İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 3

    Nəhcül-bəlağə 3
    220- ci xütbə
    İmam Əli əleyhis-salamın xalqın onunla bey’ətinin necəliyi barəsindəki kəlamlarındandır və bundan qabaq (əlli üçüncü və yüz otuz yeddinci kəlamda) bunun bənzəri başqa kəlmələrlə keçdi.
    (Mənimlə bey’ət etmək üçün) əlimi açdınız, mən yumdum, onu çəkdiniz, mən saxladım. Ondan sonra susuz dəvələr su nohurlarına daxil olanda basabas saldıqları kimi izdihamla üstümə töküldünüz. Nəhayət, ayaqqabının ipi (ayaqlardan) açıldı, əba (çiyindən) düşdü, zəif ayaq altında qaldı və xalqın mənimlə bey’ət səbəbindən sevinci o həd¬də çatdı ki, uşaqlar şad oldular və zəif qoca, çətinlik və məşəqqətdə olan xəstə və yeni yetişmiş qızlar rübəndsiz onun tamaşasına gəldilər.(Buna görə də tam meyl və rəğbətlə edilmiş, sevincin çoxluğundan hamının özündən çıxdığı bey’ətlə müxalifət etməməli və onu pozmamalısınız. )
    221- ci xütbə
    İmam Əli əleyhis-salamın (pərhizkarlığa yiyələnmək və ölüm haqqında, eləcə də dünyaya aldanmamaq barəsində buyurduğu) xütbələrindəndir.
    Pərhizkar olmaq və Allahdan qorxmaq (dünya və axirət¬də) hidayət və nicat açarı, qiyamət günü üçün azuqə, hər bir əsirlikdən (şəhvətlər və nəfsi istəklərdən) azadlıq vasitəsi və hər bir məhvdən qurtuluşdur. Təqva ilə hacət istəyənin diləyi rəva olur, (əzab və çətinlikdən) qaçan nicat tapır və (Allah-təaladan) çoxlu əta və bəxşişlər əldə edilir. Buna gö¬rə də indi ki, əməl yuxarı qalxır (qəbul edilir), tövbə və (gü¬nahdan) qayıdış xeyir verir, dua eşidilir (hacətləri qəbul edir¬lər), dinclik və rahatlıq vaxtıdır (arada ölüm iztirabı və ni¬garançılıq yoxdur) və qələmlər (yaxşı və pis əməlləri yazanların qələmləri) işləyir (öləndən sonra işdən düşən kimi deyil) iş görün (axirət səfəri üçün azuqə götürün). (Cavanlıqdan qocalığa, güclülükdən zəifliyə) dəyişən ömrün, yaxud (işdən) saxlayan xəstəlik və dərdin və ya (həyatı) oğurlayan ölümün müqabilində ibadət və itaətə tələsin! Çünki ölüm sizin sevinc və ləzzətlərinizi məhv edərək istəklərinizi yox edəcək və düşüncələrinizi uzaqlaşdıracaq. O, sevilməyən görüşçü, (hər nə qədər şücaətli və güclü olsan da) məğlub olmayan mü¬ba¬riz və sorğu-suala tutulmayan intiqamçıdır. Onun tələləri sizi tutub, qəm-qüssə və həlakətləri sizi əhatə edib, (oxlarının) ucları sizi hədəf alıb, üstünlük və qüdrəti aranızda əhəmiyyətlidir və zülmü ardıcıl olaraq sizə çatır. Qılıncının zərbəsinin boşa çıxması çox az mümkündür. Buna görə də kölgələrinin qaranlığının, dərdlərinin şölələnməsinin, çətinliklərindən yaranan özündən getmələrin tutqun¬luq¬larının, dərdlərin canı almalarının, qara geyindirmələrinin və pis dadı daddırmasının sizi haqlaması yaxındır. (Ölüm istəyib-istəməməkdən asılı olmayaraq hamını tapacaq) sanki qəflətən sizin yanınıza gəlib, sir danışanlarınızı susdurub, müşavirlərinizi dağıdıb, nişanələrinizi məhv edib, şəhərlərinizi sahibsiz qoyub və varislərinizi, irslərinizi (həmin vaxt sənə) xeyri olmayan məxsus qohumlar, (sənin ölümünün) qarşısını almayan qəmli qohumlar və (sənin ölümündən) kədərlənməyən xoşhallar arasında bölüş¬dürmək üçün göndərib. Belə isə (itaət və bəndəlikdə) səy və təlaş edin və azuqə götürülən yerdə (axirət səfərinə) hazır olaraq azuqə götürün. Dünya həyatı keçib gedənlərinizi aldatdığı kimi sizi aldatmasın. O kəslər ki, onun südünü sağdılar (ondan çox bəhrələndilər), ona aldandılar (ləzzət və şadlıq onları qiyamət gününün hesabından qafil etdi), onun sayını ləğv etdilər (günlərini qəflət və xəbərsizliklə sona çatdırdılar) və onun təzəsini köhnəltdilər (cavanlığı qocalığa çatdırdılar). Evləri gorlar, var-dövlətləri isə başqalarının mirası oldu.Qəbrlərinin üstünə gələni tanımazlar, onlara ağlayana əhəmiyyət verməzlər və onları çağırana cavab verməzlər. Buna görə də dünyadan çəkinin. Çünki o, çox hiyləgər, aldadan və ələ salandır. O, bağışladığını geri alan və geyindirdiyini soyundurandır.(Əgər bir neçə gün birinə üz tutub ona bir şey versə, tez arxa çevirər və verdiklərini geri alar.) Onda olan rahatlıq həmişəlik deyil və onun çətinlikləri sona çatmır, dərd-bəlası sakitləşmir. (Buna görə də ağıllı adam belə bir dünyaya ürək bağlamaz və mümkün olan qədər Allah və Peyğəmbərin razılığını əldə edər.)
    222- ci xütbə
    İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih-mədhi barəsindəki) xütbələrindəndir ki, onu Bəsrəyə gedərkən (Bəsrə yaxınlığındakı) «Zi-qar»da buyu¬rub. Vaqidi onu «Cəməl» kitabında nəql edib.
    Həzrət Peyğəmbər məmur edildiyi şeyi bəyan edib və Rəbbinin sifarişlərini (hökmlərini xalqa) çatdırıb. Beləliklə, Allah onun vasitəsi ilə bir-birindən ayrılmış şeyi nizam-intizama saldı, dağınıqları bir yerə topladı və sinələrdə şö¬lələnən düşmənçilikdən və qəlblərdə alovlanan kin-kü¬du¬rətdən sonra qohumlar arasında birlik yaratdı.
    223- cü xütbə
    İmam Əli əleyhis-salamın, səhabələrindən olmuş Abdul¬lah ibn Zəməəyə buyurduğu kəlamlarındandır. Abdul¬lah o Həzrətin xilafəti zamanında onun yanına gələrək (beytülmaldan) bir mal istədi. İmam əleyhis-salam bu¬yur¬du.
    Bu mal nə mənimdir, nə də sənin, bəlkə müsəl¬man¬la¬rın (müharibədə kafirlərə qalib gəlib əldə etdikləri) qənimətləri və on¬ların qılınclarının məhsuludur. Buna görə də əgər sən dö¬yüşlərində onlarla şərik olmusansa, onda onlar kimi sə¬nin də payın var. Əks təqdirdə (sənin payın yoxdur, çünki) on¬ların əllərinin topladıqları başqalarının ağzı üçün deyil.
    224- cü xütbə
    İmam Əli əleyhis-salamın (dilin natiq deyil nitq vasitəsi olması barəsindəki, eləcə də öz zəmanəsinin adamlarını və gələcək insanları vəsf etdiyi) kəlamlarındandır. (Əmirəl-möminin əleyhis-salam bir gün bacısı oğlu Cə’də ibn Hübeyrə Məxzumiyə camaata xütbə oxuması göstərişini verdi. Cə’də minbərə çıxanda danışa bilmədi. Sonra o Həzrət özü ayağa durub minbərə çıxdı və müfəssəl bir xütbə oxudu ki, onun bir hissəsi belədir.)
    Bilin, dil insanın bir parçasıdır ki, əgər şəxs aciz olsa, söz onunla yoldaşlıq etməz.(Natiqləşməz, yəni, əgər birinin danışıq bacarığı olmasa, danışıq və söz də onun dilinə gəlməz, necə ki, əgər birinin yerimək qüdrət və bacarığı olmasa, ayaq öz-özünə yol getməz. ) Həmçinin əgər şəxs baca¬rıq¬¬lı olsa, söz dilə imkan verməz. Biz (Peyğəmbər Əhli-Bey¬ti) söz şahlarıyıq (söz bizim əmrimizə tabedir) və onun kökləri bizə batıb və budaqları bizim üstümüzə sərilib (hər bir məsələni lazım olan zaman fəsahət, bəlağət və dolğunluğun son həddində bəyan edə bilirik).
    Allah sizi bağışlasın, bilin, siz elə bir zamanda yaşa¬yır¬sınız ki, onda haqq danışan az, dil doğruçuluqda süst və haqqı axta¬ran xardır. İnsanlar (Allah və Peyğəmbərə) itaət¬¬sizliyə hazırlaşıblar və (nəfsi istəklərə tabe olmaq üçün) bir-birləri ilə uyuşmaqda yoldaşlıq edərək birləşiblər. Cavanları pis xasiyyətli, qocaları günahkar, alimləri iki¬üz¬lü və danışanları yaltaqdır. Kiçikləri böyüklərinə hör¬mət qoymur və varlıları yoxsullarına əl tutmur.
    225- ci xütbə
    İmam Əli əleyhis-salamın kəlamlarındandır. Ze’ləb Yə¬mani, Əhməd ibn Qutəybədən, o, Abdullah ibn Yəzid¬dən və o, Malik ibn Dihyədən nəql edib ki: Biz Əmirəl-mömininin yanında idik və insanlar arasındakı fərqlərdən (bədənlərinin, əxlaqlarının və davranışlarının yaxşı və pisliyindən) söz düşdü. O Həzrət buyurdu:
    Maya və yaradılışlarının mənşə və başlanğıcı onlar ara¬sında ayrı¬lıq salıb. (Onların fərqlərinin səbəbi vücuda gəldikləri və yaradıldıqları ünsürlərin müxtəlif olmasıdır.) Bu, onların şor və şirin yerin və bərk və yum¬şaq torpağın bir parçası olmalarına görədir. (Xülasə, onların müxtəlif olmalarının səbəbi müxtəlif yerlərdə yetişən qida məhsullarından təşkil olunmuş nütfələrdir.) Buna görə də onlar (nütfələri təşkil olunan qidaların yetişmə) yerlərinin yaxın olması qədər bir-birlərinə yaxındırlar (və xasiyyətləri birdir). Eləcə də həmin yerin fərqliliyi miqdarında (sifətlərində) bir-birlərindən fərqlidirlər. Buna görə də (bəzən) gözəl üzlü ağlı az, uzun boylu az himmətli, gözəl əməlli çirkin üzlü, qısa boylu uzaqgörən, gözəl təbiətli pis xislətə bürünmüş, avara-sərgərdan və çaşqın qəlbli ağılı dağınıq və tutqun və xoş dilli qəlbi iti (bilikli və gözüaçıq) olur.
    226- cı xütbə
    İmam Əli əleyhis-salamın Allahın Peyğəmbərini (səlləllahu əleyhi və alih) qüsl verib kəfənləyərkən buyurduğu kəlam¬larındandır.
    Atam-anam sənə fəda olsun, ey Allahın Peyğəmbəri! Hə¬qi¬qə¬tən sənin ölümünlə başqalarının (digər peyğəmbərlərin) ölümü ilə kə¬sil¬məyən şey - nübüvvət, ilahi hökmlər və səma xəbərləri kə¬sil¬di.(Çünki hər bir peyğəmbərdən sonra ondan sonrakı peyğəmbərə vəhy nazil olurdu. Amma sən peyğəmbərlərin sonuncusu olduğun üçün sənin vəfatından sonra heç kəsə vəhy nazil olmayacaq. )(Sən öz müsibətində) tək və yeganəsən. Belə ki, digər müsibətlərə tə¬səl¬li verənsən. (Çünki sənin müsibətin bütün müsibətlərdən böyükdür.) (Öz və¬fatınla dünyadan köçməyinlə isə) ümumisən. Belə ki, insanlar səndə (sə¬nin matəmində) yeksandırlar. (Bu müsibətdə heç kəs kədərsiz deyil.) Əgər səbr¬liliyə əmr edib nalə, fəryad və fəğan qoparmaqdan çəkin¬dir¬mə¬səydin, (sənin ayrılığına görə çox ağlamaqla) həmişə göz yaşlarımın bu¬laqlarını qurudardım və dərd-qəm daimi və hüzn və kədər hə¬mi¬şə bərqərar olardı. Sənin müsibətində göz yaşının quruması, hüzn və kədərin daimi olması azdır. Amma ölüm elə şeydir ki, onu aradan qaldırmaq mümkün deyil və onu dəf etmək im¬kan¬sızdır. Atam-anam sənə fəda olsun, bizi Rəbbinin ya¬nında yada sal və öz yadında saxla (bizi unutma və Allah-təaladan günahlarımızın bağışlanmasını istə).
    227- ci xütbə
    İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətləri barəsində və Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih-mədhindəki) xütbələ¬rindəndir.
    Şükr o Allaha layiqdir ki, hiss və duyğular Onu (Onun zat və həqiqətini) dərk etməz, məkanlar Onu əhatə etməz, gözlər Onu gör¬məz və pərdələr Onu örtməzlər.(Çünki dərk edilmək, əhatə olunmaq, görünmək və örtülmək cismin xüsusiyyətlərindəndir. ) Və yaratdıqlarının yaran¬ma¬sı və zahir olması ilə Öz vücudunun qədimlik, əbədilik və var¬lığına dəlildir.(Çünki yaranmış məxluq onu yaradan qədim varlığa möhtacdır. Həmin yaradanın özünün yaranmış olması və ya qadir olmaması mümkün deyil. Çünki belə olan surətdə o, yaradan olmağa layiq olmaz. ) Həmçinin yaranmışların bir-birlərinə ox¬şa¬ma¬ları Onun bənzərinin olmamasına dəlildir.(Çünki bənzəri olmaq mümkün varlıq olmağı tələb edir və bu xüsusiyyət vacib varlıqda yoxdur. Bu məsələnin bəyanı yüz əlli ikinci xütbənin şərhində keçdi. ) O, Öz vədinə əməl edən və bəndələrinə zülm etməkdən uzaq olan Allahdır. Ya¬rat¬dıqları ilə ədalətlə davranır və Öz hökmünü onlara düzlük və doğruluqla icra edir.(Onları hikmət əsasında yaradıb və onlara təyin etdiyi yaradılış və şəriət qanunlarını ədalətlə müəyyənləşdirib.) Əşyaların hadis (sonradan yaradılmış) ol¬ma¬ları ilə Öz əzəliliyinə, onların nişanələri etdiyi acizlikləri ilə Özü¬nün qüdrətliliyinə və onların naçarlıq üzündən barəsində na¬ra¬hat olduqları fanilikləri ilə Öz əbədiliyinə (ağıllardan) şahidlik et¬mələrini istəyib (ki, onlar hər bir hadis və yaradılmışın yaradanının olması və Al¬lahın hadis olmaqdan və naqislikdən pak və uzaq olması qərarına gəlsinlər). O, bir və təkdir, amma ədəd və say əsasında olan birlik və təklik yox!(O, ədəd «bir»i deyil ki, azlıq, başlanğıc və çox hissə sifətləri ilə vəsf edilsin, bəlkə çoxluğu olmayan və onun üçün ikinci fərz edilməyən həqiqi birdir. ) Həmişə olub və var, amma müddət və zaman hesabı ilə yox! (Çünki zamanın yaradıcısı Odur.) Durub və bərqərardır, amma sü¬tun və hamilərlə (onu saxlayan şeylə) yox! (Çünki hər bir şey Ona söykənir və arxalanır.) Zəkalar Onu dərk edər, amma (hisslərlə) dərk etmək yolu ilə yox. (Çünki O, zehinlərdə sığışmaqdan pak və uzaqdır.) Görünənlər (və ya göz¬lər) Onun vücudunun varlığına şəhadət verirlər, amma birgə, bir yerdə olmasına görə yox. (Çünki məhdud deyil ki, bir yerdə olsun, digər bir yerdə isə olmasın və ya göz Onun başını görsün.) Düşüncələr Onu əhatə et¬məyib (Onun zatının dərinliyini və həqiqətini dərk etməyiblər), bəlkə dü¬şün¬cə¬lər vasitəsi ilə düşüncələrə aşkar olub. (Ağıl düşüncə yolu ilə Ona yol tapıb, amma Onun zatının həqiqətini dərk etməyib. Çünki cisim deyil və buna görə də düşüncələr Onu əhatə etmir.) Həmçinin düşüncələrlə düşüncələrdən (onların Onu əhatə etməsindən) imtina edib. (Çünki mümkün varlığın düşüncəsi vacibul-vücud varlığa yol tapa bilməz və buna görə də Onu əhatə edə bilməz.) Eləcə də düşüncələri düşüncələrin yanında mühakiməyə gətirib.(Düşüncədən, mümkün varlıqlar barəsində etdiyi əhatə etmək və fikrə gətirmək işini yaradan barəsində də edib-etməməsi hökmünü verməsini istəyib. Düşüncə də dilə gəlib deyər ki, Allah düşüncəyə gəlməkdən pak və uzaqdır.) Onun bö¬yüklüyü, nəhayətlərin Ona çatıb Onu cisim olaraq böyük gös¬tər¬mələri şəklində deyil. Həmçinin Onun əzəməti sonluqların On¬da sona çatmaları və Onu bədənə malik böyük kimi gös¬tər¬mə¬ləri qismindən deyil.(Xülasə, Allah-təalanın böyüklüyü cisimlərin böyüklüyü kimi deyil ki, O nəhayətə və kənara malik olsun və çox böyük, uzun və enli olsun. ) Bəlkə Onun şə’n, səltənət və padşahlığı böyükdür.
    Və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, seçilmiş el¬çi¬si və saleh əməlli sevimlisidir. Allah ona və onun əhli-beytinə (xal¬qı hidayət etdikləri üçün) salam çatdırsın. Allah onu (insanların qəbul etmə¬ləri labüd olan və dəlil gətirmək məqamında kifayət edən) vacib və lazımi də¬lillər, aşkar qələbələr və açıq-aydın yol ilə göndərdi. Buna gö¬rə o Həzrət də Allahın hökm və sifarişini onun vasitəsi ilə haqqı ba¬tildən ayıraraq çatdırdı; insanları nümayəndəsi olduğu doğru yo¬la apardı; doğru yol və aşkar nişanələrə dəlalət edən bay¬raqları sancdı (ki, heç kəs batili haqq ilə və azğınlığı düzlüklə səhv salmasın). Həmçinin İslamın kəndirlərini möhkəmləndirdi, iman və yəqinin dəstəklərini bərkitdi (ki, həmin kəndir və dəstəklərdən yapışan hər bir kəs azğınlıq və bədbəxtlikdən nicat tapsın və başqası ona hakim olmasın).
    Bu da həmin xütbənin (qarışqa, çəyirtkə və bu kimi) bir qism heyvanların yaradılışlarının qəribəlik və heyranediciliyinin vəsfinə dair bir hissəsidir
    Əgər insanlar Allah-təalanın qüdrətinin əzəməti, nemət və bəx¬şişinin böyüklüyü barəsində fikirləşərək düşünsələr, (az¬ğın¬lıq¬dan doğru) yola qayıdar və (qiyamətdəki) yandırıcı odun məşəqqət və çətinliklərindən qorxarlar (Allah və Peyğəmbərin göstərişlərinə zidd davranmazlar). Amma qəlblər xəstə və gözlər kordur!(Bu səbəbdən, haqq yoldan çıxaraq Allahın qüdrətinin nişanələri haqqında düşünmür və Onun nemətlərinin şükrünü yerinə yetirmirlər.)Məgər yaratdığı kiçik heyvanın yaradılışını, eləcə də onun (bədən üzvlərinin) bir-birinə birləşmələrini necə möhkəm etməsinə, (bütün kiçikliyinə baxmayaraq,) onun üçün qulaq və göz yaratmasına və onu mütənasib sümük və dəri ilə bəzəməsinə baxmırlar?!
    Göz ucu baxışla görünməyən və fikirləşməklə dərk edilməyən ki¬çik gövdəli və nazik bədənli qarışqaya baxın ki, öz yolunu ne¬cə gedir və ruzisini əldə etmək üçün necə tələsir. Dəni öz yuva¬sı¬na daşıyır və onu (çətin gün üçün) anbarında hazır saxlayır. Yayda qış və (isti günlər) gələndə qayıtmaq (soyuq günlərin qayıtması) üçün dənləri toplayır. Allah onun ruzisinə zamindir və halına uyğun olaraq onun ruzi yolunu açıb. Nemət və bəxşişi çox olan Allah, ondan qafil deyil. Əvəz verən Allah onu məhrum və paysız qoymaz, hətta (bir şey bitməyən) quru daşın və ya (bir yerdən digər yerə aparılmayan) sərt daşın içində olsa belə! Əgər qarışqanın qida boruları, yuxarı və aşağısı, qarnında olan qabırğaları və başında olan göz və qulağı barəsində fikirləşsən, onun yaradılışından (Allahın onun yaradılışındakı hikmət və tədbirindən) heyrətə gələrək onu vəsf etməkdə çətinliyə düşərsən. Buna görə də qarışqanı, yara¬dı¬lışında heç bir yaradan şərik olmadan (yaradan) və heç bir qüd¬rətli kömək etmədən əl və ayaqları üzərində saxlayan, dirək və bə¬dən üzvləri üzərində quran Allah (fikir və düşüncəyə yerləşməkdən) çox-çox uca və üstündür. Əgər öz düşüncə yollarını qət edərək onun sonuna çatsan (bütün fikir və düşüncələrini işə salsan), dəlil və sü¬but hər bir şeyin (digərindən) fərqlənməsində işlədilmiş dəqiqliyə və canlıların növbənöv olmalarının əhəmiyyətinə görə səni an¬caq və ancaq bu nəticəyə gətirib çıxaracaq ki, qarışqanın yara¬da¬nı elə həmin xurma ağacının yaradanıdır.(Xülasə, varlıqların hər birinin yaradılışındakı fərqlər dəqiqdir və onların şəkillərinin müxtəliflik səbəbinin aydınlaşması çətindir. Onların hər birində incə və zərif hikmətlər mövcuddur. Qarışqa və fil, dağ və saman və səhra və dənizdə olan bütün kiçik və böyük varlıqları Hikmət sahibi olan Yaradan hikmət əsasında həmin fərqlər və müxtəlifliklərlə yaradıb və onların uca Yaradana möhtac olmalarında fərq yoxdur.) (Buna görə də İmam əleyhis-salam buyurur:) Onun yaratdıqları arasında böyük-kiçik, ağır-yüngül və güclü-zəif yoxdur və onların hamısı (Onun kamil qüdrəti müqabilində) bərabərdirlər. (Buna görə də belə güman etmə ki, bu kiçik olduğu üçün çətin, digəri isə böyük olduğu üçün asandır.) Həmçinin (Onun qüd¬rəti müqabilində) göy, hava, külək və su (bunların hər birinin yaradılması) da bərabərdir. Həmçinin günəş, ay, bitki, ağac, su və daşa, gecə ilə gündüzün dolanmasına (bir birini əvəz etməsinə), dənizlərin ax¬ma¬sı¬na, dağların çoxluğuna, qüllələrin uzunluğu və dillərin müx¬tə¬lif¬liyinə baxın.(Bu məxluqatın hər birinin yaradılışının qəribəliyində dərindən fikrə dalıb düşünün və onlarda hansı incə hikmətlərin gizləndiyinə diqqət edin ki, bunların hamısı yaradanın olmasına və mövcudluğuna dəlildir. )Buna görə də yaradanı inkar edənin və nizama sa¬lana inanmayanın vay halına! Belə güman edirlər ki, onlar, (səhra və dağlarda özbaşına bitən və) əkəni, toxum səpəni olmayan bitki kimi¬dirlər və onların müxtəlif surətlərini yaradan olmayıb. On¬lar, barəsində iddia etdikləri şeydə dəlil və sübuta malik deyil¬dirlər və əzbərləyərək inandıqları şeydə araşdırma və yəqinləri yoxdur. (Bəlkə onların iddiaları yalnız məğrurluq və güman əsasındadır.) Məgər bənnası olmamış bina və ya canisi olmayan cinayət var? (Hər bir işin onu görmüş amilə möhtac olması zəruri və aşkar bir məsələdir ki, onu inkar etmək səhv və batil bir düşüncədir və onu inkar edən kəs nadan və azğındır.)
    İstəyirsənsə (qarışqa kimi) çəyirtkədən danış (onun yaradılışının hey¬ran¬ediciliyində fikrə dalaraq düşün) ki, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, onun üçün iki qırmızı göz yaradıb, (ay kimi) iki pa¬rıl¬tılı bəbək işıldadıb. Ona gizli (gözlə görünməyən) qulaq qoyub və münasib ağız açıb. Onun üçün (yaşayış yolu və öz xeyir-ziyanını bil¬diyi) güclü hissiyyat yaradıb və həmçinin vasitəsi ilə (bitkini) kəsib ayır¬dığı iki diş (verib). Həmçinin oraq (kimi iki ayaq verib) ki, onunla qaçır. Əkin¬çilər əkinlərinə görə ondan qorxurlar və hətta söz qoyub bir¬ləş¬sələr belə, onun qarşısını ala bilməzlər. Nəhayət, uçub əkin¬lərə gələrək onda istədiyini edər, halbuki onun bütün gövdə və bədəni nazik bir barmaq ölçüsündədir. Buna görə də (dərk edil¬mək¬dən) pak və uzaqdır o Allah ki, göylər və yerdə olanlar (mələk¬lər və Allaha itaət edənlər) ixtiyar və çarəsizliklə (rahatlıq və çətinlikdə) Ona səcdə edirlər, üzlərini torpağa sürtürlər (itaətkarlıq və zəifliklərini bil¬dirirlər), məcburiyyət və zəiflik üzündən itaət edə¬rək hökmünə ta¬be olurlar və qorxu üzündən cilovları¬nı Onun əlinə verirlər. Quş¬lar Onun əmr və fərmanının ix¬tiyarındadırlar. O, onların tük¬lərinin və nəfəslərinin sa¬yı¬nı bilir. Onların əl və ayaqlarını su və quruda möh¬kəm¬lədib (bəzilərini dəniz, bəzilərini isə səhra sakini edib). Ru¬zi¬lə¬rini müəyyənləşdirib və onların növlərindən xəbərdar¬dır: bu qarğa, bu qartal, bu göyərçin və bu dəvəquşudur. Hər bir qu¬şu adı ilə çağırıb (hikmət və məsləhətə uyğun ya¬ra¬dıb) və ruzisinə zə¬manət verib. (Yağışı olan) ağır buludu ya¬radıb, yağışını axıdıb, hər bir yerin ondan olan payını müəy¬yənləşdirib, yerə quruluqdan sonra su verib və quraq¬lıqdan sonra onda bitki bitirib.
    228- ci xütbə
    İmam Əli əleyhis-salamın tovhid barəsindəki xütbələ¬rindəndir. Bu xütbə özündə elmin (Allahı tanımaq elminin) digər xütbələrin toplamadığı əsas və qaydalarını toplayıb:
    Onun üçün keyfiyyət və necəlik (zata əlavə edilən sifətlər) müəyyənləşdirən kəs Onu tək bilmir. Onun üçün misil və bənzər (şərik) güman edən kəs Onun həqiqətinə çatmayıb (Onu tanımayıb). Onu (bir şeyə) oxşadan kəs Onu nəzərdə tutmayıb. Ona işarə edən və Onu xəyala gətirən kəs Onu istəməyib.(Çünki hiss və ya ağıl ilə işarə edilən şey məhduddur və məhdudluq cismin xüsusiyyətlərindəndir. Birinci xütbənin şərhində bu məsələyə toxunulub. ) Öz zatı ilə tanınan şey (həqiqət və zatı tanınmış, dərk edilmiş şey) yaradılmış və məxluqdur.(Allah isə yaradılmış deyil. Çünki yaradılmış yaradana möhtacdır və möhtaclıq vücudu vacib olan varlıq deyil, mümkün olan varlığın xüsusiyyətlərindəndir. Buna görə də Allah-təala zatı ilə tanınmır, bəlkə Onu nişanə və əlamətləri ilə tanıyırlar. ) Özündən başqası ilə var olan hər bir şey nəticədir.(Çünki başqası ilə var olan məkana möhtacdır və möhtac olan hər bir şey mümkün varlıqdır. Və hər bir mümkün varlıq nəticədir. Buna görə də vacib varlığın başqası ilə var olması münasib deyil, əksinə, hər bir şey onun vasitəsi ilə mövcuddur. )O, faildir, (işləri görəndir) amma alət və vasitələrdən istifadə etmədən! (Çünki alət və vasitələrə möhtac olmaq mümkün varlığın sifətlərindəndir. Ruzi, əcəl və bu kimi şeyləri) təyin edəndir, amma fikir və dü¬şün¬cə işlətmədən. (Çünki Allah düşüncəyə möhtac olmaqdan pak və uzaqdır.) Ehtiyacsızdır, amma başqasından bəhrələn¬məklə yox. (Varlıların ehtiyacsızlıqları başqalarından bəhrələnmək vasitəsi ilədir. Allah-təala isə bundan pak və uzaqdır. Çünki o, naqislik və möhtaclığın zəruri nəticələrindəndir.) Zaman və vaxtlar onunla yol¬daş deyildirlər.(Çünki O, əzəlidir, zaman isə hadis və sonradan yaranmış. Hadis əzəli ilə yoldaş olmaz. Ona görə ki, yoldaşlıq birgə olmağı tələb edir. ) Alət və vasitələr Ona yardım etmirlər. (Çünki alətləri O yaradıb və hər bir kömək və yardımdan eh¬tiyacsızdır.) Onun mövcudluğu zamanlardan, varlığı yox¬luqdan və əzəlilik və əbədiliyi başlanğıcdan qabaqdır. (Çünki hər bir şey Onda sona çatır, O Özü isə sonsuzdur.) Onun hiss və idrak qüvvələrini yaratması ilə Onu dərk etmə vasitəsinin olmaması məlum olur. Əşyalar arasında ziddiyyət və ixtilaf yaratması ilə Onun zidd və müxalifinin olmaması bilinir. Onun əşyalar arasında tay və yoldaş təyin etməsi ilə Onun tay və yoldaşının olmaması başa düşülür. (Çünki hiss, zidd və tayları yaradan Odur.) İşıqlıqla qaranlığı, aşkarla gizlini (ağla qaranı), quru ilə yaşı və isti ilə soyuğu bir-birinə zidd edib. (Müxtəlif ünsürlər kimi) bir-bi¬rin¬dən ayrı və uzaq olan zidd şeyləri birləşdirəndir; (ruh ilə bədən kimi) bir-birlərindən ayrı olanları tay və yoldaş edəndir; (qəlbləri və müxtəlif istəkləri bir-birinə qovuşdurmaq kimi) bir-birindən uzaq olanları yaxınlaşdırandır və bir-birinə yaxın olanları bir-birindən ayırandır (ölüm ilə ruhla bədən arasında ayrılıq salmaq kimi). Heç bir hədd ilə məhdud deyil (çünki məhdudluq vacib varlığa deyil, mümkün varlığa aiddir), ədəd və say ilə sayılmaz (çünki O, onun üçün ikinci fərz edilməyən həqi¬qi təkdir). Alətlər özlərini (mümkün varlıqları) məhdudlaşdırırlar və vasitələr öz bənzərlərinə işarə edirlər. (Çünki Allah cisim deyil ki, məhdudlaşsın və Ona işarə edilsin.) (Ərəb dilində zamanın başlanğıcını bildirən) «مُنْذُ» («munzu») kəlməsi alət və vasitələrin qədim olmalarına mane olub.(Buna görə də Allah-təaladan başqa hər bir şey barəsində «وُجِدَ هَذا مُنْذُ زَمانِ كَذا» «bu, filan zamandan meydana çıxıb» deyilə bilər. 
    ) Həmçinin (keçmiş zaman felinin əvvəlinə gələndə keçmiş zamanı indiki zamana yaxınlaşdıran, gələcək zaman felinin əvvəlinə gələndə isə azaldan) «قَدْ» («qəd») kəlməsi əzəlilik və əbədiliyin qarşısını alıb.(Buna görə də hər hansı bir şey barəsində «وَ قَدْ يَكُونُ كَذا» «yaxın keçmişdə belə idi» və ya «bəzən belə olur» demək olar. Necə ki, Allahdan başqası barəsində «لَوْ لا خالِقُهُ لَما وُجِِدَ» «əgər onu yaradan olmasaydı, o mövcud olmazdı» deyilir. ) Eləcə də (ikinci cümlədəki inkarı birinci cümləyə birləşdirmək üçün olan) «لَوْ لا » («lau la») kəlməsi kamil olmaqdan uzaqlaş¬dırıb.(Çünki əgər görünsə, həmin alət və vasitələr kimi olar və onlar kimi yeni yaranmış və başqasına möhtac olar. ) Həmin alət və vasitələrlə onların yaradanı ağıllara aşkar olub (ağıllar tərəfindən tanınıb). Həmçinin onlarla, gözlərlə görünməkdən imtina edib.(Çünki cisim hərəkət və durğunluqla vəsf edilir. Hər bir cisim isə mürəkkəbdir və mürəkkəb hissələrdən ibarətdir. )Durğunluq və hərəkət Ona şamil olmur. (Onun barəsində «hardasa qalıb» və ya «bir yerə gedib» demək olmaz.) Onun (məxluqatda) qoyduğu şey Onun Özünə necə cari olsun, yaratdığı şey Onun Özündə necə yaransın və icad etdiyi şey Onda necə icad olsun ki, belə olsa (fərzən durğunluq və hərəkət Onda cari olsa) zatı (artıqlıq və nöqsanla, yəni, hərəkət və durğunluqla) dəyişər və mahiyyəti parçalanar.(Çünki dəyişmək və zavala uğramaq vacib varlığın deyil, mümkün varlığın xüsusiyyətlərindəndir. ) Həmçinin həmin surətdə Onun həqiqəti əzəlilik və əbədilikdən imtina edər. (Çünki hər bir ci¬sim hadisdir, sonradan yaranmadır.) Əgər (hərəkət və durğunluqda) Onun üçün ön və qabaq tapılsa, arxa da olacaq. (Onda O, başlanğıc olmayacaq, halbuki vacib varlıq başlanğıcların başlanğıcıdır.) Əgər naqisliklə yoldaş olsa, kamilləşmək istəyəcək (halbuki vacib varlığın kamilləşmək istəməsi qeyri-mümkündür). Bu vaxt - (yəni, əgər Onda hərəkət və durğunluq olmuş olsa) hər bir şey Onun varlığının dəlili olduqdan, imtina və qeyri-mümkünlük dəlili ilə Onun, Ondan başqasına (mümkün varlıqlara) təsir edən şeyin təsirindən uzaq olması məlum olduqdan sonra, Onda məxluq olmaq nişanəsi aşkar olacaq və O, (digər yaranmışlar kimi) yaradanın varlığına dəlil olacaq.
    O Allah ki, haldan hala düşmür (dəyişmir), zavala uğramır(Çünki bunun nəticəsi yerdəyişmə və hərəkətdir ki, o da hadis olmaq və yeni yaranmağa dəlalət edir. Buna görə də Qur’ani-Kərimdə deyildiyi kimi Həzrət İbrahim əleyhis-salam ulduz, ay və günəşin itməsini və batmasını onların Rəbb olmamalarına dəlil gətirir. Ən’am surəsinin 76-79-cu ayələrində buyurulur: «فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لا أُحِبُّ الْآفِلِينَ فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِي رَبِّي لَأكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَـذَا رَبِّي هَـذَآ أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ» «(İnsanların bəzilərinin ulduz, ay və günəşə ibadət etdikləri dövrdə) gecə qaranlığı İbrahimi bürüdükdə o, bir ulduz görüb (onlar kimi) «bu mənim Rəbbimdir!» dedi. Ulduz batdıqda isə: «Mən (nəinki ibadət), batanları (heç) sevmirəm» söylədi. (Sonra) doğan ayı görüb dedi: «Bu mənim Rəbbimdir!» Ay batdıqda isə: «Doğrudan da əgər Rəbbim məni Özünü tanımağa doğru yönəltməsə mən zəlalətə düşənlərdən olaram», dedi. Elə ki günəşi doğan gördü «bu mənim Rəbbimdir, bu (həcm və işıqlılıq baxımından) daha böyükdür» dedi. Günəş batdıqda isə dedi: «Ey camaatım, mən, həqiqətən sizin Allaha şərik qoşduqlarınızdan uzağam. Mən müsəlman olaraq bütpərəstlik və şirkdən uzaq olub müşrik olmayan halda göyləri və yeri yaradana üz tuturam». ) və qayib və gizli olması rəva deyil.(Xülasə, Onun hissəsi, xassəsi, bir qismi yoxdur. Eləcə də Onunla birgə heç bir şey yoxdur, istər hissə kimi daxilində olsun, istərsə də xassə kimi xaricində. Çünki bunların olmasının nəticəsi, Onun tərkibə malik olması, mürəkkəbliyidir və bu, vacib varlıqda qeyri-müm¬kündür. ) Doğmayıb ki, doğulmuş (başqasının nəticəsi) olsun (çünki doğan, mürəkkəb və başqasının nəticəsidir); doğulmayıb ki, məhdud olsun (çünki hər bir doğulmuş şey hadisdir və onun varlığı ata-anaya qayıdır, onlara bağlıdır). Onun zatı övladları olmaqdan uca və qadınlarla yaxınlıq etməkdən pak və uzaqdır. (Çünki övladı olmaq və qadından ləzzət almaq məxluq və yaranmışın xüsusiyyətlərindəndir.) Xəyal və düşüncələr Ona çatmaz ki, (fikirdə) Onu məhdud və mövcud etsinlər; dərk və qavrama itiliyi Onu fikrə gətirməz ki, təsəvvür etsin (bir şəkil və formaya salsın); hisslər Onu dərk etməz ki, Onu hissi varlıq etsin; əllər ona toxunmaz ki, Ona çatsınlar. O, bir hala dəyişmir və halların birindən digərinə keçmir. (Çünki dəyişmək və keçmək cismin xüsusiyyətlərindəndir.) Gecə və gündüzlər Onu köhnəltmir, qocaltmır. Aydınlıq və qaranlıq dəyişmir Onu! Hissələrdən heç biri, bədən və üzvlər, artırma xassələrdən heç biri, başqasının Onunla olması və heç bir hissə ilə vəsf edilməz.(Çünki əgər Ona bənzər təsəvvür etsək, o ya vücudu mümkün olan varlıq olacaq, ya da vacib olan varlıq. Əgər vücudu mümkün olan varlıq olsa, onda o, var olmaq baxımından Ondan sonradır və buna görə də Onun bərabər və bənzəri ola bilməz. Əgər vücudu vacib olan varlıq olsa, bu onun birliyi və təkliyi ilə ziddiyyət təşkil edir və onun nəticəsi həmin varlığın mürəkkəb olmasıdır. Çünki hər nə Ona oxşar olsa, iki hissədən ibarətdir, biri birlik, digəri isə fərqlilik cəhətindən. Bütün mümkün varlıqların mənşəyi olan vacib varlığın mürəkkəb olması isə qeyri-mümkündür. ) Həmçinin Onun barəsində «hədd və sonu var; bitdi və tükəndi; şeylər, yuxarı qaldırmaq, yaxud endirmək üçün Onu əhatə edirlər; bir tərəfdən digər tərəfə aparmaq və ya düz saxlamaq üçün bir şey Onu götürdü» deyilməz. Əşyalara daxil olmayıb və onlardan xaric də deyil (bəlkə hər şeyi əhatə edib və hər şeyi biləndir). Xəbər verir, amma dil və dilçəklər vasitəsi ilə yox; eşidir, amma dəliklərlə (qulağın deşikləri ilə) və alətlərlə (eşitmə alətləri ilə) yox; danışır, amma kəlmələrlə yox; (hamının söz və əməllərini) əzbər bilir, amma hafizə qüvvəsi vasitəsi ilə yox (və ya hər bir şeyi qoruyur, amma Özünün başqası tərəfindən qorunmağa ehtiyacı yoxdur); istəyir, amma düşünmədən; sevir və şad olur, amma riqqətə gəlmək və mehribançılıq səbəbindən yox; nifrət bəsləyir və qəzəblənir, amma məşəqqət və çətinliyə görə yox (bəlkə məhəbbət və razılığı müvəffəqiyyət və rəhmət, nifrət və qəzəbi isə rəhmətindən uzaq düşməkdir). Olmasını istədiyi hər bir şeyə «ol!» deyir və o, mövcud olur. (Bu söz) nə (qulaqlara) daxil olan səs vasitəsi ilədir, nə də eşidilən harayla. Allahın kəlamı Onun yaratdığı işindən başqa bir şey deyil. Onun bənzəri bundan qabaq mövcud olmayıb (bəlkə yenidir) və əgər qədim olsaydı, mütləq ikinci allah (və vacibəl-vücud) olardı (və bu qeyri mümkündür).
    (Allah-təala barəsində) «yoxluqdan sonra var oldu» deyilməz. (Çünki Onun vücudunun nə vaxtsa olmaması olmayıb. O, qədim və əzəlidir. Əgər elə deyilərsə) onda yeni yaranmışların sifətləri Ona şamil olar, Onunla yeni yaranmışlar arasında (seçilmə və üstünlüyə səbəb olan) bir fərq qalmaz və Onun onlardan heç bir məziyyət və üstünlüyü olmaz. Beləliklə, yaradanla yaradılmış bərabər və vücuda gətirənlə vücuda gətirilən yeksan olar. O, məxluqatı başqasından qalmış nümunəsiz yaratdı və onları yaratmaq üçün yaratdıqlarının heç birindən kömək istəmədi. Yeri yaratdı və onu (ona) məşğul olmadan (Öz kamil qüdrəti ilə) saxladı. Onu sakitlik olmayan yer (dalğalanan su) üzərində möhkəmləndirdi. Yeri dirəklərsiz dikəltdi, sütunlarsız ucaltdı, əyilməkdən qorudu və düşmək və yarılmaqdan saxladı. Onun mıxlarını möhkəmləndirdi, sədlərini (dağlarını) basdırdı, çeşmələrini axıtdı və çaylarını yardı. Beləliklə, tikdiyi süstləşməyib və qüvvətləndirdiyi zəifləməyib. Öz səltənət və böyüklüyü (qüdrət və bacarığı) ilə yerə (və onda olanlara) hakim olan Odur. Odur Öz elm və biliyi ilə onun necəliyini bilən. Böyüklük və izzəti ilə onun hər şeyindən üstündür. İstədiyi heç bir şey Onu aciz qoya bilməz, Ondan boyun qaçıra bilməz və nəhayət, ona qalib gələr. Onların tələsəni Ondan qaça bilməz ki, Ondan qabağa keçsin, qabaqlasın Onu. Dövlətli və varlıya möhtac deyil ki, Ona pay versin. Hər bir şey Ona təvazökar və Onun əzəmət və böyüklüyü qarşısında xar və həqirdir. Onun xeyir və ziyanından (bəxşiş və cəzalarından) yayınmaq üçün səltənət və padşahlığından digər bir yerə qaçmaq gücləri yoxdur. Onun tay və bərabəri olmaq üçün bir bənzəri yoxdur.(Əgər Allah istəməsə, heç kəs nəinki ağcaqanadı yox edə, heç tuta da bilməz. Deyirlər ki: Ağcaqanad yaradılışında fil kimidir, amma onun bədən üzvləri filinkindən çoxdur. Çünki filin dörd ayağı, xortumu və quyruğu olduğu halda ağcaqanadın bunlardan əlavə iki ayaq və dörd qanadı da var ki, həmin qanadlarla uçur. Filin xortumunun içi boş və deşik deyil. Amma ağcaqanadın xortumu deşikdir və onu insanın bədəninə batıranda onunla qan içir. Deməli, ağcaqanadın xortumu onun hulqumu yerindədir.) Əşyaları varlıqlarından sonra vücudları yox olana kimi məhv edən Odur. (Həmin şeylər elə yox edilirlər ki, sanki heç əvvəldən olmayıblar.) Dünyanın yaradıldıqdan sonra yox olması, onu icad etmək və yaratmaqdan daha təəccüblü (və ağır) deyil. Necə də təəccüblü olsun, axı əgər dünyanın bütün canlıları: quşlar, dördayaqlılar, axşamüstü öz tövlələrinə qayıdanlar, səhrada otlayanlar və onların müxtəlif növləri, qanmaz və kütbeyinlər və onların zirəkləri bir yerə toplaşsalar, bir ağcaqanadı yaratmağa gücləri çatmaz, onu yaratmaq yollarının necə olmasını dərk edə bilməz, ağıl və düşüncələri onu bilməkdə mat-məəttəl qalar və gücləri aciz və süst olar. Məğlub olmalarını bildikləri, onu yaratmaqda aciz qalmalarını iqrar və onu yox etməyə qadir olmamalarını etiraf etdikləri halda, əldən-ayaqdan düşmüş və yorğun vəziyyətdə qayıdarlar.(Çünki fələklər olmayan təqdirdə məkan da vücuda malik olmur. Hamısının mənası bir olan vaxt, an və zaman da fələyin hərəkətinin miqdarından ibarətdir. Buna görə də fələk olmayan surətdə zamanın mövcud olması üçün hərəkət də yoxdur. ) Naqisliklərdən pak və uzaq olan Allah dün¬ya məhv olandan sonra (qiyamətdən qabaq) tək qalar və onu yaratmamışdan öncə olduğu kimi Onunla birgə heç nə olmaz. Həmçinin onun yoxluğundan sonra vaxt, məkan, an və zamansız olar.(Xülasə, hər bir şey yox olacaq, hətta bütün kainat yox olandan sonra qalacağı güman edilən vaxt və zaman. İmam əleyhis-salamın «Naqisliklərdən pak və uzaq olan Allah dünya məhv olandan sonra tək qalar» cümləsindən sonra olan buyuruqları aşkar şəkildə qiyamətdən qabaq bütün şeylərin zatının yox olacağını bəyan edir. Qur’ani-Kərimin Ənbiya surəsinin 104-cü ayəsində buyurulur: «كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ» «İlk dəfə yaratdığımız kimi onu qaytaracağıq». Varlıqları yoxluqdan yaratdığı kimi onları qaytarmaq da yoxluqdan olacaqdır. Buna görə də «şeylərin yox olmalarından məqsəd onların hissələrinin dağılmasıdır, çünki yox olmuş şeyi qaytarmaq qeyri-mümkündür» demək mübahisəli bir məsələdir. Bu kitab ümumi kütlənin mütaliəsi üçün nəzərdə tutulduğuna görə həmin məsələnin burada geniş şəkildə açıqlanması münasib deyil. ) Dünyanın yox olması ilə müddətlər, vaxtlar, illər və saatlar da yox olarlar. (Çünki onların hamısı fələyin yox olması ilə yox olan zamanın hissələridir.) Beləliklə, (hər şeyə) qalib, tək və bütün işlərin qayıdışı Ona tərəf olan Allahdan başqa bir şey olmayacaq.(Allah varlıqları onlardan icazə istəmədən yaratdığı kimi, onları yox etməkdə də icazə istəmir. Onlar yaradılarkən imtina edə bilmədikləri kimi, yox olmaqdan da - ki, təbii olaraq hamı ondan qaçır, - imtina etmək qüdrətinə malik deyildirlər. Büna görə də əgər onlar bacarsaydılar, imtina edərək həmişə qalardılar. ) Yaradılışın əvvəlində məxluqat qüdrət və ixtiyara malik deyildi. Onların fanilik və yox olmaları da hər cür imtinasız və boyun qaçırmasız olacaqdır. Əgər onlar imtina edə bilsəydilər, həmişəlik qalardılar.(Çünki bütün bu məsələlər mütləq kamala malik olmayan və hər cəhətdən naqis və başqasına möhtac olan mümkün varlıqlara aiddir. Həmçinin heç kəs belə güman etməməlidir ki, zatda naqislik nəticəsini verən hədəfsizlik, Allahın işlərinin heç bir hədəf və məqsədinin olmamasından xəbər verir. Əksinə, Allahın işlərinin hədəf, xeyir, hikmət və mənfəətləri var, amma onların nəticəsi yaradılmışlar üçündür. Çünki Allah-təala bihudə və puç iş görməkdən pak və uzaqdır, necə ki, Qur’ani-Kərimin Ənbiya surəsinin 16-17-ci ayələrində buyurulur: «وَمَا خَلَقْنَا السَّمَاء وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَ» «Biz göyü, yeri və onların arasında olanları oyun üçün yaratmadıq. Əgər Biz Özümüzə əyləncə etmək istəsəydik (belə bir iş görmək Bizə layiq olsaydı), onu mütləq Öz dərgahımızdan edərdik (və onda mümkün varlıqlara möhtac olmazdıq).» ) Yaradılış zamanı məxluqatın heç birini yaratmaq Ona çətin deyildi və vücuda gətirib yaratdıqlarını yaratmaq Onu yorub əldən salmadı. (Çünki işin çətin gəlməsi və yorğunluq cismin xüsusiyyətlərindəndir.) O, yaratdıqlarını Öz səltənətini möhkəmləndirmək, yox olmaq və azalmaqdan qorxduğu, (Ondan) qabağa düşə biləcək bənzərinə qarşı onlardan kömək istəmək, (Ona) hücum edə biləcək düşməndən uzaq olmaq, padşahlığını uzatmaq, hansısa bir şərik Onunla şərikliyində qalib gəldiyi və fəxr etdiyi, qorxu və vahimədə olub onlarla ünsiyyət qurmaq istəyi üçün var etməyib. Beləliklə, varlıqları yaratdıqdan sonra (qiyamətdən qabaq) məhv edəcək, amma onların bir haldan digər hala düşmələri və onların işlərini idarə etmək nəticəsində darıxaraq təngə gəldiyi, rahatlıq və dincliyə çatmaq və onlardan nəsə Ona ağır gəldiyi üçün yox. Onların ömürlərinin uzunluğu Onu bezikdirməyib ki, nəticədə Onu, onları tezliklə yox etməyə vadar etsin. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah varlıqların nizamını lütf və mərhəməti ilə bərqərar edib, onları Öz əmr və fərmanı ilə (dağılmaqdan) saxlayıb və qüdrəti ilə möhkəmləndirib. Sonra onları məhv olduqdan sonra onlara ehtiyacı olmadan və onların heç birindən kömək almadan qaytaracaq, amma bu, vahiməli və qorxulu vəziyyətdən ünsiyyət halına qayıtmağa, nadanlıq, korluq və azğınlıqdan elm və istəyə, yoxsulluq və ehtiyaclılıqdan varlılıq və ehtiyacsızlığa və həqirlik və zəiflikdən izzətlilik və qüdrətliliyə dönməyə görə deyil.(Yaxud məqsəd nalayiq və alçaq adamların böyük və yaxşı insanlardan qabağa düşməsidir ki, kiçiklərin hər iki mənada qabağa düşmələri pis və səhv bir işdir. Çünki din və dünya işlərinin xarab olmasına və onlara xələl gəlməsinə səbəb olur. Deyirlər ki, uzaqgörən bir filosofdan soruşurlar ki: Sasanilər dövlətinin məhv olmasına nə səbəb olub? Cavab verir ki: Onlar kiçik insanları öhdəsindən gəlmədikləri böyük işlərə təyin etdilər və həmçinin böyük şəxsləri etina etmədikləri kiçik işlərə məcbur etdilər. Bu səbəbdən işlərinin nizam-intizamı bir-birinə dəydi və birlikləri dağıldı. )
    Category: Nəhcül-bəlağə 3 | Added by: Islam_Kitabxanasi (2012-03-04)
    Views: 741 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024