İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    171- ci xütbə
    İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətləri barəsindəki) xütbələrindəndir.
    Şükr olsun o Allaha ki, göylə yer Ondan başqa bir göy və yeri gizlətmir.(Təlhə, Zübeyr, Aişə və onların tərəfdarları Bəsrəyə daxil olanda Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrindən olmuş və həmin vaxt Əmirəl-möminin əleyhis-salam tərəfindən həmin bölgənin vali və hakimi olan Osman ibn Hüneyf o Həzrətin öz məktubunda yazdığı göstərişə əsasən onlarla vuruşdu və sonda belə qərara gəlindi ki, İmam əleyhis-salam gələnə kimi onlar bir-birləri ilə mülayim davranaraq döyüşü kənara qoysunlar. Amma Cəməl əhli hiylə və kələklə beytülmalın xəzinədarlarını tutdular və Aişənin əmri ilə onların başlarını kəsdilər. Digər bir dəstəni də öldürdülər. Osmanın da baş, saqqal, qaş və kirpiklərinin tüklərini yonaraq şəhərdən çıxartdılar. O, yolda İmam əleyhis-salamla görüşə bildi. O Həzrət Osmanın halına ağladı və dedi: Yanımızdan qoca getmişdin, cavan qayıtdın. )
    Bu da həmin xütbənin (o Həzrətin Ömərin özündən sonra yaradılması göstərişini verdiyi şuranın üzvlərindən biri ilə söhbəti barəsindəki) bir hissəsidir
    Bir nəfər (Səd ibn Əbi Vəqqas) mənə dedi: Ey Əbu Talibin oğlu, sən xilafətə hərissən! Dedim: Allaha and olsun ki, siz daha həris və (xəlifəlik ləyaqətindən və ya Peyğəmbərdən) daha uzaqsınız. Mən isə (xilafətə) daha layiq və (mənsub olma baxımından Allahın Peyğəmbərinə) daha yaxınam. Mən öz haqqımı tələb edirəm və siz mənimlə onun arasında maneçilik yaradırsınız. Nə vaxt onu almaq istəyirəmsə, üzümü döndərirsiniz (öz haqqıma çatmağa qoymursunuz). Beləliklə, orda olanların hüzurunda dəlil-sübutu onun qulağına çırpdıqdan (cavabını dəlil ilə verdikdən) sonra ayılaraq (qəflət yuxusundan) oyandı. Elə çaş-baş qaldı ki, mənə nə cavab verəcəyini bilmədi. (İmam əleyhis-salam sonra Allaha şikayət edərək belə deyir:)
    Allahım! Qüreyş və onlara kömək edənlərə qarşı Səndən kömək istəyirəm (ki, onlardan intiqam alasan). Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər (mənim Allahın Peyğəmbəri ilə olan qohumluğumu nəzərə almadılar), mənim məqam və dərəcəmin böyüklüyünü kiçik saydılar (məni özləri ilə bir dərəcədə hesab etdilər) və mənə məxsus xilafət məsələsində mənimlə düşmənçilik etmək üçün birləşdilər. Bundan sonra dedilər: Bil ki, sənin aldığın da haqdır, tərk etdiyin də! (İddia edirdilər ki, haqq onların əlindədir və mənim onu almağımla tərk edərək haqqımdan vaz keçməyim birdir. Kaş ki, aldıqlarının mənim haqqım olmasını etiraf edəydilər. Onda onun müsibət və çətinliyinə dözmək daha asan olardı.)
    Bu da həmin xütbənin Cəməl yoldaşları (Təlhə, Zübeyr və onların tərəfdarları) barəsindəki bir hissəsidir
    (Təlhə ilə Zübeyr Əmirəl-möminin əleyhis-salamla beyətlərini pozub müxalifət etmək fikrinə düşdükdən sonra həcc bəhanəsi ilə Mədinədən Məkkəyə getdilər.) Sonra (Aişəni böyük bir qoşunla birgə Məkkədən götürərək) hərəkət etdilər və Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) zövcəsini (Aişəni, satıcılar) kənizi alan zaman (ora-bura) çəkdikləri kimi çəkirdilər (bir şəhərdən digər şəhərə aparırdılar). Onunla birlikdə Bəsrəyə tərəf get¬dilər.(O, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmlərini tam düzlüklə və azaldıb-çoxaltmadan xalqa çatdırdı. Ondan sonra bir peyğəmbər gəlməyəcək. O, yaxşı əməl sahiblərini əbədi Cənnət ilə müjdələyir, pis əməl sahiblərini isə əbədi əzab ilə qorxudurdu. )(Xülasə, Təlhə ilə Zübeyr) öz arvadlarını evlərində qoydular. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) evdə qoyduğunu isə özlərinə və başqalarına göstərdilər. Elə bir qoşunun içində ki, aralarındakıların hər biri mənə itaət etmək və tabe olmağı öz öhdəsinə götürmüş və məcburi deyil, könüllü şəkildə mənimlə beyət etmişdi.(Öldürülməlidir. Bu dəlilə əsasən deyirik: Xəlifələr həmin məqama layiq olmadan nahaq yerə yiyələniblər. Çünki dövlətçilik siyasəti və rəiyyətin işlərinin idarəçiliyində güclü və bacarıqlı, eləcə də dinin bütün hökmlərini bilən şəxsdən başqasının həmin məqama sahib durmaq ləyaqəti yoxdur. Onların bu iki sifətə malik olduqlarını isə heç kəs demir. ) Beləliklə, mənim Bəsrədəki məmur və icraçımın (Osman ibn Hüneyfin), müsəlmanların beytülmallarının xəzinədarlarının və həmin diyardan olan digərlərinin yanına getdilər. Bir dəstəni səbrlə öldürdülər (zindanda saxladılar və ya o qədər döyüb incitdilər ki, nəhayət öldü). Bir dəstəni hiylə və kələklə şəhid etdilər.(Müxaliflər ağlın, düzlüyü barəsində hökm verdiyi şeyə tabe olmur və bundan əvvəlki xəlifələr barəsində həyata keçirilmiş və gerçəkləşmiş şeyi qəbul etmirlər. Deməli, onların bu bəhanələrindən məqsədləri xilafəti haqsız şəkildə öz əllərinə keçirməkdir)(Odur ki, İmam əleyhis-salam Cəməl yoldaşlarının zülm və haqsızlıqlarına görə buyurmuşdur:) And olsun Allaha, əgər müsəlmanlardan (hətta) bir nəfəri ələ keçirib onu heç bir günahı olmadan, bilərəkdən öldürsəydilər, həmin qoşunun hamısını öldürmək mə¬nə halal olardı. Çünki həmin qoşun orda olub və nəhy əz münkər edərək pis iş görməkdən (günahsız müsəlmanı öldürməkdən) çəkindirməyib və onun (yer üzündə fitnə-fəsad törətmək və mənimlə müharibə etmək qəsdi ilə ki, bu həm də Allah və Peyğəmbərlə müharibə etmək kimidir) öldürülməsinin qarşısını nə dil, nə də əl ilə almayıb. (Bir nəfər günahsız müsəlmanın öldürülməsi müqabilində həmin qoşunun hamısını öldürməyin halal olması məsələsini) burax! (Onların hamısını öldürmək həm də bu cəhətdən halaldır ki,) onlar müsəlmanlardan qoşunların daxil olanının sayı qədər öldürüblər. (Buna görə də həmin qoşunun hamısını öldürmək lazımdır.)
    172- ci xütbə
    İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin mədhi, İmamət vəzifələri, pərhizkarlığa təşviq və dünyanın məzəmməti barəsindəki) xütbələrindəndir.
    Həzrət Peyğəmbər Allahın vəhyinin əmanətçisi, peyğəmbərlərinin sonuncusu, rəhmətinin müjdəçisi və əzabından qorxudandır.(Xülasə, bizim qiblə əhli olan üsyankarlarla sizin gözünüzdə böyük görünən müharibəmiz Allahın hökmlərindən nadan və xəbərsiz olduğumuza görə deyil, bəlkə Onun göstərişləri əsasındadır. ) Camaat! İnsanların xilafət məqamına ən layiqlisi, onların həmin işdə (dövlətçilik siyasəti, düşmənlə müharibə, döyüş tədbirləri və rəiyyətin işlərinin nizama salınması baxımından) ən güclü və bacarıqlısı və Allahın əmrini (və hökmlərini) ən yaxşı bilənidir. Buna görə də əgər hər hansı bir fitnəkar (bu barədə) fitnə törətməyə başlasa, (əvvəlcə) ondan haqqa qayıtması istənilir. Əgər o imtina edərək boyun qaçırsa, öldürülür.(Ola bilər ki, siz bir şeyi inkar edəsiniz, amma xeyir onu qəbul etməkdə olsun və həmçinin siz bir şeyi qəbul edəsiniz, amma xeyir onu rədd etməkdə olsun. Buna görə də həqiqətlərdən xəbərdar olmadığınız üçün bütün işlərdə bizim sözlərimizi qəbul edin. ) (Müaviyə Şam əhlinə Əmirəl-möminin əleyhis-salamla müxalifətinin dəlilini belə açıqlayırdı ki: Mənim o Həzrətin xilafət məsələsində iştirakım olmayıb və ona beyət etməmişəm. Təlhə ilə Zübeyr isə beyətlərini pozmağa belə bəhanə gətirirdilər ki: Beyət etməyimizdən peşman olaraq səhvimizi başa düşmüşük. İmam əleyhis-salam onların öz məntiqlərinə əsaslanaraq sözlərinin puç və səhv olmasına toxunaraq buyurur:) Canıma and olsun ki, əgər İmamət camaatın hamısı toplaşmayınca gerçəkləşməsə, onda heç vaxt baş tutmaz. (Çünki imam təyin edilən zaman camaatın hamısının bir yerə toplaşması qeyri-mümkündür.) Lakin ondan başı çıxanlar (səhabələrin böyükləri və xeyir-şər yollarına bələd olanlar, elə ki biri ilə beyət etdilər) İmam təyin edilən zaman orada olmayanlar barəsində hökm edərlər (onları görülmüş işi qəbul etməyə məcbur edərlər). Buna görə də belə olan halda, orada iştirak edən qayıtmamalı (beyətini pozmamalı) və qaib olan (başqasını) seçməməlidir.(Buna görə də müharibə ilə hədələmək və qorxutmaq o şəxsə aiddir ki, ölüm və öldürülməkdən qorxur və dinə yəqinliyi yoxdur.) Bilin ki, mən iki nəfərlə vuruşuram: Biri onun üçün olmayan şeyi iddia edir (Müaviyə kimi ki, ləyaqəti olmadan xilafət iddiasında idi) və digəri, öhdəsinə götürdüyü şeydən üz döndərir (Təlhə ilə Zübeyr kimi ki, vəfa etmələri zəruri olan beyətlərini pozmuşdular).
    Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva bəndələrin bir-birlərinə tövsiyə edərək tapşırdıqları ən yaxşı şeydir və o, Allah yanında, aqibətlərin ən yaxşısıdır (işlərin ən yaxşısı dünyada təqva ilə sona çatanıdır). Həqiqətən sizinlə (zahirdə müsəlman olan) qiblə əhli arasında müharibə qapısı açılıb və bu bayrağı (onlarla müharibəni və onun şərtlərini, həqiqətlərdən) agah və gözüaçıq, (çətinliklərdə) səbrli, haqq və həqiqəti bilən şəxsdən (İmam əleyhis-salamdan) başqa heç kəs əlinə götürməz.(Amma Təlhə bu işi görmədi. Çünki Osmanı zalım hesab etməsinə baxmayaraq, onu öldürdükdən sonra onun qatilləri ilə düşmənçilik etdi və Osmanın yardımçılarına kömək edərək onun intiqamını almaq fikrinə düşdü. ) Odur ki, sizə əmr olunan şeyləri yerinə yetirin və çəkindirildiyiniz şeylərə əməl etməyin. Araşdırma aparmayınca (bizim əmr etdiklərimizi və çəkindirdiklərimizi başa düşüncəyə qədər) heç bir işdə (onu qəbul və ya rədd etməkdə) tələsməyin. Çünki sizin (nadanlıq üzündən) inkar etdiklərinizi dəyişdirməyə bizim haqqımız var.(Qəflət yuxusundan oyanın və öz ömrünüzü boş və faydasız keçirməyin! )
    Bilin ki, sizin arzulayaraq rəğbət bəslədiyiniz və sizi bəzən qəzəbləndirən, bəzən də şad edən bu dünya, sizin nə məskunlaşmaq və qalmaq evinizdir, nə onun üçün yaradıldığınız yer və nə də dəvət olunduğunuz məkandır. Bilin ki, nə dünya sizin üçün qalacaq və nə də siz onda qalacaqsınız. Əgər sizi özü (öz zinət və bər-bəzəyi) ilə aldadıbsa, öz pisliyindən (dərd, əziyyət və çətinliklərindən) də çəkindirib. Odur ki, çəkindirməsinə görə aldatmasını tərk edin və qorxutmasına görə tamahlandırmasını özünüzdən uzaqlaşdırın (yalançı bər-bəzəyinə aldanmayın və onun müxtəlif bəla və çətinliklərini gözünüzdə canlandırın). Tərəfinə çağırıldığınız evə doğru (getmək üçün) bir-birinizi ötün (əbədi yer olan axirət rahatlığını əldə etmək üçün dünyada Allaha və Peyğəmbərə tabe olun). Qəlblərinizi ondan (dünyanı sevməkdən) uzaqlaşdırın. Sizlərdən heç biriniz, dünyadan, ondan alınmış şeyə görə (əlindən çıxan hər şeyə görə baş-gözünə vurub ağlamaq səsini ucaldan) kəniz kimi nalə etməməlidir (əlindən çıxan heç bir şeyə görə qəm-qüssəyə batmamalıdır). Allahın itaətinə (itaətinin çətinliklərinə) səbr etmək və Öz Kitabında (Qurani-Kərimdə) qorunmasını əmr etdiyi şeyi qorumaqla Onun nemətinin kamilləşdirilməsini istəyin. (Çünki itaətə səbr və Quranın göstərişlərinə əməl etmək saysız nemətlər əldə edilməsinə səbəb olur.) Bilin ki, dinin əsas və təməlini möhkəmləndirmiş olsanız, dünya malının məhv olması və əldən çıxması sizə bir ziyan vurmayacaqdır. (Həmçinin bunu da) bilin ki, öz dininizi zay etdikdən sonra dünyadan qoruduqlarınız sizə bir xeyir verməyəcək. Allah bizim və sizin qəlblərinizi haqq və qurtuluşa doğru yönəltsin və (həm) bizə və (həm də) sizə (itaət, müsibət və günahla qarşılaşanda) səbr əta etsin.
    173- cü xütbə
    İmam Əli əleyhis-salamın (Təlhə ilə Zübeyrin Bəsrəyə tərəf hərəkət edərək onu müharibə ilə hədələmələri xəbəri çatanda) Təlhə ibn Ubeydullah barəsindəki kəlamlarındandır.
    (İndiyə kimi) müharibə ilə hədələnməmişdim və heç kəs məni qılınc zərbəsi ilə qorxutmamışdı. Və mən Rəbbimin verdiyi kömək (və düşmənə qalib gəlmək) vədəsinə arxayınam.(İşin sonundan qafildir, olduğu gündən uzağı görmür və yeməkdən başqa bir məqsədi yoxdur, halbuki sahibinin onu kökəltməkdən məqsədi başqadır. Pis işlərə əmr edən nəfs çobanı, sizi dərd-qəmlə dolu dünyanın otlaqlarına aparıb və onun məhv olacaq zinət və bər-bəzəyi ilə aldadıb. Siz də işin sonundan xəbərsiz qalmısınız və elə güman edirsiniz ki, həmişə burda qalacaqsınız. ) (Təlhənin Bəsrəyə tərəf getməsinin səbəbinə gəldikdə isə:) Allaha and olsun ki, o, özünü Osmanın intiqamını almağa hazırlamaq üçün tələsməyib. Bəlkə onun özündən intiqam alın¬ma¬sından qorxur. Çünki onun Osmanın qatillərindən biri olması güman edilir. Osmanın qatilləri arasında (onu öldürməyə) ondan hərisi yox idi. Buna görə də Osmanın intiqamını almaq adı altında qoşun toplamaqla məsələnin şübhəli və qaranlıq qalması və şəkk və tərəddüd yaranması üçün xalqı yanıltmaq istəyir. Allaha and olsun ki, o, Osman barəsində (yerinə yetirməsi lazım olan və haqq da onlardan biri olan) üç işdən heç birini yerinə yetirmədi. Əgər Əffanın oğlu onun güman etdiyi kimi zalım idisə, onda gərək onun qatillərinə yardım edəydi və onun köməkçilərindən uzaqlaşaraq onlarla düşmənçilik edəydi.(Çünki yaxşı bir işi yerinə yetirdikdən sonra başqalarını ona əmr etmək və eləcə də çirkin işdən başqalarını çəkindirəndən qabaq şəxsin özünün çəkinməsi qəlblərə sözü ilə əməli bir-birinə zidd olan şəxsin əmr be mə’ruf və nəhy əz münkər etməsindən daha çox təsir göstərir və fayda verir. Bundan əlavə İmam əleyhis-salam yüz iyirmi doqquzuncu xütbədə belə şəxsə lə’nət də oxuyub. ) Əgər (indi öz dilinə gətirdiyi və xalqın arasında yaydığı kimi Osman) məzlum idisə (və onu öldürmək haram sayılırdısa), gərək onun qatillərinin qarşısını alaraq (Osmanın çirkin əməllərinə görə) üzr istəyənlərdən olaydı. Əgər bu iki işdə şəkk və tərəddüddə idisə ( Osmanın zalım və ya məzlum olmasını bilmirdisə), gərək ondan uzaqlaşaraq bir kənara çəkiləydi və xalqı onunla öz ixtiyarına buraxaydı. Lakin o, bu üç işin heç birini etmədi (əksinə, fitnə alovunu alışdırdı və xalqı onu öldürməyə həvəsləndirdi) və (indi) yolu tanınmamış və (beyətini pozmaq üçün gətirdiyi Osmanın intiqamını istəmək və onun məzlum öldürülməsi kimi) bəhanələri səhv olan işə girişib.
    174- cü xütbə
    İmam Əli əleyhis-salamın (dinləyənlərə öyüd-nəsihət verdiyi və öz fəzilətlərinə toxunduğu) xütbələrindəndir.
    Ey (qiyamət, hesab və sorğu-sualdan) qafil olan, amma (söz və əməl dəftərində heç bir artırma və azaltma olmadan qeyd olunmaqla) nəzərdən qaçırılmayanlar!(Qur’ani-Kərimi nazil edib, Həzrət Peyğəmbəri onun şərhçisi və həm insanların, həm də cinlərin bələdçisi edib, xeyir və şəri hamıya göstərib ki, onların vəzifələrini tərk etmək üçün heç bir dəlil və bəhanələri olmasın. ) Ey (dünyaya aldanmaq nəticəsində eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın əmr və qadağalarını) kənara qoymuş və (dünyanın mal, zinət və bər-bəzəkləri, eləcə də ürək bağladıqları şeylər tezliklə) geri alınacaq kəslər! Nə olub ki, sizi Allahdan uzaqlaşmış və Ondan başqasına üz tutaraq dostluq edən görürəm? Siz çobanın vəbalı otlaq və dərd verən çeşməyə tərəf apardığı (hara aparıldıqlarını bilməyən) dördayaqlılar kimisiniz. O qoyun kimi ki, bıçaqlar (başını kəsmək) üçün hazırlamağa görə ona ot verilir və o, bu yaxşılığın edilməsindən və yetişdirilməsindən məqsədin nə olmasını bilmir, gününü həyatı və işini yeyib doymaq güman edir.(Hər hansı bir şeyin halal və ya haram olması Qur’ana və sünnəyə əsaslanaraq iman sahibinə məlum və bəlli olduqdan sonra o həmişə həmin əsasda hökm edər. Bunun əksinə olaraq mömin olmayan kəs isə əqidəsi xarab olduğu üçün öz səhv rəy və ictihadı ilə halal və haram olması Qur’an və sünnədə sabit olan şeyi dəyişdirər. ) And olsun Allaha ki, əgər sizlərdən hər birinizin haradan gəlib hara gedəcəyini, bütün hallarını bəyan etmək istəsəm, bacararam. Amma mənim barəmdə Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) kafir olmağınızdan (məni ondan üstün hesab etməyinizdən) qorxuram (halbuki mən keçmiş, gələcək və indikilər barəsində xəbər verəcəyim hər bir şeyi ondan öyrənmişəm). Bilin ki, mən həmin xəbərləri öz səhabələrimin küfr və mübaliğənin yol tapa bilmədiyi seçilmişlərinə çatdıracağam. And olsun Həzrət Peyğəmbəri haqq və doğru olaraq göndərmiş və onu yaranmışlardan üstün etmiş Allaha ki, (bu sözü) doğru deyirəm. O Həzrət bu xəbərlərin hamısını, həlak olacaq (əzaba düçar olacaq) şəxsin məhvini, nicat tapanın (yeri Cənnət olanın) qurtuluşunu və xilafətin işinin sonunu mənə xəbər verib. Başıma gələcək (işlərin hamısını) heç bir şeyi saxlamadan istisnasız olaraq iki qulağıma deyərək mənə çatdırıb. (Xülasə, mənə keçmiş, gələcək və indiki zamandan xəbər verib.)
    Camaat! Vallah sizi bir itaətə həvəsləndirirəmsə, onda özüm sizdən qabağa keçirəm. Həmçinin sizi hər hansı bir günahdan çəkindirməmişdən qabaq özüm ondan çəkinirəm.(Xəlifələrin bid’ətlərinə misal olaraq Əbu Bəkrin Həzrət Fatimə əleyhas-salamdan Fədək barəsində dəlil və şahid gətirməsini istəməsini -halbuki dəlili iddiaçı gətirməlidir, Ömərin Peyğəmbərin müəyyənləşdirdiyindən artıq vergi almasını, Osmanın Fitr və Qurban bayramlarında xütbə oxunmasını namazdan qabağa salmasını - halbuki xütbə namazdan sonra oxunmalıdır, xülasə, bu qisim bid’ətləri göstərmək olar. )
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-05)
    Views: 715 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024