İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1817
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Jalonboisy
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    Bu da həmin əhdin (Məhəmməd ibn Əbu Bəkri və Misir əhalisini münafiq və ikiüzlülərdən çəkindirmək barəsindəki) bir hissəsidir
    (Gərək sizin dil və qəlbiniz bir olsun və ikiüzlü olmayasınız, azğınların ar¬dın¬ca düşməyəsiniz.) Çünki qurtuluş (yolunun) başçısı (İmam əley¬his-salam) ilə həlakət (yolunun) başçısı (Müaviyə), Peyğəmbərin dostu ilə düşməni bir deyil.(Buna görə də aldanaraq bu iki başçıya bir gözlə baxıb azğınlıq yolunun başçısı kimi ikiüzlülüyü öz adətiniz etməyin. İmam əleyhis-salam Müaviyə və onun kimilərini başçı adlandırıb, necə ki, Allah-təala da onun kimiləri azğınlıq və zəlalət başçıları adlandırıb. Qur’ani-Kərimin Qəsəs surəsinin 41-ci ayəsində buyurulur: «وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ وَيَوْمَ الْقِيَامَةِ لَا يُنصَرُونَ» «Biz onları Cəhənnəm oduna çağıran azğınlıq rəhbərləri etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtulmaq üçün) heç bir kömək edilməyəcəkdir!» İbn Əbil-Hədid burada belə yazır: «İmamın Müaviyəni Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) düşməni hesab etməsindən məqsəd onun Qureyşlə müharibə günlərindəki düşməniçiliyi deyil, bəlkə məqsəd Müaviyənin indi də Peyğmbərin (səlləllahu əleyhi və alih) düşməni olmasıdır. Buna dəlil Peyğəmbərin (səlləllahu əleyhi və alih) İmam Əliyə buyurduğu «وَ عَدُوُّكَ عَدُوِّى وَ عَدُوِّى عَدُوُّ اللهِ» «Sənin düşmənin mənim düşmənimdir və mənim düşmənim Allahın düşmənidir» kəlamıdır. ) Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) mənə buyurub ki: «Mən ümmətim üçün mömin və müşrikdən qorxmuram. Çünki Allah mömini imanına xatir (başqalarını yoldan azdırmaqdan) saxlayır. (Deməli, ondan müsəlmanlara ziyan dəyməz.) Allah müşriki də şirkinə görə zəlil və xar edir. (Müsəlmanlar da şirkinə görə onun sözlərinə qulaq asmaz və dalınca düşməzlər.) Amma mən sizin üçün qəlbən ikiüzlü və dildə alim olan kimsədən (ikiüzlülüyü qəlbində gizlədərək dilinə şəriət hökmlərini gətirənlərdən) qorxuram. O sizin bəyəndiyiniz şeyləri deyir, nalayiq hesab etdiyiniz işləri isə yerinə yetirir.(Bəli, münafiq və ikiüzlüdən qorxmaq və onun şərinin dəf edilməsini Allahdan istəmək lazımdır. İmam əleyhis-salamın 185-ci xütbədə onların əlamət və davranış üslublarını şərh etmişdir.)
    28-ci məktub
    İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab olaraq yazdığı məktublardandır.(Burada Müaviyənin nadürüst iddialarını və puç sözlərini xatırladıb və öz davamçılarının diqqətini dəlil və sübut gətirmə məqamında çox əhəmiyyətli həqiqətlərə yönəltmişdir. Buna görə də Seyyid Rəzi əleyhir-rəhmə buyurmuşdur ki, «bu, ən gözəl məktublardandır». Hərçənd ki, o Həzrətin hər bir məktubu və hər bir sözü öz yerində gözəlliyin son dərəcəsindədir. )
    Tək olan Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: məktubun gəlib mənə çatdı. Onda Allahın Məhəmmədi (səlləllahu əleyhi və alih) Öz dini üçün seçməsini və o Həzrəti qüdrət verdiyi səhabələrin yardımı ilə gücləndirməsini xatırladırsan. Deməli, zəmanə bizdən sənin barəndə təəccüblü şey gizlədibmiş ki, sən bizi Allahın bizim yanımızda olan xeyir-bərəkətindən və Peyğəmbərimizə görə bizə verdiyi naz-nemətdən xəbərdar etməyə başlamısan. Sən bu işində «Həcər»ə xurma vuran və yaxud öz müəllimini ox atmaq müsabiqəsinə çağıran şəxsə bənzəyirsən.(Mərhum İbn Meysəm burada belə buyurur: «Həcər» Bəhreyndə bir şəhər adıdır. Orada xurma bağları çox, xurma isə boldur. «كَناقِلِ التَمْرِ إِلَي هَجَرَ» «Həcərə xurma vuran kimisən» məsəlinin əsli belə olub: Həcərdən olan bir kişi Bəsrə şəhərinə mal aparır ki, onu satıb əvəzində aldığı şeydən xeyir götürsün. O, Bəsrədə xurmadan kasad bir şey tapmır. Buna görə də xurma alır və Həcər şəhərinə vurur. Xurmaları öz evində saxlayaraq, onun qiymətinin qalxmasını gözləyir. Amma qiymət günü-gündən aşağı düşür və sonda xurmaların hamısı xarab olub əldən gedir. İndi bu məsəl bir şeyi mədəninə və vətəninə, bol olduğu yerə aparan şəxs barəsində çəkilir. «كَداعِى مُسَدِّدِهِ إِلَى النِّضالِ » «öz müəllimini ox atmaq müsabiqəsinə çağıran şəxs kimisən» məsəli isə, birini özündən daha yaxşı bildiyi şey barəsində xəbərdar etmək istəyən şəxs barəsindədir. ) İslamda insanların ən yaxşısının filankəslə filankəsin (Əbu Bəkr ilə Ömərin) olmasını güman edir, sonra elə şeyi (onları) xatırladırsan (tərifləyirsən) ki, əgər (dediklərin) düz olsa, ondan sənə bir pay çatmır, səhv olsa isə sənə bir ziyanı və xəcaləti yoxdur. Sənin (kimin) üstün və (kimin ondan) aşağı, (kimin) başçı və (kimin isə) əlaltı olması ilə nə işin var? Azad edilmişlər (Əbu Süfyan) və oğlanlarının (Müaviyənin) ilkin çağlarda Məkkədən Mədinəyə hicrət edənlər arasında ayrı seçkilik salmaq, onların mərtəbələrini müəyyənləşdirmək və təbəqələrini tanıt¬dırmaqla nə işi? (Sən ki, «azad edilənlər»dənsən və hələ də din və imanın həqiqətini dərk etməmisən, fəzilətli ilə üstünün və məqamı aşağı olanla əlaltının kim olmasını necə bilə bilərsən?) (Bu sözləri danışmaq ləyaqəti səndən) nə qədər də uzaqdır! Yarış oxlarından olmayan ox səs çıxartdı və xilafətə layiq kimsəyə tabe olmaqdan başqa bir şey rəva olmayan kimsə, xilafət və imamət barəsində hökm verməyə başladı.(«لَقَدْ حَنَّ قِدْحٌ لَيْسَ مِنْها» «Yarış və qumar oxlarından olmayan ox səs çıxartdı» məsəli belə olub ki, ərəblər qumar oxlarını bir örtüyün altına qoyur və onların səs çıxarmaları üçün bir-birinə qatışdırardılar. Bəzən səsdən, onların arasında ayrı və yad bir ox olmasını bilirdilər.) Ey insan, axsaq olmağına baxmayaraq, dayanmırsan? Əlinin qısa olduğunu görmürsən? Arxaya, qəzavü-qədərin sənin olmağını istədiyi yerə dönmürsən?! (Nə üçün ayağını yorğanından çölə çıxarır, xəcalət çəkib xəcalətlə başını aşağı salmırsan?) Məğlub olanın məğlubiyyətinin ziyanı və qalibin qələbəsinin xeyri sənə qalmayıb. Sən azğınlıq çölündə vurnuxursan və ayağını düz yoldan kənara qoymusan. Səni xəbərdar etmək (və özümü öymək) üçün deyil, Allahın (mənə əta etdiyi) nemətlərinə görə deyirəm: görmürsənmi (bilmirsənmi) Mühacir və Ənsarın bir hissəsi Allah yolunda öldürüldü və onların hamısı şərafət və fəzilət sahibi idi. Nəhayət, bizim şəhidimiz (Həmzə ibn Əbdülmüttəlib Ühüd müharibəsində) öldürüldü və (onun barəsində) belə deyildi (Həzrət Peyğəmbər buyurdu): «سيّد الشهداء» «O, Allah yolunda şəhid olanların ağası və böyüyüdür». Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) onun namazını qılarkən yetmiş dəfə «Allahu əkbər» deməklə (bu fəziləti ancaq ona) məxsus etdi.(Çünki namaz qurtardıqdan sonra mələklərin digər bir dəstəsi gəlirdi və Peyğəmbər də bir daha onlarla birlikdə ona namaz qılırdı. Bu, ancaq Həzrət Həmzənin (Allah ondan razı olsın) xüsusiyyətlərindəndir. ) Görmürsənmi (xəbərdar deyilsənmi) ki, Allah yolunda (Həzrət Peyğəmbərin səhabələrindən) bir dəstənin qolları (bədənlərindən) ayrıldı və onların hamısı fəzilət və şərafətə malik idi. Onların başına gələn iş bizlərdən də birinin (Cə’fər ibn Əbu Talibin) başına gəldi. (Mu’tə müharibəsində qolları bədənlərindən ayrıldı və onun barəsində belə) deyildi (Peyğəmbər onu belə adlandırdı): «الطَّيّارُ فِي الْجَنَّةِ وَ ذُو الْجَناحَينِ» «O, iki qanad sahibidir və Cənnətdə uçur». Əgər Allah insanın özünü tərifləməsini qadağan etməsəydi, danışan (İmam əleyhis-salam) saysız fəzilət və üstünlüklər sayardı ki, möminlərin qəlbləri onlarla tanış olar, eşidənlərin qulaqları inkar etməzdi. Buna görə də «ovun yoldan qaytardığı bir kimsəni özündən uzaqlaşdır».(«فَدَعْ عَنْكَ مَنْ مالَتْ بِهِ الرَّمِيَّةُ» «Ovun yoldan qaytardığı kimsəni uzaqlaşdırmaq» məsəli düz yoldan çıxıb əyri yol ilə gedən şəxs barəsindədir. Məqsəd budur ki, Əmr ibn As kimi dünya ovu tamahı ilə haqq yoldan çıxanlara tabe olma və onların sözlərinə qulaq asma. ) Biz Rəbbimizin tərbiyə etdiyi kimsələrik və sonrakı insanlar bizim tərbiyə etdiklərimizdir.(Allah bizi seçib və xalqa bizə tabe olmağı və bizi sevməyi əmr edib. Bizə bizimlə Onun arasında heç bir vasitənin olmaması və xalqla Allah arasında bizim vasitə olmağımız kimi böyük nemət əta edib. ) Qədim şərəf və uzaq keçmişli böyüklük, bizə sənin qohumlarını özümüzə qarışdırmağa mane olmadı. Bir-birinə tay-tuş adamlar kimi (sizdən) qız aldıq, (sizə) qız verdik, halbuki siz həmin səviyyədə deyildiniz. Sizdə belə bir ləyaqət haradan ola bilər, halbuki Peyğəmbər bizdən, (Allahın Peyğəmbəri – səlləllahu əleyhi və alih – ilə hamıdan çox düşmənçilik edən və Bədr müharibəsində kafir kimi öldürülmüş) təkzib edən (Əbu Cəhl) sizdəndir! Əsədullah («أسَدُ الله» «Allahın şiri») bizdən (məqsəd o Həzrətin özü, ya da əziz əmisi - şəhidlərin ağası Həmzədir) Əsədul-əhlaf («أسَدُ الاَحْلاف» «andlar şiri») isə sizdəndir.(Məqsəd Bəni-Əbd Mənaf, Bəni-Zöhrə, Bəni-Əsəd, Tim və Bəni-Haris ibn Fəhrə ilə Kə’bənin başçılığının Bəni-Əbduddarın əlində olan hissəsini geri almaq üçün Bəni-Quseyy müharibəsi aparmağa and içmiş Əsəd ibn Əbdülüzzadır ki, onlar döyüş başlamamış əhdlərini pozaraq dağılışıblar. Bəziləri də deyiblər ki, «əsədul-əhlaf» Müaviyənin ana babası Ütbə ibn Rəbiədir. Bəziləri də deyiblər ki, «əsədul-əhlaf» Xəndək müharibəsində müxtəlif dəstələri bir yerə toplayaraq onları Peyğəmbəri (səlləllahu əleyhi və alih) öldürməyə and vermiş Əbu Süfyandır. ) Cənnət cavanlarının iki başçı və ağası bizdən (Həzrət Peyğəmbər –səlləllahu əleyhi və alih – buyurub: «هُما سَيِّدا شَبابِ أَهْلِ الْجَنَّةِ» «Həsənlə Hüseyn Cənnət cavanlarının başçılarıdırlar»), od əhli olan uşaqlar isə sizdəndirlər.(Məqsəd Üqbə ibn Əbu Müitin uşaqlarıdır ki, Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) onun «مَنْ لِلصَّبِيَّةِ» «uşaqlar üçün kim qalacaq?» sualının cavabında «həm sən və həm də onlar üçün atəş var» buyurub. Yaxud da məqsəd Mərvan ibn Həkəmin uşaqlarıdır ki, küfrləri nəticəsində Cəhənnəm əhli oldular. ) Bütün aləmlərin qadınlarının ən yaxşısı (Fatimə salamullahi əleyha) bizdən, odun daşıyan qadın isə sizdəndir.(Əbu Süfyanın bacısı Ummu Cəmil Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) düşmənçilik və ədavətinin çoxluğundan axşam çiyinlərində tikan və kol daşıyaraq o Həzrətin keçdiyi yola tökürdü. Allah-təala Qur’ani-Kərimin Əbu Ləhəb surəsinin 3-4-cü ayələrində Ummu Cəmil və onun əri Əbu Ləhəb barəsində belə buyurur: «سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ » «O tezliklə alovlu atəşə girəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin!»  ) (Qısası bunlar) bizim xeyrimizə olan çoxsaylı yaxşılıqlar və sizin ziyanınıza olan çoxsaylı pisliklər içərisində (işarə etdiyim azacıq bir hissə idi).
    Müsəlmanlığımız deyilənlərdir (bizim İslamda hamıdan qabağa düşməyimiz və onda olan xidmətlərimiz hamıya məlumdur) və (İslamdan qabaqkı) cahiliyyət dövründəki (şərəf və üstün¬lü¬yü¬müz) də inkar edilmir. Allahın kitabı (Qur’ani-Kərim) barəmizdə pərakəndə və dağınıq olanları bizim üçün bir yerə topladı. (Bizim xilafət və imamətə layiq olmağımıza şahid¬dir.) Bu, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Al¬lahın kəlamıdır (Qur’ani-Kərimin Ənfal surəsinin 75-ci ayəsində): «وَأُوْلُواْ الْاَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللّهِ» «Qohumlar Allahın kitabında (Onun hökm və fərmanında) bir-birinə daha yaxın¬dır¬lar». (Peyğəmbərin qohumlarının mən və mənim övladlarım olmasında heç bir şəkk-şübhə olmadığı üçün qohumluq ancaq ona məxsus olan şəxs o Həzrətin yerində dayanmağa daha layiqdir.) (Həmçinin) Allah-təalanın (Qur’ani-Kərimin Ali-İmran surəsinin 68-ci ayəsindəki) bu kəlamı: «إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ» «Şübhəsiz ki, insanların İbra¬hi¬mə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Məhəmmd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!» Deməli, biz bir dəfə (Həzrət Peyğəmbərlə) qohumluq və yaxınlığımıza görə (imamət və xilafətə başqalarından) daha layiqik, bir dəfə isə (o Həzrətə) tabe olaraq ardınca getdiyimizə görə.(İmam əleyhis-salam «أُوْلُواْ الْاَرْحَامِ» «qohumluq» barəsindəki ayə ilə ona görə kifayətlənmədi ki, çox yaxın qohumların yad və bir-birindən ayrı dinlərdə olmaları da mümkündür. Qur’ani-Kərimin, Hud surəsinin 46-cı ayəsində Həzrət Nuhun oğlu barəsində buyurduğu kimi: «إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ» «O sənin ailəndən deyildir. Çünki o, nalayiq bir əməl (sahibi)dir». Zahiri və mənəvi yaxınlıq, yəni, qohumluqla itaət və tabeçilik bir yerdə olanda isə canişinliyə ləyaqət məsələsində heç bir şəkk-şübhə qalmır. Məlumdur ki, İmam əleyhis-salam və onun əhli-beyti qohumluq və itaətkarlıqlarına görə xilafət və imamət məqamına layiqdirlər və heç kəsin bu məsələdə onlardan qabağa düşmək haqqı yoxdur. ) Mühacirlər (66-cı kəlamın şərhində toxunularaq izah edilən) Səqifə günündə Ənsara Peyğəmbərlə–səlləllahu əleyhi və alih–qohum olmalarını (xəlifəlik üçün) dəlil və sübut kimi gətirdilər və onlara qalib gəldilər. Buna görə də əgər qələbə çalmaq (xilafəti ələ almaq) Allahın Peyğəmbəri–səlləllahu əleyhi və alih–ilə qohumluğa görə gerçəkləşirsə (imamət bu yolla sübut olunursa), haqq (xilafət haqqı) bizə məxsusdur, sizə yox! (Çünki biz o Həzrətə daha yaxınıq.) Amma əgər qələbə, qohumluqdan ayrı bir şeylə gerçəkləşirsə (qohumluq dəlil və sübut deyilsə), onda Ənsar öz iddiasında qalmaqdadır.(Mühacirlərin Ənsara gətirdikləri dəlillər kəsərli və qaneedici olmayıb və icma gerçəkləşməyib, halbuki Mühacirlərin dəlil və sübutları qaneedici olub və yerinə düşüb, amma itaət və tabeçilik şərti ilə! Onda həmin dəlil İmam əleyhis-salamın ləyaqətliliyini sübut edir. )
    Belə güman edirsən ki, mən xəlifələrin hamısına (Əbu Bəkrə, Ömərə, Osmana) həsəd aparmış və onlara zülm etmişəm. Əgər sənin bu gümanın düz olsa, sənə qarşı cinayət törədilməyib ki, səndən üzr istənilsin?! (Çünki onun sənə heç bir dəxli yoxdur, şair Əbi Zuvəyb demişkən: «وَ عَيَّرَ الْواشُونَ إِنِّي أُحِبُّها» Ağzıgöyçəklər məşuqəmi, mən onu sevdiyimə görə qınayır, məzəmmət edirlər.) «وَ تِلْكَ شَكاةٌ ظاهِرٌ عَنْكَ عارُها» «Bu, ar və xəcaləti səndən uzaq olan günahdır (ey məşuqə)!»
    Deyibsən ki: məni (xəlifələrə bey’ət etmək üçün) burnuna çubuq soxulub çəkilən dəvə kimi çəkib apardılar ki, bey’ət edim. Allaha and olsun ki, məni pisləmək istəməyinə baxmayaraq, tərifləmisən; məni rüsvay etmək istəmisən, amma özün rüsvay olmusan.(Çünki bu sözlərinlə mənə edilmiş zülmləri üzə çıxarmısan. Mənim zülm, sitəm, ikrah və məcburiyyətlə bey’ət etməyimi iqrar etdiyin üçün bilməlisən ki, zülm və sitəmlə gerçəkləşən icma düz olmayıb və haqq onu inkar edənlədir. Beləliklə, xəlifələri məzəmmət, özünü isə rüsvay etmisən. ) Müsəlmanın dinində şəkk və yəqin, inamında isə tərəddüd olmasa, onun zülm və sitəmə məruz qalması ona nöqsan və eyb deyil. (Xilafətimin sübutu üçün işarə etdiyim) bu dəlillərin bəyan edilməsindən məqsədim səndən başqalarıdır (icmanın gerçəkləşməsini iddia edən xəlifələrdir). Mən həmin dəlil və sübutların ancaq yeri gələn qədərini bəyan etdim (ki, sən öz azğınlığını başa düşəsən).
    Sonra mənimlə Osman arasında baş verənləri xatırladırsan (məni ona kömək etmədiyim üçün zalım adlandırırsan). (Amma) onunla (yaxın) qohum olduğun üçün bu barədə sən cavab verməlisən.(Müaviyə ilə Osmanın ikinci babaları Üməyyə ibn Əbdüşşəmsdir. Belə ki, Müaviyə ibn Əbu Süfyan ibn Hərb ibn Üməyyə, Osman isə ibn Əffan ibn Əbilas ibn Üməyyədir. ) Buna görə də (de görüm,) mənimlə səndən hansı birimiz onunla daha çox düşmənçilik etdik və onun öldürülməsində bələdçi olduq? Ona kömək etmək istəyən, onun isə qoymayaraq özünü saxlamasını xahiş etdiyi kəs, yoxsa onun kömək istəməsinə baxmayaraq, köməyini əsirgəyən və ölümü (öldürülmək amillərini) ona tərəf istiqamətləndirən ki, nəhayət, qəzavü-qədəri (Allahın onun barəsindəki təqdiri) ona üz tutdu (və o öldü¬rül¬dü)?!(Deyirlər ki, o Həzrət, Osmanla xalq arasında barışıq yaradaraq fitnə və qalmaqalı yatırtmaq istəyirdi. Osman Müaviyənin köməyinə arxalandığı üçün bu işə razı olmadı və o Həzrətin bu məsələdən kənara çəkilməsini istədi. Osman Müaviyənin yanına adam göndərərək onun tez köməyə gəlməsini istədi. Müaviyə isə çox ləngidi və Şamdan çıxandan sonra çox yavaş hərəkət edirdi ki, nəhayət, Osmanın öldürülməsindən xəbər tutdu və Şama qayıdaraq müstəqillikdən və hökumətdən dəm vurdu. Buna görə də İmam əleyhis-salam onun Osman barəsindəki həqiqətə zidd «ürəkyananlığı» haqqında buradakıları buyurmuşdur. Bu şe’rin birinci misrası belədir: «وَكَمْ سُقْتُ فِى اثارِكُمْ مِنْ نَصِيحَةٍ» «mən sizə nə qədər çox öyüd-nəsihət verdim». ) Allaha and olsun ki, belə deyil! (Sən münafiq və ikiüzlüsən. Çünki sən ona zülm etdin, indi isə özünü ürəyiyanan kimi göstərirsən. Allah Qur’ani-Kərimin Əhzab surəsinin 18-ci ayəsində sənin kimilər barəsində belə buyurur: «قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا») «Allah içərinizdən (müsəlmanların müharibəyə getmələrinə) mane olanları (münafiq və ikiüzlüləri) və qardaşlarına «bizə tərəf gəlin!» deyənləri tanıyır. Onlar ancaq az bir zaman (o da nifaq və özlərini göstərmək üçün) müharibəyə gəlirlər».
    (Mən bu sözlərimlə) Osmana ondan baş verən bid’ətlər üçün nöqsan tutmağımdan üzr diləmək istəmirəm. Əgər mənim ona yol göstərməyim (sənin gümanına görə) günahdırsa, onsuz da: «رُبَّ مَلُومٍ لا ذَنْبَ لَهُ» «günahsız yerə məzəmmət olunan çoxdur».(Deyirlər ki, cahiliyyət dövründə Həməlin dəvələrini qarət edirlər, və o gedib onları qaytarır və bu şe’ri oxuyur. Sonra bu şe’r müharibə ilə hədələmək zamanında məsələ çevrilir. ) «وَ قَدْ يَسْتَفِيدُ الظِّنَّةَ المُتَنَصِّحُ» «bəzən çox öyüd verən kəs (öyüd nəsihətinin müqabilində) töhmət və pis gümanlar qazanır». (Bu misra öyüd-nəsihət verməyə çalışan, axırda isə pis məqsədlər güdməkdə günahlandırılan şəxs barəsində məsəldir. Qur’ani-Kərim Hud surəsinin 88-ci ayəsində Həzrət Şüeybin öz qövmünə dediyi sözləri belə bəyan edir: «إِنْ أُرِيدُ إِلاَّ الْإِصْلاَحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلاَّ بِاللّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ») «Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (işləri islah etməkdəki) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!»
    (Məni müharibə ilə qorxudur və) deyirsən ki, sənin yanında mən və mənim səhabə və havadarlarım üçün qılıncdan baş¬qa bir şey yoxdur! Ağladandan sonra güldürdün (bizi)! (Bu sözləri səndən eşidən kəs sənin İslam dinini ələ almağına ağlayandan son¬ra gülər. Sənin bu çərən-pərən sözlərin məni təəccüb¬lən¬dirərək güldürdü. Axı) sən Əbdülmüttəlib övladlarının düşmənlərdən çəkinərək üz çevirdiklərini və qılıncdan qorxduqlarını harada gör¬mü¬sən? «لَبِّثْ قَلِيلاً يَلْحَقُ الْهَيْجا حَمَلْ» «Bir az ayaq saxla ki, Hə¬məl (ibn Bədr – bu, Quşəyr ibn Kə’b ibn Rəbiə qəbiləsindən olan bir şəxsin adıdır) gəlib çatsın» («لا بأْسَ بِالْمَوْتِ إِذا الْموْتُ نَزَلَ» «Ölüm insana üz tutanda ondan heç bir qorxu yoxdur»).(O Həzrət bu vəsiyyətnamədə verdiyi çoxlu öyüd-nəsihətlərdə səadət və xoşbəxtlik yollarını göstərib. Bu vəsiyyətnamədə İmam əleyhis-salamın sözlərinin hədəf və məqsədi İmam Həsən əleyhis-salam deyil, bütün insanlardır. Buna görə də «bu vəsiyyətnamədəki «dünya qulu və qürur taciri» kimi ibarələr imamın şə'ni və ismət məqamına layiq olmadığı üçün gərək onlar yozulsunlar, yəni, onların zahiri mənalarına göz yumulsun və zahirdə olmayan mənalarına diqqət edilsin» deyilməsinə heç bir yer qalmır. Çünki söhbətin hədəf və məqsədinin ümumi insanlar olmasını qəbul etsək, başqa yozuma ehtiyac qalmır. Hərçənd ki, Allahın, pak və mə’sum Əhli-Beyti hər bir eyb və nöqsandan uzaq etməsi və gözəl xislət və sifətlərlə bəzəməsinə baxmayaraq, onlar Allah-təalanın göstərişi ilə özlərini tərifləməyiblər və zahirdə özlərini baş¬qaları kimi göstəriblər. Bütün bunlarla yanaşı, «Nəhcül-Bə¬la¬ğə»¬nin şərhçilərindən olmuş mərhum Bəhrani mərhum Əbu Cə’fər ibn Babəveyh Qumidən nəql edib ki, İmam əleyhis-salam bu vəsiyyəti öz oğlu Məhəmməd ibn Hənəfiyyəyə yazıb. ) Tezliklə, axtardığın (və barəsində çərənçilik, boşboğazlıq etdiyin) şəxs səni axtarar və uzaq sandığın şey sənə yaxınlaşar. Mən Mühacirlər, Ənsar və gözəl şəkildə onlara davamçı olan çox böyük qoşunla sənə tərəf tələsirəm. Onların sayı çox, toz-dumanları isə dağınıqdır. Ölüm köynəyi geyiniblər. Onlar üçün ən yaxşı görüş özlərinin Rəbbi ilə görüşdür. Bədr müharibəsi iştirakçılarının övladları və Bəni-Haşimin qılıncları da onlarladır. Sən özün qardaşın (Hənzələ ibn Əbu Süfyan), dayın (Vəlid ibn Ütbə) baban (Ütbə ibn Rəbiə – o, Müaviyənin anası Hindin atasıdır və adı çəkilənlərin hər üçü Bədr müharibəsində öldürülüblər) və qohumlarına qarşı işlədilmiş həmin qılıncların itiliyini yaxşı bilirsən. (Qur’ani-Kərimin Hud surəsinin 83-cü ayəsində Lutun qövmü barəsində belə buyurulur: «وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ») «O əzab sənin ümmətin içərisində olan zalimlərdən də uzaq deyildir!» (Gərək zalımlar bu cür əzab və çətinliklərə düçar olsunlar.)
    29-cu məktub
    İmam Əli əleyhis-salamın Bəsrə əhlinə olan məktubla¬rın¬dandır (ki, onda Bəsrə əhalisini onların çirkin əməllərindən keçdiyinə ümidvar edib və itaətsizlik etməkdən qorxudub).
    (Azğınların ardınca getmək nəticəsində) ipinizin qırılması (əhd-peymanı pozmaq), düşmənçilik və müxalifət etməyiniz (nalayiq işləriniz) nadan və xəbərsiz olduğunuz məsələlərdən deyildi. Amma mən sizin günahkarınızı bağışladım, qılıncı üz çevirib qaçanınızdan saxladım, üz tutanınızı (qayıdanınızı) qəbul etdim. Lakin bundan sonra əgər haqqa zidd pozğunçuluq və səhv düşüncələr sizi mənimlə düşmənçilik və müxalifətə sövq etsə, bilin ki, öz atlarını yaxına gətirərək öz minik dəvəsinə palan qoyan mən olacağam. Əgər məni özünüzə tərəf gəlməyə məcbur etsəniz, sizinlə elə döyüşə başlayacağam ki, Cəməl müharibəsi onun yanında (qazan dibi) yalayanın (qazanın dibini) yalaması kimi olsun. Hərçənd ki, sizə tabe olanın fəzilət və böyüklüyü və (sizə, mənə qarşı çıxmamaq barəsində) öyüd-nəsihət verənin haqqından da xəbərdaram. Eyni zamanda günahsıza vurulmuş töhmətdən və vəfalıya qarşı peymanını pozandan da keçməyəcəyəm. (Müharibə zamanı haqq ilə batili bir-birinə qatışdırmayacaq, kimin öldürülməli və kimin buraxılmalı, kimin cəzasına çatdırılmalı və kimin mükafatlandırılmalı olmasını yaxşı bilirəm.)
    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 388 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019