İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    155-ci xütbə
    İmam Əli əleyhis-salamın Bəsrə əhlinə xitabən buyurduğu və ağır hadisələrdən xəbər verdiyi kəlamlarındandır.
    O fitnə və pozğunluq dövründə kimin Allaha itaətə və bəndəliyə gücü çatarsa, bunu etməlidir. Mənə itaət edib tabe olsanız, mən Allahın istəyi ilə sizləri çox ağır və acı bir yol olsa da cənnət (əbədi ağalıq və səadət) yoluna aparacağam.(اünki onun mənə dü؛mən kəsilməsi üçün bəhanə Osmanın ِldürülməsi, dِyü؛məsi isə mənə bəslədiyi dü؛mənçilik və kinə gِrə idi. )O qadını (Aişənin mənə düşmən kəsilməsinin səbəbi budur ki,) qadınların düşüncəsinin süstlüyü yaxalamış, sinəsində kin və düşmənçilik dəmirçinin qazanı qaynayan tək cuşa gəlmişdir.(Qiyamətdə Allah-təala onun üçün əzab müəyyən etmi؛dir. Bu barədə Qur’ani-Kərimin Əhzab surəsinin 30-cu ayəsində buyurulur: يَا نِسَاءَ النَّبِيِّ مَن يَأْتِ مِنكُنَّ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا «Siz, ey Peyğəmbərin zövcələri. Sizdən hansı biriniz açıq-aşkar bir nalayiq iş görsə, onun əzabı çox və başqalarından ikiqat artıq olar. Bu, Allah üçün asandır!» ) Əgər onu mənə etdiklərini başqasına qarşı da görməyə vadar etsəydilər, bunu etməzdi.(Saleh əməllər imanın nəticə və səmərəsidir. Bu əməllərin mömin bir bəndə tərəfindən icra edilməsi onun qəlbində imanın olmasına dəlalət edir. ) Bundan (bütün bu çirkin əməllər, düşmən kəsilmək, fitnə törətmək, müsəlmanların qanını tökmək və bu kimi işlərdən) sonra belə, əvvəlki (Allahın peyğəmbərinin vaxtındakı) hörməti və böyüklüyü qalır, (peyğəmbərin zövcəsi və möminlərin anası olduğuna görə əməllərinin cəzasını vermirik. Ancaq axirətdə) hesabı və sorğu-sualı Allahladır.(Onun sahibi xeyrə çatır. Çünki imansız və əməlsiz elm insana Allahın rəhmətindən uzaqlaşmaqdan başqa bir şey vermir. )
    Bu sözlərin (iman barədə olan) bir hissəsidir
    İman yolu (Allaha və Peyğəmbərə meyl etmək) yolların ən işıqlısı (əbədi ağalıq və səadətə çatmaq üçün) və çıraqdan daha parlaqdır. (Yolçusu heç vaxt azmaz.) İman səbəbindən layiqli əməllərə yol açılır, layiqli əməllər imana yol göstərir.(Çünki başlanğıcı və məadı bilmək ölümü xatırlamağı tələb edir. Ölümü xatırlamaq ondan qorxmağa, qorxu yaxşı əməl və sözlərə, bu isə ölümün çətinliklərindən xəbərsiz cahildən fərqli olaraq əbədi səadətə çatmağa səbəb olur. Çünki cahilin bütün səyləri dünyaya sərf olunub və əbədi xoşbəxtlikdən məhrum qalmışdır. )
    (Səmərəsi saleh əməllər olan) iman səbəbindən elm və bilik abad olur.(Çünki dünya əməl meydanıdır və onda axirət üçün azuqə toplamaq, Allahın və Peyğəmbərin razılığını qazanmaq olar.. ) Elm səbəbindən ölümdən qorxu və xof yaranır.(Qur’ani-Kərimin Şuəra surəsinin 88-91-ci ayələrində buyurduğu kimi: يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ «Qiyamət elə gündür ki, nə mal-dِvlət, nə də oğullar bir fayda verməz! (88) Ancaq sağlam, küfr və günahdan təmiz bir qəlblə Allahın hüzuruna gələndən başqa! (89). Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılır (90). Cəhənnəm də azğınlara göstərilir (91)». ) Ölümün təsirindən dünya sona yetir. (Çünki məzar dünyanın son mənzili, axirət mənzilinin isə ilkidir.) Dünyanın vasitəsilə axirət (də əbədi səadət) əldə olunur.(Çünki hər kəsin ölümü və ruzisi müəyyən olunub, onda bir dəyişiklik olmaz. ) Qiyamət səbəbindən cənnət pərhizkarlara yaxın, cəhənnəm isə azğınlara və nəfspərəstlərə aşkar olar.(Hər sözü çox deyib eşitsələr, köhnələr. Yalnız bütün vaxtlarda təzə olan və qiyməti artan Allahın kəlamından başqa. ) O meydanda son mənzilə doğru (əbədi cənnətdə səadətli və xoşbəxt, cəhənnəm atəşində bədbəxt olmağa) tələssələr də camaatın qiyamətdən qaçıb canlarını qurtarmağa yeri yoxdur (hamı ora daxil olmalıdır).
    Bu sözlərin (qəbir əhlinin qiyamətdəki halı, camaatın yaxşı işləri görməyə və pis işlərdən çəkinməyə, Qurani-Kərimə tabe olmağa həvəsləndirildiyi, fitnə-fəsadın baş verəcəyi haqda Həzrət Peyğəmbərin buyurduğunun bəyan edildiyi) bir hissəsidir:
    (Qiyamətdə ölülər) qəbirlərdən çölə çıxar və son mənzillərinə (cənnətə və ya cəhənnəmə) gedərlər. Hər sarayın (cənnət və ya cəhənnəmin) öz əhli var. (Oraya getməyə hazırdırlar. Xoşbəxtlər və Allaha, Peyğəmbərə tabe olanlar cənnətə, bədbəxtlər və günahkarlar cəhənnəmə.) Onu başqa saraya çevirməzlər. (Cənnət əhli cəhənnəmə getməz, cəhənnəmdəkilər isə cənnətə gedə bilməzlər.) O saray¬dan çölə çıxmazlar. (Cənnət əhlindən olmaq istəyirsinizsə, Allaha, Peyğəmbərə tabe olub camaatı yaxşı əmələ və sözlərə yönəldin, nalayiq işlərdən çəkindirin. Çünki) yaxşı əməllərə dəvət və pis işlərdən çəkindirmək Allahın bəyəndiyi, sevdiyi xasiyyətlərdən olan iki sifət və əxlaqdır. (İlk baxışda heç bir ziyanı olmayacağı halda xeyir işlərə dəvət etmək və pis işlərdən çəkindirməkdən qorxmaq doğru deyil. Öldürüləcəyini və ruzisinin azalacağını ehtimal etmək də yersizdir. Əksinə, bilmək lazımdır ki,) bu iki iş ölümü yaxınlaşdırmaz və ruzini azaltmaz.(Ühüd Mədinə şəhərində Şam yolunun üstündə bir dağın adıdır. Orada hicrətin üçüncü ilinin şəvval ayının əvvəllərində Qüreyş qəbiləsinin kafirləri ilə müsəlmanlar arasında döyüş olmuşdur. ) (Dinin hökmlərini öyrənmək üçün) Allahın Kitabı (Qurani-Kərimə müraciət) sizinlə olsun. Çünki Allahın Kitabı (bəndənin Allahla birləşməsi üçün) möhkəm (heç vaxt qırılmayacaq) bir kəndir, (haqq yolda hərəkət üçün) aşkar (qaranlığın yol tapmadığı) bir nur, (Allah və peyğəmbərin elmində cahil və nadan olmaq xəstəliyinə) şəfa bəxş edən dərman, (haqq elm və maarifinə təşnə olanlar üçün) susuzluğu aradan götürən sirablıq, (ona) əl uzadana (xəta və büdrəmələrdən) qoruyucu, ondan asılan (hökmlərinə tabe olan) üçün (ilahi əzabdan) nicatdır. Onda əyrilik yoxdur ki, düzəlsin. (Onda ixtilaf tapılmaz ki, düzəlişə ehtiyac olsun.)
    Haqdan, həqiqətdən dönmür ki, ondan əl çəkilsin. (Dillərdə) çox təkrarlanmaqdan və qulaqları döyməkdən köhnəlməz.(Çünki onlar şərab, rüşvət və sələmin halal olduğunu demirlər ki, dinin zəruri bildiklərini inkar edib kafir olsunlar. Əksinə, öz səhv yollarına görə şərabı üzüm suyu, rüşvəti hədiyyə, sələmi isə alverin xeyiri sanırlar. Üzüm suyu, hədiyyə və alverin xeyri dində halal olduğundan onları da halal bilirlər. ) Onu dilinə gətirən doğru danışandır. (Çünki Qurani-Kərimdə həqiqətə zidd heç nə bəyan olunmamışdır.) Hər kim ona tabe olsa, (əbədi cənnətə) önə keçmişdir (xilas olmuşdur.). (Seyyid Rəzi buyurur:)
    Bir kişi (İmam əleyhis-salam danışarkən) üzü Həzrətə dayanıb dedi: «Bizə fitnələrdən xəbər ver. Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) onun necə olacağı barədə soruşmusanmı?» Sonra İmam əleyhis-salam buyurdu: «Pak olan Allah (Ənkəbut surəsinin 1 və 2-ci ayələrində) الم أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ «Əlif, lam, mim! Mənəm böyük Allah. İnsanlar yalnız (Allaha və peyğəmbərə) «İman gətirdik!» -demələri ilə onlardan əl çəkiləcəyinimi sanırlar? Onlar (fitnə-fəsadla) imtahan olunmayacaqlarmı?» kəlamını buyurduqda bildim ki, Həzrət Peyğəmbər - səlləllahu əleyhi və alih - bizim aramızda olduqca həmin fitnələr başımıza yağmayacaq. Sonra soruşdum: «Ya Peyğəmbər! Allahın sənə, haqqında xəbər verdiyi bu fitnələr nədir?» Buyurdu: «Ey Əli! Məndən az sonra ümmətim (səhv düşüncələrin təsirindən) fitnə və pozğunluğa düşəcək.» Sonra dedim: Ya Peyğəmbər! Ühüd günündə(Çünki Ona şükr edib xatırlayan hər bir insan Onun daha çox yaxşılığını qazanır, saysız nemətlərini, böyüklüyünü başa düşür. ) bir dəstə müsəlman şəhadət məqamına çatanda, mən Allah yolunda öldürülməkdən saxlandıqda, öldürülmə¬məyim mənə ağır gələndə (buna görə qəmgin olanda) mənə «müjdələr olsun sənə ki, bundan sonra öldürüləcəksən» deyə buyurmadınmı?» Sonra mənə buyurdu: «Dediklərin doğrudur. Şəhidliyi qəbul edərkən dözümün necə olacaq?» Dedim ki, «ya Peyğəmbər! Bu iş səbrlik deyil, müjdə və şükrdür. (Allah yolunda öldürülmək mənim üçün ən böyük nemət və ilahi bəxşişdir.) Sonra buyurdu: «Ey Əli! Məndən sonra müsəlmanların var-dövlətləri ucbatından fitnə-fəsada düşəcəkləri gün yaxındadır. (Mal-dövlətin azlığı və çoxluğu, halal və ya haram yolla qazanılması, xeyir və şər işlərə sərf edilməsi ilə sınağa çəkiləcəklər.) Dindarlıqlarına görə Allaha minnət qoyub, Onun rəhmət və mehribanlığını Onun qəzəbindən amanda, asudə qalmağı arzulayarlar (halbuki dində qorxu, həmçinin Allaha və Peyğəmbərə itaətsizliklə rəhmət arzusunda olmaq səhvdir). Onun qəzəbindən xatircəm olarlar (halbuki Onun qəzəbindən xatircəm olmaq və rəhmətindən uzaqlaşmaq da rəhmətinə ümidsiz olmaq kimi böyük günahlardandır). Nadürüst şübhələrə və (haqdan və qiyamət gününün cəzasından) qəflətə salan istəklərə görə haramı halal edəcəklər. Sonra (buna görə də) şərabı üzüm və xurma suyu(-na bənzətməklə), rüşvəti hədiyyə və ərməğan, sələmi alver adı ilə halal sayacaqlar.» Sonra dedim: «Ey Allahın Peyğəmbəri! Elə bir zəmanədə onları hansı təbəqənin insanları sayım? Onları mürtəd və kafir, yoxsa fitnəyə uyanlar hesab edim?» Buyurdu ki, (dində) «fitnə və sınaq» məqamında olanlardan.(Yaxşı və pis yolu Qur’ani-Kərimdə bəyan edib, Peyğəmbər və onun vəsilərinin sözlərini əliniz yetən yerdə qoydu. )
    156-cı xütbə
    İmam Əli əleyhis-salamın (öyüd-nəsihət, günahlardan çəkinmək və axirətə azuqə toplamaq barədə) olan xütbələrindəndir.
    Şükrlər O Allaha məxsusdur ki, şükr etməyi Özünü xatırlamağın açarına, yaxşılıq və bəxşişi artırma vasitəsinə, nemət və böyüklüyünə aparan yola çevirmişdir.(Böyük Allah Qur’ani-Kərimin Bəqərə surəsinin 197-ci ayəsində buyurur: وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ Tədarük gِrün. Ən yax؛ı tədarük isə təqvadır Ey ağıl sahibləri, Məndən qorxun! Və günahlardan çəkinin». ) Ey Allah bəndələri! Ruzigar indikilərdən də əvvəlkilərdən ötən kimi ötəcəkdir. (Sizdən əvvəlkilər öldülər, siz də diri qalmayacaqsınız.) Gedən (keçən ömür) geri dönməz, olan isə (yaxşı, yaxud pis) həmişə qalan deyil. Onun sonunun rəftarı ilkinki kimidir. (Keçmişdəkilər və gələcəkdəkilərlə eyni cür rəftar olunacaq.) İşləri bir-birini ötər, nişanələr isə bir-birinin yanındadır. (Onun işləri tez məhv olar. Deməli, ağıllı insanlar ruzigarın gərdişindən ibrət alaraq ona ürək bağlamasınlar. Dünya yoxluğa və yenilməyə elə sürətlə gedir ki,) sanki qiyamətdəsiniz. Sizləri sarvan doğuşlarından yeddi ay keçmiş və südləri qurumuş dəvələrini qovan kimi qovur. (Hamiləliyinin son aylarında olduqlarına görə mehribanlıqla, yavaş-yavaş sürülən dəvələrdən fərqli olaraq bu dəvələri yüngül olduqlarından bərk, sürətlə qovurlar.) Başını başqa şeylərlə (nəfsi istəklər və dünyanın bər-bəzəyi ilə) qatanlar bədbəxtliyin zülmətində sərgərdan qalar, (xilas ola bilməyəcəyi) pozğunluqlarla qarışar. (Azdıranların) şeytanları onu itaətsizliyə məcbur edər, pis əməlini gözündə bəzəyər. (Ey öz başını başqa şeylərlə qatan, bil ki, ibadət və bəndəlikdə) öndə gedənlərin sonu cənnətdir, təqsirkarların (günahkarların) sonu isə atəşdir. (Əbədi cənnət yalnız günahlardan çəkinilməklə qazanıldığına görə buyurur:)
    Ey Allah bəndələri! Bilin ki, təqva və günahlardan çəkinmə möhtərəmliyin hasarlı sarayı, günahkarlıq isə öz sakinini (bəla və çətinliklərdən) saxlamayan, ona pənah gətirəni qorumayan hasarlı zəlil saraydır. Agah olun, pərhizkarlıq günahların zəhərli dişindən uzaqlaşdırar, yəqinlik və inamla (Allaha və peyğəmbərə iman gətirməklə) yüksək məqamların sonu (əbədi cənnət) əldə olunar.
    Ey Allah bəndələri, Allahdan qorxun! Sizlərə ən əziz olan insanlar və onlardan sizin üçün ən sevimlisindən ötrü qorxun Allahdan (özünüzü fikirləşib öz hayınızda olun. Çünki təbii olaraq, heç kəsə özündən daha əzizi və sevimlisi yoxdur). Çünki Allah sizin üçün haqq yolunu aşkar edib onun yollarını işıqlandırdı.(Deməli, ağıl sahibləri dünyanı sevmək üçün bu qədər səy gِstərməz, var-dِvlət toplamağa çox çalı؛ıb, ِz əziz ِmrünü hədərə sərf etməz. ) Deməli, (işinizi asan sanmayın ki, ölümdən sonra ya) bədbəxtlik və zavallılıq yol yoldaşınız olacaq (Allahın və Peyğəmbərin göstərişlərinə uyğun rəftar etməyənlər üçün), ya da əbədi səadət və xoşbəxtlik (Allaha və peyğəmbərə itaət edənlər üçün). Belə isə, məhv olan günlərdən (dünyadan) qalacaq günlər (axirət) üçün azuqə yığın ki, azuqə yığmaq yolunu sizin üçün qoyublar.(Qur’ani-Kərimin Muzzəmmil surəsinin 17-ci ayəsində buyurulur: فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا «Küfr etmi؛ olsanız, u؛aqları qocalara dِndərəcək gündən ِzünüzü necə qoruyacaqsınız?!» Bu həmin günün çox ağır və qorxulu olmasına i؛arədir. ) (Bu dünyadan) köçməyə məhkumsunuz və sizin (bu dünyadan) getməyiniz üçün tələsirlər. Deməli, siz dayanmış (getməyə hazır olan və), getməyə nə vaxt hökm olunacağını bilməyən atlılar kimisiniz (bu dünyadan gedəcəksiniz).
    Agah olun: axirət üçün yaradılmışın dünya ilə nə işi var? Tezliklə ondan alacaqları, günahının ziyanı və sorğu-sualının qalacağı var-dövləti neyləyir?!(Qur’ani-Kərimin Nur surəsinin 24-cü ayəsində buyurulduğu kimi: يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا يَعْمَلُونَ «Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində (onların əleyhinə) şəhadət verəcək».)
    Ey Allahın bəndələri! Allahın vəd etdiyi xeyir və mükafat (itaət və bəndəlik) tərk olunası deyil. (Çünki Allahın fəziləti və yaxşılığı ən böyük, ən yaxşı ehsandır.) Pislik və cəzadan çəkindirdikləri (günah və itaətsizlik) isə istəniləsi deyil. (Çünki Allahın cəzası ən ağır cəzadır.) Ey Allah bəndələri, əməllərə görə haqq-hesab olunacaq gündən çəkinin (hər kəsin əməl dəftərinə baxıb, onların ən xırda yaxşı və pis əməllərini araşdıracaqlar). Həmin gündə saysız-hesabsız iztirab və narahatlıq olar, uşaqlar qocalarlar.(Qur’ani-Kərimin Qaf surəsinin 16-18-ci ayələrində buyurulur: وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيد إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ مَا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ «Biz insana ؛ah damarından da yaxınıq! İki mələk onu əhatəyə almı؛ və həmi؛ə biri sağında və biri solundadır. Elə bir sِz danı؛maz ki, yanında bir hazır ke؛ikçi olmamı؛ olsun. Bu hِccəti tamam etmək üçündür, yoxsa Allah hər ؛eydən, onun xırdalıqlarına qədər agahdır. ) Ey Allahın bəndələri, bilin ki, sizə özünüzdən olan gözətçilər və əndamınızdan olan casuslar qoyulub.(Qısası, həmin gün haqq-həqiqət olan üzə çıxacaq, cəza və mükafatdan çatası olanı çatacaqdır. )(Mələklərdən) qoruyucular var ki, sizin əməllərinizi və nəfəslərinizin sayını düzgünlüklə qeydə alırlar (yazırlar).(Allah tərəfindən peyğəmbər gِndərilmədiyi, camaatın azğınlıq və nadanlıq yoluna qədəm qoyaraq peyğəmbərlərinin sِzlərini unutduqları bir vaxt, Allah Həzrət Mustafanı (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi.) Gecənin qaranlığı sizin tükünüzü belə bu mələklərin gözündən yayındırmaz, möhkəm bağlanmış böyük qapı sizi onlardan gizlətməz. (Qısası, hər yerdə və həmişə sizinlədirlər. Dünya keçici olduğuna görə) sabah (ölüm) bu günə yaxındır.
    Bir gün onda olanlarla (yaxşı-pis, xeyir-ziyan) keçir, sabah da onun ardınca gəlir. (Sabahın yaxın olmağı və ölümün çatması elədir ki,) sanki, sizlərdən hər biriniz torpaqdan olan tənha mənzilinə və gorunun çuxuruna çatmışdır. Heyhat, tənha eviniz, qorxunc mənziliniz və kimsəsiz məkanınızdan. Sanki (qiyamət gününün hamını dirildən uca səsi) fəryadlar qulağınıza çatmış, qiyamət sizi tapmış və haqla batil arasında hökm vermək üçün üzə çıxmısınız (qəbirlərdən çıxmısınız). Bu vaxt sizdən (yersiz) bəhanələr və nadürüstlüklər (əbəs sübutlar) uzaqlaşmış, aradan getmiş və həqiqətlər sübut olmuşdur. Sizin hər yaxşı və pis işiniz öz yerinə qayı-dar.(Qur’anı, onun tə’vilini, nasix və mənsuxunu, mِhkəm və mütə؛abihini, zahir və batin ayələrini biləndən hər nə istəyirsiniz soru؛un ki, sizə bəyan etsin)Belə isə, (ölüm və ondan sonrakı çətinliklərdəki) ibrətlərdən dərs alın, ruzigarın dəyişməsindən öyüd götürün və (Allah və Peyğəmbərin) qorxutmağından faydalanın. (Elə bir iş görün ki, özünüzü ilahi əzabdan qurtarasınız.)
    157-ci xütbə
    İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsi və Qurani-Kərimin tərifi haqda) xütbələrindəndir.
    Allah-təala bir müddət peyğəmbərin gəlmədiyi, camaatın müxtəlif firqələrinin qəflət, azğınlıq və nadanlıq yuxusunun uzandığı, möhkəm özüllərin (ilahi hökm və göstərişlər) viran olduğu vaxtda peyğəmbərini göndərdi.(Xülasə, Allah-təala onların nemət və dِvlətini əziyyət və çətinliyə, ؛adlıqlarını qorxuya, asayi؛lərini dِyü؛də məğlubiyyətə dِndərəcək. Bu, onların dünyadakı cəzasıdır, axirətdə isə ilahi əzaba mübtəla olacaqlar. )Peyğəmbər əlində olanla və itaət etməli olduqları nuru təsdiqləyib etiraf etməklə camaata tərəf gəldi. O (əlində olan və Həzrətin peyğəmbərliyinin sübutu, nadanlıq və azğınlıq zülmətini işıqlandıran) Qurandır. İstəyin ki, dilə gəlsin.(Bəni-Abbas tərəfindən məğlub edildikdən sonra bir daha hakimiyyətə gəlməyəcək və bədbəxtliyə, çarəsizliyə mübtəla olacaqlar.  ) Heç vaxt (Quran öz-özünə və həqiqi şərhçi olmadan) dilə gəlməz, ancaq (biz Əhli-Beyt onun həqiqət və sirlərini bildiyimizə görə) mən sizlərə ondan xəbər verirəm (onun elm və hökmlərini bəyan edirəm). Agah olun, Qurandadır (bundan sonra) gələnin elmi, keçmişin xəbərləri (səmaların və yerin, onun üzə¬rində olanların yaradılışı, sizdən öncəkilərin vəziyyəti), dərdin (nadanlıq və azğınlığın) dərmanı və sizə aid olanların (dünya və axirət işlərinin, xeyir və ziyanların) nizama salınması.
    Bu xütbənin (Bəni-Üməyyə, onların zülmkarlıqları və hakimiyyətlərinin süqutu barədə olan) bir hissəsidir
    O zamanlarda (Bəni-Üməyyənin camaata hakim kəsiləcəyi vaxt) zülmkarların qəm, kədər, çətinlik və səfalət gətirmədikləri nə gildən bir ev, nə də bir çadır ev (şəhərlərdə tikilən ev və biyabanlarda salınan çadırlar) qalmayacaq. Həmin zəmanədə göylərdə onlar üçün üzr istəyən, yerdə isə kömək edən qalmayacaq. (Zülm hər yanı bürüdüyünə görə səma və yer əhli qarğış edəcək. Sonra Allah-təala onların kökünü kəsib pərən-pərən salacaq. Onların hakimiyyətləri dövründə törətdikləri zülm isə onun nəticəsidir ki,) siz xəlifəliyə layiq olmayan adamı seçmisiniz və (dünyada dost və haqq əhlinə düşmən olduğu halda) onu özü üçün olmayan bir yerdə əyləşdirmisiniz. Allah-təala zülm edənlərdən (istər Bəni-Üməyyə olsun, istərsə də qeyriləri) tezliklə intiqam alacaq, yeyiləndən yeyilənlə, içiləndən içilənlə. (Çox acı bitki olan) Hənzəlin yeyilənlərindən və (acı olan) səbr ağacının şirəsinin zəhər dadan içilənlərindən. Geyilənlərdən isə qorxu libası və qılınc paltarı.(اünki hِkmdarın yax؛ı insanları mükafatlandırmaq və pis əməl sahiblərini bağı؛lamaqdan ba؛qa çarəsi yoxdur. ) (Çünki) onlar günah yükünü çəkən heyvan və günah azuqəsini daşıyan dəvələrdir. (Buna görə də) and içirəm, bir daha and içirəm ki, Bəni-Üməyyə məndən sonra xəlifəliyi ağızdan çölə atılan sinə xıltı kimi atacaq (əldən verəcək). Ondan sonra isə onu heç vaxt dadmayıb, gecə və gündüz bir-birini əvəz edənə qədər onun dadını bilməyəcək.(Hər bir halda Sənə ؛ükr etmək lazımdır. اünki Sənin insandan almağın, ona bağı؛lamağın, sağaltmağın və xəstəlik verməyin hikmət və məsləhətdir. Hər biri ِz-ِzlüyündə ؛ükrə və tə؛əkkürə layiq olan nemət, bəx؛i؛dir. )
    158-ci xütbə
    İmam Əli əleyhis-salamın (camaatla mehribanlıq və ünsiyyət barədə buyurduğu) xütbələrindəndir.
    Mən sizlər üçün yaxşı yoldaş və tərəf müqabili olub sizi öz səylərimlə arxadan qorudum. (Gələcək pozğunluqdan və hadisələrdən xəbərdar etdim ki, özünüzü onlara düçar etməyəsiniz.) Sizləri zillət, xarlıq kəndirlərindən və zülm, sitəm zəncirlərindən (çirkin olmaqdan) xilas etdim. Bu (sizlərin etdiyiniz) az sayda yaxşılıqların müqabilində təşəkkür etdiyimə, mənim yanımda törətdiyiniz və gözlərimlə gördüyüm çoxlu çirkin işlərinizə göz yummağıma görədir.(Qur’ani-Kərimin Bəqərə surəsinin 255-ci ayəsində buyurulur: لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ «Onu nə yuxuqabağı süstlük, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, hamısı Onun üçündür. Onların varlığı Onun iradə və qüdrətindədir».)
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 672 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024