İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    182- ci xütbə
    İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) xütbələrindəndir.
    Şükr o Allaha layiqdir ki, (göz ilə nişanə və əlamətləri) görünmədən tanınıb və əziyyət çəkmədən (və alət və vasitələrsiz yaranmışların) yaradan(ı)dır. Varlıqları güc və qüdrəti ilə yaradıb və böyüklük və üstünlüyü ilə itaətsizlik və ağalıq edənlərdən itaət və bəndəlik etmələrini tələb edib. (Çünki Onun qarşısında hər bir böyük kiçikdir. Buna görə də təvazökarlıq və itaətkarlığı əmr edib.) O, Öz bəxşişi ilə böyüklərin ağa və böyüyüdür. Yaratdıqlarını dünyada yerləşdirən və (hikmət və mərhəmətinə əsasən) peyğəmbərlərini (hidayət etmək üçün bir-birinin ardınca) cin və insanlara tərəf göndərən Allah Odur. (Peyğəmbərləri göndərdi) ki, onlar (insan və cinlər) üçün dünyanın (nadanlıq və azğınlıq) pərdəsini aradan qaldırsınlar, onları dünyanın pislik və çətinliklərindən qorxutsunlar (xəbərdar etsinlər), onlar üçün onun (dünyanın vəfasızlığı) barəsində məsəllər çəksinlər (hekayətləri açıqlasınlar ki, onlar dünyaya aldanıb vurulmaqdan nicat tapsınlar), onları onun (dünyanın) eyb və çatışmazlıqlarından xəbərdar etsinlər və onlar (günah və itaətsizliyin ziyanından) xəbərsiz və qafil olan zaman onların vasitəsi ilə ibrət götürəcəkləri (ayılaraq özlərinə gələcəkləri) sözü - sağlamlıq, rahatlıq, xəstəlik və çətinlik kimi halların dəyişəcəyini, onun halal və haramını (bu yollarla qazanılması), itaətkarlar üçün Cənnət və möhtərəmlik, günahkarlar üçün isə od və xarlıq hazırlanmasını xatırlatsınlar.
    Allaha üz tutub bəndələrinə əmr etdiyi şəkildə şükr edirəm. Hər bir şey üçün miqdar və ölçü, hər bir ölçü üçün müddət və hər bir müddət üçün yazı müəyyənləşdirib (ki, onda dəyişiklik ola bilməz).
    Bu da həmin xütbənin Quranın vəsfi (və xalqa öyüd-nəsihət) barəsindəki bir hissəsidir
    Quran (yaxşılıqlara) əmr edən (və pisliklərdən) çəkindirəndir (Allah onda insanları yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirib). (Zahirdə) dinməz (əslində isə) natiqdir. (Çünki zahiri baxışda hərflərdən başqa bir şey deyil. Amma onda bütün ilahi əmr və qadağalar mövcuddur və o, onların hamısını bəyan edir.) Allahın bəndələrinə olan dəlil və sübutudur ki, onlardan onun barəsində (ona əməl etmək barəsində) söz alıb və onları onun girovunda qoyub. (Odur ki, ona tabe olmaqdan başqa bir yolla əzabdan nicat tapmaq mümkün deyil.) Onun nurunu kamilləşdirib (onda qiyamətə kimi olan səadət və xoşbəxtlik, eləcə də bədbəxtlik yolunu göstərib). Həmçinin Öz dinini (İslamı) onun vasitəsi ilə kamala çatdırıb. Öz Peyğəmbərinin (səlləllahu əleyhi və alih) canını o vaxt aldı ki, o, Quranın hidayət və qurtuluşa səbəb olan hökmlərinin xalqa təbliğ olunması və çatdırılmasını bitirmişdi. Buna görə də Allahın əzəmət və böyüklüyünü (O, Özü) Öz böyüklüyünü (Qurani-Kərimdə) zikr etdiyi kimi yad edin. Çünki O, Öz dininin (hökmlərinin) bir hökmünü (də) sizdən gizli saxlamayıb və bəyənilən və bəyənilməyən heç bir şeyi onun üçün (kitab və sünnədə) aşkar nişanə və bəlli əlamət qoymadan tərk etməyib ki, ondan (bəyənilməyəndən) saxlasın və digərinə (bəyənilənə) əmr etsin. Odur ki, Onun razılıq və istəyi, eləcə də qəzəb və qadağası, gələcəkdə (də keçmişdəki ilə) birdir.(Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 152-ci ayəsində buyurulur: «فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ» «Məni yada salın ki, Mən də sizi yada salım. Mənim nemətlərimin şükrünü yerinə yetirin, nankorluq etməyin.» ) Bilin ki, Allah sizin üçün heç vaxt səbəbindən sizin keçmişlərinizə qəzəbləndiyi şeyə razılıq verməyəcəkdir. Həmçinin keçmişlərinizə razılıq verdiyi şeyə görə heç vaxt sizə qəzəblənməyəcəkdir.(Necə ki, Qur’ani-Kərimin Nisa surəsinin 131-ci ayəsində buyurulur: «وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُواْ اللّهَ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ غَنِيًّا حَمِيدًا» «Biz sizdən əvvəl Kitab verilənlərə (yəhudi, xristian və bu kimilərə) və sizə Allahdan qorxmağı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah ehtiyacsızdır və şükr olunmağa layiqdir.» Deməli, təqvaya əmr olunması sizin özünüzün nicat tapmağınız üçündür, yoxsa Allahın sizin ibadət və pərhizkarlığınıza ehtiyacı yoxdur. )(Odur ki, İmam əleyhis-salam buyurur:) Aşkar yolda hərəkət etməkdən və özünüzdən qabaqkı kişilərin sözlərini təkrar etməklə danışmaqdan başqa bir çarəniz yoxdur.(Nə qədər ki, dirisiniz, öz işinizə bir çarə qılaraq yol üçün azuqə götürün. Yoxsa keçmişlər kimi olmayın ki, onlar peşmançılıqlarının bir faydası olmayan və istəkləri qəbul edilməyən bir zamanda öz günahlarından peşman olaraq dünyaya qayıtmaq istəyirlər. Necə ki, Qur’ani-Kərimin Ən’am surəsinin 27-28-ci ayələrində buyurulur: «وَلَوْ تَرَىَ إِذْ وُقِفُواْ عَلَى النَّارِ فَقَالُواْ يَا لَيْتَنَا نُرَدُّ وَلاَ نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ بَلْ بَدَا لَهُم مَّا كَانُواْ يُخْفُونَ مِن قَبْلُ وَلَوْ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ» «Əgər oda (daxil olmağa) məcbur edilən günahkarları görsən, (eşidərsən ki, belə) deyirlər: Kaş ki, bizi dünyaya qaytaraydılar və biz Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq. Düz demirlər, bəlkə etiraf ona görədir ki, bundan qabaq onlara gizli olan şey aşkar olub. Əgər qayıtsalar, yenə onlara qadağan olunmuş şeyləri yerinə yetirərlər və onlar yalan deyirlər.» Həmçinin Mu’minun surəsinin 99-100-cü ayələrində buyurulur: «حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ» «Onlar ölüm onlardan birini haqlayana kimi çirkin i؛lər gِrərlər. Sonra o, pe؛mançılıq üzündən deyər: Pərvərdigara! Məni dünyaya qaytar, bəlkə əldən çıxardığımın müqabilində yax؛ı bir i؛ gِrüm. Xeyr, onu qaytarmazlar. اünki qayıtmaq istəyi onların çətinliyə düçar olduğu üçün dediyi bir sِzdür. Onların arxasında qəbr hesabı üçün qaldırılacaqları günə kimi maneə olacaqdır.» ) Həqiqətən Allah sizin yaşayış ruzinizin əldə edilməsinə zəmanət verir.(Necə ki, Qur’ani-Kərimdə Təhrim surəsinin 6-cı ayəsində buyurulur: «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ» «Ey iman gətirənlər! Günahları tərk etməklə özünüzü və öyüd-nəsihətlə övladlarınızı elə bir oddan qoruyun ki, onun odun və yanacağı insanlar və yonulub büt edilərək ibadət olunan daşlardır. Həmin odun üstündə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən qaba sözlü sərt mələklər vardır.» Həmçinin Zuxruf surəsinin 36-cı ayəsində buyurulur: «وَمَن يَعْشُ عَن ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ» «Hər kəs mehriban Allahın zikrindən boyun qaçırsa, Biz şeytanı onun yoldaşı edərik.» ) Həmçinin sizi şükr və həmd etməyə həvəsləndirib və sizə, öz dillərinizlə Onu yada salmağı vacib edib.(Tezliklə yox olaraq torpaq altında çürüyəcək bədənlərinizi ibadət, bəndəlik və din düşmənləri ilə cihad yolunda sərf edin ki, əbədi əzabdan qurtularaq əbədi Cənnətdə olasınız. )Sizə təqvalı və pərhizkar olmağı tapşırıb.(Necə ki, Qur’ani-Kərimin Ənbiya surəsinin 101-102-ci ayələrində buyurulur: «إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا الْحُسْنَى أُوْلَئِكَ عَنْهَا مُبْعَدُونَ لَا يَسْمَعُونَ حَسِيسَهَا وَهُمْ فِي مَا اشْتَهَتْ أَنفُسُهُمْ خَالِدُون» «Öndə olanlara Bizim tərəfimizdən gözəl mükafat vardır. Onları cəhənnəm odundan uzaqlaşdırarlar ki, onun səsini eşitməsinlər. Onlar arzuladıqları şeydə əbədi qalarlar».) Onu Öz razılığının son dərəcəsi edib və bəndələrindən istəyib (ki, günahlardan çəkinərək Ondan qorxsunlar, Ona itaət istiqamətində çalışsınlar). Buna görə də nəzərləri altında olduğunuz və alın tükləriniz, yatıb-durmaq və oturub-qalxmağınız əlində olan (sizin barənizdə istədiyi şeyi dərhal gerçəkləşdirməyə qadir olan) Allahdan qorxun. Əgər (öz sirrinizi) gizlətsəniz və heç kəsə deməsəniz, bilər (və yaxşıya savab, pisə cəza verər). Əgər (onu) aşkar etsəniz, yazar. (Yəni,) sizə möhtərəm gözətçilər (mələklər) təyin edib ki, (onlar sizin söz və əməllərinizi yazırlar və) heç bir haqqı qələmdən salmaz və nahaq və edilməmişi yazmazlar. (Onlar elə diqqətlidirlər ki, yaxşı əməl hətta kiçik olsa belə, insan tərəfindən yerinə yetirilən kimi yazılar və qələmlərindən düşməz.) Bilin ki, hər kim təqvalı olaraq Allahdan qorxsa, Allah-təala fitnə-fəsadlardan çıxmaq yolunu və zülmətlərdən (nadanlıq və azğınlıq zülmətlərindən) işıqlıq və aydınlığı ona göstərər, onu arzuladığı yerdə (Cənnətdə) əbədi olaraq saxlayar. Onu Öz yanındakı əziz mənzildə - Özü (Öz dostları) üçün seçdiyi evə daxil edər. Həmin evin kölgəsi Allahın ərşi, işığı isə Onun razılığıdır. Oranın zəvvarları mələklər, dostları isə Onun peyğəmbərləridir. Buna görə də (Allaha ibadət və xalqa xidmətlə) axirətə tərəf tələsin və ölümləri (ölümə səbəb olan xəstəlikləri) qabaqlayın (ölüm¬dən qabaq azuqə götürərək elə iş görün ki, Allah və Peyğəmbər razı olsunlar). Çünki insanların arzularının qırılması, ölümün onları haqlaması, tövbə və qayıdış qapısının onların üzünə bağlanması (və onların qəm-qüssədə qalmaları) yaxındır. Odur ki, siz (qəflətən, dünyaya) qayıtmağı istəyən keçmişləriniz kimi olacaqsınız.(İmam əleyhis-salam onu alçaqlıq və nanəciblik baxımından keçinin buynuzuna oxşadıb. Bu, ərəblərdə bir adətdir. Onlar bir şeyi böyük hesab etmək istəyəndə isə onu gözəl və hörmətli bir şeyə oxşadarlar. Məsələn, deyirlər ki: «نَجَمَ نُجُومَ الْكَوْكَبِ» yəni, «o, ulduz kimi zahir oldu». ) Siz qalmaq yeriniz olmayan dünyada yol keçən müsafirsiniz. Sizin ondan köçməyiniz elan və azuqə götürməyiniz əmr olunub. (Odur ki, tələsin, yol üçün azuqə götürün və Allaha və Peyğəmbərə tabe olun ki, avara-sərgərdan qalmayasınız.) Bilin ki, bu nazik dərinin (bədəninizin dərisinin) oda dözümü yoxdur. Belə isə (ona düçar olmaqla) özünüzə rəhm edin ki, siz özünüzü dünyada müsibət və çətinliklərlə sınamısınız (onun ən kiçik uğursuzluğuna dözə bilməmisiniz). Məgər hər hansı birinizin bədəninə batan tikandan, qana bulaşmasına səbəb olan sürüşməkdən və onu yandıran isti qumdan (səhra qumunun onu yandırmasından) necə nalə edib inildəməsini görməmisiniz? Bəs onun halı odun iki təbəqəsi arasında-yandırıcı daşla yataq yoldaşı və şeytanla yoldaş olanda necə olacaq?!(Sənə lazım olan şey təqva, Allahdan qorxmağı öz şüarın etmək və yaxşı işlər görməkdir. Sənə bundan artıq bir şey lazım deyil.) Bilirsinizmi ki, cəhənnəm sahibi oda qəzəblənəndə, od onun qəzəbindən (coşub təlatümə gələrək) bir-birinə çırpılır (üst-üstə yığılır) və onu incidəndə (onun üstünə qışqıranda) səbrliliyi əldən verərək onun verdiyi əziyyət nəticəsində cəhənnəmin qapıları arasında fəryad qopararaq sıçrayır?
    Ey qocalığın zəifliyinə düçar olmuş pirani qoca! Od boyunbağılar boyunların sümüklərinə yapışanda və qandal və zəncirlər yapışaraq bazuların ətlərini yeyəndə necə olacaqsan? (Əgər günah və itaətsizlik nəticəsində bu əzaba düçar olsan, nə edəcəksən?) Buna görə də ey bəndələr dəstəsi, nə qədər ki, xəstəlikdən (ölümdən) qabaqkı sağlamlıq və (qəbrdəki) sıxıntı və çətinlikdən qabaqkı genişlik və rahatlıqda dincsiniz (Allahın və Peyğəmbərin razılığını əldə edərək ölümdən sonrakı çətinlikdən nicat tapmaq imkanınız var), Allahdan qorxun, Allahdan qorxun! Öz boyunlarınızı, onlar girov qoyulub getməmişdən (qurtulması qeyri-mümkün olandan) qabaq (cəhənnəm odundan) azad etməyə çalışın. Gözlərinizi oyaq saxlayın (gecə oyaq qalanlardan olun), qarınlarınızı arıqladın (oruc tutun), qədəmlərinizi işə salın (xeyir işdə addımlayın), mallarınızı (Allah yolunda) bağışlayın, cisminizi ruhunuza qurban verin və bu işdə simiclik etməyin.(Çünki Allah Qur’ani-Kərimin İsra surəsinin 37-ci ayəsində buyurur: «وَلاَ تَمْشِ فِي الأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولاً» «Yer üzündə təkəbbürlə yol getmə. Çünki sən heç vaxt (ayaqlarınla) yeri yara bilməz və heç vaxt (boynunu nə qədər uzatsan da) boyca dağlara çata bilməzsən.» ) Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Məhəmməd surəsinin 7-ci ayəsində) buyurur: «إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ» «Əgər Allaha yardım göstərsəniz (itaət və bəndəlik etsəniz), O da sizə yardım göstərər və sürüşkənliklərdə qədəmlərinizi möhkəmləndirər (və sizi çətinlik və giriftarçılıqdan qurtarar).» Həmçinin (Hədid surəsinin 11-ci ayəsində) buyurur: «مَن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ» «Kimdir o kəs ki, (itaət və bəndəlikdə) Allaha (riyakarlıq və özünü göstərmək olmadan) gözəl borc versin, Allah da onun əvəzini qat-qat artırsın. Onu həm də çox qiymətli bir mükafat gözləyir.» O, sizdən zillət və xarlığa görə yardım, malın azlığı və ehtiyac üzündən borc istəməyib. Göylərin və yerin qoşunları Ona məxsus və (hamıya) qalib və alim ola-ola O, sizdən yardım istəyib. Sizdən borc istəyib, halbuki göyün və yerin xəzinələri Onundur və O, ehtiyacsız və təriflənəndir. Onun yardım və borc istəməsi ona görədir ki, O, sizin hansı birinizin daha çox yaxşı işlər görməyinizi sınamaq istəyib. Belə isə Allahın evində (Cənnətdə) Onun qonşuları (gözəl əməl sahibləri) ilə olmaq üçün yaxşı işlərə tələsin. Allah, peyğəmbərlərini onlarla tanış edib, mələklərinə onların görüşünə getməyi əmr edib və onların qulaqlarını həmişə odun səsini eşitməkdən qoruyub (ki, məbada həmin səsi eşitməklə solğun olalar).(Allah və Peyğəmbərin qəzəbinə səbəb olan boş sözlərdən uzaq olarlar. Necə ki, Qur’ani-Kərimin Furqan surəsinin 72-ci ayəsində buyurulur: «وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا» «Allahın bəyənilmiş bəndələri o kəslərdirlər ki, faydasız və əyyaşlıq məclislərində, nahaq və batil sözlər danışılan və ya çirkin işlər görülən yerlərdə iştirak etməz, orada olmazlar və boş və xoşagəlməz bir şeylə qarşılaşdıqları zaman uzaqlaşaraq keçər, durmazlar». ) Həmçinin onların bədənlərini çətinlik və əziyyət görməkdən qoruyub. (Qurani-Kərimin Hədid surəsinin 21-ci ayəsində buyurulur:) «ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ» «Bu, Allahın lütf və bəxşişidir ki, onu istədiyi kimsəyə əta edir. Allah çox böyük mərhəmət, kərəm sahibidir.» Eşitdiklərinizi deyirəm və Allahdan həm özüm, həm də sizin üçün (yaxşı işlər görməyə nail olmaq və pis işlərə əmr edən nəfsə və şeytana tabe olmamaq istiqamətində) yardım diləyirəm. O, (Ondan yardım istəmək) bizə kifayətdir və O, (işləri həvalə etmək üçün) gözəl vəkildir.
    183- cü xütbə
    İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların şairlərindən) olan Bürc ibn Müshirə buyurduğu kəlamlarındandır. Bürc ibn Müshir «hökm ancaq Allaha məxsusdur» deyərkən o Həzrət onun sözlərini eşitdi. Sonra buyurdu:
    Ey mırıx (batini çirkin olan ağılsız), sus! Allah çirkinləşdirsin səni! And olsun Allaha ki, haqq (İmam əleyhis-salam) zahir oldu və sən onda (qoşunun içində) arıq və aciz idin (heç kəs sənə etina etmirdi) və səsin gizlin idi (sözünə qulaq asan yox idi). Elə ki batil və nahaq fəryad qopartdı, (bu sözləri deməyə cürət tapdın və) keçinin buynuzunun aşkar olması kimi zahir oldun.(Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 273-cü ayəsində buyurulur: «لِلْفُقَرَاء الَّذِينَ أُحصِرُواْ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاء مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ» «Allah yolunda ibadət və bəndəliklə mə؛ğul olan və ticarət etmək üçün yer üzündə hərəkət edə bilməyən yoxsullar iffətli və (mə’nən) zəngindirlər. Belə ki, nadan onların varlı olmalarını zənn edər. Sən onları üzlərinin ni؛anələri ilə tanıyarsan ki, xalqdan israrla bir ؛ey istəməzlər. Allah, sizin, mallarınızdan onlara verdiklərinizi bilir.» )
    Buradan başlayaraq xütbələr fəslinin sonuna kimi «Nəhcül-Bəlağə»nin əlyazma və çap nüsxələrində xütbələrin sıraları bir-birindən fərqlidir. Bəzi nüsxələrdə yüz yetmiş səkkizinci kəlamdan sonra sıralar bir-birindən fərqlənir
    184- cü xütbə
    İmam Əli əleyhis-salamın xütbələrindəndir. Rəvayət edilib ki, Əmirəl-möminin əleyhis-salamın Həmmam deyilən abid səhabə və ardıcıllarından biri o Həzrətə dedi: Ey Əmirəl-möminin, pərhizkarları (onların sifətlərini) mənə elə vəsf et ki, onları görmüş kimi olum. İmam əleyhis-salam onun cavabında duruxdu və gec tərpəndi. (Çünki cavabı gecikdirməyi daha məsləhət bilirdi.) Sonra qısa şəkildə buyurdu: Ey Həmmam, sən özün Allahdan qorx və yaxşı işlər gör ki (Qurani-Kərimin Nəhl surəsinin 128-ci ayəsində buyurulur): «إِنَّ اللّهَ مَعَ الَّذِينَ اتَّقَواْ وَّالَّذِينَ هُم مُّحْسِنُونَ» «Allah pərhizkarlar və yaxşı işlər görənlərlədir».(اünki o, Allahı zikr etməkdə təkcə dil ilə kifayətlənmir, bəlkə onun qəlbi dili ilə birdir. ) Həmmam bu cavaba qane olmadı (öz istəyində israr etdi) və nəhayət, o Həzrəti and verdirdi. Buna görə də o Həzrət Allaha həmd və şükr edib Peyğəmbərə (səlləllahu əleyhi və alih) salam göndərdikdən sonra buyurdu:
    Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah məxluqatı yaradarkən onların itaət və bəndəliyindən ehtiyacsız, günah və itaətsizliklərindən qorxusuz və amanda idi. Çünki günahkarların itaətsizliyinin Ona bir ziyanı yoxdur və tabe olanların itaəti Ona bir xeyir gətirmir (bəlkə itaətə əmr etmək və itaətsizlikdən çəkindirməkdən məqsəd bəndələrin özlərinin mənfəət əldə etmələridir). Buna görə də ruzi və asayiş vasitələrini onların arasında böldü və dünyada hər bir kəsi (hikmət və məsləhət əsasında yoxsulluq və varlılıq, yaxşılıq və pislik kimi layiq bildiyi) bir mərtəbədə yerləşdirdi. Pərhizkarlar dünyada fəzilətlərə malikdirlər (başqalarından üstündürlər). (Çünki) danışıqları doğruluğa əsaslanır (Allahın və Peyğəmbərin razılığına müvafiq şəkildə danışırlar), geyimləri ortadır (həyatlarında ifrata varmaq və ya həddən aşağı olmaq yoxdur) və (xalq arasında) təvazökarlıqla davranarlar.(اünki ؛ahid inkar edilərkən gətirilir, haqqı inkar etmək isə yalançılıqdır. Yalançılıq isə təqva və pərhizkarlığa ziddir. )Onlar Allahın onlara rəva bilmədiyi şeyə göz yumar (harama mürtəkib olmaz) və onlara xeyir verən elmə qulaq verərlər.(Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 10-cu ayəsində buyurulur: «فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ» «Münafiqlərin ürəyində xəstəlik var. Allah da həmin xəstəliyi daha da artırar. Onlar üçün yalan sanıb inkar etdikləri şeyə görə ağrılı bir əzab vardır.» ) Çətinlik zamanı başqalarının asayiş və rahatlıqda olduqları kimidirlər (ilahi təqdirə boyun əyərək Allahın istədiyinə razıdırlar və onlar üçün çətinliklə rahatlıq birdir). Əgər Allahın onlar üçün (dünyada) müəyyənləşdirdiyi əcəl olmasaydı, savab şövqü və əzabın qorxusundan canları bir göz qırpımı belə bədənlərində qalmazdı. Onların nəzərində Allah böyük, Ondan başqası isə (hər nə olmasından asılı olmayaraq) kiçikdir. Onların Cənnətə yəqin və inamları onu, sakinlərinin rahatlıq içində olmalarını görən şəxsin yəqin və inamı kimidir. Həmçinin oda imanları onu sakinlərini əzaba düçar halda görən şəxsin imanı kimidir. Qəlbləri qəmgin, zərər-ziyanları təhlükəsiz (hamı onların zərər-ziyanından xatircəm və qorxusuzdur, çünki başqalarını incitmək və hər bir günahın mənşəyi dünyanı sevməkdir ki, onların da ona meylləri yoxdur), bədənləri (oruc tutmaq, çoxlu ibadət və bəndəlik etmək və qənaət nəticəsində) arıq, (dünyadakı) istəkləri az (naçarlıqdan möhtac olduqlarından artıq bir şey istəmirlər) və nəfsləri pak və təmizdir (şəhvət arxasınca getmirlər). (Dünyada olan) bir neçə qısa günü səbrlə başa çatdırarlar və onun arxasınca həmişəlik rahatlığı (sonsuz Cənnət nemətini) əldə edərlər. Bu iş Rəbblərinin onlar üçün hazırladığı çox qazanclı və mənfəətli bir ticarətdir. (Onlar özlərini ibadət və bəndəliyə hazırladıqları üçün Allah da səadətə qovuşmaq yolunu onlara göstərib.) Dünya onlara üz tutdu (öz mal və bər-bəzəyini onlara göstərdi), onlar isə ondan üz döndərdilər (ona göz yumdular); onları çətinliklərə əsir etdi, onlar isə canlarını qurban verərək (onun çətinliklərinə dözdülər və sonda) özlərini ondan qurtardılar. Gecə olanda (namaz üçün) ayaq üstə duraraq Quranın ayələrini diqqət və düşüncə ilə oxuyarlar və onu oxumaq və barəsində düşünməklə özlərini qəmləndirərlər. Onun vasitəsi ilə öz dərdlərinə əlac etməyə çalışarlar (Quranı oxumaq və ona əməl etməklə qiyamətin əzab və çətinliklərindən nicat tapmaq istəyərlər). Beləliklə, şövqə gətirən və ümidverici (yaxşı əməl sahiblərinin mükafatını bəyan edən) bir ayə ilə rastlaşanda ona tamah salarlar və şövqlə ona baxarlar, sanki ayənin, barəsində xəbər verdiyi mükafat onların gözləri önündədir və onu görürlər. Həmçinin qorxu və vahimə olan (pis əməl sahiblərinin cəzasından danışan) bir ayə ilə rastlaşanda qəlblərinin qulaqlarını ona elə açarlar ki, sanki cəhənnəmin (onun əhlinin) nalə və fəryadları qulaqlarının dibindədir. (Allah qarşısında rüku etmək üçün) qamətlərini əyər və (səcdə etmək üçün) alın, əllərinin içi, diz və barmaqlarının uclarını yerə qoyaraq Allah-təaladan özlərinin (qiyamət əzabından) azad olmalarını istəyərlər. Gündüz olanda isə səbrli, alim, yaxşı əməlli və pərhizkardırlar. Qorxu (Allah qorxusu) bədənlərini, yonulmuş oxların nazikliyi kimi arıqladıb. Görən onların xəstə olduqlarını güman edər, halbuki heç bir xəstəlikləri yoxdur (bəlkə əzabın qorxusundan arıqlayıblar), (onlardan eşitdiyi sözləri başa düşmədiyi üçün) sərsəri və dəli olduqlarını deyər, halbuki dəli deyildirlər, bəlkə böyük iş (qiyamətin fikri) fikirlərini qarışdırıb. Özlərinin az işlərindən razı olmurlar və çoxu çox saymırlar. Beləliklə, özlərini (itaətdə səhlənkarlıq gümanı ilə) günahlandırarlar və öz əməllərindən qorxarlar (ki, məbada bəyənilməyə). Əgər onlardan birini (yaxşı əməlinə görə) tərifləsələr, barəsində deyilənlərdən qorxar və deyər: Mən özümü başqalarından daha yaxşı tanıyıram və Rəbbim məni mənim özümdən də yaxşı tanıyır. Allahım, (özündənrazılığa səbəb olan bu) deyilənlərə görə məni cəzalandırma, məni onların güman etdiklərindən də üstün et və onların bilmədikləri günahlarımı bağışla!
    Pərhizkarların birinin nişanəsi budur ki, sən onu din işində güclü, yumşaqlıq və gözəl xasiyyətlilikdə uzaqgörən, imanda yəqin sahibi, elmdə (elm axtarışında) həris, səbrlilikdə alim, zənginlikdə mötədil (israf etməyib varını yersiz xərcləməyən), ibadət və bəndəlikdə təvazökar görərsən və o, yoxsulluq və imkansızlığında bəzənmiş görünər (ki, heç kəs onun yoxsulluğundan xəbərdar olmasın).(Xoşagələn sözləri ilə xalqı öz ətraflarına toplayaraq nadürüst məqsədlərini həyata keçirərlər. Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 204-cü ayəsində buyurulur: «وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ» «İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr və o, qəlbi ilə dilinin bir olmasına Allahı şahid gətirər, halbuki düşmənlərin ən qəddarıdır.»  ) Onlar çətinlikdə səbrli, halal axtaran, hidayət və qurtuluşda şad, tamah və hərislikdən uzaqdırlar. (Beləsi) yaxşı işlər görməsinə baxmayaraq, qorxu içindədir. Gecə, onun səy və təlaşı (Allah-təalanın nemətlərinə görə) şükr etməyə sərf olunur. Gündüz, istəyi Allahı zikr etmək, yada salmaqdır. Gecəni öz qəflətindən qorxan halda (ki, məbada vəzifələrində səhlənkarlıq etmiş olar) başa vurar və gündüz Allahın lütf və mehribançılığından (onu müsəlman və Məhəmmədə və Məhəmməd əhli-beytinə tabe olanlardan etməsindən) şad və sevincək olar. Əgər nəfsi meylli olmadığı şeydə ona qarşı itaətsizlik etsə (ibadət və bəndəlikdə çətinliklə ram olsa, o da) nəfsin sevdiyi şey barəsindəki istəyini yerinə yetirməz. Onun gözünün işığı əbədi olan şeydir və çiyrindiyi, qalmayan şeydir (gözünü axirətə dikib və dünyaya arxa çevirib). O, səbri elmlə və sözü əməl ilə qarışdırır. (Çünki elm və ağla əsaslanmayan səbr və əməl ilə birgə olmayan söz xoşagəlməzdir.) Onu arzusu qısa (məhdud), səhv və xətası az, qəlbi təvazökar, nəfsi qane, yeməyi az, işi asan, dini qorunmuş, şəhvət və istəyi yox və qəzəbi yatırılmış görərsən. Xalq onun yaxşılığına göz dikib və pisliyindən rahat və xatircəmdir. Əgər (Allah və Peyğəmbərdən) qafil və xəbərsiz insanlar içərisində olsa, xəbərdarların zümrəsində sayılar. (Çünki onun qəlbi Allahı zikr etməklə məşğuldur.) Əgər xəbərdarların içərisində olsa, qafillərdən sayılmaz.  Ona zülm edəni bağışlayar, onu məhrum edənə yaxşılıq və ehsan edər və ondan ayrılana birləşər. Söyüş söyməkdən və çirkin sözdən uzaqdır və sözü mülayim olar. Ondan xoşagəlməz bir iş görünməyib və bəyənilən işi aşkardır. Onun yaxşılığı üz tutub və pisliyi arxa çevirib. Çətinliklərdə vüqarlı və dözümlü, acı anlarda səbrli, dinclik və rahatlıqda şükr edəndir. Nifrət etdiyi kimsəyə zülm etməz və sevdiyi şəxsə görə günaha düşməz. (Öz nəfsi istəklərinə tabe olan və zalım insanların əksinə olaraq sevmək və ya nifrət bəsləmək onun öz şəri vəzifəsini yerinə yetirməsinə mane olmur.) Şahid gətirilməmişdən qabaq haqqı qəbul edər.  Ona tapşırılan şeyi zay etməz və yadına salınan şeyi unutmaz. Heç kəsi xoşagəlməz ləqəblərlə (kafir, fasiq, münafiq və çirkin kəlmələrlə) çağırmaz və qonşuya ziyan vurmaz. İnsanların başına gələn acı hadisələrə sevinməz. Batil və nahaq yola qədəm qoymaz və haqq yoldan kənara çıxmaz. Əgər sakit otursa, sakitliyi onu qəmləndirməz və əgər gülsə, gülüş səsi ucalmaz. Ona zülm edilsə, Allah onun intiqamını alana kimi səbr edər. Nəfsi onun əlindən əzab və çətinliyə düçardır. (Çünki onun istəklərinə zidd davranır.) Xalq onun əlindən rahatlıqdadır. (Çünki xalqı incitmək nəfsi istəklərə tabe olmaq nəticəsində mümkündür.) Axirət işində özünü əziyyətə salar və xalqı özündən (öz işindən) dincliyə çatdırar. Onun şəxslərdən uzaqlaşması (dünyapərəstlərə) rəğbətinin olmamasına və (onlardan) uzaq olmasına görədir. Tanışlarla yaxın olması (Allah adamları ilə) xoşrəftar və mehriban olmağa görədir. Uzaqlaşmasının səbəbi özündən razılıq və özünü böyük tutmaq deyil və yaxınlaşması (ikiüzlü adamlarda olduğu kimi) hiylə və kələk yolu ilə deyil.
    Bu xütbəni nəql edən deyir: (Söz bu yerə çatanda) Həmmam özündən getdi və elə həmin özündən getməklə də dünyadan köçdü. Sonra Əmirəl-möminin əleyhis-salam buyurdu: Bilin! Vallah onun üçün bundan (belə bir hadisənin baş verməsindən) qorxurdum. Daha sonra buyurdu: Düzgün nəsihətlər əhlinə belə (təsir) edir. Orada olanlardan biri (Xəvaricdən olan Abdullah ibn Kəvva) dedi: Ey Əmirəl-möminin, sənin vəziyyətin necədir? (Nə üçün bu nəsihətlər sənə təsir etmir və ya əgər belə olacağını bilirdinsə, nə üçün onun ölümünə səbəb oldun?) İmam əleyhis-salam buyurdu: Vay olsun sənə! Hər bir əcəlin öz vaxtı var ki, ondan keçmir (gec və tez olmur) və səbəbi var ki, onu aşmır. Odur ki, özünü şeytanın sənin dilinə üfürdüyü bu cür sözlərdən saxla (bir daha demə. Çünki İmama etiraz etmək şeytanın azdırmaları və göstərişlərindəndir).
    185- ci xütbə
    İmam Əli əleyhis-salamın münafiq və ikiüzlü insanları vəsf etdiyi xütbələrindəndir.
    Bizə itaət və tabeçilik uğuru nəsib etdiyi və bizi günah və itaətsizlikdən saxladığı üçün Allaha şükr edirik. Ondan, bizə olan nemətini kamil həddə çatdırmasını və əlimizi ipinə (Qurani-Kərimə) birləşdirməsini istəyirik. Və şəhadət veririk ki, Məhəmməd Onun bəndəsi və elçisidir ki, Allahın razılığını əldə etmək üçün hər bir çətinliyə qatlaşdı və Onun (hökmlərinin təbliği) yolunda hər bir qəm-kədəri qurtum-qurtum içdi (peyğəmbərlik dövründə qarşılaşdığı hər bir çətinliyə səbr etdi). Yaxınları və qohumları neçə cür idilər. (Bir dəstəsi fədakar və onu sevənlərdən ibarət idi ki, can və mallarını o Həzrətin yolunda verirdilər. Bəziləri isə düşmən və münafiq idilər və onu məhv etmək istəyirdilər.) Uzaq və yadlar o Həzrətlə düşmənçilik etmək üçün bir yerə toplaşdılar. Ərəblər noxtalarını qıraraq o Həzrətə tərəf üz qoydular və onunla müharibə etmək üçün öz yük dəvələrinin qarnını döyəclədilər (ki, tez çatsınlar). Nəhayət ən uzaq məkan və get-gəl yerlərindən düşmənçiliklə o Həzrətin yaşadığı yerə və yurda daxil oldular. (Xülasə, onunla düşmənçilik üçün uzaq yollardan müharibə etməyə gəldilər.)
    Ey Allahın bəndələri! Sizə təqvalı olaraq Allahdan qorxmağı tövsiyə edirəm və (zahirdə müsəlman, batində isə kafir olan) ikiüzlü insanlardan (onların hiylə və kələklərindən) çəkindirirəm. (Məbada onların söz və əməllərinə aldanaraq onların arxasınca gedəsiniz.) Çünki onlar azğın və azdıran (özləri zəlalət və azğınlıq yolu ilə gedir və başqalarını da doğru yoldan saxlayaraq özlərinə yoldaş edirlər), həmçinin sürüşmüş və sürüşdürəndirlər (özləri günah və səhv işlər görürlər və başqalarını da səhvə salırlar). Özlərini müxtəlif rənglərə və hallara salarlar (hər an və hər bir məclisdə öz danışıq və davranışları ilə, puç məqsəd və yanlış fikirləri ilə sadəlövh insanları aldatmaq üçün bir rəngə düşərlər). Sizin üçün bütün vasitələri nəzərdə tutublar və bütün pusqularda güdükdədirlər. (Əgər onların fikirlərini başa düşüb onlardan uzaqlaşsanız, sizi digər vasitələrlə aldatmaq qərarına gələrlər ki, hər nə cür olur-olsun sizi özlərinə qoşsunlar. Paxıllıq, ikiüzlülük, düşmənçilik və şəkk-şübhə içində olmaqdan) qəlbləri xəstədir.  Onların zahirləri isə pak və təmizdir. (Belə ki, onların həqiqəti sevən və haqq istəyən olmaları güman edilər.) Gizli yol gedirlər (öz planlarını heç kəsin başa düşmədiyi şəkildə işə salır və fitnə-fəsad yaradırlar) və meşənin sıx ağacları arasında (ovu tutmaq üçün yavaş-yavaş hərəkət edən ovçu kimi) tərpənirlər. Sifətləri dərmana oxşayır və sözləri şəfavericidir. Amma əməlləri əlacı olmayan bir dərddir.  Rifaha (insanların rifah içində olmalarına) paxıllıq edirlər (onlarla dostlaşaraq rahatlıqlarını əllərindən alırlar) və (onların) çətinlik və bədbəxtliyə düşmələrinə çalışırlar (aralarında söz gəzdirərlər ki, birlikləri dağılsın və onları bədbəxtliyə düçar etsinlər). Həmçinin ümidləri (xalqın ümidlərini) qırarlar (onları Allahın bəyəndiyi işlərdən saxlayarlar). Hər bir yolda birini torpağa səriblər (məhv etmək üçün çoxlu yollar nəzərdə tutublar), hər bir qəlbdə vasitələri var (hər bir şəxslə onun meyl və istəyinə uyğun şəkildə danışa bilirlər) və hər bir qəm-kədərdə göz yaşı tökərlər (ki, onun vasitəsi ilə öz məqsədlərini həyata keçirsinlər). Bir-birlərini tərifləməyi bir-birlərinə borc verər və onun əvəzini gözləyərlər (öz içərilərindəkilərdən birini tərifləyərlər ki, o da əvəzində onu tərifləsin). İstəkləri olanda onda (müqabil tərəfi istəklərini yerinə yetirməyə məcbur edənə kimi) israr edərlər. Danlayanda (birinin səhvini başa salmaq istəyəndə) pərdələri götürərlər (bütün eyblərini açaraq rüsvay edərlər). Əgər onları (bir işdə) hakim təyin etsələr, israf edərlər (haqqa zidd hökm çıxararlar). Hər bir haqqın qarşısında bir batil, hər bir düzlüyün müqabilində bir əyrilik, hər bir dirinin qarşısında bir qatil, hər bir qapıya bir açar və hər gecə üçün bir çıraq hazırlayıblar (məqsədlərinə çatmaq üçün müxtəlif hiylə və kələklərdən istifadə edərlər). Ümidsizlik və (xalqın malından) ehtiyacsızlığı öz tamah və hərislikləri üçün vasitə edərlər ki, bazarlarını qoruyaraq nəfis sandıqları mallarını işə salsınlar (hiyləbazlıqla özlərini dünyaya rəğbətsiz göstərərək ehtiyacsızlıq nümayiş etdirirlər ki, öz məqsədlərinə çatsınlar). (Səhv söz) deyirlər və (onu haqqa) bənzər və oxşar göstərirlər. (Məqsədlərini) açıqlayırlar və onu bəzəyirlər (haqq şəklinə salırlar). Batil yolu asan göstərərlər (ki, hamı ona qədəm qoysun) və darı (zəlalət və azğınlığı) əyərlər (ki, azğınlıqdan qurtarmaq, nicat tapmaq mümkün olmasın). Beləliklə, onlar şeytanın ardıcılları və odun şölələridirlər. (Qurani-Kərimin Mucadilə surəsinin 19-cu ayəsində buyurulur:) «أُوْلَئِكَ حِزْبُ الشَّيْطَانِ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ» «O dəstə şeytanın yoldaş və ardıcıllarıdır. Bilin ki, şeytanın ardıcılları ziyana uğrayanlardır.»
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-04)
    Views: 615 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024