pərakəndəlikdən çəkinin. (Bir yerdə) düşən zaman (oturaq salanda) hamılıqla düşün və (hərəkət edərək) köçəndə hamılıqla köç edin. Gecə sizi bürüyəndə (axşam gəlib çatanda) nizələri (öz ətrafınızda) dairəvi (şəkildə) yerləşdirin (ki, düşmən gecə basqın edəndə müdafiə alətləri əliniz çatan yerdə olsun). Yuxunu dadmayın (rahat yuxuya getməyin), az miqdar və suyu ağızda dolandıraraq çölə tökmək qədər istisna olmaqla! (Mürgü vurun, amma rahatlıqla yatmayın. Çünki düşmən oyaq olar və gecə basqın etmək fikrinə düşə bilər.)
    12-ci məktub
    İmam Əli əleyhis-salamın (səhabə və şiələrindən olmuş) Mə’qil ibn Qeys Riyahiyə olan tövsiyələrindəndir. İmam əleyhis-salam (bu məktubu) onu (Mədaindən) üç min nəfərlə, Şam (qoşunu) istiqamətinə öz qoşununun başçısı kimi göndərəndə yazıb (və məktubda Mə’qilə düşmənlə döyüş üslubunu öyrədir).
    (Mükafat və cəzasına) qovuşmaqdan başqa çarən olmayan Allahdan qorx! Sənin Ondan başqa son (gedəcək) yerin yoxdur.(Çünki sənin işin-gücün ancaq Onunladır. Elə isə Onun razılığı üçün cihad et və qorxma. Onun yolunda ölməkdən çəkinmə. )Ancaq səninlə vuruşanla vuruş. (Çünki səninlə vuruşmayan kimsə ilə vuruşmaq zülmdür və təqvalı, pərhizkar şəxs heç kəsə zülm etməz.) Havanın sərin olduğu səhər və axşam vaxtları yol get və (havanın isti olduğu) gündüz çağı (günorta) camaatı (istirahət etmələri və dincəlmələri üçün) saxla və yavaş hərəkət etdir. (Tələsmə ki, zəiflər də güclülərlə birlikdə gedə bilsinlər.) Gecənin əvvəlində yol getmə. Allah onu köç etmək üçün deyil, dincəlmək, istirahət etmək və rahatlanmaq üçün nəzərdə tutub.(Belə ki, Qur’ani-Kərimin Yunus surəsinin 67-ci ayəsində buyurur: «هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُواْ فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَ» «Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı edən Odur. Həqiqətən bunda (Allahın kəlamını) eşidənlər üçün (ibrətamiz) dəlillər vardır». ) Odur ki, gecənin əvvəlində bədən və miniyini rahat burax. Gecəni dincəldikdən sonra (dan yeri sökülməmişdən) səhər görünməyə başlayanda və ya dan yeri sökülən zaman Allah tərəfindən yetişəcək xeyir-bərəkətlə yola düş. Düşmənlə üz-üzə gələn zaman öz qoşununun ortasında dayan. Düşmənə, nə vuruşmaq istəyən adam qədər yaxınlaş, nə də onlardan döyüşdən qorxan adam qədər uzaq ol. Mənim əmrim sənə çatana qədər gözlə.(Çünki əmr gəlməmişdən müharibəyə başlamaq bəlkə də yaxşı olmaz və onun ziyanı xeyrindən çox olar. Uzaqlaşmaq da düşmənin cəsarətlənməsinə səbəb olar. ) Kin və düşmənçilik sizi onları (haqq yola) dəvət etməmişdən və hərtərəfli dəlillərlə başa salmamışdan qabaq onlarla savaşa başlamağa vadar etməsin.(Çünki kin və düşmənçilik ucbatından aparılan müharibə Allaha itaət və Onun buyuruqlarına tabe olmaq deyil, nəfsi istəklər üçündür. Buna görə də belə olan halda, kimsə öldürülsə və ya başqasını öldürsə, günahkardır və əzaba düçar olacaq. )
    13-cü məktub
    İmam Əli əleyhis-salamın qoşun sərkərdələrindən olan iki nəfərə (Ziyad ibn Nəsr və Şüreyh ibn Haniyə) göndərdiyi məktublarındandır.(Onlar «Sur ər-Rum»da Müaviyənin qoşun başçısı Əbul Ə’vər Silmi və onun böyük qoşunu ilə qarşılaşdılar və onu və ətrafındakıları İmam əleyhis-salama tabe olmağa dəvət etdilər. Onlar isə bu dəvəti qəbul etmədilər. Sonra onlar baş verənləri o Həzrətə yazaraq Haris ibn Cumhan vasitəsi ilə göndərdilər. Əmirəl-möminin onların məktubunu oxuyub Malik Əştəri çağırtdıraraq buyurdu: Ziyad və Şüreyh mənə məktub yazıb əmrimi gözləyirlər. Gərək sən onların yanına gedərək Allahın istəyi ilə mən sənə çatana qədər onlara başçı olasan və Ziyadı sağ, Şüreyhi isə sol tərəfinə qoyasan. İmam əleyhis-salam Ziyad və Şüreyhə məktub yazaraq onlara Malik Əştərə tabe olmağı əmr etdi və həmin məktubu özünün dostlarından olan Haris ibn Cumhan ilə göndərdi. ) (Həmin məktubun mətni belədir:)
    Malik ibn Haris Əştəri sizə və sizin tabeçiliyinizdə olanlara başçı və əmir təyin etdim. Beləliklə, onun əmrinə qulaq asıb itaət edin və onu (özünüzə) zireh və sipər edin. Çünki o, süstlük (bacarıqsızlıq), büdrəmək (səhvə yol vermək), həmçinin çeviklik və cəldlik ehtiyat və ağıllılığa daha uyğun sayılan yerdə asta tərpənmək, asta hərəkət etmək daha yaxşı olan yerdə isə tələskənlik etmək qorxusu olan adamlardan deyil. (Malik Allahın razılığını əldə etmək üçün çalışaraq heç vaxt süstlüyə yol verməz, bihudə sözlər danışaraq yersiz bir iş görməz.)
    14-cü məktub
    İmam Əli əleyhis-salamın Siffeyn müharibəsində düşmənlə (Şam qoşunu ilə) qarşılaşmamışdan qabaq öz qoşununa olan tövsiyələrindəndir (ki, onda onlara qələbə yolunu göstərib və onları qadınları incitməkdən çəkindirib).
    Onlar (Şam qoşunu) sizinlə döyüşə başlamayınca siz müharibə etməyin (müharibəyə başlamayın). Çünki Allaha şükr olsun ki, sizin dəlil və sübutunuz var.(Ona görə ki, onlar öz zamanələrinin imamına itaətsizlik ediblər və buna görə də onlarla vuruşmaq vacibdir. Necə ki, Allah-təala Qur’ani-Kərimin Hucurat surəsinin 9-cu ayəsində buyurur: «وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ فَإِن فَاءتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ» «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. Təcavüzkarlıq edən (Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!» ) Sizin, onlar döyüşə başlamayınca onlarla müharibəyə başlamamağınız da, onlara qarşı olan digər bir sübut və dəlilinizdir.(Çünki onların müharibəyə başlamaları Allah və Peyğəmbərlə müharibə etmələri kimidir. Buna görə ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub: «يا عَلِىُّ حَرْبُكَ حَرْبِى» «Ey Əli, səninlə müharibə etmək mənimlə müharibə etməkdir». Allah və Peyğəmbərlə müharibə edərək fitnə-fəsad törədəni də öldürmək lazımdır. Necə ki, Qur’ani-Kərimin Maidə surəsinin 33-cü ayəsində buyurur: «إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الْأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ» «Allaha və Onun peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir». Həmçinin Bəqərə surəsinin 194-cu ayəsində buyurur: «فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ» «Sizə qarşı həddini aşanlara (müharibəyə başlayanlara) siz də həmin ölçüdə həddi aşın. Allahdan qorxun və bilin ki, Allah təqvalılarladır».) Buna görə də əgər (onlar müharibəyə başlayaraq sizi də döyüşə vadar etsələr və) Allahın əmr və istəyi ilə (onlar meydandan) qaçmaq və məğlubiyyətlə üzləşsələr, qaçanları öldürməyin, acizləri yaralamayın, yaralını öldürməyin, qadınları hətta sizin şərəfinizi söysələr və başçı və böyüklərinizə nalayiq sözlər desələr belə, (onları) incitməklə təhrik etməyin. Çünki onların güc, can (iradə) və ağılları zəif və süstdür. Bizə (Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – zamanında) əmr olundu ki, onlardan əl götürək, halbuki onlar müşrik idilər. (Deməli, zahirdə İslamı qəbul etdiklərini bildirsələr, mütləq onlara toxunaraq incitməkdən çəkinmək lazımdır). Cahiliyyətdə kişi bir qadını daş və ya çomaq ilə vursaydı, buna görə onu və övladlarını məzəmmət edərdilər.
    15-ci məktub
    İmam əleyhis-salam düşmənlə qarşılaşanda və döyüşə hazırlaşan zaman (Allahla münacat və razü-niyaz edərək Ondan kömək istəyib belə) deyirmiş:
    Allahım, (bizim) qəlblər(imiz) Sənə tərəf yönəlib, boyun¬lar(ımız Sənə doğru) uzanıb, gözlər(imiz) Sənə dikilib, ayaq¬lar(ımız) Sənin yoluna qoyulub və bədənlər(imiz Sənin itaətində) zəifləyib.(Səndən başqasından göz yumaraq Sənin itaət və bəndəliyin yolunda hər şeydən keçmişik. Elə isə, bizə kömək et ki, Sənin razılığını əldə edək. )
    Allahım, (Peyğəmbərinin bizim aramızdan getməsi ilə) gizli düşmən üzə çıxdı və kin qazanları qaynadı. Allahım, Peyğəmbərimizin (aramızda) olmaması, düşmənlərin çoxlu¬ğu, (nəfsi) istək və düşüncələrimizin pərakəndəliyindən Sənə şikayət edirəm.(Bu camaatdan olan incikliyimi Sənə bildirirəm ki, onları cəzalandırasan. Buna görə də Səndən Həzrət Şüeybin, ümmətinin pis rəftarları nəticəsində istədiyi şeyi istəyirəm. ) (Qur’ani-Kərimin Ə’raf surəsinin 89-cu ayəsində buyurulduğu kimi o, belə demişdi:) «رَبَّنَا افْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِالْحَقِّ وَأَنتَ خَيْرُ الْفَاتِحِينَ» «Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. (Bizim aramızda haqq və düzlüyü üzə çıxart ki, onlar bizlərdən kimin haqq olmasını başa düşsünlər.) Axı Sən hökm verənlərin ən yaxşısısan (ki, haqqı üzə çıxarırsan)».
    16-cı məktub
    İmam əleyhis-salam döyüş vaxtı səhabələrinə (düşmənlə vuruşmaq barəsində) buyurub:
    Arxasında qayıdış duran qaçış (meydandan qaçmaq), son¬rası düşmənə hücüm olan məğlubiyyət sizə ağır gəlməsin.(Ərəblərin təsəvvür etdikləri kimi bu işi ar saymayın. Çünki ola bilər ki, düşmənlərin öz səngərlərini buraxıb qabağa gəlmələri və sizin arxadan hücüm edərək onları mühasirə etməyiniz üçün meydandan qaçmaq məsləhət olsun. Yaxud düşmənin hücumu nəticəsində meydandan qaçanda ümidsizləşməyin. Öz məğlubiyyətinizin səbəblərini aradan qaldıraraq yenidən meydana qayıdın. ) Qı¬lıncların haqqlarını əda edin. (Düşmənə cəsurluqla qılınc endirin və onların) arxalarını yerə vurun (onları torpaq üstünə sərərək məhv edin). Özünüzü (düşmənin) içinə işləyən nizə atmağa və möhkəm qılınc çalmağa vadar edərək çox çalışın. Səsləri boğun. (İztirab və nigarançılığın sizə yaxınlaşmasına yol verməyin və sakit qəlblə düşmənə tərəf üz tutun.) Çünki o, qorxu və nigarançılığı daha çox uzaqlaşdırır. To¬xumu cücərdən və insanı yaradan Allaha and olsun ki, (Müaviyə, Əmr ibn As, Mərvan və digərləri kimi münafiq və ikiüzlülər daxilən) İslamı qəbul etməyiblər. Amma (qorxudan) təslim olublar (özlərini müsəlman kimi göstəriblər) və küfrü (qəlblərində olan küfrü) gizlədiblər. Küfrə yardımçı tapan zaman onu üzə çıxartdılar. (Din ilə müxalifət və bizimlə döyüş bayrağı ucaltdılar.)
    17-ci məktub
    İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab olaraq yazdığı məktublardandır.(Həzrət bu məktubu, təfsilatı 36-cı xütbənin şərhində bəyan edilmiş «Hərir» gecəsi hadisəsindən iki-üç gün qabaq yazıb. O bu məktubda öz məqam və dərəcəsini açıqlayıb və Müaviyənin o Həzrətə yazdığı sözlərin səhv olmasını izah edərək onu məzəmmət edib. İbn Əbil-Hədid adı ilə məşhurlaşmış mö’təzili şərhçi Əbdülhəmid ibn Hibətullah Mədaini və mərhum alim Kəmaləddin Meysəm ibn Əli ibn Meysəm Bəhrani (rəhiməhullah) özlərinin «Nəhcül-Bəlağə»yə olan şərhlərinin bu yerində az fərqli ibarətlərlə belə nəql ediblər: Müaviyə Əmirəl-möminin əleyhis-salama bir məktub yazıb ondan Şam vilayətinə vali təyin edilməsini istəmək fikrinə düşmüşdü. O bu fikrini Əmr ibn Asla bölüşdü. Əmr gülərək dedi: Ey Müaviyə, sən hansı fikirlərlə yaşayırsan? (Sən nə qədər də sadəlövhsən?) Elə güman edirsən ki, sənin hiylə və kələyin Əliyə (əleyhis-salam) təsir edə bilər?! Müaviyə dedi: Məgər biz Əbdül-Mənaf övladlarından deyilik?! (Mənimlə Əli arasında nə fərq var ki, hiylə və kələklərim ona təsir etməsin?) Əmr dedi: Düzdür, amma (söhbət əsil-nəsəbdə deyil, ad-san, məqam və dərəcədədir) onlar nübuvvət və peyğəmbərlik məqamına malikdirlər ki, sənin həmin məqamdan bir payın yoxdur. Əgər belə bir məktub yazmaq istəyirsənsə, yaz (ki, mənim sözümün düzlüyünü biləsən). Müaviyə sonra (Yəmən qəbi¬lələrindən olan) Səkasik qəbiləsinə mənsub Abdullah ibn Əqəbəni çağırtdırdı və onunla Əmirəl-möminin əleyhis-salama məktub göndərdi və həmin məktubda belə yazdı: «Əgər biz müharibə və qan axıdılmasının bizim üçün bu qədər bəla və müsibət yaradacağını bilsəydik, heç birimiz ona başlamazdıq. Biz indi öz ağıllarımıza qalib gəlmişik. Bizim üçün qalmış çıxış yolu keçmişdən peşman olaraq gələcəkdə islah etmək fikrində olmaqdır. Bundan əvvəl səndən Şam vilayətini istədim. Sən itaət və fərmanını mənim boynuma qoymadan onu qəbul etmədin. Bu gün də səndən həmin şeyi istəyirəm. Gizli deyil ki, sən həyatdan, mənim ümid bağladığım şeydən başqa bir şey istəmirsən, yoxluqdan mənim qorxduğumdan başqa bir şeydən qorxmursan. Allaha and olsun ki, əsgərlər məhv olublar və döyüşçülər yoxa çıxıblar. Biz Əbdül-Mənaf övladlarıyıq və bizlərdən birinin digərindən üstünlüyü yoxdur ki, onun vasitəsi ilə hörmətli xar, azad isə qul olsun. Vəssalam». Abdullah ibn Əqəbə məktubu İmam əleyhis-salama çatdıranda o Həzrət onu oxuyub buyurdu: Qəribədir, Müaviyə və onun məktubu! Sonra öz katibi və ən yaxın və seçilmiş şiələrindən olan Abdullah ibn Əbi Rafeni çağırıb ona belə bir cavab yazmasını buyurdu: «Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: məktubun gəlib çatdı. Yazmısan ki, əgər müharibənin bizə bu qədər ziyan vuracağını bilsəydik, heç birimiz ona başlamazdıq. Bil! Mənimlə sənin müharibənin sonu var ki, biz hələ ona çatmamışıq. Mən əgər Allah yolunda və Onun düşmənləri ilə müharibədə yetmiş dəfə ölüb dirilsəm, çalışmaqdan əl çəkmərəm. Həmçinin deyibsən ki, bizim qalan ağlımız keçmişdən peşman olmağımızdır. Bil ki, mən əqlə zidd iş görməmişəm və etdiklərimdən peşman deyiləm. )
    Məndən Şam vilayətini istəməyinə gəldikdə (bilməlisən ki): mən dünən sənə verməyərək əsirgədiyim şeyi bu gün verən kimsə deyiləm. (Çünki mənim oranı sənə verməməyimin səbəbi sənin haqqa qarşı çıxmağın və dinə laqeydliyindir ki, həmin səbəb indi də öz yerində qalmaqdadır.) «Müharibə ərəbi yeyib (öldürərək məhv edib), qalan canları almayaq!» kimi sözlərin barəsində bil və xəbərdar ol ki, haqqın yediyi (haqq yolunda şəhid olan) kimsə cənnətə yollanıb, batil və nahaqqın yediyi kimsə (nəfsi istəkləri yolunda öldürülən) isə cəhənnəm yolunu gedir. (Hər iki halda təəssüflənmək və qəmlənmək lazım deyil.) Bizim, müharibədə və (döyüşçü) kişilər baxımından bərabər olmağımız barəsində (dediklərin də düz deyil, çünki): Sənin şəkk və tərəddüd (bir neçə günlük dünya ağalığını əldə etmək) üçün olan səy və təlaşın mənim yəqinlik və inam (axirət səadəti və xoşbəxtliyi) üçün səyimdən artıq deyil; Şam əhalisinin dünyaya hərisliyi İraq əhalisinin axirət hərisliyindən çox deyil. «Biz Əbdül-Mənaf övladlarıyıq» sözünə gəldikdə, biz də eləyik.(Çünki İmam əleyhis-salam Əbu Talib ibn Əbdülmüttəlib ibn Haşim ibn Əbdül–Mənafın, Müaviyə isə Əbu Süfyan ibn Hərb ibn Üməyyə ibn Əbdüşşəms ibn Əbdül-Mənafın oğludur.)Amma Üməyyə Haşim kimi, Hərb Əbdülmüttəlib kimi və Əbu-Süfyan Əbu Talib kimi deyil.(Çünki Bəni-Haşim şirk və küfr çirkinliklərinə bulaşmadı. Bəni-Üməyyə isə bu cəhətdən murdarlandı. Bəni-Haşim nübüvvət və vilayət dürrünün sədəfləri, Bəni-Üməyyə isə şər və günah mənbəyi idi. İbn Əbil-Hədid burada belə yazır: Tərtib İmam əleyhis-salamın Əbdüş¬şəmsin qardaşı Haşimi onunla bir sırada, Üməyyəni Əbdülmüttəlibin müqabilində, Hərbi isə Əbu Talibin müqabilində deməsini tələb edirdi ki, Əbu Süfyan, Əmirəl-möminin əleyhis-salamın müqabilində olsun. Amma o Həzrət Siffeyndə Müaviyənin müqabilində olduğu üçün Haşimi Üməyyə ibn Əbdüşşəmsin müqabilində qoydu və «mən sənin kimi deyiləm» buyurmadı. Çünki belə deyilməsi yaxşı deyildi, necə ki, «qılınc əsadan daha işləkdir» deyilmir. Hətta bu cümləni müsəlman¬ların biri barəsində deməsi də yaxşı olmazdı. Bəli, bu cümləni bəzən işarə ilə buyurardı. Çünki o Həzrət özünü kiminləsə müqayisə etmək və kiməsə bənzətməkdən üstün idi. ) (Burada «mən də sənin kimi deyiləm» demək əvəzinə işarə ilə belə buyurdu:) Mühacir (Məkkədən Mədinəyə hicrət edən) əsirlik zəncirindən azad olan kəs kimi deyil.(Çünki İmam əleyhis-salam hər yerdə və həmişə Həzrət Peyğəmbərlə birgə olub. Müaviyə isə Məkkənin fəthində qılınc gücünə əsir olmuşdu. Həzrət Peyğəmbər Müaviyə İslamı qəbul etdiyi üçün onu minnət qoyaraq azad etdiyi kimsələrdən biri etdi. Minnət qoyularaq azad edilənlər içərisində Sifvan ibn Üməyyə kimi İslamı qəbul etməyənlər və Müaviyə ibn Əbu Süfyan kimi zahirdə İslamı qəbul edənlər var idi. Buna görə də müharibədə əsir olan və «fida», yəni, mal ödəmək və ya minnət qoymaq vasitəsi ilə azad olan kimsə «طَلِيق» «təliq», yəni, «azad edilmiş» çağırılırdı. ) Nəsəbi pak olan da (həmin pak nəsəbə) yapışdırılmış kimi deyil.(Ata-babaları məlum və aşkar olan şəxs atasından başqasına nisbət verilmiş kim¬sə ki¬mi deyil. İbn Əbil-Hədid bu yerdə belə yazır: Həmin cümlədən məqsəd bu¬dur ki, eti¬qad və saf niyyətlə İslamı qəbul edən şəxs, qılınc qorxusundan və ya dün¬ya malı əl¬¬də etmək üçün müsəlman olan kəs kimi deyil. Əllamə Məhəm¬məd¬baqir Məclisi (riz¬vanullah əleyh) «Biharul-ənvar» kitabının səkkizinci cildində, bu məktubun şər¬hin¬də belə deyir: İbn Əbil-Hədid bu yerdə Müaviyənin abır-hə¬ya¬sını qorumaq üçün özü¬nü nadanlığa vurub. Bizim alimlərdən bəziləri imamət ba¬rəsindəki kitablarında ya¬zıblar ki, Üməyyə Əbdüşşəmsin nəslindən deyil, rum qu¬lamlarından olub və Əb¬düş¬şəms onu özünə nisbət verib. Cahiliyyət dövründə adət belə idi ki, biri qulamını özü¬nə nisbət vermək istəyəndə, həmin qulu azad edib onu bir ərəb qızı ilə evləndirirdi və bununla da qul onun nəsəbinə birləşirdi. Ne¬cə ki, Zübeyrin atası Əvam, Xuvəylidə nis¬bət verilib. Deməli, Bəni-Üməyyə Qu¬reyşdən deyil, bəlkə onlara yapışdırılıb. Bu sö¬zü Əmirəl-möminin əleyhis-sa¬la¬mın, Müaviyənin «biz Əbdül Manaf övladlarıyıq» de¬yə yazdığı məktub və id¬diaya cavab olaraq buyurduğu «Hicrət edən azad edilmiş ki¬mi deyil, nəsəbi pak olan yapışdırılmış kimi deyil» cümlələri də təsdiq edir. Müaviyə bu sözləri dana bilməyib. )Nə danışıq və işləri düz olan, yalançı və pis əməlli kimidir, nə də mömin və dinə sığınan, münafiq və ikiüzlü kimi. Həqiqətən keçib cəhənnəm oduna düşən atasının (yaxud qohumlarının) yolunu davam etdirən övlad nə pis övladdır! (Sən pis övladsan ki, küfr, şirk, yalançılıq və ikiüzlülük nəticəsində ilahi əzaba düçar olan keçmişlərinin yolunu davam etdirirsən!)
    Bütün bu fəzilət və böyüklüklərdən əlavə nübuvvət və pey¬ğəm¬bərlik fəziləti və şərəfi də bizim əlimizdədir. (Peyğəmbər biz Bəni-Ha¬şimdən göndərilib.) Biz onun vasitəsi ilə hörmətlini xar, xar olanı isə hörmətli etdik. (Səadət və xoşbəxtlik düşmənlərini məhv edərək onu istəyənlərə dünya və axirət əzab və çətinliklərindən nicat verdik.) Allah ərəbi dəs¬tə-dəstə öz dininə daxil edəndə, bu ümmətdən (bir dəstə) meyl və rəğbətlə, (digər bir dəstə isə) naçarlıqdan təslim oldu. (İslamı çıxılmaz vəziyyətdə qalıb qəbul etdilər.) Siz (dünyaya) məhəbbət və ya (öldürülməkdən) qorxu səbəbindən dinə daxil olan kəslərdən idiniz. (Bu) o vaxt (baş verdi) ki, qabaqda gedənlər (İslama səmimiyyətlə) tabe ol¬duq¬ları üçün qalib gəlmişdilər və ilkin Mühacirlər fəzilət və bö¬yüklüklərinə görə getmişdilər (və özlərinə şirk və küfrdən nicat ver¬miş¬dilər). Bəs (indi ki, sənin vəziyyətin belədir) Şeytanın səndən bəh¬rələnməsinə və (onun) sənə yol tapmasına imkan vermə. (Şeytana tabe olub dalınca düşərək bu cür çirkin və nadürüst sözlər yazma, Allahın və Onun Peyğəmbərinin hökmlərinə tabe ol!) Salama layiq kimsəyə salam olsun!(İbn Əbil-Hədid burada belə yazır: O Həzrətin məktubu Müaviyəyə çatanda o, həmin məktubu bir neçə gün Əmr ibn Asdan gizlətdi. Sonra onu çağırtdıraraq məktubu ona oxudu. Əmr Müaviyəni danladı və İmam əleyhis-salamın onu məzəmmət etməsindən şad oldu. )
    18-ci məktub
    İmam Əli əleyhis-salamın, Abdullah ibn Abbas onun tərəfindən Bəsrənin hakimi olan zaman ona yazdığı mək¬tub¬larındandır.(Abdullah ibn Abbas İmam əleyhis-salamın əmisi oğludur. «Rical» alimlərinin çoxu onu inanılmış, gözəl davranışlı, Peyğəmbərin – səlləllahu əleyhi və alih – səhabəsi və Əmirəl-mömininin şiə və tərəfdarı hesab ediblər. O, Bəsrənin hakimi olduqdan sonra, Cəməl müharibəsində Təlhə, Zübeyr və Aişənin tərə¬fində olmuş Bəni-Təmim qəbiləsi ilə düşmənçilik edir və pis davranırdı. Belə ki, o, onları Cəməl tərəfdarı və itaətkarları, «Əskər»in (Aişənin dəvəsinin adıdır) köməkçi və yardımçıları və Şeytanın tərəfdarları adlandırırdı. İbn Abbasın onlarla bu cür davranışı İmam əleyhis-salamın Bəni-Təmim qəbi¬ləsindən olan şiələrinə ağır gəlirdi və onlar bu səbəbdən ondan incidilər. Sonra o Həzrətin Bəni-Təmim qəbiləsindəki şiələrindən olan Harisə ibn Qudamə İmama məktub yazaraq ibn Abbasdan şikayət etdi. İmam əleyhis-salam İbn Abbasa Bəni-Təmim qəbiləsi ilə mehriban olması barədə bir məktub yazdı və bu həmin məktubun bir hissəsidir. )
    Ey Abbasın oğlu! Bil ki, Bəsrə Şeytanın endiyi yer və fitnələr tarlasıdır. (Bu şəhərin fitnə axtaranları çoxdur.) Buna görə də o diyarın əhalisinə yaxşılıq etməklə, onları şad edərək sevindir. Və (pis davranışla onları üsyana qaldırma. Əgər onlar keçmiş nalayiq işləri nəticəsində qorxu və vahimə içindədirlərsə, sən) onların qəlblərindən qorxu düyününü aç (onlarla elə rəftar et ki, sənin onların keçmiş əməllərinə göz yumduğunu başa düşsünlər).
    Sənin Bəni-Təmim qəbiləsi ilə pis rəftar etməyin və kobud davranmağının xəbəri mənə çatdı. Həqiqətən Bəni-Təmimin bir ulduzu batmamış, digər bir ulduzu parlayıb.(Onların fəzilət, böyüklük, şücaət və cəsurluq səmaları parlaq ulduzlardan boş olmayıb. Onlardan bir böyük öldürülən kimi, başqa birisi onun yerini tutub. ) Cahiliyyət və İslam dövründə heç kəs intiqam almaqda onlardan qabağa düşməyib. (Buna görə də bu cür adamlarla kobudluq və sərtliyə başlamaq olmaz.) Həmçinin (onlara qarşı kobudluq edilməməsinin digər səbəbi budur ki,) onlar bizə yaxın qohumdurlar. (Çünki Bəni-Haşimlə Bəni-Təmimin nəsəbi Həzrət Peyğəmbərin 16-cı babası İlyas ibn Müzərrə gedib çıxır. Buna görə də) bizim həmin qohumluq tellərini birləşdirməyimizdə savab, qırmağımızda isə günah vardır. Odur ki, ey Əbul Abbas – Allah səni bağışlasın – əlindən və dilindən çıxan yaxşı və pis işlərdə (danışıq və davranışında rəiyyətlə) yumşaq davran. Çünki biz danışıq və davranışımızda bir-birimizlə şərikik. (Ona görə ki, sən mənim tərəfimdən hakimlik edirsən.) Elə ol ki, sənin barəndə yaxşı gümanda olum və sənin haqqında fikrim süstləşməsin (heç vaxt yersiz söz danışma, mənim göstərişim olmadan bir iş görmə). Salama layiq kimsəyə salam olsun.(«Nəhcül-Bəlağə»nin məşhur şərhçilərindən olmuş Bəhrani (rəhiməhullah) burda belə yazıb: «Əbul Abbas Abdullah ibn Abbasın künyəsidir. Ərəblər birinə hörmət əlaməti olaraq onu öz künyəsi ilə çağırırlar». )
    19-cu məktub
    İmam Əli əleyhis-salamın onun tərəfindən hakim olan bəzi şəxslərə yazdığı məktublardandır. (Məktub müşrik olan və həmin hakimlərdən şikayət etmiş rəiyyətlərlə yumşaq davranmaq barəsindədir.)
    Allaha həmd və Peyğəmbərə salamdan sonra: hakim olduğun şəhərin (su və torpaq sahibi olan) əkinçiləri sənin ko¬budluğun, daşürəkliliyin, onları xar etməyin və zülm¬kar¬¬lığından şikayət ediblər (məni sənin hərəkət və davranışın¬dan xəbərdar ediblər). Mən (onların şikayətləri barəsində) fikir¬ləş¬¬dim. Onları sənin onlara çox yaxınlaşmağına (çox hö¬r¬mət və mehribançılığına) layiq görmədim. Çünki onlar müş¬rik¬dirlər. (Bəzi nəzərlərə əsasən həmin camaat müşrik deyil, atəş¬pə¬rəst olublar.) Amma onlar uzaq olmaq və zülm edilməyə də layiq deyildirlər. Çünki (müsəlmanlarla) peyman bağ¬la¬yıb¬lar (cizyə, yəni, vergi verirlər və İslamın pənahındadırlar.) Buna gö¬rə də onlarla (davranışında) sərtliklə qarışıq olan meh¬ri¬ban¬çılığı öz şüarın et və onlarla sərtqəlblilik və mehribançılıq arasında rəftar et. (Bəzən sərt, bəzən də mehriban ol.) Allahın istəyi ilə onlar üçün yaxınlaşdırmaqla lap yaxınlaşdırmağı və uzaqlaşdırmaqla lap uzaqlaşdırmağı bir-birinə qarışdır (mötə’dilliyi əldən vermə).
    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 822 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024