İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 3

    Nəhcül-bəlağə 3
    206- cı xütbə
    İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın nemətlərinə şükr barəsində) çox oxuduğu dua¬la¬rındandır.
    Həmd o Allaha layiqdir ki, ölmədiyim, xəstələn¬mə¬di¬yim, bədənimin narahat olmadığı, özümün ən pis əməli¬mə (onun cəzasına) düçar olmadığım, övladsız qalmadığım, dinimdən qayıtmadığım, Rəbbimi inkar etmədiyim, ima¬nımdan nigaran olmadığım, dəli olmadığım və məndən qabaqkı ümmətlərin əzabına düçar olmadığım bir halda gecəmi səhər etdi. İxtiyarsız və (itaətdə səhlənkarlıq baxımından) öz nəfsinə zülm edən bir bəndə olduğum halda səhəri açmışam. Allahım, mənə etiraz etmək haqqı Sənə məx¬susdur və mənim bir üzr və bəhanəm yoxdur; Sən mə¬nə verdiyindən başqa bir mənfəət əldə etmək qüdrətim yoxdur; Sən məni qoruduğundan başqa bir pislikdən çə¬kinə bilmirəm.
    Allahım, Sənin zənginliyində əliboş və kədərli, Sənin hidayət və nicatında azğın, Sənin səltənət və qüdrətində məzlum, ixtiyar Sənin əlində ola-ola (Sənin, istədiyini et¬mə¬yinə baxmayaraq,) məğlub və xar olmağımdan Sənə pənah apa¬rıram.
    Allahım, mənim canımı (göz, qulaq, əl, ayaq və digər bədən üzvləri kimi) əziz üzvlərimdən aldığın ilk əziz şey və mənim yanımda qoyduğun əmanət nemətlərin qaytarılanlarının birincisi et.(Çünki insanın bədən üzvlərindən hər hansı biri onun ölümündən qabaq sıradan çıxsa, o, çətinlik və əziyyətə düşər. Buna görə də Allahın bəndəyə lütfü onun bədən üzvlərini almamışdan canını almasıdır ki, o, yarı ölü-yarı diri qalmasın. ) Allahım, Sənin sözlərindən çıxmağımızdan (göstərişlərinə əməl etməməyimizdən), yaxud Sənin dinindən (çıxıb) fitnə və azğınlığa düşməyimizdən və ya Sənin tərəfindən gəlmiş hidayət və nicatdan qabaq nəfsi istəklərimizin bizə hakim olmasından Sənə pənah aparırıq.
    207- ci xütbə
    İmam Əli əleyhis-salamın Siffeyndə (eşidənlərə öyüd-nəsihət verdiyi və onların dünya və axirət xeyirlərinin açıqlanması barəsində) buyurduğu xütbələrindəndir.
    Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Allah-təala məni sizə hakim etməklə sizin boynunuzda mənim üçün bəzi haqlar təyin edib.(Fitnə-fəsadın baş verməməsi və qarmaqarışıqlıq və süstlüyün yaranmaması üçün sizə, mənə itaət etməyi vacib edib. ) Mənim sizin boynunuzda haqqım olduğu kimi, sizin də mənim boynumda haqqınız vardır.(Din və dünyada zərər-ziyana səbəb olan şeyi sizə göstərib ədalət və düzlüklə davranmağım vacibdir. Otuz dördüncü xütbədə bu nöqtəyə toxunuldu. ) Haqq, vəsf edilərək barəsində danışılan zaman hər şeydən geniş, əməl etmək zamanı isə ən dar şeydir.(İnsanların çoxu zülm və sitəm yolu ilə gedib onu ədalət sandığı kimi, danışıq zamanı da haqqı dilə çox gətirirlər. Amma əməl zamanı onu həyata keçirmirlər. ) Kimin başqasının boynunda haqqı varsa, başqasının da onun boynunda haqqı var. Həmçinin başqasının onun boynunda haqqı varsa, onun da (həmin başqasının boynunda) haqqı var.(Kimin başqasının boynunda haqqı olsa, başqasının da onun boynunda haqqı olar. Məsələn, rəiyyətin valinin boynunda olan haqqı budur ki, o, gərək rəiyyətin işlərinin sahmana salınması istiqamətində çalışsın və ölkənin işlərini nizam-intizama salsın. Valinin rəiyyətin boynunda olan haqqı isə budur ki, onlar haqq və düzgün yerlərdə valinin göstərişlərinə tabe olsunlar. Arvadın ər boynundakı haqqı, ərin onun dolanışığını təmin etməsidir. Ərin arvadın boynunda olan haqqı isə onun ərə tabe olmasıdır. ) Əgər birinin, boynunda başqalarının haqqı olmadan başqalarının boynunda haqqı olsa, belə bir haqq ancaq eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha məxsusdur. Onun yaratdıqlarının (hətta peyğəmbərlər və övliyaların Onun boynunda heç bir) belə bir haqları yoxdur. Çünki Onun qüdrət və qüvvəsi vardır.(Buna görə də əgər yaratdıqları Ona itaət etməsələr, O, yaratdıqlarını itaətə məcbur etmək qüdrətinə malikdir. Necə ki, Qur’ani-Kərimin Yunus surəsinin 99-cu ayəsində buyurur: «وَلَوْ شَاء رَبُّكَ لَآمَنَ مَن فِي الْأَرْضِ كُلُّهُمْ جَمِيعًا أَفَأَنتَ تُكْرِهُ النَّاسَ حَتَّى يَكُونُواْ مُؤْمِنِينَ» «Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!» Yəni, sənin kimisə məcburi şəkildə mömin etmək qüdrətin yoxdur.) Onun müxtəlif qəza-qədəri hər nə barəsində cari olsa, o, ədalətlidir.(Buna görə də əgər bəndələrin əməllərinə mükafat verməsə, yenə də adildir. Çünki bütün həyatı boyu Ona pərəstiş edən bəndə, Onun nemətlərinin ən kiçiyinin belə haqqını əda etməyib. )Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, lütf və kərəminə görə və çox səxavətli, bəxşiş sahibi olduğu üçün itaət etməyi bəndələrin boynundakı Öz haqqı edib və Özünün onların etdiklərinə verdiyi mükafatı bir neçə qat artırıb.(Necə ki, Qur'ani-Kərimin Nisa surəsinin 173-cü ayəsində buyurur: «فَأَمَّا الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزيدُهُم مِّن فَضْلِهِ وَأَمَّا الَّذِينَ اسْتَنكَفُواْ وَاسْتَكْبَرُواْ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًا وَلاَ يَجِدُونَ لَهُم مِّن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا» «Allah iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz fəzl və kərəmindən onlar üçün artıracaqdır. Amma iman gətirməyi özlərinə sığışdırmayanları və yaxşı əməldən uzaqlaşıb lovğalıq edənləri acı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yardım edən tapacaqlar!» ) Sonra eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz haqlarının bəzilərini, insanların bəzilərinin müqabilində digərlərinə vacib edib və haqları müxtəlif vəziyyətlərdə bərabər müəyyənləşdirib. Onların bəzilərini digər bəziləri müqabilində vacib edib və həmin haqların bəziləri ancaq digər bəziləri müqabilində gerçəkləşir.(Məsələn, arvad əri müqabilində ancaq ərinə tabe olduğu zaman dolanışıq xərci haqqına malik olur. Atanın övladın boynunda olan haqqı, ağanın nökər, qonşunun qonşu, qohumun qohum və bu kimi digər haqlarda da məsələ belədir.) Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın vacib etdiyi haqların ən böyüyü valinin rəiyyətin və rəiyyətin valinin boynunda olan haqqıdır.(Çünki onda fitnə-fəsad ümumi və kütləvidir. Digər haqlarda isə cüzidir.) Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah bu hökmü vali ilə rəiyyətin hər birinə vacib edib və onu, onların bir-birlərini sevmələri üçün nizam-intizam və rahatlıq vasitəsi və dinlərinin izzəti edib. Buna görə də rəiyyətin halı, hökmdarların gözəl rəftarlarından başqa bir şeylə yaxşılaşmır. Həmçinin hökmdarların halları rəiyyətin onların göstərişlərini yerinə yetirməkdə əzmkarlıq göstərmələrindən başqa bir şeylə yaxşılaşmır. Buna görə də rəiyyət valinin və vali rəiyyətin haqqını əda etsə, aralarındakı haqq möhtərəm, dinlərinin qayda-qanunları bərqərar, ədalət və düzlüyün nişanələri bərpa və sünnələr (Həzrət Peyğəmbərin hökmləri) öz yerində icra olar və onun nəticəsində dövran düzələr, dövlət və hökumətin daimiliyinə ümid bəslənilər və düşmənlərin tamahları yoxa çıxar (yadlar onlara hakim ola bilməzlər). Əgər rəiyyət valiyə qalib gəlsə (onun əmr və çəkindirmələrini yerinə yetirməsə), yaxud vali rəiyyətə qarşı həddi aşaraq zülm etsə, onda söz ayrılığı baş verər (sözləri bir olmaz və onlar bir-birləri ilə yekdil olmazlar), zülm nişanələri üzə çıxar, dində fitnə-fəsadlar çoxalar və sünnəyə əməl etmək tərk edilər. Beləliklə, nəfsi istəklərə əməl edilər və şəriətin hökmləri icra edilməz. İnsanların dərdləri (oğurluq, qan tökülməsi, təhlükə, bahalıq və çətinlik) çoxalar və böyük haqqın əda edilməməsi və batil və nahaqqın həyata keçməsi üçün heç kəs kədərlənməz. Nəticədə həmin zamanda yaxşı əməl sahibləri xar, pis əməl sahibləri isə möhtərəm olarlar və (günahların saysız-hesabsız olmasına görə) Allahın, bəndələri məsuliyyətə alması çoxalar. Buna görə də həmin haqqın əda edilməsində sizlər bir-birlərinizə öyüd-nəsihət verin və kömək edin (ki, nəticədə dünya və axirət səadət və xoşbəxtliyini əldə edəsiniz). Çünki heç kəs Allaha layiq itaət və tabeçiliyin həqiqətinə çatmır, hətta Onun razılığını qazanmağa həris olub əməl və bəndəlikdə çox çalışsa belə!(Buna görə də heç kəs güman etməməlidir ki, başqasına öyüd-nəsihət vermək və yardım göstərməkdə Allaha layiq olan şeyin haqqını yerinə yetirib. ) Amma Allahın bəndələrə vacib etdiyi haqlardan biri də onların öz aralarında imkan olan və gücləri çatan qədər haqqı icra etmək üçün bir-birlərinə öyüd-nəsihət vermələri və kömək etmələridir. Heç kəs - hətta məqam və dərəcəsi hər nə qədər böyük olsa və dində üstünlüyə malik olsa belə, Allahın Öz haqqından ona kömək edilməsini vacib etdiyi yardımdan ehtiyacsız deyil. (Buna görə də haqq yolda və ona vacib olan şeydə başqasının yardımına ehtiyacı olmayan bir kimsə yoxdur.) Həmçinin heç kəs, hətta xalqın kiçik saydığı və gözlərdə balaca görünən şəxs, haqqın əda edilməsində başqasına yardım göstərməkdə və ya onun özünə yardım göstərilməsində əhəmiyyətsiz deyil.(Buna görə də haqqın əda edilməsində qədir-qiymətsiz insanlardan kömək istənilməsinə ehtiyacın olmamasını və ya onlara kömək etməyin gərəksizliyini güman etmək olmaz. Çünki hökumət və xalqın tərəqqisi böyük və kiçiyin, eləcə də zəif və güclünün köməyi nəticəsindədir. ) Sonra (həmin vaxt) o Həzrət əleyhis-salamın səhabələrindən biri uzun bir söhbətdə o Həzrətə cavab verib onu çox təriflədi və İmama, eşitdiklərinə tabe olduğunu bildirdi. Sonra İmam əleyhis-salam buyurdu:
    Yanında Allahın cəlalı böyük olan və qəlbində Onun məqamı uca olan kəsin gözündə Allahın böyüklüyü və yüksək məqamlılığına görə Ondan başqa hər bir şey kiçik görünməyə layiqdir. Belə olmağa daha layiqli (Allahın böyüklüyü müqabilində heç bir böyüklük görməməli) kəs, barəsində Allahın neməti çox olan və Allahın gözəl ehsanlar etdiyi kimsədir. Çünki Allah kimə çox nemət veribsə, Allahın onun boynunda olan haqqının böyüklüyü də artıb. Saleh insanların gözündə hökmdarların ən pis vəziyyətləri onların öyünməyi və özlərini tərifləməyi sevmələrinin güman edilməsi, həmçinin onların əməllərinin lovğalıq və özündən razılıq kimi başa düşülməsidir. Mən sizin mənim, tərifləməyi və (sizdən) tərif eşitməyi sevməyimi güman etməyinizi xoşlamıram. Allaha şükr olsun ki, mən belə deyiləm. Əgər özümün mədh edilərək təriflən¬məyimi sevsəydim də, bu istəyimi əzəmət və böyüklüyə daha layiq olan, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha təvazökarlığa görə tərk edər, özümdən uzaqlaşdırardım. İnsanların çoxları bir işdə çalışıb səy göstərdikdən sonra mədh və tərifi şirin hesab edirlər.(Çünki böyük bir iş görmüş və ya Allahın nailiyyət qazandırdığı bir şəxsin təriflənməyi sevməsi, fitri bir şeydir. )Amma hələ qalmış və yerinə yetirmədiyim haqlar və icrasında naçar olduğum vacibi əməllərin müqabilində Allaha itaətimə və sizinlə xoş rəftarıma görə mənə gözəl təriflər deməyin. Mənə zülmkarlara (xoş gəlmək üçün) deyilən sözləri deməyin. Qəzəbli insanlardan (qəzəblənmələrinə görə) çəkinərək gizlədilən şeyləri məndən gizlətməyin. Zahirdə dostluq göstərmək, yaltaqlıq və (dil ilə) rüşvət verməklə mənimlə ünsiyyətdə olmayın. Mənim barəmdə belə güman etməyin ki, əgər haqq deyilsə, o mənə ağır gələcək və mən özümü böyük tutmaq istəyirəm. (Mənimlə haqq söz deyilməyən itaətsiz hakimlər kimi davranmağınızı istəmirəm.) Çünki deyilən haqq sözü və ya təklif edilən ədalətlilik və düzlüyü ağır sanan kəsə haqq və ədalətə əməl etmək daha ağırdır. Buna görə də haqqı deməkdən və ya ədalətli məsləhətlərdən çəkinməyin. (Qorxub çəkinmədən mənimlə haqq söz danışın, düzlük və ədalət hesab etdiyiniz şeyi bəyan edin.) Çünki mən, Allahın mənim nəfsimə daha malik və güclü olduğu yerlərdə kifayət etməsi istisna olmaqla, nə səhv etməkdən yüksəkdəyəm, nə də öz işimdə ondan amandayam.(İmam əleyhis-salamın burada imamın mə’sum və pak olmasına baxmayaraq, özü üçün səhv etməyi mümkün hesab etməsindən məqsəd, o Həzrətin mə’sumluğunun Allah-təalanın nemətlərindən biri olmasını etiraf etməsidir. )(Buna görə də buyurur:) Həm mən, həm də siz Ondan başqa tərbiyə edən və yetişdirən olmayan Rəbbin ixtiyarındakı bəndə və quluq. O, bizim özümüzün ixtiyarımız olmayan şeylərimizin maliki və ixtiyar sahibidir. (Buna görə də böyüklük Ona layiqdir və Ondan başqalarının vəzifəsi bəndəlik və itaətkarlıq etməkdir.) O bizi (içində) olduğumuz nadanlıqdan çıxardaraq xeyrimizə olan elmə sövq etdi; bizim azğınlığımızı hidayət və doğru yola çevirdi və bizə korluqdan sonra görmə bəxş etdi.(Din, dünya və axirət işlərində nadanlıqdan sonra Allah Həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih) göndərərək bizi hər şey ilə tanış etdi. )
    208- ci xütbə
    İmam Əli əleyhis-salamın (Allah ilə münacatında Qüreyşdən və o Həzrətin haqqını qəsb edənlərdən şikayət kimi buyurduğu) kəlamla¬rın¬dandır.
    İlahi, Qüreyşə və onlara kömək edənlərə qarşı (onlardan intiqam almağa) Səndən kömək istəyirəm. Çünki onlar mənim (Həzrət Peyğəmbərlə) qohumluq əlaqələrimi qırdılar (və məni təyin etdiyi xilafəti qəsb etdilər), mənim qabımı (məqam, dərəcə və abır hörmətimi) dağıtdılar və başqasından daha layiq olduğum haqqa görə mənimlə vuruşmaq üçün bir yerə toplaşdılar. Və dedilər: Bil ki, sənin onu əldə etməyin də haqdır, onun səndən alınması da!(Sənin haqqı əldə etməyin və ya əldən çıxarmağın eynidir. Buna görə də əgər vali olsan sənin hakimiyyətin haqdır. Həmçinin əgər səndən başqası vali olsa, o da haqdır. ) İndi istəyirsən qəm-qüssə ilə səbr et, istəyirsənsə də təəssüf və kədərlə öl. (Yəni, xilafətin qəsb edilməsinə razı olmasan səbr etmək və ya ölməkdən başqa bir çarən yoxdur.) Beləliklə, həmin zamanda əhli-beytimdən başqa bir dost, müdafiə edən və köməkçinin olmamasını gördüm və ölümün onları haqlamasına heyfim gəldi. (Əhli-Beytimin məhv olmaması üçün dava-dalaşa razı olmadım.) Buna görə də tikan batmış gözlərimi yumdum və boğazımda sümük qalmasına baxmayaraq, ağzımın suyunu uddum; qəzəbi yatırmaq üçün (çox acı bir bitki olan) əbucəhl qarpızından da acı olan və ürəyə böyük bıçaqlardan da çox ağrı verən şeyə səbr etdim. (Seyyid Rəzi deyir:)
    Bu kəlam (və Cəməl əhli barəsindəki aşağıdakı hissə) bundan qabaq bəyan edilmiş (yüz yetmiş birinici) xütbədə keçdi. Amma mən bu iki rəvayətdə olan fərqlərə görə onu burada bir daha gətirdim.
    Bu da həmin kəlamın o Həzrət əleyhissalamla müharibə etmək qəsdi ilə Bəsrəyə gedənlər barəsindəki bir hissəsidir
    (Təlhə, Zübeyr və onların tərəfdarları) mənim tərəfimdən təyin edilmiş hakimlərin (Osman ibn Hüneyf və başqalarının), müsəlmanların mənim ixtiyarımda olan beytülmallarının xəzinədarlarının və əhalisinin hamısı mənə tabe olan və bey’ət etmiş şəhərin sakinlərinin yanına getdilər. Onların arasında təfriqə salaraq mənə münasibətdə olan birliklərini parçaladılar.(Cəməl əhli Bəsrəyə daxil olduqdan sonra oranın əhalisinin bir hissəsi o Həzrətlə olan bey’ətlərini pozdu. ) Şiələrim və tərəfdarlarıma hücum edərək onların bir dəstəsini (beytülmalın gözətçilərini) hiylə və haqsızlıqla öldürdülər. Onların (şiələrin) bir hissəsi isə qılınc çalmaq üçün dişlərini sıxdılar, (müxaliflərə qarşı) həmin qılınclarla vuruşdular və nəhayət, sədaqətlə (pak iman və etiqad ilə) Allaha qovuşdular (öldürüldülər).
    209- cu xütbə
    İmam Əli əleyhis-salamın Cəməl müharibəsində Təlhə ilə Əbdürrəhman ibn Əttab ibn Usəydin öldürülmüş cəsədlərinin yanından keçərkən buyurduğu kəlam¬ların¬dan¬dır.
    Hər halda Əbu Məhəmməd (bu, Təlhənin künyəsidir) burda öz diyarından uzaq və qərib düşüb. Bilin, Allaha and ol¬sun ki, mən yer üzündə Qüreyş tayfasından birinin me¬yi¬di¬nin sərilməsini istəmirdim. İntiqamı Əbdül Mənaf övlad¬la¬rın¬dan(Şərhçilərin fərqli nəzərlərinə əsasən ana tərəfdən Əbdül Mənafa çatan Təlhə və Zübeyrdən və ya digərlərindən. ) aldım. (Cəməl müharibəsində Aişə ilə birgə olan və onlardan Əb¬dürrəhman ibn Əttab və Abdullah ibn Rəbiədən başqa heç biri öl¬dü¬rülməyən) Cuməh qəbiləsinin böyükləri isə əlimdən qaçdılar. Həqiqətən də onlar layiq olmadıqları işə boyun uzatdılar və ona çatmamış boyunları sındırıldı. (Dün¬yapərəstlik üçün xilafət və əmirliyi ələ almaq istədilər, amma arzularına çatmadılar.)
    BASHLIQ1>210- cu xütbə
    İmam Əli əleyhis-salamın (əsl arif və həqiqi mömin barəsində buyurduğu) kəlamlarındandır.
    Həqiqətən (mömin) öz ağlını (pərhizkarlıqla, Allah və Pey¬ğəm¬bərə tabeçiliklə) elə dirildib və nəfsini (zahidlik, bəndəlik və nəf¬si istəklərə tabe olmamaqla) elə öldürüb ki, onun eni (bədəni) nazikləşib, bərki (ürəyi) yumşalıb və çox nurlu (bir) pa¬rıltı işıq saçıb ona. (O, yüksək tovhid və Allahı tanımaq məqa¬mı¬na çatıb.) Beləliklə, onun nuru ona yolu (hidayət və nicat yo¬¬lunu) göstərib. O, həmin nurla (haqq) yolda hərəkət edib. Və mərtəbələr (zahidlik, pərhizkarlıq və ibadət) onu (yük¬səl¬dərək) əmin-amanlıq qapısı və yaşayış yerinə sövq edib. (Zahidlik və ibadətin mərtəbələrindən hər biri onu digər mərtəbəyə çatdırar və o, nəhayət, əbədi Cənnəti əldə edər.) Həmçinin ayaq¬ları bədəninin rahatlığı ilə, öz qəlbini məcbur etdiyi iş (haqqın nişanələrində fikirləşərək düşünmək) nəticəsində və Rəbbini razı saldığı şey (itaət və bəndəlik) vasitəsi ilə təhlükəsiz və rahat yerdə möhkəmlənib.
    211- ci xütbə
    İmam Əli əleyhis-salamın öz səhabələrini cihada (Allah yolunda vuruşmağa) həvəsləndirdiyi kəlamlarındandır.
    Allah sizdən Onun (nemətlərinin) şükrünü yerinə yetir¬mə¬yi¬nizi istəyir və Öz hökmdarlıq və səltənətini sizin üçün sax¬layıb (yer üzünün başçı və rəhbəri olmağa ancaq Onun dost¬ları layiq¬dir¬lər). Geniş müsabiqə meydanında (dünyada) si¬zə çovqanı (baş¬çılıq və ağalığı) ələ almaq üçün bir-birinizlə yarışmaq möh¬lə¬ti verib. Buna görə də paltarlarınızın bağlarını möhkəm bağ¬layın(Döyüş meydanında cəld və çevik olun, yaxud günahdan çəkinərək uzaq olun. ) və (paltarlırınızın) beldən aşağı düşən artığını böy¬rək¬lərə kimi qatlayın (paltarlarınızın ayağın üstünə düşən ətəyini yı¬ğın, yaxud çox yeyib-içməkdən çəkinin, necə ki, buyurur:) İş fikrində ol¬maq¬la qonaqlıq bir araya sığmaz. (Buna görə də əgər bir iş gör¬mək fikrindəsənsə, canına qulluq etməyi tərk et). Yuxu gündüzün qə¬rar¬larını necə də çox pozur və bir-birinə vurur.(Səfərdə olan şəxs dostları ilə belə qərara gəlir ki, axşam tez yola düşsün və səhərisi gün istinin şiddəti artmamış evinə çatsın. Amma axşam düşən kimi şirin yuxu ona qalib gəlir və həmin qərarları yox edir. )Qa¬ran¬lıq¬lar necə də çox qərarların yada düşməsini zehnlərdən silir.(Süst iradəli insanlar gündüz hansısa bir işi axşam görmək qəsdinə düşərlər. Amma axşam, qaranlıq hər yeri bürüyəndə, öz fikirlərinə göz yumaraq qəflət yuxusuna gedərlər. Himmətli insanlar isə öz məqsədlərinə nail olmaq üçün səy və təlaş göstərərək yuxu və rahatlığı özlərinə haram edərlər. )
    Category: Nəhcül-bəlağə 3 | Added by: Islam_Kitabxanasi (2012-03-04)
    Views: 797 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024