İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1940
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamran
  • Seref
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    104 - cü xütbə
    İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin şəninə tərifdən sonra Bəni-Üməyyə dövlətinin süqutuna toxunduğu və daha sonra camaata öyüd-nəsihət verdiyi) xütbələrindəndir.
    (Həqiqi günəşin doğmasından və aləmi fəth edən İslam günəşinin parlamasından öncə camaat azğınlıq və bədbəxtliyin son həddində idi ki,) Allah-təala (yaxşı və pis əməl sahiblərinə) şahid və sübut olmaq, (yaxşı insanlara əməllərinin mükafatına görə) müjdə vermək, (günahkarları ilahi əzabdan) qorxutmaq üçün Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Uşaqlıqda və kiçik yaşlarında yaradılmışların ən yaxşısı, ixtiyar çağında (qırx yaşında) onların ən səxavətlisi və seçilmişi, təbiəti və xilqəti bütün paklardan daha pak (Adəm əleyhis-salamdan Abdullaha qədər həmişə peyğəmbərlərin və onların vəsilərinin belində olmuşdur) və bəxşişi rəhmət yağışını istəyənlərin təvəqqisində daha çox idi. (Ey Bəni-Üməyyə!) Dunyanı yalnız cövlan edən, çilov və dar bağlanmamış palanla, tapdıqdan sonra onun xoşluğundan və ləzzətinin şirinliyindən faydalandınız və onun döşündən süd əmməyi bacardınız. (Onu öz başına buraxılmış, sarbansız dəvə kimi müftə əldə etdiniz. Bu ona görə belə oldu ki,) onun haramı (İmam əleyhis-salamdan əvvəlki xəlifələr və onların ardıcıllarının) ailələri üçün sidr ağacı tək tikansız idi, (asanlıqla onun meyvəsindən dadırdılar. Yəni, qadağan olunmuş işləri görürdülər və qiyamət gününün əzabından qorxuları yox idi). Onun halalı isə onlardan uzaqlaşıb yox olmuşdu (sözləri və əməlləri İslam dininin ziddinə idi). (Siz güman etməyin ki, dünya həmişə bu minvalla gedəcək və Bəni-Üməyyə dövləti olacaq.) Allaha and olsun, dünyanı müəyyən vaxta qədər uzanan kölgə tək ürəyiniz istəyən kimi tapmısınız. Yer üzü sizlər üçün boş və sahibsizdir, orada əlləriniz açıqdır. (Həqiqi) rəhbərlərin əlləri sizdən (sizə hakimiyyətdən) saxladılıb. Sizin qılınclarınız onlara hakimdir, onların qılıncları isə üstünüzdən yığışdırılıb.(Xülasə, sizin zəmanə hakimliyiniz belə olacaq ki, Allah dostlarını və Allahın Rəsulunun sevimli övladını öldürəcəksiniz.)
    (Ancaq) bilin ki, hər tökülən qanın intiqam alanı, hər bir haqqın tələb edəni var. Bizim qanlarımızı alan özü barədə hökm verən hakim kimidir (ki, dəlil və sübutsuz elminə əsasən özü barədə hökm verir). Bizim qanımızı və haqqımızı alan istədiyini (tutmaq istəsə) tutmaqda aciz olmayan, qaçan heç bir kimsənin çəngindən çıxa bilmədiyi Allahdır. Allaha and içirəm, ey Bəni-Üməyyə! Qısa bir vaxtda biləcəksiniz ki, hakimiyyətiniz və dünyadakı dövlətiniz (bir neçə günlük hakimiyyətinizdən sonra) qeyrilərinin əlinə düşəcək və düşməninizin (Bəni-Abbasın) sarayına köçəcək.
    Agah olun! Gözlərin ən yaxşı görəni xeyrə və yaxşılığa nəzər salan (fitnə və fəsada nəzər salmayan) gözdür. Bilin ki, qulaqların ən yaxşı eşidəni öyüd-nəsihəti saxlayaraq qəbul edən qulaqdır.
    Ey camaat! Nəsihət verənin çırağının şöləsindən qəbul edib (öz səadət və xoşbəxtlik yolunuzun) çırağını işıqlandırın.(Əməlləri sözlərinin əksi olan münafiq və ikiüzlüdən deyil, söylədiklərinə uyğun rəftar edəndən öyüd alın. ) Və suyu bulanmamış və çirklənməmiş təmiz çeşmədən çəkin (elm və maarifi məsum İmamlardan öyrənin).
    Ey Allah bəndələri! Öz cəhalət və nadanlığınıza etimad etməyin, istəklərinizin dalınca düşməyin. Çünki belə bir mənzilə daxil olan kimsə çay sahilində selin altını boşaldaraq yardığı və uçmaq üzrə olan yerdə mənzil salan şəxs kimidir. (Cəhalət, nadanlıq və nəfsi istəklərinin dalınca düşən adam) həlakəti (onun ağır yükünü) öz belinə yükləyərək ağlına gələn fikrə görə bir yerdən başqa yerə dolandırar (hər zaman bir yol seçər, hər gün yeni fikir və düşüncələrə düşər). Yapışmayanı yapışdırmaq, yaxınlaşmayanı yaxınlaşdırmaq istər (onun fikir və düşüncələrinin əsasında nadanlıq və nəfs dayandığına görə ölüncəyə qədər azğınlıq vadisində heyran və sərgərdan qalar). Allahdan qorxun, qəm-kədərinizi dağıda bilməyənin, möhkəm dayandığınız işləri (yerinə yetirməyə borclu olduğunuz ilahi hökmləri) öz rəyinə əsasən sındıranın (fəsad törədənin) yanında şikayət etməyin (din və dünya işlərində elə bir insana müraciət etməlisiniz ki, İmam və ya İmamın canişini olsun). Allahın buyurduğunu dirçəltməkdən başqa bir şey İmamın öhdəsində deyil. (Bunlar beşdir) moizə (və Həzrət Peyğəmbərin buyuruqlarını) söyləmək, öyüd-nəsihət verməyə çalışmaq, sünnəni (Allahın Rəsulunun hökmlərinə uyğun rəftarı) dirçəltmək, layiq olduğu şəxslər barədə həddin tətbiqi və (beytülmaldan) payları yiyələrinə çatdırmaq. Odur ki, (İmam və canişininin vəzifələri ilə tanış olduğunuza görə haqdan başqa yola qədəm qoymayın və dinin kökündən, qollarından xəbəri olmayan şəxslərə hörmət əli uzatmayın) elm ağacı qurumamış (İmam və canişini dünyadan köçməmiş) və elmdən, bilikdən feyz almaqdan (hadisələrin və ruzigarın ağırlığı nəticəsində) məhrum qalaraq başınız özünüzə qarışmamış elm və bilik əxz etməyə çalışın. Qadağan edilmişləri (müqəddəs şəriətin haram etdiklərini) törədənləri bundan çəkindirin və özünüz də onları etməyin. Çünki siz özünüz bu işləri görmədikdən sonra pis əməldən çəkindirməyə məmur olunmusunuz.(Çünki sözü ilə əməli bir-birinə uyğun gələnin yaxşı işlərə dəvəti, pis işlərdən çəkindirməsi sözü əməlinin əksinə olandan daha çox təsir göstərir. )
    105 – ci xütbə
    İmam Əli əleyhis-salamın (İslam dinini vəsf və Həzrət Peyğəmbəri mədh etdiyi, həmçinin öz səhabələrini Müaviyə və Şam qoşunu ilə döyüşdə səhlənkarlıqlarına görə məzəmmət etdiyi) xütbələrindəndir.
    Həmd İslamı (onun həqiqətlərini bütün ağıllı insanlar üçün) aydın və aşkar edən, ona qədəm qoyan (müsəlman olan) üçün onun bulaqlarının yollarını asanlaşdıran,(Peyğəmbər və mə’sum İmamların elm və maarif mənbəyindən bəhrələnmək istəsə, onun üçün heç bir maneə yoxdur.)heç kəsin (münafiq və kafirlərin) üstün və qalib gələ (aradan götürə) bilməməsi üçün onun sütun və dayaqlarını (kök və qollarını əqli və elmi dəlil kimi iki sütun üzərində quran) möhkəm və güclü edən Allaha məxsusdur. Özünü İslama bağlayan (onun göstərişinə uyğun rəftar edən) üçün dünyada qətl, qarət və oğurluqdan, axirətdə isə əzabdan əmin-aman (bir yer), ona qədəm qoyan (müsəlman olan və Allahın birliynə, Həzrət Peyğəmbərin Onun elçisi olduğuna şəhadət verən kafir) üçün sülh və barışıq (nişanəsi), onun vasitəsilə söz danışan üçün dəlil və sübut (çünki İslamda hər bir işin həqiqiliyinə dair dəlil-sübut var), onun danışanı ilə düşmənçilik edən üçün şahid və sübut, ondan aydınlıq istəyən (doğru yola qədəm qoyaraq azğınlığın zülmətindən xilas olmaq istəyən) üçün nur və (yol göstərən) işıq, düşünən üçün (varlığın həqiqətlərini dərk etməyə) fəhm, (yaradılmışlar barədə) təfəkkür edən üçün ağıl, fərasətlə haqq yolunu axtaran üçün nişanə (nicat), (səhv iş görməmək barədə) qərar qəbul edən üçün bəsirət, öyüd alan üçün ibrət, (onun doğruluğunu) təsdiq və etiraf edən üçün (əzabdan) nicat qapıları və təvəkkül, (Allaha) etimad edən üçün əminlik, (işini Allaha) həvalə edən üçün asayiş və (çətinliklərdə) dözümlü olan üçün sipər etdi. Deməli, İslam yolların ən işıqlısı və dinlərin ən aydınıdır. Onun minarəsi (doğruluq və düzlüyü) yüksəkdə (aşkarda), yolları parlaq (görünən), çıraqları (Həzrət Peyğəmbər və o Həzrətin vəsiləri nadanların qəlblərinin zülmətinə) işıq saçandır, yarış meydanında öndədir və sonu (Allah dərgahına yaxın olmaqda) ucalıqdır. Yarış atlarını (süvariləri Allah dərgahına yaxınlaşmaq üçün bir-birindən önə keçsinlər deyə) bir yerə yığandır. Onun yarışı üçün təyin olunmuş mükafat o qədər nəfis və gözəldir ki, hamıda ona rəğbət vardır. Onun at çapanları şərafətli və alicənab, yolu (Allahın və Peyğəmbəri) təsdiq, nişanəsi saleh əməllər, sonu (məsuliyyətin boyundan düşdüyü an olan) ölüm və hazırlıq meydanı dünya, cıdır düzü qiyamət, mükafatı isə cənnətdir.
    Bu xütbənin bir hissəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfidir
    (Həzrət Peyğəmbər ilahi hökmlərin təbliğinə çox səy göstərərək) hidayət və nicat atəşinin şölələrini alovlandırdı ki, iqtibas götürən ondan faydalansın və (hidayət) nişanəsini (elm və maarif dağının zirvəsində) işıqlandırdı ki, (karvandan uzaq düşən), yolda qalıb sərgərdan olan yol tapsın (əbədi xoşbəxtlik qazansın). (İlahi,) o Həzrət (peyğəmbərliyin təbliğində) Sənin doğru əməl sahibi və əmanətdarın, qiyamət günündə (bəndələrin halətlərinə) şahidin, Sənin tərəfindən (yaradılmışlar üçün) seçilmiş nemət və bəxşiş, (camaat üçün) rəhmət və mehribanlıq olan haqqa, doğruluğa göndərdiyin elçindir. İlahi, Öz ədalətinlə onun qismət və bəhrəsini (yaxınlıq və məqamının ən yüksək həddini) nəsib et, ona Öz fəzl və kəramətinlə böyük mükafat və saysız-hesabsız nemətlər əta et. İlahi, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfləri olan peyğəmbərlərin dinindən) uca (zahir və qalib) et, onun nemət süfrəsini (risalətin təbliğində zəhmət və əziyyətlərinin mükafatını) Öz yanında əziz et. Məqam və mənzilini dərgahında yüksəlt və onu böyüklüyün ən yüksək həddinə çatdır, (bütün yaradılmışların müqabilində) üstünlük əta elə! Bizi onun ümməti və dostları (möminlər və pərhizkarlarla) məhşur et ki, (günah və itaətsizlikdən) xəcalətli, (pis əməllərdən) peşman, (doğru yoldan) azmış, əhdini pozan, yoldan azdıran və (bəla, çətinliklə) sınanmışlardan olmayaq. (Seyyid Rəzi buyurur:)
    Xütbənin bu fəsli daha öncə (yetmiş birinci xütbədə) bəyan olunsa da iki rəvayətdə fərq olduğuna görə burada bir daha təkrar vermişik.
    Bu, xütbənin öz səhabələrinə buyurduğu (onları Müaviyə və Şam qoşunu ilə döyüşmədiklərinə görə danladığı) hissəsidir
    (Siz kafir, bütpərəst və qədir-qiymətsiz olduqdan sonra) Allahın kəramət və nəvazişi nəticəsində məqam, rütbə və böyüklük tapdınız. (Heç bir əhəmiyyəti olmayan) kənizləriniz əzizlənir, qonşularınız (sizinlə müqavilə bağlayan kafirlər) həmin ilahi kəramətdən bəhrələnir, (buna görə də canları, mal və namusları hər bir təhlükədən qorunur), onların müqabilində heç bir fəzilətə və (əsl-nəcabətcə) məziyyətə sahib olmadığınız halda və heç bir yaxşılıq etmədiyiniz kəslər sizlərə təzim edərək baş əyir¬lər. Sizin qələbə və hakimiyyətinizdən qorxusu olma¬yan¬lar, səltənət və hakimiyyətinizin çatmadığı kimsələr sizdən qorxurlar.(Deməli, yer üzünün əksər ölkələrinin padşah və böyüklərinin qorxusu sizin qüdrət və qılıncınıza görə deyil, İslam dövlətinin əzəmətinə görədir. İndi sizin belə nemətlərə naşükürlük etməyinizin səbəbi nədir? ) İlahi peymanların pozulduğunu görüb qəzəblənmirsiniz,(Şam əhli ilahi hökmlərin ziddinə hərəkət edir, Müaviyə itaəti vacib olan İmama düşmən kəsilir və onun əmri ilə müsəlmanların və İslamın pənahında olan əhd-peyman bağlanmış şəxslərin malları qarət edilir. Siz onların qarşısını ala biləcək qədər güclü olsanız da sakit əyləşmisiniz. ) ancaq (ilahi əhd-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız. (Siz o şəxslərsiniz ki,) İlahi hökmlər sizə gəlirdi (sizdən soruşurdular), sizdən keçirdi (siz cavab verirdiniz) və sizə qayıdırdı (şikayət çəkişmələri barədə hökm verirdiz). Öz məqam və rütbənizi zülmkarlara (Müaviyə və ardıcıllarına) verərək işlərinizin cilovunu onların əlinə tapşırmısınız. Onlar (şəriət məsələlərində) şübhələrə və batil inanclara əməl etdikləri, şəhvət və nəfsi istəklərinin ardınca düşdükləri halda ilahi hökmlərdə onlara təslim olaraq itaət etdiniz. (Lakin bilin ki, bu hakimiyyət və qüdrət onlara qalmayacaq.) Allaha and olsun, sizləri hər bir ulduzun altına səpsələr də (şəhərlərə dağıtsalar da) Allah-təala sizi onların ən pis günü üçün bir yerə yığar (ki, onlardan necə intiqam alındığını görəsiniz).
    106-cı xütbə
    İmam Əli əleyhis-salamın Siffeyn döyüşünün günlərinin birində (öz səhabələrini Şam qoşununa məğlub olub qaçmalarından, qayıtmalarından və fəthlərindən sonra danladığı) buyurduğu kəlamlarındandır.
    (Döyüş meydanından) qaçmağınızı və düşmənə arxa çevirmənizi sıralarınızdan gördüm. Pis xasiyyətli, alçaq zülmkarlar və səhrada yaşayan ərəblər olan Şam əhli sizi qovdular. Halbuki siz ərəblərin igid və cömərdlərindənsiniz, burun (digər bədən üzvlərinə nisbətən) öndə olduğu kimi şərafətli, dəvənin hürgücləri kimi hündür və onlardan daha böyüksünüz. (Belə olan halda, məğlubiyyət və qaçmaq sizə yaraşan deyildi.) İşin sonunda sizi qovmuş olduqları kimi onları qovduğunuzu, sizi uzaqlaşdırdıqları kimi səngərlərindən uzaq saldığınızı, qılınclarla öldürüb köklərini kəsdiyinizi və biçarə etdiyinizi gördükdə sinəmin dərdləri şəfa tapdı. (Qəm və kədərim yox oldu. Qaçmaqlarının nəticəsində) hovuz və axurlarından məhrum edilərək uzaqlaşdırılmış, qovulan təşnə dəvələr kimi birinciləri sonuncularına minənədək (bir-birinin üstünə düşənədək) onlara nizə vururdunuz.
    107-ci xütbə
    İmam Əli əleyhis-salamın baş verəcək fitnə-fəsad, tökülən qanlar barədə buyurduğu xütbələrindəndir. (Allah-təalaya şükr, Həzrət Peyğəmbəri mədh etmiş, öz kamal və kəramətindən bəzilərinə toxunmuşdur.)
    Həmd (Rəbb olduğunun dəlili sayılan) Öz xəlq etdikləri və yaratdıqları səbəbindən məxluqlara aşkar olan, Öz dəlil və sübutları (qüdrətinin nümunələri) ilə onların qəlblərində zahir olub görünən Allaha məxsusdur. Yaratdıqlarını fikir və düşüncə işlətmədən yaratdı. Çünki düşüncələr batinləri (daxili idrak qüvvəsi) olanlardan qeyrisinə məxsus deyil və Allah-təala Öz-özlüyündə batinə malik deyil. (Belə ki, bir şeyi dərk etmək üçün idrak qüvvəsinə ehtiyacı olan, əlbəttə, mümkünlər qismindəndir və vacibul-vücud mümkünlərdən ola bilməz.) Onun elmi görünməzlərin batininə və əslinə nüfuz edər. (Onun üçün maneə, hicab yoxdur) və ən xırda düşüncə və (heç kəsin bilə bilməyəcəyi ürək) sirləri əhatə edir.
    Bu xütbənin bir hissəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfidir
    Böyük Allah Həzrət Peyğəmbəri peyğəmbərlərin (Ali-İbrahim) şəcərəsindən, (hidayət və nicat nurunun saçdığı) nur çırağından, (başqalarından daha şərəfli və fəzilətli olan) alının yuxarısından, «Bəthanın» (Məkkeyi-Müəzzəmənin) göbəyindən, qaranlığın çırağından (o böyük şəxsin ata-babaları sərgərdan şəxslərə yol göstərən çıraq kimi idi) və hikmət bulaqlarının gözündən (hamısının dini və şəriəti var idi, başqaları elm və hikməti onlardan öyrənirdilər) seçdi.
    Bu xütbənin (özünün vəsfi və səhabələrinin məzəmmət edərək buyurduğu) bir hissəsidir
    (İmam əleyhis-salam) Öz tibbi və müalicəsilə (ölüm saçan xəstəliklərə və cürbəcür dərdləri müalicə etmək üçün xalqın arasında) həmişə gəzən (ruhani) bir təbibdir. Məlhəmlərini (elm və maarifini nadanlıq və azğınlıq qılıncı ilə yaralanmış ürəklərin yarası üçün) gücləndirərək hazırlamış, alətlərini (pis işləri qadağan etməyin və ilahi əzabla qorxutmağın atəşində) qızdıraraq basmışdır. Lazım olan hər yerdə məlhəmlərini, dağ çəkən alətlərini müalicəyə ehtiyacı olan yaralı yerlərin üstünə qoyar: (elmdən) kor qəlblərə, (haqqı eşitməyən) kar qulaqlara, (doğru söz danışmayan) lal dillərə. Bu ruhani təbib öz dərman və müalicələri ilə qəflət, nadanlıq, heyrət və sərgərdanlıq xəstəliklərinə əlac edir. (Ancaq) xəstələr hikmət və irfan nurundan istifadə etməyib parlaq elm və maarif tonqallarına od salmayıblar. Deməli, onlar otlayan (şüursuz və bütün səyləri yalnız yeyib-içməyə yönələn) heyvanlara və (heç nəyi dərk etməyən) bərk özül daşlarına bənzəyirlər.
    Gizlinlər bəsirət sahibləri üçün açıldı və haqq yolunu səhv salanlara aşkar oldu.(Din düşmənlərinin söndürmək fikrinə düşdükləri Haqqın nuru və gizlətmək istədikləri elmin həqiqət və sirləri İmamın vasitəsilə aşkar oldu. Deməli, cahilə və nadana üzrxahlıq etməyə yer qalmadı. ) Qiyamət öz üzündən pərdəni götürdü və onun əlaməti, nişanəsi fərasət sahibinə, zirəklərə əyan oldu.(Həzrət Peyğəmbər qiyamətə qədər olan həyatın bütün hallarını bəşərin ehtiyacı olduğu şeyləri elə bəyan etmişdi ki, sanki qiyamət qopur. Deməli, başqa bir peyğəmbərin ortaya çıxaraq xeyir və fəsad yolunu bəyan etməsini gözləməyə söz yeri qalmır. ) Nə olub ki, sizləri cansız bədən və bədənsiz can görürəm(Bəziləriniz ölülər kimi heç nəyi başa düşmür və düşmənin qabağını almır, canı olan, yəni, ağlı olan bəziləriniz isə başa düşürsünüz, lakin dünyapərəst olduğunuzdan döyüşə getmirsiniz. ) və (sizləri) pərhizkarlıq olmadan ibadət edən (dəyanətsiz müharibə edən), xeyirsiz tacir (məğlub olan), yuxulu kimi oyaq, yoxmuş kimi mövcud, kor tək görən, lal tək danışan (kimi görürəm. Düşmənin sizi ələ keçirdiyini görür və gücünüz olsa da onun qarşısını almırsınız).
    (İmam əleyhis-salam bu fəsildə axirəz-zamanda baş verəcək fəsadlardan və insanların vəziyyətindən xəbər verir)
    Bu fitnə-fəsad bayrağı (axirəzzəmanda) azğınlıq qütbündə sancılan və şaxələri səpələnən (hər yanı bürüyən), sizləri öz piyaləsi ilə ölçən (azdıran) və əli ilə (şıltaq heyvan kimi) döyən (zəlil və xar edən) azğınlıq bayrağıdır. Bu bayrağın bayraqdarı İslam ümmətindən xaric olaraq azğınlıq (yolunun) üstündə dayanmışdır. Həmin gün sizlərdən (müsəlmanlardan) qazanın dibində qalan (az) qalıq və ya çuvalın təkində qalan dən hissəcikləri tək az miqdardan başqa qalanı olmaz. Azğınlıq bayrağı sizləri dabbaqlıq gönü sürtən kimi sürtər, biçilmiş əkinin döyülməsi kimi döyər (sizi son dərəcə zəif və xar edər). Allahını sevən mömini (əziyyət vermək üçün) böyük dəni kiçik dənlərin arasından seçən quş kimi sizin aranızdan ayırar. Bu yollar sizi hara aparır? (Batil əqidələr və nadürüst düşüncələrlə hara gedirsiniz?) (Cəhalət və nadanlığın) qaranlıqları sizi necə heyran və sərgərdan edir? Yalanlar (yersiz arzular) sizi nə cür aldadır? Sizləri (azdırmaq üçün) haradan gətirirlər? Sizləri (haqq yoldan) necə döndərirlər? Deməli, hər zamanın bir taleyi, hər gedənin bir dönüşü var. (Bu fitnə-fəsadlar müəyyən bir vaxtda baş verəcək.) Belə isə öz ilahi aliminizdən (İmam əleyhis-salamdan öyüd-nəsihət) eşidin və öz qəlblərinizi (qəbul etməyə) hazırlayın, sizi çağırdıqda (qəflət yuxusundan) oyanın. Hər qövmün rəhbəri, öndə gedəni öz ardıcıllarına həqiqəti deməlidir.(Onlar üçün suyu, bitkisi olan məsləhətli bir yer seçməli, öyüd və nəsihətdə xəyanət etməməlidir. الرَّآئِدُ لا يَكْذِبُ أَهْلَهُ yəni, - rəhbər öz ardıcıllarına yalan deməz - misalında olduğu kimi. Qısası, burada olanlar eşitdiyi bu elmləri və xəbərləri olmayanlara doğru-dürüst çatdırsınlar. ) Öz dağınıqlığını yığışdırmalı, (fikir dağınıqlığını və boş düşüncələri özünə yaxın buraxmamalı) zehnini hazırlamalıdır (ki, eşitdiklərini artırıb azaltmadan başqalarına çatdırsın). Deməli, o ilahi alimin (din və dünya) işi yumru dənələri (daxili görünən) açan tək sizlər üçün açdı, şirəsini çıxarmaq üçün ağacın qabığını soyan kimi qabığını təmizlədi (hər bir işi sizlərə aydınlaşdırdı). Azğınlıq bayrağı qalxdığı zaman batil və nadürüstlük öz yerlərini tutar, cəhalət və nadanlıq öz miniklərinə minər, (batil hər yanı bürüyəcək, cəhalət bərpa olar) tuğyan və fitnə çoxalar, haqq yola dəvət edənlər azalar. Ruzigar parçalayan yırtıcı kimi hücuma keçər (çox qan tökülər), batilin erkək dəvəsi sakitlikdən sonra səslənər (məst olar, yəni, batil güclənər). Camaat günahlara görə bir-birinə qardaş olar, dinə görə isə bir-birindən uzaqlaşar, yalana görə dostlaşar, həqiqətə düşmən kəsilər (günahkarlarla dost, qardaş olarlar, yaxşılardan bezib uzaqlaşarlar). O çağlarda övlad (atasının) qəzəb(in)ə (və qüssəsinə), yağış isə istilik və hərarətə səbəb olar (camaat ondan xeyir görməyib ziyanını çəkəcəkdir), alçaq adamlar çoxalar, yaxşı insanlar isə az tapılar. O zamanın adamları canavar, padşahları yırtıcı, orta və zəif insanları (zülmkarlara) yem, kasıblar isə (çətinlik və incikliyə görə) ölü (kimi) olar. Həqiqət itib-batar, yalan yayılar. Dostluq sözdə, camaatın bir-birilə düşmənçiliyi isə ürəklərdə olar. Fəsad və pozğunluq (zina onlar arasında iftixara və) əsil-nəsəb hesab olunar, iffət və namusluluq təəccübə səbəb olar. İslam dəri paltar kimi tərsinə geyilər (camaat əyninə İslam paltarı geysə də, sözləri və əməlləri İslamın əmrlərinin ziddinə olar).
    108-ci xütbə
    İmam Əli əleyhis-salamın (Allah-təalanın kamal və cəlal sifətləri, mələklərin vəsfi, insanların dünyaya aldanması, qiyamət gününün sorğu-sualı və Həzrət Peyğəmbərin yaxşı əməllərindən bəziləri barədə) xütbələrindəndir.
    Mövcud olan hər şey Allah qarşısında boyun əyir və Ondan asılıdır. (Hər bir mövcudun varlığı Onun güc və qüdrətinin əlindədir.) Hər yoxsulu ehtiyacsız edən, hər zəlil və xarı hörmətli edən, hər acizi qüdrətliyə çevirəndir, hər məzlumun pənah yeridir. Hər danışanın sözünü eşidər, hər dinməzin sirlərindən agahdır, hər canlının ruzisini vermək Onun öhdəsinədir, hər ölənin qayıdışı Onadır.
    Gözlər Səni görməyiblər ki, Səndən xəbər versinlər (necə olduğunu bəyan etsinlər), yaratdığın vəsf edənlərdən əvvəl var idin. Məxluqları tənhalıq qorxusuna görə yaratmadın, onları faydalanmaq üçün xəlq etmədin. İstədiyin hər bir şey Səndən qabağa keçməz, tutduğun şey çəngindən çıxmaz. Sənə qarşı günah və itaətsizlik edən kimsə Sənin hakimiyyətini azaltmaz, Sənə itaət edib yolunla gedən, mülk və padşahlığını artırmaz. Qəzavü-qədərindən razı, şad olmayan əmrini döndərə bilməz, fərmanından üz döndərən Səndən ehtiyatsız olmaz. (Əksinə, əmrindən üz döndərməklə belə sənə möhtac olar.) Hər örtülü Sənin üçün aşkardır, heç bir gizlin Səndən gizlin deyil. (Gizlin və aşkar, hüzuru olmaqla olmamaq Onun üçün eynidir. Çünki Onun zatı ilə eyni olan elmi hər şeyi əhatə edir.) Sən həmişə varsan və Sənin üçün son yoxdur, Sən sonsan (hər şeyin qurtaracağı Sənə qayıdır). Deməli, Səndən (əmr və fərmanından) qaçmaq olmaz və Sən (hər şeyin) qayıdış yerisən. Deməli, Səndən (əzabından) Sənə (rəhmətinə) qaçmaqdan başqa yol yoxdur. Hər bir canlının alın tükü Sənin (güc və qüdrətinin) əlindədir və hər insanın dönüşü Sənə doğrudur. İlahi, Sən hər eyb və nöqsandan uzaq, təmizsən. Sənin yaratdıqlarından gördüyümüz bizim nəzərimizdə necə də böyükdür! Sənin güc və qüdrətinin qarşısında onun böyüklüyü necə də kiçikdir! Sənin padşahlığından (Allahlığından ağıl gözü ilə) gördüklərimiz nə qədər qorxuludur! Bu gördüklərimiz Sənin padşahlığında (Allahlığında) bizlərə görünməz olanların yanında nə qədər miskindir. Səndən dünyaya nə qədər də çox nemətlər gəlib və onlar Axirət nemətlərinin yanında necə də aşağıdırlar!
    Bu xütbənin (mələklərin vəsfi barədə) bir hissəsidir
    Mələklərdən bəzisini öz səmalarında məskunlaşdırdın və öz yer üzündən yüksəltdin. Onlar (bütün mələklər) Səni məxluqlardan (peyğəmbərlər və onların vəsilərindən başqa) daha yaxşı tanıyır, Səndən daha çox qorxur və (bu baxımdan) onlardan Sənə daha yaxındırlar (məqam və rütbələri daha yüksəkdir). (Onlar ataların) bellərində yerləşməyib, (anaların) bətnlərindən çıxmayıblar, pis sudan (spermadan) yaranmayıblar. Ruzigarın hadisələri onları bir-birindən ayırmayıb, dağınıq salmayıb. Onlar Sənin yanındakı məqam və mənzilləri ilə, bütün istəklərini Səndə cəmləşdirmələrinə (Səndən başqa bir şeyi nəzərlərində tutmurlar) rəğmən, Sənə ibadətlərinin çoxluğu, əmr və fərmanından bir an olsa belə, qəflətdə qalmamaları ilə belə yenə də onlara gizli olan əslini və həqiqətini aşkar görsələr, əməllərini (Sənin əzəmət və böyüklüyünün müqabilində) kiçik sanaraq (itaətdə təqsirlərinə görə) özlərini danlayıb məzəmmət edəcəklər. Başa düşəcəklər ki, Sənə (Zatına) layiq olan ibadəti yerinə yetirməyiblər.(Çünki onların ibadət və itaəti Allahı tanımaları və məlumatları qədərdir; məlumat artdığına görə ibadət və itaət də artar. )
    (Bu fəsildə camaatın dünya malına aldanmasını məzəmmət edərək ölümün çətinliklərini xatırladır)
    İlahi, Səni hər eyb və nöqsandan təmiz, yüksək hesab edirəm ki, məxluqların yaradıcısı və varlığın pərəstişgahısan. İmtahan və sınağından yaxşı çıxan məxluqların üçün saray (Cənnət) yaratmısan, orada qadınlar və xidmətçilər, qəsrlər, çaylar, gəmilər bərqərar etmisən, yeməli, içməli şeylərdən və meyvələrdən süfrə açmısan. Dəvət edəni (Həzrət Peyğəmbəri) göndərdin ki, (camaatı) ona tərəf çağırsın. Dəvət edənə cavab verməyib təşviq etdiyin nemətlərə rəğbət göstərmədilər, həvəsləndirdiyin yax¬şılıqlara müştaq olmadılar. (Əksinə), murdara (dünyaya) üz tutaraq onu yeməklə rüsvay oldular, onunla dostluğa razılaşdılar. Hər kim nəyə aşiq olarsa, bu məhəbbət onun gözünü kor, ürəyini xəstə edər. (Belə ki, onun eybini görməyərək çirkinliklərini də gözəl sanar.) Deməli, o, (dünyanın fəsadlarına) görməyən gözlə baxar, (həqiqətləri) eşitməyən qulaqla dinləyər. Əbəs istəklər onun ağlını didib, dünya ürəyini öldürərək özünə valeh edib. O, dünyanın və dünyadan əlində bir şey olanın bəndəsidir. Dünya hansı səmtə dönsə, ora dönər, hara üz tutsa, ora yönələr. Allah tərəfindən qadağanedici və nəsihətçi olandan (Qurani-Kərimdən) qəflətdən oyanmayıb, öyüd almır. Halbuki götürülmüşlərin necə də qəfil yaxalandıqlarını və pozmaq, dönüş və qayıdışa imkanı olmadıqlarını («Xudaya bizi dünyaya qaytarsan, əmr və fərmanlarına əməl edəcəyik» demələri üçün imkanı olmadıqlarını), təsəvvür etmədiklərinin (ölümün) onları necə haqlayaraq rahatlıqla yaşadıqları dünyadan ayırdığını, vəd olunan axirətə çatdırdıqlarını görürlər. Onların başına gələn çətinliklər vəsf olunmaz. Can verməyin çətinliyi, əldən gedənə görə qəm və kədər onları bürüyür, əl-ayaqlarını süstləşdirir və rənglərini dəyişir. Ondan sonra onlarda ölümün təsiri artır, hər birinin özü ilə sözü arasına maneə düşür. (Söz danışa bilmir.) Öz əhli-əyalı arasında gözü ilə (onların iztirab və narahatlıqlarını) görür, qulağı ilə (onların ah-naləsini) eşidir, ağlı yerində, fəhmi bərqərardır. Ömrünü necə başa vurduğunu, ruzigarını necə keçirdiyini fikirləşir. Topladığı malları, onları qazanmaq üçün (halala və harama) göz yumduğunu, onları (halallığı və haramlığı) aşkar və şübhəli yerlərdən əldə etdiyini yada salır. Doğrudan da o, mal-dövlət toplamağın ziyanlarına (ona görə olan cəzalara) düçar olub və onlardan ayrıldığında (bundan) agah olub. Bu mal-dövlət ondan sonra həmin naz-nemətdən istifadə edib xoş günlər keçirən sağ insanlara qalacaq. Deməli, o mal-dövlətin rahatlığı (onun xoş güzəranı) ondan qeyrisi üçündür və o yükün dəyəri (məsuliyyəti) isə onun kürəyindədir. Həmin kişi də o mal-dövlətin girovundadır. (O mal-dövlətin hesab-kitabından qurtulmayıb və qaçmağa yolu yoxdur.) Ölüm vaxtı ona aşkar olanların (çətinliklərin) təsirindən peşman olaraq əlini dişləriylə gəmirər, həyatı boyunca meyl etdiklərinə meylsiz olar. Arzu edər ki, ey kaş o malları özü yox, məqam və rütbəsini arzuladığı, malına həsəd apardığı başqa bir şəxs yığaydı. Ölüm (izləri) onun qulaqları da dili kimi işdən düşənə (heç bir söz eşitməyənə) qədər ardı-arası kəsilmədən onun bədənində görünər. Öz əhli-əyalı arasında elə hala düşər ki, nə dinib danışar, nə qulağı eşidər, öz gözlərini onların üzlərinə baxmaq üçün açar, onların dillərinin hərəkətini görüb sözlərini eşitməz. Sonra ölüm (izləri) daha da artıb ondan yapışacaq, qulaqlarını bürüdüyü (heç nə eşitmədiyi) kimi gözlərini də bürüyəcək (artıq heç nə görməyəcək) və canı bədənindən çıxacaq. Beləliklə, öz əhli-əyalı arasında murdar bir ət olar ki, ondan qorxaraq uzaq durarlar. Nə ağlayana yoldaşlıq edər, nə də çağırana cavab verər. Bundan sonra onu götürüb yerdəki (son) mənzilinə (qəbrə) gətirəcək və onu orada (tənha qoyub) əməlinə tapşıracaq, onu görməkdən əl çəkəcəklər.
    (Daha sonra İmam əleyhis-salam qiyamət günü yaradılmışların necə geri dönəcəyini şərh edir.) O zaman ki Allah-təalanın insanlar üçün təyin etdiyi vaxt qurtaracaq, aləmin müqəddəratı bitəcək və yaradılmışların axırı əvvəlinə qovuşacaq (hamı öləcək) və Allahın istədiyi insanların yeniləşməsi (ölülərin dirilməsi) üçün fərmanı çatacaq. (O zaman) Səmanı hərəkətə gətirib yaracaq, yeri alt-üst edərək titrədəcək, dağları yerindən qopararaq ətrafa dağıdacaq, Allahın heybət, cəlal, əzəmət və qələbəsinin qorxusundan dağlardan bəziləri-bəzilərinə çırpılacaq. Yerin altında kim varsa, hamısını üzə çıxardacaq. Deməli, onları köhnəldikdən sonra yeniləşdirib, üzvləri dağıldıqdan sonra bir yerə yığacaq. Sonra gizli iş və əməllərinə görə sorğu-sual etmək istədiyi üçün onları bir-birindən ayıracaq. Onları iki dəstəyə ayırıb (dünyada yaxşı işlər görüb itaət edən) bir dəstəyə nemət əta edəcək, (pislik edib itaətsiz olan) dəstədən intiqam alacaq. Ancaq itaət əhlinin mükafatını rəhmətində qərar verəcək, Öz əbədi cənnətində yerləşdirəcək. Elə bir cənnət ki, daxil olanlar bir daha ondan çıxmaz, (isti, soyuq, qocalıq, cavanlıq və bu kimi şeylərlə) halları dəyişməz, qorxu onlara üz tutmaz, xəstəliyə mübtəla olmazlar, təhlükə ilə üzləşmədikləri, səfərlərin onları dəyişib (qəribçiliyin qəm-kədərini, evdən uzaqlığın qüssəsini çəkməmələri üçün) bir yerdən başqa yerə aparmaz. Ancaq günah əhlinin cəzası budur ki, onları ən pis yerə (cəhənnəmə) daxil edəcək, əllərini boyunlarına keçirəcək, alınlarının tüklərini ayaqlarına bağlayacaq və əyinlərinə (çox pis qoxulu yağ olan) qətran köynək, alov saçan paltarlar geydirəcək. İstisi çox yandıran əzabda, qapıları (çölə çıxa bilməmələri üçün) sakinlərinin üzünə bağlı olan evdə qalacaqlar. Çox yandırıcı, hay-həşiri, alovu ərşə çıxan və qorxunc səsli atəşdədirlər. O atəşdə olanlar çölə çıxmaz, ona əsir düşəndən fidyə (əsiri azad etmək üçün verilən mala deyilir) qəbul olunmaz, (çünki cəhənnəm odunda yananın özünü qurtarmaq üçün verməyə malı olmaz, tutaq ki, olsa belə, qəbul edilməz), qandal və bəndləri sınmaz. Onun üçün bir müddət yoxdur ki, sona yetsin, nə də onun sakinləri üçün müəyyən zaman var ki, başa çatsın. (Və onları əzabdan qurtarsın. اللّهُمَّ إنّا نَعُوذُ مِنْها بِرَحْمَتِكَ الَّتِى سَبَقَتْ غَضَبَكَ İlahi Sənin qəzəbindən öndə olan rəhmətinə pənah gətiririk.)
    Bu xütbənin bir hissəsi Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – (və o Həzrətin vəsilərinin) vəsfi barəsindədir
    Həzrət Peyğəmbər dünyanı kiçik görürdü, onu xırda sanırdı (ona ürək bağlamadı) və ona əhəmiyyət verməyib onu aşağı hesab etdi. Bilirdi ki, Allah-təala onu seçib və dünyanı (məhəbbət və dostluğunu) ondan uzaqlaşdırıb, kiçik və aşağı olduğuna görə onu Həzrətdən qeyrisinin nəzərində cilvələndirdi. (Dünyanı dünyapərəstlərə nəsib etdi.) O böyük şəxs də qəlbən dünyadan üz döndərib meylsizlik etdi və ya onu yada salmağı öz nəfsindən uzaqlaşdırdı (onu xatırlamaqla məşğul olmadı). Onun zinətindən bəzənmiş paltar istəməmək və ya orada yaşamağı arzulamamaq üçün dünyanın zinət və bəzəyinə baxmamağı sevərdi. Allahının tərəfindən (dəlil və sübutla) hökmləri təbliğ etdi, ümmətini və ardıcıllarını (ilahi əzabla) qorxudub öyüd-nəsihət verdi, onları müjdələyərək Behiştə dəvət etdi.
    (Biz on iki İmam əleyhimus-salam) Peyğəmbərlik şəcərəsindənik. İlahi risalət və sifarişin endiyi, mələklərin gedib-gəldiyi bir xanədandanıq. Biz mərifət və bilik mədənləri, hikmət çeşmələriyik. Bizim dost və yarlarımız ilahi rəhmətin intizarındadırlar. Düşmən və bədxahlarımız Allahın qəzəbinə hazırdır. (Əhli-beytin düşmənləri mütləq qəzəbə düçar olacaqlarına görə bu ilahi əzablarını gözləmiş olmaları kimidir.)
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 625 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021