İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 3

    Nəhcül-bəlağə 3
    213- cü xütbə
    İmam Əli əleyhis-salamın (Allahı zikr etməyin fəziləti və Allahın zikrinə məşğul kimsələrin vəsfi barəsində olan) kəlamlarındandır ki, onu (Nur surəsinin 37-ci ayəsi) «رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ» «o kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz» ayəsini oxuyarkən buyurmuşdur:
    Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz zikrini və Onu yada salmağı qəlblərin cilası və nuru edib ki, onun vasitəsi ilə (Onun əmr və qadağalarını) karlıqdan sonra eşidər, qaranlıqdan (nadanlıqdan) sonra görər, düş¬mənçilik və ədavətdən sonra itaətkar və ram olarlar (Onun razılığını qazanarlar). Nemət və bəxşişləri əziz olan Allahın həmişə bəzi zaman mərhələlərində və şəriətlərin nişanələrinin itdiyi zamanlarda, düşüncələrində onlarla gizli danışdığı və ağıllarının dərinliklərində söhbət etdiyi bəndələri vardır. (Onlar həmişə Allahı zikr edərək ağıl və düşüncələri ilə Onunla danışarlar.) Onlar çırağı (hidayət və nicat çırağını) göz, qulaq və qəlblərindəki oyaqlıq və sayıqlıq nuru ilə işıqlandırıblar.(Allahın zikri çıraq kimi onların göz, qulaq və qəlblərini işıqlandırıb. Buna görə də Ondan başqa bir şey görmür, Onun əmr və qadağalarından başqa bir söz eşitmir və O istədiyindən başqa şeyə ürək bağlamırlar. ) (Xalqa) Allahın günlərini (müsibət və itaətsizlik nəticəsində məhv olmuş keçmişlərin əhvalatlarını) xatırladırlar (bəyan edirlər ki, ibrət götürsünlər) və (onları) Onun əzə¬mət və böyüklüyü ilə qorxudurlar (deyirlər ki: Allahdan qorxun və günah etməyin. Çünki O, hər yerdə var və hər şeyi görür və sizi məhv etməyə qadirdir). Onlar çöldəki bələdçi kimidirlər ki, orta yol ilə gedən (ədalət və sədaqətlə davranan) kəsin yolunu mədh edirlər və (onu azğınlıqdan) nicat tapdığı üçün müjdələyirlər. Sağ və sol tərəfə gedən (hər bir işdə ifrata varan və ya səhlənkarlıq edən) kəs üçün isə yolunu pisləyərək onu məhv olmaqdan çəkindirirlər. Onlar bu sifətlərlə həmin qaranlıqların (nadanlıq zülmətlərinin) çıraqları və şübhələrin (az¬ğınlıq şübhələrinin) bələdçiləridirlər. Həqiqətən Allahı zikr etməyin öz adamları var ki, onlar onu dünyanın əvəzində götürüblər. Ticarət və alış-veriş onları Ondan yayın¬dır¬mır. Onlar ömür günlərini Allahı zikr etməklə ke¬çi¬rirlər. Allahın haram və qadağan etdiklərindən çəkin¬dirən sözlərlə xəbərsizlərin qulaqlarında fəryad qo¬pa¬rır¬lar. Başqalarını ədalət və düzlüyə buyurur və özləri onu ye¬rinə yetirirlər. Bəyənilməyənlərdən (çirkin söz və əmə¬l¬lər¬dən) çəkindirir, özləri də çəkinirlər. (Axirətə elə iman və yəqin¬ləri var) sanki dünyanı sona çatdırıb axirətə daxil olub¬lar, oradadırlar və (bu) dünyadan sonra olanları (başqalarının xəbərdar olmadıqları axirət işlərini) gözləri ilə görüblər. Elə bil ki, Bərzəx əhlinin orada olduqları müddətdəki giz¬li hallarından xəbərdardırlar və qiyamət, vədlərini onlara sübut edib (onun barəsində heç bir şəkk-şübhələri yoxdur). Beləliklə, dünya əhlinin gözləri qarşısından həmin səhnələr üzərindəki pərdələri elə götürüblər (iman və yəqin nuru ilə gördüklərini elə faş ediblər) ki, sanki onlar (digər) insanların görmədiklərini görür və başqalarının eşitmədiklərini eşidirlər. Əgər onları ağlın ilə, bəyənilən məqamları və layiqli məclislərində təsəvvür etsən (onların ibadət və bəndəlik hallarını nəzərində canlandırsan) - ki, əməllərinin hesab dəftərini açıblar və əmr edilib yerinə yetirmədikləri və ya çəkindirilib səhlənkarlıq etdikləri hər bir kiçik və böyük iş üçün nəfslərinin hesabını aparmağa hazırdırlar, öz ağır günahlarını arxalarına yükləyiblər və onu götürməkdə aciz qalıblar, ağlamaqlarını boğazda boğublar, (hesab aparan zaman) ağlayaraq nalə edə-edə özlərindən sorğu-sual edirlər və təqsirlərindən peşman olub onları etiraf edərək özlərinin Rəbbinə ah-nalə edib fəryad qoparırlar (bağışlanmalarını istəyirlər, xülasə, onları bu halda gözünün önünə gətirsən) - hidayət və nicat nişanələri və gecə çıraqlarını görərsən ki, mələklər onların ətrafına toplaşıblar, onlara rahatlıq və (əzabdan) xatircəmlik nazil olub və göyün (bərəkət) qapıları onların üzünə açılıb. Və onlar üçün Allahın xəbərdar olduğu yerdə şərəfli məkanlar hazırlanıb. Beləliklə, Allah onların (özləri ilə Allah arasındakı hesablarını araşdırılmasındakı) səylərindən razı və məmnundur və onların (günahlardan peşman olma) üsullarını bəyənib. Allah ilə münacat etməklə (günahlardan) bağışlanma mehini hiss edir¬lər. Onlar Allahın fəzl və kərəminə möhtaclıq girovu və Onun əzəmət və böyüklüyü müqabilində təvazökarlıq əsirləridirlər. Qəm-qüssənin çoxluğu qəlbləri və ağlamağın çoxluğu gözləri yaralayıb. Onların Allaha meyl və rəğbət yolu olan hər bir qapını döyən əlləri var. (Ona yolu olan hər bir qapını döyərək daxil olarlar.) İstəklərini o kəsdən diləyirlər ki, genişliklər Onun yanında daralmır (hər nə qədər bağışlasa və əta etsə səxavət və kərəm dəryasından bir şey əskilmir) və istəyənlər ondan naümid olmurlar. Belə isə sən özün öz hesabını apar. Çünki başqalarının hesabını səndən başqa bir mühasib aparacaq. (Başqalarının hesabını araşdırmağın sənə heç bir xeyri yoxdur. Gərək həmişə öz fikrində olasan və öz hesabını diqqətlə araşdırasan.)
    214- cü xütbə
    İmam Əli əleyhis-salamın (xalqa öyüd verdiyi) kəlam¬larındandır ki, onu (İnfitar surəsinin 6-cı ayəsi) «يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ» «Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir (ki, göstərişinə əməl etmir, itaətsizlik göstərirsən?)» ayəsini oxuyarkən buyurmuşdur:
    «Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nə¬dir?» ayəsinin xitab etdiyi günahkarın dəlil və sübutu ən səhv dəlillərdəndir.(Çünki Onun «Sənin kərəmin məni məğrur etdi» deməsi düz deyil. Ona görə ki, kərəm günah və naşükürlük edilməsini deyil, itaət və şükr edilməsini tələb edir. Ayənin «Səni intiqam alan Rəbbinə qarşı aldadan, məğrur edən nədir?» buyurmamasının səbəbi, kərim olan Rəbbə qarşı itaətsizlik edilməməsinin zəruriliyini bildirmək üçündür. Əgər insan «məni şeytan aldatdı, məğrur etdi» desə ona cavab veriləcək ki: Məgər biz Qur’ani-Kərimdə «Şeytana tabe olmayın ki, o sizin aşkar düşməninizdir» deməmişdik? Əgər «nadanlıq məni məğrur etdi» desə cavabında deyiləcək ki: Məgər bizim hökmlərimizi sizə öyrətmək üçün peyğəmbərlər göndərməmişdik? Qısası üzr və bəhanə gətirmək yolu bağlıdır. )Və o, bəhanəsi heç qəbul edilmə¬yən aldanmış kimsədir. Həqiqətən o özünün nadan qalmasına israr edib.(Və buna görə də fani dünyanın ləzzət və sevincini əbədi səadət və Cənnətdən üstün tutub.)
    Ey insan! Səni günah etməyə nə cürətləndirdi? Rəbbin müqabilində səni məğrur edən nə oldu? Səni, özünü məhv etməyə nə alışdırdı? Məgər dərdinin dərmanı yoxdur, yaxud yuxudan ayılmayacaqsan? Başqasına rəhm etdiyin şeydə öz canına yazığın gəlmir? Çox vaxt birini günün altında görür və onun üstünə kölgə salırsan və ya birini bir dər¬də düçar olmuş görürsən ki, dərd onun bədənini yan¬dırır və sən mehribançılıq səbəbindən ona ağ¬layırsan. Belə isə səni öz dərdinə (günahlarına) səbrli edən, müsibətlərinə dözümlü edən və səni, sənin üçün canların ən əziz və istəklisi olan öz canına ağlamaqdan saxlayan, təmkinli edən nədir? Allahın qəzəbinin gecə ikən haq¬la¬ması qorxusu səni necə qorxutmur, halbuki Ona qarşı itaətsizliklərlə Onun qəzəb yollarına düşmüsən? Buna görə də öz qəlbinin süstlük dərdini əzm və (itaətdə) çalışqanlıqla, gözünün qəflət yuxusunu oyaqlıqla dərman et. Allaha itaətkar ol və Onun zikri ilə ünsiyyətdə ol. Sən Ondan üz döndərərkən Onun sənə üz tutmasını təsəvvüründə canlandır (və fikir yolu ilə bax) ki, səni Öz əfv və bəxşişinə çağıraraq fəzl və kərəminə bürüyüb, amma sən Ondan üz döndərərək başqasına üz tutmusan. Bütün bunlarla yanaşı Allah uca, üstün və qüdrətli olmasına baxmayaraq, nə qədər də çox kərimdir və sən, alçaq və aciz olmağına baxmayaraq, çox itaətsizlik etməkdə nə qədər də cürətlisən, halbuki Onun (əfv və bağışlama) pərdəsinin pənahında yaşayır və lütf və ehsanının genişliyində gəzirsən! Amma O, nəinki bəxşiş və mərhəmətini səndən əsirgəməyib və Özünün (bağışlama) pərdəsini sənin (günahların) üzərindən götürməyib, bəlkə sənin üçün yaratdığı nemət və bəxşişdə və ya örtdüyü günahlarında, yaxud uzaq¬laşdırdığı bəlalarında bir göz qırpımı Onun lüt¬fün¬dən uzaq olmamısan (halbuki sən yenə də Ona itaətsizlik isti¬qamətində çalışırsan). İndi Ona (Onun göstərişlərinə) tabe olmaq barəsində nə düşünürsən? Allaha and olsun ki, əgər bu sifət (Allahın sənə üz tutması və sənin Ondan üz çevirməyin) qüvvələri bir və qüdrətləri bərabər olan iki şəxsdə olsaydı (və onlardan üz tutandan uzaqlaşan sən olsaydın) elə özün xoşagəlməz xislətlər və rəftarlarının pisliyinə görə öz ziyan və pisliyinə (öz əleyhinə) hökm verən ilk kəs olardın. (Bəs sənin özün öz pisliyinə hökm verdiyin bir halda, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah müqabilində özünü necə hiss edirsən?) Haqq və düz deyirəm (ki, həqiqətən) dünya səni aldatmayıb, bəlkə sən ona aldanmısan. Dünya sənə öyüd-nəsihətləri aşkar edib və səni ədalət və bərabərliklə xəbərdar edib. Sənə cisminin dərdə düçar olacağı və gücünün azalacağı kimi verdiyi vədlərdə daha doğruçu və vəfalıdır və sənə yalan demir və aldatmır səni. Nə çox nəsihət verən ki, sən onu təqsirləndirirsən (onun ibrətlərindən nəticə çıxarmırsan və sənin nəfsi istəklərinə zidd olduğu üçün ona əhəmiyyət vermirsən). Və nə çox doğru xəbər ki, sən onu yalan sanırsan. Əgər dünyanı xaraba şəhərlər və boş evlərlə tanımaq istəsən, onun gözəl nəsihətçi və öyüd verən olduğunu görərsən ki, mehriban yoldaş kimi səni məhvə çəkməyə qıymır.(Buna görə də «dünya məni aldatdı» deməməlisən. Çünki əgər dünya səni aldatsaydı, ibrətlərini səndən gizlədərdi. Bu kəlam Allah-təalanın Qur’ani-Kərimin Casiyə surəsinin 35-ci ayəsindəki «وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا» «dünya həyatı sizi aldatdı» buyuruğu ilə ziddiyyət təşkil etmir. Çünki dünyanın aldatmasının mənası əslində ona aldanmaqdır. ) (Buna görə də buyurur:) Dünya ona ürək bağlamayan üçün gözəl ev və onu vətən (öz həmişəlik yaşayış yeri) etməyən üçün gözəl yerdir. Dünya əhlinin sabahkı (qiyamətdəki) xoşbəxtləri bu gün dünyadan qaçan (və onun malına ürək bağlamayan, vurulmayan) kimsələrdir.
    Yer möhkəm titrəyəndə və onun qorxu və çətinlikləri ilə qiyamət gerçəkləşəndə, hər bir din əhli öz dininə, bütün sitayiş edənlər öz mə’budlarına və bütün tabe və davamçılar öz rəhbərlərinə qovuşanda (söz və əməllərinin araşdırılması üçün bir yerə toplaşanda) Allahın ədaləti müqa¬bilində havaya salınan hər bir nəzər və yerdə atılan hər bir yavaş addıma düzlük və doğruluqla əvəz veriləcək. (Həmin gün hər bir pis və yaxşı iş, hətta kiçik olsa belə, aşkar olacaq və onun barəsində sorğu-sual ediləcək.) Beləliklə, həmin gün çox dəlil və sübutlar batil olacaq və insanın sığındığı çox üzr və bəhanələr qəbul edilməyəcək. Buna görə də öz əməlindən, vasitəsi ilə bəhanələrin qəbul ediləcək və dəlilin möhkəmlənəcək şeyi istə. Sənin onun üçün qalmayacağın şeydən (dünyadan) sənin üçün qalacaq şeyi (Allaha itaət və xalqa xidməti) götür. Öz səfərin üçün hazır ol. (Çətinliklərindən) nicat və qurtuluş işığına nəzər sal (gör hardan saçır və hara gedir) və yəhəri cəld və çevik dəvələrin belinə bağla (axirət səfəri üçün azuqə və minik tədarükü gör ki, yolda qalmayasan və çətinliklərlə qarşılaşmayasan).
    215- ci xütbə
    İmam Əli əleyhis-salamın (öz vəsfindəki) kəlam¬ların¬dandır (ki, onda zülm, sitəm və haqsızlıqdan uzaq olmasını bəyan edib).
    And olsun Allaha ki, gecəni (iti tikanları olan) dəvətika¬nının üstündə oyaq keçirməyim və (əl, ayaq və boynumun) zəncirlə bağlanaraq öldürülməyim, mənim üçün qiyamət günü Allah və Peyğəmbərə, bəndələrin bəzilərinə zülm edib dünya malından bir şey qəsb etmiş halda qovuşmaqdan daha xoşdur. Sürətlə köhnəlməyə və çürüməyə doğ¬ru gedən (cavanlıq və güclülüyü çox tez qocalıq və zəifliklə əvəz olan) və torpaq altında qalması uzun çəkəcək nəfsə görə kiməsə necə zülm edim?!
    And olsun Allaha, (qardaşım) Əqili çox yoxsul və pərişan halda gördüm və məndən sizin buğdanızdan (beytülmaldan) bir batman istədi. Həmçinin onun uşaqlarını qəm-kədərdən tutqun rəngdə, toz-torpaqlı saçlarla gör¬düm, sanki üzləri mavi rənglə (indiqo ilə) qaraldılmışdı. Əqil öz istəyində təkid edərək sözünü təkrar edirdi və mən onun söhbətinə qulaq asırdım. Güman edirdi ki, mən öz dinimi ona sataraq öz yolumdan əl götürüb onun ar¬xasınca gedəcəyəm (hər nə desə yerinə yetirəcəyəm). Buna görə də onun üçün bir dəmir parçası qızdırıb bədəninə yaxınlaşdırdım ki, ibrət götürsün. O, qızarmış dəmir parçasının ağrısından xəstənin nalə etməsi kimi nalə edib fəryad qopardı və az qalmışdı ki, ondan yansın. Ona dedim: Ey Əqil, analar matəmində ağlasınlar! İnsanın oynamaq üçün qızdırdığı dəmir parçasından nalə qoparırsan, amma məni qüdrətli Allahın qəzəbindən yandırdığı oda tərəf çəkirsən?! Sən bu (az) əziyyətə görə nalə qoparırsan, amma mən Cəhənnəm odundan fəryad qoparmayım?! Əqilin əhvalatından daha təəccüblüsü bir şəxsin(Münafiq, ikiüzlü və İmam əleyhis-salamın düşmənlərindən olan və o Həzrətin də düşmən bildiyi Əş’əs ibn Qeys (nəzərdə tutulur).) axşam, ağzıbağlı qabdakı hədiyyə ilə və nifrət edib barəsində bədbin olduğum, sanki ilanın tüpürcəyi və ya qusmağı ilə qatışdırılmış halva ilə yanımıza gəlməsidir. Ona dedim: Bu hədiyyədir, zəkatdır, yoxsa sədəqə? Zəkat ilə sədəqə biz əhli-beytə haramdır. Dedi: Sədəqə və zəkat deyil, hədiyyədir. (Bu hədiyyəni gətirməkdən məqsədi batil olduğu və əslində onun hədiyyə adlandırdığı şey rüşvət olduğu üçün) dedim: Anan matəmində ağlasın. Məni Allahın dininin yolu ilə gəlib aldadırsan? (Məni bu yolla aldatmaq istədiyini) dərk edib anlamırsan, yoxsa dəlisən və yaxud boş-boş danışırsan? Allaha and olsun, əgər yeddi iqlimi onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlk edim, etmərəm. Həqiqətən sizin dünyanız mənim yanımda çəyirtgənin ağzında çeynədiyi yarpaqdan da ucuz və dəyərsizdir. Əlinin əldən çıxan nemət və qalmayacaq ləzzətlə nə işi? Ağlın yuxuya getməsindən (və onun dünyanın fitnə-fəsadlarını başa düşməkdən xəbərsiz qalmasından) və sürüşmənin (və azğınlığın) çirkinliyindən Allaha pənah aparıram və (bütün hallarda) ancaq Ondan kömək diləyirəm.
    216- cı xütbə
    İmam Əli əleyhis-salamın (var-dövlətli olmağı istəmək və yoxsulluğa düçar olmamağı diləmək üçün olan) dualarındandır.
    Allahım, mənim abrımı varlılıqla qoru və şəxsiyyətimi yoxsulluqla alçaltma ki, Sənin ruzi verdiklərindən ruzi istəməyim, yaratdıqlarının pis əməllərində mehribançılıq axtarmayım, mənə bir şey əta edən kəsi mədh etməyə məcbur olmayım və mənə bir şey verməyən kimsənin pisliyinə danışmağa düçar olmayım.(Bu iki sifət məzəmmət edilmiş sifətlərdəndir və böyük günahlardan sayılır. Çünki bir şey verəni mədh etmək Allahdan başqasına üz tutmaq və Ona şərik qoşmaqdır. Nə çox bəxşiş edən adamlar var ki, dövrün pislərindəndirlər. Bir şey verməyən kəsi pisləmək də rəva və düzgün deyil. Çünki ola bilər ki, o yaxşı insanlardan biridir və bir şey verməməsinin üzrlü səbəbi var.  ) Bütün bunlardan sonra Sən verib verməməkdə ixtiyar sahibisən. Çünki hər bir şeyin ixtiyar və qüdrəti Sənin əlindədir.
    217- ci xütbə
    İmam Əli əleyhis-salamın (dünyanın məzəmməti və ölülərin hallarının bəyanı barəsindəki) xütbələrindəndir.
    Dünya, (əhli) qəm-qüssəyə bürünmüş, hiylə və xəbisliklə məşhurlaşmış (vəfasızlığı gözüaçıq insanlara gizli olmayan) bir evdir. O, həmişə bir halda qalmır.(Onun həyatı ölümə, varlılıq və zənginliyi yoxsulluğa, sevinci kədərə, sağlamlığı xəstəliyə, güclülüyü zəifliyə və hörmətliliyi xarlığa çevrilir.) Ona gələnlər (onun yanmaq, batmaq, uçmuş tavanlar altında qalmaq və müxtəlif xəstəliklərə düçar olmaq kimi dərd və əziyyətlərindən) salamat qalmazlar. Onun halları müxtəlifdir və növbələri dəyişməkdədir (bə¬zən nemət verər, bəzən də zəhmət). Onda kef çəkmək (nəfsin istəklərinə tabe olmaq) məzəmmət edilib və onda rahatlıq tapılmır. Onun əhli, onda bəla oxlarına hədəfdir ki, dün¬ya öz oxlarını onlara tərəf atır (hər birini bir dərdə düçar edir) və ölümlə məhv edir.
    Ey Allah bəndələri! Bilin ki, həm siz və həm də bu dünyada sizi əhatə edən şeylər (onun mal, bina və bər-bəzəyi) sizdən qabaq ke¬çən¬lərin yolundasınız. Onların ömürləri sizinkindən daha uzun, şə¬hər¬ləri daha abad və nişanələri daha mühüm idi. Onların səs¬lə¬ri kəsilib (danışmırlar), kü¬ləkləri yatıb (təkəbbür və məğrurluqları aradan ge¬dib), bədənləri çürüyüb, şəhərləri boş qalıb və nişanələri yoxa çı¬xıb. Ucal¬dılmış qəsrlər, möhkəm tikililər və böyük balışları möh¬kəm daşlar və ləhədə (qəbrin içində olan çuxura) birləşmiş qəbir¬lər¬lə əvəz ediblər. O qəbirlər ki, onların astanası viran olub və bi¬na¬sı torpaq ilə möhkəmlənib. Həmin qəbirlər bir-birlərinə ya¬xındırlar. Amma sakinləri qərib və tənhadırlar. (Hər birinin qəbrinin di¬gərinin qəbrinə yaxın olmasına baxmayaraq, onlar bir-birləri ilə görüşmürlər.) On¬lar elə bir məhəllə sakinləri arasında məskunlaşıblar ki, (bir-birləri ilə qaynayıb-qarışmadıqları üçün) qorxu içindədirlər; zahirdə rahat olan bir dəstənin içindədirlər, amma əzab-əziy¬yət¬də¬dir¬lər (bir işləri yox¬dur, amma əslində saysız zəhmət və məşəqqətlərə düçardırlar). Vətənlərə (özlərinin həmi¬şə¬lik yaşayış yerlərinə) uyuşmurlar. Yaxın və qonşu olmalarına baxmayaraq, qonşular kimi bir-birləri ilə qaynayıb-qarışmırlar. Çü¬rü¬ntü onları öz sinəsi ilə yediyi və daş-kəsək onları udduğu (məhv et¬diyi) halda onların arasında necə görüş ola bilər?! Özünüzün on¬la¬rın getdikləri yerə getmiş olduğunuzu, həmin yatağın (qəbrin) si¬zi girov götürməsini və həmin əmanət yerinin sizi qoynuna al¬ma¬sı¬nı təsəvvür edin. Belə isə (ey dünyaya aldananlar) əgər sizin işlə¬ri¬niz (qəbir və Bərzəx aləmi) sona çatsa və ölüləri qəbirlərdən (hesabları araş¬dırmaq üçün) çıxarsalar, sizin vəziyyətiniz necə olacaq? (Qur’ani-Kə¬rimin Yunus surəsinin 30-cu ayəsində deyilir ki:) «هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ» «Həmin vaxt hər bir kəs əvvəlcədən qabağa göndərdiyi şey (ye¬ri¬nə yetirdiyi əməl) ilə imtahan ediləcək (onun xeyir-ziyanını görəcək) və hə¬qi¬qi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. On¬ların uydurduqları şey (bütləri Allahın şəriki bilib onların şəfaətlərinə göz dikmələri) işlərinə yaramayacaq».
    218- ci xütbə
    İmam Əli əleyhis-salamın (Allahın mədhi və əfv edilərək bağışlanma istəmək barəsindəki) dualarındandır.
    Allahım, Sən öz dostlarınla bütün dostlardan çox dost¬san və onların Sənə təvəkkül etdikləri işlərinin islah edil¬mə¬sinə onların özlərindən də hazırsan (hər bir şeyə qadir oldu¬ğun üçün istəyən kimi hər bir işi görürsən). Batinlərini görür, düşün¬cə¬lərindən xəbərdarsan və gözüaçıqlıq və ağıllarının miq¬da¬rını bilirsən. Beləliklə, onların sirləri Sənin yanında aş¬kar¬dır və qəlbləri Sənə doğru yönəlib. Tən¬halıq onları va¬hi¬məyə salanda Sənin zikrin onlarla ün¬siy¬yət¬də olur, qəm-qüs¬sə onlara qalib gələndə Sənə pə¬nah aparmağa sığı¬nırlar. Çünki bilirlər ki, işlərin sükanı Sənin (qüd¬rət və qüvvət) əlindədir və onların mənşəyi Sənin qəzavü-qədərindir.
    Al¬lahım, əgər nə istəyəcəyimi bilməsəm və öz istə¬yim¬də çaş-baş qalsam, məni xeyrim olan şeyə yönəlt və qəlbimi xeyir və yaxşılığım olan şeyə tərəf döndər ki, əgər məni istiqamətləndirsən, bu Sənin hidayət etmə¬lə¬ri¬nin mü¬nasib olmayanı və istəkləri rəva etməklərinin qəribə və təəccüb¬lüsü deyil. (Çünki Sən hidayət edən və istəkləri rəva edənsən.)
    Allahım, mənimlə ədalətinlə deyil, əfv və bağış¬la¬man¬la dav¬ran. (Çünki ədalətlə rəftar etmək cəzalanmağıma və çətinliyə düşməyimə səbəb olar.)
    219- cu xütbə
    İmam Əli əleyhis-salamın (Ömər barəsində tövriyə yolu ilə buyurduğu, yəni, zahirdə onu tərifləməsi kimi görünən, amma batində onu məzəmmət etdiyi və buna görə də üçüncü xütbədə buyurduqları ilə heç bir ziddiyyət təşkil etməyən) kəlamlarındandır.
    Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, (Bəzilərinin fikrincə) əyriliyi düzəlt¬di (az¬ğınları yola gətirdi), xəstəliyi müalicə etdi (bir sıra şəhərlərin əha¬lisini İslam dininə qovuşdurdu), sünnəni bərqərar etdi (Peyğəmbərin hökmlərini icra etdi) və fitnə-fəsadı arxaya atdı (onun zamanında bir fitnə baş vermədi). Dünyadan pak paltar və az eyblə getdi (Osman kimi özünü çirkinliklərə bulaşdırmadı). Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı (nə qədər ki, var idi xilafət işi nizam-intizamda idi və onda heç bir pozğunluq yaranmadı). Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köç¬dü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qo¬yub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.
    Category: Nəhcül-bəlağə 3 | Added by: Islam_Kitabxanasi (2012-03-04)
    Views: 939 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024