İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4

    70-ci məktub
    İmam Əli əleyhis-salamın onun tərəfindən Mədinənin hakimi olmuş (və qırx beşinci məktubun şərhində yaxşılığını xatırlatdığımız) Səhl ibn Hüneyf Ənsariyə, həmin diyarın əhalisindən Müaviyəyə birləşmiş bir dəstə barəsindəki məktublarındandır (ki, İmam əleyhis-salam ona bu hadisəni əhəmiyyətsiz sayıb kədərlənməməyi buyurmuşdur).
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mənə xəbər çatıb ki, sənin yanında olanlardan bəziləri gizlində Müaviyəyə birləşirlər. Onların əldən çıxması və sə¬nə olan köməklərinin (qoşun və rəiyyətinin sayının) azalmasına görə ruhdan düşüb kədərlənmə. Onlar (cəzalandırılmaları) üçün azğınlıq (xəstəliyi), sənin üçün isə onlardan şəfa tapmaq (onların əzab-əziyyətlərindən qurtulmağın) bəsdir.(«جَمَلُ أهْلِكَ وَ شِسْعُ نَعْلِكَ خَيْرٌ مِنْكَ»Bu cümlə məsəldir və mənası budur ki, heyvan və cansız əşyanın xeyri səndən çoxdur.)Onların qaçdıqları şey hidayət və qurtuluş, (tərəfinə) tələsdikləri şey isə azğınlıq və nadanlıqdır. Onlar dünyanı sevənlərdir ki, tələsik ona üz tutublar. Onlar (bizim davranış üsullarımızdan) ədalət və düzlüyü tanıyıb gördülər, eşitdilər, qulaqlarında saxladılar və bildilər ki, bizim yanımızda olan insanlar haqq-hüquq baxımından bərabərdirlər. Bu¬na görə də (onların arasında hər bir şeyi ancaq bərabər bö¬lüş¬dür¬məyimizi görüb) qaçdılar ki, özləri mənfəət əldə edib baş¬qalarını nəsibsiz qoysunlar. Allah onları rəhmindən uzaq etsin!!
    Allaha and olsun ki, onlar zülm və sitəmdən qaçma¬yıb və ədalət və insafa qovuşmayıblar. Biz Allahın, istə¬yə¬cəyi təqdirdə bu xilafət işinin çətinliklərini bizim üçün asanlaşdıracağına və nahamarlıqlarını hamarlaşdıraca¬ğı¬na ümidvarıq . Sənə salam olsun!
    71-ci məktub
    İmam Əli əleyhis-salamın (Əbdül-Qeys qəbiləsindən olan) Münzir ibn Carud Əbdiyə məktublarındandır. (İmam əleyhis-salam) onu bəzi şəhərlərə (Farsa) hakim təyin etmişdi. Münzir o Həzrətin onu təyin etdiyi bəzi işlərdə xəyanət etmişdi. (Xərac pullarından dörd min dirhəm oğurlamışdı. İmam əleyhis-salam bu məktubda onu məzəmmət edərək öz yanına çağırmışdır. Həmçinin öz qəbiləsi Əbdül-Qeys ilə Həzrət Peyğəmbərin hüzuruna gəlib İslamı qəbul etmiş atası Carudu tərifləmişdir. Axır ki, «Rical» alimləri Münziri zəif hesab edir və onun rəvayətlərinə etimad etmirlər.)
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Ata¬nın yaxşılığı məni aldatdı və sənin, onun üsuluna tabe olub onun yolu ilə gedəcəyini güman etdim. Birdən mə¬nə xəbər çatdı ki, xəyanət etmisən: nəfsi istəklərinə ta¬be olmaqdan əl çəkmirsən, axirətin üçün azuqə toplamır¬san, öz dünyanı axirətini viran etməklə abadlaşdırırsan və dinindən qırılaraq qohum-əqrəbana birləşirsən.(Münzir İmam əleyhis-salamın yanına gələndə o Həzrət onu zindana saldı. Əmirəl-mömininin səhabələrinin yaxşılarından və Əbdül-Qeys qəbiləsinin böyüklərindən olan Sə'sə'ə ibn Sauhan onun barəsində vasitəçilik edərək onu zindandan azad etdirdi.)Əgər sən¬dən mənə çatan şey (xəyanət) düz olsa, sənin əhlilləşmiş dəvən və ayaqqabının bəndi(Necə ki, Qur’ani-Kərimin Yunus surəsinin 107-ci ayəsində buyurulur: «وَإِن يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلاَ كَاشِفَ لَهُ إِلاَّ هُوَ وَإِن يُرِدْكَ بِخَيْرٍ فَلاَ رَآدَّ لِفَضْلِهِ يُصَيبُ بِهِ مَن يَشَاء مِنْ عِبَادِهِ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ» «Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətinə maneçilik edə bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayan və rəhm edəndir!» ) səndən yaxşıdır.(Kufə əhlindən və böyük imamiyyə alimlərindən olan İbn Kəlbi çoxlu təfsir və əsərlər sahibi olub və ərəb soyları və tarixinə də bələd olub. O, iki yüz altıncı hicri ilində vəfat etmişdir. ) Sənin kimisi isə sərhədin qorunmasına, ya iş görülməsinə, yaxud məqamı yüksəldilməyə, yaxud əmanətə şərik edilməyə və ya xəyanət və əyriliyin qarşısının alınmasına təyin edilməyə layiq deyil. (Sərhədlərin qorunması, şəhərlərin hökuməti və ya işlərin icrasına başçılığı sənə tapşırmaq yaraşan iş deyil.) Buna görə də Allahın istəyi ilə bu məktubum sənə çatan zaman mənim yanıma gəl.(Bu iki qəbilənin və ya digər bir yerin nadanlarından bəzisinin onları təhqir etməsini, ehtiramsızlıq göstərməsini və ya söyüş söyməsini əhd-peymanlarını pozmaq üçün dəlil etməməlidirlər. ) (Seyyid Rəzi deyir:)
    Bu Münzir həmin kəsdir ki, Əmirəl-möminin əleyhis-salam onun barəsində belə buyurub: O, öz sağ-soluna çox baxır, əynindəki iki «bürd»ü (çox qiymətli Yəmən paltarı) ilə öyünür və ayaqqabılarının toz-torpağını çox təmizləyir. (Yəni, o, özü və paltarı ilə öyünən və bəzənən təkəbbürlü və məğrur bir şəxsdir.)
    72-ci məktub
    İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa (Allah onu bağışlasın) məktublarındandır (ki, onda ona öyüd-nəsihət verir).
    Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Sən öz əcəlindən qabağa düşə bilməyəcəksən. Sənə çatma¬yan şey sənin ruzin deyil. (Ölümünün ixtiyarı sənin əlində de¬yil. Həmçinin sənə çatmayacaq şeyi əldə edə bilməzsən.) Bil ki, ru¬zigar iki gündür: bir günü sənin xeyrinə, bir günü isə zi¬ya¬nınadır. Dünya şadlıqların fırlanaraq əldən ələ keçdiyi di¬yardır. (Hər kəsin öz növbəsi var.) Buna görə də dünyadan sə¬nin xeyrinə olan şey, hətta aciz olsan (başqaları onun qarşısını alsalar) belə, sənə çatacaqdır. Həmçinin (güclü olsan da) onun sənin ziyanına olan şeylərinin qarşısını zor və güc ilə ala bilməzsən.(«Nəhcül-Bəlağə»nin bəzi nüsxələrində Əli ibn Əbi Talibin yerinə Əli ibn Əbu Talib yazılıb və onun izahında belə deyilib: İmam əleyhis-salam buna bənzər digər bir yerdə də (o Həzrətin xətti ilə olması məşhur olan və böyük kitabxanalarda saxlanılan Qur’anlarda da) öz adını həmin kəlmə izafət tərkibində təyin edən olmasına baxmayaraq onu «Əbu» şəklində yazıb. Çünki izafətin tərkib hissələri xüsusi ism olanda, o, bir kəlmə misalında olur. Buna görə də onun ortasında heç bir hərəkə dəyişikliyi baş vermir. )
    73-cü məktub
    İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktub¬larındandır (ki, onda onu məktubunun nadürüstlüyünə görə məzəmmət edərək hədələyib).
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən sənə dalbadal cavab vermək və məktubuna qulaq asmaqla (nadan və azğın olduğun üçün öyüd-nəsihətin sənə heç vaxt xeyir verməyəcəyi və fitnə-fəsaddan əl çəkməyəcəyin barəsindəki) nə¬zər və düşüncəmi süstləşdirirəm, fərasət və zirəkliyimi (yəqin və inamımı) səhvə salıram (halbuki sənin kimisinin cavabında susmaq lazımdır. Amma mənim cavab verməyimin səbəbi ancaq və ancaq yumşalaraq bir daha səni başa salıb bəhanə gətirməyinə yer qoymamaqdır). Sən hiylə və «zirəngliklə» məndən bəzi şeylər istəyəndə və cavab almaq üçün mənə məktub göndərəndə yalan və pərişan yuxu görən ağır yatmış şəxsə, yaxud da ayaq üstə durmaqdan aciz və biçarə qalmış (nə yol gedə bilən, nə də ayaq üstə dayana bilən) və qarşıya çıxacaq şeyin xeyrinə və ya ziyanına olacağını bilməyən kimsəyə bən¬zəyirsən. Sən onun kimi deyilsən, bəlkə o sənə oxşayır. (Sənin vəziyyətin başqasına oxşamaqdan da pisdir. Çünki sən bədbəxtlik və biçarəlikdə təksən. Sən ancaq və ancaq özünə oxşayırsan.) Allaha and olsun ki, əgər (əsaslanaraq ona uyğun davranmalı olduğum məsləhətə görə) qalmağını istəməsəydim tərəfimdən sənə sümüyü sındıran və əti əridən (səni məhv edən) zərbə vuranlar (müharibə və döyüşün çətinlikləri) gəlib ça¬tardı. Bil ki, sənin yaxşı işlərə qayıtmağına və nəsihət verənin öyüdlərinə qulaq asmağına (öz zəmanənin imamına üz tutaraq göstərişlərini icra etməyinə) şeytan mane olur. Salama layiq kimsəyə salam olsun!
    74-cü məktub
    İmam Əli əleyhis-salamın Rəbiə və Yəmən əhli üçün yazdığı əhdnamələrdəndir (ki, onda onlarla Qur’ani-Kərimə tabe olmaq, vəhdət və birlik barəsində əhd bağlayıb.) Bu əhdnamə (Əbul Münzir) Hişam ibn (Saib) Kəlbinin(Mədinəli böyük şiə alimlərindən olmuş və iki yüz yetmişinci hicri ilində Bağdadda vəfat etmişdir. Vaqid onun babasının adı olmuşdur. )xətti ilə nəql edilmişdir.
    Bu, Yəmən əhli və Rəbiə qəbiləsinin həm məskunlaşmışları, həm də köçərilərinin Allahın kitabı (ona əməl etmək) barəsində bir araya gəldikləri əhddir ki: (başqalarını) ona tərəf dəvət etsinlər, onun əsasında əmr etsinlər, ona dəvət edib əmr verəni (onun sözlərini) qəbul etsinlər, onun müqabilində heç bir şey almasınlar və onu dəyişdirməyə razı olmasınlar. (Bu əhdə sadiq qalsınlar və dünya malı əldə etmək üçün aldanıb Qur’andan əl götürməsinlər.) Həmçinin onlar müxalif və etinasızların qarşısını almaq üçün vəhdət (birlik) yaradaraq bir-birlərinə köməkçi olsunlar: çağırışları (sözləri) bir olsun, birinin töhmət vurması və qəzəblənməsi və ya bir dəstənin digər bir dəstəni təhqir etməsi və söyməsinə görə əhdlərini pozmasınlar.(Həzrət Peyğəmbərin bu kimi buyuruqlarına ki: «حَرْبُكَ يا عِلِىُّ حَرْبِى » «Ey Əli, səninlə müharibə etmək mənimlə müharibə etməkdir»; həmçinin bu buyuruğuna ki: «عَلِىٌّ مَعَ الْحَقِّ وَ الْحَقُّ مَعَ عَلِىٍّ يَدُورُ مَعَهُ حَيْثُما دارَ» «Əli haqq ilədir və haqq Əli ilə, o hara fırlansa haqq da onunla fırlanar», yəni, Əli əleyhis-salam hər nə desə və etsə haqq və düzdür. ) Onların hazır və qaibləri, ağlı az olanları və alimləri, həlim və nadanları bu əhdnamədə möhkəmdirlər. Beləliklə, bu əhdnamə ilə Allahın peymanı onların öhdəsinə düşdü (və gərək ona əməl etsinlər). (Çünki) Allahın peymanı barəsində sorğu-sual ediləcəkdir. (Bu əhdnaməni) Əli ibn Əbi Talib yazdı.(Çox təəccüblü və heyrətləndirici bir işdir ki, mən, göstərişlərimə əməl etməyən və zülm və müxalifət bayrağı ucaltmış özbaşına və özündən razı bir dəstənin arasında qalmışam. Sonda iş o yerə çatdı ki, xilafət məsələsində mənimlə Müaviyə arasında sən və Əmr ibn As kimisini münsif və vasitəçi təyin etdilər. )
    75-ci məktub
    İmam Əli əleyhis-salamın xalqın onunla bey’ətinin əv¬vəlin¬də Mədinədən Müaviyəyə yazdığı məktublarındandır. (O Həzrət, bu məktubda Müaviyəyə və onun dostlarına, ona bey’ət etməyi əmr edir.) Bu məktubu (Əbu Abdullah Məhəmməd ibn Ömər) Vaqidi(Yaxud da belə deyirik: Verdiyim vədə vəfa edəcəyəm və əgər sən özündən göstərdiyin ləyaqətdən qayıtsan bədbəxtsən. Çünki bədbəxt o kəsdir ki, ona verilmiş mənfəət və təcrübədən məhrum qalsın. Amma birinci məna daha yaxşıdır) Cəməl kitabında nəql edib:
    Allahın bəndəsi Əmirəl-möminin Əlidən Əbu Süfyanın oğlu Müaviyəyə:
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mənim sizin barənizdəki üzrümdən (mülayimlik və laqeydliyimin səbəbindən) xəbərdarsan və (bundan əvvəl) sizdən (sizləri özümə bey’ət etməyə dəvət etməkdən) uzaqlaşmağımı bilirsən. Nəhayət, çarəsi olmayan və qarşısı alınmaz şey (Osmanın öldürülməsi və ya ondan qabaqkı digər hadisələr) baş verdi. Hekayə uzun, söz çoxdur. (Onları deməyə fürsət yoxdur və ya onlara göz yummaq daha yaxşıdır.) Keçən keçdi, gələn gəldi. (Əvvəlki xəlifələrin dövrləri keçdi və haqq olan xilafətin zamanı gəlib çatdı.) Buna görə də yanında olanlardan (mənim üçün) bey’ət al və yoldaşlarından bir dəstə ilə yanıma gəl. Salama layiq kimsəyə salam olsun!
    76-cı məktub
    İmam Əli əleyhis-salamın Abdullah ibn Abbası Bəsrədə öz canişini edəndə ona olan tövsiyələrindəndir (ki, onda Abbasa xalqla mehriban olmaq və qəzəbdən uzaq olmaq barəsində öyüd-nəsihət verib).
    Xalqla gülərüz, məclis yoldaşı və düz ol. (Heç kəsin səninlə görüşünə mane olma. Elə yerdə otur ki, hamı yanına yol tapa bilsin. Hamının hörmətini saxla. Onları çətin və ağır işlərə məcbur etmə və aralarında ədalət və insafla hökm et. Xalqa) qəzəblənməkdən çəkin. Çünki o, şeytandan olan (ondan sənə çatan) yelbeyinlikdir. Bil ki, səni Allaha (Onun mərhəmətinə) yaxınlaşdıran hər bir iş, oddan (qiyamət gününün cəzasından) uzaqlaşdırır. Səni Allahdan uzaq¬laş¬dı¬ran hər bir iş isə oda yaxınlaşdırır.
    77-ci məktub
    İmam Əli əleyhis-salamın Abdullah ibn Abbası Xəvaricə (düşüncə və danışıqlarının səhv olması barəsində) dəlil gətirmək üçün göndərəndə buyurduğu tövsiyələrindəndir (və onda onu Qur'ana istinad edib dəlil gətirməkdən çəkindirib).
    Onlarla Qur’anla mübahisə etmə (Qur’andan dəlil gətirmə). Çünki Qur’an (tə'vil, təfsir, batini və zahiri məna kimi) çoxlu ehtimal və yozumlara malikdir. (Onlardan birini) sən deyərsən (digər birini isə) onlar deyərlər (beləliklə, mübahisə uzun çəkər). Onlara sünnəyə(Əgər bu işdə Qur’anın hökmləri əsasında hərəkət edilsə mən onunla varam və ümmətin xeyrini pozmaz, bir-birinə vurmaram.) əsaslanaraq dəlil gətir. Çünki onlar heç vaxt sünnəyə əsaslanan dəlildən qaçmağa yol tapa bilməzlər. (Həmin sözlərin düz və doğru olmasını qəbul etməkdən başqa bir çarələri olmaz.)
    78-ci məktub
    İmam Əli əleyhis-salamın Əbu Musa Əş’əriyə onların (onunla Əmr ibn Asın) hökm çıxarmaq (xəlifə seçmək) üçün təyin edildikləri (şərhi 35-ci xütbədə deyilmiş «Daumətul-Cəndəl» adlı) bir yerdən o Həzrətə yazdığı məktuba cavab məktub¬larındandır. Bu məktubu Səid ibn Yəhya Əməvi (özünün) Məğazi (adlı) kitabında bəyan edib.
    İnsanların çoxu (dünya və axirətdə) öz nəsib və qismət¬lə¬ri¬nin çoxundan məhrum oldular. Beləliklə, dünyaya üz tutdular (ayaqlarını haqdan kənara qoydular və) nəfsi istəkləri ilə danışdılar (Allah və Peyğəmbərin öz zamanlarının imamına ta¬be olmaq barəsindəki sözlərinə göz yumdular). Mən bu işdə (xilafət məsələsində) təəcüblü bir yerə gəlib çıxmışam. Orada nəfsləri onları kibr və məğrurluğa vadar etmiş bir neçə dəstə toplaşıb.(Xülasə, Əmr ibn As və Şam əhalisinin sözləri səni aldatmasın. Əgər belə olmasa dünya və axirət səadət və xoşbəxtliyini əldən verəcəksən.)Buna görə də mən (onlarla mülayim dav¬ranıram və) onların çiban və yaralarını müalicə edirəm. Çün¬ki qanın (birdən) bağlanmasından (və sonra müalicənin çə¬tinləşməsindən) qorxuram. (Ey haqq və həqiqətdən xəbərsiz və ey nadan) bil (mənim onlarla mülayim davranmağımın səbəbi bu¬dur) ki, Məhəmməd – səlləllahu əleyhi və alih – üm¬mə¬ti¬nin işlərinin nizam-intizama düşməsinə və onların arasın¬da ülfət və dostluq yaranmasına məndən həris (çox ça¬lı¬şan) bir kimsə yoxdur. Bu işimlə gözəl savab və qa¬yı¬dış ye¬ri, sığınacaq istəyirəm və hətta sən məndən ay¬rı¬lar¬kən ma¬lik olduğun ləyaqətdən (özünü göstərdiyin paklıq və yax¬şı¬lıq¬¬dan) dönsən (və nəfsi istəklərinlə Qur’ani-Kərimə zidd hökm versən) belə, mən tezliklə verdiyim vədə və qoy¬du¬ğum qərara vəfa edəcəyəm. Çünki bədbəxt və ziyana uğ¬ra¬mış o adam¬dır ki, ona verilmiş əql və təcrübədən məh¬rum qall¬mış olsun.  Mən danışan birisinin batil və nahaq söz de¬məsindən və həmçinin Allahın məsləhət bildiyi bir işi pozmaqdan uzaq olduğumu (yaxud əsəbləşdiyimi və ha¬lımın pozulmasını) bildirirəm. Buna görə də tanımadığın şeyi burax. (Bilmədiyin şeyin ətrafına belə fırlanma və ehtiyat və düşüncəni əldən vermə.) Çünki insanların pis əməlliləri xoşagəlməz (haqq və həqiqətə zidd) sözlərlə sənə tərəf tələsirlər (ki, sənin ağlının azlığından istifadə edib müsəlmanları zəlalət və azğınlıq yoluna apararaq bədbəxt etsinlər).  Salama layiq kimsəyə salam olsun!
    79-cu məktub
    İmam Əli əleyhis-salamın (zahirdə) xilafətə çatanda ordu başçılarına məktublarındandır (ki, onda onları haqqa tabe olmağa əmr edərək batil və nahaqdan çəkindirib).
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: sizdən qabaqkılarınızın həlak olmalarının səbəbi bu olub ki, onlar xalqı haqdan (hidayət və nicat yolundan) sax¬la¬yıb¬lar və xalq da onu alıb (qəbul edərək tabe olub, yaxud satıb, yəni, əldən verərək ona qarşı etinasız olub). Həmçinin onları batilə (zəlalət və azğınlığa) vadar ediblər və onlar da ona tabe olublar.
    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-02-28)
    Views: 678 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024