İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    Bu da həmin vəsiyyətin bir hissəsidir
    (Məndən sonra) tapşırıqlarımı Həsən ibn Əli yerinə yetirəcək. (O mənim vəsi və canişinimdir.) O mənim mal və sərvətimdən layiqli şəkildə (şəriətin hökmlərinə uyğun olaraq öz ehtiyaclarının aradan qaldırılmasında) sərf edəcək və doğrudan da ehtiyacı olan kimsələrə bağışlayacaq. Əgər Həsənin başına bir iş gəlsə (o, dünyadan köçsə) və Hüseyn sağ olsa, mənim Həsəndən sonrakı vəsi və canişinim odur və mənim tapşırıqlarımı onun kimi yerinə yetirər.
    Əlinin (əleyhis-salam) hədiyyəsindən Fatimənin iki oğ¬lu¬na (Həsən və Hüseyn əleyhiməs-salama) Əlinin digər oğ¬lan¬larına çatan qədər çatır. (Mənim malımdan digər qardaşlara verdikləri qədər götürsünlər.) Mən bu işin öhdəçiliyini Fatimənin iki oğluna Allahın razılığını əldə etmək, Həzrət Peyğəmbərə yaxınlaşmaq, ona ehtiram və o Həzrətlə qohumluq şərəfinə görə verdim.
    Və (İmam əleyhis-salam) malın öhdəçiliyini verdiyi şəxslə (Həsən əleyhis-salamla) şərt kəsir ki, bu malı olduğu kimi sax¬la¬sın (satmasın) və onun meyvəsini əmr edilən və yolu gös¬tərilən yerlərdə sərf etsin. Həmçinin şərt kəsir ki, bu kəndlərin xurma ağaclarının yeni pöhrələrinin bir qələmini belə həmin kəndlərin yeri, xurma ağaclarının bitməsi sə¬bə¬bindən dəyişik gələnə kimi satmasın. (Ağacların çoxluğu onları görəni belə gümana salana kimi ki, bu yer onun əvvəllər gördüyü yer deyil.)
    Bir yastığa baş qoyduğum və uşağı olan və ya hamilə olan kənizlərimin hər biri, öz övladlarının ixtiyarında qoyulurlar və (o kəniz) onun payıdır.(«أُمُّ وَلَد» «ummu vələd», yəni, övladı olan kənizin günün qiymətinə öz övladına verilməsi. Həmin kəniz öz övladına verildiyi üçün azad olur. )Əgər həmin kənizin övladı ölmüş olsa və onun özü sağ olsa (yenə də) azaddır (və onu satmaq düz deyil. Çünki) kənizlik ondan gö¬tü¬rülüb və (övlada verilmə yolu ilə olan) azadlıq, onu azad edib. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    O Həzrət əleyhis-salamın bu vəsiyyətdəki «أَنْ لا يَبِيعَ مِن نَخْلِها وَدِيَّةً» «şərt kəsir ki, bu kəndlərin xurma ağaclarının yeni pöhrələrinin bir qələmini belə satmasın» cümləsində işlətdiyi «وَدِيَّةً» «vədiyyə» kəlməsi «فَسِيلَة» «fəsilə» (xurma ağacının qələmi) mənasınadır. Onun cəm forması isə «وَدِيّ» «vədiyy»dir. O Həzrətin «حتّى تُشْكِلَ أرْضُها غِراساً» «həmin kənd¬lərin yeri xurma ağaclarının bitməsi səbəbindən dəyişik gələnə kimi....» cümləsi ən fəsih kəlam və ən gözəl sözlərdəndir. Məqsəd budur ki, həmin kəndlərdə xurma ağaclarının bitməsi o qədər çoxalsın ki, onu görən onları (əvvəllər) gördüyü yerdən ayrı bir yer sansın və yer ona dəyişik təsir bağışlasın, (ağacların çoxluğundan) elə bilsin ki, həmin yer (əvvəllər gördüyü) o yerdən ayrı bir yerdir.
    25-ci məktub
    İmam Əli əleyhis-salamın zəkat yığmaq vəzifəsinə təyin etdiyi şəxsə yazdığı tövsiyələrindəndir (ki, onda zəkat almaq və yığmaq yollarını göstərir, zəkat verənlərlə mehriban olmaqdan danışır və zəkat kimi alınan dəvələri incitməməyi əmr edir). Biz burada həmin tövsiyədən bəzi cümlələri xatırladırıq ki, onların vasitəsi ilə İmam əleyhis-salamın haqqın sütunlarını dikəltməsi və kiçik, böyük, gizlin və aşkar işlərdə ədalət (bərabərlik və düzlük) nümunələrini üzə çıxarması bilinsin.
    Bir olan və şəriki olmayan Allahdan qorxub çəkinərək get. (Danışıq və davranışında Allahı nəzərində saxla.) Və (əmr və hökmü keçənlərdən olduğun üçün zalım hakimlər kimi) heç bir müsəlmanı qorxutma. Əgər onun ürəyindən olmasa, (torpaq və bağının) yanından keçmə. Ondan Allahın onun malında olan haqqından (onun verməsini əmr etdiyindən) artıq alma. Hər hansı bir qəbiləyə (məxsus yerə) çatanda, onların evlərinə daxil olma, sularının üstündə düş. Bundan sonra sakitcə, vüqarla onlara tərəf gedib aralarında dayan. Sonra onlara salam ver. Onlara salamı qısa etmə. (Onlara ehtiramsızlıq və hörmətsizlik göstərmə.) Sonra belə de: «Ey Allahın bəndələri! Allahın dostu və xəlifəsi, məni Allahın mallarınızda olan haqqını və payını (mallarınıza aid olan zəkatı) almaq üçün sizin yanınıza göndərib. Mallarınızda Allahın vəlisinə veriləcək Allah haqqı varmı?» Əgər biri «yox (mənim veriləcək zəkatım yoxdur)!» desə, ona müraciət etmə. (İkinci dəfə onun yanına getmə.) Əgər biri «var» desə, onu qorxutmadan, vahiməyə salmadan, sərtlik edərək çətinliyə düçar etmədən onunla birlikdə get. Sonra qızıl və gümüşdən sənə nə versə al. Əgər inək, qoyun və dəvəsi olmuş olsa, onun icazəsi olmadan onların yanına getmə. Çünki onların çoxu onundur. Dördayaqlıların yanına çatanda, onlara onların sahiblərinin ağası və ya ona qarşı sərt olan kəs kimi baxma. Heyvanı hürküdərək qorxutma və onu alanda yiyəsini incitmə. Malı iki hissəyə böl. Sonra onu (malın sahibini onlardan istədiyini seçməkdə) sərbəst burax. (Həmin iki hissədən birini) seçəndən sonra onun seçdiyinə toxunma. (Ona «niyə bunu seçdin?!» demə!) Ondan sonra yerdə qalanı iki hissəyə ayır və (yenə) onu (istədiyini seçməkdə) azad burax. Beləliklə, elə ki (onlardan birini) seçdi, seçdiyinə toxunma. Onun malından yerdə Allahın haqqı (zəkat) miqdarında qalana kimi bölgünü davam etdir. (Bu cür davranışla) Allahın haqqını ondan al. Əgər (sənin zəkat kimi götürdüyünün onun seçdiyindən yaxşı olmasını güman etsə və) həmin bölgünün pozulmasını istəsə, sən (bölgünü) poz və hər iki hissəni bir-birinə qarışdır. Sonra Allahın onun malında olan haqqını almaq üçün bir daha etdiyin işləri yerinə yetir. Əldən düşmüş qoca dəvəni, (əl-ayağı) sınıq olanı və nöqsanlını (bir gözlü və bu kimini) zəkat kimi götürmə.(Mərhum İbn Meysəm böyük imamiyyə alimlərindən olmuş və çoxlu kitab müəllifi, o cümlədən «Nəhcül-Bəlağə»nin şərhi olan «Minhacul-bəraə» kitabı¬nın müəllifi, Kaşan və İsfahan şəhərləri arasındakı Ravənd kəndindən olan və qəbri Qum şəhərində Həzrəti Mə’sumə əleyhəs-salamın hərəminin şərq hissəsində yerləşən Əbulhüseyn Sə'd ibn Hibətullah ibn Həsən Qütbuddin Ravəndidən nəql edib ki: İmam əleyhis-salamın buyurduqlarının zahirindən məlum olur ki, o Həzrət heyvanların nöqsanlılarının ayrılmasını, onları iki hissəyə bölməkdən qabaq nəzərə almağı əmr edir. )Və (onları zəkat kimi təhvil aldıqdan sonra) dinindən əmin olduğun şəxsdən başqa heç kəsə tapşırma. (Həmin şəxsin danışıq və davranışının İslam dininin hökmlərinə uyğun olmasından arxayın olduqdan sonra malları ona tapşır.) Həmin şəxs müsəlmanların malına (münasibətdə) düz olmalıdır ki, onu onların hakimlərinə çatdırsın və o, müsəlmanların arasında bölsün. Onlara ancaq düz və mehriban adamı gözətçi et ki, kobudluq edib çətinliklərə salmasın və onları incidib yormasın. Sənin yanında yığılanları tez bizə göndər ki, Allahın əmr etdiyi yerə sərf edək. Sənin inandığın şəxs onları (bizim yanımıza gətirmək üçün) götürəndə, ona tapşır ki, dəvə ilə südəmər balasını bir-birindən ayırmasın, onun südünü çox sağmasın ki, (nəticədə) balasına ziyan dəyməsin, onu minərək yorub əldən salmasın və sağmaq və minməkdə onunla başqa dəvələr arasında bərabər davransın. (Ancaq birinin südünü sağmasın və ya bütün yol boyu təkcə birinə minməsin.) Həmçinin gərək yorulan üçün rahatlıq yaratsın. Ayağı yeyilmiş və getməkdən aciz olanını yavaş sürsün. Dəvələri yanından keçdikləri gölməçələr və su yığılan yerlərə salsın. Onları otlu yerlərdən (otsuz) yollara aparmasın (ki, onlar yol boyu otlayaraq güclənsinlər). Gərək onlara saatlarla (hər neçə saatda bir dəfə, yaxud otlaqlarda) istirahət versin (ki, rahat otlasınlar). Həmçinin gərək onlara su və ot olan yerdə imkan versin və onları boşlasın ki, bizim yanımıza yorğun və əzgin deyil, Allahın izn və əmri ilə, kökəlib dolu sümüklü gəlsinlər və biz də onları Allahın kitabının (Qur’ani-Kərimin) göstərişi və Peyğəm¬bərinin sünnəsi ilə (ehtiyacı olanlar arasında) bölüşdürüb paylayaq. Allahın istəyi ilə, deyilənlər sənin (Allah tərəfindən) mükafatlanmağın üçün çox münasib, hidayət və nicat tapmağın üçün isə çox yetərlidir.
    26-cı məktub
    İmam Əli əleyhis-salamın öz məmurlarından birini zəkat yığmağa göndərərkən, onunla (pərhizkarlıq, rəiyyətlə mehribanlıq və əli altında olanların və yoxsulların hüquqlarına riayət etmək barəsində) olan əhd-peyman¬larındandır .
    Öz məmuruma gizlinliklərdə (düşüncəsində) və örtülü işlərində Allahdan başqa olan və görən və Ondan başqa gözətçi və işlərin tapşırılacağı kimsə olmayan yerdə Allahdan qorxub çəkinməyi əmr edirəm.
    Həmçinin əmr edirəm ki, üzdə Allahın əmrinə itaət edib gizlin və batində onun əksini etməsin (münafiq və ikiüzlü olmasın). Gizlin və aşkarı və danışıq və davranışı iki cür olmayan kəs əmanəti əda edib (Allahın göstərişini yerinə yetirib) və ibadət və bəndəliyi (riyakarlıq və özünü göstərməklə deyil) saf niyyət və düzlüklə yerinə yetirib.
    Ona əmr edərək göstəriş verirəm ki, onları (rəiyyət və əli altında olanları) incitməsin və onlara yalan deməsin (yaxud onlara yalan şey nisbət verməsin. Məsələn, «dəvəniz və ya əkininizin məhsulu bundan çoxdur, amma zəkat verməkdən yayınmağınız üçün onları gizlətmisiniz» kimi sözlər deməsin onlara). Onlara göstəriş verən olduğu üçün itaətsizlik səbəbindən onlardan üz döndərməsin (özünü onlardan ehtiyacsız sanmasın). Çünki onlar dində qardaş və dindaşdırlar, haqları hazırlamaq və ortaya çıxarmaqda yardımçıdırlar.(Onlar torpağı suvarıb əkir, heyvanları saxlayır və onlara baxırlar ki, bu mallar toplanır. Biz onlardan zəkat alırıq. Buna görə də onlar incidilməməlidirlər. )
    Sənin bu zəkatda sabit payın, aşkar haqqın və yoxsul və acizlərdən ibarət şərik və ortaqların var. (Necə ki,) biz sənin haqqını tam şəkildə ödəyirik, sən (də) onların haqlarını tam şəkildə ödə. Əgər belə etməsən (onların haqqlarını kəssən), qiyamət günü sənin hamıdan çox düşmənin olacaq. Vay o adamın halına ki, Allah yanında onun düşmənləri yoxsullar, kasıblar, dilənçilər, qovulmuş səfillər, günah olmayan işlər üçün borca girənlər, öz malından, evindən və əhli-əyalından uzaqda aciz qalmış müsafirlər (səfərdə olanlar) olsun! Əmanətə (ilahi hökmə) xor baxan, xəyanətdə otlayan (ondan çəkinməyən) və özünü və dinini ondan təmizləməyən kəs dünyada özünə rüsvayçılıq rəva bilib və axirətdə daha çox xar və rüsvay olacaq. Ən böyük xəyanət və əyrilik ümmətə xəyanət etmək və ən çirkin hiylə isə, imamlara qarşı hiylə işlətməkdir.(Səfil və yoxsulların haqqına əl uzadan kəs həm ümmətə xəyanət edib, həm də öz imam və rəhbərinə qarşı hiylə işlədib.) Salama layiq kimsəyə salam olsun!
    27-ci məktub
    İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkr
    (Allah ondan razı olaraq mükafatlandırsın) ilə olan əhd-pey¬manlarındandır.(Səfil və yoxsulların haqqına əl uzadan kəs həm ümmətə xəyanət edib, həm də öz imam və rəhbərinə qarşı hiylə işlədib. 
    Çox dəyərli və yüksək məqamlı bu şəxs İmam əleyhis-salamın yaxın səhabələrindən olub. «Həccətul-vida» ilində, yəni, hicrətin 10-cu ilində dünyaya gəlib və hicrətin 38-ci ilində Əmirəl-möminin əleyhis-salamın xilafəti zamanında Misirdə qətlə yetirilib. Onun başına gələnlərin bir hissəsi altmış yeddinci kəlamın şərhində yazılıb. ) İmam bu əhdi Misir hökumətini ona tapşırarkən yazıb. (Bu əhdnamədə ona camaat arasında ədalət və bərabərliklə davranmağı əmr edərək pərhizkarlığı, ölümün və qiyamət əzabının çətinliklərini yada salıb və sonda ona nəfsi istəklərlə mübarizə və namaza diqqət etmək barəsində nəsihətlər verib.)
    Qanadını onlar (Misir əhalisini) üçün yığ (hamı ilə təvazökar ol) və mülayim davran (elə iş gör ki, hamı sənin davranışından faydalansın). Onlarla gülərüz ol (əlin altında olanlara üzünü turşutma) və onları gözaltı baxmaqda və baxışını üzlərinə zilləməkdə bərabər tut.(Bərabərliyə riayət edərək böyüklə kiçik arasında fərq qoyma, varlılar və böyükləri əl altında olanlardan və yoxsullardan üstün tutmayıb hamı ilə bərabər davran. )(Belə et) ki, böyüklər sənin onların xeyrinə zülm və sitəm etməyinə (düzlükdən uzaqlaşmağına) tamahlanmasınlar (əlləri altında olanlara zülm etməsinlər) və imkansızlar sənin ədalət və düzlüyündən mə¬yus olmasınlar. Çünki ey Allah bəndələri, Allah-təala (qi¬ya¬mət günü) sizin kiçik və böyük, aşkar və gizlin işləriniz barəsində soruşacaq. Buna görə də əgər əzab versə (sizi odda yandırsa), siz (özünüzə qarşı hamıdan) çox zalımsınız (çünki ona sizin günah və itaətsizlikləriniz səbəb olub). Əgər bağışlasa, O, çox kərim və böyükdür.
    Ey Allah bəndələri, bilin ki, pərhizkarlar keçici dün¬ya¬nı və gələcək axirəti (onların xeyrini) qazanıblar. Beləliklə, onlar dünya əhli ilə dünyalarında (onun xeyrlərində) şərik oldular. Dünya əhli isə onların axirətlərində (onun xeyirində) şərik olmadılar. Onlar dünyada ən yaxşı mənzildə məskunlaşdılar və yeməlilərin ən yaxşısını yedilər.(Çünki dünyapərəstlər kimi məskunlaşmaq üçün əziyyət çəkmədilər və yemək üçün çətinliyə düşmədilr. Buna görə də məskunlaşdıqları yer ən yaxşı yer, yedikləri şey isə ən yaxşı yemək oldu. )Beləcə, dünyadan əylənənlər kimi bəhrələndilər və itaətsizlərin aldıqları ləzzəti aldılar.(Halal yol ilə mal və nemət əldə edib Allah və Peyğəmbərin göstərişinə uyğun sərf edərək axirətlərini abadlaşdırdılar və dünyanın ləzzət və xoşluqlarını tamamilə əldə etdilər. ) Dünyadan sonra onları (məqsədə) çatdıran azuqə və (səadət) mənfəəti olan sövdələş¬mə ilə (axirətə) getdilər. Dünyada öz zahidliklərinin ləzzət və şirinliyini daddılar. Sabah, axirətdə Allahın yaxınlığında olacaqlarını yəqin etmişdilər, (Allahın rəhmətinin onlara çatacağını yəqinliklə bilirdilər. Belə) ki, istəkləri rədd edilməyəcək və rahatlıq və asayiş bəhrələri azalmayacaq. Odur ki, ey Allah bəndələri, (pərhizkarlara tabe olub fani dünyaya bel bağlamayın və) ölüm və onun yaxın olmasından qorxun və onun üçün tədarük görün. (Elə edin ki, ölüm çatanda nigarançılıq keçirməyəsiniz.) Çünki ölüm böyük təhlükəsi olan bir işlə gəlir. (Yaxşı işlər görənlər üçün) heç vaxt pisliyi olmayan xeyir və yaxşılıqlar gətirir. Yaxud (pis işlər görənlər üçün) onunla heç vaxt yaxşılıq olmayan şər və pisliklər gətirir! Belə isə, Cənnətə Cənnət işləri görəndən və Cəhənnəmə Cəhənnəm işləri görəndən kim yaxın ola bilər? Siz ölümün qovduğu, təqib etdiyi kimsələrsiniz. Əgər dayansanız, sizi tutacaq, əgər ondan qaçsanız, sizi tapacaq.(Necə ki, Qur’ani-Kərimin Nisa surəsinin 78-ci ayəsində buyurulur: «أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ» «Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq.» ) Ölüm sizə kölgənizdən də yaxındır (sizdən bir an belə ayrılmaz)! Ölüm sizin kəkillərinizə bağlanıb (ondan qurtula bilməyəcəksiniz) və dünya sizin arxanızca bükü¬ləcək (şəxs keçdikdən sonra bükülərək yığışdırılan xalça kimi). Belə isə, (axirət məsələsinə bu qədər etinasız olmayıb) dərinlik və istiliyi hədsiz, əzab və çətinliyi isə yeni olan oddan qorxun.(Necə ki, Qur’ani-Kərimin Nisa surəsinin 56-cı ayəsində buyurur: «إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُواْ الْعَذَابَ إِنَّ اللّهَ كَانَ عَزِيزًا حَكِيمًا » «Ayələrimizi (Peyğəmbər və Qur’ani-Kərimi) inkar edənləri tezliklə elə bir oda atacağıq ki, onların dəriləri yanıb bişdikcə, əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah (onlara əzab verməyə) qadir və biləndir!»)(Cəhənnəm) elə bir yerdir ki, orada rəhmət və mehribançılıq yoxdur, istək qəbul edilmir, qəm-qüssə qurtarmır.(Necə ki, Qur’ani-Kərimin Zuxruf surəsinin 74-77-ci ayələrində buyurur: «إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ وَمَا ظَلَمْنَاهُمْ وَلَكِن كَانُوا هُمُ الظَّالِمِينَ وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ قَالَ إِنَّكُم مَّاكِثُونَ» «Günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar. Onların bu əzabı yüngülləşdirilməyəcək və həmin əzab və çətinlik içində (Allahın rəhmətindən) naümiddirlər. Biz (əzabla) onlara zülm etmədik, amma onlar özləri özlərinə zülm etdilər (ki, Allahın və Peyğəmbərin dünyada axirət xoşbəxtliyinə səbəb olan göstərişlərinin əksinə hərəkət etdilər). Onlar Cəhənnəmin gözətçisini çağırıb deyəcəklər ki, Rəbbindən bizim barəmizdə hökm etməsini istə (bizi öldürsün ki, bu əzabdan qurtulaq). O deyəcək ki, siz (burada) qalacaqsınız (nə öləcəksiniz, nə də ondan qurtula biləcəksiniz)». )(İndi) əgər Allahdan həm xof və qorxunuzun çox, həm də Ona güman və ümidinizin yaxşı olmasını bacarırsınızsa, qorxu ilə ümidi (bir yerə) toplayın. (Mütləq elə edin ki, həm qorxasınız, həm də ümidvar olasınız, nə qorxunuz çox olsun, nə də ümidiniz qorxunuzu üstələsin.) Çünki bəndənin Rəb¬bi¬nə olan yaxşı güman və ümidi, Rəbbindən olan qor¬xusunun miqdarındadır və insanların Allaha nisbətdə ən nikbini Ondan ən çox qorxandır.(Bəndənin Allah barəsindəki gümanı nə qədər yaxşı olsa, qorxusu da o qədər artar və Onun razılığı olmayan işi görməz ki, məbada ondan inciyə. İbn Əbil-Hədid burada dördüncü imam Əli ibn Hüseyn əleyhis-salamdan nəql edir: «Əgər Allah-təala Kitab göndərib onda bir nəfərə əzab verəcəyini yazsa, mən həmin şəxsin özüm olacağımı güman edərəm. Yaxud onda bir nəfəri bağışlayacağını yazsa, ümidvaram ki, o mən olum. Əgər məni hökmən əzaba düçar etməli olsa belə, yenə öz səyimi artıraram ki, məbada özümə gələndə nəfsim məni məzəmmət etsin.»)
    Ey Məhəmməd ibn Əbu Bəkr, bil ki, mən səni qoşunlarımın ən böyüyü olan Misir əhlinə vali təyin etmişəm. Buna görə də dünyadan sənin bir saatın qalmış olsa belə, öz nəfsinlə müxalifət edərək dinini müdafiə etməlisən. Allahı, yaratdıqlarından birini (nahaq) şad etməklə qəzəbləndirmə. Çünki Allahdan başqasında olan şeylərin əvə¬zi, Onun yanında var, (amma) Allah yanında olan şey¬lərin əvəzi, Ondan başqasında yoxdur. (Əgər Allah razı ol¬sa, başqasından nə qorxu və əgər O razı olmasa, başqasına nə ümid?)
    Namazı onun üçün müəyyənləşdirilmiş vaxtda yerinə yetir və bekarçılıqdan onu vaxtından əvvəl qılma. Həmçinin işin olduğu üçün onun vaxtını keçirmə və bil ki, əməllərinin hər bir şeyi namaza bağlıdır. (Əgər namazını yaxşı qılsan, başqa işləri də yaxşı yerinə yetirəcəksən. Onu zay etsən isə ondan qalan işləri daha xarab və pis edəcəksən)
    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 630 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024