İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    Bu da həmin əhdnamənin bir hissəsi və sonudur
    Və mən Allahdan istəyirəm ki, rəhminin genişliyi və hər bir mətləbi vermək qüdrətinin böyüklüyü ilə məni və səni razılığı onda olan şeyə - Onun və yaratdıqlarının qarşı¬sında aşkar üzrə malik olmağa,(Eskaf Nəhrəvanla Bəsrə arasında böyük bir kənd olub.) bəndələr arasında yaxşılıqla xatırlanmağa, şəhərlərdə gözəl nişanələr qoymağa, neməti tam və izzəti artıq olmağa müvəffəq etsin. Həmçinin mənim və sənin həyatını səadət və şəhadətlə (Allah yolunda öldürməklə) sona çatdırmasını diləyirəm. Biz Ona tərəf dönəcəyik. (Onun rəhmət və mərhəmətini axtarırıq.) Salam olsun Allahın elçisinə (Həzrət Mustafaya); ona və onun (hər bir eyb və nöqsandan) pak və təmiz Əhli-Beytinə Allahın salamı olsun!
    54-cü məktub
    İmam Əli əleyhis-salamın Təlhə və Zübeyrə olan məktublarındandır ki, (onda onların əhdlərini pozmaq haqqına malik olmadıqlarını isbat edib və) onu İmran ibn Hüseyn Xüzai vasitəsi ilə göndərib.(Məni sənə dəlil edib və ya hər bir kəsi digərinə dəlil-sübut edib. Müaviyə də o Həzrətə dəlil olub ki, əgər İmam əleyhis-salam onun fitnə-fəsadlarının qarşısını almaq niyyətində olmasaydı, sorğu-suala tutular, cəzalandırılardı. ) Əbu Cə’fər (Məhəmməd ibn Addullah) Eskafi(Onun həqiqi mənasına göz yumaraq onu camaata öz nadürüst fikirlərinlə başa saldın. Necə ki, Müaviyə Şam əhlinə belə deyirdi: Mən Osmanın qəyyumuyam və onun işləri mənim öhdəmədir. Allah Qur’ani-Kərimin İsra surəsinin 33-cü ayəsində buyurub: «وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا» «Zülmlə və haqsız yerə öldürülən şəxsin sahib və varisinə ixtiyar verdik (ki, qatildən qisas və intiqam alsın).» ) onu Əmirəl-mömininin fəzilətləri barəsində yazdığı «Məqamat» kitabında bəyan edib.
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Gizləsəniz də bilirsiniz ki, camaat məni (mənə bey'ət etmək) istəyənə kimi mən onların fikrinə düşmədim (onların bey'ət etmələrini istəmirdim) və onlar mənə əl uzadana kimi, mən (bey'ət almaq üçün) onlara tərəf əl uzatmadım. Siz mənə tərəf gəlib bey'ət edən kimsələrdən idiniz. Xalq mənə nə (malik olduğum) güc və qüdrətə və nə də mövcud mal və sərvətə görə (ona tamah salıb) bey'ət etməyib. (Onlar öz ixtiyar və istəkləri ilə əl uzadaraq bey’ət ediblr.) Buna görə də əgər siz mənimlə ixtiyari surətdə bey’ət edib əhd bağlamısınızsa, nə qədər ki, gec deyil (onu pozmaqdan) qayıdın, (bu çirkin işdən) tövbə edib Allaha tərəf dönün. Əgər ürəksiz əhd bağlamısınızsa, itaət və tabeçiliyi üzdə göstərib (bey’ət edib) günah və itaətsizliyi gizlətməklə (ürəksiz əhd bağlamaqla) mənim (sizi sorğu-suala tutub cəzalandırmağım) üçün yol açmısınız (ki, sizdən «əgər batində meyliniz yox idisə, heç bir məcburiyyət və zor olmadan nə üçün bey’ət etdiniz?» deyə soruşum). Canıma and olsun (ki, mənimlə meyl və rəğbətlə, malik olduğunuz nadürüst məqsədə görə bey’ət etmisiniz. İndi həmin məqsədinizə çatmadığınız üçün əhdinizi pozmusunuz. Çünki) siz təqiyyə etməyə, qorxmağa və mənimlə bey’ətə könülsüzlüyünüzü bildirməməyə, Mühacirlərdən daha layiqli deyildiniz. (Ona görə ki, siz onlardan güclü idiniz və sizə güc gələrək zor işlətmək imkanı daha az idi.) Sizin üçün bey'ətə daxil olmamışdan onun yükünün altına girməməyiniz, onu qəbul etdikdən sonra əhdinizi pozmaqdan daha asan idi. (Öz əhdlərinizi pozmaq üçün hazırladığınız bəhanə budur ki,) siz Osmanı mənim öldürməyimi güman edirsiniz (və həmin bəhanə ilə siz, onun intiqamını almaq üçün mənimlə müharibə etmək fikrinə düşmüsünüz). Belə isə mənimlə sizin aranızda Mədinə əhalisindən (Məhəmməd ibn Müslimə, Usamə ibn Zeyd və Abdullah ibn Ömər kimi) şəxslər var ki, həm məndən, həm də sizdən uzaqlaşıblar (heç birimizə kömək etmirlər. Qoy onlar şəhadət verib Osmanın qatilinin kim olmasını desinlər). Beləliklə, (əgər onlar Osmanı kimin öldürməsini desələr, bizlərdən) hər bir kəs, (barəsində verilmiş şəhadət əsasında) bu işdə əli olan miqdarı, boynuna almağa məcbur edilsin (və ondan qisas alınsın. Şübhəsiz ki, əgər onlar şahidlik etsəydilər Təlhə ilə Zübeyrin, Osmanın öldürülməsinin səbəbkarı olmaları, İmam əleyhis-salamın isə bu işdən uzaq olması məlum olardı.) Buna görə də ey qocalar, fikrinizdən daşının. (Nahaq yerə bəhanə gətirməyin və müharibə edib qan tökməkdən əl çəkin.) Çünki indi – (qiyamət günündəki) rüsvayçılıq ilə od bir yerə toplaş¬mamışdan, (dünyada) sizin qarşınıza çıxacaq ən böyük iş xəcalət və ardır. (Sizin barənizdə «peşman olub tövbə etdilər, qayıtdılar» deyilməsi, Həzrət Peyğəmbərin səhabələrinin öz zəmanələrinin imamı ilə müxalifət səbəbindən ilahi əzaba düçar olmalarından daha yaxşıdır. Çünki burada ar ilə od bir yerə toplanıb.) Salama layiq kimsəyə salam olsun!
    55-ci məktub
    İmam Əli əleyhis-salamın Müaviyəyə (nəsihət yönümlü) məktublarındandır.
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: nöqsan sifətlərdən pak və uzaq olan Allah, dünyanı axirət üçün yaradıb və (bütün gizlin və aşkar olan şeyləri bilməsinə baxmayaraq) dünya əhlini onda sınağa çəkib ki, onlardan hansının əməllərinin daha yaxşı olmasını bilsin (başqalarına göstərsin). Biz dünya üçün yaradılmamışıq və onun (işləri) üçün çalışmağa göndərilməmişik. (Hamının ruzi əldə etmək üçün çalışmağa məcbur olmasına baxmayaraq, əsas səy və təlaş axirət işləri üçün olmalıdır.) Bizi dünyaya onunla sınanmağımız üçün gətiriblər (ki, yaxşı əməl sahibləri ilə pis əməl sahibləri məlum olsunlar). Allah məni səninlə və səni mənimlə sınayıb və bizim birimizi digərimizə dəlil-sübut edib.(Allah-təala Qur’ani-Kərimin Ən'am surəsinin 45-ci ayəsində buyurur: «فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُواْ» «Artıq o zalım tayfanın kökü kəsildi». Ayə, onların nəslinin qalmamasına işarədir. )Sən dünyanı əldə etmək üçün Qur’anı yozmağa tələsdin.(Buna görə də heç kəsin bəhanə gətirib evdən çölə çıxmamaq haqqı yoxdur. Əslində Allah nəzərə alınmalı və şəxs evdən çıxaraq məzluma kömək edib zalımı pis əməllərindən çəkindirməlidir. Amma əgər zalımla məzlumu bir-birindən seçə bilməsə, onları öz hallarında qoymalıdır ki, belə olan halda, onun nadanlıq üzrü qəbul edilir. ) Məndən, əlim və dilim cinayət və günahına batmadığı şeyi (Osmanın qanını) istəyibsən. (Nə özüm onu öldürmüşəm, nə də onun öldürülməsinə göstəriş vermişəm.) Sən Şam əhli ilə məni Osmanın qanında günahlandırdınız. Aliminiz cahilinizi, duranınız oturanı¬nızı təhrik etdi. (Bu cür nadürüst sözlərlə bir-birinizi mənə qarşı ayağa qaldırdınız.) Buna görə də özün barəsində Allahdan qorx. Şeytana müqavimət göstərərək cilovunu onun çəngindən çıxart. Bizim və sənin yolun olan (hamımızın gedəcəyimiz) axirətə üz tut. Allahın, səni Öz tərəfindən əsl və kökünə işləyərək nəslini kəsən təcili bəlaya düçar etməsindən qorx. (O, elə bəla olar ki, səndən və nəslindən əsər-əlamət qoymaz).(Hərçənd ki, on altıncı məktubda deyildiyi kimi onlar batində Allaha və Peyğəmbərə iman gətirməmişdilər. )]Mən, sənə görə, Allaha doğru olan bir and içirəm ki: əgər (insanları) bir yerə toplayan tale, mənimlə səni qarşılaşdırsa, həmişə səninlə qalacağam «حَتَّى يَحْكُمَ اللّهُ بَيْنَنَا وَهُوَ خَيْرُ الْحَاكِمِينَ» «O vaxta kimi ki, Allah bizim aramızda Öz hökmünü versin (səni etdiyin zülm və haqsızlığın cəzasına çatdırsın). Axı O, hökm verənlərin ən yaxşısıdır!» (Ə'raf surəsi, 87-ci ayə)
    56-cı məktub
    İmam Əli əleyhis-salamın (barəsində on birinci məktubun şərhində bir az izahat verilmiş) Şüreyh ibn Haniyə onu (və Ziyad ibn Nəsri) özünün (Müaviyə ilə müharibə etmək məqsədi ilə) qabaqda Şama gedən (on iki min nəfərlik) qoşununa başçı təyin edən zaman buyurduğu tövsiyələrindəndir.
    Hər səhər-axşam Allahdan qorx. (Onun göstərişlərinə zidd iş görmə.) Nəfsin barəsində aldadıcı dünyadan çəkin. Heç vaxt ondan əmin və xatircəm olma. Bil ki, əgər nəfsini sevdiyin şeylərin çoxundan (nəticədə sənə çatacaq) xoşagəlməzliklərinə görə saxlamasan və qarşısını almasan, arzu və istəklər sənə çoxlu zərər-ziyan vuracaq. Buna görə də nəfsinin (şəhvət və istəklərinin) qarşısını alaraq ona mane ol və qəzəb zamanı özündən çıxmağı özündən uzaqlaşdır.
    57-ci məktub
    İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Cəməl tərəfdarları ilə müharibə etmək üçün) hərəkət edərkən Kufə əhalisinə olan məktublarındandır (ki, onda, onlardan kömək istəyib).
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: mən öz qəbiləmin məkanından (Mədinədən, Bəsrəyə getmək qəsdi ilə) çıxdım, halbuki (həqiqəti dərk etməyib öz zəmanəsinin imamını tanımayan şəxsin nəzərində) ya zalımam, ya da məzlum, ya təcavüzkaram, yaxud da təcavüzə məruz qalan. (Hər halda) mən, Allahı bu məktubum çatan hər bir kəsin yadına salıram ki, tez yanıma gəlsin. Əgər hərəkətim düz olsa (görsə ki, bu işdə düzgün davranıram), mənə kömək etsin. Hərəkətimin düz olmamasını gördükdə isə, məndən düzlüyə və onların razı olduqları şeyə qayıtmağı istəsin.(Qəm-qüssə yeyər ki, nə üçün həmin saatda axirət üçün azuqə toplamayıb. Amma həmin saatda günah işlə məşğul olmuş olsa qəm-qüssəsi bir neçə qat olar. )
    58-ci məktub
    İmam Əli əleyhis-salamın şəhərlərin əhalisinə olan məktublarındandır ki, onda özü ilə Siffeyn (müharibəsində Şam) əhalisi arasında baş verənləri bəyan edib.
    İşimizin əvvəlində biz Şam əhli ilə zahiri görünüşdə Rəbbimiz bir, Peyğəmbərimiz bir və (camaatın hidayət və nicat istiqamətində) İslamda təbliğ üsulumuz eyni imiş kimi qarşılaşdıq. Biz onlardan Allaha və Onun Peyğəmbərinə imanlarını artırmalarını istəmirdik. Onlar da bizdən bunu istəmirdilər.(Çünki onları ziyan vurmaqdan çəkindirmişəm və sizi xəbərdar etmişəm ki, onları rəiyyətə ziyan vurmağa və mal və əkinlərinə əl uzatmağa qoymayın.)(Amma zahirdə) iş bərabər və yeksan idi və Osmanın qanı məsələsindən (və bizim onun qatillərinə kömək etməkdə günahlandırılmağımızdan) başqa, aramızda heç bir ixtilaf və fikir ayrılığı yox idi. Biz həmin işdən uzaq və kənar idik. Buna görə də (onlar bu bəhanə ilə müharibəyə şərait yaradanda) onlara belə dedik: Gəlin bu gün fitnə alovunu söndürmək və xalqa rahatlıq verməklə bundan (müsəlmanların qanlarının vuruşda axıdılmasından) sonra əlac edə bilməyəcəyimiz şeyə çarə qılaq ki, işlər möhkəmlənərək qaydasına düşsün və biz haqqı öz yoluna qoya bilək. Dedilər: (Yox,) biz bu işə düşmənçilik və döyüşlə çarə qılacağıq! Beləliklə, (bizim nəsihətimizdən) boyun qaçırdılar və nəhayət, müharibə başlandı, onun şölələri qızışdı və iş çətinləşdi. Müharibə və döyüş bizi və onları dişinə alıb caynaqlarını bizə və onlara batıran zaman (döyüş ağırlaşanda və onlar məğlubiyyətə uğradıqlarını görəndə), onlar bizim (müharibədən qabaq, tərəfinə) çağırdığımız şeyi qəbul etdilər. Bu halda (bizdən döyüşdən əl götürməyimizi istədilər və biz) onların çağırışlarını qəbul edib istəklərinə doğru tələsdik ki, dəlilimiz (bizim haqq olmağımız) onlara aydınlaşsın və heç bir bəhanə yerləri qalmasın. (Biz onların istəklərini ona görə qəbul etdik ki, bizim məqsədimizin qan axıdılması olmamasını bilsinlər. Başa duşsünlər ki, bizim onlarla müharibə etmək haqqımız var idi. Ona görə ki, Osmanın qətlə yetirilməsi onlar üçün müxalifət etmək və vuruşmağa bəhanə və dəlil deyildi.) Buna görə də onlardan hər kim bu sözdə (bizi çağırdıqları və bizim də qəbul etdiyimiz Allahın kitabında) möhkəm olsa, deməli, Allah onu həlak və məhv olmaqdan qoruyub. İnadkarlıq göstərərək öz azğınlığında qalan kimsə isə öz əvvəlki halına qayıdıb (əhdini pozub), Allah onun qəlbini (qəflət pərdəsi) ilə örtüb və onun başında pis hadisələr fırlanır. (Xülasə, Allahın kitabına tabe olan kəs xoşbəxt, ona arxa çevirən isə bədbəxt və ilahi əzaba düçar olacaq.)
    59-cu məktub
    İmam Əli əleyhis-salamın Hülvan qoşununun başçısı Əsvəd ibn Qütbəyə məktublarındandır. (Hülvan Bağdad ilə beş günlük yol fasiləsi olan bir şəhərdir. «Rical» alimləri Əsvəd ibn Qütbə barəsində bir şey yazmayıblar. Amma çox ehtimal ki, o, gözəl şəxsiyyətlərdən olub. İmam əleyhis-salam bu məktubda ona ədalətli olmağı əmr edib.)
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: valinin (hər bir kəs və hər bir işə münasibətdə) meyl və istəyi eyni olmasa, bu davranış onu, ədalətliliyin çoxundan saxlayar. Buna görə də camaatın (özününkü və yadın, böyük və kiçiyin, imkanlı və imkansızın) haqq olan işi sənin yanında bərabər olmalıdır. Çünki zülmün yerinə ədalətin və insafın nəticəsi və mənfəəti əldə edilməz. Bənzərini bəyənmədiyin işdən uzaq ol. (Başqalarının yerinə yetirmələrini layiqli saymadığın işi görmə.) Nəfsini, savabına ümid bəsləyib cəzasından qorxaraq Allahın sənə vacib etdiklərinə vadar et.
    Bil ki, dünya çətinlik diyarıdır. İnsan onda heç vaxt bir saat asudə və rahat olmayıb. Əgər olubsa da həmin saatın rahatlığı qiyamət günü onun qəm-kədərinə səbəb olar.(İmam əleyhis-salam keçmiş və gələcəyi bilir. Buna görə «xilafəti başqalırına həvalə edəcəkləri fikrimdən belə keçmirdi» cümləsindən məqsəd budur ki, Peyğəmbərin göstərişinin əksinə hərəkət ediləcəyinə heç kəs inanmazdı və bu iş Həzrət Peyğəmbərin səhabələri barəsində təsəvvüredilməz idi. ) Bil ki, heç vaxt heç bir şey səni haqdan ehtiyacsız edə bilməz. (Buna görə də batil və nahaq şeylərin ətrafına belə fırlanma.) Sənin boynunda olan haqlardan biri öz nəfsini (nəfsi istəklər və itaətsizlikdən) saxlamaq və rəiyyətin işlərində çalışaraq onların çatışmazlıqlarını islah etməkdir. Çünki bu yol ilə (Allahdan) sənə çatacaq xeyir və savab, sənin vasitənlə (rəiyyətə) çatan xeyirdən daha çoxdur. Salama layiq kimsəyə salam olsun!
    60-cı məktub
    İmam Əli əleyhis-salamın (qoşunun yolu üstündə yerləşən və) ordunun keçəcəyi yerlərin valilərinə məktublarındandır (ki, onlar və rəiyyət barəsində bəzi tapşırıqlar verib).
    Allahın bəndəsi Əmirəl-möminin Əlidən ordunun, (yerlərindən) keçəcəyi şəhərlərin xərac toplayanlarına və valilərinə:
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən sizdən (yerlərinizdən) keçəcək qoşunu yola saldım və onlara (camaatı) incidərək pislik etməmək kimi Allahın onlara vacib etdiklərini tapşırdım. Mən sizin özünüzün və (pənahınızda olan) zimmə əhlinizin yanında ordunun ziyan vurması barəsində pak və günahsızam.(Dinin əsasını qorumaq üçün mənim haqqımı qəsb edənlərlə birgə addımlayaraq razılaşdım. Osmandan sonra zahiri xilafəti qəbul etməyimin səbəbi də dinin işlərinin nizam-intizamının pozulmaması və Həzrət Peyğəmbərin hökmlərinin bərqərar qalması idi. ) Ac və aciz olan və qarnını doydurmaq üçün (rəiyyətin malından özü və ya onun özü kimi sayılan atının doyması miqdarında götürməkdən başqa) bir yol tapmayan kəs istisnadır (və bu cür ziyan rəvadır). Buna görə də (ac və möhtac olmayan və) zülm üçün (camaatın malına) əliuzunluq edən qoşunu özünüzdən uzaqlaşdıraraq cəzalandırın. İcazə verdiyim şeydə ağılsızlarınızı onlara mane olaraq hörmətsizlik etməkdən saxlayın (ki, fitnə və çaxnaşma yaranmasın). Mən ordunun arxasındayam. Beləliklə, onların sizə etdikləri zülmləri, həmçinin onların Allahın köməyi və mənə müraciətdən başqa heç bir şeylə qarşısını ala bilmədiyiniz, rəftarları nəticəsində qarşılaşdığınız çətinlikləri mənə xəbər verin. Belə olan halda, mən Allahın kömək və istəyi ilə onu düzəldəcəyəm. (Sizin şikayətlərinizə baxıb onların zülm və haqsızlıqlarını sizdən uzaqlaşdıracağam.)
    61-ci məktub
    İmam Əli əleyhis-salamın tərəfindən (Fəratın sahilindəki şəhərlərdən olan) Hitin valisi olmuş (İmam əleyhis-salamın ən seçilmiş dost və şiələrindən) Kumeyl ibn Ziyad Nəxəiyə məktub¬larındandır. (İmam əleyhis-salam bu məktubda) onu, düşmənin onun olduğu şəhərdən qarətçilik üçün keçən qoşununun qarşısını almadığına görə məzəmmət edir (ki, nə üçün belə bir vaxtda öz şəhərini buraxıb digər bir düşmənin qarşısını almağa gedib).
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: İnsanın təyin edilərək ona tapşırılan şeyi buraxıb ona həvalə edilməyən və başqasının öhdəsinə qoyulmuş işə görə zəhmət çəkməsi, aşkar acizlik və sahibini məhvə aparan düşüncədir. (Çünki onun mənşəyi ağlın azlığıdır.) Həmçinin sənin, vali və başçı təyin etdiyim sərhədləri heç bir hami və qoruyucusu və qoşunu (düşmən qoşununu) ondan qaytaran bir kimsəsi olmayan halda buraxıb (Fərat sahilindəki şəhərlərdən olan) Qerqisiya əhalisinə hücum edib onları qarət etməyin dağınıq nəzər və düşüncədir. Beləliklə, sən (bu işlərinlə) dostlarına hücum edib onları qarət etmək istəyən düşmənlərin (onların keçməsi) üçün bir körpü olmusan. Eyni zamanda möhkəm (güclü) çiyinlərin yox idi və səndən heç bir qorxu mövcud deyildi (ki, düşmənlərin öz yerlərində otursunlar). Nə dəliyi (düşmənin yolunu) bağladın və nə də düşmənin vüqar və qüdrətini sındırıb bir-birinə vurdun; nə şəhərinin əhalisinin (düşmənin qarşısını almaq) ehtiyacını tam təmin edənsən, nə də öz əmiri tərəfindən bir iş görən! (Buna görə də sənin kimisi valilik işinə yaramır.) Salama layiq kimsəyə salam olsun!
    62-ci məktub
    İmam Əli əleyhis-salamın Malik Əştəri (Allah ona rəhmət etsin) Misirə vali təyin edəndə onunla, həmin diyarın əhalisinə göndərdiyi məktublarındandır. (İmam əleyhis-salam bu məktubda Həzrət Peyğəmbərdən – səlləllahu əleyhi və alih – sonra başına gələnlərin bir hissəsini açıqlayıb.)
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Nöqsan sifətlərdən pak və uzaq olan Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) bəşəriyyəti (ilahi əzabdan) qorxudan və (insanların nicatı üçün Allah tərəfindən göndərilmiş) peyğəmbərlərə şahid kimi göndərmişdir. O Həzrət – səlləllahu əleyhi və alih – vəfat etdikdən sonra müsəlmanlar xilafət barəsində çəkişmə və qalmaqala düşdülər. Allaha and olsun ki, qəlbimə gəlmir və fikrimdən belə keçmirdi ki, ərəblər o Həzrətdən (səlləllahu əleyhi və alih) sonra xilafəti onun Əhli-Beytindən başqa birinə həvalə edəcək və (bütün tapşırıqlara və məni Qədir-Xumda və digər yerlərdə aşkar şəkildə xilafətə təyin etməsinə baxmayaraq,) o Həzrətdən sonra onu məndən əsirgəyəcəklər.(Buna görə də düşmənin az və ya çox olması mənim nəzərimdə eynidir və onlarla vuruşmaqdan qorxum yoxdur. Çünki hər bir halda onlarla müharibə etmək səadət və xoşbəxtliyin artmasına səbəb olur. )Məni (yəni, hər bir ağıllı və agah şəxsi) camaatın beyət etmək üçün filankəsə (Əbu Bəkrə) tərəf tələsmələrindən başqa bir şey narahat etmədi (və ya təəccübləndirmədi). Beləliklə, (həmin vəziyyətdə) əl saxladım (onları öz ixtiyarlarına buraxdım). Nəticədə camaatın bir dəstəsinin dindən dönərək mürtəd olduqlarını və İslamdan qayıdaraq Məhəmmədin (səlləllahu əleyhi və alih) dinini məhv etmək istədiklərini gördüm. Qorxdum ki, İslam və müsəlmanların köməyinə başlamasam, onda nöqsan və dağıntı (yaranmasını) görərəm və onun müsibət və kədəri mənim üçün, nəticəsi (susuz adamın su sandığı) ilğım kimi (yaxınlaşanda) yoxa çıxan və ya bulud kimi səpələnən bir neçə günlük müvəqqəti mal olan sizə hakimlik və vilayəti əldən çıxarmaqdan daha ağır olar. Buna görə də həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxdım (İslam və müsəlmanlara kömək edərək onları məəttəlçilik və çaşqınlıqdan qurtardım). Nəticədə əyrilik və təxribatların qarşısı alındı və onlar məhv oldular, din (mürtəd və dağıdıcıların fitnələrindən) sakitlik taparaq (nigarançılıqdan) qurtulub öz yerində qərar tutdu.(Deyirlər ki, Bəni-Üməyyədən olan Müğeyrə ibn Şö'bə Ömər tərəfindən Kufənin hakimi olanda məst halda camaatla namaz qılıb, namazın rəkətlərinin sayını artırıb və məscidin pişnamazın yeri olan mehrabına qusub. Sonra ona şallaq vurublar. Həmçinin Xalid ibn Abdullah Taifdə Ütbə ibn Əbu Süfyana şərab içdiyi üçün şallaq vurub. )

    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-01)
    Views: 701 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024