İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    30-cu məktub
    İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktubla¬rındandır (ki, onda Müaviyəyə öyüd-nəsihət verərək onu işin sonunda olacaq əzab və bədbəxtlikdən qorxudub).
    Yanında olan şeylərə (nemətlərə) görə Allahdan qorx. Onun sənin boynunda olan haqqına (itaət, hökmlərinə tabeçilik və şükr haqqına) bax. Barəsində cahil və nadan olmaqda üzrlü sayılmayacağın şeyi tanımağa qayıt (öz zəmanənin imamına tabe ol). Çünki (əsası zəmanə imamının tanınması olan Allaha) itaət etmək və tabeçilik üçün aşkar nişanələr, aydın, düz və bəlli yollar və (Cənnət kimi) arzu olunan sonluq var. Zirəklər ona daxil olur, alçaqlar isə ondan boyun qaçırır, yayınırlar. (Allah və Peyğəmbərin göstərişlərinə zidd olan nalayiq işlər görürlər və nəticədə ona nail olmurlar.) Kim o yoldan çıxsa haqq yoldan kənara çıxıb və bilmədən azğınlıq çölünə ayaq basıb. Allah, nemətlərinin üzünü ondan döndərər (nemətlərini ondan alar) və əzab və çətinlikləri ona rəva bilər. Belə isə özünü qoru və nəfsindən qorx (onun göstəriş və istəklərinə uyğun davranma) ki, Allah (səadət və xoşbəxtlik) yolunu sənə göstərib. İşlərinin sənin öhdənə düşən qədərində öz atını zərər-ziyanın sonuna və küfr və üsyan diyarına (cəhənnəmə) sürmüsən və (istəklərinə tabe olduğun) nəfsin, səni şər və pisliyə (öz zəmanənin imamı ilə müxalifət etməyə) vadar edib, azğınlığa (əbədi bədbəxtliyə) atıb, pozğunçuluğa (Allah və Peyğəmbərə qarşı günah işlətməyə) məcbur edib və (hidayət və nicata gedən) yolları sənə çətinləşdirib. (Çünki nəfs, ona tabe olan şəxsin azğınlıq və zəlalət yollarından kənara çıxması üçün səadət və xoşbəxtlik yollarını ona çətinləşdirir.)
    31-ci məktub
    İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra, Hazirində (Siffeyn bölgəsi yaxınlığında yer adıdır) Həsən ibn Əli əleyhiməs-salama yazdığı vəsiyyətlərindəndir.(Çünki o Həzrətin mübarək yaşı altmışı keçmişdi və altmış yaş təbii ömrün yarısıdır və bu yaşa az adam çatır. Əgər kimsə təbii ömür yaşına çatırsa da, altmış yaşdan sonra yerdə qalan, keçəndən az olur. Buna görə də insan altmış yaşdan sonra ömürə arxa çevirmiş sayılır. )
    (Bu vəsiyyətnamə) yoxluq və ölümə yaxın olan, zamanı (onun keçərliyi və çətinliklərini) etiraf edən, ömür və həyata arxa çevirmiş,(Xülasə, bizim, taparaq əldə edilməsi üçün zəhmət çəkdiyimiz şey heç bir çətinlik və xərcsiz sənin yanına gəlib. Bir daha yada salırıq ki, bu sözlər imamət və ismət məqamına malik olmaqla ziddiyyət təşkil etmir. Çünki heç şəkk-şübhə yoxdur ki, İmam əleyhis-salam burda özünü və övladını başqalarının yerinə qoyub və bu mübarək sözləri hər bir ata və oğul üçün nümunə və örnək edib. ) dövrana (onun çətinliklərinə) təslim, dün¬ya¬ya bədbin, ölülərin evlərində məskunlaşmış və sabah (yaxın olan ölüm günü) ondan köçəcək atadan (xalqın hidayəti və düz yola gətirilməsi barəsində) əldə edilməz bir şey arzulayan, məhv olanların (ölülərin) yolu ilə gedən, (müxtəlif) xəstəliklərə hədəf, zamanın girovu olan, müsibət və qəmlərə nişangah, dünyaya qul (onun xoşagəlməz rəftarına düçar), hiylə və yalan diyarının (yaxşılarının səadət və xoşbəxtliyi və pis əməllilərinin bədbəxtliyinin) taciri, (borc yiyəsi kimi öz borcunu almayınca əl çəkməyən xəstəliklərə, ölümlə nəticələnən hadisələrə və) puçluqlara borclu, (əlindən qurtarmaq mümkün olmayan) ölümə əsir, möhnətlərlə müttəfiq, qəm-qüssəyə yoldaş (insan möhnət və qəm-qüssədən ayrılmır və sanki onlardan ayrılmamağa və yoldaş olmağa and içib), bəla və dərdlərə hədəf, nəfsi istəklərin torpağa yıxdığı və (qovuşacağı) ölülərin canişini olan oğula!
    Dünyanın mənə arxa çevirməsi, dövranın mənə itaətsizlik etməsi və axirətin mənə üz tutması barəsində bildiklərim məni başqasını yada salmaq və məndən sonra qalacaq (ev, var-dövlət və övlad kimi) şeylər üçün çalışmaqdan saxlayır. (Çünki belə bir vaxtda kimisə yada salmaq və ya nəyinsə qəmini çəkmək münasib deyil. Gərək səadət və xoşbəxtliyə səbəb olan fəzilətlər əldə etməyin fikrində olum.) Amma mənə camaatın qəm-qüssəsi deyil, yalnız öz qəm-kədərim aid edildiyi üçün (nə vaxt öz işimdən başqa iş və öz qəmimdən başqa qəmi yadımdan çıxartdımsa) düşüncəm məni təsdiqləyərək arzu və nəfsin istəklərindən saxladı, işimin həqiqətini (dün¬ya¬dan köçməyi) aşkar etdi. Sonra məni onda oyun-oyun¬caq olmayan səy və təlaşa və yalanla qarışıq olmayan doğ¬ruluğa vadar etdi. (Xülasə, dünyanın mənə arxa çevirdiyini və axirət səfərinə hazırlaşmağın zəruriliyini gördüyüm üçün öz işimdən başqa işlər üçün olan hər bir düşüncəni özümdən uzaqlaşdırdım. Amma) səni vücudumun bir parçası gördüm (çünki övlad insanın bir parçasıdır), hətta vücudumun hamısı hesab etdim (çünki övlad valideynin yerini tutaraq adını qoruyur). Belə ki, sənə bir şey gəlsə, mənə gəlmiş kimidir və əgər ölüm səni haqlasa məni haqlamış kimidir. (Qısası, sənin işlərin barəsində düşünməyim öz işim üçün düşünmək kimidir.) Sənin işin məni öz işlərim qəm-qüssəyə saldığı kimi kədərləndirir. Buna görə də (həmin səbəbdən) sağ qalmağımdan və ya ölməyimdən asılı olmayaraq bu məktuba möhkəm arxalanaraq onu sənə yazdım. (Bu elə bir vəsiyyətnamədir ki, əgər sən ona əməl etsən mənim qəlbim rahat olar.)
    Oğulcan, sənə təqvalı olaraq Allahdan qorxmağı, Onun əmr və hökmlərinə tabe olmağı, qəlbini Onu yada salmaqla abadlaşdırmağı (çünki bina evin kamilliyi olduğu kimi Allahı yad etmək də nəfsin kamillik amilidir) və Onun (itaət və tabeçilik) ipindən yapışmağı tövsiyə edir, tapşırıram. Əgər sən ondan yapışsan, hansı səbəb və ip səninlə Allah arasında olan ip və səbəbdən möhkəm ola bilər?!
    Qəlbini öyüd-nəsihətlə (elm, hikmət və axirəti yada salmaqla) dirilt, zahidliklə (dünyaya ürək bağlamamaqla) öldür, yəqin və inamla (Allah və Peyğəmbərə iman gətirməklə) qüvvətlən¬dir, hikmətlə (Allahın hökmlərini bilməklə) nurlandır, ölü¬mü yada salmaqla zəlil və xar et (nəfsi istəklərə tabe olma) və (dünyanın) fanilik və yoxluğu(nu) etiraf etməyə məcbur et (onu dünyanın yox olacağını iqrar etməyə vadar et ki, oranın əbədi diyar olmasını zənn etməsin). Onu dünyanın pislikləri və dərdləri ilə dərindən tanış et (ki, ona etimad etməsin), zamanın (acı hadisələrinin) hücumu və gecə ilə gündüzün pis keçməsi (insanın istək və arzularına uyğun olmaması) ilə qorxut. Keçənlərin xəbərləri (onların sərgüzəştlərinin necəliyi) ilə tanış edərək səndən qabaqkıların başına gələnləri onun yadına sal. Onların diyarlarını, qalıqlarını və nişanələrini gəz dolan, nə etdiklərinə, haradan köçdükləri və harada düşüb yerləşdiklərinə nəzər sal. Görəcəksən ki, onlar dostlardan ayrılaraq qürbət və tənhalıq diyarına düşüblər. Sanki az müddət sonra sən də onlardan biri olacaqsan. Belə isə (layiqli əməllərlə) öz mənzil və uyuyacağın yeri abadlaşdır, axirətini dünyana satma. Bilmədiyin şey barəsində söz söyləmə. Sənə aid olmayan şey barəsində söhbət etmə. Azğınlıq olmasından qorxduğun yoldan (onunla getməkdən) çəkin. Çünki azğınlıq sərgərdanlığı zamanı özünü saxlamaq, qorxulu işlər görməkdən daha yaxşıdır. Yaxşı işlərə əmr et ki, yaxşılardan olasan. Pis işləri əlinlə, dilinlə qadağan et. Öz səy və təlaşınla onları (pis işləri) yerinə yetirən kəsdən ayrıl. Allah yolunda (din düşmənlərinə və pis işlərə əmr edən nəfsə qarşı) Ona layiq tərzdə cihad et. (İmkan və bacarığın olan qədər cihad etməkdən çəkinmə.) Allah yolunda, tənə vuranın tənəsindən qorxub çəkinmə. (Başqalarını yaxşı işlərə əmr edərək pis əməllərdən çəkindirməkdə və digər ilahi hökmlərin icrasında kiminsə tənə vurması, sənə boynunda olan vəzifəni yerinə yetirməyə mane olmasın.) Harada olmağın və hansı çətinliklə üzləşməyindən asılı olmayaraq haqq-həqiqət uğrunda (ona yardım etmək üçün) çalış. (Bu yolda qarşıya çıxan heç bir hadisədən üz çevirmə.) Dində elm əldə et. (Onun hökmlərini öyrən.) Özünü xoşagəlməz işlərə səbr etməyə adət ver. Haqq yolda səbrli olmaq necə də gözəl xasiyyətdir! Bütün işlərində öz nəfsini Allahına tapşır. Çünki sən (belə olan halda,) onu qüdrətli sığınacağa və qoruyucuya tapşırmış olursan. İstədiyin şeyi ancaq Rəbbindən istə (Ondan başqasına üz tutma). Çünki bağışlamaq və vermək də Onun əlindədir, məhrum etmək də. (Hər bir işdə Allahdan) çoxlu xeyir dilə. Mənim vəsiyyət və tapşırığım barəsində dərrakə və fikir işlət, ondan üz çevirmə. Çünki sözün ən xeyirlisi və gözəli onun fayda verənidir (qulaq asanın eşidərək ona uyğun rəftar etmədiyi deyil, eşidərək əməl etdiyidir). Bil ki, (sahibinə) fayda verməyən bilikdə xeyir yoxdur. Öyrənilməsi münasib olmayan (sehr, cadu və bu kimi din və məzhəbə zidd) elmdən fayda əldə edilməz.
    Oğulcan, qocalaraq yaşlaşdığımı, zəiflik və süstlü¬yümün artmaqda olmasını görüb sənə vəsiyyət etməyə tələsdim. Zehnimdə olanları sənə çatdırmamış ölüm məni haqlayar və ya bədənimdə çatışmazlıq yarandığı kimi, düşüncəmdə də nöqsan yaranar, yaxud bəzi nəfsi istəklər və ya dünya fitnələri səni məndən tez qabaqlayar (nəfsi istəklərə tabeçilik və dünyaya ürəkdən bağlanmaq sənə hakim olmamışdan vəsiyyət etdim ki, birdən mənim öyüd-nəsihətlərimi qəbul etməzsən) və üsyankar dəvəyə dönərsən deyə, onda bir sıra fəzilətlər yazdım. Gəncin qəlbi (toxum səpilməmiş) boş yer kimidir. Hansı toxum səpilsə onu qəbul edər (bitirər). Buna görə də ürəyin (dünyaya vurğunluq səbəbindən) bərkiməmiş və ağıl və dərrakən (boş və puç işlərə) mübtəla olmamış səni ədəbləndirməyə başladım (din, hikmət, bilik və ibrət qaydalarını sənə xatırlatdım) ki, öz işlərində tam düşüncə ilə, təcrübə edənlərin sənin axtarmaq və sınaqdan keçirmək ehtiyacını aradan qaldırdıqları şeyə üz tutasan, təcrübə etməyə möhtac olmayasan və sınaqdan keçirməkdən qurtulasan. Beləliklə, bizim (çox zəhmətlə) əldə etdiyimiz ədəb (zəhmətsiz olaraq) sənə çatar və bizim üçün qaranlıq (gizlin və naməlum) olan şey, sənə aydın olar.(Əgər keçmişlərin yoluna uyğun hərəkət etmək, davranmaq istəmirsənsə, azğın və azdırıcıların müxtəlif sözləri və əməllərinə də etina etmə. Ehtiyat və təmkinliliyi əldən vermə və səy və təlaş et ki, özün həqiqəti əldə edə biləsən.)
    Oğulcan, məndən əvvəlkilərin ömrü kimi (uzun) ömür sürməsəm də, onların işlərinə nəzər salıb, xəbərləri barəsində düşünərək onlardan qalan şeyləri seyr etmişəm. Nəticədə onlardan biri (kimi) olmuşam. Hətta onların işləri barəsində mənə çatan şeylərə görə sanki birincisindən sonuncusuna kimi hamısı ilə yaşamışam. Beləliklə, onların işlərinin saf və yaxşısını bulanıq və pisindən və xeyrini ziyanından seçdim. Sənin üçün hər bir işin gözəlini seçdim, bəyənilmişini istədim və onun qaranlıq və naməlum ola¬nını (məəttəlliyə səbəb olanını) səndən uzuqlaşdırdım. Sənin işin məni, mehriban atanı vadar edən şeyə vadar etdiyi vaxt və səni tərbiyə etmək və ədəbləndirmək qərarına gəldiyim zaman belə məsləhət gördüm ki, bu işi həyata (yeni) üz tutduğun, zəmanəni yeni dərk etdiyin (gənc və yeniyetməlik) və pak niyyət və təmiz nəfsə malik olduğun vaxtda görüm. Və bu işə Allahın kitabı, onun tə’vili (yozumu), İslamın (həqiqi) yolları, şəriət hökmləri və Allahın halal-haramını öyrətməklə başlayıram. Allahın kita¬bından başqa bir şeylə başlamıram sənin təliminə. Sonra xalqın nəfsi istəklər və (ziddiyyətli) rəylərə uymaları səbəbindən (əqidə və şər’i hökmlərdə) şübhələrə düşüb ixtilafa düçar olduqları şey barəsində sənin şübhəyə düşəcəyindən qorxdum. Onu sənin yadına salmağa meylim olmasa da, mənim üçün onu möhkəmləndirmək, səni həlak və məhvediciliyindən əmin olmadığım işdə təkbaşına buraxmaqdan daha xoşdur. Allahın, onda sənə qurtuluş və nicat müvəffəqiyyəti əta etməsini və səni düz yola hidayət etməsini diləyirəm. Beləliklə, bunları vəsiyyət edirəm sənə.
    Oğulcan, bil ki, vəsiyyətimdən öyrənəcəyin ən yaxşı şey Allahdan çəkinərək qorxmağın, Allahın sənə vacib etdiyinə kifayətlənməyin və (Əbu Talib, Seyyidüş-şühəda Həmzə və Cə’fər Təyyar kimi) keçmiş babaların və əməlisaleh əhli-beytinin qoyub getdiklərini əldə etməyindir. Çünki sən fikirləşərək düşündüyün kimi, onlar da öz sayıq düşüncələrini əldən vermədilər (özlərinə diqqət yetirərək səadət və xoşbəxtlik tapdılar). Beləliklə, nəticədə düşüncə onları bildiklərini yerinə yetirməyə və vəzifə daşımadıqlarından çəkinməyə yönəltdi. (Onlar özlərinə aşkar və məlum olan şeylərə inanaraq ona uyğun davrandılar, qaranlıq və naməlum qalan şeylərdən isə uzaqlaşdılar.)
    Beləliklə, əgər nəfsin, sənin qohumlarının (təcrübə edərək) keçdiklərini onlar kimi bilməməsinə baxmayaraq, qə¬bul etməkdən boyun qaçırırsa, sənin bu barədəki istəyin şüb¬hələrə (qatma-qarışıq sözlərə) girişərək mübahisə və çə¬kiş¬mələrə daxil olmaq deyil, başa düşmək, çalışmaq və elm və bilik əldə etmək olmalıdır.(O, sıra tərtibi sayında işlədilən «əvvəl» deyil, həqiqi «əvvəl»dir. Çünki əgər əvvəl olmaq həmin say mənasında götürülsə, onda Onun nə vaxtsa yox olması və sonradan yaranması, meydana çıxması təsəvvür edilir. Bu sifət isə vücudu vacib olan varlığa deyil, mümkün olan varlığa aiddir. ) Ona nəzər salıb barəsində düşüncəyə dalandan qabaq öz Allahından kömək istə, müvəffəqiyyət qazanmağın üçün Ona üz tut və səni şəkk-şübhəyə salan və ya zəlalət və azğınlığa aparan bü¬tün pis işləri tərk et. Beləliklə, ürəyinin təmizlənib safla¬şa¬raq təvazökar və itaətkar olmasını, fikrinin kamilləşərək (pərakəndəlikdən uzaqlaşıb) cəmlənməsini və o barədəki səyinin məqsədyönlü olmasını yəqin etdikdən sonra (bu vəsiyyətnamədə) dediklərimə nəzər sal və barəsində fikir¬ləş. Əgər istədiyin fikir və düşüncə rahatlığını əldə edə bilməsən (ürəyin pak və itaətkar olmasa, düşüncələrin pərakəndə olsa, müxtəlif məqsədlərə malik olsan), bil ki, öz qabağını görməyən dəvə kimi anlaqsız addım atır və zülmət qaranlıqlara (azğınlıqlara) düşürsən. Anlayışı olmadan bilmədiyi yol ilə gedən və ya (haqqı batilə) qatışdıran kimsə dini istəyən adam deyil! Belə olan halda, dayanmaq və özünü saxlamaq (ağıl və elmin hökmünə) daha yaxındır.
    Buna görə də oğul can, mənim vəsiyyət və tapşırığımı yaxşı anla. Bil ki, ölümün sahibi həyatın da sahibidir, yaradan öldürəndir, yox edən, qaytarandır (bəla və çətinliklərə) düçar edən nicat verəndir. (Xülasə, işlərdə şəriksiz Allahdan başqa təsiredici yoxdur.) Dünya ancaq Allahın ne¬mətlər, imtahanlar, axirət cəzası və bizim bilmədiyimiz şeylərdən istədiyini müəyyən etdiyi şey üzərində dayanıb. Buna görə də işlərdən hansısa sənə çətin gələndə, (onun hikmət və məsləhətə əsaslanmamasını sanma) onu sənin ondan xəbərsizliyin və nadanlığın hesab et. Çünki sən yaradılışının əvvəlində nadan idin, sonra bilik sahibi oldun. Sənin (hikmət və məsləhətini) bilmədiyin, düşüncənin barəsində sərgərdan qaldığı, görmənin azdığı və sonra görüb dərk etdiyin şeylər çoxdur. Buna görə də yaradan, ruzi verən və gözəl əndamını xəlq edəndən (Onun rəhmət ipindən) yapış. İbadət və bəndəliyin Ona olsun, Ona üz tut və qorxun Ondan olsun.
    Oğulcan, bil ki, Allah barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih) kimi heç kəs xəbər verməyib. Belə isə onu öz (səadət və xoşbəxtlik) bayraqdarın hesab et və (əzab və çətinliklərdən) nicat və qurtuluş rəhbərin bil. Mən (bu barədə) sənə öyüd-nəsihət verməkdə heç nəyi əsirgəmədim. Sən özün üçün (öz xeyrin üçün) fikir və düşüncələrində hər nə qədər səy və təlaş etsən də, heç vaxt mənim sənin üçün olan fikir və düşüncələrim həddinə çata bilməzsən.
    Oğulcan, bil ki, əgər Rəbbinin şəriki olsaydı, sənin (hi¬da¬yət edilməyin) üçün onun da peyğəmbərləri gələr, onun səl¬tənət və hökmdarlıq nişanələrini görər, iş və sifətlərini tanı¬yardın. Amma Allah, Özünü vəsf etdiyi kimi təkdir. (Qur’ani-Kərimin Kəhf surəsinin 110-cu ayəsində buyurur ki: «أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ» «Sizin tanrınız yalnız tək olan Allahdır».) Səltənətində heç kəs Ona qarşı çıxmır. O heç vaxt zavala uğramır və həmişə olub (əbədi və əzəlidir). O hər şeydən əvvəldir, amma (say mənasında olan) əvvəl olmaq və birinciliksiz.(Çünki Onun sonu olsa, yoxluğa qovuşacaq. Belə olanda isə zatən vacib əl-vücud olmayacaq.  ) Həmçinin hər şeydən axırdır, sonluqsuz!(O, qəlblərin elm və biliklə və ya gözlərin zat və sifətlərinin həqiqətlərini görərək Onu dərk etməsindən üstündür. Çünki O, qətiyyən əhatə edilməz və məhdudlaşmaz. ) O, rübubiyyətinin qəlb və ya gözün əhatə etməsi nəticəsində isbat edilməsindən böyükdür.(Şərhçi Bəhrani burada belə deyir: Mö’təzilə, işlərin yaxşı və pis olmaları meyarının ağıl olması məsələsində bu və bu kimi kəlamlara istinad edir. ) Buna görə də Onun sifətlərini (deyilən kimi) dərk etdikdən sonra, itaət və bəndəlik axtarışında, əzab və cəzasından qorxmaqda və qəzəbindən (rəhmətindən uzaqlaşmaqdan) çəkinməkdə qə¬dir-qiyməti kiçik, qüdrəti az, acizliyi çox və Rəbbinə eh¬ti¬yacı böyük olan sənin kimisinə necə davranmaq la¬yiq¬dir¬sə, elə hərəkət et. Çünki O, sənə yaxşılıqdan başqa bir şey əmr etməyib və səni çirkin işlərdən başqa bir şeydən çə¬kindirməyib.(Bəli, bəndənin Onun yolunu gedərkən gördüyü əziyyət və çətinlik rahatlıq və asudəlik olar. Məşuqu ilə vüsal axtarışında olan şəxs üçün gördüyü zərər-ziyan xeyir və mənfəət olar) Oğulcan, səni dünya, onun necəliyi, ara¬dan getməsi və əldən-ələ keçməsindən xəbərdar etdim. Sə¬nə axirətdən və həmin diyarda onun əhli üçün ha¬zır¬lan¬mış şeylərdən xəbər verdim. Dünya və axirət işləri ba¬rəsində sənin üçün misallar da çəkdim ki, onlardan ib¬rət götürərək ardınca gedəsən! Dünyanı sınaqdan ke¬çi¬rib tanıyan kimsə (arzu və istəklərinə) uyğun olmayan qəhətlik və dar yerdən, su və yeməyi bol və yaşıllıqları (geniş) olan yerə səfər edən müsafirlər dəstəsi kimidir. Onlar öz diyar və yerlərinin gen-bolluğuna çatmaq üçün yolun əziyyətləri, dostların uzaqlığı, səfərin çətinlikləri və yeməklərinin pisliyinə dözərlər. Beləliklə, həmin çətinliklərdən əziyyət və ağrı-acı hiss etməzlər. (Öz) yığdıqlarının həmin yolda xərcləməsində bir ziyan görməzlər.(Qur’ani-Kərimin Ənkəbut surəsinin 64-cü ayəsində buyurulur: «وَمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ» «Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər.» ) Onlar üçün onları mənzil və yerlərinə yaxınlaşdıran şeydən sevimli bir şey yoxdur. Dünyaya aldanan (və axirətə göz yuman) şəxs isə yeyib-içməyi bol, naz-neməti çox və (arzu-istəklərinə) müvafiq mənzildə olan və sonra ordan qəhətlik və darısqal yerə gələn dəstə kimidir. Gözlənilmədən yeni yerə çatan və ona doğru hərəkət edən zaman onlar üçün (əvvəl) olduqları yerdən ayrılmaqdan acı və ağır şey yoxdur!
    Oğulcan, özünü səninlə başqası arasında olan şeydə tərəzi et. Beləliklə, özün üçün bəyəndiyin şeyi başqası üçün də bəyən. Özün üçün istəmədiyin şeyi, başqası üçün də istəmə. Necə ki, sənə zülm edilməsini istəmirsən, sən də zülm etmə. Sənə yaxşılıq edilməsini istədiyin kimi, sən də yaxşılıq et. Başqalarında çirkin saydığın şeyi, özündə də çirkin say. Sən özün başqaları barəsində məmnun və razı olub rəva bildiyin şeyi, başqalarının da sənə rəva bilmələrindən razı ol. Bildiyin az olsa da bilmədiyin şeyi demə. Sənə deyilməsini istəmədiyin şeyi (sən də başqalarına) demə.
    Bil ki, məğrurluq və özünü bəyənmək xoşagəlməz və haqqa zidd bir xüsusiyyətdir və ağıla ziyan gətirər. Beləliklə, öz yaşayış və dolanışığını təmin etmək üçün çalış. Başqaları üçün xəzinədarlıq etmə. (Hərisliklə mal və sərvət yığaraq onu başqaları üçün saxlama.) Öz doğru yoluna çatanda (haqq yolu tapanda) isə, Rəbbin müqabilində ən təvazökar və itaətcil halda ol.
    Bil ki, qarşında uzaq məsafəli uzun və çox qorxulu bir yol var. Sən orada yaxşılıq axtarışına və yükünün (ağır günah və itaətsizliklərdən) yüngül olması ilə birgə səni məqsədə çatdıracaq miqdarda azuqə götürməyə də möhtacsan. Buna görə də arxana taqət və bacarığından artıq yük götürmə ki, ağırlığı səni incidər (və yolda qalaraq başqalarına çata bilməzsən). Sənin azuqəni qiyamət gününə aparacaq və sabah, sən möhtac olduğun zaman onu sənə qaytaracaq möhtac və imkansız bir adam tapsan qənimət bil və azuqəni ona yüklə. Nə qədər ki, imkanın var, ona çox kömək et. Çünki ola bilər ki, (ehtiyac günü) onu axtarasan və tapmayasan. Sənin ehtiyacın olmayan zaman səndən borc istəyəni qənimət bil ki, möhtac olduğun gündə onu sənə qaytarsın.
    Bil ki, sənin qarşında çox təhlükəli və çətin bir keçid var. Orada yükü yüngül olan yükü ağır olandan xoşhaldır və ağır tərpənən sürətlə gedəndən pis və aciz vəziyyətdədir. Həmin yolda, sənin enəcək yerin, mütləq ya cənnətdir, ya da od. Buna görə də (həmin diyara) çatmamışdan özün üçün qabaqcadan hazırlıq görən göndər (ki, sənin üçün asayiş və rahatlıq yeri əldə etsin). Getməmişdən qabaq mənzil hazırla ki, ölümündən sonra razı salmaq vasitələri yoxdur və heç kəs dünyaya qayıtmır. (Orada yaxşı iş görmək mümkün deyil ki, günahdan keçsinlər, həmçinin dünyaya qayıtmaq olmur ki, pis işlərə görə tövbə edilsin.)
    Bil ki, göylər və yerin xəzinələri (qüdrətli və bacarıqlı) əllərində olan Allah sənə dua etmək və istəmək icazəsi verib və (onların) qəbul edilməsinə zəmanət verib. Sənə (istədiyini) vermək üçün istəməyini, mehribanlıq etməsi üçün rəhmət və mehribanlıq diləməyini əmr edib. Səninlə Özü arasında Onu səndən ayıracaq bir kimsə qoymayıb. Səni Onun yanına şəfaətçi və vasitəçi aparmağa məcbur etməyib. Pis iş görəndə tövbə etməyinə mane olmayıb, (günahına görə) cəza verməyə tələsməyib. Rüsvay edilməyə layiq olduğun yerdə rüsvay etməyib səni. Tövbənin qəbul edilməsində səni əziyyətə salmayıb. Günahlara görə səni sıxıntıya salmayıb və rəhmətindən naümid etməyib. Hətta sənin özünü günahdan saxlamağını yaxşı iş (görmək) kimi dəyərləndirib. Sənin günah və pis işini bir günah, yaxşı və gözəl işini isə on bərabər hesab edib. Sənin üçün tövbə, peşman olaraq qayıtmaq və razı salmaq qapısı açıb. Beləliklə, nə vaxt çağırsan, səsini eşidər, nə vaxt Onunla münacat və razü-niyaz etsən, qəlbinin sirrini bilər. Belə isə, istəyini Ona çatdırarsan, ürəyinin sirrini Onun yanında açarsan və dərd-qəmindən Ona şikayət edər, Onunla dərdləşərsən. Ondan istəyərsən çətinliklərinin çarəsini və kömək və yardım diləyərsən Ondan. Ömür uzunluğu, can sağlığı və ruzi bolluğu kimi başqalarının verə bilmədikləri şeyləri, Onun rəhmət xəzinələrindən istəyərsən. Sənə Ondan istəmək icazəsi verməklə, xəzinələrinin açarlarını sənin əllərinə verib. Beləliklə, istədiyin zaman dua vasitəsi ilə nemətlərinin qapılarını açar, bir-birinin ardınca rəhmət yağışlarının gəlməsini istəyərsən. Allahın sənə gec cavab verərək (dualarını) gec qəbul etməsi naümid etmə¬məlidir səni. Çünki bəxşiş niyyət miqdarında olur. (Duanın qəbul olunması niyyətin saflığı və daimiliyndən asılıdır.) Ola bilər, sənin duanın qəbul edilməsi (ona görə) təxirə düşsün ki, istəyənin mükafatı daha böyük, ümidvar olanın bəxşişi daha çox olsun. (Çünki duanın qəbul olunması nə qədər geciksə, istək daha da artar və daha yaxşı razü-niyaz edilər. Nəticədə həmin şəxs bəxşiş edilməyə daha çox layiq olar.) Çox şey var ki, (Allah-təaladan) istəyərsən və o sənə verilməz. Amma dünyada və axirətdə sənə ondan daha yaxşısı verilər. Yaxud da duan sənin üçün daha yaxşı olan şeyə görə qəbul edilməz. Çox vaxt da elə şey istəyirsən ki, o sənə veriləcəyi təqdirdə dinin məhv olar. Buna görə də gərək gözəlliyi sənə qalan, günah və əzabı isə səndən uzaq olan şeyi istəyəsən. (Xülasə, əbədi səadət və xoşbəxtliyə səbəb olan şeyi istə. İstəklərin çoxu dünya malı və sərvət barəsində olduğu üçün İmam əleyhis-salam onu məzəmmət edərək belə buyurur:) Mal sənə qalmır. Sən də ona qalmayacaqsan. (Axirətdə səninlə birgə olmayacaq ki, sənə xeyir versin və sən də həmişə dünyada qalıb ondan bəhrələnməyəcəksən.)
    Bil ki, sən dünya üçün deyil, axirət üçün, qalmaq üçün deyil, yox olmaq üçün və yaşamaq üçün deyil, ölmək üçün yaradılmısan. Sən köç edilən yerdə, müvəqqəti diyarda və axirətə gedən yoldasan. (Buna görə də belə bir yerə ürək bağlamaq rəva deyil.) Sən əlindən qaçanın qurtula bilmədiyi və axtaranın əldən çıxarmadığı ölüm üçün bir ovsan və ölüm onu mütləq haqlayacaqdır. Belə isə ölümün səni özünə «ondan tövbə edərəm» deyib etdiyin günah zamanı haqlayaraq səninlə (həmin tövbə etmək barəsindəki) fikrin arasında ayrılıq salmasından qorx və çəkin. (Əgər belə olsa) həmin vəziyyətdə sən özünü məhv etmisən. (Çünki ağıldan uzaq belə bir fikirlə günah edib onun cəzasına düçar olmusan.)
    Oğulcan, ölümü və qəflətən düşəcəyin ölümdən sonrakı hadisələri çox yada sal ki, o sənin yanına gələnə kimi özünü hazırlayıb (silahını taxaraq) kəmərini bağlamış olasan. Məbadə ölüm səni qəflətən haqlasın və (sən ona hazır olmadığın üçün) qalib gəlsin sənə! Dünya əhlinin dünyaya ürək bağlamaları, güvənmələri, hərislikləri və onun üs¬tündə bir-birləri ilə düşmənçilik etmələrinin səni aldatmasından qorx. Çünki Allah səni ondan xəbərdar edib.(Onlara dini məlumatları olmayan, amma şəriətin zahirinə əməl edə¬rək günahlardan çəkinənləri misal göstərmək olar. Şərhçi Bəhraninin dediyi kimi: «Onlar, çobanın bağladığı heyvanlar kimidirlər».)Dünya özü də özünü sənin üçün vəsf edib və pisliklərini açıb göstərib. (Onun başqaları ilə rəftarını görürsən.) Dünyapərəstlər hürən itlər və ov axtaran yırtıcılardır (həmin heyvanlar kimidirlər). Onların bəzilərinin bəzilərindən xoşu gəlmir və bir-birlərinin üstünə qışqırır, güclüsü zəifini yeyir. Onların böyüyü zor gücünə kiçiyinə ziyan vurur. Onlar (bəzisinin) ayaqları bağlanmış dördayaqlılardır (dördayaqlılar kimidirlər).(İmam əleyhis-salamın bu sözü metaforadır. Yəni, dolayı yolla demək istəyir ki, insan dünyada həmişə qalmalı olacağını güman edir. Amma gecə ilə gündüzün onu, ömrünü sona çatdırması üçün gəzdirməsindən qafildir. ) Digər qismi isə (başlı-başına) buraxılmış heyvanlardırlar ki, ağıllarını itiriblər və azğınlığa düşmüşlər. Onlar quru və sərt çöldə zərər-ziyan otlamaq üçün buraxılmış dördayaqlılardır! Onların nə qoruyacaq çobanları, nə də otaranları var! Dünya onları korluq və azğınlıq yoluna aparır və gözlərini hidayət və nicat nişanələrini görməkdən örtüb. Beləliklə, onlar onun azğınlığında sərgərdandırlar və onun naz-nemətləri içərisində qərq olublar. (Ona vurğunluq və ürək bağlamaq nəticəsində) onu öz rəbbləri ediblər. Bu cür, dünya onlarla oynayır (ağıllarını oğurlayır) və onlar da dünya ilə oynayırlar (başlarını ona qatıblar). Ondan sonra gələcək (ölüm, çətinliklər və qiyamət günü kimi) şeyləri unudublar!!
    Bir az döz və möhlət ver ki, qaranlıq açılsın. Deyəsən, kəcavələr çatdı (səfərdə olanlar gəldilər)! Tələsənin birləşəcəyi vaxt yaxındır. (Dünyaya könül verənlər tezliklə, hələ əbədi yerinə çatıb düşərgə salmamış qabaqkı karvana çatacaq və əməllərinin cəzasını alacaqlar.)
    Oğulcan, bil ki, mindiyi dəvə gecə-gündüz yol gedən kimsə özü yol getməsə də, miniyi onu aparar. İstirahət və dincəlməkdə olsa da yolu qət edər.(Çünki söz, nə qədər ki, deməmisən, sənin ixtiyarındadır. Deyəndən son¬ra isə sən onun ixtiyarındasan. Buna görə də susmaq çox da¬nış¬maq¬dan daha yaxşıdır. )
    Yəqin bil və inan ki, heç vaxt öz arzuna çatmayacaq və heç vaxt öz ölümündən qurtula bilməyəcəksən. Sən səndən əvvəlkilərin yolundasan. Belə isə (ölümə heç bir çarə olmadığı üçün mal və sərvətə görə) çalışmaqda yüngül keçin və dərinə getmə. Qazanılan şeydə səy və təlaşını gözəlləşdir (həris olma ki, onun axırı həlak və məhv olmaqdır). Çünki çox çalışmaqlar var ki, malın əldən çıxmasına səbəb olur. Hər çalışan tapmaz və hər ortayollu ümidsiz və məhrum olmaz. Nəfsin səni saysız nemətlərə çatdırsa da, onu bütün alçaqlıq və rəzilliklərdən üstün tut, əzizlə. Çünki nəfsindən sərf etdiyin şeyin müqabilində, onu əvəz edəcək bir şey tapa bilməyəcəksən. Başqasına qul olma (mal və məqam tamahı ilə heç kəsə baş əymə). Allah səni azad yaradıb. Pisliklə (başqasının yanında abır tökməklə) qazanılan xeyrin (mal və məqamın) harası xeyirdir?! Çətinliklə əldə edilən asanlığın nə xeyri var?!
    Tamah və hərislik dəvələrinin səni sürətlə həlak suyunun başına aparmasından çəkin. (Dünya və onun mallarına tamah və hərislik nəticəsində haram işlər görmə ki, əgər etsən ilahi əzaba düçar olacaqsan.) Əgər səninlə Allah arasında başqa nemət sahibinin olmamasına bacarığın çatsa, et bunu! (Başqalarının yanında abrını tökmə.) Çünki sən (dünya süfrəsindən) öz payını tapacaq, (sənə çatmalı olan) hissəni əldə edəcəksən! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahdan çatan az, Onun yaratdıqlarından gələn çoxdan daha üstün və əzizdir, hərçənd ki, hər şey Ondandır.
    Susmağının nəticəsində əldən çıxan şeyi əldə etmək danışmağın nəticəsində əldən çıxan şeyi geri qaytarmaqdan daha asandır.(Tuluğun ağzının ipi boş olsa, su yerə tökülər və aradan gedər. Həm¬çi¬nin əgər insanın dilinin düyünü möhkəm olmasa, ondan yersiz sözlər çı¬xar. Sonrakı peşmançılıq isə fayda verməz.) Qabda olan şeyin qorunması onun qapağının bərk bağlanmasından asılıdır.(Yaxşılıq etməklə olan qələbə intiqam qələbəsindən daha şirin və daha faydalıdır və bu yaxşı və xeyirxah insanların fikridir. Amma şər iş görənlərin fikrincə intiqam alaraq qətl və qarət etmək daha şirindir. )Mənə sənin öz əlində olanı qoruyub saxlamağın başqasının əlində olanı istəməyindən daha xoşdur. (Mal və sərvətə malik olmaq insanı başqasına möhtac edən israfdan daha yaxşıdır.) Ümidsizliyin (yoxsulluğun) acısı başqalarına əl açmaqdan daha yaxşıdır. İffətli və ismətli iş, günah və xəta ilə olan varlılıqdan daha xeyirlidir. İnsan öz sirrini daha yaxşı qoruyur. (Çünki onun sirri gizlin saxlamaq üçün olan səyi başqalarından daha çoxdur.) Çox çalışanlar var ki, çalışdıqları şey onlara ziyan gətirir. Çox danışan hərzəçi olar. (Öz dünya və axirət işləri barəsində) düşünən bəsirətə çatar. Yaxşı işlər görənlərə qoşul ki, onlardan olasan. Pislərdən ayrıl ki, onlardan olmayasan. Haram nə qədər də pis yeməkdir! Zülmün ən pisi zəif və acizə zülm etməkdir. Yumşaqlıq və mehribanlığın sərtlik və kobudluq sayıldığı yerdə sərtlik və kobudluq yumşaqlıq və mehribanlıqdır. (Yumşaqlıq fayda verməyən yerdə sərtlik bəyənilir və ağlın bir iş görə bilmədiyi yerdə dəlilik lazımdır.) Çox vaxt dərman dərd, dərd isə dərman olar. (Bəzən birinə yoxsulluq və xəstəlik məsləhət və xeyir olur, varlılıq və sağlamlıq yox.) Çox vaxt öyüd verməsi gözlənilməyən kəs öyüd verər, öyüd verməsi istənilən kimsə isə xəyanət edər. (Çox vaxt ağıllı və uzaqgörən və ya nadan düşmən sənin xeyir-ziyanın barədə sənə öyüd verər, dostun isə xəyanət edərək sənə yaxşı yol göstərməz.) Arzulara güvənmək və dalmaqdan çəkin. Çünki arzu axmaqların və ağlı az olanların sərmayəsidir. Ağıl təcrübələri yadda saxlamaq, qorumaqdır. (Ağıllı adam təcrübələri əldən verməz. Ağılsız isə onları tez yaddan çıxardar.) Etdiyin ən yaxşı təcrübə sənə öyüd verən təcrübədir. Fürsət olan zaman o, qəmə çevrilməmişdən tələs. Hər axtaran (axtardığını) tapmaz və həmçinin hər səfərə gedən geri dönməz. (Dünyaya ürək bağlama. Fürsəti əldən vermə və axirət üçün azuqə götür. Çünki fürsət həmişə ələ düşmür və ölüm səfərinə gedən geri dönmür.) Ziyanlardan biri də azuqəni (təqva və pərhizkarlığı) əldən vermək (yaxud var-dövləti şəhvət və nəfsi istəklərə sərf etmək) və axirəti bərbad etməkdir. Hər bir işin bir sonu var. (Ağıllı o adamdır ki, işin sonunu fikirləşir.) Sənin üçün nə təqdir edilibsə, tezliklə sənə çatacaq. (Bu qədər əziyyət çəkmə və öz din və dünyanı bərbad etmə. Mal və sərvət əldə etmək üçün dəniz və çöllükləri qət edən) tacir özünü məhvə və təhlükəyə atır. Nə çox elə az (mal) ki, bərəkəti çoxdan (çox maldan) daha artıqdır. (İsmətli peşə sahibinin əldə etdiyi şeyin xeyir-bərəkəti həm dünyada, həm də axirətdə günahkar varlının sərvətindən daha üstündür.)
    Alçaq və xar köməkçidə və (nifaq və ikiüzlülükdə) günahlandırılan dostda xeyir yoxdur. (Çünki həmin köməkçinin imkanı olsaydı özünü zillət və xarlıqdan qurtarardı. İkiüzlü dost da ona görə ki, həmin şəxsə inam yoxdur. Çünki o öz xeyrini güdər və dosta ziyan dəyməsi barəsində fikirləşməz, qayğılanmaz.) Nə qədər ki, zəmanənin cavan dəvəsi sənə ram olub, onunla asan və yüngül davran. Özünü bir şeyin çoxuna göz dikib təhlükəyə atma. (Mal və sərvətini çoxaltmaq üçün hərislik göstərmə ki, çətinliklərə düçar olarsan.) Mindiyin dəvənin itaətsizlik etməsindən çəkin! (İnadkarlıq və düşmənçilikdən çəkin. Yoxsa səni işlərdə elə çətinliklərə düçar edər ki, onlardan yaxa qurtara bilməzsən.) Özünü qardaşın (dindaş və dostun) səndən ayrılanda ona yaxınlaşmağa, üz döndərəndə mehribanlıq və dostluğa, simiclik edərək əsirgəyəndə ona bəxşiş etməyə, uzaqlaşanda ona yaxınlıq etməyə, sərtlik edəndə ona qarşı yumşaq olmağa və o, pis iş görəndə üzr istəməyə vadar et. (Qısası, onun pislikləri müqabilində yaxşılıq et.) Sanki sən onun qulu, o isə sənin nemət verənindir (kimi et bunları). Deyilənləri öz yerindən başqa yerlərdə işlətməkdən (mü¬na¬fiqlə bu cür davranmaqdan) və ya onları ləyaqətsiz (alçaq) adamlarla münasibətdə etməkdən çəkin. (Çünki münafiq və ləyaqətsiz adama yaxşılıq etmək şoranlığa toxum səpməkdir.) Dostunun düşməni ilə dostluq etmə. Əgər belə etsən öz dostunla düşmənçilik etmiş olarsan. Öz qardaşına (dindaş və dostuna) saf (niyyətlə) öyüd ver (ona öyüd verərkən Allahın razılığını əldə etməkdən başqa heç bir qəsdin olmasın), istər (onun sənin öyüdünə münasibəti) yaxşı olsun, istərsə də pis. Qəzəbini qurtum-qurtum ud (özünü cilovla). Çünki mən sonda ondan şirin və dadlı bir içki görmədim. Sənə qarşı qəzəbli və kobud olanla yumşaq davran. Çünki (sənin yumşaqlığın onu utandırar və) tezliklə o sənə qarşı yumşalar. (Müqabil tərəf başa düşən adam olanda belə etmək lazımdır. Başa düşən adam olmasa isə onun qəzəbi müqabilində sərtlik etmək lazımdır.) Düşməninlə yaxşı və xoş davran. Bu, iki qələbədən (intiqam alaraq onu cəzasına çatdırmaqdan və ya güzəşt edərək ona yaxşılıq etməyin birindən) daha şirindir.(Dostundan ayrılanda və ya onunla savaşanda ağzına gələni demə və ağlına gələni etmə. Barışmağa yer saxla ki, sizin hər biriniz peşman olan zaman işinizə yarasın. Nanəcib insanların xüsusiyyəti ehtiyac zamanı özlərini alçaltmaq, ehtiyacları aradan qalxandan sonra isə kobudluq və itaətsizlik etməkdir. Allah-təala Qur’ani-Kərimin Məaric surəsinin 19-21-ci ayələrində onları məzəmmət edərək belə buyurur: «إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا» «Həqiqətən insan çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır. Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir (mal və dövlət) nəsib olduqda (ondan Allah yolunda paylayaraq bağışlamağa) xəsislik edər.» ) Qardaşınla (dindaş və dostunla) münasibətlərini kəsmək istəyəndə dostluğunun yerinin bir azını saxla ki, həmin dost nə vaxtsa o dostluq yeri ilə qarşılaşsa ora qayıda bilsin.(Sənə çatmayan şeyə görə ah-zar etməyin bir xeyri olmadığı kimi, əlindən çıxan şey üçün nalə etməyinin də heç bir faydası yoxdur. Buna görə də qarşıya çıxanlarla razılaşaraq dünya malı üçün ruhdan düşüb kədərlənməməlisən. ) Sənin haqqında yaxşı və xoş fikirdə olanın zənnini doğrult. (O səni yaxşı bildiyi və səndən yaxşılıq umduğu üçün xeyir və yaxşı işləri tərk etmək rəva deyil.) Aranızdakı dostluğa güvənib arxalanaraq qardaşının haqqını pozma. Haqqını pozduğun kimsə qardaşın deyil. Ailən və qohumların sənə nisbətdə camaatın ən bədbəxti olmamalıdırlar. (Yaxınların bəxşiş və yaxşılıq edilmək baxımından başqalarından daha üstündürlər. Necə deyərlər: «Evə gərək olan çıraq məscidə yaraşmaz».) Səndən uzaq gəzənlə heç vaxt tanışlıq etmə. (Çünki istəməyən adamla tanış olmaq insanın həqir və xar olmasına və özünə zülm etməsinə səbəb olur.) Gərək qardaşının (dindaş və dostunun) səndən ayrılmaq bacarığı sənin onunla birləşməyindən və (həmçinin) onun pislik etməsi sənin yaxşılıqlarından üstün olmasın. (Xülasə, o nə qədər ayrılmağa şərait yaratsa da, sən birləşməyə səbəb olan şeyləri önə çək.) Sənə zülm edənin zülmü gözündə böyüməsin. Çünki o öz ziyanına (zalımlar üçün müəyyən edilmiş cəzaya) və sənin xeyrinə (sənin zülm və sitəmə səbr etməyə vəd edilmiş mükafata nail olmağına) çalışır. Səni sevindirənin mükafatı sənin onu qəmləndirməyin deyil!
    Oğulcan, bil ki, ruzi iki qisimdir: bir ruzini sən axtarırsan, bir ruzi isə səni axtarır və sən ona tərəf getməsən belə sənə çatar. Ehtiyac və yoxsulluq zamanı özünü alçaltmaq, varlı ikən isə zülm və kobudluq etmək necə də çirkin xasiyyətdir!(Bu da bir metaforadır. Məqsəd budur ki, haqq yol geniş, asan və aşkar nişanələri olan bir yoldur. Batil və nahaq yol isə dar və qorxulu bir yoldur. ) Sənin dünyandan qazancın yalnız öz yerini (əbədi axirətini) abadlaşdırmağa sərf etdiyin miqdardır. (Bundan başqa sərf etdiyin və ya özündən sonra qoyub getdiyin şeylərin sənə xeyri olmayacaq və onlar əlindən yapışmayacaqlar.) Əgər əlindən çıxan şey üçün ah-zar edib inildəyirsənsə, onda sənə çatmayan şeylərə görə də ağlayaraq nalə qopar.(Bil ki, iş ağıl və tədbirlə deyil, Allahın insanı müvəffəq etməsi ilə baş tutur. Buna görə də öz fikir, düşüncə və ayıq-sayıqlığına öyünərək məğrur olma və işlərində Allah-təalaya arxalan, güvən. )Artıq baş vermiş şeylərə əsaslanıb, olmayanlara dəlil gətir. (Gördüyün şeylərə baxıb görmədiyin şeyləri dərk et ki, gözüaçıq və işbilənlərdən olasan.) Çünki işlər (dünyanın işləri) bir-birinə bənzəyir. İncidilərək əziyyət verilməyincə öyüddən faydalanmayanlardan olma. Çünki ağıllı adam ədəb vermək və öyrətməklə öyüdlənər, heyvanlar isə kötək yeməyincə tabe olmazlar. Sənə üz tutan qəm-qüs¬sə¬lə¬ri təmkinli düşüncələr və (Allah-təalaya olan) gözəl inamla özün¬dən uzaqlaşdır. (Allahın istəyinə tabe ol ki, sənin səadət və xoşbəxtliyin ondadır.) Kim düz və orta yolu tərk etsə, haqdan uzaqlaşıb və özünə zülm edib. Dost qohum yerin¬də¬¬dir. (Qohumun barəsində riayət etdiyin şeyləri onun barəsində də etməlisən.) Dost o kəsdir ki, gizlində də düz olsun. (Dos¬tu¬nun hüzurunda etdiklərini o olmayanda da həmin cür etsin. Belə olmasa münafiq və ikiüzlüdür və öz xeyrinə görə özünü dost kimi göstərir.) Nəfsi istəklər korluğa bərabərdir. (Kor bir şey görmədiyi kimi nəfsi istəklər əsiri də qəlbi kor olduğu üçün yaxşı ilə pisi və öz xeyri ilə ziyanını bir-birindən ayıra bilmir.) Çox uzaq var ki, yaxından da yaxındır və çox yaxın var ki, uzaqdan da uzaqdır. (Çox vaxt yad insana xeyir verər, qohum isə ziyan vurar.) Qərib o adamdır ki, dostu yoxdur (hətta öz vətənində olsa belə). Haqqı (düz söz və əməli) aşanın yolu daralar.(Deməli, ağıllı ona əmin olmayan, ürək bağlamayan və onu xar sayandır ki, gördüyü hər bir pisliyi ondan gözlənilməz hesab etmir. ) Öz qədir və məqamına uyğun (hərəkət edən) adamın qədri həmişəlik qalar. Əldə edərək yapışmalı olduğun ən möhkəm səbəb və ip səninlə Allah arasında olan səbəbdir. (Allahın ipindən yapışan kəs heç kəsə möhtac olmaz.) Sənin barəndə laqeyd olan (xeyrinlə ziyanını bir hesab edən) kəs sənin düşmənindir. Bəzən tamah və hərislik (insanı) həlakətə sürükləyəndə ümidsizlik əldə etmək olar. (Çox vaxt insan zərər və bədbəxtçiliyinə səbəb olan şeyə tamah salır və həmin şeydən ümidsizləşmək onu əldə etmək kimidir.) Hər yırtıq (çirkinlik) açılmaz (açaraq üzə çıxarmağın yaxşı deyil). Hər fürsət ələ düşməz. (Elə isə onu qənimət bil və əldən vermə.) Çox vaxt görən (ağıllı) adam öz düz yolunda səhvə düşür və kor (nadan ağılsız) nicat yolunu tapır.(Çalışan, amma məqsədinə çatmayan kəs kədərlənməməlidir, Allahın istəyinə və Onun təqdirinə razı olmalıdır.)Pisliyi təxirə sal, gecikdir. Çünki istədiyin vaxt ona tərəf tələsə bilərsən. Nadanla əlaqələri kəsmək, ondan ayrılmaq ağıllı ilə münasibət qurmağa bərabərdir. Kim zəmanədən əmin olsa, zəmanə ona xəyanət edər. Kim onu böyük sansa, onu zəlil və xar edər.(İbn Əbil-Hədid burada belə yazır: «Ənuşirəvan bir gün ölkəsinin idarəçiliyi ilə məşğul olan məmurları bir yerə topladı və əlində bir mirvari fırlada-fırlada belə dedi: «Kim ölkənin əkilmiş tarlalarına nəyin daha çox ziyan vurmasını desə, bu mirvarini onun ağzına qoyacağam». Biri dedi: «Çəyirtkələrin hücumları». Digər biri: «Suyun çatmaması», başqa birisi «yağışın yağmaması», o birisi isə «cənub küləyinin əsməsi və şimal küləyinin əsməməsi, yəni, iqlimin müxtəlifliyi» deyə cavab verdi. O sonra öz vəzirinə dedi: «Sən de. Güman edirəm, sənin ağlın rəiyyətin hamısının ağlı ilə bərabər və hətta bəlkə onlardan artıqdır». Vəzir dedi: «Hökmdarın rəiyyət barəsindəki fikrinin dəyişməsi və onlarla pis rəftar edərək zülm etmək qərarına gəlməsi!» Ənuşirəvan dedi: «Əhsən sənin bu ağıl və dərrakənə ki, mənim ata və babalarım səni bu məqama əbəs yerə layiq görməyiblər!» Sonra isə mirvarini vəzirin ağzına qoyur. ) Hər ox atanın oxu hədəfə çatmaz.(Çünki bəzən bəzi adamları evə gətirməyin fəsadı qadınların çölə çıxmalarından çox olur. Bəzən də qadınların onların yanına gəlməsinin fəsadı kişilərdən çox olur. ) Hökmdar (onun düşüncə və rəftarı) dəyişəndə zəmanə (vəziyyət) də dəyişər.(Nalayiq işlərdən uzaq olmağa əhəmiyyət verən qadına pis işlər nisbət vermək nəticəsində həmin işləri görmək ona asan gələr və ola bilər ki, o, onları yerinə yetirsin.) Yoldan qabaq yol yoldaşını, evdən qabaq isə qonşunu soruş.
    Başqasından nəql etsən belə, gülünc söz danışmaqdan çəkin. (Çünki o, insanın başqaları yanında kiçilməsinə səbəb olur.) Qa¬dın¬larla məsləhətləşməkdən çəkin. Çünki onların nəzər və dü¬şün¬cələri zəifliyə, qərarları isə süstlüyə doğru gedir. Hi¬cab və örtüklə (ora-bura) baxmalarının qarşısını al. (Çölə çıxıb göz¬lərinin camaata sataşmasına icazə vermə.) Çünki hicabın möh¬kəmliyi (hicab örtmək və onunla zinətlənmək) onları daha yaxşı qoruyur. (Hər nə qədər hicabda olsalar, pozğunçuluqdan qorunmuş olarlar.) Onların çölə çıxmaları sənin onların yanına (kişi və qadınlığından asılı olmayaraq) inanılmayan və etibar edilməyən adamlar gətirməyindən pis deyil.(«Rical» alimləri onu etibarlı və inanılmış şəxslərdən və Əmirəl-möminin əleyhis-salamın səhabələrinin yaxşılarından hesab ediblər. O Həzrət əleyhis-salam bu məktubda onu Müaviyənin casuslarından xəbərdar edərək sayıq olmağa çağırır. İbn Meysəm (əleyhir-rəhmə) burada belə yazır: Bu məktubun göndərilmə səbəbi Müaviyənin Həcc mövsümündə Məkkəyə bir dəstə adam göndərməsi idi. Müaviyə onları göndərmişdi ki, xalqı onun itaətinə çağıraraq Əli əleyhis-salama yardım etməkdən saxlasın. Həmçinin xalqa bu fikri təlqin etsinlər ki, İmam əleyhis-salam ya Osmanın qatilidir, ya da həmin qətldə qatillərlə şərik və əlbir olub. Yaxud da Osmana köməyini əsirgəyib. Bütün bunlara görə imamət səlahiyyətinə layiq deyil. Həmin qrupun digər vəzifəsi Müaviyənin onların nəzərində olan yaxşılıq və xeyirxahlıqlarını onun gözəl davranışı və bəxşişləri ilə nəql etmək idi. İmam əleyhis-salam Qusəm ibn Abbası bu işdən xəbərdar etmək və onun siyasət, tədbir və düşüncə ilə hərəkət etməsi üçün bu məktubu ona göndərdi. Bəziləri də deyiblər ki, Müaviyənin Məkkəyə göndərdiyi bir qoşun idi və o, həmin qoşunu həcc mövsümündə Məkkəni ələ keçirmək üçün göndərmişdi.)Əgər bacarsan, elə et ki, səndən başqasını tanımasın. Qadını ona aid olmayan işə hakim etmə. Çünki qadın iş buyruqçusu deyil, ətirli bir güldür (gül kimidir. Buna görə də onu işləri yerinə yetirməkdən saxla). Onu əzizləyəndə ona aid olan şeylərdən kənara çıxma. Onu tamaha salma ki, başqası üçün şəfaət etsin, vasitəçilik etsin. Qısqanclıq edilməməli yer¬də qısqanclıq etmək və pis gümana düşməkdən çəkin. (İffətli qadın barəsində pis gümana düşüb heç nədən özündən çıxma.) Çünki bu iş, düz qadını əyriliyə və (nalayiq işlərdən uzaqlıq zinəti ilə) bəzənmiş qadını tərəddüdə və (o barədə) fikirləşməyə vadar edər.(Məhəmməd İmam əleyhis-salamın arvadının oğlu idi. Çünki onun anası Umeys Xəs’əmiyyənin qızı Əsmadır və o, Peyğəmbərin zövcəsi Meymunənin və Fəzl ilə Abdullahın anası, Abbas ibn Əbdülmüttəlibin arvadı Lulabənin bacısıdır. Əsma Həbəşistana hicrət etmiş qadınlardandır. O, həmin vaxt Cə'fər ibn Əbu Talibin arvadı idi və Həbəşistanda onun Cə'fərdən Məhəmməd, Abdullah və Aun adlı üç oğlu oldu. O, Cə'fər ilə Həbəşistandan Mədinəyə qayıtdı. Cə’fər Mu’tə müharibəsində şəhid olduqdan sonra Əbu Bəkr Əsmanı aldı və Məhəmməd ibn Əbu Bəkr dünyaya gəldi. Əbu Bəkrin vəfatından sonra Əmirəl-möminin onunla evləndi və Yəhya ibn Əli ondandır. Xülasə, Məhəmməd ibn Əbu Bəkrə İmam əleyhis-salam tərbiyə verdiyi üçün onu öz övladı adlandırır. Bu barədə altmış yeddinci kəlamın şərhində danışılıb. ) Əlin altında olanların və işçilərinin hər biri üçün bir iş müəyyənləşdir ki, (yerinə yetirməsə) həmin işə görə ondan yapışaraq sorğu-suala tuta biləsən. Çünki bu üsul onların sənin işlərini bir-birinin boynuna ata bilməmələri üçün daha münasibdir. Qohumlarına hörmət et, əzizlə onları. Çünki onlar sənin qol-qana¬dın¬dır¬lar ki, onlarla uçursan; əsil-kökündürlər ki, onlara qayıdırsan (onlardan kömək və yardım alırsan və başucalığın onlarladır); sənin (yardımçı) əlindirlər ki, onlarla (düşmənə) hücum edirsən (qələbə qazanırsan).
    Sənin din və dünyanı Allah yanında əmanət qoyuram (ki, qorusun və qarşıya çıxacaq hər bir pis hadisədən saxlasın). Ondan sənin üçün indi və gələcəkdə, dünya və axirətdə ən gözəl təqdir və istəyini diləyirəm. Salama layiq kimsəyə salam olsun!
    32-ci məktub
    İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktubla¬rındandır (ki, onda onun xalqı düz yoldan azdırmasını xatırladıb və Allahdan qorxmaq və çəkinmək barəsində öyüd-nəsihət verib).
    İnsanların çoxunu həlak etdin: onları öz azğınlığınla aldatdın, öz (nifaq və ikiüzlülük) dənizinin dalğalarına atdın. Zülmətlər (azğınlıqlar) onları əhatə edib və şübhələr (əyriliklər) onların ətrafında ləpələnir. Beləliklə, öz doğru yollarından uzaqlaşdılar (haqdan sonra batilə tərəf getdilər). Keçmişlərinə qayıtdılar (dal-dala getdilər) və arxa çevirdilər. (Batil yoldan haqq yola) qayıtmış gözüaçıqları (ağıllıları) istisna olmaqla, (qalanları) əsl-köklərinə (sülalələrinin ad-sanına) arxalandılar (öyündülər). Bu cür onlar səni tanıyandan (sənin haqqa zidd addım ataraq xalqı aldatmağını biləndən) sonra səndən ayrıldılar. Onları çətinliklərə doğru çəkəndə (batilə sövq edəndə) və doğru yoldan qaytaranda (azdıranda), sənə kömək etməkdən Allahın yardımına qaçdılar. Belə isə, ey Müaviyə, özün (əzab və cəzaya düçar olmağın) barəsində Allahdan qorx və cilovunu Şeytanın əlindən çək (onunla əlaqələrini bir-birinə vur və nəfsinin ona tabe olmasının qarşısını al). Çünki dünya səndən ayrılacaq və axirət sənə yaxındır. Salama layiq kimsəyə salam olsun!
    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 857 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024