İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2

    109-cü xütbə
    İmam Əli əleyhis-salamın (Allaha yaxın olmağın və İslamın əlamətlərini qoruyub saxlamağın yolları barədə) xütbələrindəndir.
    Allah-təalaya tərəf yaxınlaşmağın ən yaxşı yolu (ondur, onların birincisi) Allahın birliyini, vahidliyini və Onun elçisinin (Məhəmmədin - səlləllahu əleyhi və alih -) peyğəmbərliyini təsdiqləyib etiraf etməkdir. (İkincisi) İslamın (əzəmətli sütununun) ucalmasına səbəb olan Allah yolunda (kafirlərə və dinin düşmənlərinə qarşı) cihad və müharibə etməkdir. (Üçüncüsü) (İlahi bəndələr üçün) fitri və təbii olan ixlas kəlməsidir («La ilahə illəllah» deməkdir). (Dördüncüsü) İslam dininin dinlik nişanəsi (dinin ən böyük sütunu) olan namaz qılmaqdır. (Əzəmət və əhəmiyyətinə görə onu dinin özü adlandırmışdır.) (Beşincisi) Allah tərəfindən müəyyən edilmiş pay olan zəkatdır. Onu ödəmək (imkanı olanlara) vacibdir. (Altıncısı) əzab üçün sipər olan Ramazan ayının orucudur. (Yeddincisi) Allahın evinə Həcc ziyarətinə getmək, onun Ümrə əməllərini yerinə yetirməkdir. Həcc və Ümrə yoxsulluğu, pərişanlığı aradan götürər, günahı yuyub paklaşdırar. (Səkkizincisi) Malın, sərvətin artmasına və ömrün uzanmasına səbəb olan sileyi-rəhm (qohum-əqrəbaya yaxşılıq edib xeyir vermək). (Doqquzuncusu) Sədəqədir (yoxsullara və əlacsızlara edilən ehsandır). Gizli verilən sədəqə günahı örtər. (Buna görə Allah-təala müsibət və günahın nəticələrini azaldar.) Aşkar sədəqə pis ölümü (qəfil ölüm, suda batmaq, yanmaq, dağıntıların altında qalmaq və bu kimi ölümləri) dəf edər. (Onuncusu) Bəyənilmiş işlər görmək (yaxşılıq, xeyirxahlıq və qardaşların arasını düzəltmək). Yaxşı əməllər insanı zillət və xarlığa düçar olmaqdan qoruyar. (Yaxşı əməl sahibi dünyada və axirətdə başıuca olaraq zillətə və bədbəxtliyə düçar olmayacaq.)
    Allahı xatırlamağa tələsin ki, Allahı anmaq zikrlərin ən yaxşısıdır. Pərhizkarlara vəd verdiyinə (cənnətə) rəğbət göstərin ki, Onun vədi ən doğru vəddir. Öz peyğəmbərinizin hidayəti və göstərdiyi yolla gedin ki, onun yol göstərməyi hidayətlərin ən üstünüdür. Onun sünnəsi və yoluna uyğun rəftar edin. Çünki onun yolu ən doğru yolgöstərən sünnə və yoldur.
    Ən yaxşı deyim olan Quranı öyrənin. Ondakılar barədə fikirləşib düşünün ki, Quran qəlblərin baharıdır. (Ürəkdə elm və hikmətin hər cür güllərini bitirir.) Onun hidayət nuru ilə (cəhalət və nadanlıq xəstəliyindən) şəfa diləyin ki, Quran sinələrin (xəstəliklərinin) şəfasıdır. Onu gözəl oxuyun (sözlərini səhvsiz oxuyub mənasına riayət edin və hökmləri barədə düşünün) ki, o, deyimlərin ən faydalısıdır. (Quranı bilənin rəftarı onun göstərişinə uyğun olmalıdır. Çünki) Elminin ziddinə hərəkət edən alim cəhalət və nadanlıqdan özünə gəlməyən cahil və nadana bənzəyir. (Elmin faydası olmayan yerdə bir tədbir qalmaz.) Əksinə, onun aqibəti üçün dəlil və sübut (Qiyamət günündə cahilə əzab üçün olan dəlil və sübutdan) daha çox, həsrət və kədəri daha artıq, Allah yanında məzəmmət və qınağı daha boldur.(Bilə-bilə günah və itaətsizlik edib Allahın göstərişlərinə əhəmiyyət verməyərək onun ziddinə hərəkət edib. Bunun özü günahların ən böyüyüdür. )
    110-cu xütbə
    İmam Əli əleyhis-salamın (dünyanı məzəmmət etdiyi və ondan uzaqlaşmaq barədə) xütbələrindəndir.
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra, sizləri dünyadan (ona ürək bağlamaqdan) çəkindirirəm. Çünki dünya (dünyapərəstlərin ağzında) şirin və (onların nəzərində) yam-yaşıldır. Şəhvətlərə və əbəs istəklərə bürünmüşdür. Tez ötüb-keçən mal-dövləti ilə (istəyənlərinə) dostluq izhar edər, azacıq zivərləri ilə (camaatı) heyrətə salaraq şad edər. (Yersiz və güvənilməyən) Arzular və (nadanları) aldatmaq üçün özünü bəzəmişdir (öz istəyənlərinin din və dünya sərmayələrini oğurlamaq üçün özünü fahişə kimi bəzər). Onun şadlığı sabit deyil, dərd və kədərindən rahatlıq yoxdur, çox aldadıcı və ziyankardır. Halları dəyişəndir.(İmkanlını yoxsula, asayişi çətinliyə, həyatı ölümə, sağlığı xəstəliyə çevirir və ya həmişəlik səadəti və əbədi cənnəti əldə etməyə mane olur. ) Fani, məhv və puç olacaq. (Hamını) həlak edən qarınquludur (yerin qarnı heç vaxt insandan doymaz və ruzigarın gərdişi insanları məhv etməkdən usanmaz). Ondan razı olan dünyapərəstlərin arzusu başa çatan zaman dünya olduğundan qabağa getməyəcək. Necə ki, Allah-təala (Qurani-Kərimin Kəhf surəsinin 45-ci ayəsində) buyurub: كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقْتَدِرًا yəni: Dünya göydən yağdırdığımız yağmura qarışıb (onunla yetişən), sonra sübh çağı (səhəri gün) dönüb küləyin sovurduğu quru çör-çöp olan yerdəki bitkiyə bənzəyir. Allah hər şeyə (hər bir işə) qadirdir. (Dünyanın rahatlığı və xoşgüzəranlığı qısa zaman ərzində quruyub varlığı fanilik küləyilə sovrulan yam-yaşıl bitkiyə bənzəyir.) Kimsə dünya malından boğaz qurudan göz yaşlarından (qəm və kədərdən) başqa sevinc və şadlıq görmədi. Pisliklərinin vurduğu ziyandan başqa bir kimsəyə xoş üz göstərmədi. (Dünyaya arxa çevirərək nemətini ondan almasından başqa heç kəs öz istəyi ilə dünyadan öz qarnını doydurmadı və öz arzusuna çatmadı.) Bu dünyada bəla buludu üstünə dalbadal yağış yağdırmaqdan savayı dolu yağışlar onu xoşbəxt eləmədi. (Dünyanın işi belə olduğuna görə) layiqdir ki, (dünya) səhərin erkən çağlarında insanın dostu, yarı olub ona yoldaşlıq etsin və gecə dəyişərək düşməninə çevrilsin. Onun bir tərəfi şirin və şəffaf olsa da başqa bir tərəfi acı və (öldürücü xəstəlik olan) vəbalıdır. Heç kəs müsibət və kədərlərinin ağrı-acısını dadmaqdan savayı onun xoşluğundan muradına yetməz, səhərini xof və qorxu qanadlarında açmadan bir gecəni belə rahatlıq və asayiş qanadında başa vurmaz. Çox aldadıcıdır. Onda nə varsa, hamısını aldadar. Fani olasıdır, ondakıların hamısı fani olar. Təqva və pərhizkarlıqdan başqa onun azuqələrinin heç birində xeyir və yaxşılıq yoxdur. Hər kim dünya malından azacıq qazansa, onu (qiyamətdə hesab-kitabın ağırlığından) çox qoruyacaq bir şey əldə etmişdir. Hər kim çox qazansa, (hesab-kitab vaxtı) onu həlak edəcək, (dünyada da) tezliklə zay olacaq bir şeyə sahib olmuşdur. Nə çoxdur dünyaya etimad edib ona ürək bağlayan, dünyanın isə dərdə saldığı insanlar. Nə çoxdur dünyadan əmin olan və dünyanın isə yerə sərdiyi insanlar. Nə çoxdur böyük məqam sahibi olan və dünyanın isə kiçildərək alçaltdığı kimsələr. Nə çoxdur fəxr edən və özündən razı olan, dünyanın isə zəlil, xar etdiyi kimsələr. Dünyanın səltənəti və rəhbərliyi dövredicidir (gah ona, gah buna) və onun xoş güzəranı (küdurətlə) bulanıqdır. Onun (dünyapərəstlər üçün təmiz olan) saf suyu (aqil və gözüaçıq insanlar üçün) şor və çirklidir. Onun şirinliyi ağacın şirəsi kimi çox acıdır. Onun təamı ölümcül zəhərlər, vasitələri (ona ürək bağlanan şeyləri) çürümüş və tikə-tikə olmuş kəndirlər kimidir. Onun dirisi ölümə, sağlamı isə xəstəliyə doğru hərəkət edir. Onun hakimiyyəti əldən çıxmış, dəyərlisi əlaltı olmuş, varlısı müsibətə düşmüş, qonşusunun (dünyada yaşayanın) malı qarət edilmişdir.
    Sizdən əvvəlkilərin olduğu yerlərdə deyilsinizmi? Hələ onların ömürləri daha uzun, izləri daha qalımlı, arzuları daha çox, insanları daha hazır və qoşunları daha sıx idi. Dünyaya necə vardısa, elə də pərəstiş edib seçdilər. Sonra dünyadan özləri ilə yola götürəcək azuqəsiz, yol getmək üçün miniksiz köçdülər (öldülər). Sizlər (ata-babalarınızın öldüyü vaxt) dünyanın özünü (və ya kimsəni ölməmələri üçün) fidyə verdiyini və ya onlara yoldaşlıq etdiyini, yaxşılığa görə onlara kömək etdiyini eşitmisinizmi? (Xeyr!!!) Əksinə, ömürlərinin dirəklərini çətinliklər və dərdli müsibətlərlə laxladaraq tərpədib və üzlərini, alınlarını torpağa sürtüb, mehtərlərinin əl-ayaqlarını təpiklə döyəcləyib. Köməkliyi bu olub ki, ruzigarın ağır hadisələrini başlarına gətirib. Belə isə, dünyanın ona yaxınlaşıb onu seçənlərə və etimad edənlərə dəyişdiyini və tanımsızlığını (düşmənçiliyini) gördünüzmü? Hətta ondan həmişəlik ayrılaraq köçdülər (bir daha onlar üçün qayıdış yoxdur). Onlara aclıqdan başqa bir azuqə, darısqallıqdan (gor) başqa bir yer, qaranlıqdan (qəbir) başqa bir işıq verdimi? Onların dalınca çətinliklərə görə peşmançılıqdan başqa bir şey tədarük gördümü? Belə bir (vəfasız) dünyanı seçir, ona ürək bağlayır, onu əldə etməyə tamahlanıb çalışırsınız? Ona bədgümanlıq etməyib orada yaşayanda təhlükəsindən qorxu-hürküsü olmayan üçün pis bir saraydır. Özünüz bilsəniz də agah olun ki, (əvvəl-axır) dünyanı tərk edib ondan köçəcəksiniz. «Güc və qüdrətdə bizdən üstün olan varmı?» deyənlərdən ibrət alın. (Hamısı öldülər və) taxta miniklərə mindirilib gorlarına tərəf aparıldılar. Onlara süvari demirlər (çünki süvari miniyinin ixtiyarı əlində olana deyilir). Gorlarına qoysalar da onlara qonaq demirlər. (Çünki qonaq öz ayağı ilə bir yerə gedər və ona qulluq edərlər.) Onlar üçün yerin dibindən qəbirlər, torpaqdan kəfənlər, çürümüş və sınıq sümüklərdən qonşular müəyyən olundu. Onlar elə qonşudurlar ki, çağırana cavab verməz, (özlərinə edilən) zülm və sitəmin qabağını almaz, növhəyə etina etməzlər. Üstlərinə yağış yağsa, şadlanmaz, yoxsulluq üz versə, ümidsiz olmazlar. (Dünyanın qəm, kədər və çətinliyindən azad, özlərinə qapalıdırlar.) Hamılıqla bir yerdədirlər və tənhadırlar, qonşudurlar və bir-birindən uzaqdırlar. (Çünki bir-birlərinin vəziyyətindən xəbərləri yoxdur.) Bir-birləri ilə yaxındırlar və görüşmürlər, qohumdurlar və qohumluqlarını bildirmirlər. Səbrlidirlər və ürəklərində kin yoxdur, nadandırlar (heç nəyi dərk edib anlamırlar) və kinləri aradan getmişdir. Onların qəm və kədərindən kimsə qorxmur, onların köməyinə, yoldaşlıqlarına ümid də yoxdur. Yerin üstünü altına, (dünyanın) genişliyini darlığa (qəbrə), öz əhli və dostları ilə olmağı qəribçilik və tənhalığa, işıqlığı qaranlığa çevirmişlər. Torpaqdan lüt-üryan ayrıldıqları (yarandıqları) kimi yerin təkinə gəldilər (qayıtdılar). Öz əməl və işləri ilə dünyadan həmişəlik həyata və əbədi saraya köçdülər. (Orada yenidən diriləcək və bir daha ölməyəcəklər, istər yaxşı, istərsə də pis əməl sahibi olsunlar.) Allah-təala (Qurani-Kərimin Ənbiya surəsinin 104-cü ayəsində) buyurur: كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ وَعْدًا عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ «İnsanları ilk dəfə yaratdığımız kimi dirildib əvvəlki halına salarıq. Bizim bu vədimiz mütləqdir, onu yerinə yetirəcəyik».(İlahi, Əli əleyhis-salamın haqqına xatir bütün çətinlik və gərginliklərdə işlərimizin sonuna qədər bizə kömək ol, bizimlə Öz fəzl və kərəminlə rəftar et. وكُنِ اللَّهُمَّ بِعِزَّتِكَ لِى فِى كُلِّ الْأَحْوَالِ رَؤُوفاً وَ عَلَىَّ فِى جِمِيعِ الأُمورِ عَطُوفاً إِلَهِى وَ رَبِّى مَنْ لِى غَيْرُكَ İlahi, ضz izzətinə xatir bütün hallarda mənimlə mehribanlıqla və bütün i؛lərdə mərhəmətlə rəftar et. İlahi və Rəbbim, mənim Səndən qeyri kimim var?)
    111-ci xütbə
    İmam Əli əleyhis-salamın ölüm mələyi (əleyhis-salam) və onun insanların ruhunu almasını xatırladığı xütbələrindəndir. (Allah-təalanın zatının əslinin dərkedilməz olmasına da işarə buyurur.)
    Onu (can almaq üçün) mənzilə daxil olarkən hiss edib başa düşürsənmi? Yaxud da onu can alanda görürsənmi? (Xeyr!!!) (Heyrətləndiricidir ki,) anasının qarnında olan uşağın ruhunu necə alır? Anasının bəzi üzvlərindənmi ona yol tapır? Yoxsa ruh Allahının izn və fərmanı ilə Ona tərəf gedir? Yaxud ölüm mələyi uşaqla birlikdə onun anasının daxilində məskunlaşıb? Özü kimi olan (yoxluqdan vücuda gələn) məxluqu (ölüm mələyini) vəsf etmək gücündə olmayan öz Allahını necə vəsf edər?(Yaradılmı؛lardan biri olan ِlüm mələyini əlamətlərindən ba؛qa cür tanımaq mümkün olmadığı kimi. ھübhəsiz ki, dərkedilmədən uca və bütün məxluqların yaradıcısı olan Allah-təalanın zatının əslini də ba؛a dü؛mək olmaz.)
    112-ci xütbə
    İmam Əli əleyhis-salamın (dünyanı məzəmmət və axirətə təşviq etdiyi) xütbələrindəndir.
    Sizi dünyadan çəkindirirəm, çünki dünya sabit yer deyil. Ora su və bitki istəyəcəyiniz (rahat qalacağınız) eniləsi yer deyil. Özünü aldadıcı şeylərlə bəzəmiş və öz bəzək-düzəyi ilə (camaatı) aldatmışdır. Allahının yanında xar və alçaq bir saraydır. (Bu səbəbdən də) Onun halalını haramla, yaxşısını pislə, həyatını ölümlə və şirinini acı ilə qarışdırdı. Allah-təala onu dostları üçün saf və sağlam yaratmamış (əksinə, darlıq və çətinlikləri onlara nəsib etmişdir) və onu düşmənlərinə verməyə xəsislik etməmişdir.(Əksinə, dünyanı onlar üçün açmı؛ və bol nemətlər bəx؛ etmi؛dir. Bunun ِzü dünyanın zəlillik və alçaqlığının sübutudur. اünki neməti dostlardan alıb dü؛mənlərə bəx؛ etmək yara؛an bir i؛ deyil. ) Xeyri və yaxşılığı az, (deməli, himmət sahiblərinin ona rəğbəti yoxdur) şəri və pisliyi hazırdır (deməli, onda amanda deyillər). Başına toplaşanlar fani və məhv, abadlığı xarab olar, dövləti əldən çıxar. (Deməli, ağıllı insanlar ona ürək bağlamazlar.) Uçuq-sökük bina kimi dağılacaq sarayda nə xeyir və yaxşılıq olar? Bəs o sarayda azuqəsi yeyilib qurtaran kimi başa çatan ömürdən necə? Bəs yolun keçilməsitək sonu yetişən müddətdən necə? Allahın sizə vacib qıldığını öz istəklərinizə çevirin. (İbadət və bəndəliyi qazanmaq üçün səy göstərib çalışın.) Sizdən istədiyini (fərmanına əməl etməyi) yerinə yetirmək üçün Ondan kömək və yardım istəyin. (Heç vaxt bu istəkdən qəflətdə qalmaq olmaz. Çünki əbədi xoşbəxtliyi qazanmağın mənşəyi diləyən hər kimsəyə əta etdiyi uğurdur.) Ölümün dəvətini, sizləri çağırmamış öz qulaqlarınıza eşitdirin (çox təhlükəli bir yola azuqə yığın ki, öləndə əliboş olarsınız). Zahid insanlar bu dünyada (zahirdə) gülsələr də, ürəkləri (Allah xofundan) ağlayar, (nəzərlərdə) şad görünsələr də (ilahi əzabdan) kədər və hüznləri ağırdır. Onlara verilənlərə (vəziyyətlərinin yaxşılığına) görə qibtə edilsələr də (ibadət və bəndəlikdə olan təqsirlərə görə) nəfslərinə olan qəzəbləri çoxdur. Ölümü xatırlamaq qəlblərinizdən qaçıb-gizlənmiş (onun çətinliklərini nəzərə almırsınız) və sizi yalan arzular bürümüşdür. Deməli, dünya sizlərə axirətdən daha çox hakim kəsilmiş, keçici dünya əbədi və daimi axirətdən daha çox sizləri özünə tərəf çəkmişdir. Allahın dinində siz hamınız (bir) qardaşsınız. Batinlərin natəmizliyi və düşüncələrin pisliyindən başqa bir şey sizlərin arasına ayrılıq salmayıb. Buna görə də bir-birinizin yükünü götürmür, (heç bir işdə bir-birinizə kömək etmir), öyüd-nəsihət vermir, (ehtiyaclı günlərinizdə) bir-birinizə yaxşılıq və xeyiriniz çatmır, dostluq etmirsiniz! Sizlərə nə olub ki, dünyanın azını tapanda sevinirsiniz, məhrum qaldığınız axirətin çoxunu itirməyiniz isə sizləri kədərləndirmir? Dünyanın (malının) azının əlinizdən çıxması sizə iztirab verib narahat edir. Əldən verdiyinizin narahatlığı və iztirabı sizin üzlərinizdə və dözümünüzün azlığında aşkara çıxır. Sanki dünya sizin əbədi məkanınız, onun malı isə sizin üçün həmişəlik qalandır!!! Eyblərinizin üzünüzə deyilmək qorxusundan başqa heç nə sizlərdən heç kimi öz (din) qardaşı ilə görüşdə onun eybini deməkdən və barəsində pis danışmaqdan çəkindirməz.(Bir-birinizin eybini üzünə deməməyinizin səbəbi Allahdan qorxu deyil, ِz eybinizin fa؛ olmaq qorxusudur. Buna gِrə də ِyüd-nəsihət və islah etmək niyyətilə üzünə demir, Allahdan qorxmayaraq fəsad məqsədilə onun arxasınca danı؛ırsınız. ) Doğrudan da axirəti əldən verib dünya ilə dostlaşmaqda bir-birinizə əsl dost olmusunuz. Sizin hər birinizin dini onun dili ilə yalaması qədərdir (dildə etiraf edib ürəyinizdə inanmırsınız). Sizin belə rəftarınız öz əxlaqından uzaqlaşaraq ağasının razılığına şərait yaradanın işinə bənzəyir (buna görə də istədiyiniz hər bir işi əminliklə görürsünüz).
    113-cü xütbə
    İmam Əli əleyhis-salamın (təqva və pərhizkarlığa çağırdığı, dünyanı məzəmmət etdiyi, dünyadan uzaqlaşıb axirətə yaxınlaşmağa təşviq etdiyi) xütbələrindəndir.
    Həmd və şükrlər O Allaha məxsusdur ki, həmdi nemətlərlə və nemətləri şükrlə bağlayıb (nemətlərin müqabilində həmd etməyi vacib buyurub və eyni zamanda şükr etməyi nemətin bolluğunun səbəbinə çevirib). Bəlalarına görə şükr etdiyimiz kimi nemətlərinə də həmd edirik.(Məqsəd budur ki, həm rahatlıq, həm də çətinlik vaxtı Allaha ؛ükr etmək lazımdır. Bəlaya gِrə həmd nemətlərin həmdindən daha üstündür. اünki fani və məhv olacaq dünya nemətlərinin artmasına, bolluğuna gətirib çıxaran nemət həmdindən fərqli olaraq bəlaya, çətinliyə gِrə həmd daima qalan axirət əta və bəx؛i؛lərinə səbəb olur. ) Boynuna vəzifə qoyulmuş şeyə (ibadət və bəndəliyə) süstlük, tənbəllik edən, yerinə yetirilməsi qadağan olunmuş şeyə (günah və itaətsizliyə) tələsən nəfslərin müqabilində Səndən kömək və yardım istəyirik. Onun elminin əhatə etdiyi və kitabının (bəndələrin əməllərinin qeydə alınması üçün təyin etdiyi Lövhi-məhfuzun) hamısını qeyd etdiyi günahlara görə Ondan bağışlanmaq diləyirik. Elə bir elm ki, qüsurlu və məhdud deyil (böyük və kiçik günahları bilir) və heç nəyi buraxmayan (heç nəyin qeydi unudulmayan) kitab gizlinləri (ölümün ağrı-acılarını, qəbr evinin sorğu-sualının, qiyamət günü hesab-kitabın ağırılığını və s.) aşkar görən, vəd edilmişlərə (pərhizkarlara əbədi cənnət, günahkarlara isə həmişəlik yanan atəşə) agah olan şəxsin imanı tək Ona iman gətiririk. Elə bir iman ki, ixlası ilə şirki silib atar (insanı təkallahlı edər), yəqinliyi ilə şəkk-şübhəni aradan götürər (buna görə də əsil möminlər Allahın, Peyğəmbərin və onun vəsilərinin əmrlərinə dərhal əməl edərlər). Şəhadət veririk ki, şəriki olmayan tək Allahdan başqa layiqli məbud yoxdur. Şəhadət veririk ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. (Səmimi qəlbdən və saf niyyətlə verilmiş) bu iki şəhadət (gözəl) sözləri və (bəyənilmiş) əməlləri yüksəldir. (Allah dərgahında qəbul olunar. Sözdə və əməldə ibadətin qəbulu da bu iki aydın əsasın deyilməsi və inanılmasından asılıdır.) Bu iki şəhadətin qoyulduğu tərəzinin gözü yüngül olmaz(Bu iki ؛əhadətə imana gِrə səhlənkarlıq edilmi؛ bəzi əməllərdən keçiləcək. ) və iki şəhadətin götürüldüyü tərəzinin gözü ağır gəlməz (bu iki şəhadətə iman olmasa, heç bir əməl qəbul olunmaz).
    Ey Allahın bəndələri! Sizə (axirət səfərinə) azuqəni, (ilahi əzabdan) pənah olan təqvanı və Allahdan qorxmağı tapşırıram. Bu, (sahibini mənzil başına) çatdıran azuqə və (çətinlikdən) azad edən bir pənah yeridir. Ən yaxşı eşidən, dəvət edən (Həzrət Peyğəmbər) camaatı ona dəvət etdi və ən yaxşı dərk edən (İmam əleyhis-salam) onu dərk etdi (ona əməl etdi). Dəvət edən onu eşitdirdi, dərk edən isə nicat tapdı.
    Ey Allahın bəndələri! Təqva və Allah qorxusu Tanrının dostlarını haram iş görməkdən saxlayır, (əzab) xof və qorxusunu ürəklərində yerləşdirir. Belə ki, onları gecələr (namaz üçün) oyaq və istinin cırhacırında (oruc üçün) təşnə saxlayır. Deməli, (axirət) dincliyini (dünyada) əziyyətə və (o günün) sirablığını (bu günün) susuzluğuna dəyişdilər. Ölümü yaxın bilərək yaxşı işlər görməyə tələsdilər, arzunu yalan sanaraq ömrün başa çatmasını nəzərdə tutdular. Deməli, dünya məhv olası bir saray, əziyyət, halların dəyişməsi və ibrətdir. Fanilik və yoxluq vəsilələrindən biri də ruzigarın (məhv etmək üçün) oxunu kamanın çilləsinə qoymasıdır. Onun oxları boşa çıxmaz, yaraları sağalmaz, ölüm oxunu diriyə, xəstəlik oxunu sağlama, çətinlik və əziyyət oxunu xilaskara tərəf atar. Qarnı doymayan yeyən, susuzluğu yatmayan içəndir.
    Əzab-əziyyət vasitələrindən biri də insanın yeməyəcəyi bir şeyi hazırlaması, yaşamayacağı evi tikməsi, sonra da malını götürmədən və binanı özü ilə aparmadan Allahın yanına getməsidir (dünyadan köçməsidir, boş əllə, evsiz-eşiksiz və əbədi həsrətlə köçür). Halların dəyişməsinin nümunəsi isə budur ki, (yoxsulluğuna və pərişanlığına görə) rəhm olunan bir kişiyə (indi xoş güzəranına və imkanına görə) qibtə edilir, (sərvət və nemətinin çoxluğuna görə) qibtə olunana isə (indi zəlilliyinə və çarəsizliyinə görə) rəhm edirlər. Bu ürək acıması (onun əlindən) getmiş nemətə və (onun yerinə) gələn çətinlikdən başqa bir şeyə görə deyil. İbrətlərdən biri budur ki, bir insan (ömrünü sərf edib çox əziyyətdən sonra) arzusuna çatmağa yaxınlaşan vaxt ölüm ümidini kəsir. Nə arzusuna yetir (ki, yaxşı yaşasın), nə də (ölümün çəngindən) xilas olur (ki, hər halda, ümidsiz olsa belə, yaşasın). İlahi, (əcəba,) bu nə olan şeydir ki, sevinci və şadlığı aldadıcıdır (belə ki, öz aşiqlərini ibadət və bəndəlikdən çəkindirir) və doyanları (axirətdə) susayar, kölgəsi (cəhənnəmdə) istilik yaradar? Nə gələcək (ölüm) keçəndir, nə də keçmiş (əldən çıxanlar) qayıdandır (ki, bir iş görsün). İlahi, (əcəba,) diri ona qoşulmaq üçün ölüyə nə qədər yaxın, ölü ondan əbədi ayrılığına görə diridən nə qədər də uzaqdır?(Belə ki, hər bir canlı tezliklə ِləcək, ِlən isə heç vaxt geri dِnməyəcək. Buna gِrə də diri ِlüyə çox yaxın, ِlü isə diridən çox uzaqdır.  ) Cəzasına görə çəkilən əzabdan başqa (dünyada) pislikdən alçaq bir şey, (axirətdə) onun üçün təyin olunan mükafatından qeyri (dünyada) yaxşılıqdan gözəl bir şey yoxdur. Dünya barədə eşitdiyiniz hər bir şeyin böyüklüyü onu görməkdən daha artıq, axirətdən gördüyünüz hər şey onu eşitməkdən daha mühümdür. Deməli, (axirətin vəziyyətini) eşitmək və (peyğəmbər, İmam vasitəsilə) qeybdən, gizlindən xəbər tutmağınız sizi görməkdən qane edər. Bilin ki, dünyada az çatıb axirətdə çox olması, axirətdə az çatıb, dünyada çox olmasından yaxşıdır. (Mükafatı əbədi cənnət olan haram dinar-dirhəmdən gözünü çəkmək əbədi əzab cəzası ilə onu yığmaqdan daha yaxşıdır). Deməli, azlığı xeyir gətirən və çoxluğu ziyan vuran nə qədər şey var! Sizə vəzifə edilənlər çəkindirildiyinizdən və qadağan olmuşlarınızdan daha geniş və asandır. Sizə halal edilənlər haram olunmuşlardan daha çoxdur. Belə isə çox üçün azdan əl çəkin, genişlik və asanlıq üçün darlığı və çətinliyi buraxın. (Dünya malını qazanmaq üçün bu qədər çalışmayın, çünki) sizin ruzinizə zəmanət verilib (mütləq sizə çatacaq) və saleh əmələ (Xaliqə ibadət və xalqa xidmətə) borclu edilmisiniz. Deməli, zəmanət verilmiş ruzini istəmək sizlərə vacib edilmiş saleh əməli yerinə yetirməkdən əvvələ keçməməlidir. Ancaq Allaha and olsun, (din və əqidələrinizə) şəkk, şübhə düşüb və əminliyiniz, inamınız sarsılıb. Sanki sizə zəmanət verilmiş (ruzi istəmək) vacibə çevrilmiş, sizlərə vacib qılınmış (saleh əməl görmək) isə boynunuzdan götürülmüşdür. Odur ki, əmələ (ibadət və xidmətə) tələsin və qəfil ölümdən qorxun. Çünki ruzinin qayıtmasına ümid olsa da ömrün qayıtmasına heç bir ümid yoxdur. (Deməli, əməldə qüsura yol vermək və ömrü ruzi istəməyə sərf etmək səhvdir.) Bu günün ruzisindən fövtə gedənin sabahın ruzisinin artırılmasına ümid var. Dünən ömürdən itənin bu gün qayıdacağına ümid yoxdur. Ümid gələcəkdə (ruzi), ümidsizlik isə (ömürdədir) keçmişdədir. Deməli, (Qurani-Kərimin Ali-İmran surəsinin 102-ci ayəsində buyurulduğu kimi:) اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُمْ مُّسْلِمُونَ İlahi əzabdan qorxun. Pərhizkar olun. Ona layiq bir pərhizkar. Müsəlman olmamış ölməyin (Allahın və Peyğəmbərin əmrlərinə əməl edin ki, müsəlman kimi öləsiniz).
    114-cü xütbə
    İmam Əli əleyhis-salamın yağış dilədiyi vaxt buyurduğu xütbələrindəndir.
    İlahi, dağlarımız çatlayaraq quruyub, torpaqlarımız toza bələnib. Heyvanlarımız analar övladlarının müsibətində nalə çəkdikləri kimi susuzluqdan axurlarında heyran və sərgərdan qalıb nalə çəkirlər. Otlaqlara və su içdikləri yerə su həvəsi ilə gedib-gəlməkdən yorulub əldən düşüblər. İlahi, nalə edənlərin naləsinə və diləyənlərin arzusuna rəhm qıl. İlahi, heyvanların keçidlərdəki sərgərdanlığına və axurlarında (ot-ələf tapmadıqlarına görə) çəkdikləri naləyə rəhm et.(Heyvanların və bütün canlıların aclığı, susuzluğu və çətinlikləri Allah-təala üçün əhəmiyyətli olduğuna gِrə İmam əleyhis-salam yağı؛ diləyərkən onları vasitə etmi؛dir. ) İllərin qəhətçiliyi arıq (zəif, gücsüz və biçarə) dəvələr tək bizlərə üz tutduğu, yağış ehtimalı olan buludların əleyhimizə çıxdığı vaxt (buludlar görünüb ürəklərdə yağış yağacağına ümid yaratsalar da yağmırdılar) Sənin fəzl və kərəminə olan ümidlə (öz evlərimizdən) bayıra çıxdıq. Sən qəmlinin ümidi, istəyənin diləyini yerinə yetirənsən. Camaatın (hər yerdən) ümidinin üzüldüyü, buludların yağmamasından heyvanların öldüyü bir vaxt Səni çağırırıq (Səndən istəyirik) ki, bizi (çirkin) iş, əməl və günahlarımızla mühakimə etməyəsən. Çox yağmurlu bulud, buludlu bahar, heyrətamiz bərəkətli çiçəklərinlə, ölənləri (quruyanları) diriltdiyin, aradan gedəni (nemət və bolluq) qaytardığın iri dənəli bol yağışınla rəhmətini bizə şamil et. İlahi, Səndən dirildən, doyduran, çox, bütöv, yaxşı, bərəkətli, içməli və bitki bitirən su istəyirik. Çiçəkləri yetişsin, budaqları meyvə versin, yarpaqları təzə-tər olsun ki, aciz bəndələrini bədbəxtlikdən qurtarasan, ölmüş (qəhətlik görmüş) şəhərlərini dirildəsən (onların nemətini bol edəsən). İlahi, Səndən su istəyirik ki, onunla yüksəkdəki torpaqlarımız çiçəklə dolsun, enişlərimizdən (çay və arxlarda) axsın, ətraf və dövrəmizi (şəhər və kəndləri) bolluğa yetirsin, meyvələrimiz çoxalsın, heyvanlarımıza yaxşı olsun, bizdən uzaqda olan camaata da çatsın, həmişə günün altında olan yerlər (səhra və tarlalar) istifadə etsin (doysun). Ehtiyacı olan məxluqlarına, (çöllərə) buraxdığın (və azuqəsi olmayan) vəhşi heyvanlara geniş bərəkətindən və saysız kərəmindən bəxş et. Bizə rəvan, arası kəsilmədən yağan yağış göndər ki, torpaq islansın (quraqlıqdan xilas olsun). Elə bir yağış ki, başqa yağışı dəf etsin (damlaları sürətlə başqa damcıları yusun və sürət gətirsin). İşığı yağmursuz, üfüqdəki geniş buludu faydasız, səpələnmiş buludları ağ, az yağışı soyuq küləkli yağışdan olmasın ki, qəhətlik görənlər onun çiçəklərinin çoxluğundan firavanlığa (bol nemətə) çatsınlar, çətinlik görənlər onun bərəkətindən rahatlıq tapsınlar. Çünki Sən məxluqların ümidsiz olduğu vaxt yağış göndərir, rəhmətini (dünya əhlinə) şamil edirsən. Sənsən hakim və (ehsanı ilə) öyülən. (Seyyid Rəzi buyurur:)
    Xütbədəki heyrətamiz kəlmələrin mənası budur:
    İmam Əli əleyhis-salamın buyurduğu انْصاحَتْ جِبَالُنا – yəni, «dağlar quraqlıqdan parçalandı» sözləri (ərəblər arasında) انصاحَ الثَوْبُ «paltar sökülən kimi», eləcə də انْصاحَ النَّبْتُ وَ صاحَ وَ صَوَّحَ «bitki tək soldu» kimi də deyilir. O Həzrətin buyurduğu وَهامَتْ دَوابُّنا «heyvanlarımız təşnədir» sözündə هُيامٌ təşnəlik mənasında işlənmişdir. Həzrətin buyurduğu حَدَابِيرُ السِّنِينَ ifadəsində حَدابير sözü حِدْبَار-ın cəmidir. Yol getməkdən arıqlamış dəvə deməkdir. Xütbədə isə quraqlıq və susuzluq olan il belə dəvəyə bənzədilmişdir. (Ərəb şairlərindən biri) Zurrummə demişdir:
    حَدَابِيرُ ما تَنْفَكُّ إِلّامُناخَةً عَلى الْخَسْفِ أَوْ تُرْمى بِهَا بَلَداً قَفْراً
    Yəni: Onlar yol getməkdən arıqlamış dəvələrdilər ki, yalnız aclıq axurlarında və ya onları susuz, otsuz şəhərlərə aparanda bir-birindən ayrılırlar. O Həzrətin buyurduğu وَلاقَزَعٍ رَّبابُها cümləsindəki قَزَع səpələnmiş buludun kiçik parçalarına deyilir. O Həzrətin buyurduğu وَلاشَفّانٍ ذِهَابُها onun təqdiri (onda gizlənmiş söz) وَلا ذَاتَ شَفّانٍ ذِهَابُها deməkdir. شَفَّان soyuq külək ذِهَاب az yağış mənasını verir. Deməli, Həzrət (وَلا شَفَّانٍ ذِهَابُها cümləsində) dinləyicinin məsələdən xəbəri olduğuna görə ذَات sözünü çıxarmışdır.
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 705 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024