İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 3

    Nəhcül-bəlağə 3

    229- cu xütbə
    İmam Əli əleyhis-salamın (hidayət imamları əleyhimus-salamın məqam və dərəcələri və) qarşıya çıxacaq acı hadisələr barəsindəki xütbələrindəndir.
    Bilin! Atam-anam o kəslərə fəda olsun ki, (məndən sonra yolunu azmışlara bələdçi və xalqın imamıdırlar və) onlar, adları (böyüklükləri) göydə (mələklərin yanında) məşhur, yerdə (insanların çoxunun azğınlığına görə onların yanında) isə naməlum olan bir dəstədəndirlər. İşlərinizin dağınıqlığından, (dini və dünyəvi) əlaqələrinizin kəsilməsindən, azyaşlı uşaqları iş üstünə gətirməyinizdən və (onları böyüklərə və qocalara) rəhbər etməyinizdən yaranacaq hadisələrdən xəbərdar olun və gözləyin.(Çünki onda mallar şübhəli və niyyətlər çirkin olacaq, yoxsullar bir şeyi məcburiyyətlə alacaqlar və varlılar naçarlıqdan və ya riyakarlıq və özlərini göstərmək üçün bir az verəcəklər.) Bu hadisələr o vaxt baş verəcək ki, (haram halala qalib gəldiyi üçün) möminə qılınc vurmaq halal yol ilə bir dirhəm qazanmaqdan daha asan olacaq. Bu hadisələr alanın savabı verəndən çox olan zaman baş verəcək.(Bu cümlə Məhəmməd əhli-beytindən olan on ikinci imamın - Allah onun zühurunu tezləşdirsin - zühurundan qabaq baş verəcək fitnələrə işarədir ki, həmin vaxt möminlərə çox çətin keçəcək və o Həzrət zühur edənə kimi həmin fitnələrdən qurtulmaq mümkün olmayacaqdır. ) Bu işlər o vaxt olacaq ki, içməmiş sərxoş olacaqsınız və (sizin sərxoşluğunuzun) səbəbi nemət (onun bolluğu) və rifah içində yaşamağınız olacaqdır. Məc¬bu¬riyyət və naçarlıq olmadan and içəcək və sıxıntıya düşmədən ya¬lan deyəcəksiniz. Bu hadisələr bəla və çətinliklər sizi (yaxşılarınızı) palan dəvənin belindəki güvənləri gəmirdiyi kimi çey¬nəyən (əziyyətə salan) zaman baş verəcək. Bu çətinlik nə qədər də uzun və bu arzu və ümidvarlıq (həmin çətinliklərdən qurtulmaq arzusu) necə də uzaqdır!!(Çünki möminin nəzər və düşüncəsi nəfsi istəklər və fitnəkarlığın əleyhinədir. Müsəlman olmayanın və münafiqin nəzər və düşüncəsi isə ona uyğundur.  ) Camaat! Belləri sizin əllərinizin ağır yük¬lərini götürmüş dəvələrin (pisliklərə əmr edən nəfsin) cilovunu bu¬ra¬xın. (Günaha aludə olmayın və Allah və Peyğəmbərin göstərişlərinə zidd dav¬ranmayın) və öz sultanınızdan (İmami-Zamana itaət və tabeçilikdən) uzaq¬laş¬mayın. Yoxsa (dağılışacağınız təqdirdə) işləri gördükdən (çirkin əməl¬lərinizdən) sonra özünüzü məzəmmət edərsiniz (və peşman olar¬sınız). Üz tutduğunuz fitnə-fəsad alovunu şölələndirməyə (və nahaq qan tökülməsinə) qorxusuz daxil olmayın, həmin yoldan dönün və yo¬lun ortasını onun üçün boş saxlayın (kənara çəkilin ki, gəlib keçsin. Çün¬ki sizin onun qarşısını almaq gücünüz yoxdur. Buna görə də boş yerə çalışmayın. Ona görə ki,) öz canıma and olsun ki, mömin həmin fitnənin alo¬vu¬nun şöləsində həlak olar, müsəlman olmayan isə salamat qalar.(Sizi cəzalandırmaqda tələsməyib ki, bəlkə tövbə edərək qayıdarsınız. Çünki əfv, bağışlama və mərhəməti cəza və qəzəbini qabaqlayıb. Bu da Onun, bəndələrinə əta etdiyi digər bir böyük nemətdir ki, əgər insanları günahlarına görə cəzalandırsaydı, yer üzündə heç kəs sağ qalmazdı. Necə ki, Qur’ani-Kərimin Nəhl surəsinin 61-ci ayəsində buyurur: «وَلَوْ يُؤَاخِذُ اللّهُ النَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍ وَلَكِن يُؤَخِّرُهُمْ إلَى أَجَلٍ مُّسَمًّى فَإِذَا جَاء أَجَلُهُمْ لاَ يَسْتَأْخِرُونَ سَاعَةً وَلاَ يَسْتَقْدِمُونَ» «Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə onlar bircə saat belə nə yubanar, nə də tələsərlər».) Mən sizin aranızda qaranlıqda yanan çıraq kimiyəm ki, yanına gə¬lən hər bir kəs onun işığından bəhrələnir. Buna görə də ey ca¬ma¬at, (mənim öyüdümü) eşidin və əzbərləyin, qəlblərinizin qu¬laq¬larını hazır edin ki, (sözlərimin nəyə işarə olduğunu) başa düşəsiniz.
    230- cu xütbə
    İmam Əli əleyhis-salamın (pərhizkarlığa tövsiyə etdiyi və ölümü və ölüləri yada saldığı) xütbələrindəndir.
    Ey camaat! Sizə pərhizkarlığı və Allahdan qorxmağı, sizə verdiyi nemətlərinə, sizə çatan ətalarına və sizi (xeyir və şər, rahatlıq və çətinliklə) sınamasına görə Ona çox şükr etməyi tövsiyə edirəm. Nə çox nemət ki, sizə məxsus edib və (nə çox) rəhm və mərhəmət ki, halınıza şamil olub. (Həmin nemət və mərhəmətlərdən biri budur ki,) siz öz günah və çirkin işlərinizi aşkar etmisiniz və O (Özünün eybləri örtmək və günahları bağışlamaq sifəti ilə) sizi örtüb (rüsvay və biabır etməyib və bu Onun böyük nemətlərindəndir) və cəzalandırmasına səbəb olan iş görmüsünüz, amma sizə möhlət verib.(Çünki bir yerə qalxmaq və düşmək ixtiyar və istək ilə olmalıdır. Buna görə də ölülərin çiyinlərdə aparılmaları və qəbirlərə qoyulmaları onların özlərinin dərk etmələri ilə şüurlu surətdə olmadığı üçün demək olmaz ki, onlar çiyinlərə qalxmışdılar və qəbirlərə düşüb daxil olmuşdular. ) Həmçinin sizə ölümü yada salmağı və ondan az qafil olmağı tövsiyə edirəm. Siz, sizdən qafil olmayan şeydən (ölümdən) necə qafilsiniz? Sizə möhlət verməyən kəsə (ölüm mələyinə) necə tamah salmısınız və hərissiniz? Buna görə də gördüyünüz ölülər (sizə) öyüd verən olmaq üçün kifayətdirlər. Onları çiyinlər üzərində qəbirlərinə tərəf apardılar, halbuki (çiyinlərə öz ixtiyarları ilə) qalxmamışdılar, qəbirlərinə qoyuldular, halbuki (qəbrə özləri) düşməmişdilər.(İbadətin çətinliklərinə səbr etmək və günahdan uzaqlaşmaqla özünüzü axirət nemətlərinin və əbədi Cənnətin ləzzətlərinə layiq edin ki, o nemətlərin dünya nemətləri ilə birgə olması nəticəsində Allahın nemətlərindən tam bəhrələnmiş olasınız. ) Beləliklə, (bu dünyadan elə əl çəkib gediblər və heç bir nişanələri qalmayıb) sanki onlar dünyanı qurub abadlaşdıranlar olmayıblar və yerləri həmişə axirət olub. Məskunlaşdıqları dünyadan xaric oldular və hürkdükləri gorda yerləşdilər. Əl çəkdikləri dünyaya bulaşmışdılar və tərəfinə getdikləri axirəti zay etmişdilər. (İndi peşman və acizdirlər.) Nə çirkin işdən (tövbə edib) qayıda bilirlər, nə də yaxşı işləri çoxalda bilirlər. (Çünki axirət müəyyən edilmiş vəzifələri yerinə yetirmək yeri deyil. Bu bədbəxtçilik ona görədir ki,) dünyaya alışdılar və dünya onları aldatdı, ona güvəndilər və dünya onları yerə vurdu (məhv etdi). Belə isə - Allah sizi bağışlasın! - abadlaşdırılmasına əmr edildiyiniz, barəsində həvəsləndirildiyiniz və tərəfinə çağırıldığınız (axirət) mənzillərinizə tərəf sürət götürərək bir-birinizlə yarışın! Allaha itaətə səbrlilik və itaətsizliklərdən uzaq olmaqla Onun sizə olan nemətlərini kamilləşdirin.(Çünki ola bilər ki, dünyadan köçməmişdən onun imanı sabitləşərək bərqərar olsun və o, öz çirkin əməlinə görə tövbə edərək haqqa qayıtsın. Buna görə də onun özünə ikrah hissi ilə yanaşmaq və ondan uzaqlaşmaq yaxşı deyil, bəlkə gərək onun əməlinə ikrahla yanaşılsın və həmin əmələ nifrət bəslənilsin. ) Çün¬ki sabah (ölümün gəlib çatacağı zaman) bu günə yaxındır. Günün saatları necə də sürətlə keçir; ayın günləri necə də tez arxada qalır; ilin keçməsində aylar necə də sürətlidir; ömrün illəri necə də tez keçir (ki, onların tez keçmələri həyatın sona çatması və ölümün yaxınlaşması ilə nəticələnir).
    231- ci xütbə
    İmam Əli əleyhis-salamın (imanın vəsfi barəsindəki) xütbə¬lərindəndir.
    İmanın (Allahın varlığını təsdiq etmək, Həzrət Peyğəmbərin ilahi elçi olmasına yəqini olmaq və məsum imamlar əleyhimus-salamın vilayətlərinə etiqad bəsləməkdən ibarət olan) bir hissəsi qəlblərdə sabit və bərqərardır (və o, həqiqi imandır ki, dəlil və sübut vasitəsi ilə əldə edilir və insanları azdıran kimsələrin yaratdıqları şəkk-şübhə və azğınlıqlar onu aradan qaldıra bilmir). Onun (dəlil və sübut yolu ilə əldə edilməyən) digər bir hissəsi isə müəyyən edil¬miş vaxta (dünyadan köçülənə) kimi qəlblə sinə arasında müvəqqətidir və aradan getməsi ehtimal olunur (istər təqlid edən şəxsin etiqadları kimi yəqinliyi olan olsun, istərsə də güman edilən və xəyali. Çünki belə bir iman qəlbdə sabitləşməyib və yer almayıb). Buna görə də (istər sabit, istərsə də müvəqqəti iman qəlbdə olan bir məsələ olduğu və ondan xəbərdarlıq mümkün olmadığı üçün) sizdə (pis güman və ya çirkin əmələ görə) ikrah yaranan zaman onun (iman əhli və ya kafir olması) barəsində ölüm onu haqlayana kimi səbr edin.(Deməli, hicrətin vacib olması ancaq Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) zamanına aid deyil və onun mənası təkcə Məkkədən Mədinəyə getmək deyil. Bəlkə o Həzrətin xəlifə və canişinlərinə tərəf hicrət etmək də vacibdir. Çünki hicrətdən məqsəd zəlalət və azğınlığı tərk etməkdir və bu ancaq Həzrət Peyğəmbərin xəlifə və canişinləri olan din imamlarının - onların hamısına Allahın salamı olsun - hidayət və istiqamətləndirmələri ilə mümkündür. Buna görə də onlara tərəf hicrət etmək elə o Həzrətə doğru hicrət etmək deməkdir. Xülasə, hicrət bütün zaman və vaxtlarda özünün əvvəlki vaciblik dərəcəsində qalmaqdadır. ) (Amma əgər o öz çirkin əməlindən əl çəkməsə və eləcə dünyadan köçsə) onda (belə olan surətdə, onun özünə də ikrahla yanaşılmalı və ondan uzaqlaşılmalıdır. Çünki) o həmin vaxt nifrətə layiq olur. (Ona görə ki, ölümdən sonra iman əldə edilməsi və qazanılması üçün bir vəzifə və iş yoxdur.) Hicrət (zəlalət və azğınlıqdan hidayət və qurtuluşa, küfrdən imana köçmək) Həzrət Peyğəmbərin peyğəmbərliyə göndərilməsinin əvvəlində vacib olduğu kimi vacibdir.(Hicrət məsələsi və digər şər’i vəzifələrdən məqsəd Allahın hansısa xeyir və mənfəət əldə etmək və ya zərər-ziyanı Özündən uzaqlaşdırmaq istəməsi deyil, bəndələrin onlardan faydalanmaları və qiyamət gününün əzabından nicat tapmalarıdır. Çünki O, mütləq zəngin və həqiqi ehtiyacsızdır. ) Allahın yer üzü əhlinin (küfr ölkələrində) imana tərəf hicrət etmələrini (təqiyyə ilə) gizlədən dəstəyə və (İslam ölkələrində) aşkar edənlərə ehtiyacı yoxdur.(Öz zəmanəsinin imamını tanımayınca kiminsə hicrət etməsini və zəlalət və azğınlıqdan çıxmasını demək olmaz. Çünki İmam əleyhis-salamın yol göstərməsi və bələdçiliyi olmadan azğınlıqdan hidayətə hicrət etmək mümkün deyil. ) Yer üzündəki höccəti (Allahın nümayəndəsini) tanımayınca hicrət adı heç kəsə qoyulmur və şamil olmur.(Həmin şəxs azğınlıqdan hidayətə hicrət edib, hətta öz vətənindən xaric olmasa belə. Bu cümlə açıq aydın şəkildə dediyimiz bu mətləbi təsdiqləyir ki, hicrətin vacib olması ancaq Həzrət Peyğəmbərin zamanına aid deyil və onun mənası Məkkədən Mədinəyə hərəkət etmək deyil. ) Buna görə də mühacir, Allahın höccətini tanıyan və onu təsdiqləyərək qəbul edən kəsdir.(Əgər Allahın höccətinin dəlil-sübut olması xəbəri kiməsə çatsa və həmin şəxs onu qəbul etməsə, bu işdən qafil olub təqsirli sayılmayan zəif və acizlərdən olmasını güman etməməlidir. Çünki höccətin dəlil olması xəbəri ona çatıb və o, bunu qulaqları ilə eşidərək qəlbi ilə dərk edib. Buna görə də həmin şəxs, hətta öz vətənində olsa belə, üzrlü sayılmır.)Höccətin xəbəri çatan, qulağı onu eşidən və qəlbində yer tutan kəsə zəif və aciz adı verilməz.(Mənim dini elm və maarifə diqqətim dünyəvi işlərdən çoxdur. Qeyd etmək lazımdır ki, ağıl və tarixin hökmünə əsasən Həzrət Peyğəmbərdən sonra Əli ibn Əbu Talib və mə’sum imamlar əleyhimus-salamdan başqa heç kəsdə «سَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى» «məni itirməmişdən qabaq məndən soruşun» demək cürəti olmayıb və yoxdur. Doxsan ikinci xütbənin şərhində bu məsələyə toxunulub və onun dəlili bəyan edilib.  )(Allahın höccətini tanımaq ləyaqəti hamıda olmadığı və onu tanımağın həqiqəti ancaq sadiq və saf möminlərə məxsus olduğu üçün İmam əleyhis-salam sözünün davamında belə buyurur:)
    Bizi tanımaq çox çətin bir işdir ki, Allahın qəlbini iman üçün sınaqdan keçirmiş olduğu (imanı qəbul etməyə layiq bildiyi) mömin bəndədən başqa heç kəs onu gö¬türmür və onun yükünün altına girmir. Həmçinin bizim hədis və sözlərimizi ancaq əmanətçi və inanılmış sinələr və mətin ağıllar qoruyub saxlayarlar. (İmam əleyhis-salamın məqsədi dinləyiciləri özünə tərəf hicrət etməyə və o Həzrətin hədislərinə tabe olmağa təşviq etmək olduğu üçün onlara sual vermək göstərişi verərək buyurur:)
    Ey insanlar! Məni itirməmişdən, (itaətsiz dəvə kimi hürküb sahibinin əlindən qaçaraq) öz cilovunu tapdalayan və adamlarının ağlını başlarından çıxaran fitnə-fəsad (Bəni-Üməyyənin fitnə-fəsadları) ayaq tutmamışdan (onların fitnələri hər yeri bürüyərək insanları haqq yoldan və öz zəmanə imamlarını tanımaqdan saxlayandan) qabaq, (ilahi maarifi, şəriət hökmlərini və qiyamətə kimi baş verəcək şeyləri) məndən soruşun ki, mən göyün yollarını yerin yollarından daha yaxşı bilirəm.(Çünki nemətə görə şükr etmək firavanlığa, nankorluq etmək isə ağır əzaba səbəb olur. )
    232-ci xütbə
    İmam Əli əleyhis-salamın (təqva, dünyaya ürək bağlamamaq, ölümdən sonrakı çətinliklər və bəlalarda səbrli olmaq barəsindəki) xütbələrindəndir.
    Allaha bağışladığı nemətlərə görə şükr edirəm.(Həzrət Peyğəmbərin göndərilməsi insanları Allahın dininə və Ona itaətə çağırış olduğu üçün o Həzrətin dəvətini qəbul etməyiniz təqva və Allah qorxusu ilə vacibi əməlləri yerinə yetirərək haramların ətrafına belə fırlanmamağınız ilə olmalıdır ) Və Ondan haqlarını yerinə yetirmək (elm və maarif əldə etmək və vacib və müstəhəbbi əməlləri yerinə yetirmək) üçün kömək istəyirəm ki, Onun qoşunu (mələklər, peyğəmbərlər, peyğəmbərlərin haqq canişinləri və onların tabe və davamçıları insanları düz yoldan azdıranlara və azmışlara) qalib, qüdrəti böyükdür. Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir: (insanları) Allaha itaət etməyə və tabe olmağa dəvət etdi, Onun dini yolunda cihad edib vuruşmaqla düşmənlərinə qalib gəldi. Düşmənlərin o Həzrəti inkar etməkdə birləşərək yekdil olmaları və onun nurunu söndürmək (dinini məhv etmək) üçün çalışaraq səy göstərmələri, onu cihaddan saxlamırdı. Buna görə də təqvadan və Allah qorxusundan yapışın.(Nə qədər ki, ölüm gəlib çatmayıb Allah və Peyğəmbərin göstərişlərinə uyğun davranaraq şeytandan və pis işlərə əmr edən nəfsdən uzaq olun, çünki o gələndən sonra yol bağlanacaqdır) Çünki pərhizkarlıq tutacağı möh¬kəm olan bir kəndir və zirvəsi bərk olan bir sığınacaqdır. (O, dünya və axirət bədbəxtliyindən nicat tapmağa və qurtulmağa səbəb olur. Ölüm gəlib çatmamışdan itaət və bəndəliklə, eləcə də bağışlanmaya səbəb olan vasitələrlə) ölümə və onun çətinliklərinə doğru tələsin, gəl¬mə¬miş¬dən (özünüzü) onun üçün bəzəyin və daxil olmamışdan ha¬zır olun.(Ölüm gəlib çatmamışdan elə bir iş görün ki, ondan sonrakı çətinliklərə düçar olmayasınız və əlinizin tezliklə üzüləcəyi dünyaya ürək bağlamayın. ) Çünki qiyamət (savab və cəza veriləcəyi zaman), işin so¬nudur (və ölüm onun ilk mənzilidir). Ölüm ağıllıya öyüd ver¬mək, nadan və qafilə isə ibrət olmaq üçün yetərlidir. Sona (qiyamətə) çatmamışdan qabaq qəbirlərin darısqallığı, (sərvət, öv¬lad və dostlardan ayrılmağa görə yaranan) qəm-qüssənin çoxluğu, (qiya¬mətin vəziyyətindən) xəbərdar olacağınız yerin (Bərzəxin) qor¬xusu, qorxu və vahimənin ardıcıl gəlməsi, (qəbrin təzyiqi nəticəsində) qabırğaların yerlərinin dəyişməsi, qulaqların (qorxunc səslərdən) tutulması, ləhədin (qəbirdəki çuxurun) qa¬ranlığı, Allahın (peyğəmbərlərinin dili ilə) xəbər verdiyi əzabın qorxusu, qəbrin örtülməsi və (vasitəsi ilə qəbrin ağzı bağlanan) enli daşın möhkəmləndirilməsi kimi şeyləri bilirsiniz.
    Belə isə, ey Allahın bəndələri, Allahdan qorxun, Allahdan qorxun!(Allah və Peyğəmbərin göstərişinə tabe olun ki, əbədi səadət və xoşbəxtliyi əldə edəsiniz. Həmçinin onlardan qafil olmayın ki, bədbəxt olarsınız. )Çünki dünya sizə (axirət yolu olan və sizdən qabaqkıların keçdikləri) bir yoldan keçəcəkdir. (O, hamını həmin yol ilə aparır və heç kəsi yerdə qoymur.) Siz qiyamətlə bir ipə bağ¬lan¬mı¬sız (sizinlə onun arasında uzun bir fasilə və zaman yoxdur). Sanki qi¬ya¬mət öz əlamət və nişanələrini aşkar edib, bay¬raq¬larını (qabaqkılara birləşməyin müqəddiməsini) yaxınlaşdırıb və sizi (hesab və sorğu-sual üçün) öz yolu üstündə saxlayıb. Sanki çə¬tin¬liklərini önə gətirib və (yükün, belindən götürülməsi üçün sinəsini yerə qoyan dəvə kimi) sinələrini açıb (ağrılı əzablarını üzə çıxarıb). Dünya öz sakinlərindən əl çəkib və onları öz himayəsindən çıxarıb. Odur ki, keçən bir gün və ya başa çatan bir ay kimi idi. Onun təzəsi köhnəldi və kökü arıqladı (bədənlər zəifləyərək gücsüzləşdi). (Onları) darısqal yerdə (qiyamətin, çətinlikləri ağır və qurtulmaq qeyri-mümkün olan) qarmaqarışıq və böyük işlər, əziyyətlə dolu, uca səsli, parlaq şöləli, qorxunc naləli, alovları yatmaq bilməyən yandırıcı, odunu çox alovlu, təhdidi qorxunc, dibi naməlum, kənarları zülmət, qazanları çox qaynar və cəzaları rüsvayedici olan (dar yerində saxlayacaqlar). (Pərhizkarlar barəsində isə Allah-təala Qur’ani-Kərimin Zumər surəsinin 73-cü ayəsində belə buyurur:) «وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاؤُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ» «Rəbbindən qorxanlar (dünyada pərhizkar olanlar) dəstə-dəstə Cənnətə doğru aparıla¬caqlar. (Mələklər onları aparacaqlar. Nəhayət, ora çatınca onun qapıları açılacaq və Cənnətin qapıçıları onlara deyəcəklər: Salam olsun sizə, pak və pakizəsiniz: dünyada özünüzü günahlara bulaşdırmadınız. Buna görə də Cənnətə daxil olun və həmişəlik orada qalın.)» Beləliklə, əzabdan xatircəm, məzəmmətdən kənar və oddan uzaq olarlar. Cənnət onlara görə rahatlanıb, (gözləmə halından xaric olub) onlar da öz mənzil və məskənlərindən şaddırlar. (Bunlar) o kəslərdirlər ki, dünyada əməlləri təmiz və gözəl, gözləri isə (Allah xofu və əzabın qorxusundan) ağlar olub. Dünyada onların gecələri itaətkarlıq etmələri və bağışlanma istəmələrinə (gecəni ibadət və bəndəliklə keçirdiklərinə) görə gündüz (kimi), gündüzləri isə (əzabdan) qorxduqları və (dünyadan) uzaq¬laş¬dıq¬ları (və razü-niyazla məşğul olduqları) üçün gecə (kimi) olub. Buna görə də Allah Cənnəti onların qayıdış yerləri, şadlığı isə mükafatları edib. Onlar həmişəlik padşahlığa, həm¬çinin sabit və dəyişməz nemət və şadlığa, Cənnətə və onun sakinlərinə daha layiqdirlər.
    Belə isə, ey Allahın bəndələri, (indi ki, Cənnət və Cəhənnəm əhlinin halını eşitdiniz,) nicat tapanınızın riayət edərək xeyir qazandığı, zay edə¬ninizin isə pozaraq ziyana düşdüyü şeyi qoruyun.(Çünki günahlardan xilas olmaq tövbə etməklə və həmin yoldan qayıtmaqla mümkündür. O da əvəz verilmə evi olan axirətdə deyil, vəzifə və əməl evi olan dünyada mümkündür. ) Əmə¬li¬niz¬lə öz ölümlərinizi qabaqlayın. (Elə olun ki, ölüm gələndə iztirab və na¬rahat¬lıq keçirməyəsiniz.) Çünki siz qarşıya gön¬dərdiyiniz şeyin giro¬vu¬sunuz və yerinə yetirdiyiniz şey¬lə¬rə görə cəzalandı¬rılacaqsınız (əvəz alacaqsınız). Sanki ölüm si¬zi haqlayıb. Buna görə də nə (öz çirkin əməllərinizin düzəl¬dil¬mə¬sinə) nail olmaq üçün qayıdış var, nə də (etdiyiniz) günah və büdrəmələrdən xilas olacaqsınız.(Allahın göstərişinə zidd davranmayın və heç bir işdə fikirləşib-dü¬şün¬məmiş və onun xeyir-ziyanını araşdırmamış, yersiz olaraq özünüzü çətinliklərə düçar etməyin. ) Allah bizi və sizi Özünün və Peyğəmbərinin itaətinə vadar etsin və rəhmətinin çoxluğu ilə bizdən və sizdən (günahlarımızdan) keçsin.
    (Yuxarıda deyilmiş məsələlərdə fikrə dalıb düşündükdən sonra) öz yeri¬niz¬də oturun (lazımsız yerə həddinizi aşmayın), bəla və çətinliyə (küfr və azğınlığa) səbrli olun, əl və qılınclarınızı dillərinizin istəklərində işə salmayın (davakar olmayın və söyüş söyərək boş sözlər danışmayın). Həmçinin Allahın yerinə yetirilməsini vəzifə kimi təyin etmədiyi şeyə tələsməyin.(Xülasə, imkan və gücünüz olmadan və ya ölmək üçün mənəvi mənfəət nəzərdə tutmadan düşmənlə döyüşə başlamayın. Çünki döyüşmək niyyəti və onlara nifrət bəsləmək də Allah yolunda cihad etmək və ölmək hökmündədir. ) Çünki sizdən hər kim Allahın, Onun Peyğəmbəri və elçisinin və o Həzrətin əhli-beytinin haqqını tanımış halda öz yatağında ölsə, şəhid olmuş kimi ölüb və onun əvəzi (mükafatı) Allahladır. O, fikrində olan yaxşı əməlin savabına layiqdir və bu fikir onun qılınc çəkməsinin yerini tutur. Hər bir şeyin müddəti və sona çatma zamanı vardır (ki, həmin müddəti keçməyincə çalışmağın faydası olmaz).(Allah vacibləri yerinə yetirmək və qadağan edilmişləri tərk etməkdən ibarət olan təqvanı Öz haqqı və nemətlərinin şükrünün yerinə yetirilməsi vasitəsi təyin edib. )
    233- cü xütbə
    İmam Əli əleyhis-salamın (pərhizkarlıq və dünyaya ürək bağlamamaq barəsində buyurduğu) xütbələrindəndir.
    Şükr o Allaha layiqdir ki, şükrü (nəticəsində saysız nemətləri) yaranmışlar arasında yayılıb, Onun (dininin yolunda düşmənlərinə qarşı cihad edən mələklər, peyğəmbərlər, onların haqq canişinləri və möminlərdən ibarət) qo¬şu¬nu qalibdir və böyüklüyü (hər şeydən) üstündür. Ona bir-biri¬nin ardınca olan (ağılların, müqabilində heyran olduğu və dillərin saymaqda aciz qaldığı) nemətlərinə və böyük bəxşişlərinə görə şükr edirəm. O Allah ki, çox səbrlidir (günahkarları tez cəzalandırmır) və (onların əfv edil¬mə¬si mümkün olan günahlarını) bağışlayır. Barəsində qərar çıxardığı (təq¬dir etdiyi) şeydə ədalət və insafla (hikmət əsasında) davranıb. Baş ve¬rən¬ləri və baş vermişləri bilir. (Onun gələcək və keçmiş barəsindəki elmi bir¬dir. Başqasını) təqlid etmədən və (heç kəsdən) öyrənmədən, hansısa bir uzaqgörən sənətkarın nümunəsindən istifadə etmədən (çünki O, başlanğıcların başlanğıcı və birincisidir ki, Onun üçün hansısa bir birinci fərz edil¬mir), səhv və xəta ilə qarşılaşmadan və (məsləhətləşmə aparmaq üçün ağıl¬lı və alim insanlardan ibarət) bir dəstəni bir yerə toplamadan (çünki O, elmin özüdür və buna görə də məsləhətləşməyə ehtiyac yaranmasına səbəb olan səhv və xəta Ona yol tapa bilməz) Özünün (zatının eyni olan) elmi ilə ya¬ran¬mış¬ları vücuda gətirən və (heç kəsin mane olub qarşısını ala bilmədiyi) əmr və fərmanı ilə onları yaradandır. Və şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. Onu insanlar çoxlu zəlalət və azğınlıqlar içərisində dolaşdıqları və çaşqınlıq və iztirab içərisində batıb-çıxdıqları bir zamanda göndərdi. Həlakət və bədbəxtlik cilovları onları sürükləyirdi (və dünya və axirət çətinliklərinə tərəf çəkirdi) və qəlblərinə azğınlıq qıfılları vurulmuşdu. (Belə ki, onlarda haqq və həqiqət nuru tapılmırdı.)
    Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorx¬ma¬ğı tövsiyə edirəm. Çünki təqva Allahın sizin boynunuzda olan haqqıdır(Şeytana və pis işlərə əmr edən nəfsə tabe olub dünyada bədbəxt halda qalmış və ya istədiyi xeyri əldə edə bilməmiş və axirətdə əbədi əzaba düçar olan şəxsdən. ) və o, Allahın sizin haqqınızı (əməl¬lərinizə əvəz) ver¬mə¬sini zəruriləşdirərək bərqərar edən amildir. Həmçinin sizə töv¬siyə edirəm ki, Allahdan təqvalı olmaq üçün kömək dilə¬yə¬si¬niz (sizi təqvalı və pərhizkar olmağa müvəffəq etməsini istəyəsiniz) və təqvadan Al¬lah (Ona yaxınlaşmaq) üçün yardım istəyəsiniz. (Pərhizkar olun ki, Allaha yaxınlaşasınız.) Çünki təqva bu gün (dünyada) pənah və (çətin¬lik¬lər müqabilində) qalxan, sabah (qiyamətdə) isə Cənnət yoludur. Onun yo¬lu aşkar, yolçusu xeyir götürən və əmanət saxlayanı (Allah) qoruyandır. (Onun yanında əmanət itmir və məhv olmur, bəlkə O, qiyamət günü onları çox artıq xeyirlə geri qaytaracaqdır.) Təqva həmişə özünü keçmiş insanlara və qalanlara göstərib və göstərməkdədir (ki, ondan bəhrələnsinlər). Çünki onlar sabah (qiyamətdə) ona möhtacdırlar. O sabah ki, Allah yaratdıqlarını qaytaracaq (ölüləri dirildəcək), (dünya və onun malından) verdiklərini alacaq və əta etdiyi (saysız nemətlərin han¬sı yollarda sərf edilməsi) barəsində soruşacaq. Buna görə də təq¬va¬nı qəbul edib onu sədaqətlə öz şüarı edən kəslər nə qədər də az¬dır¬lar. Onlar say baxımından azdırlar və eyb və nöqsan sifət¬lərdən pak və uzaq olan Allahın vəsf və tərifinə layiqdirlər ki, (Qur’ani-Kərimin Səba surəsinin 13-cü ayəsində) buyurur: «وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُ» «Mənim çox şükr edən bəndələrim azdırlar». Belə isə qu¬laq¬larınızla təqvaya (onun vəsfini eşitməyə) tərəf tələsin (ki, başa düşəsiniz), səy və təlaşınızla ona riayət edin (ki, nicat tapasınız) və onu keçən (əldən çıxmış) hər bir şeyin müqabilində əvəz və canişin, hər bir müxalifin (haqq yolunun əleyhdarının) qarşısında müvafiq (tərəfdar) edin. Təqva vasitəsi ilə yuxunuzu qaçırdın (qəflət yuxusundan oyanın) və gününüzü ayırın (dünyaya ürək bağlamayın). Onu qəlblərinizin ay¬rıl¬maz yoldaşı edin (heç vaxt ondan uzaqlaşmayın) və günahlarınızı onun¬la yuyun. Xəstəliklərinizi onunla müa¬licə edin və onunla ölü¬mü qabaqlayın (elə bir iş görün ki, ölümdən heç bir nigarançılığınız ol¬ma¬sın). Təqvanı zay edib əldən çıxarmış kəsdən(Varlıları var-dövlətlərinə görə böyük sanmayın. Çünki var-dövlətə görə hörmət göstərmək təqva və pərhizkarlığa ziddir. ) ibrət götürün. Mə¬ba¬da ona tabe olan kəs sizdən ibrət götürmüş olsun. Bilin! Təq¬vanı (təkəbbür, xudbinlik, riyakarlıq və özünü göstərmək kimi xislətlərə düçar ol¬maq¬dan) qoruyun və özünüz də onun vasitəsi ilə qorunun. (Çünki təq¬va əzab müqabilində sığınacaq və qalxandır.) Dünyadan uzaq və axirətə aşiq və vurğun olun. Təqvanın ucaltdığı kimsəni alçatmayın (pərhizkarları xar sanmayın ki, bu, təqva və pərhizkarlığa ziddir) və dünyanın qal¬dırdığı kəsi yüksək məqamlı hesab etməyin.(Xülasə, dünyada pənah aparmaq üçün bir sığınacaq və daldalanacaq yoxdur. Həmçinin insanı özündə saxlayıb kənara atmayan bir mənzil yoxdur. Orada zirəklik və bir-birinə arxa olmağın da xeyri yoxdur. ) Dünyanın ildı¬rımlı buluduna (parıldayan malına) göz dikməyin. Onun danışanına qu¬laq asmayın, çağıranının dəvətini qəbul etməyin (dünyapərəstlərlə isnişərək get-gəl etməyin), parıltısında işıqlıq axtarmayın və nəfis mal¬la¬rına tovlanmayın. Çünki onun ildırımı yağışsız, söhbəti yalan, mal¬ları qarət (olunmuş şeylər) və nəfis malları oğurluqdur. Bilin! Dün¬ya, özünü (kişilərə) göstərib üzünü döndərən əxlaqsız qadına bən¬zəyir. Həmçinin hərəkət edərkən dayanıb əmrə tabe olma¬yan itaətsiz ata bənzəyir. O, çox xəyanətkar yalançı, naşükür da¬vakar, (haqq yoldan) sapan cəfakar, (doğru yoldan) çox uzaqlaşan, nara¬hat və qarmaqarışıqdır. Onun adəti (bir haldan digər bir hala və bir şəxsdən digər şəxsə) keçmək, ayağının altı titrəyən və qeyri sabit, möh¬tərəmliyi xarlıq, səy və çalışması oyun və zarafat, yüksəkliyi al¬çaq¬lıqdır. Dünya, malı almaq (quldurluq), soyğunçuluq, qa¬rət¬çi¬lik, məhv və həlak etmək evidir. Onun əhli ayaq üstədir (çətin¬lik¬lərin çoxluğundan bir an olsun belə rahatlıq və dinclikləri yoxdur), qovulurlar, (qabaq¬kılara) birləşəcəklər və (mal, arvad, övlad, qohum və dostlardan) ayrı qa¬lacaqlar. Onun yolları çaş-baş salan (gedənlər, hara getdiklərini və hara çatacaqlarını bilmirlər), daldanacaqları acizləşdirən (insanlar onda bir sığınıcaq tapmırlar və əllərini bir yerə ilişdirə bilmirlər) və məqsədləri ümid¬siz¬ləşdirəndir (heç kəs onda öz istəyinə çatmır). Buna görə də sığınacaqlar dünyapərəstləri (bəla və çətinliklərə) təslim edib və on¬la¬rı saxlamayıb, mənzillər onları kənara atıb və zirəkliklər on¬la¬rı acizləşdirib və yorub.(Qasiə kəlməsinin kökü olan «قَصْع» «qəs’» kəlməsi lüğətdə gövşəmək mənasındadır. Deyirlər ki: Bu xütbənin «Qasiə» adlandırılmasının səbəbi budur ki, İmam əleyhis-salam onu Kufə əhlinə buyurarkən gövşəyən bir dişi dəvəyə minibmiş. Digər bir dəstə isə deyib ki: «Qəs’» lüğətdə təhqir etmək və alçatmaq mənasında da gəlib. Buna görə də onun bu cür adlandırılmasının səbəbi, o Həzrətin onda şeytanı təhqir etməsi, alçaltması və xar etməsidir. Xütbənin adı barəsində digər səbəblər də deyilib. Amma həqiqətə ən yaxın nəzər birinci, onların ən gözəli isə ikinci nəzərdir. ) Buna görə də (dünya əhlinin) bəzisi nicat ta¬pıb, (amma) ayaqları kəsilib və yaralıdır. Bəzisi ayrılmış ət ki¬mi, bəzisi başı kəsilmiş bədən, bəzisi isə tökülmüş qan kimidir. Bəzisi (qəm-qüssədən) əllərini gəmirər, bəzisi (heyfslənərək) əllərini bir-birinə vurar, bəzisi (çarəsizilkdən) yanaqlarını dirsəklərinə qo¬yar, bəzisi öz fikrini məzəmmət edərək səhv sanar, bəzisi öz məq¬sədindən daşınar. Halbuki tədbir töküb çarə qılmaq fürsəti əl¬dən çıxıb (onların xeyri yoxdur), gözlənilməz bəla üz tutub (ölüm gə¬lib çatıb və iş-işdən keçib) və həmin vaxt qaçmaq zamanı deyil. (Allah Qur’ani-Kərimin Sad surəsinin 3-cü ayəsində buyurur: «كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ» «Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar (qaçmaq üçün) fəryad edib kömək diləyirdilər, lakin artıq qaçıb can qurtarmaq vaxtı deyildi».) (Ölüm gəlib çatdıqdan sonra ondan qaçmaq və ya bir iş görmək xülyası həqiqətdən) çox-çox uzaqdır!!! Həqiqətən əldən çıxan əldən çıxdı, keçən keçdi (günahları islah etmək və səhv və çirkin işlərin yerini doldurmaq zamanı arxada qaldı) və dünya, (əhlinin arzularına uyğun şəkildə deyil) öz ürəyi istəyən kimi keçdi. (Qur’ani-Kərimin Duxan surəsinin 29-cu ayəsində buyurulur:) «فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاء وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ» «Beləliklə, göy və yer əhli dünyapərəstlərin həlakına ağlamadı (özlərini qəmləndirmədilər) və onlar (əzabdan qurtulmaq yolunu tapmaq üçün) möhlət verilənlərdən deyildilər».

    Category: Nəhcül-bəlağə 3 | Added by: Islam_Kitabxanasi (2012-03-04)
    Views: 738 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024