İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    181- ci xütbə
    İmam Əli əleyhis-salamın Nauf (ibn Fuzalə) Bikalidən nəql edilmiş xütbələrindəndir.(Cahiliyyət dövrünün bədəvi ərəbləri, səhv əqidələrinə əsaslanaraq külək, yağış, soyuq və isti kimi səma hadisələrini ulduzların düşməsinə nisbət verirdilər və onlarda ulduzları təsirli bilirdilər. Buna görə də İmam əleyhis-salam burada onların əqidələrinə işarə edib.) (Nauf) deyir:
    Əmirəl-möminin əleyhis-salam bu xütbəni bizə Kufədə (o Həzrətin bacısı Umm Haninin oğlu) Cədə ibn Hübəyrə Məxzuminin dikəltdiyi daşın üzərində dayanaraq oxuyub. O Həzrətin əynində uzun yun paltar var idi. Qılıncının qayışı və ayaqqabısı xurma ağacının yarpaqlarından idi (toxunmuşdu). Onun alnı (səcdənin çoxluğundan) dəvənin dizlərinin qabarı kimi idi. Beləliklə, (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın mədh və tərifi və qüdrət və gücü, təqva və pərhizkarlığa həvəsləndirmək və dünyaya ürək bağlamamaq barəsində) buyurdu:
    Şükr o Allaha layiqdir ki, bütün yaradılmışların və işlərinin sonunun (yaradılmışların işlərinin sonunun) qayıdışı Ona tərəfdir. Lütfünün böyüklüyü, (təkliyinə olan) dəlilinin aşkarlığı, bəxşişinin çoxluğu və (İslam dini ilə boyunlara qoyduğu) haqqa görə Ona şükr edirik. Elə bir şükr ki, Onun haqqını əda edərək şükrünü yerinə yetirsin(Əmaliqə İmliq ibn Lavəz ibn İrəm ibn Sam ibn Nuhun övladlarından ibarət bir dəstə olublar və onlar çox böyük bir dövlətlə Yəmən və Hicazda padşahlıq ediblər. Sonralar onların kökü kəsilib. ) və Onun mükafatına yaxınlaşdıraraq bəxşişinin artmasına səbəb olsun. Onun fəzl və bəxşişinə ümidvar olan, xeyir verməsini arzulayan, (çətinlikləri) dəf etməsinə arxalanan, lütf və kərəmini etiraf edən və söz və əməli ilə Ona tabe olan şəxsin istəməsi kimi Ondan kömək diləyirəm. Yəqin və inamla Ona (Onun fəzl və kərəminə) ümidvar olan, kamil imanla Ona (Onun Allahlığına) üz tutan, itaətkarlıqla Ona qarşı təvazökar olan, təkliyinə etiqad bəsləməklə Ona qarşı tam sədaqətli və səmimi olan, şükr etməklə Onu böyük bilən və (Ondan başqa bir sığınacaq və pənah yeri tanımadığı üçün çətinliklərdə) rəğbət və səylə Ona pənah aparan şəxsin iman gətirməsi kimi Ona iman gətiririk. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah doğulmayıb (atadan yaranmayıb) ki, Onunla izzət və əzəmətində şərik olsun. (Çünki ata övladın cinsindəndir və izzət və böyüklükləri bir-birinə şamil olur.) Doğmayıb (dünyaya uşaq gətirməyib) ki, aradan gedərək Özündən sonra miras qoysun.(Rəss böyük bir quyunun adı idi ki, insanlar onun ətrafına toplaşaraq «şah ağac» dedikləri və Yafis ibn Nuhun əkdiyi küknar ağacına ibadət edirdilər. Allah onları məhv etdi. ) Vaxt və zaman Onu ötməyib. (Çünki O, vaxt və zamanın yaradanıdır.) Artmaq və azalmaq bir-birinin ardınca Onu əhatə etməyib.(Onun fikri həmişə ona yönəlib və ondan başqasına baxmır, necə ki, İmam əleyhis-salam bu kitabın sonunda buyurub: «الْحِكْمَةُ ضآلَّةُ المُؤمِنِ» «Hikmət möminin itiyidir ki, o, həmi؛ə onu əldə etmək fikrindədir». ) Bəlkə (göyün, yerin və digər varlıqların yaradılışında) bizə göstərdiyi gözəl nizam və möhkəm qanunlarla (vücudunun varlığı) ağıllara aşkar olub. Odur ki, Onun yaratmasının dəlil və şahidlərindən biri sütunsuz sabit və bərqərar qalmış və dirəksiz dikəldilmiş göylərin yaradılışıdır. Allah onları çağırdı (yaratmaq istədi). Onlar da itaət və tabeçiliklə dayanıb durmadan və duruxmadan (Onun çağırışını) qəbul etdilər (var oldular). Əgər onlar (vəziyyətləri ilə) rübubiyyəti təsdiq və qəbul, itaət və bəndəliyi iqrar etməsəydilər, onları Öz ərşinin yeri, (yaxın) mələklərin məkanı və bəndələrinin gözəl söz və əməllərinin qaldırıldığı yer etməzdi. Onların ulduzlarını nişanələr edib ki, çaş-baş qalmış şəxs yer üzünün geniş yolları ilə get-gəl edəndə onlarla yol axtarsın. Gecənin pərdəsinin çox qaranlığı onların nurunun işığını örtməyib və qaranlıq gecələrin zülmət pərdələri, göydə görünən ayın nurunun işıltısını aradan qaldırmağa qadir deyil. Buna görə də pak və qüsursuzdur o Allah ki, nə zülmət gecənin qaranlığı, nə də gecənin, dərin yerlərin künclərində və bir-birinə yaxın tutqun rəngli dağların qüllələrində rahatlıq tapanları Ona gizli deyil. Üfüqdə və göyün bir tərəfində göy gurultusundan gələn səs, buludun səpələnərək yox olan (gözlərə görünməyən) ildırımları, qopması ulduzların düşməsinə nisbət verilən küləklərin və yağışın yağmasının öz yerindən uzaqlaşdırdığı (yerə) tökülən yarpaqlar Ona gizli deyil.(Xülasə, İslamı elə bir zəiflik bürüyər ki, o əldən dü؛ərək yerindən qalxa bilməz. Bu cümlə Həzrət Peyğəmbərin bu buyuruğuna i؛arədir ki: «بَدَءَ الْإِسْلامُ غَرِيباً و سَيَعُودُ غَرِيباً» «İslam qərib və tək zühur etdi və tezliklə yenə də tək qalar.» Yəni, onun həqiqi davamçısı olmaz. ) Yağışın hər bir damcısının hara düşüb harada qərar tutacağını, kiçik qarışqanın (öz yükünü) haradan çəkib hara apardığını, ağcaqanadın ruzisi üçün nəyin kifayət etməsini və dişinin (döllü olarkən) qarnındakının nə (erkək, yoxsa dişi) olmasını bilir.
    Şükr o Allaha layiqdir ki, kürsü, ərş, göy, yer, cin və insan mövcud olmamışdan olub. (Çünki yaradanın yaradılmışdan qabaq mövcud olmasının zəruriliyi tam aydın məsələlərdəndir.) Düşüncə ilə dərk edilmir və zəka ilə müəyyənləşmir. Heç bir istəyən Onu yayındırmır. (Çünki Onun zatı elminin özüdür və Onun elminə qəflət yol tapa bilməz.) Əta və bəxşiş etmək Onu (Onun nemət xəzinəsini) azaltmır. (Çünki istəyən an istədiyini yaradır.) Göz ilə görünmür. Haradasa olmasını demək olmaz. Bənzəri olmaqla vəsf edilməz. (Əl və ayaq kimi) bir üzvün köməyi ilə yaratmır. Hisslərlə dərk edilmir. (Cisim olmadığı üçün cismin xüsusiyyətlərindən olan bu sifətlərlə vəsf edilmir.) İnsanlarla müqayisə edilməz (onlara oxşadılmaz. Çünki Onun oxşarı yoxdur). O Allah ki, Musa ilə (yaratdığı) bir sözlə danışdı və ona üzv və alətlərsiz, danışıqsız və (boğazda yerləşən və vasitəsi ilə səs çıxan) dilçəklərsiz Öz nişanələrindən böyük bir şey göstərdi (ki, o söz idi). Ey Rəbbini vəsf etmək üçün özünü zəhmətə salan kəs! Əgər düz deyirsənsə, pak hücrələrdə məskunlaşmış (və Allahın əzəmət və böyüklüyündən) başlarını aşağı salan və ağılları yaradanların ən yaxşısını vəsf etməkdə çaş-baş və aciz qalan Cəbraili, Mikaili və Allahın dərgahına yaxın olan mələklər qoşununu vəsf et. (Əgər onlar Onun zatının həqiqətini dərk edə bilmirlərsə, sən zəif bəndə onlardan qabaq Onun həqiqətini dərk etməkdə aciz və zəifsən.) Sifətlərlə o kəslər dərk edilirlər ki, şəkil və alətləri var və o kəs ki, ömrü sonu yoxluğa doğru çəkiləndə başa çatır. Buna görə də Ondan başqa bir tanrı yoxdur. (Çünki əgər olsaydı, əlbəttə ki, dərk edilərdi.) O, hər bir qaranlığı Öz nuru ilə işıqlandırıb və hər bir nuru Öz qaranlıqlaşdırması ilə zülmətə bürüyüb (hidayətin işıqlılığı Onun lütfünün, azğınlığın qaranlığı isə Onun qəzəbinin nəticəsidir).
    Ey Allahın bəndələri! Sizə pərhizkar olmağı və (isti və soyuqdan qorunmağınız üçün) sizə gözəl paltarlar geyindirmiş və sizin üçün yaşayış vasitələrini hazırlamış Allahdan qorxmağı tövsiyə edirəm. (Sizin üçün belə bir şərait yaratdığı halda nə üçün günah və itaətsizliklə Onun nemət və bəxşişlərinə nankorluq edirsiniz? Nə üçün Ondan uzaqlaşaraq dünyaya ürək bağlamısınız, halbuki) əgər kimsə dünyada qalmaq üçün bir vasitə əldə edə bilsəydi və ya ölümü dəf etməyə bir yol tapsaydı, o, Davud əleyhis-salamın oğlu Süleyman olardı ki, peyğəmbərlik vəzifəsindən və böyük məqam və dərəcəyə malik olmaqdan əlavə cin və insanlara hakim və padşah idi. (O, dünya və axirətə aid bütün vasitələrə malik olmaqla dünyada qalmağa hamıdan çox layiq idi. Amma) elə ki özünün təqdir edilmiş rüzisini istifadə etdi və həyat müddətini sona çatdırdı, yoxluq yayları ölüm oxları ilə onu diz çökdürdü (və o, dünya ilə vidalaşdı). Şəhərlər onsuz və evlər boş qaldı və başqaları onları irs apardılar. Sizin üçün keçən dövrlərdə ibrət vardır (ki, keçmişlərin bu dünyadan necə üzülüşmələrinə nəzər salasınız). Haradadır Əmaliqə və onların övladları?(O, Əbu Umarə Xuzəymə ibn Sabit əl-Ənsaridir ki, Həzrət Peyğəmbər onun şahidliyini iki kişinin şahidliyinin yerinə qəbul edib. Həzrət Peyğəmbər bir ərəbdən at alıbmış və ərəb bunu inkar edirmiş. Həzrət buyurub: Ey Xuzəymə, şahidlik edirsən? Deyir: Xeyr, ey Allahın Peyğəmbəri, amma atı almağını bilirəm. Necə ola bilər ki, səni Allah tərəfindən gətirdiyin şeydə təsdiqləyim, amma bir ərəblə etdiyin alverdə təsdiqləməyim? Sonra o Həzrət buyurdu: Sənin şahidliyin iki kişinin şahidliyi kimidir. ) Haradadır (Misir şahları olmuş) Fironlar və (onların heç bir nişanələri qalmamış) övladları? Haradadır peyğəmbərləri öldürən, Allahın elçilərinin hökmlərini söndürən (məhv edən) və zalımların ənənələrini dirildən (həmin əsasda davranan) Rəss şəhərlərinin əhalisi?(Deyiblər ki: Bu xütbə Əmirəl-möminin əleyhis-salamın ayaq üstə buyurduğu son xütbədir) Haradadır o kəslər ki, qoşunlarla hər tərəfə gedərək minlərlə nəfəri məğlub edirdilər və ordu toplayaraq şəhərlər tikirdilər?!
    Bu da həmin xütbənin (zühuru gözlənilən İmam -əccələllahu təala fərəcəh - barəsindəki) bir hissəsidir
    (İmami-Zaman əleyhis-salam) hikmət (şeylərın həqiqətləri barəsindəki elm, zahidlik və ibadət) qalxanını geyinib və onu ona üz tutmaq, tanımaq və özünü (dünyaya bağlılıqdan) azad etmək kimi şərtləri ilə mənimsəyib. Hikmət o Həzrətin axtardığı itik və istədiyi arzudur.(Onun hökmləri qiyamətə kimi dəyişməyəcək, bəlkə hər bir məsələnin hökmü Həzrət Peyğəmbərin dövründə Qur’an və sünnədə bəyan olunan kimidir. Bu cümlə «Müxəttəə»dən olan doğru fikir sahiblərinin nəzərlərinin düzlüyünə bir dəlildir. Onlar deyirlər ki, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hər bir məsələdə müəyyən və bəlli bir hökmü var. Onu elmi əsaslar çərçivəsində kəşf edərək üzə çıxaran müctəhid haqdır. Elmi çərçivədə həmin hökmü kəşf edərək üzə çıxarmaq istiqamətində çalışmış, amma həqiqi hökmü əldə etməmiş müctəhid isə səhvə düçar olub. Amma bununla belə bu işə görə ona heç bir zərər-ziyan dəyməz. «Müsəvvəbə»dən olan səhv düşüncə tərəfdarlarının nəzəri isə yuxarıda deyilənlərin əksinədir. Onlar deyirlər ki, Allahın hər bir məsələdə müctəhidlərin fərqli nəzərlərinə əsasən müxtəlif hökmləri vardır. ) O Həzrət (fitnə-fəsad çoxalaraq) İslam qərib (zəif) düşəndə və (dəvə əzab-əziyyət görən zaman etdiyi kimi) öz quyruğunu tərpədərək boğazının qabağını yerə qoyanda gözlərdən uzaqlaşaraq bir guşəyə çəkilər.(Allahın Peyğəmbərinin zamanında haram olan şey sizə və gələcək nəsillərə də haramdır və eləcə də vaciblər vacibdir. Çünki Məhəmmə-din (səlləllahu əleyhi və alih) şəriəti qiyamətə kimi davam edəcək və onun bir nəfər barəsindəki hökmü hamıya aiddir. Buna görə də hər bir məsələnin hökmü birinci günündə müəyyənləşdirildiyi, Kitab və sünnədə bəyan edildiyi kimidir və hökmlər heç bir kəs və zamanla bağlı olaraq dəyişdirilməzdir. Heç kəsin öz rəy və ictihadı ilə onu dəyişdirmək icazəsi yoxdur. Əgər kimsə belə bir iş görsə, dində bid’ət qoyub. ) O Həzrət Allahın dəlilinin qalanlarının (hidayət və nicat İmamları əleyhimus-salamın) yerdə qalanı və peyğəmbərlərin canişinlərinin canişinidir. («اللّهُمَّ أَظْهِرْ بِهِ الْعَدْلَ وَ أَيِّدْهُ بِالنَّصْرِ وَانْصُرْ ناصِرِيهِ وَ اخْذُلْ خاذِلِيهِ وَ اقْصِمْ قاصِمِيهِ وَ اقْصِمْ بِهِ جَبابِرَةَ الكُفْرِ وَ اقْتُلْ بِهِ الكُفّارَ وَالْمُنافِقِينَ وَ جَمِيعَ الْمُلْحِدِينَ امِينَ يا أَرْحَمَ الرّاحِمينَ «Allahım! Onun vasitəsi ilə ədaləti bərqərar et. Onu Öz köməyinlə gücləndir. Ona kömək edənə kömək et və onu köməksiz qoyanı köməksiz qoy. Onu sındıranları sındır. Onun vasitəsi ilə küfr zülmkarlarını məhv et. Onun əli ilə kafirləri, münafiqləri və bütün dinsizləri öldür. Amin, ey rəhimlilərin ən rəhimlisi!»)
    İmam əleyhis-salam sonra buy-urdu:
    Camaat! Mən sizə peyğəmbərlərin öz ümmətlərinə verdikləri öyüdləri verdim. Vəsi və canişinlərin peyğəmbərlərdən sonrakılarla davranışda etdiklərini (mülayimlik və mehribanlığı) sizinlə etdim. Sizi öz (öyüd-nəsihət) qamçımla ədəbləndirdim, düz yola gəlmədiniz. Sizi qorxutmaq vasitəsi ilə (haqq yola) sövq etdim, toplaşmadınız (mənə tabe olmadınız)!!
    Əcriniz Allah yanında! Gözləyirsiniz ki, məndən başqa bir İmam gəlib sizi yola gətirərək doğru yol göstərsin?!
    Bilin! Dünyanın üz tutanı arxa çevirdi və arxa çevirəni üz tutdu. (Haqq İmama tabe olmamaq nəticəsində dünyanın yaxşılığı arxa çevirdi və onun pisliyi, yəni, cahiliyyət dövrünün əməli meydana çıxdı.) Allahın yaxşı işlər görən bəndələri köç etmək (dünyadan getmək) qərarına gəldilər və dünyanın davamlı olmayan azını axirətin fani olmayan çoxuna satdılar (dəyişdilər və onun qəm-qüssəsindən nicat tapdılar. Deyəsən İmam əleyhis-salamın bu cümlədən məqsədi özünün şəhid edilməsindən xəbər verməkdir). Qanları Siffeyn müharibəsində tökülən qardaşlarımız (dindaşlarımız) bu gün diri olmayıb qəm-qüssə çəkib bulanıq su içməməklə (bu dövrün çətinliklərini görməməklə) nə ziyan ediblər?! (Xülasə, dünyadan köçüb belə bir günü görməyənlərin xoş halına!) Allaha and olsun ki, onlar Allahı (Onun rəhmini) əldə etdilər. Allah da onların əməllərinin mükafatını verdi və (dünyada olan) qorxu və vahimədən sonra onları qorxusuz və rahat evdə yerləşdirdi. Haradadırlar mənim haqq yolu öz minikləri etmiş və (ömürlərini) düzlük və doğruluqla (sona çatdırıb) köçmüş qardaşlarım? Haradadır Əmmar (ibn Yasir)? (O, doxsandan yuxarı yaş ilə Siffeyn müharibəsində şəhid edilib.) Haradadır (Əbulhəysəm Malik) ibn Təyhan? Haradadır Zuşşəhadəteyn?(Gərək özünüzdən qabaqkıların yoluna qədəm qoyasınız, onların davranış üsulları ilə davranasınız, yoxsa özbaşına bir söz deyib başqa yol ilə getməyəsiniz. ) Haradadır onların qardaşlarının (dindaşlarının) onlar kimiləri (İbn Bədil, Haşim ibn Utbə və digərləri) ki, (hamısı Siffeyn müharibəsində şəhid oldular və) bir-birləri ilə ölüm (haqq yolda şəhid olmaq) barəsində əhd bağladılar və başları (öldürüldükdən sonra) günahkarlara (Müaviyə və tərəfdarlarına) göndərildi?
    Nauf deyir: İmam əleyhis-salam bu sözdən sonra əlini mübarək saqqalına vuraraq çox ağladı və buyurdu:
    Heyf və əfsus, o qardaşlarım (dindaşlarım) üçün ki, Quranı oxuyaraq onu möhkəm bildilər (möhtərəm saydılar), vacib olan şeydə düşünərək onu bərqərar etdilər (onun əsasında davrandılar), sünnəni dirildərək bidəti məhv etdilər, cihada çağırılanda (onu) qəbul etdilər və başçıya inanaraq ona tabe oldular. Sonra uca səslə (belə) fəryad qopardı:
    Ey Allahın bəndələri, cihad, cihad! Bilin ki, mən elə bu gün qoşun hazırlayacağam. Kim Allaha tərəf getmək istəyirsə, gərək getsin.
    Nauf deyir: Bundan sonra Hüseyn əleyhis-salamı on min nəfərlik qoşuna, Qeys ibn Sədi on min nəfərə, Əbu Əyyub Ənsarini on min nəfərə və onlardan başqalarını da başqa sayda qoşunlara əmir və başçı təyin etdi. Həzrət (Şam əhli ilə vuruşmaq üçün) Siffeynə qayıtmaq istəyirdi. Beləliklə, hələ cümə günü gəlib çatmamışdı ki, İbn Mülcəm məlun (Allah ona lənət etsin) o Həzrəti zər¬bətlədi. Buna görə də qoşunlar geri qayıtdılar. Biz öz çobanını itirmiş və hər bir tərəfdən canavarların oğurladıqları qoyunlar kimi idik.(Sizi ruzi əldə etməyin qəm-qüssəsindən nicat verir, necə ki, Zariyat surəsinin 22-23-cü ayələrində buyurulur:«وَفِي السَّمَاء رِزْقُكُمْ وَمَا تُوعَدُونَ فَوَرَبِّ السَّمَاء وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَ» «Sizin ruziniz və vəd olunduğunuz şey göydədir. Buna görə də göyün və yerin Rəbbinə and olsun ki, bu, sizin danışığınız kimi düz və həqiqətdir.» Yəni, sizin danışığınızda şəkk və tərəddüd olmadığı kimi, deyilənlərin də düz və doğru olmasında heç bir şəkk-şübhə yoxdur. )
    182- ci xütbə
    İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) xütbələrindəndir.
    Şükr o Allaha layiqdir ki, (göz ilə nişanə və əlamətləri) görünmədən tanınıb və əziyyət çəkmədən (və alət və vasitələrsiz yaranmışların) yaradan(ı)dır. Varlıqları güc və qüdrəti ilə yaradıb və böyüklük və üstünlüyü ilə itaətsizlik və ağalıq edənlərdən itaət və bəndəlik etmələrini tələb edib. (Çünki Onun qarşısında hər bir böyük kiçikdir. Buna görə də təvazökarlıq və itaətkarlığı əmr edib.) O, Öz bəxşişi ilə böyüklərin ağa və böyüyüdür. Yaratdıqlarını dünyada yerləşdirən və (hikmət və mərhəmətinə əsasən) peyğəmbərlərini (hidayət etmək üçün bir-birinin ardınca) cin və insanlara tərəf göndərən Allah Odur. (Peyğəmbərləri göndərdi) ki, onlar (insan və cinlər) üçün dünyanın (nadanlıq və azğınlıq) pərdəsini aradan qaldırsınlar, onları dünyanın pislik və çətinliklərindən qorxutsunlar (xəbərdar etsinlər), onlar üçün onun (dünyanın vəfasızlığı) barəsində məsəllər çəksinlər (hekayətləri açıqlasınlar ki, onlar dünyaya aldanıb vurulmaqdan nicat tapsınlar), onları onun (dünyanın) eyb və çatışmazlıqlarından xəbərdar etsinlər və onlar (günah və itaətsizliyin ziyanından) xəbərsiz və qafil olan zaman onların vasitəsi ilə ibrət götürəcəkləri (ayılaraq özlərinə gələcəkləri) sözü - sağlamlıq, rahatlıq, xəstəlik və çətinlik kimi halların dəyişəcəyini, onun halal və haramını (bu yollarla qazanılması), itaətkarlar üçün Cənnət və möhtərəmlik, günahkarlar üçün isə od və xarlıq hazırlanmasını xatırlatsınlar.
    Allaha üz tutub bəndələrinə əmr etdiyi şəkildə şükr edirəm. Hər bir şey üçün miqdar və ölçü, hər bir ölçü üçün müddət və hər bir müddət üçün yazı müəyyənləşdirib (ki, onda dəyişiklik ola bilməz).
    Bu da həmin xütbənin Quranın vəsfi (və xalqa öyüd-nəsihət) barəsindəki bir hissəsidir
    Quran (yaxşılıqlara) əmr edən (və pisliklərdən) çəkindirəndir (Allah onda insanları yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirib). (Zahirdə) dinməz (əslində isə) natiqdir. (Çünki zahiri baxışda hərflərdən başqa bir şey deyil. Amma onda bütün ilahi əmr və qadağalar mövcuddur və o, onların hamısını bəyan edir.) Allahın bəndələrinə olan dəlil və sübutudur ki, onlardan onun barəsində (ona əməl etmək barəsində) söz alıb və onları onun girovunda qoyub. (Odur ki, ona tabe olmaqdan başqa bir yolla əzabdan nicat tapmaq mümkün deyil.) Onun nurunu kamilləşdirib (onda qiyamətə kimi olan səadət və xoşbəxtlik, eləcə də bədbəxtlik yolunu göstərib). Həmçinin Öz dinini (İslamı) onun vasitəsi ilə kamala çatdırıb. Öz Peyğəmbərinin (səlləllahu əleyhi və alih) canını o vaxt aldı ki, o, Quranın hidayət və qurtuluşa səbəb olan hökmlərinin xalqa təbliğ olunması və çatdırılmasını bitirmişdi. Buna görə də Allahın əzəmət və böyüklüyünü (O, Özü) Öz böyüklüyünü (Qurani-Kərimdə) zikr etdiyi kimi yad edin. Çünki O, Öz dininin (hökmlərinin) bir hökmünü (də) sizdən gizli saxlamayıb və bəyənilən və bəyənilməyən heç bir şeyi onun üçün (kitab və sünnədə) aşkar nişanə və bəlli əlamət qoymadan tərk etməyib ki, ondan (bəyənilməyəndən) saxlasın və digərinə (bəyənilənə) əmr etsin. Odur ki, Onun razılıq və istəyi, eləcə də qəzəb və qadağası, gələcəkdə (də keçmişdəki ilə) birdir.(Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 152-ci ayəsində buyurulur: «فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ» «Məni yada salın ki, Mən də sizi yada salım. Mənim nemətlərimin şükrünü yerinə yetirin, nankorluq etməyin.» )Bilin ki, Allah sizin üçün heç vaxt səbəbindən sizin keçmişlərinizə qəzəbləndiyi şeyə razılıq verməyəcəkdir. Həmçinin keçmişlərinizə razılıq verdiyi şeyə görə heç vaxt sizə qəzəblənməyəcəkdir.(Necə ki, Qur’ani-Kərimin Nisa surəsinin 131-ci ayəsində buyurulur: «وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُواْ اللّهَ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ غَنِيًّا حَمِيدًا» «Biz sizdən əvvəl Kitab verilənlərə (yəhudi, xristian və bu kimilərə) və sizə Allahdan qorxmağı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah ehtiyacsızdır və şükr olunmağa layiqdir.» Deməli, təqvaya əmr olunması sizin özünüzün nicat tapmağınız üçündür, yoxsa Allahın sizin ibadət və pərhizkarlığınıza ehtiyacı yoxdur. )(Odur ki, İmam əleyhis-salam buyurur:) Aşkar yolda hərəkət etməkdən və özünüzdən qabaqkı kişilərin sözlərini təkrar etməklə danışmaqdan başqa bir çarəniz yoxdur.(Nə qədər ki, dirisiniz, öz işinizə bir çarə qılaraq yol üçün azuqə götürün. Yoxsa keçmişlər kimi olmayın ki, onlar peşmançılıqlarının bir faydası olmayan və istəkləri qəbul edilməyən bir zamanda öz günahlarından peşman olaraq dünyaya qayıtmaq istəyirlər. Necə ki, Qur’ani-Kərimin Ən’am surəsinin 27-28-ci ayələrində buyurulur: «وَلَوْ تَرَىَ إِذْ وُقِفُواْ عَلَى النَّارِ فَقَالُواْ يَا لَيْتَنَا نُرَدُّ وَلاَ نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ بَلْ بَدَا لَهُم مَّا كَانُواْ يُخْفُونَ مِن قَبْلُ وَلَوْ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ» «Əgər oda (daxil olmağa) məcbur edilən günahkarları görsən, (eşidərsən ki, belə) deyirlər: Kaş ki, bizi dünyaya qaytaraydılar və biz Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq. Düz demirlər, bəlkə etiraf ona görədir ki, bundan qabaq onlara gizli olan şey aşkar olub. Əgər qayıtsalar, yenə onlara qadağan olunmuş şeyləri yerinə yetirərlər və onlar yalan deyirlər.» Həmçinin Mu’minun surəsinin 99-100-cü ayələrində buyurulur: «حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ» «Onlar ölüm onlardan birini haqlayana kimi çirkin i؛lər gِrərlər. Sonra o, pe؛mançılıq üzündən deyər: Pərvərdigara! Məni dünyaya qaytar, bəlkə əldən çıxardığımın müqabilində yax؛ı bir i؛ gِrüm. Xeyr, onu qaytarmazlar. اünki qayıtmaq istəyi onların çətinliyə düçar olduğu üçün dediyi bir sِzdür. Onların arxasında qəbr hesabı üçün qaldırılacaqları günə kimi maneə olacaqdır.» ) Həqiqətən Allah sizin yaşayış ruzinizin əldə edilməsinə zəmanət verir.(Necə ki, Qur’ani-Kərimdə Təhrim surəsinin 6-cı ayəsində buyurulur: «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ» «Ey iman gətirənlər! Günahları tərk etməklə özünüzü və öyüd-nəsihətlə övladlarınızı elə bir oddan qoruyun ki, onun odun və yanacağı insanlar və yonulub büt edilərək ibadət olunan daşlardır. Həmin odun üstündə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən qaba sözlü sərt mələklər vardır.» Həmçinin Zuxruf surəsinin 36-cı ayəsində buyurulur: «وَمَن يَعْشُ عَن ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ» «Hər kəs mehriban Allahın zikrindən boyun qaçırsa, Biz şeytanı onun yoldaşı edərik.») Həmçinin sizi şükr və həmd etməyə həvəsləndirib və sizə, öz dillərinizlə Onu yada salmağı vacib edib.(Tezliklə yox olaraq torpaq altında çürüyəcək bədənlərinizi ibadət, bəndəlik və din düşmənləri ilə cihad yolunda sərf edin ki, əbədi əzabdan qurtularaq əbədi Cənnətdə olasınız. ) Sizə təqvalı və pərhizkar olmağı tapşırıb.(Necə ki, Qur’ani-Kərimin Ənbiya surəsinin 101-102-ci ayələrində buyurulur: «إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا الْحُسْنَى أُوْلَئِكَ عَنْهَا مُبْعَدُونَ لَا يَسْمَعُونَ حَسِيسَهَا وَهُمْ فِي مَا اشْتَهَتْ أَنفُسُهُمْ خَالِدُون» «Öndə olanlara Bizim tərəfimizdən gözəl mükafat vardır. Onları cəhənnəm odundan uzaqlaşdırarlar ki, onun səsini eşitməsinlər. Onlar arzuladıqları şeydə əbədi qalarlar». ) Onu Öz razılığının son dərəcəsi edib və bəndələrindən istəyib (ki, günahlardan çəkinərək Ondan qorxsunlar, Ona itaət istiqamətində çalışsınlar). Buna görə də nəzərləri altında olduğunuz və alın tükləriniz, yatıb-durmaq və oturub-qalxmağınız əlində olan (sizin barənizdə istədiyi şeyi dərhal gerçəkləşdirməyə qadir olan) Allahdan qorxun. Əgər (öz sirrinizi) gizlətsəniz və heç kəsə deməsəniz, bilər (və yaxşıya savab, pisə cəza verər). Əgər (onu) aşkar etsəniz, yazar. (Yəni,) sizə möhtərəm gözətçilər (mələklər) təyin edib ki, (onlar sizin söz və əməllərinizi yazırlar və) heç bir haqqı qələmdən salmaz və nahaq və edilməmişi yazmazlar. (Onlar elə diqqətlidirlər ki, yaxşı əməl hətta kiçik olsa belə, insan tərəfindən yerinə yetirilən kimi yazılar və qələmlərindən düşməz.) Bilin ki, hər kim təqvalı olaraq Allahdan qorxsa, Allah-təala fitnə-fəsadlardan çıxmaq yolunu və zülmətlərdən (nadanlıq və azğınlıq zülmətlərindən) işıqlıq və aydınlığı ona göstərər, onu arzuladığı yerdə (Cənnətdə) əbədi olaraq saxlayar. Onu Öz yanındakı əziz mənzildə - Özü (Öz dostları) üçün seçdiyi evə daxil edər. Həmin evin kölgəsi Allahın ərşi, işığı isə Onun razılığıdır. Oranın zəvvarları mələklər, dostları isə Onun peyğəmbərləridir. Buna görə də (Allaha ibadət və xalqa xidmətlə) axirətə tərəf tələsin və ölümləri (ölümə səbəb olan xəstəlikləri) qabaqlayın (ölüm¬dən qabaq azuqə götürərək elə iş görün ki, Allah və Peyğəmbər razı olsunlar). Çünki insanların arzularının qırılması, ölümün onları haqlaması, tövbə və qayıdış qapısının onların üzünə bağlanması (və onların qəm-qüssədə qalmaları) yaxındır. Odur ki, siz (qəflətən, dünyaya) qayıtmağı istəyən keçmişləriniz kimi olacaqsınız.(İmam əleyhis-salam onu alçaqlıq və nanəciblik baxımından keçinin buynuzuna oxşadıb. Bu, ərəblərdə bir adətdir. Onlar bir şeyi böyük hesab etmək istəyəndə isə onu gözəl və hörmətli bir şeyə oxşadarlar. Məsələn, deyirlər ki: «نَجَمَ نُجُومَ الْكَوْكَبِ» yəni, «o, ulduz kimi zahir oldu». ) Siz qalmaq yeriniz olmayan dünyada yol keçən müsafirsiniz. Sizin ondan köçməyiniz elan və azuqə götürməyiniz əmr olunub. (Odur ki, tələsin, yol üçün azuqə götürün və Allaha və Peyğəmbərə tabe olun ki, avara-sərgərdan qalmayasınız.) Bilin ki, bu nazik dərinin (bədəninizin dərisinin) oda dözümü yoxdur. Belə isə (ona düçar olmaqla) özünüzə rəhm edin ki, siz özünüzü dünyada müsibət və çətinliklərlə sınamısınız (onun ən kiçik uğursuzluğuna dözə bilməmisiniz). Məgər hər hansı birinizin bədəninə batan tikandan, qana bulaşmasına səbəb olan sürüşməkdən və onu yandıran isti qumdan (səhra qumunun onu yandırmasından) necə nalə edib inildəməsini görməmisiniz? Bəs onun halı odun iki təbəqəsi arasında-yandırıcı daşla yataq yoldaşı və şeytanla yoldaş olanda necə olacaq?!(Sənə lazım olan şey təqva, Allahdan qorxmağı öz şüarın etmək və yaxşı işlər görməkdir. Sənə bundan artıq bir şey lazım deyil. ) Bilirsinizmi ki, cəhənnəm sahibi oda qəzəblənəndə, od onun qəzəbindən (coşub təlatümə gələrək) bir-birinə çırpılır (üst-üstə yığılır) və onu incidəndə (onun üstünə qışqıranda) səbrliliyi əldən verərək onun verdiyi əziyyət nəticəsində cəhənnəmin qapıları arasında fəryad qopararaq sıçrayır?
    Ey qocalığın zəifliyinə düçar olmuş pirani qoca! Od boyunbağılar boyunların sümüklərinə yapışanda və qandal və zəncirlər yapışaraq bazuların ətlərini yeyəndə necə olacaqsan? (Əgər günah və itaətsizlik nəticəsində bu əzaba düçar olsan, nə edəcəksən?) Buna görə də ey bəndələr dəstəsi, nə qədər ki, xəstəlikdən (ölümdən) qabaqkı sağlamlıq və (qəbrdəki) sıxıntı və çətinlikdən qabaqkı genişlik və rahatlıqda dincsiniz (Allahın və Peyğəmbərin razılığını əldə edərək ölümdən sonrakı çətinlikdən nicat tapmaq imkanınız var), Allahdan qorxun, Allahdan qorxun! Öz boyunlarınızı, onlar girov qoyulub getməmişdən (qurtulması qeyri-mümkün olandan) qabaq (cəhənnəm odundan) azad etməyə çalışın. Gözlərinizi oyaq saxlayın (gecə oyaq qalanlardan olun), qarınlarınızı arıqladın (oruc tutun), qədəmlərinizi işə salın (xeyir işdə addımlayın), mallarınızı (Allah yolunda) bağışlayın, cisminizi ruhunuza qurban verin və bu işdə simiclik etməyin.(Çünki Allah Qur’ani-Kərimin İsra surəsinin 37-ci ayəsində buyurur: «وَلاَ تَمْشِ فِي الأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولاً» «Yer üzündə təkəbbürlə yol getmə. Çünki sən heç vaxt (ayaqlarınla) yeri yara bilməz və heç vaxt (boynunu nə qədər uzatsan da) boyca dağlara çata bilməzsən.» ) Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Məhəmməd surəsinin 7-ci ayəsində) buyurur: «إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ» «Əgər Allaha yardım göstərsəniz (itaət və bəndəlik etsəniz), O da sizə yardım göstərər və sürüşkənliklərdə qədəmlərinizi möhkəmləndirər (və sizi çətinlik və giriftarçılıqdan qurtarar).» Həmçinin (Hədid surəsinin 11-ci ayəsində) buyurur: «مَن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ» «Kimdir o kəs ki, (itaət və bəndəlikdə) Allaha (riyakarlıq və özünü göstərmək olmadan) gözəl borc versin, Allah da onun əvəzini qat-qat artırsın. Onu həm də çox qiymətli bir mükafat gözləyir.» O, sizdən zillət və xarlığa görə yardım, malın azlığı və ehtiyac üzündən borc istəməyib. Göylərin və yerin qoşunları Ona məxsus və (hamıya) qalib və alim ola-ola O, sizdən yardım istəyib. Sizdən borc istəyib, halbuki göyün və yerin xəzinələri Onundur və O, ehtiyacsız və təriflənəndir. Onun yardım və borc istəməsi ona görədir ki, O, sizin hansı birinizin daha çox yaxşı işlər görməyinizi sınamaq istəyib. Belə isə Allahın evində (Cənnətdə) Onun qonşuları (gözəl əməl sahibləri) ilə olmaq üçün yaxşı işlərə tələsin. Allah, peyğəmbərlərini onlarla tanış edib, mələklərinə onların görüşünə getməyi əmr edib və onların qulaqlarını həmişə odun səsini eşitməkdən qoruyub (ki, məbada həmin səsi eşitməklə solğun olalar).(Allah və Peyğəmbərin qəzəbinə səbəb olan boş sözlərdən uzaq olarlar. Necə ki, Qur’ani-Kərimin Furqan surəsinin 72-ci ayəsində buyurulur: «وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا» «Allahın bəyənilmiş bəndələri o kəslərdirlər ki, faydasız və əyyaşlıq məclislərində, nahaq və batil sözlər danışılan və ya çirkin işlər görülən yerlərdə iştirak etməz, orada olmazlar və boş və xoşagəlməz bir şeylə qarşılaşdıqları zaman uzaqlaşaraq keçər, durmazlar». ) Həmçinin onların bədənlərini çətinlik və əziyyət görməkdən qoruyub. (Qurani-Kərimin Hədid surəsinin 21-ci ayəsində buyurulur:) «ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ» «Bu, Allahın lütf və bəxşişidir ki, onu istədiyi kimsəyə əta edir. Allah çox böyük mərhəmət, kərəm sahibidir.» Eşitdiklərinizi deyirəm və Allahdan həm özüm, həm də sizin üçün (yaxşı işlər görməyə nail olmaq və pis işlərə əmr edən nəfsə və şeytana tabe olmamaq istiqamətində) yardım diləyirəm. O, (Ondan yardım istəmək) bizə kifayətdir və O, (işləri həvalə etmək üçün) gözəl vəkildir.
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-05)
    Views: 700 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024