İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    146-cı xütbə
    İmam Əli əleyhis-salamın İran əhli ilə döyüşə gedərkən buyurduğu kəlamlarındandır. Onunla məsləhətləşən Ömər ibn Xəttaba demişdir:(Sən əgər Mədinədən çıxsan, fitnə-fəsad ba؛ verəcək və müsəlmanların birliyi pozulacaq. Bundan sonra (o Həzrət) İslam qo؛ununun azlığına və dü؛mən qo؛ununun sayının çox olmasına gِrə ضmərin narahatlığını aradan gِtürmək üçün sِzlərini davam edir. )
    Bu işə (müqəddəs İslam dininə) yardım və ya onu xar etmək (lap əvvəldən qoşunun) azlıq və çoxluğu ilə olmamışdır (ki, kafirlərin qoşununun çoxluğundan və öz qoşunumuzun azlığından qorxaq). O, Allahın dinidir ki, onu (digər dinlərə) qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik.(Qısası, çِlə çıxsan ərəblərin fitnə və qarı؛ıqlıq salaraq məmləkətin sa¬bitliyini pozması qorxusu var. Hətta o həddə qədər ki, bu i؛ üçün təd¬bir tِkməyin əhəmiyyəti sənə kafirlərlə müharibəyə tədbir gِr¬mək¬dən daha artıq olar.) Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. (Ömərin döyüş meydanına getməməli olduğu haqda fikrini sübutla əsaslandıraraq belə bəyan edir:) Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığıl-maz.(Ömərin Həzrətdən soru؛duğu suallar arasında «İranlılar müsəlmanların üstünə hücuma keçib onlarla dِyü؛mək qərarına gəlmi؛lər. Onların bu qərarı qo؛unlarının çoxluğuna, güc və qüdrətlərinə dəlalət edir. Onların dِyü؛ə birinci ba؛lamasını bəyənmirəm.» qənaətində olduğuna gِrə İmam əleyhis-salam onun cavabı (olaraq sِzünü davam edir). )Ərəblər bu gün az olsalar da, İslam dininə (və onun başqa dinlərə qələbə çalmasına) görə çoxdurlar. (Nifaqın, ikiüzlülüyün yol tapmadığı) birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar kimi (sakit və təmkinli) ol. (Müharibə) dəyirmanını ərəblərin vasitəsilə fırlat (qoşunu təchiz etməyə və işlərində nizam-intizam yaratmağa çalış). Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki sən bu torpaqdan (İslamın paytaxtı Mədineyi-Teyyibədən) bayıra çıxsan, ətraf və nahiyələrdən ərəblər (fürsət əldə edib) səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. (Sənə itaət etməkdən boyun qaçıracaqlar və məmləkətin nizam-intizam ipləri bir-birindən qopacaq). İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm ola-caq.(Qur’ani-Kərimin Bəqərə surəsinin 164-cü ayəsində buyurduğu kimi: إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْض وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْض لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ Gِylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur göndərərək yenidən diriltməsində, yam-yaşıl etməsində, hər tərpənəni onun hər tərəfinə yaymasında, küləyin əsməsində, göylə yer arasında saxlanılmış buludların hərəkətində şübhəsiz ağıl sahibi və onun nişanələri barədə düşünən insanlar üçün əlamətlər vardır. )(Başqa cəhətdən də Sən döyüş meydanına daxil ol-san,) iranlılar səni görəcək və deyəcəklər: Bu ərəblərin rəhbəridir. (Ondan başqa rəhbərləri yoxdur.) Onu aradan götürsəniz (qətlə yetirsəniz), rahatlıq taparsınız. Bu düşüncə onların sənə (səninlə döyüşə) olan hərisliyini və səni (məhv etmək) tamahını daha da artırar.(Necə ki, Qur’ani-Kərimin Ənkəbut surəsinin 34-35-ci ayələrində buyurulur: « إِنّا مُنْزِلُونَ عَلَى أَهْلِ هَذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ وَلَقَد تَرَكْنا مِنْها آيَةً بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ » Biz etdikləri pozğunluğa, itaətsizliyə görə bu şəhərin əhlinin (Həzrət Lutun-əla nəbiyyina və alihi və əleyhis-salam-qövmünün) başına göydən əzab endirdik. Biz düşünən bir qövm üçün o şəhərdə əzabdan aşkar bir nişanə qoyduq. ) İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, (qorxusu yoxdur, çünki) səndən daha çox Allah-təala onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi (razı olmadığını) aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, (bunun üçün də narahatlıq yeri yoxdur, çünki) biz bundan əvvəl (Həzrət Peyğəmbərin vaxtında və İslamın ilk illərində kafirlərlə) qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük. (İndi qoşunun azlığından narahat olma. Allah bizə yardım göstərəcək və sonda qələbəni, zəfəri bizə nəsib edəcək.)
    147-ci xütbə
    İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsinə dair dediyi, gələcəkdə baş verəcək hadisələrdən xəbər verdiyi, camaata öyüd, nəsihət etdiyi, onları itaətə həvəsləndirdiyi) xütbələrindəndir.
    (Allaha şükr və sənadan) sonra, Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) haqqa və doğruluğa seçdi ki, bəndələrini bütlərə pərəstişdən çəkindirsin və Ona ibadətə, itaətə dəvət etsin. Şeytanın ardınca getməyi qadağan edərək Ona itaətə yönəltsin. Bəndələrinin nadan olduqları halda Allahlarını tanısınlar deyə, inkar etdikdən sonra Onu etiraf və inanmadıqdan sonra varlığını sübut etmələri üçün onu (bütün üfüqlərdə) aydın, möhkəm və güclü etdiyi Quranla göndərdi. Sonra özü görülmədən, onlara göstərdiyi güc və qüdrətilə özünü kitabında onlara aşkar etdi.(Çünki həmin dövrün adamları batilə üz tutaraq haqdan uzaq düşmüşlər və uzaq durmaları onların qovulması və yoxluqları deməkdir. )(Öz kitabında) onları öz əzəmət və şövkəti ilə qorxudub məhv etdiyi qövmü müxtəlif əzablarla necə puç etməsindən, aralarına qəzəb orağı atdığı dəstəni (aradan götürdüyündən) agah etdi.(Allah-təala Qur’ani-Kərimin İsra surəsinin 9-cu ayəsində buyurur: إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ «Bu Qur’an ən doğru yola yönəldir».) Məndən sonra tezliklə sizin üçün elə bir zaman gələcək ki, onda haqq və doğruluqdan daha gizli, batil və nadürüstlükdən daha aşkar, Allaha və Onun Peyğəmbərinə qarşı yalandan daha çox bir şey olmayacaq. O zəmanənin camaatı üçün doğru-düzgün oxunan (düzgün təfsir və təvil edilən) Qurandan qiymətsiz, mənasını təhrif edib dəyişdiklərindən (onu nəfsi istəkləri və batil qərəzləri ilə uyğunlaşdırsalar) bol məhsul olmaz. Şəhərlərdə ləyaqətli işlərdən daha pis və pis işlərdən daha ləyaqətli iş olmaz. Quranı daşıyanlar (onunla tanış olub məlumatı olanlar) ona etinasız olar (göstərişinə uyğun rəftar etməzlər) və hafizləri isə (onu əzbərdən avazla oxuyanlar əməl vaxtı) unudarlar. Deməli, Quran və onun əhli (yol göstərən İmamlar əleyhimus-salam və ardıcılları) uzağa atılmışlar və cəmiyyət arasında deyillər.(Çünki hər biri özünün xəlifə olması üçün çalışır. Deməli, əhd-peymanlarını pozmaları və mənə düşmən kəsilmələri özlərinin dedikləri kimi din və imanı müdafiə etdiklərinə görə deyil, dünya sevgisinə və vəzifə şəhvətinə görədir. ) Bunların hər ikisi bir yolda bir-birinə yoldaşdır. (Quranın göstərişinə uyğun rəftar edirlər. Həmin zəmanə əhlindən) bir kimsə Qurana və əhlinə hörmət qoymayıb yanında saxlamayacaq. (Çünki nəfsinə uyğun gəlmir.) Deməli, Quran və onun əhli həmin zəmanədə (zahirdə) camaatın arasında, onlarla olsalar da (əslində) aralarında olmayıb, onlarla deyillər. Çünki zəlillik və azğınlıqla doğru yol, hidayət bir yerə sığışmaz. Həmin (azğın) camaat (Qurandan) ayrılmaq üçün əl-ələ verəcək və insanlardan (Qurana tabe olanlardan) pərən-pərən düşəcəklər. Sanki (itaət edib ardınca getməli olduqları) Quran onların rəhbəri deyil, onlar Quranın rəhbərləridir!!! (Çünki onu öz batil qərəzləri və nadürüst düşüncələri əsasında təfsir, təvil edirlər.) Deməli, (Quranı arxaya atıb onun müddəalarına əməl etmədiklərinə görə) onlar üçün onun adından başqa bir şey qalmayıb və yazısından, xəttindən qeyri bir şeyini tanımırlar. Bu zəmanə gəlməmişdən qabaq (Bəni-Üməyyə və Bəni-Abbasın zülmü, sitəmi nəticəsində) yaxşı insanlara cürbəcür zülmlər olunacaq. Onların doğru sözünü Allaha yalan və böhtan sanacaq, yaxşı əməllərini çirkin işlərin cəzası ilə mükafatlandıracaqlar. (Çünki şəhvət və nəfslərinə tabe olaraq yaxşı insanların layiqli əməllərini nalayiq sanacaq və onları qətlə yetirəcək, incidəcəklər.) Sizdən əvvəl olanlar uzun arzularına və ölümləri naməlum olduğuna görə həlak olub əzab çəkərlər (uzun arzulardan çox asılı olub, ölümdən xəbərsiz qalarlar) ölüm onları yaxalayar. Elə bir ölüm ki, heç bir üzrü qəbul etməz, əllər tövbəyə, (çirkin əməllərdən) qayıdışa çatmaz (üzrxahlığa və tövbə etməyə macal olmaz) və müsibət, əzab (can vermək və əbədi əzab) onunla yoldaş olar.
    Ey camaat! Allahdan öyüd-nəsihət istəyən kimsə (nəsihət qəbul edənin əməlləri və sözləri Allahın buyuruqlarına uyğun olsa, hər xeyir işdə) uğur qazanar. Onun sözünü (Qurani-Kərimi) kim öz yolgöstərəninə çevirsə, yolların ən davamlısı olan bir yola yönəldilər.(Nahaq qanları tökdüklərinə görə Allah yanında dəlil, sübut gətirməyə bəhanələri, üzrləri yoxdur. ) Çünki Allahı tanıyan (Onun sözlərini öz bələdçisinə çevirən şəxs əbədi əzabdan) rahat və asudə olar. Onun düşməni (Ona ibadət və bəndəlikdən boyun qaçıraraq yoluna qədəm qoymayan) isə qorxudadır. Allahın əzəmət və böyüklüyünü tanıyan (Onun hər şeyə qadir olduğunu bilən) kimsənin özünü böyük sanması (Onun əmr və qadağalarına tabe olmaması) yaraşan deyil. Allah-təalanın böyüklüyünün həddi-hüdudunun olmadığını bilən şəxslərin ləyaqət və məqamlarının aliliyi Onun müqabilində təvazökar olmalarındadır (əmrlərinə uyğun rəftar etmələrindədir). Onun güc və qüdrətinin hər imkanın fövqündə dayandığını bilən kəslərin sağlığı (əzabdan xilas olmaları) Ona tabe olmalarındadır. Sağlam insan qoturludan, şəfa tapan xəstədən uzaq durduğu kimi haqdan (Onun əhlindən, yəni, din başçılarından) uzaqlaşmayın. Bilin, nə qədər ki, Onu tərk edəni (Ona itaət etməyənləri) tanımamısınız, doğru yolu (haqq dini) dərk etməyəcəksiniz. Heç vaxt Quranla əhd-peymanınıza sadiq qalmayacaqsınız (Allaha və peyğəmbərə iman gətirməyəcəksiniz), nə qədər ki, əhdini pozub peymanını sındıranı (onlara meyl etməyəni) tanımamısınız. Onu uzağa atanı (onun hökmlərinə əməl etməyəni) tanımayana qədər heç vaxt Allahın Kitabına əl vurmayacaqsınız (onun göstərişinə uyğun rəftar etməyəcəksiniz). (Doğru yola gəlməyəni, Quranla əhd-peymanlarını pozub onu tərk edənləri tanıdıqda və onlardan uzaqlaşdıqda) doğru yolu, əhd-peymana sadiqliyi, Qurana bağlanmağın üsulunu onun əhlindən (yol göstərən İmamlar əleyhimus-salamdan) diləyin. Çünki onlar elm və biliyi diri saxlayanlar, cəhalət və nadanlığı öldürənlərdir. (Buna görə ki,) onlardır hökmləri (bəyan etdikləri şəriət hökmləri və ilahi vəzifələr) sizləri elm və biliklərindən (söz deməməli olduğu yerlərdə) sakit dayanmaları sözlərindən (bəyanlarının gözəlliyindən) və zahirləri batinlərindən agah edən. (Sözləri ilə əməllərinin birliyi etiqadlarının düzgünlüyü və imanlarının doğruluğundandır.) Dinin əleyhinə deyildirlər (çünki dinin rəhbərliyi onların əlində olub və hər eybdən, günahdan məsumdurlar) və (hökmlərin heç birində) bir-biri ilə ixtilafları yoxdur. (Çünki onların elmləri vahid peyğəmbərlik mədənindən qaynaqlanır.) Deməli, din onların barəsində doğru danışan şahid (onların birliyinə və ixtilaflarının olmamasına şəhadət verir) və danışan bir sükutdur. (Zahirdə bir söz deməsələr də, əslində din haqqın onlarla və onların haqla olduğunu deyir.)
    148-ci xütbə
    İmam Əli əleyhis-salamın Bəsrə əhli (Təlhə və Zübeyrin məzəmməti) barədə kəlamlarındandır.
    Təlhə və Zübeyrin hər ikisi özlərinin xalqın əmiri və hakimi olacaqlarına ümidvar olaraq, bunu dostları üçün deyil, özləri üçün istəyirlər.(Bəsrəyə daxil olduqda Osman ibn Hunəyfi məkrlə həbs edib beytülmalın qoruyucularından və qoşundan çoxunu öldürdükləri kimi. Pişnamazlıq üstündə ixtilafları düşdü və düşmənçilikləri üzə çıxdı. Nəhayət, bir gün Məhəmməd ibn Təlhənin, növbəti gün isə Abdullah ibn Zübeyrin pişnamaz olması şərti ilə Aişə onları barışdırdı. Onlardan hər biri Aişədən xahiş etdilər ki, camaat onu salamlasın və onu əmir kimi tanısınlar. Sonra Aişə əmr etdi ki, camaat onların hər ikisini salamlasın və onları birlikdə əmir kimi qəbul etsinlər. Qısası, onların arasında belə ixtilaflar çox olurdu. Buna görə də İmam əleyhis-salam (sözlərinə davam verərək) bunları buyurmuşdur. ) (Buna görə də bu döyüşdə) Allaha tərəf getməyib bir kəndir və iplə özlərini Ona yaxınlaşdırmırlar.(Həzrət peyğəmbərin barələrində xəbər verdiyi əhd-peymanlarını pozan «nakisin» – yəni, Cəməl səhabələri, Təlhə, Zübeyr və ardıcılları, zülm və sitəm törədən «qasitin» – yəni, Müaviyə və Şam qoşunu və dindən çıxan «mariqin» – yəni, Nəhrəvan xəvarici mənimlə döyüşüb azğınlıq yoluna düşəcəklər.)Hər biri öz dostuna ürəyində kin bəsləyir. Tezliklə işlərin üstündən pərdə götürüləcək, kinləri üzə çıxacaqdır.(Batili və səhvi iddia edən hər kimsə ona görə camaatı şübhəyə salmağa və batili haqq şəklinə salaraq bəhanəyə çevirməyə məcburdur. ) Allaha and olsun, istədiklərini əldə etsələr (hakimiyyətə çatsalar), hər an hər biri başqasının canını alar, hər biri dostunu puç və məhv edər. (İndi) zülmkar bir dəstə (fitnə və qarışıqlıq üçün) qiyam etmişdir (biz də müdafiə olunmağa və qarşılarını almağa hazırıq). Haradadır (pis işlərdən çəkindirərək Allahdan) əcr və savab istəyənlər (ki, bizə kömək və yardım etsinlər?) Həqiqətən də sünnələr (hidayət və qurtuluş yolları) onlara aydındır (hamı bilir). Bu xəbər daha əvvəldən onlara bəyan olunmuş-dur.(Mən elələrindən deyiləm ki, fitnənin, qarışıqlığın baş verəcəyini bilim, izlərini müşahidə edim və onu aşkar görənə qədər qarşısını almağa çalışmayım. Əksinə, fitnə-fəsadın əlamətlərini görən kimi özümü onun qarşısını almağa hazırlayıram. Qısası, Təlhə, Zübeyr və ardıcıllarının bu nadürüst sözlərdən məqsədi fitnə və qarışıqlıq salmaqdır və mən onları məqsədlərinə çatmağa qoymayacağam. ) (Buna görə də Osmanın qətlini əhd-peymanlarını pozmaq üçün bəhanəyə çevirən bu insanların sözlərinə qulaq asmaq lazım deyil. Çünki) hər azğınlıq üçün bəhanə və səbəb, hər əhd-peymanı pozmaq üçünsə bir şübhə var.(Çünki insan qaçmaq üçün əlac tapmaq niyyətinə düşür. Hərəkət edib çalışır və bunun özü ömrün müddətini gödəltməklə nəticələnir. Ömrün anlarını əldən vermək isə ölümə yaxınlaşmanı tələb edir. Xülasə, ölüm heç kəsin-nə haqqın, nə də batilin – sinəsindən imtina etmir. ) (Ancaq) Allaha and olsun, mən əli başa, üzə və sinəyə vurmağın səsini matəmlərdə və ölüm xəbərini qasiddən eşidən, (inanmayaraq) ağlayanın başının üstünü kəsdirənlərdən (buncaya qədər inanmayandan) deyiləm.(Camaatın haqqa etinasızlığının, haqq əhlinin məzlumluğunun, batilə tapınmalarının və batil əhlinin qələbə və qüdrətinin səbəblərini təhqiq edib axtarmışam. )
    149-cü xütbə
    İmam Əli əleyhis-salamın (ibn Mülcəm qılıncla o böyük şəxsin başına zərbə endirdikdən sonra) vəfatından öncə (ölümün hamıya çatacağı barədə dediyi, Allah və Peyğəmbərə tabe olmağı tövsiyə etdiyi və öz vəfatını xəbər verdiyi) kəlamlarındandır.
    Ey camaat! Hər insan ölümdən qaça-qaça onunla görüşür. Ömrün müddəti canın cıdır meydanıdır. (Mənzil başı ömrün başa çatması və ölümü qəbul etməkdir.) Ölümdən qaçmaq ona yaxınlaşmaqdır.(Çünki qəzavü qədərin mürəkkəb məsələlərindəndir. Sizin ağıl və fəhminiz onu dərk etmək üçün məhduddur. Buna oxşar cümlə Həzrətin beşinci xütbəsində işlənmişdir: انْدَمَجْتُ عَلى مَكْنُونِ عِلْمٍ لَّوْ بُجْتُ بِهِ لَاضْطَرَبْتُمُ اضْطِرَابَ الْأَرْشِيَةِ فِى الطَّوِىِّ الْبَعِيدَةِ – Yəni, mənim sükutum gizli bir elmdə qərq olmağıma görədir. Bildiklərimi zahir edib göstərsəm, sizlər dərin quyuda titrəyən kəndirtək əsib iztirab çəkərsiniz. ) Nə çox günlərimi bu gizli mətləblə maraqlanmaqla keçirmişəm.(Çünki İslamın qalması və müsəlmanların dünya və axirət işlərinin nizam-intizamı Allah-təalanın birliyində və Həzrət Peyğəmbərin sünnəsinə tabe olmaqdadır. ) (Bu sirri tapdım və) Allah-təala onun (sizdən) gizli qalmasından qeyri bir şeyi istəməmişdir.(Bu cümlə وَغَداً مُفارِقُكُمْ – yəni, «sabah sizin aranızdan gedəcəyəm»dir. Sərahəti və aşkarlığı bundadır ki, O Həzrət ölüm vaxtını və hər şeyi bilirdi. Çünki İmam «بِما كَانَ وَ ما يَكُونُ وَ ما هُوَ كآئِنٌ» «ba؛ vermi؛lər, ba؛ verənlər və verəcəkləri» bilirdi. Bu məzmunda ba؛qa cümləni doxsan ikinci xütbədə də buyurmu؛dur: فَاسْئَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى yəni, – «məni tapmayacağınız gündən əvvəl soruşun.» Bunun şərhi verilmişdir. Eyni zamanda, sünni və şiə alimləri, böyük şəxsiyyətləri o Həzrətin və digər İmamların - əleyhimus-salam - keçmişdən, gələcəkdən və hazırki dövrdən qeyb xəbərlərinin olduğunu öz rəvayətlərində etiraf edib təsdiqləyirlər. ) Ondan agah olmağınız nə qədər də uzaqdadır. (Çünki) gizli bir elmdir. (Onu hər kəsə açmaq olmaz.) Mən (sizlərə) Allahı (barəsində) vəsiyyət edib tapşırıram ki, Ona heç nəyi şərik qoşmayasınız. Məhəmməd (səlləllahu əleyhi və alih) (haqqında) vəsiyyət edirəm ki, onun sünnəsini (hökmlərini) qədir-qiymətsiz və puç etməyin. Bu iki sütunu (Allahın birliyi və Həzrəti Peyğəmbərin şəriətini) qoruyub saxlayın.(Qısası, əgər ölsəm, təəccüblü bir şey olmaz. Çünki bu iş kimi tezliklə məhv olan işlərin çox olduğu bir dünyada olmuşuq. Bu iki cümlədəki şübhə, İmamın keçmişi, indiki zamanı və gələcəyi bilməsi haqda dediklərimizə zidd deyil. Çünki bu kimi sözlər alimin öz məsləhətinə uyğun olaraq özünü bir işdə tərəddüdü olan kimsə kimi göstərməsinə bənzər. Allah-təalanın Qur’ani-Kərimin Ali-İmran surəsinin 144-cü ayəsində buyurduğu kimi « وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ» «Məhəmməd ِzündən əvvəl peyğəmbərlər kimi olan və ölən elçidən başqa kimsə deyil. Əgər o ölsə və ya müharibədə öldürülsə, siz gerimi dönəcəksiniz? Dininizdən dönüb cihadı tərk edəcəksiniz?» «Həyatını qorumaq əqli və şəri cəhətdən vacib olduğu, bir kimsənin bilərəkdən özünü təhlükəyə atması caiz olmadığı halda, İbn Mülcəmin onu qılıncla şəhid edəcəyini bilməsinə baxmayaraq, Əmirəl-möminin həmin axşam məscidə niyə təşrif apardı?» deyə etiraz edənlərin cavabı budur ki, Allah-təala bəqa ilə liqanı, yəni, bu dünyada qalmağı və ya ilahinin yanına, dərgahına getməyi onun ixtiyarına buraxmışdı. O Həzrət getməyi seçdi. Bu, bəzi rəvayətlərin də mənasını təşkil edir. Buna görə də həyatı qorumaq hər yerdə vacib deyil və belə hallarda ağlın elə bir hakimiyyəti olmadığına görə ağla tabe olmaq lazım deyil. Çünki mütləq əcəldən qaçmaq mümkün deyil. ) Və yandırın bu iki çırağı (nadanlıq və azğınlıq zülmətində sərgərdan qalmayasınız deyə). Bir-birinizdən (bu iki şeydən) uzaq və pərən-pərən düşməyənə qədər qınaq və məzəmmət olunmazsınız. (Allahın və Peyğəmbərin göstərişinə tabe olmağı çətin sanmayın, çünki) Allah-təala sizlərdən hər birinə taqəti və qüdrəti qədər vəzifə tapşırmış, nadanlara güzəşt etmişdir. (Belə isə, nadanların bilənlər qədər mükəlləfiyyəti yoxdur, çünki) sizin Allahınız mehriban bir Allah, dininiz möhkəm bir din (əyrilik ona yol tapmayıb) və rəhbəriniz (Həzrət Peyğəmbər və yol göstərən İmamlar əleyhimus-salam bütün ilahi hökmlərdə) bilikli bir rəhbərdir. Mən dünən sizinlə yoldaş və həmnişin idim. (Sağlamlıq, igidlik və gücümlə sizə xidmət edirdim.) Bu gün isə sizlər üçün ibrət və öyüdəm. (Bütün bu igidlik və qüdrətimə baxmayaraq, ölürəm.) Sabah sizdən uzaqlaşaraq ayrılacağam. (Öləcəyəm.) Allah mənə və sizlərə rəhmət et-sin.(Mən dünyadan getdikdə və başqası məqamımı qəsb edərək hamıya zülm edib divan tutduqda mənim qədrim, məqamım, ədalətim, dada yetməyim və mehribanlığım aşkar olacaq. ) Bu büdrəyən yerdə ayaq qoyduğum yer möhkəm olsa, (bu dünyada sağ qalsam,) deməli, (Allahın qəza- qədərinə razı olduğuma və Onun istədiyindən başqa şeyi istəmədiyimə görə) bu sizin muradınızdır, sizə yaxşıdır. Əgər ayağım büdrəsə (ölüm məni haqlasa), deməli, biz ağac budaqlarının kölgəsində, küləklərin əsdiyi yerdə və yerlə göy arasında toplanıb, məhv olan və nişanələrini yerdəki küləklərin yox etdiyi buludların sayəsində olmuşuq.(Əsas yola qədəm qoymadıqlarından fitnə-fəsad törəyəcək. Yaxşılara zülm-sitəm edib nahaq qanlar tökəcəklər. ) Mən sizin qonşunuz idim və bir müddət bədənim də sizə yoldaş idi. Tezliklə hərəkətdən sonra sakitləşmiş, danışdıqdan sonra susmuş cansız bədənimi görəcəksiniz. Mənim hərəkətsizliyim, gözlərimi önümə dikməyim və əzalarımın sakitliyi sizlər üçün ibrət olsun. Çünki bu hal ibrət götürənlər üçün hər bəlağətli söhbətdən, hər qəbul edilmiş sözdən daha nəsihətlidir. Mənim sizlərlə vidalaşmağım, ayrılmağım dostları görüşünə gələn bir kişinin ayrılığına və vidalaşmağına bənzər. (Qiyamət günündə Allahın ədalət dərgahında sizinlə görüşəcəyəm.) Sabah mənimlə olduğunuz günləri xatırlayacaqsınız. (Mən dünyadan köçdükdən, Bəni-Üməyyə və başqaları hakimiyyətə gəldikdən sonra mənim qədrimi biləcəksiniz.) Mənim fikirlərim sizə çatacaq. (Məlum olacaq ki, bu döyüşlərdə Allah-təalanın razılığını qazanmaqdan başqa məqsədim olmayıb.) Mənim yerim boşaldıqdan və orada başqa birisi dayandıqdan sonra məni tanıyacaqsınız.(Gələcəyin fitnələrini görsəydiniz, o dövrün məzlumları kimi «ey kaş, bu dünyada olmayaydıq» deyib arzulardınız. )
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 729 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024