İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    51-ci məktub
    İmam Əli əleyhis-salamın xərac toplayan məmur¬larına olan məktublarındandır. (Həzrət bu məktubda xərac alanda camaatı incitməkdən və satılması ziyan olan şeyi satmağa məcbur etməkdən çəkindirir.)
    Bu məktub Allahın bəndəsi Əmirəl-möminin Əlidən xərac toplayanlaradır: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: kim ona üz tutacaq şeydən (qiyamət gününün hesab-kitabından) qorxmasa özü üçün qabağa onu (əzab və cəzadan) qoruyacaq qoruyucu göndərməz. Bilin ki, sizin üzərinizə qoyulmuş iş yüngül, onun savabı isə çoxdur. Əgər Allahın qadağan etdiyi zülm və haqsızlıq kimi şeylərə görə bir cəza olmasaydı da, onlardan çəkinmək müqabilində olan savab, onu istəməməyə bir bəhanə yeri qoymur.(Bu, onun fəzilətli vaxtıdır. «Nəhcül-Bəlağə»nin bir neçə nüsxəsində «حِينَ تَفِئُ الشَّمْسُ مِثْلَ مَرْبِضِ الْعَنزِ» yəni, namazı kölgə keçi ağılı miqdarında olan zaman qılın yazılıb. ) Belə isə xalqla mülayim və insaflı davranın və onların istəklərinə səbr və dözümlə yanaşın. Çünki siz rəiyyətin xəzinədarlarısınız (və xərac almaq üçün bir dəstə ilə ünsiyyətdə olur, iş görürsünüz və yığdıqlarınızı digər bir dəstəyə ötürməlisiniz. Belə işlə məşğul olan adam səbrli və təmkinli olmalıdır). Həmçinin ümmətin vəkili, imam və başçıların nümayəndələrisiniz (ki, onlar sizin vasitəsinizlə rəiyyət barəsində göstəriş verirlər). Heç kəsi istəyi barəsində qəzəbləndirərək hacətindən çəkin¬dirməyin.(Günorta və ikindi namazlarının vaxtının müəyyənləşdirilməsi barəsində fiqh alimləri və müctəhidlərin çoxlu fərqli nəzər və ixtilafları var və bu məsələlər barəsində fiqh kitablarında bəhs edilib. Bəziləri İmam əleyhis-salamın burada buyurduqlarının zahirinə əsaslanaraq günorta və ikindi namazını bir yerdə qılmağa icazə verməyiblər. Amma rəvayətlər və müctəhidlərin fitvaları həmin namazların bir yerdə qılınmasının düzgün olmasından xəbər verir. ) Camaatdan xərac alan zaman onların qış və yay paltarlarını, iş heyvanlarını və qullarını satmayın. (Əgər xəracı ödəməyə malı yoxdursa, ehtiyacları olan şeyləri onlardan almayın.) Qətiyyən heç kəsə bir dirhəmə görə qamçı vurmayın. Namaz qılanların və (cizyə verərək İslamın pənahında olan) peyman bağlamışların heç birinin mallarına – vasitəsi ilə müsəlmanlara zülm edilən at və silah tapmağınız istisna olmaqla – toxunmayın. Çünki müsəlmanın onları (at və silahı) İslam düşmənlərinin əlində qoyması və nəticədə onların onun müqabilində qüdrətə malik olmaları rəva deyil. Özünüzə öyüd-nəsihət verməyi, qoşuna yaxşılıq etməyi, rəiyyətə kömək göstərməyi və Allahın dinini gücləndirməyi tərk etməyin. Allah yolunda münasib, sizə vacib və lazım olan şeyi yerinə yetirin. Çünki nöqsan sifətlərdən pak və uzaq olan Allah bizdən və sizdən Onun ehsan və yaxşılıqları müqabilində Ona şükr etməyimizi və gücümüz çatan qədər Ona yardım etməyimizi istəyib, (hərçənd ki,) uca və böyük Allahın yardımı olmadan heç bir güc və qüdrət yoxdur.
    52-ci məktub
    İmam Əli əleyhis-salamın şəhərlərin hakimlərinə namaz (onun vaxtı) barəsindəki məktublarındandır.
    Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: zöhr (günorta) namazını camaatla günorta (günəş göyün ortasından qərb istiqamətinə meyl edən zamandan) günəşin kölgəsi keçi ağılı (keçilərin yatdıqları yerin divarı) qədər qayıdan zamana kimi (hər bir şeyin kölgəsi onun özü miqdarında olana kimi) qılın.(Namazı onların qüdrətindən artıq miqdarda uzatmayın ki, əgər onu çox uzatsanız nəticədə onlar camaat namazına gəlməzlər. Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabının on səkkizinci cildində Diləminin «İrşadul-qulub» kitabına istinad edərək nəql edir ki: Əli əleyhis-salam Siffeyn müharibəsi günlərinin birində döyüşlə məşğul ola-ola iki qoşunun arasında olmasına baxmayaraq günəşi izləyirdi. İbn Abbas deyir: Ey Əmirəl-möminin bu nə işdir? Həzrət buyurur: Namaz qılmaq üçün günəşin günortanı keçib-keçməməsinə baxıram. İbn Abbas deyir: İndi namaz vaxtıdır, halbuki müharibə bizi namazdan saxlayıb?! Həzrət buyurur: Biz onlarla namazdan başqa bir şeyə görə vuruşmuruq. İbn Abbas deyir: O Həzrət heç vaxt, hətta «Hərir» gecəsində gecə namazını tərk etmədi!! ) Həmçinin onlarla əsr (ikindi) namazını günün (sonunda deyil) bir hissəsində–(günəşin batmasına) iki ağac yol getmək mümkün olan qədər vaxt qalan zaman, günəş (solğun deyil) ağ və görünən olanda qılın.(Ərəblər göz qapağı çevrilmiş və kirpikləri olmayan şəxsə «Əştər» deyirlər. Həmçinin göz qapağı və ya dodağı yırtıq olan şəxsə də Əştər deyilir. Malik ibn Haris Nəxəiyə (Allah onun ruhunu müqəddəsləşdirsin) Əştər deyilməsi barəsində belə deyilib: Hicrətin on altıncı ilində ərəb qoşunun rum qoşunu ilə müharibəsində Malikin dəbilqəsinə bir gürz vurulur və onun dəbilqəsi parçalanaraq başına səpələnir. Dəbilqənin dəmir parçalarından biri onun gözünü deşir. Ondan sonra ona Əştər ləqəbi verilir. Məhəmməd ibn Əbu Bəkrin hakimiyyəti dövründə Müaviyənin fitnə-fəsad və təxribatları nəticəsində Misirdə vəziyyət qarışanda və bir qrup adam Osmanın qisasını almaq bəhanəsi ilə qiyam edəndə həmin diyarın vəziyyəti barəsində Əmirəl-möminin əleyhis-salama xəbər çatır və o Həzrət buyurur: Misir hökumətinə iki nəfərdən biri layiqdir. Orada ya əvvəllər oradan götürdüyüm Qeys ibn Sə'd - o, Əli əleyhis-salamın şiələrindən və ən ədalətli şəxslərdən olub - hakim olmalıdır, ya da ora Malik ibn Haris Nəxəi getməlidir. Amma Qeys ibn Sə'd bu işə meylsiz olduğu üçün Həzrət onu öz işin¬də saxlayır və Nəsibəyndə - Şam və İraq arasındakı şəhərlərdə - olan Malik Əş¬tə¬ri çağırtdırır və onun üçün bu əhdnaməni yazaraq yola düşməyə hazır¬laş¬ma¬sını əmr edir.Malik yola düşməmişdən qabaq İmam əleyhis-salam Misir əhalisinə bun¬dan öncə gətirdiyimiz 38-ci məktubu göndərir. Malik öz qoşunu ilə Misirə doğru hərəkət edir. Müaviyə bundan xəbər tutan kimi Misir şəhər¬lə¬rin¬dən olan «Əriş»in əkinçilərindən birinə xəbər göndərir ki, Əştərə zəhər içizdir, mən səndən iyirmi ilin xərac və vergilərini almayım. Əştər «Əriş»ə çatanda onun balı çox sevdiyini bilən əkinçi, ona bir az zəhərli bal «hədiyyə» gətirir və onun ləzzət və faydalarından danışır. Əştər zəhər qatılmış həmin baldan meyl edir və bal onun qarnına çatmamış həyatla vidalaşır. Bəziləri isə deyiblər ki, o, Misirdən üç günlük yol miqdarında uzaqda olan «Qulzum» şəhərində şəhid edilib və zəhəri ona Osmanın qulu olmuş Nafe yedirdib. Bu böyük şəxsiyyətin şəhid olması xə¬bəri Müaviyəyə çatanda o, çox sevincək halda camaat içərisində ayağa duraraq belə deyib: «Əli ibn Əbu Talibin iki dostu var idi. Onlardan biri ondan Siffeyn müharibəsində ayrıldı və o, Əmmar ibn Yasir idi ki, öldürüldü. Digəri isə bu gün ayrıldı və o, Malik Əştərdir ki, onun ölüm xəbəri indi gəlib çatdı. O, Misirə getmək üçün yola düşmüşdü və Osmanın qulu Nafe, Yənbə ilə Misir arasındakı Əylə şəhərində onun yanına gəlib. Bir müddət onun qulluğunda olub ki, Əştər ona tam inansın. Sonra «Qulzum» şəhərində ona zəhər qatışdırılmış bal şərbəti içirdib və onun nəticəsində Malik dünya ilə vidalaşıb. «أَلا وَ إِنَّ لِلهِ جُنُداً مِنْ عَسَلٍ» Bilin ki, Allahın «bal qoşunları» var». Digər tərəfdə Malikin şəhid edilməsi xəbəri Əmirəl-möminin əleyhis-salama çatanda, o Həzrət çox kədərlənir, ağlayır və minbərə çıxaraq belə buyurur: «إِنّا للهِ وَ إِنّا إِلَيْهِ راجِعُونَ وَ الْحَمْدُ للهِ رَبِّ الْعالَمِينَ اللّهُمَّ إِنِّى أَحْتَسِبُهُ عِنْدَكَ فَإِنَّ مَوْتَهُ مِنْ مَصائِبِ الدَّهْرِ رَحِمَ اللهُ مالِكاً فَلَقَدْ أَوْفى عَهْدَهُ وَ قَضى نَحْبَهُ وَ لَقى رَبَّهُ مَعَ أَنّا قَدْ وَطَّنّا أَنْفُسَنا عَلى أَنْ نَصْبِرَ عَلى كُلِّ مُصِيبَةٍ بَعْدَ مُصابِنا بِرَسُولِ الله - صَلَّى اللهُ عَلَيْهِ وَ الِهِ - فَإِنّها مِنْ أَعْظَمِ الْمُصِيبَاتِ» «Biz Allahdanıq və Ona tərəf qayıdacağıq. Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahım, mən Əş¬tə¬rin müsibətini Sənin yanında saya alıram. Çünki onun ölümü dövran və zə¬ma¬nə¬nin matəmlərindəndir. Allah Malikə rəhmət eləsin. O, öz əhdinə vəfa etdi, öm¬rü¬nü sona çatdırdı və Rəbbinə qovuşdu. Bütün bunlara baxmayaraq biz əhd et¬mi¬şik ki, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) müsibətindən sonra hər bir müsibətə səbr edək. Çünki o, müsibətlərin ən böyüyü idi.» İmam əleyhis-sa¬lam sonra minbərdən düşüb evə gedir. Nəxə ağsaqqalları o Həzrətin hüzuruna gə¬lirlər. O, çox heyfslənirdi və solğun idi. Buyurur: «وَ للهِ دَرُّ مالِكٍ وَ ما مالِكٌ لَوْ كانَ مِنْ جَبَلٍ لَكانَ فِنداً و لَوْ كانَ مِنْ حَجَرٍ لَكانَ صَلْداً أما وَ اللهِ لَيَهِدَّنَّ مَوْتُكَ عالَماً وَ لَيَفْرَحَنَّ عالماً عَلى مِثْلِ مالِكٍ فَلْتَبْكِ الْبَواكِى وَهَلْ مَرْجُوٌّ كَمالِكٍ وَهَلْ مَوْجُودٌ كَمالِكٍ وَهَلْ قامَتِ النِّساءُ عَنْ مِثْلِ مالِكٍ» «Allah Malikə xeyir versin. O, necə Malik idi? Dağ idisə əzəmətli və böyük bir dağ idi! Daş idisə möhkəm bir daş idi. Bilin, Allaha and olsun ki, ey Malik, sənin ölümün bir dünyanı viran və pərt, bir dünyanı isə şad edir». Yəni, Şam əhalisini sevindirir, İraqı isə pərt edir. «Ağlayanlar Malik kimisinə ağlamalıdırlar. Görəsən Malik kimi bir yardımçı görünəcək? Görəsən Malik kimisi var? Görəsən arvadlar Malik kimi olacaq bir uşaq doğacaqlar?» Deyirlər ki: Malikin cənazəsini «Qulzum»dan mübarək Mədinə şəhərinə gətiriblər. Onun nurlu qəbrinin yeri orada tanınır və məşhurdur. Qeyd etmək lazımdır ki, Əştər (Allah ondan razı olsun) ağıllı, şücaətli və alicənab şəxs ol¬maq¬la yanaşı səbr, pərhizkarlıq və zahidlik zinətlərinə də malik olub. Nəql edir¬lər ki, o, bir gün Kufə bazarından keçirmiş. Bez paltar geyinibmiş və başında da elə bezdən əmmamə var imiş. Bazar alverçilərdən biri onu təhqir etmək məqsədi ilə ona yaşıl çubuq atır. Əştər özünü cilovlayaraq ona etina etmir və keçib gedir. Ora¬da olanlardan Əştəri tanıyan bir nəfər həmin alverçiyə deyir: Vay olsun sə¬nə! Kimi təhqir etdiyini bilirsən? O, «yox» deyə cavab verir. Həmin şəxs deyir: O, Malik Əştərdir, Əmirəl-mömininin dostu və köməkçisi. Sonra həmin alverçi et¬diyi işin qorxusundan titrəməyə başlayır və üzrxahlıq etmək üçün Əştərin da¬lın¬ca gedir. Maliki məsciddə namaz qılan halda tapır. Malikin namazını qılıb qur¬tarmasını gözləyir. O, namazını qılıb qurtardıqdan sonra, salam verərək özü¬nü onun ayağına atıb öpməyə başlayır. Malik onu qaldıraraq deyir: Nə iş gö¬rür¬sən?! Həmin şəxs deyir: Məndən baş vermiş günahın üzrünü isətəyirəm, ta¬nı¬ma¬mışdım səni! Əştər deyir: Sən artıq günahsızsan. Allaha and olsun ki, mən məs¬cidə sənin bağışlanmağını istəmək üçün gəlmişdim. Bəli, Malik Əştər gərək be¬lə olmuş olsun və öz nəfsini o qədər cilovlamağı bacarsın ki, nadan bir adam onu təhqir edərək alçaldanda da o cür şücaət və cəsarətə malik olmasına bax¬mayaraq, halı dəyişməsin. Çünki bütün işlərində öz zəmanəsinin imamının davamçısı idi ki, nəticədə Əmirəl-möminin onun barəsində belə buyurmuşdur: «لَقَدْ كانَ لِى مِثْلَ ما كُنْتُ لِرَسُولِ اللهِ» «Malik mənim üçün mən Allahın Peyğəmbərinə olduğum kimi idi.» Xülasə, Malik hicrətin otuz səkkizinci ilində həyatla vidalaşıb. Əmirəl-möminin əleyhis-salamın onun mübarək adı ilə bağlı əhdnaməsi isə həmişəlik olaraq, məkanından asılı olmayaraq dünyanın bütün hakimləri üçün təlimat olub. ) Oruc tutmuş şəxs iftar edəndə və hacılar (Ərafatdan) Minaya yola düşəndə, onlarla məğrib (axşam) namazını qılın. Onlarla, işa (xüftən) namazını isə qırmızılıq (qərbdən) çəkiləndən gecənin üçdə birinə kimi qılın. Şəxs öz dost və yoldaşının sifətini görüb seçə bildiyi zaman da onlarla sübh namazını qılın. Namazı onlarla onların ən zəifi kimi qılın (müstəhəb olan yerləri azaldın) və fitnə-fəsada səbəb olmayın.(İnsan, onun şərindən amanda deyil. Həzrət İmam Musa ibn Cə'fər əleyhis-salam öz atalarından rəvayət edib ki, Əmirəl-möminin əleyhis-salam belə buyurub: Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) döyüşçülərdən bir hissəsini müharibəyə göndərmişdi. Onlar qayıdanda o Həzrət buyurdu: Kiçik cihadı sona çatdıran, böyük cihadları isə qalmış dəstənin xoş halına! Onlar dedilər: Ey Allahın Peyğəmbəri, böyük cihad nədir? Buyurdu: Nəfslə olan cihad və mübarizə. Sonra belə buyurdu: Ən yüksək cihad öz nəfsi ilə mübarizə aparan kimsənin cihadıdır. )
    53-cü məktub
    İmam Əli əleyhis-salamın (Malik ibn Haris) Əştər Nəxəiyə (Allah onu bağışlasın) onu Məhəmməd ibn Əbu Bəkrin hakimiyyəti alt-üst və qarmaqarışıq olan zaman Misirə və onun ətraf bölgələrinə vali təyin edəndə yazdığı əhd-peymanlardandır. Bu, yaxşılıq və xeyirxahlıqlar (başqalarına kömək etməyin hökmləri, rəiyyətin təşkilatçılığının sirləri, ölkə idarəçiliyinin qaydaları, qoşun çəkməyin yolları və hamıya öyüd-nəsihət) barəsində yazılaraq toplanmış ən uzun əhdnamədir.(Əgər dillərə onların yaxşılıqları düşmüş olsa, xalq onları xeyirxah və yaxşı əməl sahibi sayıb onlara dua edəcək. Dillərə adları pis düşmüş olsa isə, onları pis əməl sahibi hesab edib nifrin və qarğış edəcəklər. Buna görə də istər Ömər ibn Əbdüləziz kimi müsəlman, istərsə də Ənuşirəvan kimi kafir olmasından asılı olmayaraq hər bir hökmdar və həmçinin hər bir tayfa başçısı özündən xoş xatirə və yaxşı ad yadigar qoyan işlər görməlidir ki, xalq onun barəsində xeyirli dualar etsin və nəticədə o, əbədi səadəti əldə etsin. )

    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 684 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024