İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    40-cı məktub
    İmam Əli əleyhis-salamın məmurlarından birinə yazdığı məktublarındandır (ki, onda onu əyriliyinə görə məzəmmət edib və hesabat verməsini tələb edib).
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mənə səndən bir iş barəsində xəbər çatıb ki, əgər onu etmisənsə Rəbbini qəzəbə gətirmiş, imamına qarşı itaətsizlik etmiş və əmanətini xar etmisən. (Öz işində xəyanət etmisən və artıq, hakimlik ləyaqətini itirmisən.)
    Mənə (xəbər) çatıb ki, sən yeri silib-süpürmüsən. (Ağac və əkinəcəklərin məhsullarını özün üçün götürmüsən və rəiyyətə bir şey verməmisən.) Sonra ayaqlarının altında olan hər bir şe¬yi götürmüsən və əllərində olanı yemisən. (Beytülmalın ma¬¬l¬larını götürüb özün üçün yığmısan.) İndi öz (mədaxil və məxaricinin) hesabını mənə göndər və bil ki, Allahın (qiyamət gü¬nün¬dəki) hesabatı xalqın hesab-kitabından daha böyük¬dür.(«ضَحٍّ رُوَيداً» - Bu cümlə yavaş gedilməsi lazım olan yerdə tələsən adam barəsində məsəldir. Burada malın sərf edilməsindən ifrata varmamağa işarədir. )Salama layiq kimsəyə salam olsun!
    41-ci məktub
    İmam Əli əleyhis-salamın öz məmurlarından birinə olan məktublarındandır (ki, onda onu əhdini pozduğu və beytülmalı yediyi üçün məzəmmət edib).(O Həzrət əleyhis-salam Musqələni qənimətin–müsəlmanların qələbə nəticəsində düşməndən aldıqları malların bölüşdürülməsində zülm etdiyi üçün məzəmmət edib. «Rical» alimləri onu «zındıq», yəni, zahirdə imanlı, batində isə kafir olmuş şəxs adlandırırlar. Onun İmam əleyhis-salamın dost və fədakarlarından olmuş Mə'qil ibn Qeys ilə sərgüzəşti xütbələr fəslində qırx dördüncü kəlamın şərhində deyilib.)
    Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Mən səni öz əmanətimə (rəiyyətə hakimlik və onların bu dünya və axirət işlərinin islah edilməsinə) şərik və ortaq etdim. Səni köynəyim və paltarımın astarı (kimi) etdim. (Səni həmişə özümə ən yaxın və önəmli şəxs hesab edirdim.) Qohumlarımdan heç kəs əmanətin (beytülmala aid malların) mənə çatdırılmasında ahəngdarlıq və kömək etməkdə səndən etibarlı və sadiq deyildi. Bəs sən də dövranın əmin oğlunun əleyhinə olmasını, düşmənin ona hiddətlənməsini, xalqın əmanətinin (əhd-peymanlarının) məhv olmasını və bu ümmətin (qan tökmək və zülm etməyə) cürətlənərək dağılışmalarını görən kimi qalxanın arxasını çevirdin əmin oğluna (ona tabe olmaqdan əl götürdün)! Uzaqlaşanlarla birlikdə ondan uzaqlaşdın. Kömək etməyənlərlə əlbir olub ona kömək etmədin. Xəyanət edənlərə qoşulub ona xəyanət etdin. Beləliklə, nə əmin oğlu ilə yoldaşlıq etdin, nə də əmanəti əda etdin. Sanki sənin (din yolunda) çalışmağın Allaha görə deyildi. Elə bil ki, sən Rəbbindən (iman gətirmək üçün) dəlil və sübuta malik deyildin. (İmanı süst olanlar kimi Allahı tanımayaraq Ona laqeydcəsinə yanaşanlar kimi.) Sanki sən bu camaata qarşı hiylə və kələk işlədir və onları var-dövlət məsələsində aldatmaq istəyirdin. (Xülasə, sənin din və imanını üzə çıxarmaqdan məqsədin camaatı aldadaraq onların var-dövlərini oğurlamaq idi.) Xalqa xəyanət etməyin səni gücləndirdiyi üçün tez hücum edərək cəld tərpəndin və iti canavarın əldən düşmüş keçini oğurlaması kimi, onların dul qadın və yetimləri üçün yığdıqları var-dövlətlərindən əlinə düşəni oğurladın. Sonra həmin malı ürək genişliyi ilə (sevinc və şadlıqla), onu oğurlamağın günahından qorxub çəkinmədən Hicaza (Məkkəyə, yaxud da Mədinəyə) apardın. «Sənin kimi atadan heç olmaz!» (Vay olsun sənə!) Elə bil ki, sən ata-anandan (qalmış) miras payını (götürüb) ailənin yanına gətirmisən (beytülmalı ata-ananın mirası güman edibsən). Allaha həmdü-səna edib Onu hər bir eyb və nöqsandan pak və uzaq bilirəm. (Əcəba,) sənin məada və Allahın hüzuruna qayıdışa imanın yoxdur, yoxsa ki, (axirətdəki) hesab və sorğu-sualın dəqiqliyindən qorxmursan? Ey bizim yanımızda əvvəllər ağıllılardan sayılan, (o malı) yeyib-içməyi necə düzgün və doğru hesab edirsən, halbuki haram yeyib-içdiyini bilirsən? Allahın bu malları onlar üçün müəyyənləşdirdiyi və bu şəhərləri (düşmənlərdən) vasitələri ilə qoruduğu yetimlər, yoxsullar, möminlər və mücahidlərin malları ilə kənizlər alır və arvadlarla nigah bağlayırsan?! Bütün bunlara görə Allahdan qorx və bu dəstənin mallarını özünə qaytar. Əgər bu işi görməsən və Allah mənə əlimin sənə çatması imkanını versə, Allah yanında sənin barəndə (səni cəzalandırmaq barəsində) dəlil gətirər və səni həmin o qılıncımla vuraram ki, onunla vurduğum kimsə ancaq və ancaq oda (cəhənnəmə) daxil olub. Allaha and olsun ki, əgər sənin etdiklərini Həsənlə Hüseyn (əleyhiməs-salam) etsəydi, onlarla barışmazdım və onlardan haqqı tələb edib zülm ilə əldə edilmiş batili uzaqlaşdırmayınca onlar məndən olan heç bir istəklərinə çatmazdılar. Aləmlərin Rəbbi olan Allaha and olsun ki, sənin onların mallarından götürdüklərin mənim üçün halal olsaydı da, onu özümdən sonra irs qoymağım məni sevindirməzdi. Buna görə də «dəvəni səhər tezdən yavaş otar!»(İmam əleyhis-salam bu məktubda onu Müaviyəyə aldanmaqdan çəkindirir. Ziyad Həzrət Seyyiduş-şühəda Hüseyn əleyhis-salamın qa¬tili Ubeydullah ibn Mərcanənin atasıdır. Ubeydullahın anası Mərcanə zina etməkdə çox məşhur olan bir kəniz olub. Ziyadın atasının kimliyi məlum deyil. Bəziləri onu Ziyad ibn Ubeyd adlandıraraq Səqifə nisbət veriblər. Onu Ziyad ibn Əbu Süfyan, Ziyad ibn Əbih–yəni, atasının oğlu Ziyad, Ziyad ibn Ummih–yəni, anasının oğlu Ziyad və Ziyad ibn Suməyyə kimi müxtəlif nisbətlərlə adlandıranlar da var. Həmçinin deyirlər ki: Əbu Süfyana nisbət verilməmişdən onu Ziyad ibn Ubeyd adlandırırdılar. Ubeyd qul olub və Ziyad böyüyənə və varlanana kimi qul olaraq qalıb. Sonra isə Ziyad onu alaraq azad edib. Anası isə məşhur ərəb təbibi Haris ibn Kəldənin kənizi Suməyyə olub. Deyirlər ki, Ömər ibn Xəttabın zamanında bir gün Ziyad onun məclisində söhbət edib və qulaq asanların təəccübünə səbəb olub. Əmr ibn As belə deyib: «Əcəba, əgər bu cavan Qureyşdən olsaydı ərəbi öz əsası ilə sürərdi!» Əbu Sufyan deyib: «Bil, Allaha and olsun ki, o, Qureyş¬dəndir; əgər onu tanısaydın, onun sənin qohumlarının ən yaxşılarından olduğunu bilərdin». Əmr deyib: «Atası kimdir?» Əbu Süfyan deyib: «Allaha and olsun ki, onu anasının uşaqlığına mən qoymuşam». Əmr deyib: «Bəs nə üçün onu özünə nisbət vermirsən?» Əbu Süfyan cavab verib ki: Burada oturan böyükdən, yəni, Ömərdən qorxuram ki, dərimi soyar. Həmçinin deyiblər ki: onun künyəsi Əbu Muğeyrədir və Məkkənin fəthi ilində və ya hicrət ilində, yaxud da Bədr müharibəsi günündə Taifdə dünyaya gəlib. O, Həzrət Pey¬ğəm¬bəri (səlləllahu əleyhi və alih) görməyib. O, həmişə Əmirəl-mömininlə və ondan sonra imam Həsən əleyhiməs-salam Müaviyə ilə sülh bağlayana kimi o Həzrətlə bir yerdə olub. Ondan sonra isə Müaviyəyə qoşulub. Hicrətin əlli üçüncü ilində Ramazan ayında imam Həsən əleyhis-salamın nifrini nəticəsində bədənin müəyyən hissəsini hiss və hərəkətdən salan iflic xəstəliyindən və ya vəbadan Kufədə ölüb. İbn Əbil-Hədid burada və başqa yerdə onun imam Həsənə və Əmirəl-möminin əleyhimas-salamın şiələrinə qarşı olan xəbislikləri, çirkin işləri, yaramaz sözləri və öz zəmanəsinin imamına etdiyi hörmətsizliklərdən elə hadisələr nəql edib ki, onları oxuyub əlimi başıma tutdum və ağlayaraq qəlbim sındı. Onları tərcümə etməkdən utandım. Buna görə də onun xəbislik və nanəcibliyi barəsində iyirmi birinci məktubun şərhində İbn Əbil Hədiddən nəql etdiyim şeylə kifayətlənirəm. Xülasə, Əmirəl-möminin əleyhis-salam öz xilafəti zamanında Ziyadı Farsa vali təyin etmişdi və o, həmin diyarı yaxşı idarə edərək qoruyurdu. Buna görə də Müaviyə ona məktub yazaraq, onu qardaşlığı ilə aldatmaq fikrinə düşdü. Bu xəbər İmam əleyhis-salama çatanda o Həzrət Ziyada belə bir məktub yazdı. ) ki, deyəsən axirətə (ölümə) çatmısan, torpaq altında gizlədilmisən; zülmkarın (əldən verdikləri üçün) qəm-qüssəsi səbəbindən fəryad qopardığı və (başqalarının haqqını) zay edənin (dünyaya) qayıtmağı arzuladığı yerdə əməlin sənə göstərilib, halbuki həmin zaman (ilahi əzabdan) qaçmaq vaxtı deyil.
    42-ci məktub
    İmam Əli əleyhis-salamın Ömər ibn Əbi Sələmə Məxzumiyə olan məktublarındandır. O, İmam tərəfindən Bəhreynin hakimi olub və o Həzrət, Məxzumini öz vəzifəsindən kənarlaşdıraraq yerinə Nö’man ibn Əclan Zurəqini təyin edib. (İmam əleyhis-salam bu məktubda Öməri tərifləyib və onu özü ilə müharibəyə aparmaq istədiyini bildirib. Ömər Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) zövcəsi Ummu Sələmənin oğludur. Nö'man Ənsarın böyüklərindən olub. «Rical» alimləri bu iki nəfəri Əmirəl-möminin əleyhis-salamın səhabələrinin yaxşılarından hesab ediblər və rəvayət nəql etməkdə onlara etimad edirlər. Bəzi kitablarda Ömərin adı Əmr ibn Əbi Sələmə kimi yazılır. Amma onun adının Ömər ibn Əbi Sələmə olması daha düzgündür. Çünki «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda onun adı Əmr deyil Ömər kimi yazılıb.)
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən Nö’man ibn Əclan Zurəqini Bəhreynin vali və hakimi təyin etdim və əlini səni məzəmmət etmədən və qınamadan (ondan) üzdüm (səni öz yanıma çağırdım). Sən valiliyi gözəl yerinə yetirdin və əmanəti (beytülmalı) əda etdin. Belə isə (mənim yanıma) gəl ki, sənə qarşı pis gümanda deyiləm, səni məzəmmət edərək qınamıram və günahkar hesab etmirəm. Buna görə də (səni çağırmağımın səbəbi budur ki,) Şam əhlinin zalımlarına tərəf (onlarla müharibəyə) getmək qərarına gəlmişəm və sənin özümlə olmağını istəyirəm. Çünki sən, mənim Allahın istəyi ilə düşmənlə müharibə etmək və dinin sütunlarının qaldırılmasında (İslam hökmlərinin icrasında) arxalandığım şəxslərdənsən.
    43-cü məktub
    İmam Əli əleyhis-salamın, özünün Ərdəşir Xurrədəki (Farsda şəhər adıdır) valisi Musqələ ibn Hubəyrə Şeybaniyə olan məktublarındandır.(Ərəblərin bəzisi zina ilə nəsəbin bərqərar olmasını qəbul edirdilər. Amma Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) onu səhv adlandıraraq buyurdu: «الْوَلَدُ لِلْفِراشِ وَ لِلْعاهِرِ الْحَجْرُ » «Övlad qadınla nigahı olan və qadın ixtiyarında olan kişinindir və zinakar məhrumdur». Yəni, ona heç nə çatmır və o, irs aparmır. Bəziləri isə deyiblər ki, məqsəd budur ki, zinakar daşqalaq edilməlidir. Amma İmam əleyhis-salamın buradakı sözü birinci mənanı təsdiqləyir. )
    Mənə bir xəbər çatıb ki, əgər sən onu etmisənsə öz Allahını qəzəbləndirmisən (Onun rəhməti sənə şamil olmayacaq) və imam və rəhbərini hirsləndirmisən (və gərək o səndən intiqam alsın. Çünki xəbər çatıb ki): sən müsəlmanların nizə və atlarının topladığı və yolunda qanları axıdılmış mallarını səni seçmiş ərəb qohumların arasında bölüşdürmüsən. (Torpaq altında) toxumu yaran və insanı yaradan Allaha and olsun ki, əgər (xəbər verilmiş) bu iş doğru olsa, məndən özünə qarşı xarlıq görəcəksən və mənim yanımda olan məqam və mövqeyini yüngülləşdirəcəksən. Buna görə də Rəbbinin haqqını yüngül sayma və dünyanı, dinini xarab etməklə abadlaşdırma ki, (qiyamət günü) əməlləri baxımından ziyana uğrayanların sırasında olarsan.
    Bil ki, sənin və mənim yanımda olan müsəlmanlar, bu malların bölüşdürülməsində bərabər hüquqa malikdirlər. (Hər bir kəs bulağın başına gedib qayıtdığı və bulaq fərq qoymadan hamıya su verdiyi kimi müsəlmanlar da) mənim yanıma o mallar üçün gəlib qayıdırlar. (Buna görə də sənin həmin malları ancaq öz qohum-əqrabana ayırmaq və bölmək haqqın yoxdur.)
    44-cü məktub
    İmam Əli əleyhis-salamın, Müaviyənin Ziyad ibn Əbihə məktub yazaraq onu (qardaş olmaları hiyləsi ilə) özünə birləşdirməklə aldatmaq istəməsini eşidərkən, Ziyada yazdığı məktublardandır.(Xülasə, Əbu Süfyanın Ömərin məclisində dediyi sözlərlə sən Bəni-Üməyyə nəsəbinə daxil olmursan ki, Müaviyə onu əlində dəlil kimi tutub səni aldatmaq istəyir. )
    Xəbərdar oldum ki, Müaviyə sənə məktub yazaraq qəlbini (xoşbəxtlik yolundan) sapdırmaq və sənin itilik və çevikliyinə (zirəkliyinə) nüfuz etmək istəyir. Buna görə də ondan çəkinərək qorx. Çünki o, insanın qabaq və arxasından, sağ və solundan gələn və sonda birdən onun qəflət və nadanlıq anında nüfuz edərək ağlını oğurlayan (və dünyada məəttəlçilik və sərgərdanlığa, axirətdə isə əbədi əzaba düçar edən) bir şeytandır.
    Ömər ibn Xəttabın xilafəti zamanında Əbu Süfyandan nəfsi istəklər və şeytanın vəsvəsələri nəticəsində ölçül¬məmiş bir söz çıxdı. (Əmr ibn Asa belə dedi: Bu mənim onun anası ilə olan zinamın nəticəsidir.) Bu sözü deməklə nəsəb sübut olmur və onunla heç kəs irs aparmağa layiq olmur.(Nalayiq işlərdən uzaqlaşaraq özünüzü hər bir çirkinlikdən kənar saxlayın ki, mənə rəiyyət və əlim altında olanların islah edilməsində kömək etmiş olasınız. ) (O Həzrət buyurur ki:) Belə səhv sözə ürək bağlayan şəxs dəvət edilmədən özünü şərab içənlərin içinə soxan və onların, hey rədd edərək uzaqlaşdırdıqları adama və (yük daşıyanın üstündən asılan və) qərar tutmayıb yellənən taxta kasaya bənzəyir.(Fədək yəhudi kəndlərindən birinin adıdır ki, onunla Mədinə arasında iki mənzil, onunla Xeybər arasında isə bir mənzildən az məsafə var. Fədəkin qəsb edilməsi dastanı və Həzrət Fatimənin - əleyhas-salam - zülmə məruz qalması və ondan şikayətlənməsi ərəb və fars dilində yazılmış müxtəlif kitablarda açıqlanıb və biz məsələnin aydınlaşması üçün şərhçi Bəhraninin bu yerdə yazdıqlarının bir hissəsini xatırladırıq: «Fədək Həzrət Peyğəmbərə – səlləllahu əleyhi və alih – məxsus idi. Çünki Mədinənin Şam istiqamətində üç günlük yol miqdarındakı yaxınlığında olan Xeybər şəhəri fəth ediləndə, Fədək əhalisi onun yarısını və hətta bəzi rəvayətlərə görə, onun hamısını sülh və dinc yol ilə təhvil vermişdi. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) həmin kəndi öz həyatı dövründə Fatimə əleyhas-salama bağışladı. Bu barədə müxtəlif yollarla bir çox rəvayətlər nəql edilib, o cümlədən «Rical» alimlərinin mötəbər və inanılmış şəxs saydıqları Əbi Səid Xudridən nəql edilib ki, Allah tərəfindən Həzrət Peyğəmbərə İsra surəsinin 26-cı ayəsi olan «وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ» «Qohum-əqrəbaya da, miskinə də, müsafirlərə də haqqını ver» nazil olanda, o Həzrət Fədəyi Fatimə əleyhas-salama verdi. Əbu Bəkr xəlifə olanda onu almaq istədi. Fatimə əleyhas-salam ona xəbər göndərdi ki, Fədək mənimdir və onu mənə atam bağışlayıb. Əmirəl-möminin əleyhis-salam və Həzrət Peyğəmbərin tərbiyə edərək azad etdiyi Ummu Əymən bu məsələyə şəhadət verdilər. Əbu Bəkr dedi: «Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub ki, biz peyğəmbərlər öz ailəmizə miras saxlamırıq, qoyub getdiklərimiz sədəqə və bəxşişdir. Fədək müsəlmanların o Həzrətin əlində olan malı olub və o, onu ümmətin işlərində və Allahın yolunda sərf edib. Mən də həmin yolda sərf edəcəyəm». Sonra Həzrət Fatimə əleyhas-salam başına çadra salıb öz xidmətçiləri və qohumlarından olan bəzi qadınlarla Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) məscidinə gəldi. Əbu Bəkr və həmçinin Mühacir və Ənsarın əksəriyyəti orada idi. Ortadan pərdə asıldı. Sonra nalə edərək elə ağladı ki, hamı ağlamağa başladı. Bundan sonra uzun bir müddət sakit qaldı ki, camaatın səs-küyü yatsın. Sükut yaranandan sonra uzun bir xütbə oxudu, o cümlədən belə buyurdu: «Ey Əbu Quhafənin oğlu, sən atandan irs aparırsan, amma mən atamdan irs aparmıram?» Sonra üzünü atasının müqəddəs qəbrinə çevirib ümmətdən narazılığını bildirərək onunla dərdləşdi. Ravi deyir: Heç vaxt Mədinənin arvad və kişilərinin həmin gün olduğu qədər çox ağladıqları görünməmişdi. Sonra Ənsarın məscidinə üz tutaraq onlara da bəzi sözlər dedi, o cümlədən belə buyurdu: «Bilin ki, mən sizi dini inkar edən görürəm. Siz dadlı tikəni ağızdan çölə atdınız. Əgər siz və yer üzündə olanların hamısı kafir olsa, Allah yenə də ehtiyacsızdır». Bundan sonra evə qayıtdı və and içdi ki, Əbu Bəkrlə danışmasın və ona nifrin etdi və bu vəziyyətdə dünyadan köçdü. Həmçinin vəsiyyət etdi ki, Əbu Bəkr ona namaz qılmasın. O həzrətə Abbas namaz qıldı və o, gecə dəfn edildi. Xülasə, Əbu Bəkr oranın məhsul və xeyrini götürür və ondan kifayət edəcək miqdarda Əhli-Beyt əleyhimus-salama verirdi. Müaviyəyə kimi olan digər xəlifələr də Əbu Bəkrin yolu ilə gedirdilər. Amma Müaviyə imam Həsən əleyhis-salamdan sonra oranın üçdə birini Mərvana verdi. Mərvan isə öz xilafəti zamanında oranın hamısını öz əlinə aldı. Ondan sonra Mərvanın övladları Ömər ibn Əbdüləzizin zamanına kimi oranı bir-birlərinə ötürdülər. Ömər ibn Əbdüləziz xəlifə olanda oranı Fatimə əleyhas-salamın övladlarına qaytardı. Şiə deyir: «Onun zülm ilə alınmışlardan qaytardığı ilk şey Fədək idi». Sünni deyir: «O, oranı əvvəlcə öz mülki etdi və sonra Fatimə əleyhas-salamın övladlarına bağışladı». Ondan sonra ora bir daha, Bəni-Abbas dövlətinə kimi, qəsb edildi. Əbul Abbas Səffah oranı qaytardı. Mənsur isə təzədən geri aldı. Onun oğlu Mehdi qaytardı, iki oğlu Musa ilə Harun isə aldı. Sonra Mə'mun qaytardı və Mütəvəkkilə kimi Fədək onlarda oldu və o oranın xeyrini Abldullah ibn Ömər Bazyara həvalə etdi. Deyirlər ki, orada on bir dənə xurma ağacı var imiş və onları Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) öz mübarək əlləri ilə əkibmiş. Fatimənin övladları oranın xurmalarını hacılar üçün sovqat və hədiyyə göndərirmişlər və çoxlu mal alırmışlar. Bazyar bir nəfər adam göndərərək həmin ağacları kəsdirdi və Bəsrəyə qayıdan kimi əlləri iflic oldu». İbn Əbil-Hədid doqquzuncu məktubun şərhində bir münasibətlə belə yazır: Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Zeynəbin əri Əbul-As müşrik idi və (Məkkədə olduğu müddətdə o Həzrət onu Zeynəbdən ayıra bilmirdi, hərçənd ki, Zeynəbin İslamı qəbul etməsi onu ərindən ayırmışdı. Əbul As) müharibədə əsir düşərək tutuldu. Məkkəlilər əsirlərini azad etmək üçün fidyə və mal göndərirdilər. Zeynəb də anası Xədicənin ona verdiyi boyunbağını göndərdi. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) həmin boyunbağını görən kimi riqqətə gəldi və müsəlmanlara belə dedi: «Əgər Zeynəbin əsirini azad edərək onun fidyəsini özünə qaytarsanız, yaxşı olar.» Müsəlmanlar dedilər: «Baş üstə, ey Allahın Peyğəmbəri, bizim can və mallarımız sənə qurbandır». Sonra Zeynəbin fidyəsini qaytararaq Əbul-Ası fidyəsiz azad etdilər. İbn Əbil Hədid sonra belə yazır: Mən bu xəbəri rəhmətlik Nəqib Əbu Cə'fər Yəhya ibn Əbu Zeyd Bəsri Ələviyə oxuyurdum. O mənə dedi: Elə bilirsən, Əbu Bəkrlə Ömər həmin hadisədə olmayıblar?! Görəsən, onların Fatimə əleyhas-salamın ürəyini şad etmələri və müsəlmanlardan öz haqlarını ona vermələrini istəmələri yaxşı olmazdı?! Məgər onun Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanındakı məqamı Zeynəbdən az idi, halbuki o, iki dünya qadınlarının xanımıdır?! Bütün bunları o fərzlə deyirik ki, onun Fədək barəsində heç bir haqqa – istər bağışlama və hədiyyə yolu ilə olsun, istərsədə irs yolu ilə – malik olmamasını təsəvvür edək. Xülasə, İmam əleyhis-salam ona olmuş zülmə işarə edib və (bu xütbədəkiləri) dünya malına bağlı olmaması barəsində buyurub. )(Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Ziyad o Həzrətin məktubunu oxuyandan sonra belə dedi: «Kə’bənin Rəbbinə and olsun ki, Əbu Süfyan deyilənlərə şəhadət verib». (Bu məsələ) həmişə onun nəzərində idi və nəhayət, Müaviyə onu çağırdı (və Ziyad da ona qoşuldu).
    İmam əleyhis-salamın kəlamında işlədilmiş «الواغِل» «əl-vağil» kəlməsi o adama deyilir ki, o həmişə özünü şərab içənlərin arasına soxub onlarla içib onlardan sayılma¬maq istəyir və buna görə də onu qovaraq öz aralarına gir¬məsinə mane olurlar. «النَّوْطُ الْمُذَبْذَبُ» «ən-nautul-muzəbzəb» birləşməsi isə taxta kasa, qədəh və buna bənzər şeyə deyilir ki, miniyin üstündəki yükdən asılır və yükün üstündə adam olanda və miniyi möhkəm sürəndə dayanmadan yellənir.
    45-ci məktub
    İmam Əli əleyhis-salamın, onun tərəfindən Bəsrənin valisi olan Osman ibn Hüneyfə olan məktublarındandır. Həzrət bu məktubu Bəsrə əhlinin Osmanı qonaqlığa dəvət etməsini və onun qonaqlığa getməsini eşidəndə yazıb. (İmam əleyhis-salam onu həmin qonaqlığa getdiyi üçün məzəmmət edib. Osman və onun İmam əleyhis-salam tərəfindən Mədinənin valisi olmuş qardaşı Səhl ibn Hüneyf Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – səhabələrindən olublar. Onların hər ikisi ömürlərinin sonuna kimi Əmirəl-möminin əleyhis-salamın şiə və dostlarından olublar. Buna görə də «Rical» alimləri bu iki qardaşın yaxşılığında ixtilaf və tərəddüdə düçar olmayıb onların nəql etdikləri hədisləri mötəbər və inanılmış hesab etmişlər. Cəməl əhli Bəsrəni alarkən Osman ibn Hüneyfin başına gələnlərin bir hissəsi yüz yetmiş birinci xütbənin şərhində deyilib.)
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: ey Hüneyfin oğlu, mənə xəbər çatıb ki, Bəsrə gənclərindən biri səni toy süfrəsinə dəvət edib və sən tələsik həmin süfrəyə doğru getmisən. Sənin üçün növbənöv ləzzətli yeməklər istənilib və qarşına böyük kasalar gətirilib. Sənin, kasıb və yoxsullarını qovan, varlıları isə dəvət edən bir camaatın qonaqlığına getməyini güman etməzdim. Buna görə də bu yeməkdən dişlədiyinə diqqət et. (Halal və ya haram olması) sənə məlum olmayan şeyi at (yemə). Qazanılma yollarının pak olmasını (halal və düz yolla əldə edildiyini) bildiyin şeyi ye.
    Bil ki, tabe və ardıcıl olan hər bir şəxsin bir imam və başçısı var ki, ona tabe olur və onun elminin nuru ilə ay¬dın¬lıq axtarır. (Hər bir tabe və ardıcıl danışıq və davranışının düz¬lü¬yünü öz imamından öyrənir. Sən də gərək öz imamına tabe olub onun ardınca gedəsən.) Bunu da bil ki, sizin imamınız öz dün¬yasından iki köhnə paltarla (yəni, bədəni başdan ayağa kimi örtən qumaş köynək və şalvarla), yeməklərdən isə (iftar və obaş¬danlıq və ya nahar və şam üçün) iki tikə çörəklə kifayətlənib. Sizin bu cür etmək qüdrətiniz yoxdur. Amma (heç ol¬masa) mənə pərhizkarlıq, çalışqanlıq, iffətlilik və düzlüklə kömək edin.(Həmin heyvan bilmir ki, sahibi onun kökəlməsini onu ətliyə göndərmək üçün və ya onunla yük daşıyaraq işlərini görməsinə görə istəyir. ) Allaha and olsun ki, sizin dünyanızdan qızıl toplamamışam, onun qənimətlərindən çoxlu mal yığ¬mamışam və əynimdəki köhnə paltardan başqa digər bir köhnə paltar hazırlamamışam.
    Bəli, göyün kölkə saldığı bütün şeylərdən (dünya malından) yalnız Fədək bizim əlimizdə idi ki, bir dəstə adam (üç xəlifə) ona paxıllıq etdi (onu qəsb edərək əlimizdən aldı). Başqaları (İmam əleyhis-salam və əhli-beyti) da bəxşiş edərək ondan keçdilər. Allah gözəl hakimdir (və haqq ilə batil arasında hökm çıxaracaq).(Bəli, insan hər nə qədər az yeyib-içsə bədəni daha möhkəm və döyüşdə daha şücaətli olar. Amma hər nə qədər çox yeyib içsə nazikqabıq, süst ürəkli və qorxaq olar. ) Mən Fədəyi və Fədəkdən qeyrisini nə edəcəyəm? Halbuki insanın yeri sabah (öləndən sonra) qəbir və gordur ki, onun qaranlıqlarında nişanələri məhv olacaq və xəbərləri itib gedəcək. Həmçinin elə bir çuxurdur ki, əgər onun genişliyi çoxalsa və gorqazanın əlləri onun genişliyində çalışsa daş-kəsək onu sıxar və torpaq bir-birinin üstünə yığılaraq deşiklərini örtər. Mənim fikir və düşüncəm bundadır ki, öz nəfsimi pərhizkarlıqla tərbiyə edərək xar edim ki, qorxu və vahiməsi çox olan gündə (qiyamətdə) asudə və rahat olsun və sürüşkənliyin kənarında möhkəm dayansın.
    Əgər istəsəm yolumu bu balın saf və təmizinə, buğda çörəyinin xalisinə və bu ipək paltarın toxunulmuşu istiqamətinə sala bilərəm. Amma Hicazda (Məkkə, Mədinə və onun digər şəhərlərində), yaxud (Yəmən şəhərlərindən olan) Yəmamədə kiminsə (imkansızlıqdan) bir tikə çörəyə ümidsiz olması və tox yatdığı vaxtı yadından çıxarması ehtimalı ola-ola nəfsi istəklərin mənə qalib gəlməsi və hərisliyin çoxluğunun məni yemək seçməyə vadar etməsi məndən necə də uzaqdır!! Həmçinin ətrafımda ac qarın və isti (susuz) ciyərlər ola-ola tox qarınla yatmaq, yaxud söz sahibinin (Hatəm ibn Abdullah Tainin) dediyi kimi olmaq, məndən çox uzaqdır. O deyib:
    وَ حَسْبُكَ داءً أَنْ تَبِيتَ بِبِطْنَةٍ وَ حَوْلَكَ أَكْبادٌ تَحِنُّ إِلَي الْقِدِّ
    «Sənə bu dərd bəsdir ki, gecə tox qarınla yatasan və ətrafında keçi balasının dərisinin həsrətini çəkənlər olsun (nəinki yemək, heç bunu da tapa bilmirlər)».
    Dövranın çətinliklərində onlarla həmdərd olmadan, acı günlərində gözləri önündə durmadan mənə mömin¬lə¬rin əmir və başçısı deyilməsi ilə kifayətlənim?! Məni fikri an¬caq ot olan bağlı heyvan, yaxud bir şey tapıb yemək üçün zir-zibili alt-üst edən və mədəsini əlinə düşənlə dol¬du¬raraq onun üçün nəzərdə tutulan şeydən qafil olan açıb buraxılmış dördayaqlı kimi yaratmayıblar ki, gözəl təamlar yemək məni (əbədi xoşbəxtlikdən) saxlasın.(Necə ki, Allah-təala bu cür etməyi əmr edib. Qur’ani-Kərimin Kəhf surəsinin 23-24-cü ayələrində buyurur: «وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَلِكَ غَدًا إِلَّا أَن يَشَاء اللَّهُ» «Və heç bir şey barəsində heç vaxt «Mən onu sabah edəcəyəm» demə! Ancaq «İnşaallah (əgər Allah istəsə, Allah qoysa) edəcəyəm» de.» ) Həmçinin məni bekar qalaraq əbəs yerə özbaşınalıq etmək və ya azğınlıq ipini çəkərək düşünmədən sərgərdanlıq yoluna yollanmağım üçün yaratmayıblar. Sanki sizlərdən birinin belə dediyini görürəm: «Əgər Əbu Talib oğlunun yeməyi budursa, onda zəiflik və süstlük onu tay-tuşları ilə döyüşdən və şücaətlilərlə rəqabət apararaq bərabərlik etməkdən saxlamayacaq!» Bilin ki, (suyun az çatdığı) çöl ağacının taxtası bərkdir (möhkəmdir). Amma (suyu çox olan bağlarda əkilmiş) yaşıl ağacların qabıqları daha nazikdir. (Yağış suyundan başqa digər bir su tapmayan) səhra bitkilərinin alovlarının şöləsi daha çox saçır və onlar daha gec sönürlər.(«أُوْلَئِكَ حِزْبُ اللَّهِ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ») Mənimlə Rəsulullah (bağlılıq və birlik baxımından hər ikisi bir kökdən bitmiş) xurma ilə xurma və (bir-birinə birləşmiş) əl ilə bazu kimiyik. (Buna görə də) Allaha and olsun ki, əgər bütün ərəblər mənə qarşı müharibə etməyə birləşsələr onların qabağından qaçmaram və əgər ələ fürsət düşsə onlara tərəf tələsərəm (Allahın və dinin yardımı yolunda hamısının boynunu vuraram). Tezliklə yer üzünü bu baş-ayaq şəxsdən və başıaşağı gövdədən (Müaviyədən) təmizləməyə çalışa¬ca¬ğam ki, daş-kəsək biçilmiş buğdadan ayrılsın. (Münafiq və ikiüzlünü möminlərin içindən qovub çıxaracaq və din yolunu azğınlıq yolkəsənlərindən təmizləyəcəyəm.)
    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 572 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024