İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    115-ci xütbə
    İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri mədh etdiyi və o böyük şəxsin bəzi sifətlərini bəyan etdiyi) xütbələrindəndir.
    Böyük Yaradan Həzrət Mustafanı məxluqları Allah-təalanın yoluna dəvət etmək və (qiyamətdə) onların ibadətlərinə və günahlarına şahid, sübut olmaq üçün göndərdi. (O, vəzifənin icrasında) heç bir süstlük, təqsir və səhlənkarlıq olmadan Al¬lahının hökmlərini təbliğ etdi, Allah yolunda onun düşmənləri ilə üzr, bəhanə gətirmədən və zəifliyi, gücsüzlüyü yaxına qoymadan döyüşdü. Odur pərhizkarların rəhbəri və hidayət olanların (doğru yolu taparaq xilas olmaq istəyənlərin) gözü.
    Bu xütbənin (Həccac ibn Yusifin meydana gəlməsini, Kufə əhlinə hakim kəsilərək onlara etdiyi zülmü, sitəmləri xəbər verdiyi, çirkin əməllərinin nəticəsindən onları agah etdiyi) bir hissəsidir
    Mənim qeybdən bildiklərimi və sizə aşkar olmayanları (Həccacın fitnələrini) bilsəniz, əlbəttə, (öz evlərinizdən və başınızı balınca qoyub yatmaqdan əl çəkərək) quru torpağa (biyabanlara) üz tutarsınız (iztirab və narahatlıqdan biyabanlarda yaşamağı şəhərlərdən üstün tutarsınız). Gördüyünüz (çirkin) işlərə (Həccacın zülmü və qan tökmələri ilə nəticələnəcək öz İmamınızın göstərişlərinə əməl etməmənizə) görə uşağı öləndə sinə və üzlərinə şillə vuran, öz mallarını başsız, gözətçisiz buraxıb gedən arvadlar kimi ağlayarsınız. Sizlərdən hər bir kişinin başı özünə elə qarışacaq, çarəsiz qalacaq ki, başqasından xəbəri olmayacaq. Ancaq (indi rahat əyləşmisiniz və narahat deyilsiniz. Çünki mənim bildiklərimi bilmirsiniz və) sizə verilən öyüd-nəsihətləri (İmama itaət edib ardınca getmək barədə Həzrət Peyğəməbərin əmrlərini) unutdunuz. Sizi çəkindirdikləri (bəyənilməmiş rəftarınızın nəticəsində axır ki, zalım və qəddar xəlifələri sizə hakim edəcək) işlərdən rahat oldunuz. Buna görə də rəy və düşüncələriniz başıpozuq, işləriniz dağınıq və qarmaqarışıq oldu. (Həyatınızda necə rəftar etməli olduğunuzu bilmirsiniz və öz ayağınızla fitnə-fəsad alovuna girərək düşməni özünüzə hakim edəcəksiniz. Sizin bu yolunuz rüsvayçılıq olduğuna görə) istəyirəm ki, Allah mənimlə sizin aranızda ayrılıq salsın və məni sizlərdən daha layiq olanlara (Həzrət Peyğəmbərə, Həmzəyə, Cəfərə və zülm, sitəmi qəbul etməyənlərə) qovuşdursun. (Çünki) Allaha and olsun, onlar bəyənilmiş rəy və düşüncəli, çox helmli və səbrli kişilər, zülm və sitəmi rəva görməyən doğru, haqq söz sahibi idilər (azğınlıq yoluna qədəm qoymazdılar). Bir-birini ötməklə, qabaqlamaqla doğru yolla gedib aydın (hidayət və nicat) yoluna tələsdilər. Deməli, əbədi axirətə, gözəl şadlığa, eyşi-nuşa çatdılar (cənnət onların nəsibi oldu). Agah olun! And olsun Allaha, (cihadda süstlük və səhlənkarlığınıza, zalımların qarşısını almadığınıza görə işiniz o yerə çatacaq ki,) Bəni-Səqif qəbiləsindən bir oğlan (Həccac ibn Yusif) sizlərə hakim kəsiləcək, təkəbbüründən paltarını yerlə sürüyəcək. Haqdan üz döndərərək çox zülm, sitəm törədəcək, sizin göyərtinizi yeyəcək, (malınızı qəsb edəcək) və piyinizi əridəcək. (Sizi həmişə zülm və sitəmə məruz qoyub incidəcək.) Nəyin varsa gətir, ey Əbu Vəzəhə.(Vəzəhə ərəbcə sidik və peyinin qarı؛ması nəticəsində qoyunun quyruğunun altında bağlanıb quruyan qartmağa deyilir. İmam əleyhis-salam ِz səhabələrindən incidiyinə gِrə bu cümləni buyurmu؛, Həccacın gəli؛ini istəməklə qeybdən bu heyrətamiz xəbərə i؛arə etmi؛dir. Ancaq camaat «vəzəhə»nin nə olduğunu, Həzrətin kimi nəzərdə tutduğunu ba؛a dü؛məmi؛dir. Yalnız Həccacın peyin qurdundan kiçik, ərəbcə «xunfəsa» adlı heyvanla olan əhvalatı, Həccacın «xunfəsa» adlandırılması və «vəzəhə» sِzünün dillərə dü؛məsindən sonra İmamın məqsədini ba؛a dü؛dülər. İbn Meysəm Bəhrani rəhmətullah «Nəhcül-Bəlağənin ؛ərhi» kitabında bu barədə yazır: «Bir gün Həccac ِz səccadəsində namaz qılırdı. Bu vaxt bir xunfəsa ona tərəf yaxınla؛dıqda dedi: «Onu məndən uzaqla؛dırın. O, ؛eytanın peyinindən bağlanan qartmaqdır». Belə rəvayət olunur ki, o, «bu heyvanın Allahın yaratdığı məxluq olmasını güman edənləri Allah ِldürsün» sِzlərini də i؛lətmi؛dir. «Kimin məxluqudur?» deyə soru؛duqda isə «؛eytanın peyinidir» deyə cavab vermi؛dir. ) (Seyyid Rəzi buyurur:)
    Deyirəm: «Vəzəhə» deməkdə məqsəd «xunfəsa»dır. (Bu sözün lüğətdə mənası «xunfəsa» deyil, Həccac onu «xunfəsa»ya aid etmişdir).
    Bu sözlər Həccacın gəlişinə işarədir. Həccacın «vəzəhə» ilə əhvalatı olub və burada onu bəyan etməyin yeri deyil.
    116-cı xütbə
    İmam Əli əleyhis-salamın (öz səhabələrini məzəmmət etdiyi) kəlamlarındandır.
    (Siz son dərəcə paxıl və xəsissiniz. Bu səbəbdən də) malları onları (məxluqlara) ruzi qərar verən üçün bağışlamır (kasıblara və zəiflərə ehsan etmirsiniz). Canları onu yaradanın yolunda təhlükəyə salmırsınız (özünüzü Allah yolunda cihada hazırlamırsınız). Allahın dininin səbəbinə Onun bəndələrinin yanında əziz, hörmətlisiniz, amma Allahı bəndələrinin yanında əziz tutmursunuz (Onun əmr və qadağalarına əməl etmirsiniz). Elə isə sizdən əvvəl olmuşların mənzillərində qərar tapmağınızdan, ən yaxın qardaş və dostlarınızdan ayrılmağınızdan ibrət götürün (ki, siz də onlar kimi bu dünyadan gedəcək və əməllərinizin cəzasına çatacaqsınız).(Qur’ani-Kərimin İbrahim surəsinin 45-ci ayəsində də belə buyurulur: «وَسَكَنتُمْ فِي مَسَـاكِنِ الَّذِينَ ظَلَمُواْ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الأَمْثَالَ» «Siz ِzlərinə zülm edənlərin, «ilahi gِstəri؛ə uyğun rəftar etməyənlərin» yurdlarında sakin oldunuz, onların ba؛ına nələr gətirdiyimiz və necə həlak etdiyimiz də sizə bəlli oldu. Bu barədə sizin üçün məsəllər də çəkdik ki, ibrət alasınız». )
    117-ci xütbə
    İmam Əli əleyhis-salamın («Cəməl» döyüşü qurtardıqdan sonra öz səhabələrini öyərkən) buyurduğu kəlamlarındandır.
    Siz haqqa yardımçı, dində qardaş, çətin gündə (döyüş meydanında) sipər, sirr səhabələrinin xasları və başqalarının deyil, (mənim) dostlarımsız. Sizin köməyinizlə (haqqa) arxa çevirənlərə qılınc çalır, (haqqa) üz tutanların itaət və tabeçiliyinə ümid bağlayıram. Belə isə nadürüstlük və şübhənin yol tapmadığı öyüdlə mənə yardım edin (dediklərimi qəbul edin). Allaha and olsun, mən (İmamlıq və onlara rəhbərlikdə) camaat üçün ən layiqli insanam.
    118-ci xütbə
    İmam Əli əleyhis-salamın (Nəhrəvan döyüşündən sonra, Şam əhlinin İraq ətrafına hücum çəkərək camaata zülm və sitəm etdiyi vaxt) buyurduğu kəlamlarındandır.
    O böyük şəxs (qoşun göndərmişdi və onlara kömək üçün başqa bir qoşun da göndərmək istəyirdi) camaatı yığaraq cihada təşviq etdi. Onlar uzun müddət sakit dayanaraq heç nə demədilər. Sonra İmam əleyhis-salam buyurdu: (Sizə nə olub?) Dilsiz-ağızsız olmusunuz, lalsınız (ki, bir söz danışmır və cihada getməyə süstlük edirsiniz)? Onların bir dəstəsi dedi: «Ya Əmirəl-möminin. Əgər sən getsən, biz də səninlə gedərik». (Bu söz həqiqətə uyğun deyildi və döyüşə getməmək üçün bir bəhanə idi.) Sonra İmam əleyhis-salam buyurdu:
    Sizə nə olub ki, haqqın yoluna gəlmir, doğru yola hidayət olmursunuz? Belə bir vaxtda mənim (döyüş üçün şəhərdən) çıxmağım yaraşan işdirmi? Belə vaxtda sizlərdən mənim bəyəndiyim və güclü, qüdrətli bir igid sərkərdə döyüşə gedər. Mənə yaraşmaz ki, qoşunu, şəhəri, beytülmalı, torpağa görə xəracın (yer vergisinin) yığılmasını, müsəlmanların idarəçiliyini, müraciətçilərin hüquqlarının təminini başlıbaşına buraxım və qoşunla bayıra çıxaraq (əvvəl göndərdiyim başqa) qoşunun ardınca gedib boş qutuda ox kimi hərəkət edim. (Xülasə, narahat və nigaran qalım.) Mən dəyirmanın qütbü və mismarıyam ki, dəyirman mənim ətrafımda fırlanır (işlərin nizam-intizamla davam etməsi, camaatın asayişi və qoşunun döyüş meydanında sıraya durması mənim burada olmağıma görədir). Mən öz yerimdəyəm. Mən buradan ayrılsam, dəyirman məhvərindən çıxar, aşağıdakı daşı titrəyər (əgər olmasam, işlərin nizamı pozular). Allaha and olsun, mənim sizinlə getməyim barədə fikir pis bir rəy və fikirdir (onun fitnə-fəsadı aydın görünür). And olsun Allaha, düşmənlə görüşdə şəhadətə (Allah yolunda ölümə)-əgər nəzərdə tutulubsa-ümidim olmasaydı, hər an atıma minib cənub və şimal küləkləri əsən vaxta qədər (həmişəlik) sizlərdən uzaqlaşar, sizə yoldaş olmaq istəməzdim. (Çünki) çox tənə vuran, eyb axtaran, haqdan üz döndərən, məkrli və hiyləgərsiniz. Sizin sayınızın çox, qəlblərinizin birliyinin az olmasının xeyri yoxdur. Sizləri yalnız (fitrətcə haqqı istəməyən) azğınlardan başqa kimsənin həlak və puç olmadığı haqq və aşkar yola yönəltdim. Müqavimət göstərib dayanan behiştə gedəcək, ayağı büdrəyən (batil yola qədəm qoyan) cəhənnəm oduna salınacaq.
    119-cu xütbə
    İmam Əli əleyhis-salamın (özünü və məsum İmamlar əleyhimus-salamı mədh, camaata, onlara itaət etməyi əmr etdiyi, saleh əməllərə həvəsləndirdiyi və qiyamət gününün əzabının ağırlığını xatırlatdığı) kəlamlarındandır.
    Allaha and olsun, göstərişləri çatdırmağı, vədlərə vəfa etməyi və bütün mənaları (Qurani-Kərimin təfsiri və təvilini) öyrəndim (Həzrət Peyğəmbər mənə öyrətdi). Elm və mərifət (biliklər və Allahı tanımağın) qapıları, (dində və dünyada qurtuluş üçün) işıqlı yol biz Əhli-beytin (İmam və o böyük insanın on bir övladının əleyhimus-salam) yanındadır. (Deməli, əbədi səadətə çatmaq və bədbəxtlikdən xilas olmaq üçün bizə itaət olunub ardımızca gedilməlidir.) Agah olun! Böyük Allahın dininin hökm və qanunları bir (bizim dediklərimiz elə Allahın Peyğəmbərinin buyuruqlarıdır və onlarda fərq yoxdur) və yolları isə hamardır (onda əyri-üyrülük, yəni, azğınlıq yoxdur). (Deməli,) hər kim bu hökmlərə tabe olub bu yola qədəm qoydusa, haqqa qovuşub ondan bəhrələndi. Hər kim bunu qəbul etmədisə (hökmlərə itaət etməyib bu yola qədəm qoymadı), azğın və peşman oldu. Azuqələrini onun üçün toplandığı və fikirlərin (yaxşı və pis niyyətlərin, şər və xeyir əməllərin) aşkar olduğu gündən (qiyamətdən) ötrü (Allah Peyğəmbər və məsum İmamların göstərişinə) əməl edin! Hər kimsəyə onun başındakı ağıl və düşüncəsi xeyir yetirməsə, ondan uzaqda, gizlində olan ağıl xeyir verməkdə daha aciz olar.(Hər kim bu gün i؛ gِrməyib vaxtı fِvtə versə, sabah i؛ qar؛ısında daha aciz qalacaq və onun düzəlməsinə ümid daha da azalacaq. Belə isə Allah, Peyğəmbər və İmamların gِstəri؛lərinə əməl edin ki, bəlkə sabah sizləri ِlüm haqladı və fürsət əlinizdən çıxdı. ) Hərarəti yüksək, dərinliyi çox, bəzəyi dəmir və içməyi zərdab olan oddan qorxun.
    Agah olun! Camaatın arasından Allah-təalanın bir kimsəyə əta etdiyi yaxşı ad ona minnətdar olmayan kimsə üçün miras qoyduğu var-dövlətdən daha yaxşıdır.(Dünyada yax؛ı ada və axirətdə savaba səbəb olan yax؛ı əməllər, Allah yolunda əliaçıqlıq və bəx؛i؛ ba؛qasına miras qoyulan var-dِvlətdən daha yax؛ıdır. اünki camaat arasında yax؛ı ad çıxarmaq ona səbəb olar ki, qohum və yad onun adı gələndə bağı؛lanmasını diləsin. İrs isə yalnız çatdığı kimsəyə səmərə verər. İyirmi üçüncü xütbədə وَ لِسانُ الصِّدْقِ يَجْعَلَهُ اللهُ لِلْمَرْءِ فِى النَّاسِ خَيْرٌ لَّهُ مِنَ الْمالِ يُوَرِّثُهُ غَيْرَهُ cümləsinin ؛ərhində bu mِvzu daha geni؛ izah edilmi؛dir. )
    120-ci xütbə
    İmam Əli əleyhis-salamın (Siffeyn döyüşündə baş vermiş «Hərir» gecəsi hadisəsindən sonra buyurduğu) kəlamlarındandır. (Hadisə haqda otuz altıncı xütbənin şərhində yığcam məlumat verilmişdir. Şam ordusu məğlub olub İraq qoşununda qələbə və fəthin nişanələrini gördükdə Əmr ibn Asın məkri, hiyləsilə döyüşdən əl çəkdilər və Quranları nizələrinə sancaraq iki hakimin qəzavətini xahiş etdilər. İraq qoşununun çoxu xahişi qəbul etsə də, İmam əleyhis-salam buna razı deyildi və onları xahişin qəbulundan çəkindirdi. Onlarsa çox israr edərək «onların xahişini qəbul etməsən, Osman ibn Əffanı öldürdüyümüz kimi səni də öldürərik» dedilər. Həzrət onların israrı və çirkin sözlərinin nəticəsində hakimliklə razılaşaraq ordusuna onu qəbul etməyə icazə verdi.) Səhabələrindən biri ayağa qalxaraq dedi: Bizi (iki hakimin) qəzavətə razılaşmaqdan çəkindirib sonra ona əmr etdin. Başa düşmədik ki, bu iki əmrdən hansı doğru yola, hidayətə daha yaxındır? İmam əleyhis-salam əlini əlinə çırparaq buyurdu:
    Bu (heyrət və sərgərdanlıq) ayıqlıq və ehtiyatını əldən verən kimsənin (sözümə tabe olmayaraq iki hakimin-yəni, Əbu Musa və Əmr ibn Asın hakimliyini qəbul etməyə məni vadar edənin) cəzasıdır!! Bilin ki, Allaha and olsun, aldanmayaraq qəzavətə razılaşmama¬ğınızı əmr etdiyim vaxt sizləri Allahın xeyir və yaxşılıq bəxş etdiyi (nəsibiniz fəth və qələbə idi) meylinizin isə olmadığı bir işə (Şam əhli ilə döyüşə) vadar etmişdim. Müqavimətiniz olsaydı (mənim ardımca gəlsəydiniz), sizə yol göstərərdim, əyri olsaydınız, düzəldərdim. Məndən (mənə itaətdən) imtina etsəydiniz, sizləri məcbur edərdim (əmrlərimi yerinə yetirməniz üçün sizi öldürər və ya zülm verərdim). Bu yolun hər anı (mənim və sizin üçün) əminlik idi, ancaq kimin köməyi, yoldaşlığı ilə? Kimdən yardım istəməklə?(Yolda؛ım, kِməyim olmadan və siz razıla؛madan sizin üçün xeyirli, məsləhət olan ھam əhli ilə dِyü؛məyi necə əmr edə bilərdim? ) Sizin özünüz mənə dərd və xəstəlik (məğlubiyyətimin səbəbkarı) olduğunuz halda sizinlə (köməyiniz və yoldaşlığınızla məğlubiyyət və düşmənin özümə hakim kəsilmək xəstəliyini) müalicə etmək istəyirəm. Tikanın meylinin tikanda olduğunu bilsə də, tikanla ayağındakı tikanı çıxarmaq istəyənə bənzəyirəm.(Bu bir zərbül-məsəldir. İnsanın dü؛mənə meyl və rəğbət bəsləyən kimsədən kِmək istədiyi vaxt i؛lədilir: Atalar sِzü orijinalda belədir: لا تَنْقُشُ الشَّوْكَةَ بِالشَّوْكَةِ فَإِنَّ ضَلْعَهَا مَعَهَا Yəni: «Tikanı tikanla çıxarma, çünki tikanın meyli tikanladır». Burada İmam əleyhis-salam səhabələrindən çox incidiyinə görə Allah-təalaya şikayət edərək Həmzə, Cə’fər, Salman, Əbuzər, Miqdad və Əmmar kimi din başçılarının xidmətlərini və bəyənilmiş sifətlərini xatırlamış, kömək və yardım üçün onların olmamasından təəssüflənmişdir. Sonda öyüd-nəsihət verərək sözünü davam etmişdir. )
    İlahi, bu əlacsız dərdin təbibləri usandılar, kəndirlə quyudan su çəkənlər yorulub taqətsiz qaldılar (bu qövmün doğru yola yönələcəyinə ümidimiz yoxdur, Sən Özün əlac qıl). Hanı İslama çağrılanda onu qəbul edənlər, Quranı oxuyub onu möhkəmləndirənlər (ona uyğun əməl etdilər) və cihada ruhlandıranlar (onları təşviq etdilər). Sonra (düşmənlə döyüş, müharibə meydanına getməyə) aşiq oldular, dəvələr (onları bir-birindən ayıranda) balalarına aşiq olduqları kimi. Qılınclarını qınlarından çıxararaq dəstə-dəstə, səf-səf yerin ətrafını (döyüş meydanını) bürüdülər. (Düşməni mühasirəyə aldılar. Bu fəthlər və qələbələr müsəlmanlara yalnız ona görə nəsib oldu ki,) bəziləri həlak oldu (öldürüldü),(Übeydə ibn Harisin «Bədr» döyüşündə, Həmzə ibn Əbdülmüttəlibin «Ühüd» döyüşündə və Cə’fər ibn Əbu Talibin «Mu’tə» döyüşündə şəhid olmaları kimi. ) bəziləri isə sağ qaldı.(İmam əleyhis-salam kimi. Qur’ani-Kərimin Əhzab surəsinin 23-cü ayəsində də belə buyurulur: مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا «Mِminlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (kafir və münafiqlərlə döyüşüb) şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhd-peymanı əsla dəyişməz, dönməzlikdən əl çəkməzlər. ) Sağ qalmalarına (döyüşdə ölmədiklərinə) sevinməzlər. (Desəydilər «filankəs döyüşdən sağ çıxıb», buna sevinməzdilər. Çünki əbədi həyatı haqq yolunda ölməkdə görürdülər.) Ölənlərə görə başsağlığı istəməzdilər.(«Filankəs döyüşdə həlak oldu» desəydilər, kədərlənməzdilər ki, onlara təskinlik versinlər. Çünki Allah yolunda ölməyi əbədi səadət bilirdilər. ) Gözləri (Allahın xofundan) ağlamaqdan ağardı. Qarınları oruc tutmaqdan arıqladı, dodaqları dua etməkdən qurudu. Rəngləri oyaq qalmaqdan saraldı, üzlərinə təvazökarlığın qubarı (izləri) əyləşdi. Onlar (imanda) qardaşlarım (və dostlarım) idilər ki, getdilər. Layiq olanı budur ki, onların (onlarla görüşün) təşnəsi olub ayrılıqlarına və uzaqlıqlarına görə əllərimizi çeynəyək. (Çünki sizin aranızda onlar kimiləri tapılmaz.) Şeytan öz yollarını (azğınlığı) sizlərə asanlaşdırır və kələfdən bir-bir düyün açmaqla dininizin möhkəmliyini sarsıtmaq, sizlərdə birlik, ittifaq əvəzinə təfriqə, ayrılıq və ayrılığın nəticəsində fitnə-fəsad yaratmaq istəyir (ki, nəticədə haqdan əl çəkib kafir olasınız). Belə isə onun vəsvəsə və əfsunlarından üz döndərin (ona aldanıb əmrilə oturub-durmayın). Sizə öyüd-nəsihəti hədiyyə, ərməğan edəndən (İmam əleyhis-salamdan) onu qəbul edib qoruyun (dünya və axirət səadətini qazanmaq üçün onu qəbul edib əməl edin).
    121-ci xütbə
    İmam Əli əleyhis-salamın Nəhrəvan xəvaricinin iki hakimin qəzavətinə razılıqlarını inkar edib öz sözlərinin üstündə durduqlarına (və Müaviyə ilə, Şam ordusu ilə döyüşə hazırlaşdıqlarına) görə onların qərargahına təşrif apardığı vaxt onlara dediyi kəlamlarındandır. İmam əleyhis-salam sonra buyurmuşdur: «Sizin hamınız Siffeyn döyüşündə bizimlə idinizmi? Dedilər ki, bəzilərimiz olub, bəzilərimiz yox. İmam buyurdu: «İki dəstəyə bölünün. Siffeyndə olanlar bir cərgədə, olmayanlar da başqa cərgədə dursun ki, hər dəstə ilə sözlərinə uyğun danışım. Sonra qışqıraraq camaata buyurdu ki, danışmaqdan çəkinin və sözlərim (eşitmək) üçün sakit olun, ürəklərinizi mənə yönəldin. Hər kimsəni şəhadət verməsi üçün istəsəm, biliyinə və məlumatına uyğun o barədə danışsın. Sonra İmam əleyhis-salam onlara çox mətləbləri, o cümlədən bunları buyurdu:
    Şam əhli hiylə, kələk və yalanla Quranı nizələrinə taxanda «onlar bizim qardaşlarımız, bizim kimi müsəlmandırlar, müharibəni qurtarıb döyüşə son qoymaq istəyirlər, Qurana üz tutmuşlar və rahatlıq, asayiş diləyirlər, istəklərini qəbul edib qəm, kədərlərini dağıtmağımız məsləhətdir» demədinizmi? Mənsə sizə dedim: «(Quranı nizəyə keçirməklə bizdən sülh istəyən) Şam əhlinin bu işinin zahiri iman, allahpərəstlik, batini isə zülm və sitəmdir. Əvvəli mehribanlıq, sonu peşmançılıqdır.(İndi məğlub olduqlarına görə dostluq və birliklərini göstərirlər. Üstün gələn kimi sizə zülm, sitəm edəcəklər və onda onlara ürəyiniz yandığına görə peşman olacaqsınız. Bununsa heç bir xeyri olmayacaq. ) Öz gedişatınızı izləyin, getdiyiniz yolu davam etdirin və (onlarla) cihad, müharibə üçün dişlərinizi bir-birinə sıxın (dözümlü olun ki, qələbə qazanasınız). Fəryad çəkən harayçıya (sizi Quranla aldadan Müaviyə və Əmr ibn Asa) fikir verməyin ki, onun istəyi qəbul edilsə, sizi azdırar (həyatınızı ağırlaşdırar və sərgərdan qoyar), saymasanız, zəlil və xar olar. (Lakin sözlərimi və nəsihətlərimi qəbul etmədiniz və) bu iş (iki hakimin qəzavəti ilə razılaşmağınız) baş tutdu və sizləri onda çalışan gördüm. Allaha and olsun ki, iki hakimin qəzavətindən imtina edib onun yükünün altına getməzdim və onun hər vacib işi mənə fərz olmazdı. Allah-təala o işi tərk etməyin günahını mənə yükləməzdi. (Çünki haqqın əleyhinə hərəkət etməmişdim, əksinə, ilahi göstərişə uyğun olaraq bu işə qarşı çıxmışdım.) And olsun Allaha! Əgər bu işi görsəydim, mənə itaət edilməyə layiq olardım və Allahın Kitabı (Qurani-Kərim) mənimlədir. Onunla həmsöhbət və yoldaş olandan ayrılmamışam.(Həzrət Peyğəmbərə iman gətirəndən Qur’ana zidd olan iş görməmişəm. Ona görə də sizin birinə vacib, təhkim və digərinə haram dediyiniz iki dəstəyə bölünməniz yersizdir. Çünki mənim rəftarım Qur’ana uyğundur, vacibi yerinə yetirirəm və haram iş görmürəm) Sonra (İmam əleyhis-salam Həzrət Peyğəmbərin səhabələrinin iman və dönməzliklərini xatırladaraq müxaliflərin sözlərini rədd etmək üçün buyurur:) Biz Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birgə idik və (kafirlərlə, müşriklərlə döyüşürdük və) atalarla oğullar, qardaşlar və qohum-əqrabalar bir-birini qətlə yetirir, qanlarını axıdırdılar. (İslamın irəliləyişi üçün bunlara əhəmiyyət vermir, o böyük şəxsin əmrlərinə qarşı çıxmırdıq.) (Üzləşdiyimiz) hər müsibət və çətinliyə (Allaha və Peyğəmbərə) imandan, haqq iş görməkdən, (o Həzrətin) əmr və fərmanlara təslim olmaq və yaraların yanğısına dözməkdən başqa bir şey artırmırdıq. Ancaq (indi biz kafir və müşriklərlə çəkişmirik ki, onlarla həmin yolla döyüşək, əksinə,) bu gün küfrə meyl, əyrilik (haqdan əl çəkmək), səhv salınma (haqqın batillə) və (səhv) təvil (yəni, haqq-ədalətin ziddinə söz danışmaq) kimi İslama daxil edilənlərin nəticəsində öz müsəlman qardaşlarımızla döyüşürük.(Qısası, bu gün İslamın olduğu kimi qalması və cahiliyyət dövründəkinə qayıtmaması naminə vuruşuruq. Çünki məqsədimiz qan tökmək deyil, doğru yol göstərməkdir. Əlli dördüncü xütbədə də buna işarə olunmuşdur. ) Hərgah, onun səbəbinə Allahın bizim dağınıqlığımızı bir yerə yığacağı, onun təsirindən aramızda qalanla (ülfət və dostluqla) bir-birimizə yaxınlaşacağımız vasitəni tapsaq (sülhə, mehribanlığa və İslamın güclənməsinə səbəb olan yol tapsaq), ona meyl, rəğbət göstərib qeyrisindən (müharibədən) imtina edəcəyik.(Deməli, əgər onu igid yaradıbsa, bu böyük nemətin şükrü olaraq öz vəzifəsini – yəni, düşmənin aciz və qorxaq şəxsə hücumunun qarşısını almağı - yerinə yetirməli, bu yolda ölümə əhəmiyyət verməməlidir. )
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 748 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024