İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    Bu da həmin məktubun (dünyanın məzəmməti, pərhizkarlar və ona ürək bağlamayıb Allahın işindən qafil olmayanların mədhi barəsindəki) bir hissəsi və sonudur
    Ey dünya, məndən uzaq ol ki, cilovun belindədir (cilovunu boynuna atıb buraxmışam səni). Mən sənin caynaqla¬rından sıçrayıb çıxmışam, tələlərindən qurtulmuşam, sürüşkənliklərinə (azğınlıqlarına) getməkdən çəkinmişəm. Oyun və şənliklərinlə tutub aldatdığın kəslər haradadırlar? Zinət və bəzəklərinlə fitnə və azğınlıqlara saldığın ümmətlər haradadırlar? İndi onlar gorlara girovdurlar və ləhədlərdə (qəbirdə olan çuxurlarda) itib-batıblar! Allaha and olsun ki, əgər sən görünən bir şəxs və hiss olunan bir cisim olsaydın, bəndələri arzular vasitəsi ilə aldatmağının, ümmətləri uçurumlara (bədbəxtliklərə) atmağının və padşahları məhvə təslim edərək onları nə düşülməsi və nə də qayıdılması (münasib) olmayan bəla və çətinlik nohurlarına salmağının əvəzində sənə ilahi hədd icra edərdim (Allahın günahlar üçün müəyyənləşdirdiyi cəzaları icra edərdim sənin barəndə). Mənim sənə aldanmağım baş tutan şey deyil. Sürüşkənliklərinə ayaq basan sürüşər, bol sularının üstünə çıxan batar və torunun iplərindən uzaq gəzən müvəf¬fəqiyyət qazanıb (nicat tapar). Sənin əlindən salamat qalanın yataq yeri darısqal olsa (çətinlik və narahatçılıqla yaşasa) da, nigarançılıq keçirməz. (Çünki bu çətinliyin tezliklə keçib gedəcəyini bilir. Buna görə də buyurur:) Dünya onun gözündə ötüb keçməsi gəlib çatmış bir gün kimidir.
    Uzaq ol məndən! Allaha and olsun, sənə ram olmayacağam ki, məni xar edəsən; tabe olmayacağam (əmrlərini yerinə yetiməyəcəyəm) ki, məni (istədiyin yerə) çəkib aparasan. Allaha and olsun – Allahın iradə və istəyini istisna edib and içirəm(İmam əleyhis-salam sərhəddi insanın boğazının yaxınlığında olan və dilçək adlanan ətə bənzədib. Çünki o tutulsa nəfəs kəsilər. ) – nəfsimi elə tərbiyə edəcəyəm ki, yavanlığına bir tikə çörək tapanda sevinərək təəccüb¬lənsin, duzla yavanlıq etməyə qane olub uyğunlaşsın və gözlərimin kasasını (ağlamağın çoxluğundan) öz halında qoyaram ki, suyu çəkilmiş bulaq kimi onun göz yaşı boşalsın. (O qədər ağlayaram ki, göz yaşım qurtarsın, qalmasın.) Otlayan heyvanın qarnı otladığı şeylərlə dolur və o, yanı üstə düşür (ya¬tır) və qoyun sürüsü otdan doyandan sonra yatağına gedir. Əli (salavatullahi əleyh) də dördayaqlılar kimi öz azu¬qə¬sini yeyib yatsın?! Belə olsa gözləri aydın olsun ki, uzun illərdən sonra özbaşına buraxılmış və sürüdə otlayan dördayaqlının yolunu gedir (halbuki insanın əzm və dü¬şün¬cəsinin yeyib-içmək olması ardır)!
    Xoş o adamın halına ki, qayıdış (qiyamət günü) qorxusu gözlərini oyaq saxlayan, yanlarını yataqlardan uzaqlaşdıran, dodaqları yavaş-yavaş Rəbblərini zikr edən və istiğfarın (bağışlanmaq istəyinin) çoxluğundan günahları (da¬ğınıq buludlar kimi) dağılmış dəstənin içərisində Rəbbinin va¬cib etdiklərini əda edir, çətinliklərdə dözümlüdür, ge¬cə¬lər yuxu və mürgü qalib gələnə kimi yuxudan uzaqdır (və yuxu və mürgü qalib gələndə isə) yeri öz döşəyi və əlini yas¬tı¬ğı edir! (Qur'ani-Kərimdə Mucadilə surəsinin 22-ci ayəsində bu¬yu¬rulur:) «Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi – məhz onlar, nicat tapıb əbədi səadətə qovuşanlardır.»(Çünki əmr be mə'ruf və nəhy əz munkər etməməklə Allahı qəzəbləndirmiş və bu bəla və çətinliyi özünüz üçün tədarük görmüsünüz. Buna görə də tövbə edib Allahın yoluna qayıdana kimi dualarınız qəbul olunmayacaq. )
    Buna görə də ey Hüneyfin oğlu, Allahdan qorx (qarın otar¬maqla məşğul olma). Gərək bir neçə tikə çörəklə kifayətlənəsən ki, o sənin oddan qurtulmağına səbəb olsun.
    46-cı məktub
    İmam Əli əleyhis-salamın icraçılarından birinə olan mək¬tubla¬rın¬dandır (ki, onda ona rəiyyətlə mülayim və xoş davran¬mağı, lazım gələndə isə sərt olmağı əmr edir).
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Sən mənim dinin qorunmasında köməklərinə arxalandığım, vasitəsi ilə günahkarın itaətsizliyini yatırtdığım və düşmənin qorxulu dilçəyini (sərhəddini) bağladığım kimsələrdənsən.(Öldürüləndən qabaq və ya sonra onun göz, qulaq, burun, dodaq, əl, ayaq və digər əzalarını kəsməyin və ya ona qarşı digər çirkin işlər görməyin.) Buna görə də səni qəmləndirən işlərdə Allahdan kömək istə və (rəiyyətlə işlərində) sərtlik və qatılığı bir az yumşaqlıq və mülayimliklə qatışdır (ki, ürəyini ələ almaq istəyəndə edə biləsən). Mülayimlik lazım olan zaman mülayim və mehriban ol. Sərtlikdən başqa bir şey yeriməyən vaxt da sərtlik və qatılıq et. Qanadını rəiyyət üçün endir, onlarla gülərüz ol və özünü yumşalt (mehriban, mülayim və xoşrəftar ol.) Gözucu baxmaq, gözünü zilləmək, işarə etmək və salam verməkdə onların arasında bərabər davran (birini digərindən üstün tutma) ki, böyüklər sənin zülm etməyinə tamah salıb həris olmasınlar (səninlə düşmənçilik fikrinə düşməsinlər) və zəiflər sənin ədalətindən naümid olmasınlar. Salama layiq kimsəyə salam olsun!
    47-ci məktub
    İmam Əli əleyhis-salamın məl’un İbn Mülcəm onu zərbətləyəndən sonra Həsən və Hüseyn əleyhiməs-sa¬la¬ma olan vəsiyyətlərindəndir (və onları intiqam almaqdan çəkindirib və yaxşı işlərə əmr edib).
    Sizə təqvalı olmağı və Allahdan qorxmağı, eləcə də dünya sizi axtarsa da, sizin onu istəməməyinizi vəsiyyət edirəm. (Dünya malına hətta əlinizdə olsa belə, ürək bağlamayın.) Dünya malından əlinizdən alınmış şey üçün kədərlənməyin. Düz və doğru danışın. (Axirətdə) mükafat qazanmaq üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı və kömək olun.
    Sizə, bütün övladlarıma, əhli-beytimə və məktubum çatan hər bir kəsə təqvalı olmağı, Allahdan qorxmağı, işlərinizi qaydaya salmağı və aranızda ayrılığa səbəb olan ixtilafları həll etməyi vəsiyyət edirəm. Çünki mən sizin cəddinizin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşi¬tmişəm ki: «İki nəfərin arasını (parçalanmaya səbəb olan ix¬tilafları) düzəltmək bütün namaz və oruclardan yaxşıdır.» (Çünki xalq arasında parçalanma hakim olsa dini işlər sahmana düşməz, düşmən ağalıq edər və abadlıqlar viranlıqlara və xarabalıq¬lara çevrilər.) Yetimlər barəsində Allahdan qorxun,
    Allah¬dan qorxun. Belə ki, onların ağızları üçün növbə müəyyənləşdirməyin (gah tox, gah da ac saxlamayın onları). Onlar (aclıq, yalavaclıq və yiyəsizlik nəticəsində) sizin yanınızda məhv və heç olmasınlar. Qonşularınız barəsində Allahdan qorxun, Allahdan qorxun ki, onlar Peyğəmbərinizin sifariş etdiyi kimsələrdirlər. (Həzrət Peyğəmbər) daima onları (elə) tapşırırdı ki, biz onlara (qonşudan-qonşuya) miras müəyyənləşdirəcəyini (mallarında onlara bir pay ayıracağını) gü¬man etdik. Qur’an barəsində Allahdan qorxun, Allah¬dan qorxun ki, başqaları ona əməl etməklə sizdən qaba¬ğa düşməsinlər. Dininizin sütunu olan namaz barəsində Allahdan qorxun, Allahdan qorxun. Rəbbinizin evi (əzə¬mət¬li Məkkə) barəsində Allahdan qorxun, Allahdan qor¬xun. Nə qədər ki, sağsınız onu boş qoymayın. Əgər o tərk edilsə (sizin getməməyiniz nəticəsində boş qalsa, ilahi əzab) sizə möhlət verməyəcək (və Allahın əzabına düçar olacaqsınız). Mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad etmək barəsində Allahdan qorxun, Allahdan qorxun. (Dinin yayılması və Allah və Peyğəmbərin düşmənləri ilə vuruşmaqda heç nədən çəkinməyin.) Bir-birinizlə birlik və dostluğunuz ol¬sun və qarşılıqlı bəxşişlər edin. Bir-birinizə arxa çevir¬mək və bir-birinizdən ayrılmaqdan qorxun. «Əmr be mə’ruf»u (başqalarını bəyənilən yaxşı işlər görməyə vadar etməyi) və «nəhy əz munkəri» (çirkin işlərdən çəkindirməyi) tərk etməyin ki, (əgər bunları tərk etsəniz) pis əməlliləriniz sizə hakim olarlar, sonra isə dua edərsiniz (Allahdan onları sizdən uzaq etməsini istəyərsiniz amma) qəbul olmaz.(Tutaq ki, Allahın hökmləri ilə müxalifət etməyin müqabilində heç bir cəza yoxdur. Amma ona tabe olmağa elə bir əvəz və mükafat verirlər ki, ona göz yummaq mümkün deyil. )Sonra belə buyurdu:
    Ey Əbdülmüttəlib oğulları, sizi «Əmirəl-möminin öl¬dü¬rüldü, Əmirəl-möminin öldürüldü» deyib bu bəhanə ilə müsəlmanların qanlarına batmış halda görmək istəmi¬rəm. (Mənim öldürülməyimi müharibə və qan axıdılması üçün bayraq etməyin.) Bilin ki, mənim əvəzimə ancaq qatilim öl¬dü¬rül¬məlidir.
    Baxın, əgər mən onun bu zərbəsi nəticəsində ölsəm, onun əvəzində ona bir zərbə vurun. Onu «muslə» etməyin.(Heç kəsin işini məəttəlçiliyə salıb «belə et, belə etmə» və ya «torpağı əkmə», yaxud «suyu filan yerdən çıxart» deməyin. Qısası, heç kəsi sərgərdan qoymayın. )Çünki mən Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: «Muslə etməkdən uzaq olub çəkinin, hətta qapağan it olsa belə.» (Çünki Allah adamları, qatilin əməlindən çox kədərli olsalar da bu cür cəza növünü bəyənmirlər. O, nadan və kobud adamların davranış tərzidir ki, onlar öz ürəklərində olan kinlərini bununla soyudur, qabalıqlarını üzə çıxarırlar.)
    48-ci məktub
    İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktub¬larındandır (ki, onda Müaviyəyə öyüd-nəsihət verib).
    Zülm etmək və yalançılıq insanın din və dünyasını məhv edir və nöqsan axtaranın yanında onun naqislik və gücsüzlüyünü üzə çıxarır. Sən bilirsən ki, əldən çıxması təqdir edilmiş şeyi (dünyadakı istəklər və ya Osmana öldürülməsindən sonra kömək edilməsini) əldə edə bilməyəcəksən. Bəzi dəstələr haqsız olaraq işin (imamət və xilafətin) fikrinə düşdülər və (həqiqi imama tabe olmamaq, əhdi pozmaq və vəzifə və dünya malı əldə etmək üçün) aşkar ilahi hökmü başqa yerə yozdular. (Öz meylləri ilə xilafəti camaatın rəyinə həvalə etdilər və öz arzularına çatmaq üçün Osmanın qisası məsələsini bəhanə etdilər.) Buna görə də Allah onları yalançı adlandırıb (və onlara yalançıların əzab və cəzasını verəcək). Belə isə o gündən qorx və çəkin ki, onda işinin sonunun yaxşı olmasını görən kəs şad olacaq, ixtiyarını Şeytana vermiş və onunla vuruşaraq müqavimət göstərməyən (cilovunu Şeytanın əlindən çəkməyən və onun istədiyi yerə apardığı) kəs isə peşman olacaq.
    Sən Qur’an əhli olmamağına baxmayaraq, (Siffeyn müharibəsində) bizi Qur’anın hökmünə dəvət etdin. (Qur’an əhli olmamağının dəlili, işlərinin onun hökm və göstərişinə zidd olmasıdır.) Biz sənə cavab vermədik və Qur’anın hökmünü qəbul etdik. Salama layiq kimsəyə salam olsun!
    49-cu məktub
    Bu da imam Əli əleyhis-salamın Müaviyəyə (öyüd-nəsihət verdiyi) məktublarındandır.
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: dünya (insan üçün) baş qatmaq və ondan başqasından (axirətdən) saxlamaq yeridir. Dünyatələb dünya malından bəhrələndikcə ona olan vurğunluq və hərisliyi də mütləq artacaqdır. (O, bir şey əldə edəndə ondan bəhrələnməmiş daha çoxunu arzulayar.) Dünyatələbi, heç vaxt onda tapdığı (dünya malı) əldə etmədiyindən (axirət nemətlərindən) ehtiyacsız etməyəcək. Halbuki topladıqdan sonra ondan ayrılmaq, möhkəmləndirməsindən sonra isə məğlubiyyət və bir-birinə vurmaq mövcuddur. Əgər (öz ömründən və ya zamanın hadisələrindən) keçənlərdən ibrət alsan, qalanında özünü saxlayaraq bəhrələnəcəksən. Salama layiq kimsəyə salam olsun!
    50-ci məktub
    İmam Əli əleyhis-salamın qoşunlarının başçılarına olan məktublarındandır. (Həzrət bu məktubda onların imamın boynunda, həmçinin özünün onların boynunda olan haqlarını bəyan edib və onlara ədalətli və əmrlərinə tabe olmağı əmr edib.)
    Bu, Allahın möminlərin başçısı və əmiri olan bəndəsi Əli ibn Əbu Talibin sərhədçilərinə olan məktubudur: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: valinin bir üstünlük tapması və nemət əldə etməsi onun rəiyyətlə olan münasibətlərinin dəyişməsinə səbəb olmamalıdır. (Məqam və vəzifə onu əli altında olanları incitməyə vadar etməməlidir.) Həmçinin Allahın ona qismət etdiyi nemətlər, onu Allahın bəndələri ilə daha yaxından tanış olmağa və qardaşları ilə mehriban olmağa məcbur etməlidir. (Kim belə etməsə Rəbbinin nemətlərinin şükrünü yerinə yetirməyib.)
    Bilin ki, sizin mənim boynumda olan haqqınız müharibə zamanından başqa sizdən heç bir sir gizlətməməyim (çünki müharibə sirlərinin faş olması ilə düşmən ondan xəbərdar olar), şəriət hökmlərindən başqa heç bir işi sizinlə məsləhətləşmə aparmadan yerinə yetirməməyim (şəriət hökmlərində məsləhətləşmə aparmaq lazım deyil, çünki siz bütün hökmləri məndən öyrənməlisiniz), haqlarınızın yerində sizə çatdırıl¬masında səhlənkarlıq etməməyim, möhkəmlən¬dirərək sona çatdırmayınca ondan əl çəkməməyim və haqq və hüquq baxımındın sizin mənim yanımda bərabər olmağınızdır (mənim birinizi digərinizdən üstün tutmamağımdır). Beləliklə, mənim sizinlə rəftarım bu cür olduğu halda nemətləri sizə tamamlamaq Allahın öhdəsinədir. Mənim sizin boynunuzda olan haqqım isə tabeçilik və itaətkarlıq, mənim əmrlərimdən üz döndərməməyiniz, mənim məsləhət bildiyim işlərdə səhlənkarlıq etməməyiniz və haqq yolu üzərindəki çətinliklərə daxil olmağınızdır (haqqı tapmağınız üçün çətinliklərə qatlaşmağınızdır). Əgər siz mənim barəmdə bunları etməsəniz, mənim yanımda heç kəs sizin əyri yol ilə gedəninizdən xar və alçaq ola bilməz. Buna görə də onu bərk cəzalandıraram və o, mənim yanımda (həmin cəzadan) qurtulmaq imkanı əldə edə bilməz. Siz (də) öz (əliniz altında olan) başçılarınızla belə bir peyman bağlayın və Allahın, vasitəsi ilə işinizi islah etdiyi şeylərdən özünüz onlara bağışlayın. (Onları xar etməyin ki, köməkləri vasitəsi ilə düşmənə qalib gələ biləsiniz.) Salama layiq kimsəyə salam olsun!
    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 667 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024