İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    152-ci xütbə
    İmam Əli əleyhis-salamın (tovhid və Allahın sifətləri haqqında) xütbələrindəndir.
    Həmd o Allaha məxsusdur ki, yaratdıqlarının vasitəsilə Öz vücuduna və varlığına yolgöstərəndir.(Çünki bütün cisimlər cismiyyətdə bir-birilə şərikdirlər. Belə ki, əgər onlardan Ona bənzəyəni olarsa, O da cisim olmuş olar. Cismiyyət mümkünül-vücuda xasdır. Mümkünlük isə vacibil-vücuda rəva deyil.)Yaratdıqlarının sonradan əmələ gəlmiş və yeni yaranmış olması Onun əzəliliyinə və başlanğıcının olmamasına dəlalət edir.(Çünki idrak qüvvəsi istər hissləri və duyğuları dərk edən maddi, istərsə də düşüncə və fikirləri qavrayan əqli idrak-yalnız cisimləri anlayır. Allah isə cisim deyil ki, hisslərlə qavranılsın. ) Yaranmışların bir-birinə bənzəməsi Onun misli olmadığını göstərir.(Çünki örtülmək cismiyyətə aiddir. Bəzi hədislərdə Allah-təalanın gözlərdən gizli olduğu tək ağıllardan da örtülü olması, insanların Onu istədiyi kimi dərgahına yaxın olan mələklərin də Onu istədiyi göstərilir. Bu, İmam əleyhis-salamın buyurduqları ilə təzadda deyil. Çünki Allah-təalanın ağıllara və gözlərə örtülü olması dedikdə Ona çatmağa, Onu dərk etməyə mane olan maddi hicab, örtük nəzərdə tutulmur. Burada məqsəd insanların qüsurunu, ağıl və güclərinin məhdudluğunu, Allahın zatının kamilliyini, nurunun və zahir olmasının çoxluğunu göstərməkdir. Deməli, zahir olmasının çoxluğu Onun pərdəli və gizli qalmasına səbəb olmuşdur. ) Hisslər Onun əslinə vara bilməz.(Deməli, yaradılmaq, puç olmaq, bir-birinə oxşayıb bərabər olmaq, hisslərlə qavranılmaq məxluqun xüsusiyyətlərindəndir. Yaratmaq, əbədilik, misilsizlik, hisslərlə başa düşülməmək və örtülməmək Xaliqin sifətlərindəndir. Məxluqun sifəti Xaliqdə, Xaliqin sifəti isə məxluqda olarsa, «sonradan yaradılmış olma» məsələsində bir-birilə eyniləşər və onların arasında fərq olmaz. Sonradan yaranmış olmaq «mümkün»ə, o isə başqa birinə ehtiyaca gətirib çıxarır. Bu isə batil və səhvdir.) Örtüklər Onu örtməz.(Sayılmaz. Yəni, həqiqi birdir, vahiddir və Onun üçün ikinci təsəvvür olunmaz. Ədəd göstəricisi və çoxluğun başlanğıcı, bir hissəsi olan vahid deyil. Altmış dördüncü xütbənin şərhində buna toxunulmuşdur. ) Çünki Xaliqlə məxluq, Hədd-hüdud təyin edənlə təyin olunmuş və məhdud, Yaradanla yaradılmış arasında fərq var.(Gözümüz yolda idi ki, nadanlıq, azğınlıq əyyamı keçsin və hidayət, qurtuluş ruzigarı gəlsin. ) (O Allaha şükrlər olsun ki,) Birdir, hesabla saya gələn deyil.(Əmirəl-möminin və Onun on bir övladının Həzrət Peyğəmbərin canişini və haqq xəlifələrin olmasına inamı, əqidəsi olsun və onları sevsin. )Yaradandır, hərəkətsiz və əziyyətsiz (çünki hərəkət və dəyişmə mümkünül-vücuda xasdır və vacibül-vucudda qeyri-mümkündür). Eşidən və görəndir, qulaq (eşitmə) aləti olmadan və göz hədəqəsi çevrilmədən. (Çünki alət ehtiyac tələb edir.) Hüzuru var, görüşlə (və yerin yaxınlığı ilə) deyil və ayrıdır, yolun uzaqlığı ilə deyil. (Öz zatında hər şeydən başqadır, çünki O kamalın fövqündədir və Ondan qeyrisi son dərəcə nöqsanlıdır.) (Qüdrətin nişanəsi ilə) görünəndir, görməklə deyil. (Zatının əsli) gizlindir, lətafətinə (həcminin kiçikliyinə və dərisinin şəffaflığına) görə deyil. Əşyadan ayrıdır, (yaratmaq və yox etməkdə) onlara qalib, üstün, qüdrətli olmaqla (necə ki, «vacib»in şəninə layiqdir). Əşya Ondan ayrıdır, təvazökarlıq və Ona doğru qayıtmaqla. Onu (zatından törəmə sifətlərlə) vəsf edən Onu məhdud sanmışdır (Onun üçün məkan təyin etmişdir). Onu məhdud sanan isə Onu sayar (ədədlərə və çoxluqlara salar). Onu sayan (çoxluğun başlanğıcı və hissəsi hesab edən) Onun əzəli olmasını (inamını) pozmuşdur. «Necədir?» deyən Onu (zatından törənən sifətlərlə) vəsf etmək istəmişdir. «Haradadır?» deyən Onun üçün məkan ayırmışdır. Məlum, yaradılmış və qüdrət verilmişlər olmadığı vaxt bilən, yaradan və qüdrətli olmuşdur. (Çünki Onun zatı kamalı ilə eynidir. Deməli, O, əzəli və əbədi bilən, yaradan və qüdrətlidir.)
    Bu xütbənin (xəlifəliyin o Həzrətə keçməsi, yol göstərən İmamların mədhi və camaata nəsihət barəsində olan) bir hissəsidir
    (Agah olun) günəş (İmam əleyhis-salamın xilafəti zahirən) şəfəq saçaraq aşkarlandı və parıldayan (haqq və ədalət) parladı, üzə çıxan (Həzrətin dövründə baş verən fitnə və döyüşlərin nişanələri) aşkar oldu, əyri-üyrülük (nadanlıq və azğınlıq) düzəldi (aradan getdi). Allah-təala bir dəstəni (xəlifə və yoldaşlarını) başqa bir dəstəyə (İmam əleyhis-salam və ardıcıllarına), bir günü isə başqa bir günə döndərdi. Biz qəhətlik çəkənlər və quraqlıq görənlər yağışı gözlədiyi kimi, (İslam dininin yayılması üçün) vəziyyətin ruzigarın dəyişməsini gözləyirdik.(Deməli, kimsə onları sevib haqq xəlifə olmalarına inansa, ancaq onlara itaət etməsə, onları tanımamışdır. Bu sərsəri dostluq və etiqaddan isə heç bir fayda əldə etməyəcək. Dünyadan köçməmiş tövbə etməsə, yəni, onları tam tanımasa, cənnətə daxil olmayacaq, tövbə edərsə, onlar da qiyamətdə Allah-təalanın izni və fərmanı ilə ona yoldaş olub şəfaət edəcəklər. Allahın peyğəmbərinin - səlləllahu əleyhi və alih - «حُبُّ عَلِىِّ ابْنِ أَبِيطالِبٍ يَأْ كُلُ السَّيِّئاتِ كَما تَأْكُلُ النّارُ الْحَطَبَ» -yəni, Əli ibn Əbu Talibi sevmək alov odunu yandıran kimi pislikləri yox edər» sözü də bunu təsdiqləyir. ) (Haqq İmam ümmətin işləri üçün qiyam etməlidir və ümmətə də onu sevib tabe olmaq vacibdir. Çünki) rəhbərlər (on iki İmam əleyhimus-salam) yaradılmışlara (yol göstərmək) üçün Allaha (əmr və qadağalarına) tabe olub Onu bəndələrinə tanıtdırırlar. (Onların vasitəsi ilə Allah-təala tanınır və Ona sitayiş olunur. Buna görə də) onları tanıyandan başqa kimsə cənnətə daxil ol-maz.(Çünki vilayətə etiqad, yəni, yol göstərən İmamları tanımaq, İmamlıqlarını, on ikisinin (əleyhimus-salam) hər birinin itaətinin vacibliyini qəbul etmək imanın ən böyük sütunu və dayağı, əməllərin qəbul şərtidir və onsuz ibadətlərin heç birinin xeyri yoxdur. Çünki şəriətə tabe olandan qeyrisinin cənnətə getməsi mümkün deyil. Şəriətlə tanış olub ona uyğun əməl etməyin yolunu biləndən qeyrisinin şəriətə tabe olması mümkün deyil. Bu da şəriət sahibinin sözündən əxz etməkdən savayı qeyri-mümkündür. Bu isə insanın şəriət sahibinin sözünü ondan öyrənmək üçün İmamını və rəhbərini tanımaqdan başqa yolla mümkün deyil. Lakin onları tanımayan, ancaq fitrətinin paklığına və ya rəftarı onların məramına uyğun olduğuna görə onlar tərəfindən inkar edilməyən kəs oda düşməyəcək. Çünki belə insan son nəticədə tövbəyə nail olub bir vasitə ilə onları tanıyacaq. Bundan sonra İmam əleyhis-salam İslam dininin Allahın ən böyük neməti olması haqda buyurmuşdur. ) Onlar da onu (onlara müti və tabe olmasını) tanısınlar.(İmam əleyhis-salamın özünü bu cərgəyə qoşması mövzuya əhəmiyyət verməsinə görədir ki, camaat hər xətadan pak olan belə böyük insanın da dünyaya ürək bağlanılmasından keçirdiyi narahatlığı duysun. Deməli, dünyanın onları aldadacağından ehtiyatlanmağa başqaları daha layiqdir. ) Onları inkar edən və Onların da (ədavət və düşmənçiliyinə görə) özlərindən saymadığı kimsədən başqa heç kəs atəşin içinə girməz.(İstər aşkarda, istərsə də gizlində başqasını Ona şərik qoşmaq. Bu da riyakarlıq və özünü göstərmək deməkdir. Kəhf surəsinin 110-cu ayəsində buyurulur: فَمَن كَانَ يَرْجُو لِقَآءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا -«Kim Rəbbinin rəhmətinin halına şamil olacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın!» )
    Allah-təala sizləri İslam üçün ayırıb, sizin onun üçün (çirkinlik, küfr və şirkdən) pak və layiq olmanızı istəyib. Bu, İslamın adının (dünyanın fitnə-fəsad və çətinliklərindən, axirətin əzabından) salamatlıq olduğuna və böyüklüyü, başucalığı ehtiva etdiyinə görədir. Böyük Allah onun yolunu (Məhəmmədin şəriətini digər yollardan və peyğəmbərlərin şəriətlərindən) üstün (onunla digər dinləri qüvvədən salaraq, İslamı dünyanın sonuna qədər saxladı) və zahiri elmdən (Quran və sünnədən) və batini hikmətdən (əqldən) ibarət olan dəlillərini (həqiqətlərini) aşkar etdi. Onun əsrarəngizliyi (alimləri və bilik sahiblərini heyrətə salan əlamət və nişanələri) məhv olub aradan getməz. Onda (ölmüş qəlblərə təravət gətirən, bunun nəticəsində müsəlmanların böyüklüyə və xoşbəxtliyə çatdığı) nemətlərin bahar ya¬ğışı mövcuddur, zülmətlərin çıraqları (yol göstərən İmamlar əleyhimus-salam) ondadır. Yaxşılıqların qapısı onun açarlarından (hökmlərinə tabe olmaqdan) qeyri bir açarla açılmaz (dünyadakı rahatlıq, böyüklük və əbədi cənnət qazanılmaz), qaranlıqlar (azğınlıq) onun çıraqlarından (əsl din rəhbərlərinin buyurduqlarına əməl etməkdən) başqa bir şeylə yox olmaz. Allah onun haramlarını qadağan etdi, örüşlərini bitirdi. (Onun mubahatını, yəni, onun halal olanlarını qadağan etmədi.) Ondadır şəfa axtaranların şəfası (nadanlıq və azğınlıq xəstəliklərinin əlacı) və (dünya və axirətdə) ehtiyacsız olmaq istəyənin ehtiyac-sızlığı. (Müqəddəs İslam dininin ardınca gedən azğınlıq xəstəliyindən şəfa tapar, dünya və axirət səadətindən məhrum qalmaz.)
    Bu xütbənin (azğınlıq yolunda sərgərdan qalan insanın təsvir edildiyi) bir parçasıdır
    Allah-təalanın möhlət verərək əcəlini uzatdığı azğın kimsə (ilahi əzabı nəzərə almayan) qafillərin yoluna qədəm qoyur. Məqsədə yetirən yol olmadan, (yolda hərəkət etmədən) onu səadətə doğru çəkən rəhbər olmadan (rəhbərə itaət etmədən) gecəni günahkarlarla səhər edir.
    Bu xütbənin (günahkarlar barədə söylənilən və eşidənlərə öyüd olan) bir hissəsidir
    (Azğınlıq yoluna qədəm qoyan günahkarlar) Allah azğınlıqlarının cəzasını onlara göstərərək onları qəflət və itaətsizlik pərdələrinin arxasından çıxarmaq istəyənə qədər (heç bir itaətsizlikdən çəkinməzlər. Ölüm onları haqlayar). (Bu zaman) onlara arxa çevirən (əzab və bədbəxtliyi onların nəsibi etdiyi) axirətə üz tutar, onlara üz tutan (onlara zahiri şadlıq və sevinc verən) dünyaya arxa çevirərlər. Deməli, istədikləri və əldə etdikləri şeydən (dünyanın ləzzəti və xoşluğundan) xeyir götürə bilmədilər, (çünki özləri ilə gətirməmişdilər), çatdıqları arzularından (nəfsi-əmmarənin istəklərindən) bəhrələnmədilər. (Çünki onların getməsi ilə bütün arzular bada gedər.) Mən özümü və sizi bu hadisədən (səfillik, əzab və çarəsizlikdən) çəkindirirəm (ki, qəflət yuxusundan oyanın, dünyanın keçici ləzzət və şadlığına bel bağlamayın).(Nisa surəsinin 93-cü ayəsində buyurulur: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا «Hər kəs bir mِmin ؛əxsi qəsdən ِldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb edib rəhmətindən uzaq saxlayar və (axirətdə) onun üçün bِyük əzab hazırlayar!» ) İnsan özündən xeyir götürməlidir (bədbəxtlikdə və ziyanda qalmasın). Çünki (həqiqi) görən o kəsdir ki, (Allah, Peyğəmbər və pak İmamların öyüdlərini) eşidib (onlar barədə) düşünsün, (dünyaya) nəzər salaraq (onun vəfasızlığı ilə) tanış olsun və (keçmişlərdəki) ibrətlərdən faydalansın. Onda aydın, doğru (Allaha və peyğəmbərə itaət) yolda hərəkət edər. Bir şərtlə ki, bu yolda çuxur və dərələrə (nəfsi istəklərə) düşməkdən və (şeytani) səhv işlərin içində azmaqdan uzaq dursun. Öz ziyanına iş görüb azğınlara kömək etməsin. Haqqdan yolsuzluğa getməklə (onları pisliklərdən çəkindirməməklə), ya sözünü dəyişmək (Allahın razılığına zidd olsa belə, onların ürəyi istədiyi sözləri danışmaqla) və ya (əslində qorxmasa da) doğru sözü deməyə qorxmaqla. Belə isə, ey eşidən, huşsuzluqdan (azğınlıqdan) özünə gəl, öz qəflət (yuxundan) və xəbərsizliyindən (çirkin əməl və sözlərinin cəzasından) oyan, (qalımlığı və varlığı az, məhvi və yoxluğu yaxın olan dünya işlərində) tələskənlikdən rahatlıq tap. (Heç kəsdən heç nəyi və o cümlədən yazmağı öyrənməyən) Ümmi peyğəmbərin - ona və əhli-beytinə Allahın salamı olsun - dili ilə sənə çatdırılan, qaçılmaz olan haqda diqqətlə düşün. Peyğəmbərin buyurduqlarını düşünməkdən üz döndərən və diqqətini ondan qeyrisinə (şeytana və nəfsi-əmmarəyə itaətə) yönəldənə müxalif ol, ondan uzaq dur. Onu şad olduğu şeylərlə (azğınlıq və bədbəxtliklə) baş-başa burax. (Çünki belə bir şəxslə ünsiyyət dünya və axirətdə bədbəxtliyə səbəb olar.) Fəxr, qürur, təkəbbür və xudpəsəndliyi özündən uzaqlaşdır. Öz qəbrini yada sal ki, yolun oradan keçəcək. Necə əməl etsən, elə də əvəzini alacaqsan, əkdiyini biçəcəksən. Bu gün (dünyada) qabaqcadan göndərdiyini sabah (qiyamətdə) əldə edəcəksən. Belə isə, özün üçün (məhşərdə) yer hazırla və (indi fürsətin varkən) öz (dönüş) gününə azuqə göndər. Deməli, ey dinləyən, (Allaha və peyğəmbərə itaətsizlikdən) çəkin. Ey bixəbər, (itaət və ibadətə) çalış və heç kəs səni (qiyamət günündən) agah insanlar (Peyğəmbər və məsum İmamlar) kimi xəbərdar etməz. (Belə isə, indi səni çəkinməli olduğun bəzi şeylərdən xəbərdar edirəm.)
    Allah-təalanın Quranda (ona əməl edənlərə) mükafat ver-diyi, razı qaldığı (Öz rəhmətini şamil etdiyi) və onlar (əleyhinə çıxanlar) üçün cəza təyin etdiyi və qəzəbinə gələn möhkəm, qəti (aşılması mümkün olmayan) hökmlərindən biri budur ki, dünyadan köçən bəndə (ibadət və bəndəliklə) özünə əziyyət verib əməlini (zahirən) saflaşdırsa belə tövbə edib qayıtmadığı (aşağıda göstərilən beş) xislətdən biri ilə Allahının görüşünə getdiyində fayda görməyəcək. (Birincisi) Özünə ibadət və sitayişdə vacib etdiyi şeylərdə Allaha şərik qoşmaq.(Nur surəsinin 19-cu ayəsində buyurulur: إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ İman gətirənlər haqda çirkin, nalayiq i؛ləri fa؛ etmək istəyənləri dünya və axirətdə ؛iddətli bir əzab gِzləyir». ) (İkincisi) öz qəzəbini başqasını öldürməklə (aradan götürməklə) soyutmaq.(Qəsəs surəsinin 50-ci ayəsində buyurulur: وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِّنَ اللَّهِ «Allah tərəfindən bir yol gِstərən olmadan ِz arzusuna uyandan haqq yolunu daha çox azmış kim ola bilər?!» ) (Üçüncüsü) başqasının etdiyi çirkin bir işi demək.(Üzdə özünü onlara dost və minnətdar göstərmək, arxalarınca isə nalayiq sözlər danışmaq. Nisa surəsinin 145-ci ayəsi: إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الأَسْفَلِ مِنَ النَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا yəni: ikiüzlü adamların yeri Cəhənnəm atəşinin ən aşağı təbəqəsindədir. Heç vaxt oradan çıxmaları üçün onlara yardım edəni tapmazlar!» )(Dördüncüsü) öz dinində bidət yaratmaq yolu ilə öz ehtiyacını istəmək üçün camaata üz tutmaq.(İnsanların idrakının məhdudluğu ucbatından həqiqətlər heç kəsə gizli qalmasın deyə Allah-təala, peyğəmbərlər və onların vəsilərinin həqiqətlərini dərk etmək üçün onları məsəllərlə bəyan edərdilər. )(Beşincisi) camaatla nifaq və ikiüzlülüklə görüşmək və ya onların arasında iki dildə danışmaq.(Deyildiyi kimi, mənəvi qida olan elm ana südü kimidir. Uşaq anasının südü ilə gücləndiyi kimi insanın ruhu da elmlə kamilləşir.) Bu (xatırlanan) məsəlin əzəmət və böyüklüyünü başa düş və onu düşün.(İmam əleyhis-salam bu məsəllə buyurmaq istəyir ki, insan özünü hisslər dünyasından uca tutmalı, düşüncə qüvvəsini işlədərək rəzil sifətlərdən uzaqlaşmalıdır. Əgər şəhvət və qəzəb hisslərinə tabe olarsa, heyvanlar və yırtıcılarla heç bir fərqi olmaz. Dünyada bəzək-düzəyi amalına çevirib pozğunluq və fəsada çalışanlar qadınların zümrəsindəndir.) Çünki məsəl özünə bənzəyənin, oxşarının göstəricisidir.(Azğınlıq yolunu tutaraq başqalarını da azdırmış və nahaq qanların axıdılmasına zəmin yaratmışlar. ) (İmam əleyhis-salamın buyurduğu məsəl isə budur:)
    Heyvanların məqsədləri (şəhvət qüvvəsinin çoxluğuna görə) qarınlarıdır. (Həmişə suyun və ot-ələfin əsiridirlər.) Yırtıcıların məqsədi (qəzəb hissinin güclü olduğuna görə) düşmənçilik və başqalarına əziyyət verməkdir. (Qarınlarını doydurmaqla kifayətlənmir, qələbə və istila istəyirlər.) Qadınların məqsədi (şəhvət qüvvəsinin çoxluğundan və qəzəb hissinin şiddətindən) dünyadakı güzəranlarını bəzəyib orada fəsad və pozğunluq etməkdir.(Bununla belə bizdən əllərini üzmüşlər. Biz Qur’ani-Kərimin tə’vil və təfsiri ilə tanışıq və ilahi hökmləri bilməklə camaata doğru yolu göstəririk. Buna görə də Həzrət Peyğəmbər, bütün müsəlmanların da öz hədis və rəvayətlərində göstərdiyi kimi, buyurmuşdur. أَنا مَدِيَنةُ الْعِلْمِ وَ عَلِىٌ بابُها فَمَنْ أَرَادَ الْمَدِينَةَ فَلْيَاتِ الْبابَ Mən elm, bilik ؛əhəri, Əli isə onun qapısıdır. Kim bu ؛əhərə daxil olmaq istəyirsə, qapıdan içəri keçməlidir.) (Ancaq itaət edilməli olan sifətlər) möminlərin sifətləridir ki, (Allah-təalanın müqabilində) təvazökar (boyun qaçırmayan), (camaata) nəsihət verən, mehriban və (Allahın qəzəbindən) qorxandır.
    153-cü xütbə
    İmam Əli əleyhis-salamın (camaata öyüd-nəsihət verib pak İmamları öydüyü) xütbələrindəndir.
    Ağıllı insanın işinin sonunu (ölümü və qiyamət gününün haqq-hesabını) görən, öz eniş-yoxuşunu (xeyir və şərini) tanıyan qəlbinin gözü, (camaatı İslam dininə) dəvətə səsləyən (xeyri və şəri, səadət və bədbəxtlik yolunu onlara bəyan edən) carçı (Həzrəti Peyğəmbər) və (o Həzrətin şəriətinin əsaslarını düşmənlərin fəsad və pozğunluğundan) qoruyan keşikçidir. Belə isə, dəvət edəni qəbul edin və keşikçiyə tabe olun (ki, dünyada başıuca, axirətdə xoşbəxt olasınız. Bilin ki,)
    İkiüzlü insanlar fitnə dənizlərinin dibinə gömülmüş(Bizim yolumuzdan qeyri yolla Allah və peyğəmbərlə tanı؛ olmaq istəyən hər kəs dindən fayda gِtürməyərək axirətdə əzaba düçar olacaq. ) və sünnələrə (Həzrət Peyğəmbərin hökmlərinə) göz yumaraq bidətlərdən yapışmışlar (onlar nəfslərinə uyaraq hər hökmü icra edəcəklər). Möminlər (batil haqqa qalib gəldiyi üçün) kənara çəkilərək sakit dayanmış və azğın yalançılar dil açmışlar. Biz Əhli-Beyt (Həzrəti Peyğəmbərə yaxınlığa görə onun bədənində) köynək kimiyik, (o Həzrətin) səhabələriyik (Allah tərəfindən ona nazil olanlara iman gətirib təsdiqlədik), o, xəzinədir və (biz elmə, maarifə açılan) qapı-larıq.(Allah-təala bütün bahalı gِvhərləri - yəni, elm, helm, səxavət, ؛ücaət, fəsahət, bəlağət, ismət, təmizlik və bu kimi bütün bəyənilmi؛ sifətləri onlarda cəmlə؛dirib. )Evlərə onların qapılarından qeyri yerdən daxil olmaq olmaz. Evlərə qapıdan başqa yerdən girənlərə oğru deyərlər.(اünki sükutları hikmət və məsləhətə gِrədir. Acizliyə və gücsüzlüyə gِrə deyil ki, ba؛qası onlardan qabağa keçib sِz danı؛sın. )
    Bu xütbənin (Əhli-Beyt əleyhimus-salamın fəzilətləri haqda olan) bir hissəsidir
    Quranın elm və doğru yolun tərifi, mədhi barədə olan ayələri Onların barəsində nazil olmuşdur və Onlar bağışlayan Allahın xəzinələridir.(Bu cümlənin ؛ərhi 106-cı xütbədə verilmi؛dir. İmam əleyhis-salamın bu misalı çəkməkdə məqsədi budur ki, burada olanlar olmayanlara ِyüd-nəsihət vermək və yol gِstərməklə doğrunu deməli, onları azğınlıq və nadanlıqdan xilas etməlidir. )(Buna görə də) söz demək üçün ağızlarını açsalar, doğrunu deyərlər, sakit otursalar, heç kəs onlardan qabağa getməz.(İmam əleyhis-salamın bu cümlədə və Peyğəmbər əleyhis-salamın buyuruğundan sonra əməli bitkiyə bənzətməkdə məqsədi budur ki, əməl ağacı onun sahibinin əqidə və daxilindən su içir. Əqidə düz, batin yax؛ı olsa, layiqli əməldən və bəyənilmi؛ i؛dən fayda gِtürər. Əqidə səhv, daxil isə natəmiz olarsa, yax؛ı i؛ Allah onu bəyənsə də, i؛i gِrənə xeyir verməz. Yəni, onun nəticəsində əbədi səadətə nail olmaz. ) Hər qövmün öndə gedənləri və rəhbərləri öz ardıcıllarına doğru deməlidir.(Onun varlığını bilmək əqli yolla mümkündür. Ağıl səhvin çox olduğu «zahiri gِrən» gِzün əksinə, səhvin və yanlı؛lığın yol tapa bilmədiyi «batini gِz»dür. Necə ki, zahiri gِz hər bir bِyük ؛eyi uzaqdan kiçik gِrər, yağı؛ın yağmağını düz xətt sanar. ) Öz ağlını yönəltməli (dediklərimizin doğruluğunu dərk etmək üçün sözlərimizi diqqətlə, düşüncə ilə dinləməlidir) və axirət övladlarından olmalıdır. Çünki oradan gəlib və ora da dönər. (Allahı nəzərində saxlayıb, ondan, çıxmalı olduğu dünyaya ürək bağlamaz. Axirəti isə özünə əbədi məkan sanar.) Ürəyinin gözünü açıb bəsirətlə bir iş görürsə, onu görməmişdən qabaq ziyanına, yoxsa xeyrinə olduğunu bilməlidir. Xeyrinədirsə - həmin işi görməli, ziyanınadırsa - ondan uzaqlaşmalıdır. Nadancasına iş görənlər başqa yolda hərəkət edənlər kimidir. İşıqlı yoldan uzaqlaşmaq onun yaxşılıqlarından uzaqlaşmaqdan başqa ona bir şey artırmaz. (Əyri yolda olanlar nə qədər çox yol getsələr, mənzil başından bir o qədər uzaqlaşarlar.) Biliklə bir işi görən işıqlı yolda addımlayan kimidir. Deməli, gözü olan insan (qəlbinin gözünü açaraq düşünüb iş görənlər) yolda hərəkət etdiklərini, yoxsa yolsuzluğa getdiklərini görməlidir. (İşin əvvəlində götür-qoy etməlidir. Allahın bəyəndiyi işlərdəndirsə, görməli, əks təqdirdə isə ondan uzaqlaşmalıdır.)
    Bil ki, hər zahir və aşkarın müqabilində batin və gizlin var. Zahiri yaxşı olanın batini də yaxşıdır. Zahiri çirkin və pis olanın batini də çirkin, natəmiz olar. (Bəzən də zahiri batininə uyğun olmur. Çünki) doğru danışan Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «Allah-təala bəndəni sevər (Öz rəhmətini onun halına şamil edər), onun əməlindən (haram və günahından) acığı gələr və (bəzən də) əməlini (yaxşı işlərini) bəyənər, onun sahibini sevməz». Bil ki, hər əməl, rəftar üçün bir bitki var və hər bitkinin də suya ehtiyacı var. Sular müxtəlifdir. Saf sudan içənin ağacı yaxşı, meyvəsi şirindir. Natəmiz və pis su içənin ağacı pis, meyvəsi acıdır.(اünki Allahdan əvvəl mِvcudiyyət olmayıb. Təsvir etmək, məsləhətlə؛mək və kِmək istəmək vücudu mümkün olanlara xas xüsusiyyətdir. )
    154-cü xütbə
    İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətlərindən biri və) yarasanın yaradılışının əsrarəngizliyi haqda olan xütbələrindəndir.
    Həmd O Allaha məxsusdur ki, vəsflər Onu tanımağın həqiqətlərində aciz qalıb, əzəmət və böyüklüyü ağılları (Onun dərkindən) tutub saxlayıb. Onun səltənət və hökmranlığının əslinə yol tapmayıblar. (Çünki ağıllar məhdud, O isə qeyri-məhduddur.) Odur (varlığı zəkalıların nəzərində) görünən, gözlərin gördüyü hər bir şeydən daha sabit və aşkar olan Allah, haqq və doğru olan padşah.(Xülasə, bütün məxluqlar Onun güc və qüdrəti altına keçərək Ona təslim oldular. )Ağıllar hədd və hüdudunu sübut etmək üçün Onun zatının əslini qavraya bilmədilər ki, bənzərini tapa bilsinlər. (Çünki onun həddi-hüdudu yoxdur.) Xəyallar onu təsvir etmək üçün Ona yol tapmadılar ki, Onun bənzərini xəyallarında canlandıra bilsinlər. (Çünki Onun oxşarı yoxdur ki, Ona bənzədilsin.) Məxluqları nümunəsiz (başqasının yaratdığı numunə olmadan və nəzərdə tutmaqla təsvir etmədən), başqası ilə məsləhətləşmədən və bir yardımçıdan kömək istəmədən yaratdı.(اünki camaatın çoxu batili, pozğunluğu istəyəcəyindən Allaha, Peyğəmbərə tabe olmaq onlara çətin gələcək. ) (İlahi) əmr və iradəsi ilə yaratdıqları nizamlandı, bərqərar oldu və Ona boyun əydilər. Əmrini qəbul edib rədd etmədilər və tabe olaraq boyun qaçırmadı-lar.(Ai؛ədə Həzrətə qar؛ı kin və dü؛mənçilik yaradan səbəblərdən biri bu idi ki, Həzrət Peyğəmbərə məscidə açılan qapıları bağlamaq əmr olunduqda bütün qapıları, hətta Əbu Bəkrin qapısını bağlayıb Əmirəl-mِmininin qapısını açıq saxlamı؛dır. Bundan ba؛qa, Əbu Bəkri Tِvbə surəsini oxumaq üçün Məkkəyə gِndərmi؛, sonra bu vəzifəni ondan alaraq Tِvbə surəsini Əmirəl-mِmininə vermi؛ və onu gِndərmi؛dir. Eyni zamanda, Fatimə əleyhas-salamın ِvladları olduğuna, Ai؛ənin isə heç bir ِvladı olmadığına gِrə Həzrət Peyğəmbər Fatimənin ِvladlarını ِz ِvladları bilirdi. Xülasə, bu qəbildən olan i؛lər Ai؛ədə həsəd və dü؛mənçilik yaratmı؛dı. Buna gِrə də İmam əleyhis-salam (sِzünü davam edərək bunları) buyurmu؛dur. ) Düşünüləsi, diqqət yetiriləsi, yaratdıqlarından biri də bizə göstərilən əsrarəngiz yaradılışlarından olan yarasalardakı qəribəlikləridir. (Onlarla bütün heyvanlar arasında fərq var. Çünki) hər şeyin gözünü açan gün işığı onların gözünü bağlayır, hər canlının gözünü bağlayan gecənin qaranlığı onların gözünü açır. Nur saçan günəşdən getdikləri yollara nur və işıqlıq istəməkdə, günəşin şəfəqləri saçan zaman istədiklərinə çatmaqda gözləri necə də kor və qaranlıqdır? Necə də Allah-təala günəşin şüalarının parıldamasıyla onları günəşin şəfəqlərinin saçdığı yerlərə getməkdən saxlamış, onları öz yerlərində gizlətmişdir? Onlar gündüzlər gözlərinin qapaqlarını oyuqlarına qoyaraq gecəni çırağa döndərib onunla ruzi axtarmaq üçün yola düşərlər. Gecənin qaranlığının zülməti onların gözlərinə mane olmaz (əksinə, hər şeyi görər), gecənin qaranlıq zülmətlərində getməkdən usanmazlar. Günəş öz rüxsarındakı pərdəni çəkdikdə (qaranlığı yox edərək parlayanda) şəfəqləri görünəndə, parıltısı və işıqları kərtənkələlərin də yuvasına çatanda (günəş hər yana saçanda) göz qapaqlarını gözlərinin ətrafına çevirər, gecənin qaranlığında topladıqları ilə kifayətlənərlər. Gecəni onlar üçün ruzi vasitəsinə, gündüzü isə istirahət, rahatlıq vasitəsinə çevirən, ehtiyacları olanda uçmaları üçün ətlərindən onlara qanadlar yaradan Allah pakdır. Qanadları sanki (insanın) qulağın ətinə bənzəyir, lələyi və sümüyü yoxdur. Ancaq damarların yerini aydın-aşkar görürsən (quşların qanadlarındakı lələklər əvəzinə yarasanın qanadlarında damarlar var). Onların iki qanadı nazik deyil ki, (qanad çalanda) cırılsın, qalın da deyil ki, ağır olsun (onların uçuşuna mane olsun). Balaları onlara yapışmış və sığınmış halda uçurlar. Anası əyləşəndə əyləşər, anası uçanda da uçar. Bədənləri güclənib qanadları uçmağa hazır olana kimi, həyatın yollarını və xeyirlərini bilənə qədər analarından ayrılmazlar. Xaliqliyi Ondan öncə qeyrisi tərəfindən yaradılmış nümunə olmadan bütün varlıqları yaradan pakdır. (Varlığı hikmətinə və məsləhətinə uyğun yaratmış-dır.)
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 778 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024