İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    139-cu xütbə
    İmam Əli əleyhis-salamın (Ömərin vəfatından sonra Ömərin tapşırığı ilə xəlifəlik üçün) şura keçirildiyi vaxt (həmin məclisin ziyanı barədə) buyurduğu kəlamlarındandır.
    Heç kəs məndən qabaq haqqın dəvətinə, qohumlarla birləşməyə, ehsan və yaxşılığa (bir sözlə Allaha xoş gələn işlərə) tələsməmişdir. (Yaradılmasına Ömərin əmr verdiyi bu məclis kimi yerlərə qatılmıramsa, bu işdə haqq, həqiqət görmürəm. Buna görə də) sözlərimə qulaq asıb, dediklərimi nəzərinizdə saxlayın. Tezilklə, (bu məclisin keçirildiyi) bu gündən sonra xəlifəlik məsələsinin üstündə qılıncların çəkiləcəyini, əhd-peymanların pozulacağını görəcəksiniz. Hətta sizlərdən bəziləri (Təlhə və Zübeyr) azğınlara rəhbərlik edəcək, bəziləri isə nadanların (Osman və başqalarının) arxasınca gedəcəkdir. (Bütün bu fitnə-fəsadın, qırğınların əsası batil və nadürüstlük üzərində qurulan bu məclisin nəticəsidir.)
    140-cı xütbə
    İmam Əli əleyhis-salamın camaatın qeybətini etməkdən çəkinmək barədə kəlamlarındandır:(Onların qeybətini edib bِhtan atmasınlar. Əksinə, onları doğru yola yِnəltsinlər. )
    Layiqlisi budur ki, günahdan uzaq duranlar(Qeybət edən Allah-təalanın onun günahlarını ِrtərək rüsvay etmədiyini unudubmu ki, günah tِrətmi؛ qarda؛ını rüsvay edir? ) və Allahın günahlardan pərhiz saxlamaq nemətini bəxş etdiyi insanlar günahkarlarla və Allahın, peyğəmbərin əmrlərinə boyun əyməyənlərlə mehriban olsunlar.(Buna gِrə də mِmin doğru olsa belə, dinda؛ının eybi barədə pis əməl sahiblərinin və qeybətcil insanların sِzlərinə etimad gِstərməməli, gِrməmi؛dən qabaq onu if؛a etməməlidir. ) Layiqlisi budur ki, (Allah onlara nemət bəxş etdiyinə və günahlardan uzaq qalmaq uğuru nəsib etdiyinə görə) onlara şükranlıq və təşəkkür hakim kəsilsin (başqalarından danışmağa onlara macal verməsin), günahkarların qeybətini etməyə mane olsun.
    (Günahdan uzaq olanlara və günahsızlara başqasının qeybətini etmək yaraşmadığı bir halda) öz qardaşının (dindaşının) qeybətini edib onu törətdiyi günaha görə qınayanın halı necə olar?! (Belə bir günahkar şəxsin özü qeybətə daha layiq olduğu halda) Allahın onun qardaşının etdiyi günahdan daha böyük olan öz günahlarının üstünü örtdüyünü xatırlamırmı?(Malını bo؛ yerə, Allahın razılığı olmayan yerə xərcləyənlər ؛eytanın dostlarıdırlar. Yüz iyirmi altıncı xütbənin ؛ərhində də bu məqam qeyd olunmu؛dur. ) Onu törətdiyi günaha görə necə qınaya bilər ki, özü də ona bənzərini etmişdir. Eynilə həmin günahı etməsə də, başqa tərzdə qardaşının günahından daha böyük günah olan Allaha itaətsizlik etmişdir (başqa bir günaha batmışdır). And olsun Allaha, böyük günaha batmamış, yalnız kiçik günahla itaətsizlik göstərmiş olsa belə, camaatda eyb axtarmağı və onlar barədə pis danışmağa olan cürəti (törətmədiyi böyük günahdan) daha böyükdür. (Sonra, İmam əleyhis-salam öyüd-nəsihət olaraq buyurur:)
    Ey Allah bəndəsi! Törətdiyi günaha görə heç kimsənin eybini axtarıb, haqqında pis danışmağa tələsmə ki, bəlkə o (batdığı günaha görə tövbə edər) bağışlanar. Öz nəfsində kiçik günahdan arxayın düşüb, rahatlanma (ona həqarət və kiçiklik gözü ilə baxma) ki, bəlkə onun nəticəsində əzaba düçar olar-san. Özündən qeyrisinin eybini və pisliyini bilən sizlərdən hər birisi öz eyblərinə görə (başqalarında eyb axtarıb, tənə vurmaqdan) çəkinməli, başqasının mübtəla olduğu günahdan çəkindiyinə görə şükürlə məşğul olmalıdır. (Bu nemətə görə şükr etmək başqasının eybini deməyə ona macal verməməlidir.)
    141-ci xütbə
    İmam Əli əleyhis-salamın (qeybəti dinləməkdən çəkinmək və insanların pisliyinə danışanların sözlərinə qulaq asmamaq barədə) kəlamlarındandır.
    Ey camaat! Hər kim öz qardaşını (dindaşını) tanıyıb onun dinində (etiqadında) möhkəm və sözləri, əməlləri ilə doğru yolda olduğunu bilsə, camaatın onun barəsində sözlərinə (qeybətinə) qulaq asmamalıdır. Agah olun! (Sözün vurduğu ziyan oxun ziyanından daha ağır və çox olur. Çünki) bəzən kamandan ox atan oxçunun oxu boşa çıxır və (ancaq) söz (yalan olsa belə,) təsirsiz qalmır, onun batili və yalanı aradan gedir. (Bununla belə, onun günahı deyənin boynunda qalır. Çünki) Allah (deyilənləri) eşidən və şahiddir. Bilin ki, haqla batil arasında dörd barmaqdan (bu qədər məsafədən) başqa bir şey yoxdur.
    Bu sözlərinin mənasını İmam əleyhis-salamdan soruşduqda o Həzrət (bunun cavabında) barmaqlarını bir-birinə birləşdirərək qulaqları ilə gözləri arasına qoyaraq buyurmuşdur: Batil və səhv «eşitmişəm» dediklərin, haqq və doğru isə «görmüşəm» söylədiklərindir.(Deməli, zəruri vaxtlarda gِyün yağdırmaması və yerin bitirməməsi bəndənin pis əməllərinə və günahına gِrədir. Bu da rəhmətdən və Haqq-təalanın bəx؛i؛indən bəhrələnməyə mane olur. )
    142-ci xütbə
    İmam Əli əleyhis-salamın (malını boş yerə sərf edən mal sahibini məzəmmət etdiyi) kəlamlarındandır.
    Haqdan qeyri yolda ehsan edib haqqı çatmayana bəxşiş verənin alçaq, pis insanların tərifindən, onlara bəxşiş verdiyi surətdə nadanların onun barəsindəki sözlərindən savayı bir nəsibi, bəhrəsi olmaz. Allah yolunda xəsislik etdiyi halda (əslində səxavət göstərməyib, əksinə, malını tələf və israf edən) əliaçıq və səxavətli olan nə qədər də çoxdur!(Ölüm gəlib çatmamı؛ günahlarına gِrə tِvbə edib saleh əməli və gِzəl i؛ləri ِz ؛üarına çevirən. Burada isə İmam əleyhis-salam dua etməyin və rəhmət diləməyin və yağı؛ istəməyin yolunu ِyrədir. ) Allahın sərvət yetirdiyi kimsələr, həmin maldan qohumlarına yardım etməli və o maldan (tanışlarını hər kəsə öz vəziyyətinə uyğun) layiqli qonaq etməlidir. Onunla əsiri, zavallını azad etməlidir. Ondan yoxsula və borcluya verməlidir. Haqqını (zəkat kimi vacib və sədəqə kimi müstəhəb) qaytarmaqda, hadisələri dəf etməkdə dözümlü olmalıdır. Bunları da (riyakarlıq və özünü göstərmək üçün deyil) savab və ilahi mükafat qazanmaq üçün etməlidir. (Bəyan edilən) bu bəxşişlərlə zəfər çalmaq dünyada ucalmağa, yaxşı ad-sana, yaxşılığa və axirətdə isə yüksək dərəcələrə çatmaq vasitəsinə səbəb olar. Əgər Allah istəsə.
    143-cü xütbə
    İmam Əli əleyhis-salamın yağış istərkən buyurduğu xütbələrindəndir.
    Agah olun ki, sizi üzərində saxlayan yer və sizi kölgələri altında qərar verən göy sizin Allahınıza itaət edir. (Sizin istək və arzularınıza tabe deyillər ki, istədiyiniz zaman yer cücərsin və ya göylər yağdırsın.) Öz bərəkət və xeyrini (torpağın göyərməsi və göylərin yağdırmasını) nə sizə ürəyi yandığına, nə sizə yaxınlaşmağa, nə də sizdən xeyir və yaxşılığa (fay¬daya) ümid etdiklərinə görə sizə bağışlayırlar. Sizə xeyir çatdırmağa (Allah tərəfindən) məmur ediliblər. Əmrə itaət edərək sizin mənafeyinizi ödəmək üçün qalxmışlar.(Allahın sınağının mənası budur ki, kim dünyada Onun fərmanına itaət etsə, nicat tapacaq və kim itaətsizlik etsə, əzaba düçar olacaq. Bu sınaq onların i؛inin sonundan xəbərsiz olmasına gِrə və bunu bilmək istəməsi demək deyil. Altmı؛ ikinci xütbənin ؛ərhində də bu qeyd olunmu؛dur. )
    (Buna görə də) Allah nalayiq işlərlə məşğul olan bəndələrini meyvələrin azalması, bərəkətin saxlanılması və yaxşılıqlar xəzinəsinin qapısının bağlanması ilə sınayır ki, tövbə edən yuxudan oyanaraq tövbə etsin, günahı özündən uzaqlaşdırsın (bir daha günaha batmasın). Öyüd alan ibrət götürsün, ayağı özünü saxlayan (günah edib çirkin işlərə meyllənməsin). Allah istiğfarı (Allahdan bağışlanmaq istəməyi) ruzinin artmasının və mehr və rəhmət, yetişməsinin səbəbinə çevirmişdir. (Qurani-Kərimin Nuh surəsinin 11-12-ci ayələrində) Allah-təala buyurur: «اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ» Rəbbinizdən bağışlanmağınızı diləyin. O, günahları bağışlayandır. (Tövbə etdikdən sonra) O sizə dalbadal yağan bulud göndərər. Sizə mallar və oğullarla kömək edər (sizin mal-dövlət, oğul-uşaqlarınızı çox edər).
    Allah rəhmət etsin (bağışlasın) tövbəyə və (günahdan) dönməyə üz tutan, törətdiyi günahın silinməsini diləyən (Allah-təaladan öz pis əməlinin cəzasından keçməsini istəyən) və ölümünü qabaqlayan kişiyə.(اünki xəlifəlik və İmamlıq üçün lazım olan xüsusiyyətlər on iki İmamdan qeyrisində yoxdur. İmam əleyhis-salamın bu buyuruğu İmamlığın on iki İmamdan qeyrisinə layiq olmadığını aydın gِstərir.  )
    İlahi, biz (suyun, otun və yaşayış ehtiyaclarının qəhətliyindən) heyvanların və balalarımızın fəryadlarının ucaldığı pərdə¬lə¬rin və örtüklərin (evlərin) altından rəhmətini diləyən, nemətinin artmağına ümidli və cəzandan, qəzəbindən qorxan halda Sənə üz tutduq.
    İlahi, Öz yağışınla bizə su yetir, bizi ümidləri kəsilmişlərdən etmə. Bizi qəhətçilik və çətinlik illərində həlak etmə. Bizlərdən olan ağılsızların (pis əməl sahiblərinin) etdiyi işlərə görə bizləri cəzalandırma, ey mehribanların mehribanı!
    İlahi Pərvərdigara, sənə doğru gəldik. Sıxıntıların, çətinliklərin bizi zavallı etdiyi, məşəqqətli quraqlıq illərinin bizi yönəltdiyi, çətin mətləb və istəklərin acizləşdirdiyi, başımıza dalbadal ağır fitnələrin, bəlaların gəldiyi bir vaxtda Sənə gizlin olmayan şeylərdən (çətinliklərdən) Sənə şikayətimiz var (xəbər veririk).
    İlahi, Səndən istəyirik ki, bizi (evlərimizə) ümidsiz qaytarma, kədərli yollama, günahlarımızla tutuşdurma (istəyimizə günahlarımıza uyğun cavab vermə) və əməllərimizlə müqayisə etmə (istəklərimizi fəzl və kərəminə uyğun qəbul et).
    İlahi, yağış, bərəkət, ruzi, mehr və rəhmətini bizə əta et, bizə su yetir. Elə bir su ki, xeyir verən, doyduran və (bitki) bitirən olsun və onunla əldən gedənləri (qurumuş bitkiləri) bitir və öləni (qurumuş torpaqları) dirilt. Bizə elə bir yağışla su ver ki, susuzluğu yox etsin və bol meyvələr yetirsin. Hamar torpaq ondan doysun, enişlərdən (çaylar və dərələrdən) axsın. Ağacları yarlı-yarpaqlı (yamyaşıl), qiymətləri ucuz etsin. Həqiqətən Sən istədiyin hər şeyə qadirsən.
    144-cü xütbə
    İmam Əli əleyhis-salamın (məsum İmamların fəzilətləri barədə) xütbələrindəndir.
    Allah-təala peyğəmbərlərini seçib vəhyi onlara məxsus etdi. Peyğəmbərləri camaat üçün sübut və dəlilə çevirdi ki, onların (əməllərində) dəlili olmasın. («Sənin əmr və qadağalarınla tanış deyildik» deyilməsin.) Hamını peyğəmbərlər vasitəsilə haqq yola dəvət etdi.
    Agah olun ki, Allah-təala camaatın halını bilir. Ürəklərində olan gizli saxladıqları sirlərdən və düşüncələrdən xəbərsiz deyildir, əksinə, (peyğəmbərləri göndərməsi) kimin əməlinin daha yaxşı olduğunu sınamaqdan ötrüdür.(ھəhərlərə səhayət etməyi arzulayıb buna nail olsanız, vətəninizdən və ailənizdən ayrılığın dərdilə üzlə؛əcəksiniz. Mal və ِvlada çatsanız, rahatlıq nemətindən ayrı dü؛əcəksiniz.)Ondan ötrüdür ki, mükafatın (yaxşı əməlin) savabı (cənnət) və cəzanın (pis əməlin) əzabı (atəş) olsun. (Bu bəyanla ilahi sınağın səbəbinin nə olduğunu bildiyinizə görə.) Hardadır biz əhli-beytdən başqa elmdə (xilqətin sirləri, Qurani-Kərimin təfsiri və təvilində) özlərini bilikli sayanlar: Onların iddiası yalan və bizə zülmdür. Çünki Allah-təala bizə üstünlük verib və onları aşağı tutmuşdur. (Bu məqam və rütbəni) bizə əta edib onları bundan bəhrəsiz etmişdir. Bizi daxil edərək onları çıxarmışdır. Bizim vasitəmizlə doğru yol istənilər, korluq və azğınlıqdan gözün açılması dilənər. Həqiqətən də dinin başçıları - İmamlar Haşimdən yaranmış Qüreyşdəndir. (Əli və Fatimə əleyhimas-salamın nəslindən yaranmışlar.) İmamlıq və xəlifəlik onlardan qeyrisinə layiq deyil, onlardan başqa (haqsız olaraq hakimiyyətə gəlmiş) xəlifələrin (Həzrət Peyğəmbərə) canişin olmaq səlahiyyətləri yoxdur.(Bu gün keçmədən sabaha çatmaq mümkün deyil. Bu gündən keçməklə isə insan ِlümə bir gün yaxınla؛ır. Deməli, ِlümə yaxınla؛maqla qazanılan ləzzət əslində ləzzət deyil. )
    Bu xütbənin (Bəni-Üməyyə və tərəfdarlarını pisləyib məzəmmət etdiyi) bir hissəsidir
    Dünyanı seçib axirətə arxa çevirdilər. Saf, içməli suya (təqva və pərhizkarlığa) göz yumub, iylənmiş sudan içdilər (əbədi əzabla razılaşdılar). Sanki onlardan pis işlərin ardınca gedərək onlarla ülfət bağlayıb, ram olan və razılaşan fasiq və günahkar birini (Əbdülməlik ibn Mərvanı) görürəm. Saçı belə çirkin işlərdə ağarmış, əxlaqı onunla boyanmışdır. (Onun hakimiyyəti uzun çəkmiş, çirkin işlər onun təbiətinə və zatına keçmişdir. Hər bir çirkin işi görməklə) batıracağından qorxusu olmayan dalğalı, böyük dəniz və yandıracağını düşünmədiyi quru ota düşən alov kimi ağzı köpüklü halda (sərxoş) və qorxmadan üz tutar. (Belə bir zamanda) hardadır hidayət çırağı ilə işıqlanan ağıllar, təqva və pərhizkarlıq nişanəsi ilə baxan gözlər? Hardadır Allah üçün ayrılan və Allaha itaət edən, bəndəliyə qapanan ürəklər?
    (Hardadır Allaha ibadət və itaətdən başqa işi-peşəsi olmayan din rəhbərlərinin tərəfdarları? Bir halda ki, Bəni-Üməyyə) dünya malına hücum çəkərək haram uğrunda bir-birilə vuruşurlar. Behiştin və alovun nişanələri onlara görünür. Amma onlar cənnətdən üz döndərərək öz əməlləri ilə atəşə üz tuturlar. Allah onları (nicat yoluna) dəvət edib. Onlar hürkərək arxa çevirdilər. Şeytan onları (zəlillik və bədbəxtlik yoluna) çağırdı, onlar dəvətini qəbul edərək ona üz tutdular.
    145-ci xütbə
    İmam Əli əleyhis-salamın (dünyanın məzəmməti və vəfasızlığı haqda) xütbələrindəndir.
    Ey camaat! Siz bu dünyada ölümlərin oxlarını atdığı hədəfsiniz (müxtəlif növ ölümlər: xəstəlik, qətl, yanğın, batmaq, quyuya düşmək, uçqunun altında qalmaq və sair buna oxşarlar sizi məhv etməyə hazırdırlar). Hər içiləndə boğaza sıçrayan bir su vardır. Hər loğmada boğazda ilişən bir sümük vardır. Dünyada bir neməti əldən verməmiş başqa bir nemətə yiyələnə bilməzsiniz.(Ba؛qa ləzzətli xِrəklərə gِz yummadan ləziz bir xِrəkdən bəhrələnə bilməz. Bədənindən bir paltarı çıxarmamı؛ ba؛qa bir paltar geyinməz. Bir evdən çıxmadan ba؛qa bir evdə məskunla؛maz. ) (Həmçinin) sizin uzun ömürlülərinizin (yalnız yaşı çox olanın deyil, hələ ömrü qalan gəncin və ya qocanın) ömrünün, həyatının bir günü məhv olmadan ömrünə (yeni) bir gün verilməz.(Xülasə, hər biri çoxlu dərd, kədər, bəla ilə qarı؛mı؛ dünyəvi ləzzətlər bir kimsə üçün yığılmaz. Deməli, onlara ürək bağlayıb o dünyanın əbədi ləzzətinə gِz yüman nadan və ziyana dü؛əndir. )Əvvəlki gün yediyi aradan getmədən çox yemək yeyən üçün yeni bir ləzzət gətirməz.(Tarixçilər arasında İmam əleyhis-salamın bu sِzləri buyurduğu tarix barədə fikir ayrılığı var. Bəziləri bu sِzlərin Kufə yaxınlığında, qərbdə, səhra tərəfdə yerlə؛ən Qadisiyyədəki dِyü؛lə əlaqədar deyildiyini bildirirlər. Bu dِyü؛ hicrətin on dِrdüncü ilində olmu؛dur. ضmər ِzünün dِyü؛ə getməsi haqda müsəlmanlarla məsləhətlə؛dikdə İmam əleyhis-salam onu bu i؛dən çəkindirdi. Sonra Sə’d ibn Əbi Vəqqası qo؛una ba؛çı təyin etdi və o, yeddi min nəfərlik qo؛unla dِyü؛ meydanına daxil oldu. İran ؛ahı Yəzdigərd də Rüstəm Fərruxzadı çoxsaylı qo؛unla birgə onunla dِyü؛ə gِndərdi. Nəhayət, İslam qo؛unu qələbə çaldı və Rüstəmi çoxlu əsgərlər ilə birgə qətlə yetirərək zəfər qazandı. Bundan sonra müsəlmanlar və Sə’d Mədainə doğru gedərkən Kəsra eyvanına daxil oldular. Orada olanları qarət etdilər və Yəzdigərd oradan qaçdı. Bəzi tarixçilərə gِrə isə bu, Həmədan yaxınlığındakı Nəhavənd dِyü؛ü ilə əlaqədar deyilmi؛dir. Bu dِyü؛ün qısa məzmunu belədir: İran ؛ahı Yəzdigərd İslam ordusuna qar؛ı dِyü؛mək üçün Firuzanın sərkərdəliyi altında Nəhavənd ؛əhərinə çoxlu qo؛un topladı. Həmin vaxt Kufənin hakimi olan Əmmar Yasir bunu bildikdə ضmərə məktub yazaraq xəbər çatdırdı. ضmər səhabələri toplayaraq ِzünün dِyü؛ə getməyi barədə onlarla məsləhətlə؛di. Hər kəs ِz fikrini, münasibətini bildirdi. Osman dedi ki, ھam, Yəmən, Məkkə, Mədinə, Kufə və Bəsrənin bütün müsəlmanlarına dِyü؛ə hazır olmaları üçün məktub yaz və ِzün də onlarla birgə hərəkət et. Əmirəl-mِminin əleyhis-salam isə buyurdu ki, Mədinədən çıxmağın məsləhət deyil. اünki bu ؛əhər məmləkətin mərkəzi və İslamın paytaxtıdır. ھamdan qo؛un istəməyin də məsləhət deyil. اətinliklə ələ keçirilmi؛ ؛əhərin qo؛unsuz qalması düzgün deyil. Məbada Rum pad؛ahı Herakl bundan xəbər tutsun və pusqudan çıxaraq yenidən oranı tutsun. ضmər dedi: «Ya Əli, bəs gِstəri؛in nədir?» Buyurdu: «Fikrim budur ki, sən Mədinədə qalasan və igid bir insanı İslam ordusuna sərkərdə təyin edərək iranlılarla dِyü؛ə gِndərəsən. Əgər məğlub olsalar, sən ِz yerində qalaraq ikinci dəfə qo؛un toplayıb gِndərərəsən. İslam qo؛ununa rəhbərliyə Nِ’man ibn Məqrən layiqdir.» ضmər bu fikri qəbul edərək Bəsrədə olan Nِ’mana məktub yazdı və onu İslam qo؛ununun rəhbəri kimi iranlılarla dِyü؛ə getməyə məmur etdi. Nِ’man məktubu oxuduqdan sonra otuz min nəfərdən artıq qo؛unla Nəhavəndə yola dü؛dü. اox ağır dِyü؛dən sonra nəhayət, qələbə müsəlmanlara nəsib oldu və onlar bu dِyü؛ü «fəthul-futuh» adlandırdılar. Yəzdigərd isə qaçdı.» Xülasə, buradakı sِzlər, ضmərin məsləhətlə؛diyi vaxt İmam əleyhis-salamın buyurduğu sِzlərdir.)Bir nişanə və izi aradan getməmiş onun başqa bir nişanə və izi yaranmaz. Təzəsi köhnəlməmiş onun üçün heç nə təzələnməz (məsələn, vüqar, səbr və helm qazanmaq üçün gənclik şadlığı itirilir). Onun üçün bir salxım bitməz, biçilən aradan getməmiş (bir əkin biçilməmiş, başqa əkin yaranmaz. Ata-anaları bu dünyadan getməmiş övladları onların yerlərində əyləşməzlər). Köklər olub keçiblər (ata-analar ölüblər) və biz budaqlarıq. (Onların övladlarıyıq.) Budaq kökü getdikdən sonra necə qala bilər?(Qur’ani-Kərimin Nur surəsinin 55-ci ayəsində buyurulur:وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا Allah aranızdan iman gətirib yax؛ı i؛lər gِrənlərə Onlardan əvvəl İsrail ِvladını Misir və ھam torpağında hakim etdiyi kimi onları ka¬firlərin torpaqlarına və ؛əhərlərinə hakim edəcəyini vəd vermi؛dir. Onlar üçün bəyənilmi؛ və seçilmi؛ dini mِhkəmləndirəcəyini vəd buyurmu؛dur. Kafirlərdən olan xof və qorxudan sonra onlara əmin-amanlıq, rahatlıq əta edəcəkdir. )
    Bu xütbənin (bidətə itaət etməkdən çəkindirən və sünnənin ardınca getməyi təşviq edən) bir parçasıdır
    Elə bir bidət (dində olmayan bir şeyin dində yaradılması) yaranmayıb ki, onun səbəbinə bir sünnə (Həzrət Peyğəmbərin yol və üslubu) aradan götürülmüş olmasın. Belə isə bidətdən çəkinin və işıqlı yola qədəm qoyun (Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihin yolu ilə gedin. Çünki Həzrət Peyğəmbərin zamanında olan) köhnə işlər işlərin ən yaxşısıdır, yeni bidətlər isə ən pis şeylərdir. (Şəriətə zidd olduğuna görə hərc-mərclik, fəsad və çox pozğunluğa səbəb olar.)
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 783 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024