İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 1
İstifadəçilər 1
Ferec313
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    Bu da həmin məktubun (o Həzrətin cihadının haqqın icrası uğrunda olması və onun düşmənin çoxluğundan qorxmaması barəsindəki) bir hissəsidir
    Vallah, əgər mən onlarla (Müaviyə və onun qoşunu ilə) təkbaşına qarşılaşsam və onlar (öz çoxluqları ilə) bütün yer üzünü doldursalar, (qətiyyən heç nədən) çəkinməz və qorx¬ma¬ram. Mən onların düçar olduqları azğınlıqlar və özü¬mün hidayət və nicat yolunda olmağım barəsində öz tərəfimdən bəsirətə, Rəbbim tərəfindən isə yəqinlik və inama malikəm. Allahla görüşü (Onun yolunda öldürülməyi) arzulayır və ümidvarcasına Onun gözəl savabını gözləyirəm.(«Rical» alimləri onu yaramaz şəxs hesab edir və onun rəvayətlərinə etimad etmirlər. Əş'ər Yəməndə olan bir qəbilənin adıdır və Əş'əri həmin qəbiləyə mənsubdur.) Amma mənim qəm-qüssəm bü ümmətin işlərinə onun ağılsız və pis əməllilərinin (Bəni-Üməyyənin) hakimlik et¬mələrindən, Allahın malını (müsəlmanların beytülmalını) əl¬dən-ələ ötürmələrindən, Onun bəndələrini qul, yaxşılarını düşmən, pislərini isə dost etmələrindəndir. Çünki onlardan sizin (siz müsəlmanların) aranızda şərab içən və (bu çirkin işinə görə) İslamda təyin edilmiş qaydada şallaq vurulmuş kəs var.(Çünki camaatı fitnədən kənar olaraq uzaqlaşmağa vadar etmək və Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyuruğunu nəql etmək ilk baxışda düzgün və sənin xeyrinədir. Ona görə ki, sənin məqsədin camaatı mənə qoşulmaqdan saxlamaqdır. Amma əslində mənim Cəməl tərəfdarları ilə müharibəm fitnə-fəsad deyil, əksinə, fitnənin qarşısını alan və asayiş amilidir. Buna görə də sənin müxalifət etməyin və onu nahaq yerə fitnə sanmağın sənin ziyanınadır. Çünki dünyada mənim cəzama, axirətdə isə ilahi əzaba düçar olacaqsan. ) Onların içərisində (Əbu Süfyan və Müaviyə kimi) azacıq bəxşişlər verilməyincə müsəlman olmayıb İslamı qəbul etməyən kəslər var. (Əsas mətndə işlənmiş «رَضِيخَة» «rəzixə» kəlməsi İslam və müsəlmanlara münasibətdə qəlbləri yumşalıb kömək etmələri üçün kafirlərə verilən az miqdarlı bəxşişə deyilir.) Buna görə də əgər bu şəxslərin vali olmaq qorxusu olmasaydı, sizi (cihad və vuruşa) çox vadar etməz, (tənbəlliyə görə) məzəmmət etməz, sizi həvəsləndirmək üçün bu qədər çalışmaz və (düşmənlə döyüşməkdən) boyun qaçırıb süstlük edən¬də sizi azad buraxardım (öz halınızda qoyardım). Ətrafınızın mühasirə edilməsini, diyarınızın zəbt edilərək ixtiyarınızda olan şeyləri əllərinə almalarını və şəhərinizdə müharibə etmələrini görmürsünüzmü?! (Müaviyənin sizin bəzi şəhərlərinizi almasını və indi də məmləkətin hamısını öz əlinə keçirmək üçün müharibə etməsini görmürsünüz?!) Allah bağışlasın sizi! Düşməninizlə döyüşə gedin, özünüzü yerə yük etməyin (evdə qalıb süstlük etməyin). Yoxsa xar olar, biçarəliklə geri dönər və nəsibiniz ən alçaq şey olar. Müharibənin qardaşı (döyüşkən və cəngavər şəxs) oyaq və sayıqdır. (Düş¬mən¬dən xatircəm olub) yatan kəsin düşməni yuxuya getməz. (Düşməndən xatircəm olmasını güman edib yatan kəs bilməlidir ki, düşmən ondan rahat və xatircəm deyil.) Salama layiq kimsəyə sa¬lam olsun.
    63-cü məktub
    İmam Əli əleyhis-salamın Əbu Musa Əş’əriyə olan məktublarındandır.(Bu cümlə ərəb dilində bir məsəldir və birini alt-üst etməyə işarədir. ) O, İmam əleyhis-salam tərəfindən Kufənin hakimi idi. İmam əleyhis-salam kufəliləri Cəməl tərəfdarları ilə (Təlhə, Zubeyr, Aişə və onların ətrafındakılarla) müharibəyə çağıranda Əş’ərinin camaatı ona yardım etməyə gəlməkdən çəkindirərək müxalifət etməyə vadar etməsi xəbəri o Həzrətə çatanda bu məktubu yazıb. (Əbu Musa həmin vaxt belə deyirmiş: Bu, müsəlmanlar arasına düşmüş bir fitnə-fəsaddır və ondan uzaq olmaq lazımdır. Həzrət Peyğəmbərdən – səlləllahu əleyhi və alih – hədis nəql edirmiş ki, ümmətin arasında fitnə zahir olanda siz kənara çəkilin. Bu xəbər İmam əleyhis-salama çatanda oğlu imam Həsən əleyhis-salamı bu məktub ilə Kufəyə göndərdi və onda Əbu Musanı bu çirkin işinə görə hədələyərək məzəmmət etdi.)
    Allahın bəndəsi Əmirəl-möminin Əlidən Abdullah ibn Qeysə:
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Səndən mənə sənin həm xeyrinə, həm də ziyanına olan bir söz çatıb.(Bu cümlə Əbu Süfyana işarədir. O, Həzrət Peyğəmbər Məkkəni fəth edərək on min nəfərdən artıq bir qoşunla gecə Məkkəyə daxil olana kimi İslamı qəbul etmədi. Abbas o Həzrətin qatırını minib Məkkənin ətrafında gəzirdi ki, Qureyşi Peyğəmbərin yanına gedib üzr istəmələrinin zəruriliyindən xəbərdar etsin. O, Əbu Süfyanla rastlaşdı. Əbu Süfyana dedi: Mənim tərkimə min, səni Həzrət Peyğəmbərin yanına aparıb sənin üçün aman alım. Onlar Peyğəmbərin yanına gələndə o Həzrət buyurdu: İslamı qəbul et. Əbu Süfyan qəbul etmədi. Ömər dedi: Ey Allahın elçisi, əmr et, onun boynunu vurum. Abbas Əbu Süfyanın qohumu olduğu üçün ona kömək etmək məqsədi ilə belə dedi: Ey Allahın Peyğəmbəri, o sabah İslamı qəbul edəcək. Səhərisi gün yenə Peyğəmbər ona İslamı qəbul etməsini əmr edəndə, o, qəbul etmədi. Abbas gizlində ona belə dedi: Allahın birliyi və Peyğəmbərin peyğəmbərliyinə şəhadət ver, hətta qəlbində inamın olmasa belə, yoxsa öldürüləcəksən. Əbu Süfyan bundan sonra məcbur qalıb İslamı qəbul etdi. ) Buna görə də mənim elçim sənin yanına gələndə ətəyini çırma, kəmərini möhkəm bağla və deşik və yuvandan (Kufədən) çölə çıx. (Kərtənkələ kimi deşiyə girib rahat qalacağını güman etmə.) Səninlə olanları (yoldaşlarını) çağır və həvəsləndir (bizə kömək etməyə vadar et). Beləliklə, əgər (bizim işimizi) düzgün sayıb inansan (bizə tərəf) gəl. Amma qorxsan (bizim arxamızca getməkdə süst olsan), uzaqlaş (hökumət və qoşundan kənar ol). Allaha and olsun ki, harada olsan gətirərlər səni və yağını südünə və əridilmişini donmuşuna qatmayınca səni azad buraxmazlar.(İmam əleyhis-salamın məqsədi budur ki, sən bu sözünlə özünü Mühacirlərdən saymaq istəyirsən, halbuki sən, atan və qardaşların əvvəlcə əsir düşdünüz və sonra İslamı qəbul etdiniz. ) Oturmağa fürsət tapmaz və arxandan qorxduğun kimi önündən də qorxarsan. (Nə önündən və nə də arxadan heç cür rahatlığa malik olmazsan.) Cəməl tərəfdarlarının fitnəsi sənin gü¬man etdiyin qədər asan bir fitnə deyil. O, çox böyük və ağır bir müsibət və dərddir ki, gərək onun dəvəsini minib çətinliklərini asan və dağlıqlarını düzənlik edəsən. (Bu hadisədən qafil olub onu asan sanmaq olmaz. Onun alovunun yatırılması üçün çalışmaq lazımdır.) Buna görə də ağlını topla, işini ələ al və payını tap. (Xülasə, işinin xeyir və ziyanı barəsində yaxşıca fikirləş.) Əgər (bizə kömək etmək) istəmirsənsə qurtuluş olmayan dar yerə uzaqlaş, çəkil. (Nicat tapmayacağın yerə get.) Bu işi başqalarının sona çatdırmaları və sənin yuxuda olmağın, nəticədə «filankəs haradadır?» deyilməməsi daha məsləhətdir. (Kənara çəkil. Çünki bu müharibə sənin köməyin olmadan da aparılar. Sənin orada olmağınla olmamağın birdir.) Allaha and olsun ki, bu müharibə və döyüş haqq olan kəsin (İmam əleyhis-salamın) əli ilə haqq olaraq düzgün aparılır. O, dindən və haqq yoldan uzaqlaşmış kəslərin etdiklərindən qorxub çəkinmir. (Çünki haqq olan kəsin batil və nadürüstdən qorxusu yoxdur.) Salama layiq kimsəyə salam olsun!
    64-cü məktub
    İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab məktublarındandır (ki, onda, onun sözlərinin səhv olmasını bəyan edir və onu məzəmmətləyir).
    Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: yada saldığın kimi biz sizinlə (İslamdan qabaq) dost və birgə idik. Amma dünənki gün (İslam) bizimlə sizi bir-birimizdən ayırdı. Biz iman gətirdik (Allahın elçisinə – səlləllahu əleyhi və alih – inandıq), siz isə kafir oldunuz. Bu gün (o Həzrətdən sonra) biz düz dayanmışıq (dinin göstərişlərinə əməl edirik), siz isə fitnə-fəsada üz tutdunuz (dinin yolundan kənara çıxdınız). Sizin müsəlmanınız (Həzrət Peyğəmbərin dövründə də) İslamı ancaq icbarla və İslamın böyük şəxsiyyətlərinin hamısı (Məkkənin fəthindən qabaq) Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dost və yoldaşı olandan sonra qəbul etdi.(Çünki deyirsən ki, mən Osmanın intiqamını almaq niyyətindəyəm və məzluma və zülmə məruz qalmış kimsəyə kömək edərək fitnə və xoşagəlməz işlərin qarşısını almaq istəyirəm. Amma sənin əməlin zülm, fitnə-fəsad və öz zəmanənin imamına qarşı çıxmaqdır. )
    Demisən ki, mən (Məhəmmədin atası) Təlhəni və (Abdullahın atası) Zübeyri öldürmüş, Aişəni uzaqlaşdıraraq işini naməlum saxlamış və Bəsrə ilə Kufədə enmişəm (Məkkə ilə Mədinədən uzaqlaşmışam)! Bu, sənin ondan uzaq olduğun bir işdir. (Bu hadisələrin sənə heç bir dəxli yoxdur.) Buna görə də sənə bir ziyan dəyməyib və onlara görə sənə üzr və bəhanə gətirməyə lüzum yoxdur. (Sənin qəzavət edərək öz zəmanənin imamına etiraz etmək haqqın yoxdur.)
    (Səninlə birgə və yoldaş olan) Mühacirlər və Ənsarla (onların olduqları qoşunla) görüşümə (mənimlə müharibə etməyə) gələcəyini xatırladırsan, halbuki hicrət qardaşın (Əmr ibn Əbu Süfyan Bədr müharibəsində) əsir olan gün sona çatdı.(Qur'ani Kərimin əsasında sizin aranızda hökm çıxarım. Bir-biri ilə çəkişməsi olan iki şəxsə mütləq bir hakim lazımdır. Orada haqq hakim İmam əleyhis-salam idi. Buna görə də Müaviyənin, bir qrup Mühacir və Ənsarı o Həzrətdən tələb edərək qətlə yetirmək haqqı yoxdur. Əslində onun itaət və tabeçilik göstərməsi vacib idi ki, həmin şəxslərlə imamın yanında bir-birini mühakimə etsinlər və sonra həmin mühakimə onun ya xeyrinə, ya da zərərinə sona çatsın. Amma Müaviyənin məqsədi mühakimə və qisas alınması məsələsi deyildi.) Bu¬na görə də əgər (mənimlə müharibə etməyə) tələsirsənsə ra¬hat ol. Çünki (biz mütləq bir-birimizlə qarşılaşacağıq. Ona görə də) mənim sənin görüşünə gəlməyim (əlinə keçirdiyin şəhərlərdə səninlə vuruşmağım) daha münasibdir ki, Allah səni cəzalandırmaq üçün məni göndərmiş olur. (Ona görə ki, fitnə-fəsadla məşğul olanların qarşısını almağa mən başqalarından daha layiqəm.) Sənin mənim görüşümə gəlməyin (mənim əlimdə olan şəhərlərdə mənimlə müharibə etməyin) isə Bəni-Əsəd (qəbiləsi şairlərindən olan) qardaşın dediyinə bənzəyir ki:
    مُسْتَقْبِلِينَ رِياحَ الصَّيْفِ تَضْرِبُهُمْ بِحاصِبٍ بَيْنَ أَغْوارٍ وَ جُلْمُودٍ
    «Xırda daşları çuxurların və böyük daşların arasından götürüb onlara vuran yay küləklərinə üz tutarlar.» (Məqsəd budur ki, ox, nizə və qılınclar həmin küləklərin xırda daşları kimi sənə və qoşununa yağacaq.)
    Sənin (ana) babanı (Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) və qardaşını (Hənzələ ibn Əbu Süfyanı) bir yerdə (Bədr müharibəsində) vurduğum qılınc yanımdadır. Allaha and olsun ki, sən mən bildiyim kimisən: qəlbin pərdələnib (fitnə və azğınlıq pərdəsi ilə elə örtülüb ki, öyüd-nəsihət ona heç bir fayda vermir) və ağlın zəif və azdır (ki, haqq yola qədəm qoymursan). Sənin barəndə belə deyilsə daha yaxşı olar ki: sən, xeyrinə deyil, ziyanına olan hündür bir pis yeri sənə göstərən nərdivana çıxmısan. Çünki sən sənin olmayan itiyi axtarmısan və sənin olmayan heyvanı otarmısan. Elə şeyi istəyirsən ki, ona layiq deyilsən və onun mədənindən uzaqsan. Buna görə də sənin sözün əməlindən nə qədər də uzaqdır!!(Xilafət və imamətin hər şeydən vacib olmasının səbəbi budur ki, ət və qan həmişə dəyişir və əvəz olur. İmama tabe olmağın vacibliyi isə həmişə şəxslə birgədir və onun ayrılmaz hissəsidir ki, onda dəyişmə və əvəz olma baş vermir.) Əmilərinə və dayılarına (qohumlarına) çox tez oxşadın. Bədbəxtçilik və puç arzular onları Məhəmmədi (səlləllahu əleyhi və alih) inkar etməyə vadar etdi. Buna görə də onları sənin bildiyin yerlərdə (Bədr, Hüneyn və başqa müharibələrdə) öz həlak yerlərinə atdılar (öldürdülər). Böyük hadisənin qarşısını almadılar, meydanı boşaltmayan və heç süstləşməyən qılıncların müqabilində himayə edərək kömək göstərilməsi lazım olan şeydən çəkinmədilər.
    Osmanı öldürənlər barəsində çox danışdın. Elə isə sən də xalqın daxil olduğu şeyə daxil ol. (Sən də başqaları kimi itaət edərək tabe ol.) Bundan sonra mənim yanımda onlara qarşı iddia irəli sür ki, mən səni və onları Allahın kitabına (tabe olmağa) vadar edim.(Məsələnin həqiqətini bildikdən və haqq aşkar olandan sonra insanın axtarması üçün nahaqdan başqa bir şey qalmır, bu istisna ilə ki, o, həmin nahaqqı haqq kimi göstərməyə çalışsın. ) Aldatmaq istədiyinə (Osmanın intiqamı adı ilə Şam hökumətini sənə verməyimi planlaşdırmağına) gəldikdə (bilməlisən ki): bu, uşağı süddən ayırarkən süd (içməməsi) üçün onu aldatmağa bənzəyir. Salama layiq kimsəyə salam olsun!
    65-ci məktub
    Bu da imam Əli əleyhis-salamın Müaviyəyə olan mək¬tub¬¬larındandır. (Müaviyə məktub yazaraq o Həzrətin Şam hökumətini ona verməsini, onu özünün canişini etməsini və yanına çağırmamasını istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb və onda, onun sözlərinin səhv olmasını və istədiyi şeylərə layiq olmamasını xatırladıb.)
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Sənin diqqətlə baxıb aşkar işlərdən faydalanmağının (mənim xilafətimin düzlük və haqq olmasına yəqin edib inanmağının) vaxtı çatıb. Nahaq iddialar (Şam hökuməti və canişinlik iddiası) etmək, qorxub çəkinmədən özünü yalanlara (onun azğınlıq çölünə) atmaq (və qiyamət əzabını nəzərə almamaq), sənin məqam və mərtəbəndən üstün olan şeyi (müsəlmanlara xəlifəlik və hakimliyi) iddia və yalan (yolu) ilə özünə yapışdırmaqla keçmişlərinin (qohumlarının azğınlıq) yolları ilə getdin (və düz yoldan uzaqlaşdın). Haqdan (Allahın və Peyğəmbərin göstərişlərindən) uzaqlaşdığın və sənə ət və qanından da lazımlı şeyi (mənim xilafətimi) inkar edib tabe olmadığın üçün sənə tapşırılan şeyi (beytülmalı) oğurladın.(Xülasə, insan Allahın istəyi olmadan bu məqam və mərtəbənin həqiqətinə nail ola bilməz.) Onu (Həzrət Peyğəmbərin Qədir-Xum və bir çox digər yerlərdə mənim barəmdə buyurduqlarını) sənin qulağın qoruyub saxlayıb («eşitməmişəm» deyə bilməzsən) və sinən onunla dolub («xəbərim yoxdur, bilmirəm» deyə bilməzsən). Haqdan və düzlükdən sonra aşkar azğınlıqdan, həmçinin haqqı aşkar etdikdən sonra yanlışlıq və batilə qarışmaqdan başqa nə var?(Çünki sən layiq deyilsən və mən, heç vaxt haqqa zidd və Allah və Peyğəmbərin göstərişlərinin əksinə olan bir iş tutmaram və sənin ovsunlarınla yoldan çıxmaram. ) Buna görə də şübhədən və haqq ilə batili bir-birinə qatmaqdan qorx. Çünki (şübhələr yaradan) fitnə, neçə vaxtdır öz pərdələrini asıb (hazırlayıb) və onun zülməti gözləri torlu və görməz edib.
    Səndən mənə sözləri qarmaqarışıq (bir-birinə aidiyyatı olmayan) bir məktub gəlib çatıb ki, onun (sözlərinlə dəm vurduğun) sülh və barışıq gücü zəif və yetərsizdir. Onda elə hiylələr var idi ki, onları sənin elm və təmkinin uydurmamış, bir yerə toplamamışdır. (Əksinə, sən onları nadanlıq, həyasızlıq və ağılsızlıqla hazırlamısan.) Sən bu puç sözlərinlə hamar qumluqda batan və qaranlıq yerdə ehtiyatsız hərəkət edən (öz ayağının qabağını körməyən) kimsəyə bənzəyirsən. Özünü elə uca yerə qaldırmısan (məndən səni canişin etməyimi istəmisən və həmin məqamı umursan) ki, ora çatmaq çətin, nişanələri isə yüksəkdir. Ora (heç kəsin əli çatmayan uca dağların qüllələrində yuva quran iti caynaqlı və yüksək uçuşlu) qartal (belə) çata bilməz. Onunla Əyyuq (süd yolunun sağında çox yüksəklikdə olan kiçik, aydın və qırmızı bir ulduzdur ki, Ülkər ulduzunun arxasında olur və ondan qabağa keçmir) bir ola bilər.(Əgər bu gün tövbə edib öz yoluna qayıdaraq bizə tabe olsan rahat və asudə qalarsan. Amma müharibə və qan tökülməsi başlayandan sonra çarə etmək mümkün olmayacaq. )
    Allah göstərməsin ki, sən məndən sonra işlərinin həlli üçün müsəlmanlara hakim olasan, yaxud sənə onların biri üzərində əqd (– nigah, alver, icarə və bu kimi şeylər), yaxud əhd (bey'ət, aman, himayə və buna bənzər işlər) üçün bir vəzifə verim!(Halbuki sevinc və kədər yersizdir. Çünki çatmalı şey çatacaq, çatmamalı şey üçün səy edib çalışmağın isə bir faydası yoxdur) Buna görə də indi özünü hazırlayaraq düşün. Çünki əgər Allahın bəndələri sənə tərəf hərəkət edənə (qoşunumuz səninlə döyüşə gələnə) kimi nöqsan və başısoyuqluğunu davam etdirsən, qapılar üzünə bağlanacaq və bu gün səndən qəbul edilə bilən iş (onda) qəbul edilməyəcək.(Çünki sevinmək o vaxt yerinə düşər ki, tapılmayan bir şey əldə edəsən. Həmçinin kədərlənmək o yerdə rəvadır ki, əldə olan qazanc və mənfəəti əldən çıxarasan. ) Salama layiq kimsəyə salam olsun!
    66-cı məktub
    İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa (dünyada sevinməmək və kədərlənməmək barəsində öyüd-nəsihət verdiyi) məktublarındandır. Bu məktub bundan öncə (iyirmi ikinci məktubda) başqa ibarələrlə keçdi.
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Bəndə həmişə əldən çıxarması təqdir edilməmiş şeyə çatanda sevinir. Ona çatması təqdir edilməmiş şeyə görə isə kədərlənir.(Altıncı əsrin imamiyyə alimlərinin böyüklərindən olmuş mərhum Şeyx Əbu Əli Fəzl ibn Həsən Təbərsi «Məcməul-bəyan fi təfsiril-Qur'an» kitabında bu mübarək ayənin təfsirində İbn Abbas, Qutadə və Səid ibn Cubeyrdən nəql edib ki: Məkkənin evlərini icarəyə vermək və satmaq haramdır. Həmçinin Məscidül-Həramdan məqsəd bütün Məkkədir, Allah-təalanın İsra surəsinin 1-ci ayəsində buyurduğu kimi ki: «سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَي» «Bəndəsi Həzrət Mustafanı bir gecə Məscidül-Həramdan, yəni, Məkkədən Məscidül-Əqsaya, yəni, Beytul-müqəddəsə aparan Allah pak və müqəddəsdir» Təbərsi əleyhir-rəhmə bu mübarək ayənin təfsirində də belə buyurur: Təfsir alimlərinin əksəriyyəti deyiblər ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) həmin gecə Əli ibn Əbu Talibin (əleyhis-salam) bacısı Ummu Hani və onun əri Hübeyrə ibn Əbu Vəhəb Məxzuminin evində yatıbmış və me’raca oradan gedib. Buna görə də burada Məscidül-Həramdan məqsəd Məkkədir və Məkkə ilə hərəmin hər ikisi məsciddir. Mərhum Şeyx Tureyhi «Məcməul-bəh¬reyn» lüğət kitabında «عَكَفَ» «əkəfə» kəlməsi barəsində belə deyir: Hədisdə nəql edilib ki, Həzrət Sadiq əleyhis-salam buyurub: Məkkənin evlərinə qapı qoymaq yaxşı sayılmırdı. Çünki hacılar ora düşməli idi ki, öz həcc əməllərini həmin ev əhli ilə birlikdə yerinə yetirsin. İlk dəfə Məkkənin evlərinə qapı qoyan Müaviyə olub. Burada bu məsələ barəsində bundan artıq danışmaq lazım deyil və onun yeri fiqh kitablarıdır. ) Buna görə də dünyadan əldə etdiyin ən yaxşı şey ləzzət və şadlığa çatmaq və (intiqam almaq və incitməkdə) qəzəb işlətmək deyil, batil və nahaqqı yatırmaq (məhv etmək) və haqq və düzlüyü diriltmək (bərpa etmək) olmalıdır. Gərək sevincin qabaqcadan göndərdiyin (sabahına tədarük gördüyün) şey üçün, kədərin görmədiyin (dünyada axirət üçün yerinə yetirmədiyin) iş üçün, fikir-düşüncən isə ölümdən sonra üçün olsun.(Salman (Allah onun ruhunu müqəddəsləşdirsin) ən böyük və hörmətli müsəlmanlardan, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) ən seçilmiş və yaxın səhabələrindən və Əmirəl-möminin əleyhis-salamın şiələrindən olub. İbn Əbil Hədidin hədis alimlərinə istinad edərək nəql etdiyinə görə Salman «Səqifə» günü müsəlmanlara fars dilində belə deyib: «كرديد و نكرديد» «kərdid və nəkərdid» «etdiniz və etmədiniz», yəni, özünüz xəlifə seçdiniz və Həzrət Peyğəmbərin təyin etdiyi xəlifəyə göz yumdunuz. Kinayə ilə demək istəyib ki, zahirdə müsəlmana oxşayırsınız, amma batində müsəlman deyilsiniz. Qələm əhli arasında onun İslamdan qabaqkı adı barəsində fikir ayrılığı mövcuddur və onun üçün Mənuçehr şahın övladlarından Ruzbeh ibn Xoşnudan, Behbud ibn Bədəxşan və bu iki addan başqa digər adlar deyilib. Həzrət peyğəmbər onu Salman adlandırıb. Ona Salmanul-xeyr və Salmanul-Məhəmmədi ləqəbi verilib. Ondan «sən kimsən?» deyə soruşanda «mən Adəm övladlarından olan Salman ibn əl-İslamam» cavab verirmiş. Künyəsi Əbu Abdullah, Əbulbəyyinat və Əbulmürşid olub. Onun əsli ya Şirazdan, ya Ramhürmüzdən, ya Şuştərdən, ya da İsfahanın Cəyy deyilən kəndindən olub. Dünya həmişə belə olub və indi də belədir və sonda onun hamısı məhv olacaqdır. Buna görə də belə bir yerə ürək bağlamaq ağılsızlıqdır. )
    67-ci məktub
    İmam Əli əleyhis-salamın onun tərəfindən Məkkənin hakimi olan Qusəm ibn Abbasa məktublarındandır. (İmam əleyhis-salam bu məktubda ona həcc mərasimini bərqərar etməyi əmr edir, camaatla ünsiyyətdə olmayıb qapalı olmaqdan çəkindirir və Məkkə əhalisinin hacılardan kirayə almalarını qadağan edir.)
    Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Həcci camaatla birgə bərqərar et (onun əməllərini bilməyənlərə öyrət və həcci yerinə yetirmək üçün onları bir yerə topla) və «Allahın günlərini» (keçmiş ümmətlərin çirkin əməllərinə görə aldıqları cəzaları) onların yadına sal. (Vaxtların ən yaxşısı olan) səhər və axşamüstü onlarla otur, (dini) hökm soruşana fitva ver, nadana elm öyrət və alimlə söhbət et. Gərək sənin, dilindən başqa camaata söz çatdıranın olmasın. (Hər nə istəyirsənsə özün birbaşa onlara de. Məğrur insanlar kimi xəbər göndərmə.) Həmçinin üzündən başqa qapıçın olmamalıdır. (İstəyən hər bir kəs maneəsiz səni görə bilməlidir.) İstəyi olanın səninlə görüşməsinə mane olma. Çünki əgər həmin istək işin əvvəlində sənin qapılarından düzəlməsə, onu işin sonunda düzəltdiyin üçün təriflənməzsən. (İstək sahibi, işin əvvəlində çəkdiyi zəhmətlər nəticəsində ruhdan düşdüyü üçün səni tərifləməz.)
    Allahın malından (müsəlmanların beytülmalından) yanında yığılanlara bax (onunla məşğul ol). Onu yanında olan ailəli və ac kəslərə ver, (həqiqətən) fağır, yoxsul və möhtac olanlara çatdır. Ondan artıq qalanını bizim yanımıza göndər ki, yanımızda olanlar arasında paylayaq.
    Məkkə əhalisinə göstəriş ver ki, (həmin diyarın əhalisindən olmayıb evlərdə) məskunlaşanlardan muzd və kirayə almasınlar. Çünki nöqsan sifətlərdən pak olan Allah (Qur’ani-Kərimin Həcc surəsinin 25-ci ayəsində) buyurur: («إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاء الْعَاكِفُ فِيهِ وَالْبَادِ» Kafir olub Allaha və Peyğəmbərə iman gətirməyənlər və camaatı Allahın yolundan, itaət və bəndəlikdən, hamı üçün etdiyimiz və) onda «akif» (oranın əhli) ilə «badi» (qərib) bərabər olan (Məscidül-Həramdan döndərənlərə şiddətli əzab daddıracağıq).» «عاكِف» «Akif»dən məqsəd Məkkədə yaşayan, «بَادِ» «badi»dən məqsəd isə həmin diyarın sakini olmayıb həccə gedəndir.(Ölüm arzulamaq o vaxt yerinə düşər ki, itaət və bəndəlik nəticəsində və axirət səfərinin azuqəsinə malik olmaqla sənin ölümdən sonra işlərinin bu həyatdan yaxşı olacağına yəqinliyin olsun. Belə olmasa, bu cür arzulara dalmaq dini zəif və ağılsız insanların diləyidir ki, onlar axirət işlərini düzəltməmiş ölüm arzulayarlar. ) Allah bizi və sizi Özünün sevdiyi (əmr buyurduğu) gözəl əməl və layiqli işlərə müvəffəq etsin. Salama layiq olana salam olsun!
    68-ci məktub
    İmam Əli əleyhis-salamın (zahiri) xilafətə çatmamışdan qabaq Salman Farsiyə (Allah ona rəhmət etsin) olan məktublarındandır (ki, onda onu dünyaya aldanmaqdan çəkindirib).(Çünki ola bilər ki, eşitdiyin şey yalan olmuş olsun. Buna görə də fikirləşib düşünmədən nəyisə söyləməyin sənin özünün yalan danışmağın, «belə eşitmişəm» deməyin isə yalan nəql etməyin kimidir. )
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Dünya əl vuranda yumşaq, zəhəri isə həlakedici olan ilan misalındadır. Buna görə də səni dünyada şad edən şeydən (maldan) uzaq ol. Ona görə ki, onun malından bir azı (ancaq bir kəfən) səninlə birgə qalacaqdır (qəbrə gedəcəkdir). Həmçinin onun qəm-kədərini özündən uzaqlaşdır. Çünki ondan ayrılacağına və onun halının dəyişəcəyinə inanırsan (bilirsən ki, nəhayət ondan ayrı qalacaqsan və onun rəftarı hər an əvvəlki vaxtdakı rəftarına ziddir. Buna görə də ona ürək bağlama və bir neçə günlük yaşayış üçün özünü qəmləndirmə). Dünya ilə ünsiyyət və əlaqən çox olan zaman ondan daha çox qorx. Çünki dünyapərəst ona ürək bağlayıb şad olanda, dün¬ya onu həmin şəraitdən çətinliyə tərəf çəkir, yaxud onunla ünsiyyət və əlaqəyə arxalanıb dinclik tapanda onu həmin haldan (çıxarıb) qorxu və vahiməyə düçar edir. (Buna görə də ağıllı adam bu cür düşmənlə dostluq etməyə aldanmamalıdır, əksinə, o, özünü dost kimi göstərəndə ondan daha çox uzaqlaşmalıdır.) Salama layiq kimsəyə salam olsun!
    69-cu məktub
    İmam Əli əleyhis-salamın Haris Həmdaniyə məktub¬larındandır. (O, Əmirəl-möminin əleyhis-salamın səhabələrindən və deyəsən, o Həzrətə tabe olanlardan olub. Həmdan Yəməndə olan bir qəbilənin adıdır. Bu, böyük bir məktubdur ki, Seyyid Şərif Rəzi əleyhir-rəhmə onun bir hissəsini burada bəyan edib. Onun mövzusu gözəl və nəcib əxlaq və xasiyyət, eləcə də bəyənilən davranış qaydalarıdır.)
    Qur’an ipindən yapış (onun hökm və göstərişləri əsasında davran), onu özünə öyüd-nəsihət verən et və halalını halal, haramını haram bil (ki, dünya və axirət səadətini və xoşbəxtliyini sənə nəsib etsin). Bundan əvvəl olmuş həqiqətlərə inan. (Həzrət Peyğəmbərdən əvvəl olmuş peyğəmbərləri və onların Allah tərəfindən öz ümmətlərinə gətirdiklərini təsdiq et.) Dünyanın keç¬mi¬şindən onun qalan hissəsi üçün ibrət al. (Onun qalan hissəsini keçmişi ilə müqayisə et, tutuşdur və bil ki, qalan da keçən kimi minlərlə dərd-qəmlə ötüb keçəcək.) Çünki onun bir hissəsi digər hissəsi kimidir və sonu əvvəlinə bağlıdır. Onun hamısı məhv olan və aradan gedəndir.(Məsələn gərək elmini nadanlara öyrədəsən, gözəl paltarını geyinəsən, mal və sərvətindən yoxsullara bağışlayasan, geniş-rahat evində möminləri qonaq çağırasan və həmçinin Allahın sənə verdiyi hər bir nemətin nişanəsini xalqa göstərəsən. ) Allahın adını uca tut və haqq, doğru və yerindən başqa Ona and içmə. (Yaxud Ona, and içilməsi münasib və layiqli olan yerdə and iç. Buna görə də Onun adına yalandan və ya əhəmiyyətsiz şey üçün and içməkdən çəkin, qorx.) Ölümü və ölümdən sonrakı vəziyyətləri çox yadına sal (ki, bu sənin üçün ən böyük moizə edən və öyüd-nəsihət verəndir). Möhkəm şərti olmadan onu arzulama.(Özü itaət və bəndəlik edən, qohum-əqrəbasını düz yola istiqamətləndirən və malından yoxsul və imkansızlara verən kəsdir. )Əməl sahibinin özündə layiqli bilib başqa müsəlmanlarda nalayiq hesab etdiyi hər bir işdən çəkin. (Özün üçün bəyənmədiyin işi başqasına rəva görmə. Həmçinin özün üçün münasib bilmədiyin şeyi camaata namünasib güman etmə.) Gizlində edilərək aşkarda xəcalət gətirən hər bir işdən çəkin. (Gizlində çirkin və günah iş görüb camaat xəbər tutanda xəcalət çəkməyinə səbəb olan işdən çəkin.) Əməl sahibindən (nə üçün belə etməsini) soruşanda inkar etdiyi və ya üzr istədiyi hər bir işdən uzaq ol. (Heç vaxt kiminsə barəsində söz gəzdirmə, yalan quraşdırma.) Şərəf və heysiyyətini söz oxlarına hədəf etmə. (Onu ağzıgöyçəklər və eyb axtaranların dilindən qoru.) Hər eşitdiyini xalqa demə ki, bu yalançılığın nişanəsidir.(Çünki azğınların olmasının özü cəmiyyətin bədənində ağır bir xəstəlikdir. Bəzən onun mikrobu sirayət edib cəmiyyəti dağıdır. Buna görə də onların qaçmaları cəmiyyətin həmin xəstəlikdən sağalmasında təsirlidir. İmamın sağalaraq şəfa tapmağı hakimə nisbət verməsinin səbəbi, cəmiyyət başçısının cəmiyyətin hamısı kimi, onun timsalında olmasıdır. ) Xalqın sənə dediklərini rədd edib yalan sanma ki, bu da nadanlığa dəlildir. (Çünki ola bilər ki, sənə deyilənlər düz olmuş olsun. Buna görə də onu inkar etmək haqqa nadan olmaqdır.) Qəzəbini ud və qüdrətin olan zaman (cəzalandırmaqdan) keç. Əsəbləşəndə təmkinli ol və imkan və qüdrətinin olmasına baxmayaraq, (intiqam almaqdan) uzaq ol ki, gözəl savab sənin olsun. (Qiyamət günü Allah səndən intiqam almasın və mərhəmətini sənə nəsib etsin.) Allahın sənə əta etdiyi hər bir nemətin şükrünü yerinə ye¬tir. Allahın sənə bəxş etdiyi nemətlərin heç birini zay etmə. Gərək Allahın sənə əta etdiyi şeyin nişanəsi səndə görünsün.(Bəlkə də bu cümlə gələcəkdən xəbərdir. Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabının onuncu cildində Seyyid ibn Tavus əleyhir-rəhmədən nəql edir ki, İmam Hüseyn əleyhis-salam bir məktub yazıb onu, adı Süleyman, künyəsi isə Əba Zərin olan qulamı ilə Bəsrənin böyüklərinə göndərdi və onları köməyə və ona tabe olmağa çağırdı. Yəzid ibn Məs'ud Nəhşəli və Münzir ibn Carud Əbdi də həmin Bəsrə böyüklərindən idilər. O, həmin hadisəni nəql edərək bu yerə çatır ki: Münzir ibn Carud məktub gətirən şəxsi Ubeydullah ibn Ziyadın yanına gətirdi. Çünki məktubun Ubeydullah tərəfindən kələk və məkr olmasından qorxdu. Münzir ibn Carudun qızı Bəhriyyə, Ubeydullah ibn Ziyadın arvadı idi. Sonra Ubeydullah məktub gətirən şəxsi dar ağacından asdı. Bundan sonra isə minbərə çıxıb xütbə oxudu və Bəsrə əhalisini hədələdi ki, müxalifət yolunu tutmasınlar. )
    Bil ki, möminlərin ən gözəli özündən, qohum-əqrə¬ba¬sın¬dan və malından bağışlamaq baxımından daha yaxşı olanıdır.(Ərəb ayaqqabılarında ayağın böyük barmağının qoyulduğu yer. )Həmçinin bil ki, sənin qabaqcadan göndər¬di¬yin gözəllik (Allah yolunda verdiyin və əta etdiyin şeyin gözəlliyi) sənin üçün toplanaraq qalır (qiyamət günü onun savabını əldə edəcəksən). Özündən sonra qoyduğun şeyin gözəlliyi isə başqası üçündür (onun xeyri varisə nəsib olur). Zəif nəzər və dü¬şüncə və xoşagəlməz əməl sahibi ilə oturub-durmaq və yoldaşlıq etməkdən çəkin. Çünki insan öz dostu ilə həmxa¬siyyət olur. (Buna görə də onu dostuna oxşadırlar.) Böyük şə¬hər¬lərdə məskunlaş. Çünki müsəlmanlar orada bir-bi¬ri¬nin yanındadırlar (və onlardan elm və bilik əldə etmək və səadət və xoşbəxtlik yollarını öyrənmək olar). (Allahdan) qafil olmağa və (Onu) yaddan çıxarmağa, (yaxşılara) zülm etməyə səbəb olan və Allaha itaət və bəndəlik yolçularının az oldu¬ğu (küfr ölkələri və kəndləri kimi) yerlərdən çəkin. Düşüncəni işinə yarayan şeylərə vadar et (puç işlərə sərf etmə). Bazarların başında oturmaqdan çəkin. Çünki ora Şeytanın yeri və fitnə-fəsadın üzə çıxdığı məkandır. (Çox vaxt bu yerlərdə dünya işləri və dinə zidd əməllərlə məşğul olurlar. Buna görə də bacardıqca oradan uzaq olmaq lazımdır. Əl altında olan və) sənin ondan üstün olduğun (Allahın səni ondan üstün etdiyi) kəs barəsində çox düşün, qayğılan. Çünki sənin onun barəsində fikirləşməyin, şükr yollarından biridir. (Bu qayğılanmaq ilə Allahın sənə verdiyi nemətlərin şükrünü yerinə yetirmiş kimi olursan.) Cümə günü namazda iştirak edənə kimi səfərə çıxma. Allah yolunda (din düşmənləri ilə cihada) getmək, yaxud üzrlü olduğun (və namaz vaxtına kimi qala bilmədiyin) səfər bundan istisnadır. Bütün işlərində Allaha itaət et, tabe ol (Onun göstərişləri əsasında hərəkət et). Çünki (səadət və xoşbəxtlik onunla əldə edildiyi üçün) Allaha itaət hər bir şeydən üstündür. İbadət və bəndəlikdə öz nəfsini tovla. (Onu aldadıb cəzadan qorxutmaq və savaba sevindirmək vasitəsi ilə şəhvətdən saxla və itaətə vadar et.) Onunla yumşaq davran (Onu çox çətinliyə salma) və onu məğlub etmə (öhdəsinə ağır vəzifələr qoyma). Güzəşt və sevinc zamanı onu haqla (asudə və şad olanda onu itaət və bən¬dəliyə məcbur et, əlbəttə, gündəlik namazlar kimi) yerinə yetirilməsi sənin üçün vacib olan şeylərdən qeyrisi üçün. Çünki onun (vacibatın) yerinə yetirilməsi və vaxtında həyata keçirilməsi zəruridir (şad və ya qəmgin olmaqdan asılı olma¬ya¬raq onları mütləq yerinə yetirmək lazımdır). Sən dünya malı əl¬də etmək üçün Rəbbindən (Ona itaətdən) qaçarkən ölü¬mün səni haqlamasından qorx. Yaramaz əməl sahibləri ilə yoldaşlıq etməkdən çəkin. Çünki pis pisliyə birləşər. Allahı uca və böyük bil, Onu sevənləri sev. Qəzəbdən çəkin. Çünki o, şeytanın qoşunlarından olan böyük bir qoşundur (ki, onun vasitəsi ilə səni bədbəxtliyə çəkir). Salama layiq kimsəyə salam olsun!
    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-02-28)
    Views: 766 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024