İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    165-ci xütbə
    İmam Əli əleyhis-salamın (səhabələrinə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.
    Gərək kiçiyiniz böyüyünüzün arxasınca getsin və böyüyünüz kiçiyinizə qarşı mehriban olsun. Cahiliyyət dövrünün (Həzrət Peyğəmbər ilahi elçi kimi göndəriləndən qabaqkı zamanın) zalımları kimi olmayın ki, (onlar) nə din və şəriətdə araşdırma aparır, nə də Allahı tanımaqda ağıl işlədirdilər (nadan idilər və eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmlərindən xəbərsiz idilər) - quşların yumurtladıqları yerdə tapılan (və quş yumurtası olması təsəvvür edilən) yumurta kimi ki, sındırılması (kiminsə onu sındırması) günahdır və (əgər salamat saxlanılsa) içindən ziyanverici bala çıxacaq.(Soru؛acaqlar ki: filan tarlanı nə üçün dağıtdın? Nə üçün filan evi qəsb etdin? Yaxud nə üçün filan ؛əhərdən kِçüb ؛irk və küfr ؛əhərlərində məskunla؛dın? Hansı əsasla dili-ağzı bağlı heyvanı incitdin? )
    Bu da həmin xütbənin (müsəlmanların parçalandıqdan sonra yenidən birləşərək Bəni-Üməyyəni aradan götürmələrindən xəbər verdiyi və səhabələrini məzəmmət etdiyi) bir hissəsidir
    (Müsəlmanlar) bir-birləri ilə isinişib birləşdikdən sonra bir-birlərindən ayrılacaq və öz köklərindən (haqq İmam və dinin təməlinin ətrafından) dağılışacaqlar. Beləliklə, bəziləri bir budaqdan (hidayət və doğru yol imamlarının - əleyhimus-salam - birindən) tutar və hara getsə, onunla birgə olar (göstərişlərinə uyğun davranar). Nəhayət, Allah onları tezliklə, payız fəslində bulud parçaları bir-birinə birləşdiyi kimi Bəni-Üməyyənin ən pis günü (hakimiyyətlərinin devrilməsi) üçün bir yerə toplayar. Allah onları bir-birinin üzərində yerləşən buludlar kimi bir-birlərinə qarşı mehriban edər, birləşdirər və çoxaldar. Bundan sonra, Allah onlar üçün qapılar açar ki, qaldırıldıqları yerdən selcəsinə, iki bağın (Allahın Qurani-Kərimdə əhvalatını bəyan etdiyi Səba əhlinin iki bağının) seli kimi yola düşərlər (hərəkət edərək bir-birlərinin köməyinə tələsərlər). (O, çox əzəmətli bir sel idi ki, Səba əhlinin hamısını həlak etdi və) heç bir təpəcik ondan salamat və heç bir yüksəklik öz yerində bərqərar qalmadı. Onun yolunu nə dağın möhkəmliyi, nə də yerin hündürlüyü bağladı. (İndi həmin dəstəni də heç kəs məğlub edə bilməz.) Allah onları yaratdığı (və elə selin də yatağı olan) dərələrin arasında səpələyər və çeşmələr kimi yerdə axıdar. (Xülasə, saylarını çoxaldar və onlara güc və qüdrət əta edər.) Onların vasitəsi ilə bir dəstədən (zalımlardan) digər dəstənin (zülmə məruz qalmışların) haqqını alar və bir dəstənin (Bəni-Üməyyənin) şəhərlərinə digər bir dəstəni (Bəni-Abbası) qoyar, təyin edər. And olsun Allaha ki, onların əllərində olan şey padşahlıq və hökmdarlıqdan (onların padşahlıq və hakimiyyətlərindən) sonra quyruq odda əriyən kimi əriyər (onların izzət, dövlət, sərvət və bütün şeyləri aradan gedər).
    Camaat! Əgər bir-birinizi haqqa (İmam əleyhis-salama) kömək etməkdən saxlamasaydınız (kömək etsəydiniz) və batil və nahaqqı (Müaviyəni) alçatmaqda süstlük etməsəydiniz, (qüdrət və düzlük baxımından) sizin kimi olmayan kəs sizə (şəhərlərinizə) tamah salmazdı və sizə ağalıq edən kimsə güclənməzdi. Lakin siz (öz İmam və başçınızın əmrlərinə tabe olmadığınız üçün) Bəni-İsrailin sərgərdanlığı kimi avara-sərgərdan qaldınız (azğınlığa düşdünüz. İsrail oğulları Musa əleyhis-salama qarşı itaətsizlik etdikləri üçün qırx il avara-sərgərdan qaldılar və Allahın Qurani-Kərimdə əhvalatını bəyan etdiyi həmin çöllükdən bir yerə yol tapa bilmədilər). Canıma and içirəm ki, məndən sonra sizin sərgərdanlığınız (Bəni-İsrailin sərgərdanlığından) bir neçə qat artırılacaqdır.(اünki həmin i؛də Mədinə əhalisinin çoxu, eləcə də Misir, Kufə və digər ؛əhərlərin sakinlərinin əksəriyyəti və çِldə ya؛ayan tayfalar i؛tirak etmi؛dilər. Deyirlər ki, İmam əleyhis-salam bir gün camaatı bir yerə topladı və onlara xütbə oxuyaraq dedi: Osmanı ِldürənlər ayağa qalxsınlar. اox az hissədən ba؛qa hamı ayağa qalxdı. O Həzrət bu i؛i ِyüd verənlərin cavabını əməli ؛əkildə vermək üçün etmi؛di. ) Ona görə ki, siz haqqı arxaya atdınız, (Həzrət Peyğəmbərə) daha yaxın olanı (özünüzdən) ayırdınız və (o Həzrətə) uzaq olanla birləşdiniz. (İmam əleyhis-salama tabe olmayıb fitnə-fəsaddan başqa bir məqsədləri olmayan xəlifələrin və Müaviyənin arxasınca getdiniz.) Bilin! Əgər öz bələdçi və yol göstərəninizin arxasınca getsəydiniz, o sizi Allahın Peyğəmbərinin (əbədi möhtərəmlik və səadət) yoluna aparardı və siz yoldan azmaq əziyyətindən qurtular və çox ağır yükü boyunlarınızdan uzağa atardınız (dünyada yazıqlığınıza, axirətdə isə əzaba düçar olmağınıza səbəb olan günah etməzdiniz).
    166-cı xütbə
    İmam Əli əleyhis-salamın xilafətinin əvvəlində buyurduğu xütbələrindəndir.
    Allah-təala Kitabı (Qurani-Kərimi bəndələr üçün) bələdçi olaraq göndərdi və onda yaxşı və pisi (etiqad, söz və əməlin hansının pis və hansının yaxşı olmasını) bəyan etdi. Buna görə də yaxşılıq yolunu tutun ki, (Allah və Peyğəmbərə tərəf) hidayət olunub (məqsədə) çatasınız. Həmçinin pislik tərəfdən uzaq olun ki, (sizi haqq və həqiqətə çatdıran) doğru yol ilə hərəkət edəsiniz. Vacibləri yerinə yetirin, vacibləri yerinə yetirin!(Bey’əti pozanlarla vuru؛acağam. «اخِرُ الدَّواءِ الْكَىُّ» «Son dərman dağlamaqdır» cümləsi məşhur bir məsəldir və onu son tədbirə əl atılan yerdə işlədirlər. ) Onları (riya və özünü göstərmək üçün deyil) Allaha görə (Onun rəhmətinə yaxınlaşmaq üçün) yerinə yetirin ki, sizi Cənnətə çatdırsın. Allah (Quranda və Həzrət Peyğəmbərin sünnəsində) məchul olmayan (bəlkə hamıya məlum olan) şeyi haram etdi (buna görə də ondan xəbərsiz olan üzrlü sayılmır) və heç bir eyb və nöqsanı olmayan şeyi halal buyurdu. Müsəlmanın ehtiramını (İslamın əzəmətinə görə) bütün hörmətlərdən üstün etdi. Müsəlmanların hüquqlarını (dində) ixlas (yəni, riyakarlıq olmadan tam sədaqət və saflıqla ibadət və bəndəlik etmək) və tovhid (Allah-təalanı tək bilmək) ilə öz yerlərində bir-birinə bağlayıb. Buna görə də (təkallahlı və ixlası olan şəxsə müsəlmanların hüquqlarına riayət etmək vacibdir. Belə olmasa, bu onun ixlas və tovhidi ilə ziddiyyət təşkil edər. Odur ki, buyurur:) Müsəlman o kəsdir ki, müsəlmanlar (Allah və Peyğəmbərin buyurduğu) haqq (yerlər) istisna olmaqla onun dilindən və əlindən salamat və rahat olsunlar (dili ilə yalan, qeybət və böhtan danışmasın və başqalarını incitməkdən və zülm etməkdən əl saxlasın). Allahın vacib etdiyindən başqa, müsəlmana ziyan vurmaq halal deyil. (Amma əgər kimsə müsəlmanı nahaq yerə öldürsə, ondan qisas alınması və öldürülmüş şəxs kimi onun da öldürülməsi vacibdir.) Hamı üçün ümumi olan və sizlərin hər birinizə məxsus hadisəyə tələsin. O, ölümdür (ölümə və dünyadan köçməyə hazır olun). Çünki insanlar (onların bir dəstəsi) sizin qarşınızdadır (sizdən qabağa düşüblər) və qiyamət sizi arxadan qovur. (Sanki bir karvan qabaqcadan gedib və karvanın başçısı arxada qalanları qabaqda gedənlərə çatmaları üçün sürətlə aparır. Buna görə də) yüngülləşin ki, (özünüzü ağır yüklər altından nicat verib karvana) birləşəsiniz. Sizin birinciniz saxlanılıb və onlar axırıncınızın yolunu gözləyirlər (ki, hamı toplaşsın və birlikdə qiyamətə daxil olasınız). Çünki (qiyamətdə) sizdən (hər şeyi) soruşacaqlar, hətta yerlər və dördayaqlılar barəsində.(Daxili istək olmadan deyil, niyyət və qəlb saflığı və səmimiyyətlə onun göstərişlərinə əməl edin. Çünki belə olmayan şəxsi münafiq və riyakar sayır və məzəmmət edirlər. ) Allaha itaət edin və Ona qarşı itaətsizlik göstərməyin. Yaxşılıq görən zaman onu əldə edin (ki, dünya və axirətinizə xeyri var) və pislik görəndə ondan uzaq olun (ki, sizi əzaba düçar edər).
    167-ci xütbə
    İmam Əli əleyhis-salamın xilafətində beyət edildikdən sonra buyurduğu kəlamlarındandır. (Təlhə ilə Zübeyr beyətlərini pozaraq Bəsrəyə getdilər, orada fitnə və çaxnaşma yaradaraq müsəlmanların mallarını qarət etdilər və yaxşı insanları öldürdülər.) Səhabələrdən bir dəstəsi o Həzrətə dedi: Kaş ki, Osmana qarşı (onu öldürməyə) toplaşanları cəzalandıraydın (və beyətlərini pozan kimsələrin heç bir bəhanələri qalmayaydı). İmam əleyhis-salam buyurdu:
    Qardaşlar (dindaşlar)! Mən sizin bildiyinizdən xəbərsiz deyiləm (bəlkə həm keçmişi, həm gələcəyi, həm də indini bilirəm). Lakin mənim (Osmanı öldürənlərdən intiqam almağa) necə gücüm çatar, halbuki (onu öldürmək üçün) toplaşmış (və bu çaxnaşmanı da yaradan) dəstə öz güclülüyünün son həddində qalmaqdadır və biz onlara deyil, onlar bizə ağalıq edirlər?!(Çünki əgər səninlə insanın cisim və bədəninin həyatı ona bağlı olan ot və su tapmaqda müxalifət edəndə, sən onlara tabe olmayacaqsansa, bəs onda ruhun qidası olan elm və mərifət nurunu tapdıqdan sonra səninlə müxalifət etsələr necə, müxalifət edəcəksən? )Bilin! Osmanı öldürənlər sizin qullarınızın kömək olduğu və çöldə yaşayanlarınızın birləşdiyi bir dəstədir (bu işi hamı əlbir olaraq görüb). Onlar sizin aranızdadırlar (hələ Mədinədən xaric olmayıblar və əgər məqsədinizi başa düşsələr), sizə istədikləri əziyyəti verərlər (və heç kəsin onların qarşısını almaq qüdrəti yoxdur). İstədiyiniz şeyə gücünüz var? (Bu barədə fikirləşib onlarla vuruşmaq üçün bir kömək nəzərdə tutmusunuz? Sizin istədiyiniz) bu iş nadanlığa əsaslanan bir işdir və onların (çoxlu) kömək və yardımçıları var (ki, ehtiyacları olan zaman onlardan kömək istəyirlər). Camaat bu intiqam söhbəti ortaya gələndə bir neçə dəstə olur. Bir dəstə sizin gördüklərinizi görür (nəzərləri budur ki, gərək intiqam alınsın). Bir dəstə sizin görmədiyinizi görür (deyir ki, gərək onun qatillərinə kömək edilsin). (Digər) bir dəstə (isə) nə bunu, nə də onu görür (bu işdə susub dayanıb və heç bir nəzəri yoxdur). Buna görə də (Osmanın qatillərindən intiqam almaq, əhəmiyyəti onun öldürülməsindən də çox olan bir böyük fitnə-fəsadın yaranmasına səbəb olacaq. Odur ki,) xalqın rahatlıq tapması, qəlblərin öz yerində qərar tutması və haqların münasib yerdə asanlıqla alınması üçün səbrli olun. Mənim yanımda sakit və rahat olun (tələsməyin və bu cür öyüd-nəsihət verməyin), sizə necə əmr verəcəyimə baxın (göstərişlərimə tabe olun). Güc və qüvvəni məhv edərək aradan aparan və süstlük və xarlıqla nəticələnən bir iş görməyin. Tezliklə, nə qədər ki, yumşaqlıqla mümkündür bu işi yumşaqlıq və mülayimliklə düzəldəcəyəm. Başqa bir çarə və çıxış yolu tapmadığım zaman (mülayimlik bir fayda verməyəndə) isə, «son dərman dağlamaqdır».(Onun elmi hər şeyi əhatə edir və Ona heç bir şey gizli deyil. Çünki əgər bundan başqa cür olsa, Onun elminin məhdud olması nəticəsini verər. Məhdudiyyət isə mümkün varlığın xüsusiyyətlərindəndir. İmam əleyhis-salamın «وَ لا أَرْضٌ أَرْضاً» «yer ba؛qa bir yeri gizlətmir» buyuruğunun zahirindən belə məlum olur ki, yer də gِy kimi yeddidir. Qur’ani-Kərimin Talaq surəsinin 12-ci ayəsində də buyurulur ki: «اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ » «Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır». Bəzilərinin əqidəsinə görə yer birdir və yeddi yerdən məqsəd yeddi iqlim və yerin yeddi hissəsidir. Amma hər bir müsəlmana bu cür məsələlərdə Allah, Peyğəmbər və o Həzrətin haqq canişinləri əleyhimus-salamın kəlamlarının zahirinə iman gətirərək düzlüyünü təsdiq etmək lazımdır. Çünki əgər öz naqis ağıllarımız və ya müxtəlif nəzər və sözlərlə bu cür məsələlərin həqiqətini dərk etmək istəsək, nəinki bir yerə çıxmaz və bir xeyir əldə etmərik, bəlkə həm də doxsanıncı xütbənin şərhində deyildiyi kimi çaş-baş və avara-sərgərdan qalarıq.  )
    168-ci xütbə
    İmam Əli əleyhis-salamın Cəməl əhli (dəvəyə minmiş Aişənin tərəfdarları) Bəsrəyə gedən zaman buyurduğu xütbələrindəndir.
    Allah (bəşəriyyət üçün) doğru yol bələdçisi olan Peyğəmbəri natiq (xeyir və şər yolu açıqlayan) Kitab (Qurani-Kərim) və bərqərar (qiyamətə kimi qalacaq və əyriliyin yol tapa bilmədiyi) iş (din və qanun) ilə göndərdi. Onunla müxalif olan kəsdən başqa heç kəs məhv olmaz. Həqiqətən (Həzrət Peyğəmbərin sünnəsi kimi göstərilən) naməlum və qaranlıq bidətlər Allahın onlardan qoruduğu (onlara əməl etməməyə nail etdiyi və nəticədə salamat qalan) kəs istisna olmaqla (insanlar üçün) məhvedicidir. Allahın höccətinə (İmam əleyhis-salama) tabe olmaq sizin (din və dünya) işlərinizin qorunmasıdır. Buna görə də məzəmmət və məcbur edilmiş olmadan ona tabe olun.(Məkkə ilə Bəsrə arasında yerləşən düşərgələrdən olan «Hauəb» suyuna çatanda oranın itləri hürə-hürə Aişənin kəcavəsinə tərəf cumdular. O, həmin suyun adını soruşdu. Dedilər ki, «Hauəb» suyudur. Dedi: Məni qaytarın. Çünki Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) eşitmişəm ki: «Zövcələrimdən biri mənim canişinim ilə müharibəyə gedən zaman «Hauəb»in itləri ona hürər. Çalış ki, o sən olmayasan». Təlhə ilə Zübeyr onu çaşdırdılar və yetmiş nəfəri gətirib şahidlik etdirdilər ki, həmin suyun adı «Hauəb» suyu deyil. Bu, İslamda verilən ilk yalan və nahaq şahidlik idi. «Məcməul-bəhrəyn» kitabının müəllifi onu Həzrət Sadiq əleyhis-salamdan nəql edib. )And olsun Allaha, (ya) gərək (mənə) tabe olasınız, ya da Allah haqq xilafəti sizdən başqasına keçirsin. Beləliklə, o, sizdən başqasına (Bəni-Üməyyə və Bəni-Abbasa) qayıdana kimi, heç vaxt onu sizə qaytarmaz.
    Həqiqətən onlar (Təlhə, Zübeyr və onların tərəfdarları Osmanın intiqamını almaq üçün deyil) mənim xilafətimə razı olmadıqlarına görə toplaşaraq bir-birlərinə kömək edirlər və mən sizin birliyinizə xələl gəlməsindən (dininizdə ziddiyyət yaranaraq təfriqəyə düçar olmağınızdan) qorxmayana kimi (onların itaətsizliklərinə) səbr edirəm (ki, bəlkə peşman oldular və hələ də bu səbrimdə qalmaqdayam). Çünki əgər onlar (gerçəkləşdirmək istədikləri) bu zəif və səhv fikri sona çatdırsalar (davam etdirsələr), müsəlmanların (din və dünya işlərinin) nizam-intizamı bir-birinə dəyəcək (onların birlik və vəhdət kəndirləri qırılacaq). Həqiqətən onlar Allahın onu əta etdiyi şəxsə paxıllıq etdikləri və həsəd apardıqları üçün bu dünyanı (xilafət və əmirliyi) istəyirlər. Buna görə də hökmləri (İslamın hökmlərini) başıaşağı çevirmək (Allahın mənə məxsus etdiyi xilafəti məndən almaq) istəyiblər. (Əgər bizə tabe olsanız) sizin bizim boynumuzda olan haqqınız Allahın Kitabına və Onun Peyğəmbərinin (səlləllahu əleyhi və alih) davranış üsuluna əməl etmək, Onun haqqını əda etmək (göstərişlərini yerinə yetirmək) və Onun hökmlərini ucaltmaqdır (yaymaqdır ki, bunların nəticəsində nicat tapasınız).
    169-cu xütbə
    İmam Əli əleyhis-salamın kəlamlarındandır. O Həzrət Bəsrənin yaxınlığına çatanda, həmin diyarın əhalisinin bir dəstəsi onun yanına bir ərəb göndərdilər ki, onlar üçün o Həzrətlə Aişənin ətrafındakıların vəziyyətləri barəsindəki həqiqətləri öyrənərək aydınlaşdırsın (ki, onların bu müharibəni etmək haqları var, ya yox?) və beləliklə, əhalinin şəkk-şübhə və tərəddüdləri aradan qalxsın. Əmirəl-möminin əleyhis-salam da özünün onlarla olan rəftarını bəyan etdi. Bununla da həmin şəxs o Həzrətin haqq olmasını (və Cəməl əhlinin batil və nahaq olmalarını) başa düşdü. (Dəlil-sübutdan) sonra (İmam əleyhis-salam) ona buyurdu: Beyət et. Həmin şəxs dedi: Mən bir dəstənin elçisiyəm və onların yanına qayıdana (və məsləhətləşənə) kimi özbaşına bir iş görmərəm. İmam əleyhis-salam buyurdu:
    Bax (de görüm), əgər tərəfindən mənim yanıma gəldiyin kəslər, səni onlar üçün yağış yağmış (ot və suyu olan) bir yer tapmaq üçün qabağa göndərsələr və sən onların yanına qayıdıb ot və su (tapdığın yer) barəsində xəbər versən, amma onlar sənə tabe olmayıb otsuz-susuz yerdə oturaq salsalar, nə edərsən? Həmin şəxs dedi: Mən onları buraxıb müxalifət edərək otu və suyu olan yerə gedərəm. İmam əleyhis-salam buyurdu: Onda (mənimlə beyət etmək üçün) əlini uzat.(Həzrət Peyğəmbərin hörmətini saxlamadılar və Allah-təalanın göstərişinə zidd davrandılar. Çünki Qur’ani-Kərimin Əhzab surəsinin 33-cü ayəsində buyurulur ki: «وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى » «Ey Peyğəmbərin zövcələri! Evlərinizdə qərar tutun və bundan əvvəlki cahiliyyət qadınları kimi öz bərbəzək və zinətlərinizi yadlara göstərməyin». ) Həmin şəxs dedi: And olsun Allaha ki, mənə hərtərəfli dəlil gətirildiyi üçün beyətdən üz döndərə bilmədim və beləliklə, İmam əleyhis-salamla beyət etdim. (Bəli, öyüd-nəsihət və haqq söz hidayət və nicat tapmağa layiq olan kəsə mütləq öz təsirini göstərir. Seyyid Rəzi deyir: Hədis və tarix kitablarında Bəni-Cərm ibn Zəban ibn Hülvan qəbiləsinə mənsub) həmin şəxs Kuləyb Cərmi adı ilə tanınır.
    170-ci xütbə
    İmam Əli əleyhis-salamın Siffeyndə Şam əhli ilə qarşılaşmaq (müharibə etmək) qərarına gəldiyi zaman buyurduğu kəlamlarındandır.
    (Bəndə hər halda-aşkar və gizlin, pis və yaxşı, çətin və rahat halların hamısında Allah-təalaya üz tutaraq dua etməlidir. Çünki istər mövcud, istərsə də ehtimal edilən zərərin dəf edilməsi həm ağıl, həm də təcrübə baxımından vacibdir. Dua zərər-ziyanı dəf edən, uzaqlaşdıran bir amildir. Bütün bunlara görə İmam əleyhis-salam halların ən çətini olan müharibə, qan axıdılması və düşmənlə qarşılaşmaq zamanında tək olan Allaha belə üz tutur:)
    Allahım! Ey uca göyün və həmçinin gecə ilə gündüzün dolanma, günəşlə ayın seyr etmə və fırlanan ulduzların gəl-get yeri etdiyin və sakinlərini Sənə ibadət və bəndəlikdə yorulmayan bir dəstə mələk etdiyin saxlanılan səmanın Rəbbi! Ey insanların qərar tutma məkanı və həşərat, dördayaqlılar, göz ilə görünənlər və (çox kiçik olduğundan) göz ilə görünməyən saysız-hesabsız varlıqların get-gəl yeri etdiyin bu yerin Rəbbi! Ey yerin (hərəkət və tərpənməkdən qorunması üçün onun) mismarları və (mənbə, bitki və digər faydalarından istifadə etmələri üçün) yaranmışların söykənəcəyi etdiyin möhkəm dağların Rəbbi! (Ey qadir Allah, Səndən istəyirəm ki:) Əgər bizi düşmənlərimizə qalib etsən, zülmkarlığı bizdən uzaq et və bizi haqq və düzlükdə möhkəmləndir! Əgər düşmənlərimizi bizə hakim etsən, şəhidliyi bizim ruzimiz edərək bizi fitnə-fəsaddan qoru! (Sonra öz səhabələrini düşmənlərlə döyüşə həvəsləndirərək buyurur:)
    Haradadır kişiyə lazım olan şeyi qorumaq üçün düşmənin qarşısını alan? Haradadır çətinliklər zamanı bağlı olduğu şeyə riayət edən qeyrətli? (Əgər döyüşdən üz çevirsəniz) ar arxanızdadır (qaçmağınızı eşidən hər bir kəs sizi məzəmmət edəcək) və (əgər Allah yolunda din düşmənləri ilə cihad etsəniz) Cənnət qarşınızdadır (yeriniz əbədi Cənnətdir)!
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-05)
    Views: 675 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024