İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 3

    Nəhcül-bəlağə 3
    198- ci xütbə
    İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərinin birində oğlu Həsən əleyhis-salamın döyüş meydanına tələsdiyini görərkən buyurduğu kəlamlarındandır.
    Mənim yerimə bu gəncə sahib durub onu saxlayın (onun döyüşməsinin qarşısını alın). Məbadə məni kədərləndirsin. Çünki mən bu iki gəncin yəni, Həsənlə Hüseyn əleyhimas-salamın ölümünə xəsislik edirəm (razı deyiləm) ki, onların ölümü ilə Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nəsli kəsilməsin. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    O Həzrət əleyhis-salamın «إمْلِكُوا عَنِّى هذَ الْغُلامَ» «mənim yerimə bu gəncə sahib durun» kəlamı ən gözəl və fəsih kəlamlardandır
    199- cu xütbə
    İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsində), səhabələri onunla «həkəmiyyət» (döyüşən tərəflər arasında hakim təyin etmək) məsələsi barəsində müxalifət edərkən buyurduğu kəlamlarındandır.(Şam qoşunu İraq qoşunu ilə döyüşməkdə aciz qalaraq məğlub olan zaman Əmr ibn Asın hiyləgərliyi ilə Qur’anları nizələrin başına keçirib onları Qur’anın hökmünə dəvət etdi və sülh və barışıq edilməsini istədi. Buna görə də İraq qoşununun bəziləri Şam qoşununun düz deməsinə inandığı üçün, bəziləri müharibədən yorulduğuna görə, bəziləri isə özünü zahirdə itaətkar göstərməsinə baxmayaraq, batində İmam əleyhis-salamla düşmənçiliyinin olması səbəbindən onların Qur’ana dəvətlərini bəhanə edərək birlikdə o Həzrətin yanına gəlib dedilər: Gərək müharibədən əl çəkərək Malik Əştər və digər döyüşçüləri vuruşmadan geri qaytarasan. Belə olmasa, səni də Osman kimi öldürəcəyik. İmam əleyhis-salam Malik və digərlərinin döyüş meydanlarından qayıtmaları göstərişini verdi və onlar da qayıtdılar. Ondan sonra bunları buyurmuşdur. )
    Camaat! Mənim əmr və fərmanım həmişə - indi müharibə sizi zəif və aciz salana kimi - özüm istəyən şəkildə olub. Allaha and olsun ki, siz müharibəyə könüllü gəlmisiniz, (onu) tərk edən də sizsiniz, halbuki o, düşmənlərinizi daha zəif və aciz salıb. (Buna görə də əgər müxalifət etməsəydiniz Müaviyəyə və Şam qoşununa qalib gələrdiniz və zəfər sizinlə olardı. Amma nə edim?!) Dünən əmr verən idim, bu gün isə əmr edilən; dünən çəkindirən və qadağan edən idim, bu gun isə çəkindirilərək saxlanılan. Siz sağ qalmağı sevdiniz. Mən sizi xoşlamadığınız bir şeyə məcbur etmək istəmirəm. (Sizi müharibə aparmağa məcbur etməyə gücüm çatmır və ya məcbur etməyim məsləhət deyil.)
    200- cü xütbə
    İmam Əli əleyhis-salamın Bəsrədə səhabələrindən olmuş Əla ibn Ziyad Harisi xəstə ikən Əlanın yanına gedəndə, onun evinin genişliyini görüb buyurduğu kəlamlarındandır.
    Dünyada bu evin genişliyi ilə nə etmisən? Halbuki sən onun genişliyinə axirətdə daha möhtacsan. (Çünki bu evdə bir neçə gündən artıq qalmayacaqsan. O birində isə həmişəlik qalacaqsan.) Bəli, əgər bu evin genişliyi ilə axirət evinin genişliyini də əldə etmək istəyirsənsə, onda qonaq qəbul edərək qohum-əqrabanla əlaqədə ol, ondan şəriətin (xums, zəkat, sədəqə və digər vacibi və müstəhəbbi) haqlarını ver ki, belə olan halda, bu evin genişliyi vasitəsi ilə axirət evinin genişliyini də qazanmı(ş olar)san.
    Sonra Əla o Həzrətə dedi: Ey Əmirəl-möminin, qardaşım Asim ibn Ziyaddan sənə şikayət edirəm. O Həzrət buyurdu: Nə üçün? Dedi: O, (tərkidünya rahiblər kimi) cod paltar geyinərək dünyadan uzaqlaşıb. Həzrət buyurdu: Onu mənim yanıma gətirin. O gələndə (Həzrət ona belə) buyurdu: Ey özünün düşmənciyəzi! Murdar və xəbis (şeytan) səni avara edib (və səni bu yola sövq edərək onu sənin gözündə gözəlləşdirib). (Təklik və dərvişliyi öz peşən etməklə) arvad-uşağına rəhm etmirsən? Belə güman edirsən ki, Allah pak şeyləri sənə halal edib, amma sənin onlardan bəhrələnməyini xoşlamır?(Halbuki Qur’ani-Kərimin Ə’raf surəsinin 32-ci ayəsində buyurur: «قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللّهِ الَّتِيَ أَخْرَجَ لِعِبَادِهِ وَالْطَّيِّبَاتِ مِنَ الرِّزْقِ» «De ki: Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?» ) Sən, Allahın bir neməti sənə halal edərək sənin ondan bəhrələnməyini istəməməsindən aşağısan! (Çünki bu, peyğəmbərlərin və onların canişinlərinin məqamıdır.)
    Asim dedi: Ey Əmirəl-möminin, mənim işim səninki kimidir ki, paltarın cod, yeməyin isə bərk və dadsızdır! Həzrət buyurdu:
    Vay olsun sənə! Mən sənin kimi deyiləm. Çünki Allah-təala haqq rəhbər və imamlara özlərini yoxsullarla bir tutmağı vacib edib ki, yoxsul və kasıbın qəm-qüssəsi onu sıxıb narahat etməsin.
    201- ci xütbə
    İmam Əli əleyhis-salamın, bir şəxs xalqın əlində olan və onların arasında yayılmış (bir-birinə zidd) uydurma hədislər və müxtəlif rəvayətlər barəsində sual edərkən buyurduğu kəlamlarındandır. İmam əleyhis-salam (onun cavabında) buyurdu:
    Həqiqətən xalqın əlində olan hədislər haqq və batil, doğru və yalan, nəsx (ləğv) edən və nəsx edilən, ümumi (hamıya şamil olan) və xüsusi (bəzilərinə şamil olan), möhkəm (mənası aşkar olan) və mütəşabih (mənası aydın olmayan), (səhv və yanlışlıqdan) qorunmuş və mövhumdurlar (güman və xəyala əsaslanırlar). Doğrudan da Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) öz zamanında o Həzrətə yalanlar quraşdırdılar və nəhayət, o qalxıb xütbə oxuyaraq buyurdu: «Kim qəsdən və bilərəkdən mənə yalan nisbət versə, yanını mütləq oda (Cəhənnəm oduna) qoyacaqdır.»
    Həqiqətən sənə hədisi (Həzrət Peyğəmbərdən) dörd nəfər (dörd dəstədən biri) nəql edəcək ki, beşincisi yoxdur:
    (Birincisi:) İkiüzlü şəxs ki, zahirdə iman gətirərək özünü İslamın qaydaları ilə nümayiş etdirir, (halbuki) günahdan çəkinmir və qəsdən Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) yalan nisbət verir. Əgər camaat onu münafiq və yalançı hesab etsəydi hədisini qəbul etməz və dediklərinə inanmazdılar. Lakin (onun batinindən xəbərdar olmadıqları üçün barəsində belə) deyirlər: O, Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih - səhabələrindəndir ki, onu görüb və hədisi ondan öyrənib. Beləliklə (bu səbəbdən), onun dediklərini qəbul edirlər. Həqiqətən Allah sənə münafiq və ikiüzlü adamlar barəsində xəbər verib, onları vəsf edib və səni ondan agah edib.(Qur’ani-Kərimdə bu barədə çoxlu ayələr vardır, o cümlədən Tövbə surəsinin 102-ci ayəsində buyurur: «وَمِمَّنْ حَوْلَكُم مِّنَ الْأَعْرَابِ مُنَافِقُونَ وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَى عَذَابٍ عَظِيمٍ» «Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra qiyamətdə böyük əzaba uğrayacaqlar». ) Həzrət Peyğəmbərdən sonra qalmış münafiqlər azğınlıq başçılarına və (insanları) yalan və böhtanla oda (Cəhənnəmə) çağıran kimsələrə (Müaviyə və başqaları kimilərinə) yaxınlaşdılar. Sonra (hədis uydurmaqla) onları işlərin ixtiyar sahibi və xalqın mal və canına hakim etdilər. Və onların vasitəsi ilə dünyanı yedilər (onun malını zülm ilə əldə etdilər). (Şeytanın şərindən və pisliklərə əmr edən nəfsdən) Allahın qoruduqlarından başqa insanlar həmişə şahlar və dünya ilə yoldaşdılar. (Buna görə də Allahın və Peyğəmbərin razılığının əksinə olan heç bir işdən çəkinmirlər.) Beləliklə, bu münafiq dörd nəfərdən biridir.
    (İkincisi:) O şəxsdir ki, Allahın Peyğəmbərindən bir şey eşidib və onu düzgün əzbərləməyib; onda səhvə düçar olub, amma bilərəkdən yalan deməyib. Beləliklə, o, əlində olanı nəql edir, ona əməl edir və belə deyir: Mən onu Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) eşitmişəm. Buna görə də əgər müsəlmanlar bilsəydilər ki, o, hədisi səhv başa düşüb, (həmin hədisi) ondan qəbul etməzdilər. Əgər o özü də səhv etməsini bilsəydi, onu tərk edər, nəql etməzdi.
    (Üçüncüsü) O şəxs ki, Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) bir şey əmr etməsini eşidib. (O Həzrət) sonra həmin şeyi qadağan edib, o isə həmin qadağadan xəbərsizdir. Yaxud qadağan etdiyi bir şeyi eşidib. (Peyğəmbər) sonra həmin şeyi əmr edib və o, bunu bilmir. Beləliklə, o, nəsx edilmişi yadında saxlayıb, nəsx edəni isə əldə etməyib. Amma əgər həmin hədisin nəsx edilmiş olmasını bilsəydi, onu nəql etməzdi. Həmçinin müsəlmanlar da onu ondan eşidən zaman hədisin nəsx edilmiş olduğunu bilsəydilər, ona əməl etməzdilər.
    (Dördüncüsü) Digər şəxs isə Allaha və Peyğəmbərə yalan nisbət verməyib, Allahın qorxusundan və Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) ehtirama görə yalana nifrət edib, səhv və xəta da etməyib, əksinə, eşitdiyini olduğu kimi əzbərləyib; ona bir şey artırmayıb və ondan bir şey azaltmayıb; nəsx edəni əzbərləyərək ona əməl edib və nəsx edilmişi nəzərdə saxlayaraq ondan çəkinib, ümumi və xüsusini tanıyaraq hər birini öz yerinə qoyub (ümumini xüsusinin, xüsusini ümuminin yerində işlətməyib); onun mütəşabih və möhkəmini bilib (mütəşabihdə diqqətli və ehtiyatlı olub və möhkəmə və mənası aşkar olan hədisə əməl edib). (Bəzən zamanın tələbinə uyğun olaraq) Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) iki mənası olan bir söz deyirdi. Biri müəyyən şey və zamana məxsus olan, digər biri isə hər şey və bütün zamanlara şamil olan söz. (O sözlərin hər ikisi bir şəkildə görünürdü. Amma deyilmə yerindən və digər cəhətlərdən məqsəd məlum olurdu və səhv aradan qalxırdı.) Buna görə də Allah və Onun Peyğəmbərinin (səlləllahu əleyhi və alih) həmin sözdən məqsədinin nə olmasını bilməyən kəs onu eşidirdi və başa düşmədiyi üçün onu olduğunun əksinə, nəzərdə tutulanın ziddinə və deyiləndən başqa cür izah edirdi. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) səhabələrinin (heç də) hamısı o Həzrətdən (bir şey) soruşub onu başa düşmək üçün səy göstərmirdi. (O Həzrətdən bir şey soruşmamaları və çalışqanlıq göstərməmələri o həddə idi ki,) hətta bədəvi ərəb və bir qəribin gəlib o Həzrət əleyhis-salamdan onların eşitmələri üçün bir şey soruşmasını istəyirdilər. Amma mən bu barədə qarşıma çıxanların hamısını o Həzrətdən soruşaraq əzbərlədim. Deməli, insanların ixtilafları və onların rəvayət və hədislərdə çaşbaş qalmalarına bu amillər səbəb olur.
    202- ci xütbə
    İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın göylər, yer və dağların yaradılışının heyranediciliyində qüdrət nümayiş etdirməsi və bacarığı barəsində) xütbələrindəndir.
    Allah-təalanın qüdrət və səltənətinin (nişanələrindən) və Onun gözəl yaradılışının heyranediciliyindən biri, çox ləpələnən qarmaqarışıq dərin dənizin suyundan quru və hərəkətsiz yeri yaratmasıdır. Ondan sonra (onun buxarından) göylərin bir-birinin üstündə yerləşmiş qatlarını yaratdı və onları, birgə olmalarından sonra bir-birindən ayıraraq yeddi səma etdi. Sonra onlar Rəbblərinin əmri ilə özlərini saxladılar və onlar üçün müəyyənləşdirdiyi yerdə qərar tutdular (dağılaraq bir-birlərindən ayrılmadılar). Qədərsiz mavi su və (Allah-təalanın əmrinə) mütləq şəkildə tabe olan dənizin öz qoynuna aldığı yeri möhkəmləndirdi. Və həmin dəniz, Allahın əmr və fərmanı müqabilində ram, əzəməti qarşısında itaətkardır və Onun qorxusundan onun axması və hərəkət etməsi dayanmışdır. Həmçinin onun (yerin) böyük və sərt daş parçalarını, hündür təpələrini və dağlarını yaratdı və onları öz yerlərində möhkəmləndirərək qərar tutmalı olduqları yerdə saxladı. Beləliklə, onların başları havaya ucaldı, kökləri suda batdı. Və həmin dağları hamar və alçaq yerlərdən qaldırıb dikəltdi, onların köklərini ətraflarındakı yerlərdə və möhkəm məkanlarda basdırdı. Beləliklə, həmin dağların başlarını çox ucaltdı, onların ucalıqlarını ətrafa çəkdi. Onları yerin sütun və dirəyi etdi və yerin mıxları kimi onları ona batırdı. Beləliklə, hərəkətdə olan yer öz əhlini silkələməkdən, yaxud yükü ilə (suda) batmaqdan və ya bir yerdən digər bir yerə getməkdən durdu. Yeri, suları dalğalandıqdan sonra saxlayan, ətrafı rütubətlənib islandıqdan sonra qurudaraq yaratdıqları üçün rahatlıq yeri edən və onu onlar üçün dərin, sa¬kit, axarsız və hərəkətsiz dayanmış (qoy¬nun¬dakı yeri sil¬kə¬lə¬mə¬mək üçün hamısı birdən öz yerindən hərəkət etməyən) də¬nizin üzərinə sər¬miş Allah hər bir eyb və nöqsan sifətlərdən pak və uzaq¬dır. Möhkəm küləklər həmin dənizi alt-üst və o tərəf-bu tərəf edir və yağış dolu buludlar (yağmaları nəticəsində) onu hə¬rəkətə gətirir. «Bu nişanələrdə Allah-təala¬dan qorxan kəs üçün ibrət və öyüd vardır.» (Çünki Allahdan qorxmayanlar onlara diqqət etmirlər.)
    203- cü xütbə
    İmam Əli əleyhis-salamın (səhabələri Şam əhli ilə mühari-bədə süstlük edib bəhanə gətirərək onun əmrlərini yerinə yetirməkdən boyun qaçırarkən onlardan şikayətləndiyi) xütbələrindəndir.
    Allahım, Sənin bəndələrindən kim bizim zülm və si¬təm deyil, ədalət və düzlük, fitnə-fəsad deyil, din və dün¬ya¬nın islahı üçün dediyimiz sözləri eşidəndən sonra onu qə¬bul etmirsə, onun müxalifət etməsinin səbəbi Sənə yar¬dım¬dan boyun qaçırmaq və Sənin dinini izzətli etməkdə tənbəllik göstərməkdən başqa bir şey deyil. Buna görə də ey bütün şa¬hidlərin ən böyüyü, Səni və yer və göy¬lə¬rində sakin et¬di¬yin şeylərin hamısını (cin, insan və mələkləri) ona qarşı (onun, Sə¬nin dininə etinasızlıq mənasında olan mənə qarşı müxalifət etməsinə) şa¬hid tuturam (ki, mən Sənin əmrlərinin təbliğində səhlənkarlıq etmə¬mi¬şəm). Belə olan halda, bu şahid tutmaqdan sonra Sən (bi¬zi) onun yardımına ehtiyacsız edən və onu günahına (bizimlə müxa¬lifətinə) görə cəzalandıransan.
    204- cü xütbə
    İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətləri barəsindəki) xütbələrindəndir.
    Həmd o Allaha məxsusdur ki, (zat və sifətlərində) yarat¬dıqlarına bən¬zər olmaqdan uca, vəsf edənlərin sözlərindən yüksək və (onları) aciz edəndir. (Heç kəsin Onun həqiqəti¬ni vəsf etmək qüdrəti yoxdur.) Ya¬ra¬dılışının (yaratdıqlarında olan) qəribəlik və heyranediciliyi ilə görən¬lər üçün aşkar, izzətinin böyüklüyü ilə xəyal və güman sa¬hib¬lərinin dü¬şüncələrindən gizlindir. Başqasından öy¬rən¬mədən, (elmi¬ni) artırmağa ehtiyac olmadan və (başqasının elmindən) bəhrələnmədən (hər şeyi) biləndir.(Çünki öyrənmək, artırmaq və bəhrələnmək nadanlıq və naqisliyin tələblərindəndir və vücudu vacib olan deyil, mümkün olan varlığın xüsusiyyətlərindəndir. ) Fikrə dalıb düşünmədən bütün yaranmışların yaradanıdır. O, elə bir Allahdır ki, qaranlıq və zülmətlər Onu əhatə etmir, aydınlıqlardan işıq istəmir, gecə Onu bürümür və gündüz Ona şamil olmur.(Çünki O, cisim olmaqdan, zamandan və hərəkətdən pak və uzaqdır.)Onun (əşyaları) dərk etməsi görmə vasitəsi ilə deyildir.(Çünki Onun zatı eyni ilə görməsidir və eləcə də görməsi zatının özüdür)Həmçinin Onun elmi başqasından xəbər almaq nəticəsində deyil.(Çünki belə deyil ki, O, nədənsə xəbərsiz olsun və sonra xəbər alsın. Bundan əlavə bir şeydən xəbər almaq nadanlığın tələblərindəndir ki, vacib varlıqda belə bir şey ola bilməz. )
    Bu da həmin xütbənin Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsindəki bir hissəsidir
    Allah Həzrət Peyğəmbəri nur (elm və peyğəmbərlik nuru) ilə gön¬dər¬di və onu (peyğəmbərliyə) seçməkdə (bütün yaranmışlardan) üstün etdi. Onun vasitəsi ilə bütün dağınıqlıqları bir birinə bağladı (aləmdə olan nizamsızlıq və fitnə-fəsadları islah etdi) və onunla (onun qüdrəti ilə) həmişə qalib olanları məğlub etdi. (O Həzrəti kafir, müşrik və münafiqlərə hakim etdi.) Onun vasitəsi ilə çətini asan və kələ-kötürü hamar etdi və nəhayət, azğınlığı sağ və soldan (şərq və qərbdən) uzaqlaşdırdı.
    205- ci xütbə
    İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətlərinə işarə etdiyi, Həzrət Peyğəmbərin mədhi, yaxşıların və Allah-təalanın dostlarının vəsfi barəsindəki və öyüd-nəsihət verdiyi) xütbələrindəndir.
    Şəhadət verirəm ki, Allah-təala (heç bir işdə zülm və sitəmlə deyil, bütün işlərdə) ədalətlə (ümumi quruluşa, hikmət və mənfəətə uyğun) davranan adil və (Qur’ani-Kərimdə haqq ilə batili bir-birindən) ayıran hakimdir. Və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi və bəndələrinin başçısıdır. Allah məxluqatı (bellərdən bətnlərə) gətirən zaman onları iki cərgə (xeyir və şər) etdi və o Həzrəti xeyir dəstəsinə saldı. O Həzrətin nəsəbində zinakarın payı yox idi və günahkar şərik olmadı.(Həzrət Peyğəmbərin Həzrət Adəm əleyhis-salama kimi bütün ata-anaları təkallahlı olublar və İmam əleyhis-salamın tam aşkar şəkildə buyurduğu kimi onlar şirk, küfr və günah çirkinliklərinə bulaşmayıblar. )
    Bilin ki, Allah xeyir və yaxşı (işlər) üçün onun əhli olan adamlar (mömin və pərhizkarlar), haqq (din) üçün sü¬tun¬lar (peyğəmbərlər), itaət və bəndəlik üçün qoruyucular (hidayət imamları əleyhimus-salam) müəyyənləşdirib.(Buna görə də Allahın itaəti yer üzündən birdəfəlik yığışdırılmaz. Əgər bir dəstə onu tərk etsə, digər bir qrup ondan yapışar; əgər bəziləri müxalifət etsələr, digərləri onu himayə edərək onun tələblərinə riayət edərlər. )Hər bir itaətdə (yaxşı işdə) sizin üçün Allah tərəfindən bir kömək vardır (Allahın lütf və yardımı sizin halınıza şamildir) ki, dilləri iti və qəlbləri (haqqa) arxayın edir.(Buna görə də əgər Allahın lütfü olmasaydı, batilin hücumu və qalib gəldiyi vaxt və haqqın zəiflik və süstlüyü zamanı insanlar Allaha itaətdən, peyğəmbərlərə və onların canişinlərinə tabe olmaqdan əl götürərdilər və ona ürək bağlamazdılar. ) Həmin köməkdə ehtiyacsızlıq istəyən üçün ehtiyacsızlıq və (xəstəliklərə boyun əyərək az şeyə görə Allah və Peyğəmbərin itaətindən əl götürüb özlərini dünya və axirətdə bədbəxt edənlər üçün deyil, mənəvi xəstəliklərdən) şəfa istəyənlər üçün şəfa vardır.
    Həmçinin bilin ki, Allahın elminin qoruyucuları olan bəndələri (elmin qorunması onlara tapşırılmış hidayət imamları əleyhimus-salam və din başçıları) qorunmalı şeyi (istedad və dərketmə qabiliyyəti olmayan kəsdən) qoruyurlar (yaxud onu hadisələrin zay edib aradan aparmaması üçün öyrədilməsi münasib olmayan kəsdən gizli saxlayırlar); onun çeşmələrini cari edirlər (istedadı olan kəsə öyrədirlər); bir-birlərinə (elm və hikmət) dolu piyalələr içirdir və sudan doymuş halda qayıdırlar. Onlar şəkk, töhmət və pis gümanlara düşmürlər, qeybət və başqasının pisliyinə danışmaq onların yanına tələsmir. (Xülasə, onların məclisləri şəkk, töhmət, pis gümanlar, qeybət və pis danışıqlardan boş olur.) Allah onların fitrət və xasiyyətlərini bu gözəl sifətlərlə yaradıb (bu sifətlərlə elə tərbiyə ediliblər ki, sanki bu, onların fitrət və təbiətləridir) və bir-birləri ilə bu cür dostluq edir və ünsiyyətdə olurlar. Beləliklə, onlar (xalqın içində, yaxşısı) götürülən və (işə yaramayanı) çölə tökülən təmizlənmiş toxum və dənin üstün olması kimidirlər. Hə¬min toxumu digərlərindən təmizləmək seçib fərqləndirib və imtahan xalisləşdirib. (Xülasə, onlar seçilmiş insanlardırlar.) Buna görə də gərək insan, şərəf və böyüklüyü bu sifətləri qəbul etməklə qəbul etsin, qiyamətin çətinliyindən, o gəlib çatmamış çəkinsin (əzaba düçar olmasına səbəb olan bir iş görməsin). Həmçinin insan gərək günlərin qısalığına və bu mənzildə (dünyada) dayanmağının azlığına nəzər salıb düşünsün (qəflət yuxusuna getməsin) ki, bu mənzili digər mənzil (axirət) ilə əvəz edə bilsin. Gərək digər mənzil üçün, eləcə də həmin evdə lazım olmasını bildiyi şey üçün gözəl əməl yerinə yetirsin. Buna görə də (rəzil sifətlərdən uzaq qalmış) o sağlam qəlb sahibinin xoş halına ki, onu (haqq yola) hidayət edənə tabe olur, məhvə sürükləyəndən uzaqlaşır; onu gözüaçıq edənin gözüaçıqlığı və ona göstəriş verənə tabe olmaqla (çətinlik və giriftarçılıqlardan) salamatlıq yoluna çatıb və qapıları bağlanmamış və vasitələri əldən çıxmamış (ölməmiş) nicat (əzabdan qurtuluş) yoluna tələsib, tövbə və (Allaha) qayıdış qapısının açılmasını istəyir və (tövbə ilə) günahı (özündən) uzaqlaşdırır. Həqiqətən onlar yol üstündə dayanıblar və aydın yol aşkar olub.(Haqq yol hamı üçün aşkardır, sanki iki yol ayrıcında yol gedəni istiqamətləndirmək üçün bələdçi dayanıb. Yaxud yolu göstərən bir nişanə mövcuddur. Buna görə də yolu itirənin üzr və bəhanəsi qəbul olmaz. )
    Category: Nəhcül-bəlağə 3 | Added by: Islam_Kitabxanasi (2012-03-04)
    Views: 665 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024