İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    159-cu xütbə
    İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətləri haqda) xütbələrindəndir.
    Allahın əmri lazımi (rədd edilməyən) və Onun məsləhətinə, razılığına uyğun hökm, mehribanlıq və (bəlalardan, çətinliklərdən) əmin-amanlıqdır. Elm və bilik əsasında (hər şeyin) hökmünü buyurur. Helm və səbrlə (əfvə layiq günahı) bağışlayır. İlahi, aldığın və bəxş etdiyin hər bir şeyə, məlhəm verdiyin və mübtəla etdiyin xəstəliklərə görə Sənə şükrlər olsun.(Qur’ani-Kərimin Ən’am surəsinin 103-cü ayəsində buyurur: لاَّ تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَار وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ «Gِzlər Onu dərk etməz. O, gِzləri dərk edər. Odur hər ؛eyi gِrən və gizlinləri bilən!» ) Elə bir şükr ki, Sənin üçün ən bəyənilmiş, Sənə doğru ən sevimli, Sənin yanında ən üstün şükr olsun. Elə şükr ki, (səmada və yerdə) yaratdığını doldursun, istədiyinə çatsın. Elə şükr ki, Səndən gizlədilməz və hüzurunda yasaq olunmaz. Elə şükr ki, onun sayı kəsilməz, kömək və yardımı yox olmaz. (Qısası, Sənə hər şükrdən üstün olan şükrlə şükr edirəm.) Deməli, (nə qədər çalışsaq da Sənin Allahlığına layiq şükr edə bilmərik. Çünki) biz Sənin böyüklük və əzəmətini dərk etmirik.Yalnız bunu bilirik ki, hər bir şey (imkan və ehtiyaca görə) Səninlə dirçəlib, Sənə bağlıdır, Sənin yuxudan qabaq süstləşmədiyini (mürgüləmədiyini), yuxuya getmədiyini bilirik.(Qur’ani-Kərimin Mucadilə surəsinin 6-cı ayəisndə buyurur: يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ «Allahın bütün bəndələri dirildəcəyi, etdikləri əməlləri onlara xəbər verəcəyi günü yada sal. Allah onların əməllərini qeydə almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər bir şeyə şahiddir!»)Düşüncələr Sənin əslinə və zatına çatmayıb, heç bir göz Səni anlamayıb, gözləri Sən anlamısan.(Qur’ani-Kərimin Rəhman surəsinin 41-ci ayəsində buyurur: يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ «Günahkarlar ni؛anələrdən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar.» Qiyamətdə mələklər onları əlamət və ni؛anələrinə gِrə tanıyacaq, kəkillərindən tutub arxadan ayaqlarına bənd edərək cəhənnəmə atacaqlar. )(Bəndələrin) əməllərin hesabını saya alırsan.(Xülasə, əgər bir kimsə hər i؛dən əl çəkib bütün dü؛üncəsini xilqətin həqiqət və sirlərindən yalnız birini dərk etməyə yِnəltsə, heyran və sərgərdan qalar. O ki qalsın onların hamısını ba؛a dü؛məyə. ) (Günahkarları) kəkillərindən və (əməllərinin cəzası üçün) ayaqlarından tutarsan.(Bu ؛əxs düz desəydi, Allahın razılığını qazanmağa çalı؛ardı və Onun qəzəbinə səbəb olan i؛ gِrməzdi.) Sənin yaratdıqlarından gördüyümüz, onun üçün işlətdiyin güc və qüdrətdən heyrətə gəlməyimiz, onu səltənət və hakimiyyətinin böyüklüyü sanaraq vəsf etdiyimiz nədir ki? Bir halda ki, bizdən gizlin olanlar, gözlərimizin görmədiyi və ağıllarımızın onda durub qaldığı (dərk etmədiyi), bizimlə onların arasında pərdələrin asıldığı şeylər daha böyükdür. Hər kəs ürəyini boşaldıb (heç nəyə diqqət yetirməyib) öz ərşini (yeddi göyün üstündəki) necə yaratdığını, məxluqlarını necə xəlq etdiyini, səmalarını havada necə asılı saxladığını, su dalğasının üstünə necə bəzək vurduğunu bilmək istəsə gözləri çönüb qalar, ağlı məğlub olar, qulağı işdən düşər və düşüncəsi sərgərdan qalar.(Güman edirsən ki, etinasızlıq gِstərərək səni ümidsiz qoyar? Bu gümanın ِzü bِyük xətadır. اünki Onun fəzl və rəhməti, xəbər verdiyi kimi, yax؛ı əməl sahiblərini ümidsiz qoymaqdan yüksəkdir. )
    Bu xütbənin (sözü əməli ilə uyğun gəlməyənin iddiasının rədd edildiyi, camaatın dünyaya ürək bağlamamağa və peyğəmbərlərə itaətə həvəsləndirildiyi) bir hissəsidir
    (Camaat arasında eləsi var ki, nəfsi istəklərinə tabe olaraq günahın içində itib-batmışdır. Bununla belə) öz gümanı ilə Allaha ümid bağladığını iddia edir! Böyük Allaha and olsun ki, yalan danışır! Necə ola bilər ki, ümidinin Allaha olması onun əməl və rəftarında görünməsin?(Bəndədən qorxduğuna gِrə onu razı salmağa və qəzəbini uzaqla؛dırmağa çalı؛ar, ancaq Allahdan qorxmalı olduğu yerdə ürəklənərək i؛i ba؛qa günə saxlayar. ) Hər kəsin (nəyə) ümidvar olduğu əməlindən üzə çıxar, yalnız Allaha olan saf deyil, qarışıq ümiddən başqa. Hər qorxu aydın olar (onun nişanələri qorxanda görünər), yalnız Allahdan olan namünasib qorxudan başqa (qorxan kimsədə qorxudan əsər-əlamət görünmür). Böyük işlərdə ümidini Allaha bağlayır (əbədi cənnətdə yüksək məqamlarla birgə iki dünya rahatlığını arzulayır) və kiçik şeylərdə (fani dünya malında ümidini) Allahın bəndələrinə bağlayır. Allahın bəndəsi ilə elə rəftar edir (təvazökarlıq və itaət göstərir) ki, Allaha qarşı elə etmir. Allahın şəninə nə olub ki, bəndələri üçün edilən (təvazökarlıq və ümid) Ondan əsirgənir? Allaha ümid bəsləməkdə yalançı olmağa qorxursan?(Onun yolunda hərəkət edənlərdir. Qur’ani-Kərimin Ali-İmran surəsinin 31-ci ayəsində buyurulduğu kimi: قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ De ki: «Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir!» ) Yoxsa Onu ümid bəsləməyə layiq bilmirsən? (Əgər Onu öz ümidini doğrultmaqda aciz sanırsansa, bu, əsl küfrdür.) Allahın bəndələrinin birindən qorxan, bu qorxuya görə də onunla Allahı ilə etmədiyi rəftarı edən bəndənin halı da Allaha ümidvar olduğunu iddia edən kimsənin halı kimidir.(Çünki Allah-təalanın Özünün mə’sum və hər xətadan ucada və pak olan ən yaxşı məxluqunu xar etməsini düşünmək necə mümkündür? )Deməli, bəndələrdən olan qorxusunu nağd və mövcud, Allahın qorxusunu isə nisyə və vəd sanmışdır. Həmçinin nəzərində dünyaya əhəmiyyət verən, onun mövqeyi qəlbində böyük yer tapan, onu (malını) Allahdan (Allahın bəyəndiyi itaət və ibadətdən) üstün tutan, yalnız ona yönələn və ona (sahib olan hər kəsə) bəndəlik, itaət edən də Allaha ümid bəslədiyini iddia edən kimsə kimidir. (Çünki ümidi və qorxusu dünyadan, dünya sahiblərindəndir.)
    Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) ardınca getmək sənə kifayət edər. Dünyanın məzəmməti, onun eybli olması, rüsvayçılıq və pisliklərinin çoxluğunda sənin üçün sübut və yol göstərən olar. Çünki onun ətrafı (bağlılıq və sevgi) o Həzrətdən alınmış və onun tərəfləri (onun hər şeyinə bağlılıq) o böyük şəxsiyyətdən qeyrisi üçün hazırlanmışdır. Südünü (onun ləzzətini) içməsi qadağan olunmuş, onun bəzək-düzəklərindən uzaqlaşdırılmışdır. Bir daha peyğəmbərin ardınca getmək istəsən, Allahla danışmış (buna görə də Kəlimullah ləqəbi verilmiş) Musa əleyhis-salamın ardınca get. O demişdir: (Qurani-Kərimin Qəsəs surəsinin 24-cü ayəsi) رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ -Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam». Allaha and olsun, Musa Allahdan yeməyə çörəkdən başqa bir şey istəmədi. Çünki torpaqda bitən otu yeyirdi. Arıqlığına, ətinin azlığına görə otun yaşıllığı qarnının daxili dərisinin nazikliyindən görünürdü. Əgər üçüncü dəfə itaət etmək istəyirsənsə, Zəburun sahibi və cənnət əhlinin xanəndəsi olan Davud əleyhis-salama itaət et. Öz əlləri ilə xurmanın liflərindən zənbillər toxuyaraq yoldaşlarına deyərdi: «Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edər? Onların puluna alınandan onun xörəyi bir arpa çörəyi idi. İsa ibn Məryəm əleyhis-salama tabe olmaq istəyirsənsə, de (yadına sal) ki, (yatarkən) daşı başının altına qoyaraq yastıq edərdi. Cod paltar geyinər, dadsız xörək yeyərdi. Yavanlığı aclıq idi (son dərəcə ac olanda yemək yeyərdi ki, onu yeməkdən ləzzət alsın və əlavə yavanlığa ehtiyacı olmasın). Gecələr onun çırağı ayın işığı idi. Qışda daldalanacağı günəşin doğduğu və ya qürub etdiyi yer idi. (Evi yox idi.) Onun ətirli meyvə və göyərtisi yerin heyvanlar üçün bitirdiyi ot idi. Nə onu fitnə və fəsada salmağa arvadı var idi, nə də kədərləndirməyə övladı. Nə var-dövləti var idi ki, onu (Allaha diqqətdən) döndərsin, nə (dünya və onun əhlinə) tamahı yox idi ki, onu xar etsin. Onun miniyi iki ayağı (piyada gedərdi), xidmətçiləri isə iki əli idi. (İstədiyi hər işi özü görürdü.)
    (Peyğəmbərlərin üslubunun bəyanından əvvəl Həzrət Məhəmməd peyğəmbərin dünyaya bel bağlamamaq yolunu ümumi şəkildə bildiyinə görə, bir daha eşit:) Daha yaxşı və (bütün məxluqlardan) daha təmiz olan öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) tabe ol, o böyük şəxsin ardınca get. Çünki o Həzrət tabe olan üçün itaətə layiqdir. Onunla bağlılığı olmasını istəyən üçün ən layiqli bağlılıqdır. (Onun səbri və dözümü dözümlü insan üçün nümunədir.) Allah yanında ən sevimli bəndələr öz peyğəmbərlərinə tabe olub onun nişanələrinin ardınca gedənlərdir.(عِنْدَ الصَّباحِ يُحْمَدُ الْقَوْمُ السُّرى cümləsi rahatlıq tapmaq üçün əziyyətə qatlaşan haqda işlədilən məsəldir. Karvan yayın istisində gecələr yol gedib əziyyət çəkdikdə, səhər erkən mənzil başına çatdıqda istinin ağırlığından xilas olduqları kimi eşidənlərin təqdiri ilə rastlaşacaqlar. )(Ancaq Həzrətin nişanəsi bu idi ki,) dünyanın tikəsini dişlərinin ətrafı ilə yeyərdi (ağız dolusu yeməzdi. Dünyada istifadə etməyə məcbur olduğundan çox istifadə etməzdi). Dünyaya gözünün ucu ilə baxardı (dünyaya heç cür ürək bağlamazdı). Bel baxımdan ən arıq və qarın baxımdan dünyanın ən ac insanı idi. Dünya ona təklif olundu, (Allah-təala Cəbrailin vasitəsilə dünyanı seçməyi ona təklif etdi). O isə onun qəbulundan imtina etdi. Allah-təalanın bir şeyi (dünya sevgisini) düşmən saydığını bil¬dik¬də, o da düşmən sandı. Xar bildiyini o da xar bildi. Ki¬çik qərar verdiyini o da kiçiltdi. (Buna görə də) Bizdə Allah və Peyğəmbərin düşmən sandığı dünya sevgisindən, Allah və Peyğəmbərin kiçik bildiyi dünyanı böyütməyimizdən baş¬qa bir şey olmasaydı belə, bunlar Allaha itaətsizlik və Onun fərmanına qarşı çıxmaq üçün bəs edərdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) quru yerdə (süfrə açmadan) yemə¬yini yeyər, bəndə kimi oturardı. (Dizi üstə oturardı və ayağını ayağının üstünə aşırmazdı.) Öz əli ilə ayaqqabısının cırığını tikər, paltarına yamaq vurardı. Çılpaq uzunqulağa minər, təkinə də (başqasını) alardı. Evinin qapısından surətlərin təsvir edildiyi pərdə asmışdı. Sonra arvadlarından birinə buyurmuşdur: «Ey qadın, bu pərdəni mənim gözümdən gizlət. Çünki gözüm ona sataşanda dünyanı və onun bəzək-düzəklərini yada salıram». Ürəkdən (doğrudan) dünyadan uzaq durmuş, onun xatirəsini özündən uzaqlaşdırmışdı. Onun bər-bəzəyinin gözünün önündən itməsini istəyirdi ki, həmin gözəl paltardan təsirlənməsin və oranın dinclik yeri olmasına inanmasın, orada ləngiməyə ümid bağlamasın. Onu (ona məhəbbəti) özündən qopararaq ürəyindən uzaqlaşdırdı və (bər-bəzəklərini) gözünün önündən itirdi. (Çünki ona qarşı çox bədbin idi.) Bir şeyi düşmən bilən (kəsin rəftarı) belədir. Ona gözü sataşmaqdan, yanında adının çəkilməsindən acığı gəlir.
    Allahın peyğəmbərinin (səlləllahu əleyhi və alih) yolunun hər anı dünyanın pislik və çirkinliklərində sənin yol göstərənindir. Çünki o Həzrət dünyada öz yaxınları (Əhli-Beyti) ilə qarın dolusu yemədi, məqam və (Böyük Allahın yanında) rütbəsinin böyüklüyünə rəğmən onun bər-bəzəkləri o Həzrətdən uzaqlaşdı. Belə isə, düşünən kimsə öz ağlına müraciət edərək baxmalıdır ki, Allah-təala Məhəmmədi (səlləllahu əleyhi və alih) bu vəziyyəti ilə sevdi, yoxsa xar edərək kiçik sandı? Əgər desə ki, «xar etdi», böyük Allaha and olsun, yalan danışaraq böyük böhtan atmış olar.(Lazımsız yerdə və biz düşmənlə döyüşə məşğul olduğumuz çətin bir vaxtda elə bir mətləb soruşursan ki, ona cavab verməyə fürsət yoxdur. ) Əgər «onu sevmişdir» desə, bilməlidir ki, Allah-təala o Həzrətdən qeyrisini dünyanı ona bağışlamaqla xar etdi. Deməli, itaətkar öz peyğəmbərinə tabe olmalı, onun nişanələrinin ardınca getməli, gəldiyi hər bir yerdə ona qoşulmalıdır. (Sözləri və əməlləri onun göstərişinə uyğun olmalıdır.) O Həzrətin ardınca getməsə, (dünya və axirətdə) puç olmaqdan amanda qalmaz. Çünki Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) qiyamətin nişanəsi (çünki ondan sonra peyğəmbər olmayacaq), cənnətin müjdəçisi və əzabla qorxudan qərar verib. (Deməli, hər şeydən agah olub.) Ac qarınla bu dünyadan çölə çıxdı (onun ləzzət və xoşluqlarından bəhrələnmədi) və axirətə (bütün günahlardan) sağlam qalmaqla daxil oldu. Öz yolunu tapana (öz ömrünü başa vurana) və Allahının dəvətini yerinə yetirənə (dünyadan gedənə) qədər daşı daş üstünə qoymadı (ev tikmədi). Deməli, Allah-təala o Həzrətin nemətinin vücudunu bizə rəhbər olmaq və onun ardınca getməyimiz üçün bizə əta buyurmaqla nə böyük ehsan və yaxşılıq etmişdir. Elə bir rəhbər ki, addımımızı onun ayağının izinə qoyaq. (Mən bütün ömrüm boyu o böyük insanın ardınca getdim. Belə ki,) Allaha and olsun, bu cübbəmə (köynəyimə) o qədər yamaq vurdurdum ki, onu tikəndən utandım. Birisi mənə dedi: «Onu (bu qədər yamaqdan sonra) özündən uzaqlaşdırmırsanmı? Dedim ki, məndən uzaq ol عِنْدَ الصَّباحِ يُحْمَدُ الْقَوْمُ السُّرى yəni, gecə yol gedənlərə səhər erkən təşəkkür edilər.(Və haqqı tələb etmək üçün yardımçısı olmadığına görə səbr yolunu seçdi. Üçüncü xütbədə bu nöqtəyə toxunulub. )
    160-cı xütbə
    İmam Əli əleyhis-salamın (böyük Peyğəmbəri mədh etdiyi və camaata öyüd-nəsihət verdiyi) xütbələrindəndir.
    Allah-təala Həzrət Mustafanı (dünya əhlinin qəlblərini) işıqlandıran (peyğəmbərliyin) nur, aşkar dəlil və sübutu ilə (möcüzələrlə), aydın yolla (İslam dini) və yol göstərən kitabla (Qurani-Kərim) seçdi. Onun əhli-beyti ən yaxşı əhli-beyt, şəcərəsi (o Həzrətin ata-babası) ən gözəl şəcərədir. Bu şəcərənin budaqları birbaşa və düz, (o böyük şəxsin əhli-beyti haqq işdə ifrat və azlıqdan-yəni, həddi aşmaq və təqsirdən uca və təmizdir) meyvələri yerə dağılmışdır. (Elmlərinə və maarifinə hamının əli çatandır). Dünyaya gəlməyi Məkkədə, hicrəti Mədinəyə olmuşdur. Orada onun adı ucalmış, dəvətinin səs-sədası yayılmışdır. (Oranın «ənsarlar» adlanan sakinləri kafirlərlə döyüşlərdə və düşmənləri məğlub etməkdə Həzrətə kömək etmişdir). Allah-təala onu kifayət edən dəlil (o Həzrətin digər möcüzələrindən əlavə Qurani-Kərim də peyğəmbərliyini sübut etmək üçün kifayətdir) və şəfa verən nəsihətlə, (qəlblərin xəstəliklərinə şəfa bəxş edən o Həzrətin sünnəsi və ehkamları ilə) və (İslama doğru) tədarük görən dəvətlə göndərdi. (Cahiliyyət dövründə aradan getmiş din və dünya işlərini bərpa etdi.) O Həzrətin vasitəsilə məlum olmayan şəriət hökmlərini aşkarladı, (cahiliyyət dövrünün) nadürüst bidətlərini məhv etdi və (Quran və sünnədə) bəyan etdiyi ehkamları üzə çıxardı. İslamdan qeyri bir din istəyən kimsənin bədbəxtliyi qəti, (səadət və xoşbəxtlik) ipi qırıq, (atəşə) üzü üstə düşməsi ağırdır. Onun (qiyamətdə) qayıdışı dərin kədər və ağrılı əzabladır. (Buna görə də) mən gözünü hər şeyə yumub Ona tərəf açan kimsənin təvəkkül etdiyi kimi Allaha təvəkkül edir, (yolçunu) cənnətə (İslama əməl etmək xoşbəxtliyinə) çatdıran, razılığını və şadlığını nəsib edən bir yolu Ondan diləyirəm.
    Ey Allahın bəndələri! Sizlərə Allahdan qorxmağı və Ona itaət etməyi tövsiyə edirəm. Çünki Onun əmrlərinə tabe olmaq sabah (qiyamətdə) nicata və həmişəlik (əzabdan) qurtuluşa səbəb olar. (Camaatı qiyamət gününün cəzasından) qorxutdu, sonra (peyğəmbərin vasitəsilə Öz hökmlərini) təbliğ və (onları səadət və xoşbəxtlik yoluna) təşviq edib (onu) təkmilləşdirdi. (Əbədi səadətə çatmağa aid olanı bəyan etdi.) Sizin üçün dünyanı, onun ayrılıb məhv olması və başqa şeyə çevrilməsini vəsf etdi. Sizi bu dünyada heyran edənlərdən uzaqlaşın, çünki ondan az bir şey sizinlə gələcək (dünyanın zəngin mallarından yalnız kəfəndən artıq bir şey qazancınız olmayacaq, o da torpağın altında çürüyəcək). Dünya (şəhvət və nəfsi istəklərə tabeçiliyə görə) Allahın qəzəbinə ən yaxın saray, (haqqa, həqiqətə tabe olanların azlığına görə) Allahın razılığından (əbədi cənnətdən) ən uzaq saraydır. Belə isə, ey Allahın bəndələri, onun ayrılığına, halının dəyişəcəyinə inandığınıza görə (dünyadan tezliklə ayrılacağınızı, çəkdiyiniz əzab-əziyyətin başqasına nəsib olacağını bilirsiniz) çətinliklərə və (sizi axirətdən saxlayan) işlərə göz yumun. Dünyadan (ona aldanıb, vurğun olmaqdan) çəkinib qorxun, öyüd verən, çalışan və zəhmət çəkən xeyirxahın (İmam əleyhis-salamın) çəkindiyi kimi. (Camaatın çətinliklərdən xilas olmasına çalışıb, onların doğru yola yönəlməsi və nicatı üçün zəhmət çəkir.) Sizdən öncəki ruzigarların əhlinin korlanmasından gördüklərinizdən ibrət götürün ki, onların da ipləri bir-birindən ayrılmış, göz və qulaqları sıradan çıxmış, şərafət və böyüklükləri əllərindən getmiş, şadlıq və sevinc onlardan uzaq düşmüşdür. Övladları ilə olmaqları onlardan uzaqlığa, arvadları ilə yoldaşlıqları ayrılığa döndü. Bir-biri ilə öyünüb naz etmir, övlad əkmir, bir-birini görməyə getmirlər. Qonşu və yoldaş da deyillər.
    Ey Allahın bəndələri! (Bu sözlərdən) qorxun! Öz nəfsinə hakim olub nəfsi istəklərinin qarşısını alaraq ağlın və zəkanın köməyi ilə düşünənin (xeyrini və ziyanını başa düşənin qorxduğu) çəkindiyi kimi. Çünki (dinin) əmri aşkar, (qurtuluş) nişanəsi asılı, (əzabdan nicat) yolu hamar, (Allah və peyğəmbərin razılığını qazanmağın) vasitəsi görünən və doğrudur.
    161-ci xütbə
    İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsindəki) kəlamlarındandır. Səhabələrindən biri o Həzrətdən soruşdu: Ətrafınızdakılar (üç xəlifə və onların davamçıları) sizi xilafətdən necə kə¬narda qoydular, halbuki siz bu məqama (onlardan və başqalarından) daha layiq idiniz? İmam əleyhis-salam (həm soruşana, həm də digərlərinə məlum olan və ya araşdırılması məsləhət olmayan bu yersiz sualdan xoşlanmadı və tünd şəkildə müxtəsər cavab verib belə) buyurdu:
    Ey Bəni-Əsəd (tayfasından olan dini) qardaş! Sən (atının) örkəni boş və yırğalanan bir şəxssən (az bir şübhə ilə iztirab və nigarançılığa düçar olan bir nadansan) və cilovu (öz miniyinin cilovunu) yersiz buraxırsan.(Bu şe’rin ikinci misrası belədir ki: « وَهاتِ حَدِيثاً ما حَدِيثُ الرَّواحِيلِ» «Minik dəvələrinin qarət edilməsindən ibarət o maraqlı əhvalatı gətir və danış». Bu qəsidənin tarixçəsi belədir: Ərəblərin böyük şairlərindən olan İmrəul-Qeys, atası öldürüləndən sonra intiqam almaq və ya düşmənlərin qorxusundan ərəb qəbilələri arasında gəzirmiş və nəhayət, o, Bəni-Cədilə Təyy qəbiləsindən olan Tə’rif adlı bir kişinin evinə gedir. Tə’rif ona çox hörmət göstərir. İmrəul-Qeys də onu tərifləyir və bir müddət onun yanında qalır. Sonra fikirləşir ki, birdən Tə’rif ona kömək edə bilməz. Gizlincə Xalid ibn Sədusun yanına gedib onun evində qalır. Sonra Bəni-Cədilə qəbiləsinin övladları onun dəvələrini qarət edirlər. İmrəul-Qeys məsələdən xəbərdar olandan sonra Xalidə şikayət edib onu dəvələrinin qarət edilməsindən agah edir. Xalid deyir: Yanında olan minik dəvələrini mənə ver, onlara minib Cədilə övladlarının yanına gedim və dəvələrini geri alım. İmrəul-Qeys onun təklifini qəbul edib qalan dəvələri ona verir. Xalid öz dostlarından bir neçə nəfərlə birlikdə həmin dəvələri minib Bəni-Cədilənin yanına gedir. Onlara çatanda deyir: İmrəul-Qeys mənim qonağımdır, onun dəvələrini geri qaytarın. Deyirlər: O sənin qonağın deyil və sənə sığınmayıb. Xalid deyir: Allaha and olsun ki, o mənim qonağımdır və indi mindiyimiz dəvələr də onundur. Sonra Bəni-Cədilə onlara hücum edərək hamısını dəvələrdən düşürdüb həmin dəvələri də qarət edir. Və deyirlər ki: Xalid Bəni-Cədilə ilə sözləşib və hiylə-kələklə dəvələri onlara təhvil verib. İmrəul-Qeys ikinci qarətçilikdən xəbər tutandan sonra bu barədə bir qəsidə yazır ki, onun ilk beyti yuxarıda deyilən idi. Xülasə, İmam əleyhis-salamın bu şe’rdən misal kimi istifadə etməkdən məqsədi budur ki, üç xəlifənin Səqifə əhlinin barəsində hay-küy salıb o qədər söz-söhbət apardıqları əhvalatını burax. Haqq yola qədəm qoymasalar və ilahi başçı ilə döyüş və müharibə vəziyyətində qalsalar ) Amma bununla belə (sual soruşmaq yeri olmamasına baxmayaraq,) sənin (Peyğəmbərlə) bağlılıq və qohumluğuna ehtiram səbəbindən (Həzrət Peyğəmbərin zövcələrindən biri, yəni, Zeynəb Bəni-Əsəd tayfasından olan Cəhşin qızı idi) və soruşmaq haqqına malik olduğun və bilmək istədiyin üçün bil: Biz nəsil (Peyğəmbərlə qohumluq) baxımından üstün və Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) yaxınlıq (və məqam) baxımından daha möhkəm olmağımıza baxmayaraq, (üç xəlifə tərəfindən) xilafətlə bizə hökmranlıq edilməsinin səbəbi xilafətin rəğbət bəslənilən və istənilən olması idi. (Hətta ləyaqəti olmasa da hamı onu istəyirdi. Beləliklə,) bir dəstə onda paxıllıq etdi (və həmin məqama layiq kimsəni həmin kürsüdə oturmağa qoymadı) və digər bir dəstə (İmam əleyhis-salam) bəxşiş edərək (İslamın əsasını qorumaq üçün) gözünü ondan çəkdi.(Çünki başlanğıc və son mümkün varlığa məxsusdur, yoxluğu qeyri-mümkün və vücudu vacib olan varlığa yox. Çünki yoxluq keçmişinə malik olan şey «hadis», yəni, sonradan yaranmış, meydana çıxmış varlıqdır və belə bir varlıq vücudu vacib olan varlıq ola bilməz. ) (Bizimlə onlar arasında) hakim Allahdır və Qiyamət günü qayıdış Ona tərəfdir. (İmam əleyhis-salam sonra İmrəul-Qeysin şerini misal gətirir:) «وَدَعْ عَنكَ نَهْباً صِيحَ فِى حَجَراتِهِ» «Ətrafında fəryad qoparılan qarətçinin hekayətini burax, danışma».(Çünki O, əzəlidir və zamanın yaradanıdır. Buna görə də zaman Onu əhatə etmir. Həmçinin sonu olmayan əbədidir. Əgər belə olmasaydı, hədd ilə məhdudlaşardı və vacib varlıq olmazdı. ) Və gəl Əbu Süfyanın oğlundakı (Müaviyədəki və onunla müharibədəki) bu böyük (və təəccübləndirici) mətləbi eşit ki, həqiqətən ruzigar məni ağladandan sonra güldürdü. (Dövranın rəftarındakı qəribəliklərin çoxluğuna gülməyim gəldi.) Allaha and olsun ki, qəribəlik qalmayıb. Odur ki, qəribəliyi aradan aparan (onu son həddinə çatdıran və nəticədə ondan bir şey qalmayan) və əyriliyi çoxaldan bu böyük iş təəccüb doğurandır. İnsanların bir dəstəsi (Müaviyə və onun tərəfdarları) hiylə və kələk ilə Allahın nurunu çırağından söndürmək və Onun suyunun qaynaq mənbəyi və yolunu çeşməsindən bağlamaq niyyətinə düşdülər. (İslamın hökmlərini aradan götürərək Həzrət Peyğəmbərin canişinini ev dustağı etmək istədilər.) Mənimlə özləri arasında vəba gətirən suyu bir-birinə qatışdırdılar (fitnə-fəsad, müharibə və qan axıdılmasına səbəb oldular). Buna görə də qəm və kədərlərin çətinlikləri bizdən və onlardan götürülsə, onları tam haqq yola çəkəcəyəm (ki, Allah və Peyğəmbərin razılığını əldə edərək xoşbəxt olsunlar). Başqa cür olsa(Çünki yaxınlıq və uzaqlıq mümkün varlığın xüsusiyyətlərindəndir. O isə mümkün varlıq deyil. Buna görə də Onun yaxın olmasının mənası, hər bir şeyi əhatə etməsi və hər şeyin Onunla var olmasıdır. Uzaq olmasının mənası isə Onun zatının həqiqətinin dərk edilməməsidir. ) isə (çəkinməli bir şey yoxdur. Çünki Allah Qurani-Kərimin Fatir surəsinin 8-ci ayəsində buyurur): « فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ» «Belə isə onların azğınlıqlarına görə çoxlu qəm-qüssə çəkməklə özünü həlak və məhv etmə. Çünki Allah onların etdiklərini biləndir (və onları əməllərinin cəzasına çatdıracaqdır)».
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 743 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024