İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    150-cü xütbə
    İmam Əli əleyhis-salamın (özündən sonra) baş verən hadisələrə işarə etdiyi (İmami-Zaman əccələllahu fərəcəhun qeybə çəkilməsindən xəbər verdiyi) xütbələrindəndir.
    (Dünyapərəstlər) tutdular azğınlıq yollarını sağdan, soldan, göz yumdular hidayət və qurtuluşun düm-düz yol-larına.(Hələ İslamın ilk illərində başqaları mənim haqqımı qəsb edib, hər layiqsiz insan xəlifəlik iddiasına düşürsə, dünyanın hər yerində fitnə-fəsad başlayıbsa, vaxt keçdikcə mənim sizə xəbər verdiyimi anlayacaqsınız. ) (Dinləyənlər bu sözdən heyrətə gələrək bu hadisələrin nə vaxt baş verəcəyini Həzrətdən soruşanda buyurdu:) Tələsməyin. Baş verəcək pozğunluqları, olması gözlənilənləri və sabahın gətirəcəklərini (bundan sonra aşkar olacaqları) gec sanmayın ki, bir şey uğrunda tələsən onu tapdıqda ona çatmamağı qalır!(Nə qədər çalışıb zəhmət çəksələr də görüşməyə layiq olanlardan və ilahi hikmət sahiblərindən başqa heç kim Onu görməyəcək. ) Sabahın nişanələri (o zamanların çatacağı və həmin pozğunluqların baş verəcəyi zəmanənin insanlarının əməlindən aydın görünür) bu gün necə də yaxındır! Ey zəmanə camaatı, hər vəd olunmuşun gəlişinin vaxtı, xəbəriniz olmadığı fitnələrlə görüşə yaxınlaşmaq anıdır.(Onlar üçün gizlində və aşkarda səadət, xoşbəxtlik, elm və əməl hazırlığı görüləcək. أَللّهُمَّ اجْعَلْنِى مِنْ أَنْصارِهِ وَ أَعْوانِهِ وَ أَتْباعِهِ وَ شِيعَتِهِ وَ أَرِنِى فِى آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ ما يأَمُلُونَ وَ فِى عَدُوِّهِم ما يَحْذَرُونَ إِلهَ الْحَقِّ امِينَ يا ذا الْجَلالِ وَ الإِكرامِ يا أَرْحَمَ الرَّحِمينَ.  ) Agah olun, bizdən fitnələri görən kimsə (Sahib əz-zaman əccələllah fərəcəh) həmin fəsadların zülmətində aydın çıraqla (İmamət və vilayət nuru ilə) hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o çətinliklərin bir düyününü açsın (azğınlığa düçar olanı xilas etsin) və bir əsiri (cəhalət və nadanlığın buxovlarından) azad etsin. (Kafirlərin) birliyini dağıdıb dağınığı (haqqı) bir yerə yığacaq. Camaatdan gizlində olar, axtaran arxasınca nə qədər nəzər salsa da bir izini, nişanəsini görməz.(Qur’ani-Kərimin Ali-İmran surəsinin 178-ci ayəsində buyurduğu kimi: «وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ» «Küfr edənlər onlara verdiyimiz mِhləti heç də ِzləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq bacardıqları qədər günah və itaətsizlik etmələri üçündür. Onlar rüsvayedici bir əzab görəcəklər.» ) Bir dəstə bu fitnələrdə dəmirçi qılıncı cilaladığı kimi cilalanacaq (doğru yola gəlib xilas olacaq və o Həzrətin ardınca getməyə hazır olacaq. Belə ki,) onların gözləri Quranın nuru ilə işıqlanacaq, təfsiri qulaqlarında səslənəcək (Quran ayələrini oxuyub dərindən düşünəcək, təfsirini öz əhlindən öyrənəcək). Səhər erkən içdikdən sonra axşam da hikmət camını onlara içirdəcəklər.(Hamilə qalmaq üçün quyruğunu yuxarı qaldıran dişi dəvə kimi heç bir çirkin işdən çəkinmədilər. Dünyanın belə hərc-mərcliklə qalacağını güman etdikləri vaxt, qəfildən Həzrət Məhəmmədə peyğəmbərlik verildi. O, dünyada fəsadın kökünü kəsmək üçün heç bir fədakarlığını əsirgəmədi. )
    Bu xütbənin (cahiliyyət dövrünün insanları və Həzrət Peyğəbmərin səhabələri haqda olan) bir hissəsidir
    (Müqəddəs İslam dini yaranmamışdan əvvəl bütün dünyanı azğınlıq bürümüşdü və insanlar müxtəlif pozğun işlərlə məşğul olurdular.) Onların (günah və itaətsizlik) zəmanəsi (öz) günah və cəzalarını başa çatdırmaları üçün uzun çəkdi.(Allahın dininin əzəmət və böyüklüyünü nəzərdə saxlayaraq onun irəliləməsi üçün özlərini kiçik sanıb heç bir fədakarlıqdan çəkinmədilər. ) Zəmanələrinin sonu yaxınlaşana qədər ruzgarlarının ağır hadisələrinə layiq olmaları üçün. (Rəis və başçılarından) bir dəstə pozğunluqlara bel bağlayıb ondan rahatlıq tapdı. Müharibə atəşini alovlandırmaq üçün əllərini qılıncla göyə qaldırdılar.(O Həzrətin əmr və qadağalarına tabe olub Allahın razılığını qazandılar və bu minvalla ruzigarlarını keçirdilər.) (Həzrət Peyğəmbər öz səhabə və ardıcıllarını müqəddəs İslam dinini təbliğ edib yaymaq üçün elə tərbiyələndirdi ki,) İlahi qəzavü-qədər bəla və çətinlik dövrünün başa çatmasını tələb edənədək (müsəlmanlar güclənib dinləri dünyada məşhurlaşana qədər çətinliklərdə və düşmənlə döyüşdə) dözümlərini Allaha minnət qoymadılar, haqqın yolunda candan keç¬məyi böyük saymadılar.(Şəhvət və dünyapərəstliyə görə İmam əleyhis-salamı xanənişin edərək xəlifəliyə layiq olmayan başqalarını hakimyyətə gətirdilər. ) (Döyüşlərdə) qılınc çalmaları bəsirətlərinə (nadanlığa və şəhvətə görə deyil, Allaha və Peyğəmbərə inamlarına) görə idi. Yol göstərən və nəsihət verənlərinin (Həzrət Peyğəmbərin) əmrilə Allahlarına yaxınlaşdı-lar.(Qur’ani-Kərimin Şura surəsinin 23-cü ayəsində buyurulur: «قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى» «De ki: mən risaləti təbliğ etməyimin müqabilində heç kimdən qohumluq məhəbbətindən başqa bir haqq istəmirəm. İbn Abbasın söylədiyinə görə bu ayə nazil olduqdan sonra səhabələri Həzrət Peyğəmbərə dedilər: «Ya Rəsuləllah! Sənin sevməli olduğumuz qohumların kimlərdir?» Buyurdu: «Əli, Fatimə və övladları Həsənlə Hüseyn.» İbn Əbil-Hədid «Nəhcül-Bəlağə»yə verdiyi şərhdə bu barədə yazır: «وَ هَجَرُو السَّبَبَ الَّذِى أُمِرُوا ِبمَوَدَّتِهِ» cümləsi Peyğəbmərin - səlləllahu əleyhi və alih - خَلّفْتُ فِيكُمُ الثَّقَلَيْنَ كِتابَ اللهِ وَ عِتْرَتِى أَهْلَ بَيْتِى حَبْلانٌ مَمْدُودانٌ مِنَ السَّمآءِ إِلَى الْأَرْضِ لا يَفْتَرِقانِ حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ Yəni: «Sizin aranızda iki qiymətli şey qoyuram: «biri Allahın Kitabı, digəri isə qohumlarım, Əhli-Beytimdir. Bunlar göydən yerə çəkilmiş iki kəndirdir» cümləsinə işarədir. Yəni, «Behiştdəki hovuzun başında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaq», bu iki şey dünya əhlinin yol göstərənidir. Peyğəmbər - səlləllahu əleyhi və alih - burada Allahın Kitabı və Əhli-Beytini حَبْلان – yəni, iki kəndir adlandırıb. Əmirəl-mِminin də əhli-beyt sِzünü leksik mənası «kəndir» olan səbəb kimi izah etmi؛dir. ) Allah-təala bu Peyğəmbərin (səlləllahu əleyhi və alih) ruhunu aldıqdan sonra bir dəstə geriyə qayıtdı (Həzrət Peyğəmbərin əmr və qadağalarına arxa çevirib yenidən azğınlıq yoluna qədəm qoydular) və (azğınlıq) yolları onları məhv etdi. (Dünyada pozğunluğa, axirətdə isə əbədi əzaba düçar oldular.) Öz nadürüst düşüncə və rəylərinə etimad etdilər (hökmləri özlərindən səhv bəyan etməklə insanları ona tabe olmağa məcbur etdilər. Həzrət Peyğəmbərin) qohum-əqrabasından qeyrisinə tabe oldu-lar.(Həzrət Peyğəmbərin Allah tərəfindən xəlifəliyə təyin etdiyi İmamı arxaya keçirərək nalayiq adamları hakimiyyətə gətirdilər. ) (Onları) sevməyə əmr edilmiş vasitədən (yəni, hidayət və qurtuluş vasitəsi olan Həzrət Peyğəmbərin Əhli-Beytindən) uzaq durdular.(Fironun tabeliyində olanlar Bəni İsrailə zülm, sitəm edib onları Allaha doğru çağıran Həzrət Musaya dü؛mən kəsildikləri kimi. )Binanı (din və imanı) möhkəm bünövrəsindən köçürərək layiq olmayan yerdə tikdilər.(Hacı ھeyx Abdullah Maməqani rəhmətullah «تَنْقِيحُ الْمَقالِ ِفى أَحْوالِ الرِّجالِ» kitabında qeyd edir ki, Müaviyə ibn Yəzid ibn Müaviyə atasından sonra xəlifə olduqda minbərə çıxaraq atasını, babasını lə’nətləyib söymüş, onlara nifrətini bildirmişdir. Bu vaxt anası demişdir: «Ey oğul, kaş ki, sən elə qan şəklində köhnə qalaydın.» O dedi: «Ey ana, mən də elə onu istərdim.» ) Onlar hər günahın mənbəyi, hər çətinliyə və nadanlığa daxil olanın qapılarıdır. (Batili və nadürüstlüyü istəyən hər kimsə onların ardınca gedər. Çünki onlar zəlillik və azğınlıq qapıları, fitnə-fəsadın, din və dünya işlərində pozğunluğun mənşəyidirlər.) Heyrət və səfalət içrə (dənizin dalğaları kimi) get-gəl edirdilər (çünki haqdan əl çəkmişdilər və dinin rəhbərinə tabe deyildilər) və bihuşluqda (cəhalət və nadanlıqda) Fironun ardıcılları kimi (öz əməllərinin əzab və cəzasından) qafil idilər.(Sorğu-sual üçün dirildiləcəyiniz qiyamət günündə zülmkar deyil, zülm edilən olun. Belə ki, dünyada heç kimə zülm, sitəm etməyin. Çünki zülm əqli və şər’i cəhətdən çirkin işdir, sitəm törədən isə məl’un və əbədi əzaba məhkumdur. ) Bəziləri (xəlifələr kimi) axirətə göz yumub dünyaya yönəldilər, bəziləri də (Bəni Üməyyə kimi) dindən əl çəkib (doğru yol və qurtuluşdan) uzaqlaşdılar.
    151-ci xütbə
    İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri vəsf, ərəblərə nəsihət etdiyi və çətin hadisələrdən xəbər verdiyi) xütbələrindəndir.
    Allahdan şeytanı uzaqlaşdırdığı və saxladığı yerlərdə, (ibadət, bəndəlik vaxtı və şeytana tabeçiliyə mane olan layiqli işlərdə Allahdan uğur diləyirəm) onun yalanlarına və tələlərinə (nəfsi istəklərə və dünyanın xoş görüşünə) düşməməkdə kömək diləyirəm. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi, seçilmişi və bəyəndiyidir. Fəzlinin və böyüklüyünün tayı-bərabəri yoxdur, yoxluğunu heç nə əvəz etməz. Şəhərlər (sakinləri) zülmət azğınlığından və (bütpərəstlikdən), böyük nadanlıqdan, ünsiyyətdə kobudluq və pis əxlaqdan (daş qəlblilik və qan tökmədən) sonra Onunla (doğru yolun nuru ilə) işıqlandılar. İnsanlar (o Həzrətin peyğəmbərliyindən əvvəl) haramı və nalayiq olanı halal bilər, alimi və biliklini xar sayardılar. (Onları doğru yola yönəldəcək) peyğəmbərin olmadığı bir dövrdə yaşayıb, zülmətdə (küfr və azğınlıqda) ölürdülər. Siz, ey ərəb camaatı! (Görünməsi) yaxında olan bəlaların (fəsad və pozğunluqların) nişanələrisiniz (oxlarısınız). Qəflətdən və (insanın məhvinə, tükənməsinə səbəb olan) nemətin məstliyindən uzaq durun (çarəsiz qalmamaq üçün öz dininizə əhəmiyyət verin) və (dinə etinasızlığa görə) cəzanızın ağırlığından çəkinin. Şübhənin tozunda və qaranlığında (batilin haqla səhv salınmasında), fitnənin (yolunun) əyriliyində və kələ-kötürlüyündə, gizlinin aşkar olub üzə çıxmasında, qütbün asılmasında və onun oxunun fırlanmasında ləngiyin (düşünüb-daşınmadan dolaşıq və fitnə-fəsadın başlanğıcı olan işlərə girişməyin). (Çünki) fitnə və pozğunluq gizli yollarda üzə çıxar və rüsvayçılıq, çirkinlik yaradar. (Fitnə törədən səhv işlər əvvəldə az olar və yavaş-yavaş artar.) Onun böyüyüb artması (tədricən güclənən) gəncin böyüməsinə, nişanələri isə (çırpıldığı hər şeyi dağıdıb sındıran) daşın nişanələrinə bənzər. Zülmkarların hər biri başqası üçün bağladığı əhd-peymanla həmin fitnəni miras götürür. Onların (və azğınlığa aparan) ilki sonuncularının rəhbəri, sonuncuları isə (yaxşılara zülm etməkdə) ilklərinin ardınca gedəndir. Alçaq dünyaya (sahib olmağa) meylli, rəğbətlidirlər və (bu işdə) bir-birini ötüb keçirlər. İylənmiş, pis qoxulu murdar ətə çox tamah salaraq, onun üstündə bir-birilə düşmənçilik edirlər. Az zamandan sonra davamçı öz rəhbərindən, rəhbər isə ardıcılından bezər, sonra düşmənçiliklə bir-birindən pərən düşərlər. Görüşəndə biri digərini lənətləyib söyər.(Çünki hər bir məxluq «mümkünul-vücuddur». Mümkünül-vücud özü-özlüyündə var ola bilməz. Aydındır ki, onun bir yaradanı vardır. ) Müqəddimə olan bu fitnədən sonra daha bir məhvedici, qırıcı fitnə gələr. (Bu fitnə insanları çox pərişan və puç edər.) Ürəklər gücləndikdən sonra tutulmağa və daralmağa meyl edər, kişilər sağaldıqdan sonra azğınlaşarlar. O fitnənin üz tutduğu vaxt istəklər korlanar. Onun yarandığı vaxt düşüncələr (doğrusu nadürüstü ilə) səhv salınar. (Nadan başını itirər) onu dəf etmək niyyətində olan hər kimsəni fitnə sındıraraq puç edər, onunla əlləşib (unutmağa) çalışanı əzib məhv edər. Həmin fitnədə insanlar vəhşi uzunqulaq kimi bir-birinin boğazını gəmirib əziyyət verəcəklər. Birləşdirən iplər (dinin qaydaları və şəriət hökmləri) qırılıb qopacaq, işlərin üstü örtüləcək. (Qurtuluş yolu görünməz olacaq.) Bu fitnədə (alimlərin söz deməyə qüdrətləri olmadığına görə) elm, bilik azalacaq, zalımlar dil açacaqlar. O fitnə çöllərdə yaşayanları öz cilovunun dəmiri ilə döyəcək, sinəsi ilə onları əzəcək. (Pozğunluq dikbaş atın insanı ayaqları altına salıb öldürmək üçün onun üstünə çıxması kimi hər yanı bürüyəcək.) O fitnənin toz-torpağında (nişanə və əlamətlərində) tək yol gedənlər (alimlər və fazillər) puç olacaq (aradan gedəcək) və atlılar (igidlər və güclülər) onun (qarşısının alınması) yolunda həlak olacaqlar (öldürüləcəklər. Qısası, bu fitnədən az adam sağ çıxacaq). O fitnə acı tale (ən ağır ilahi hökmlə) ilə gələcək, yeni və pak qanları sağacaq (çox qan töküləcək), dinin nişanələrinə (şəriət hökmlərinə) nüfuz edəcək (belə ki, şəriət qanunlarına uyğun rəftar olunmayacaq). Yəqinlik əhd-peymanlarını (haqq inam və əqidələri) bir-birinə vuracaq (onları dəyişəcək). Ağıllılar və uzaqgörənlər ondan qaçacaq, natəmizlər və bədxahlar ağıl, düşüncə işlədərək həmin yola qədəm qoyacaqlar. Şimşək kimi çaxacaq (qovğalı və hay-küylü olacaq və yaxud qılıncların səsi qınlarından çıxarılarkən və qan axıdılarkən hər yerdə eşidiləcək) və çox ağır, tələsik olacaq (əlini belinə qoyub işində tələsən insan kimi). Onda qohumlar və yaxınlar bir-birindən ayrılacaq. İslam dini ondan uzaqlaşıb ayrı duracaq. (Çünki dinin qaydalarına ziddir.) Ona nifrət edən (günahdan və qarışıqlıqdan uzaq olan) xəstədir (müxtəlif çətinliklərə düşmüşdür), köçən (ondan qaçmaq istəyən) isə qalandır (nicatı və xilası yoxdur).
    Bu xütbənin (möminlərin və yaxşı insanların axirəz-zamanda vəziyyəti barədə olan) bir parçasıdır
    (Möminlərdən) bəziləri öldürüləcək və qanları hədər gedəcək, bəziləri isə (zülmkarlardan) qorxaraq aman istəyəcəklər. Verilən andlara (münafiq və ikiüzlü insanların zahirən göstərdikləri) yalan imana aldanacaqlar (hiyləgərlər yalan andlarla və özlərini imanlı göstərməklə onları arxayın salar, son nəticədə həlak edərlər). (Həmin zamanlarda ilahi əzabdan xilas olmaq istəyirsinizsə) fitnə və bidətlərə bayraq, nişanə olmayın (pozğunluğa səbəb olmayın və dində hökm yaratmayın). Vəhdət ipinin bağlandığı və ibadətin, itaətin sütunlarının üzərində qurulmuş şeydən (müqəddəs İslam dinindən) əl çəkməyin. Allahın hüzuruna zülmkar deyil, məzlum kimi gəlin.(Çünki yaradan əzəli olmayıb, sonradan yaranmış olsa, o özü başqa bir yaradıcıya möhtac olmuş olar, yaranışın mənşəyi ola bilməz. ) Şeytanın yollarından (tələ və yalanlarından) və zülm, sitəm məkanlarından uzaq durun. Qarınlarınıza (az da olsa) haram loxma daxil etməyin. Çünki günahı sizə haram etmiş, (ən xırda işlərinizi bilən və əməllərinizə şahid olan), sizlərə itaət və ibadət yolunu asanlaşdırmış (hökmlərin heç birini sərtləşdirməyən) Allahın nəzərindəsiniz.
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 621 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024