İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    4-cü xütbə
    İmam Əli əleyhis-salamın (Təlhə və Zübeyrin öldürülməsindən sonrakı) xütbələrindəndir. Azğınlığ və nadanlığın zülmətində olduğunuz vaxt bizim səbəbimizə doğru yola qədəm qoydunuz, uca zirvələrə yüksəldiniz (böyüklük və şərəf əldə etdiniz) və bizim vasitəmizlə ayın son gecələrinin qaranlığından (küfr və şirkin ən son həddindən) sübhün nuruna (İslam dininə) çıxdınız. (Bədbəxtlik və sərgərdanlıqdan xilas oldunuz. Deməli, sizin boynunuzda böyük haqqımız var və onun qədrini bilməlisiniz.) Kar olsun yol göstərən fəryaddan nəsihət almayan qulaq.(Мусанын сеһркарларла үзләшдији, она иман ҝәтирән һәр кәсин азғынлыгдан гуртулдуғу, әлејһинә чыханларын исә дүнја вә ахирәтдә Аллаһын әзабына дүчар олдуғу кими. ) Uca səsdən (Allahın buyurduqları və Həzrət Peyğəmbərin kəlamlarından) ağırlaşaraq kar olan qulaqlar asta səsi (Allahın, Peyğəmbərin moizə və öyüd-nəsihətləri onlara təsir etmədiyi halda, sözsüz ki, mənim çağırış və nəsihətimin də təsiri olmayacaqdır) necə eşidə bilər? Allah xofu və qorxusundan narahat olan qəlblər rahat olsun. (Bu, İlahi əzabdan qorxaraq haqqın yolundan dönməyənlər üçün duadır.) Daima sizlərdən xəyanət, vəfasızlıq və əhdinizi pozmağınızın nəticələrini gözləyirəm. Qiyafələrinizə baxmaqla (şeytanın müjdəçisi olan) aldadıcı bər-bəzəyin sizi aldatdığını anlayıram. (Deməli, mənə göz yumub haqq-ədalətdən heç bir bəhrəsi olmayan başqa birisinə üz tutmağınız təəccüblü deyil.) Təqva libası və dindarlıq köynəyi məni sizlərdən gizlətdi (heç vaxt pozğunluq libası geyinmədiyimə və Allahın istəyinin əksinə heç bir iş görmədiyimə görə məndən əl çəkib başqalarına beyət etdiniz), batinimin səfası sizləri tanımaqda gözümü açdı (sizin hiylə, məkr, nifaq və ikiüzlülüyünüzü anladım). Azğınlıq yollarında hamınızın bir-birinizin dövrəsinə toplaşdığı, yolu azdığı, yol göstərəniniz olmadığı zaman (cəhalət və nadanlıq biyabanında elm və biliyə təşnəlikdən ölmək üzrə idiniz) sizə yol göstərmək üçün ayağa qalxdım. Quyu qazırdınız, ancaq su əldə etmirdiniz (sizi həlak olmaqdan və bədbəxtlikdən xilas etdim). Bu gün sizin üçün bəyan sahibinin bağlı dilini açdım (sizin hidayətiniz və əminiliyiniz üçün bu xütbədə mənim halımdan bəhs edən rəmz və sirləri bəyan etdim. Buna görə də) mənim əleyhimə çıxanın (itaətimdən boyun qaçıranın) rəyi uzaq olsun (çünki batil yola qədəm qoymamışam). Haqqı tapdığım gündən ona şəkk-şübhə etməmişəm.(Һәзрәт Пејғәмбәр дүнјадан көчдүкдән сонра, ҹамаат бәни-Саидәнин «Сәгифә»синә, јәни, Әнсарларын јығышдығы јерә топланараг Әбу Бәкри хәлифә тәјин етдиләр. Әбу Сүфјан дахилән Ислам дининин дүшмәни олдуғуна ҝөрә мүсәлманлар арасында фитнә салмаг истәјирди. Бу мәгсәдлә дә бир нечә адамла Аббас ибн Әбдүлмүттәлибин јанына ҝедиб деди: «Мәним нараһатлығым вә тәәҹҹүбләнмәјим хәлифәлијин бәни-Һашимин әлиндән чыхараг Бәни-Тејмә кечмәјинә ҝөрәдир. Горхурам ки, сабаһ бу кобуд киши, јәни, бәни Әдидән олан Өмәр ибн Хәттаб бизә һаким кәсиләрәк һамымызы өзүнә табе етсин. Ајаға галх, Әлинин јанына ҝедәк, она беј’әт едәк. Сән пејғәмбәрин әмиси олдуғуна вә Гурејш тајфасы да мәним сөзүмү ешитдијинә ҝөрә бизә гаршы чыханларын һамысыны өлдүрәрик». Сонра бир дәстә илә беј’әт етмәк үчүн о Һәзрәтин јанына ҝәлдиләр. Әмирәл-мөминин әлејһис-салам Әбу Сүфјанын мәгсәдинин мүсәлманларын арасына ихтилаф салыб, нифаг јаратмаг олдуғуну билдијинә ҝөрә бу кәламлары бујурмушдур. ) (Necə ki,) Həzrəti Musa öz-özündən qorxmurdu (o özünün haq və doğru olduğuna, sehrkar və cadugərlərin məğlub olacaqlarına əmin idi). O, nadanların qələbə çalmasından və azğınlıq ərbablarının qabağa düşməsindən (bunun nəticəsində camaatın yolunu azmasından) qorxurdu.(Бизим итаәт вә табечилик ҝәмимизә минәрәк өзүнүзү фитнә-фәсад дәнизинин фыртыналарындан хилас един. Сизин дин вә дүнјанызын хејри бундадыр.) Bu gün biz və siz haqla batil yolda qarşılaşdıq (mən haqq yolunda, siz isə batil yolda), suya əmin olan (mənim sözlərim və əməllərimə tabe olan, heç vaxt) susamaz (küfr, şirk, nifaq vadisində heyran və sərgərdan qalmaz).
    5-ci xütbə
    Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatından sonra, Abbas ibn Əbdülmüttəliblə Əbu Süfyan ibn Hərbin beyət etmək məqsədilə o böyük şəxsiyyətin hüzuruna müşərrəf olduğu vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlarındandır.(Зүбејр әһдини позараг Һәзрәтлә мүһарибә етмәк гәрарына ҝәлдијиндән Һәзрәт она бујурду: «Сән мәнә беј’әт етмисән. Мәнә табе олмағын ваҹибдир». Ҹавабында деди: «Беј’әт заманы төвријјә етдим. Јәни, дилдә дејиб үрәјимдә онун әксини нијјәт етдим». )
    Ey camaat! Nicat və qurtuluş gəmiləri ilə fitnə dalğalarını yarıb keçin.(Јағыш јағмамыш селинин ҝәлмәси мүмкүн олмадығы кими, әмәли олмаса сөз данышан адамын галиб ҝәлмәси дә мүмкүн дејил.) Müxalifət yolundan dönərək bayıra addım atın və öyünmək, lovğalıq tacını başınızdan yerə qoyun (fitnə-fəsad dalğasından amanda qalmaq üçün Əbu Bəkrin Bəni-Teym və Ömərin Bəni-Ədi tayfaları ilə yola gedin. Çünki) qol-qanadları (dostları və tərəfdarları) ilə qiyam edən nicat tapar, təslim olaraq (dost və tərəfdarları olmadığına görə) bir küncə qısılan rahatlıq tapar. (İndi bizim köməyimiz yoxdur, öz haqqımızı tələb etsək) bu, iylənmiş (təmiz olmayan) su, yeyənin boğazında qalan tikə kimidir. (Belə bir vaxtda öz haqqımdan keçərək səbr etməyim daha yaxşıdır. Çünki) meyvəni yetişməmiş dərən yararsız torpaqda əkin əkən kəs kimidir. (Tənha və tərəfdarlarımın olmadığı belə bir vaxtda xəlifəliyi tələb etməyim kal meyvə dərmək və yararsız torpaqda əkin əkmək kimi ziyandan başqa heç bir xeyri yoxdur.) Buna görə də (tənha və köməksiz olduğumdan) bir söz desəm (öz haqqımı tələb etsəm) «padşahlıq və hakimiyyət tamahına görədir» deyəcəklər (necə ki, Ömər bu sözü dəfələrlə demişdir). Sakit oturub, dinməsəm «ölümdən qorxur» deyəcəklər. Heyhat! Bu qədər qorxulu və ardıcıl hadisələrdən sonra mənim haqqımda belə güman olunmasına layiq deyildim. Əslində isə, and olsun Allaha, Əbu Talib oğlunun ölümə meyli südəmər uşağın anasının döşünə olan meylindən daha artıqdır. (Deməli, xəlifəlik məsələsində sükut etməyim ölüm qorxusuna görə deyil.) Sükut etdiyim, qərq olduğum gizli elmə görədir. Bildiklərimi üzə çıxarıb aşkar etsəm sizlər dərin quyuda titrəyən kəndir tək hər an titrəyər və əzab çəkərsiniz. (Buna görə də qəzavü-qədərlə razılaşıb, dözməyim məsləhətdir.)
    6-cı xütbə
    (Təlhə və Zübeyr beyətlərini pozaraq, qaçdıqları zaman) Təlhə və Zübeyri təqib etməmək, onlara qarşı müharibəyə hazırlıq görülməməsi barədə İmam Əlidən rica edildiyi (İmam Həsən əleyhis-salam xahiş etmişdi) vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlardandır:
    And olsun Allaha, mən yatmış kaftar kimi deyiləm ki, ovçu bir müddət pusquda duraraq aldatmaq üçün əli və ya çubuğu onu tutana qədər (yuxudan sıçrayıb qalxaraq, heç kəsi görmədən səsin dalınca yuvasından çıxması üçün) yavaş-yavaş yerə vursun. (Qoymayacağam ki, düşmənlər müsəlmanları aldadıb, fitnə və qarışıqlıq salsınlar. Belə isə) nə qədər ki, sağam haqqa üz tutan, itaətkar və məni eşidənlərlə birgə qılınc çalacam, haqqdan üz döndərən, ona şək-şübhə ilə yanaşan günahkarla müharibə edəcəyəm. Allaha and olsun, Həzrət Peyğəmbər vəfat edəndən bu gunə qədər məni həmişə öz haqqımdan məhrum edib qadağa qoymuşlar və işimdə tənha qalmışam.
    7-ci xütbə
    İmam Əli əleyhis-salamın (ona qarşı çıxanların məzəmmət edilməsi haqda olan) xütbələrindəndir.
    Onlar öz işlərində şeytana etimad etdilər. Şeytan da (başqalarını azdırmaq üçün) onları öz şərikinə və tələsinə çevirdi. Sonra onların köksündə yumurta qoyaraq cücə çıxardı və tədricən (özünə itaət etdirənə qədər) onlarla təmasda oldu. Onların gözləri ilə görür, dilləri ilə danışırdı. (Söz və əməllərində ona tabe olurdular) sonra onları azğınlıq atına mindirərək mənasız sözləri nəzərlərində bəzəkli göstərdi. Onların işləri şeytanın öz qüdrətində şərik edib onun dili ilə öz səhv və batil sözlərini dediyi bir kimsənin işi kimi idi.
    8-ci xütbə
    İmam Əli əleyhis-salamın müvafiq vaxtda Zübeyri nəzərdə tutaraq buyurduğu kəlamlarındandır.(О Һәзрәтин оғлу Мәһәммәд анасы Ҹә’фәр ибн Гејсин гызы Хәвләнин бәни-Һәнифә гәбиләсиндән олмасына ҝөрә ибн Һәнәфијјә кими мәшһурлашмышды. ) (Həzrət buyurdu:)
    Zübeyr güman edir ki, Əliyə beyət edərək ürəyində əleyhinə olub. Öz beyətində qalıb və iddia edir ki, batinində onun əksini gizlətmişdir. Buna görə də (dediklərinin doğruluğu məlum olsun deyə) dəlil və sübut gətirməlidir. Əgər heç bir dəlili olmasa onun beyəti öz qüvvəsində qalır və müti olmalı, itaət etməlidir.
    9-cu xütbə
    İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Burada Təlhə, Zubeyr və onların Cəməl döyüşündəki yoldaşları pislənilir, qınanır.)
    İldırım kimi güruldayaraq qorxutdular və şimşək tək çaxaraq yerlərindən qopdular. (Boş sözlərlə, səs-küylə fitnə-fəsad törətdilər və müharibəyə şərait yaratdılar.) Bu coşqu və gurultuya baxmayaraq, döyüş vaxtı aciz və qorxaq idilər. Biz iş görənə qədər səs salıb qorxutmuruq. (Sözlərimiz əməllərimizlə əlaqəlidir) yağmayana qədər sel axıtmırıq.(Ҹәмәл дөјүшүндә вә Бәсрә фәтһ едилдикдә Һәзрәт бујурду ки, ҹарчы шәһәр әһалисини ҹүмә намазына чағырсын. Ҹүмә ҝүнү һамы топлашыб О Һәзрәтлә бир ҹаме мәсчидиндә намаз гылдылар. Сонра Һәзрәт гибләнин диварына сөјкәнәрәк дајанды. Аллаһа һәмд-сәна етдикдән, Һәзрәт Пејғәмбәрә саламдан, мөмин киши вә гадынлар үчүн истиғфар етдикдән сонра бу кәламлары бујурду. )
    10-cu xütbə
    İmam Əli əleyhis-salamın («Cəməl» döyüşünün səhabələri barəsindəki) xütbələrindəndir.
    Agah olun ki, şeytan öz dəstəsini və qoşununu (insanları günaha salmaq üçün) toplayaraq (dində fitnə-fəsad yaratmaq üçün) öz ordusunun süvarilərini və piyadalarını yığsa da, (dünya və din işlərində) bəsirətim məndən ayrılmaz. (Heç vaxt qəflət və unutqanlığa düçar olmaram ki, şeytanın və onun kimilərin dəstəsinə daxil olum.) Nə haqqı əynimə (cəhalət və nadanlıq libasında) geymişəm, nə də o mənim üstümə (batil libasında) geyindirilib (Şeytan və ona tabe olanlar haqqı azğınlıq paltarında mənə geyindirməmişlər). Allaha and olsun, onlar (dinin düşmənləri və haqdan əl çəkərək şeytana qoşulanlar) üçün hovuz doldurub suyunu özüm çəkəcəyəm (döyüş meydanı düzəldib onları məhv edəcəyəm). Belə ki, bu hovuza ayaq qoyan hər bir kəs bayıra çıxmayacaq. Bayıra çıxsa belə, bir daha ona doğru qayıtmayacaq (o meydana qədəm qoyan sağ qalmayıb öləcək. Xilas olub qaçan isə bir daha geri dönməyəcək).
    11-ci xütbə
    İmam Əli əleyhis-salamın «Cəməl» döyüşündə (Aişənin dəvəyə mindiyi döyüşdə) döyüş bayrağını övladı Məhəmməd ibn Hənəfiyyəyə verdiyi vaxt ona xitabən buyurduğu kəlamlarındandır:(Ҹәмәл дөјүшүндә Аишәнин кәҹавәсини зиреһлә өртүб дәвәјә миндирмишдиләр, гошунун арасында бајраг әвәзи кими сахлајыб әтрафына јығышмышдылар. Аишә онлары дөјүшә һәвәсләндирир, онлар исә кәҹавәнин башына фырланараг мејдан охујур вә һәлак олурдулар. Бөјүкләри исә фәхрлә дәвәнин ҹиловуну тутур, һәр бири торпаға дүшдүкҹә башга бириси онун јерини тутурду. Нәһајәт, кәҹавә вә дәвәјә чохлу јаралар вурулду. Дилсиз-ағызсыз һејван һадисәнин дәһшәтиндән вә јараларынын јанғысындан фәрјад едирди. Онлар, дәвә үч ајағы вурулуб артыг ајаг үстә дајана билмәјәнә гәдәр даһа да чох топланыб дәвәни дөврәјә алдылар. Һәзрәт Әли бујурду: «Ону шејтан сахлајыб, ону гылынҹлајын» Гылынҹ вурулдугҹа дәвә јерә јыхылды вә ҹамаат гачды. Демәли, дин вә дүнјаларынын мәсләһәтини бир гадынын ихтијарына верән, дәвәјә табе оланлар алҹаг инсанлардыр. )
    Dağlar yerlərindən qoparılsa da, sən öz yerindən tərpənmə. (Sən döyüş meydanında dağdan möhkəm olmalı, qaçmamalısan.) Dişlərini bir-birinə sıx (özünü müharibənin çətinliklərinə alışdır). Başını Allaha tapşır (döyüşdə başından keç, ya bütün fikir və xəyallarını Allaha bağla). Ayağını mismar tək torpağa mıxla (döyüş meydanında möhkəm dayan, düşmənin çoxluğundan qorxma). Qoşunun sonunu görüncəyə qədər bax (bütün düşmənlər məğlub olmayanadək arxayınlaşma və ya öz işində uzaq görən olman üçün onların ən son hiylə və tədbirlərini nəzərdə tut). Gözlərini yum (düşmənlərin hiylə və tədbirlərini bildikdən sonra hər tərəfə baxma və onların qılınclarının parıltısından vahiməyə düşmə). Bil ki, qələbə və fəth pak olan Allahdandır. (Döyüş qaydalarına əməl etdikdən sonra, əgər Allahın istəsə qələbə və zəfər sənə nəsib olacaqdır.)
    12-ci xütbə
    İmam Əli əleyhis-salamın kəlamlarındandır. «Cəməl» döyüşündə Allah o Həzrətə qələbə nəsib etdikdən sonra Həzrətin yoldaşlarından biri dedi: «İstəyərdim qardaşım filankəs də bu döyüşdə bizimlə olaydı və Allahın sənə düşmənlərin üzərində necə qələbə çaldırdığını görəydi». Həzrət buyurdu: «Sənin qardaşının meyli və istəyi də bizimlədirmi?» Dedi: «Bəli». Həzrət buyurdu: «O da bu döyüşdə bizimlə olmuşdur». (Bizi istəyənlərdən hətta) kişilərin belində və qadınların bətnində olanlar da bizimlə birgə qoşunumuzda olmuşlar (yəni, olmuş kimidirlər). Tezliklə ruzigar onları insanın burnundan qəfil axan qan kimi meydana gətirib zahir edəcəkdir. Onların (xidmət və yayılmalarının) səbəbinə iman güclənəcəkdir. (Bizim düşmənlərimiz onlar tərəfindən məğlub ediləcəklər).
    13-cü xütbə
    İmam Əli əleyhis-salamın Bəsrə şəhəri və əhalisini məzəmmət etdiyi kəlamlarındandır:(Дәнизә јахынлығы чохлу горхулу хәстәликләр, мәдә позунтуларына сәбәб олурду вә бунун нәтиҹәсиндә дә зеһни ҝерилик, дүшүнҹәсизлик вә күтлүк јаранырды.)
    Ey camaat, siz bir qadının (Aişənin) qoşunu idiniz və dilsiz bir heyvana (Aişənin dəvəsinə) tabe olmuşdunuz. Onun səsi ilə (onun ətrafına toplaşıb) idarə olunurdunuz damarları kəsildikdə (öldürüldükdə) isə hamılıqla qaçdınız.(Чүнки ја сизинлә бирликдә олдуғундан, ја да сизләри ҝүнаһдан чәкиндирмәдијинә ҝөрә ҝүнаһа дүшәр. Һәр ики һалда өзү өз ҝүнаһынын әсиринә чеврилмишдир. ) Sizin əxlaq və xasiyyətiniz süst, əhd-peymanınız boş, inancınız ikiüzlü, şəhərinizin suyu şor və dadsızdır.(Дејирләр ки, бу һадисәдән сонра Бәсрә ики дәфә су алтында галмышдыр. Илк дәфә әл-Гадир-Биллаһын хәлифәлији дөврүндә, икинҹи дәфә исә әл-Гаим-Биәмриллаһын дөврүндә јүксәкликдә тикилмиш ҹаме мәсҹидинин чыхынтыларындан башга бүтүн шәһәри су басмышды.) Sizlərin arasında yaşamış hər kəs öz günahının girovuna çevrilmişdir.(Нәгл олунур ки, бу хүтбәнин сонунда Һәзрәт Бәсрә ҹамаатына үрәк-дирәк верәрәк бујурмушдур: «Мәгсәдим будур ки, сөһбәтимдән ибрәт аласыныз вә бир даһа зәманәнизин Имамына гаршы гијам етмәјәсиниз.» ) Sizləri tərk edən hər kəs Pərvərdigarının rəhmətini dərk etmişdir. (Çünki sizinlə birlikdə olma günahının cəzasından xilas olmuşdur.) Mən sizin məscidi (suda batan) gəminin sinəsini görürmüş kimi görürəm. Allah-təala bu şəhərin yuxarısından və aşağısından əzab göndərmişdir (göydən yağış, yerdən isə dənizin suyunun daşması) ki, onda olanların hamısı qərq olmuşdur. Başqa bir rəvayətdə deyilir (Həzrət buyurub): Allaha and olsun, sizin şəhəriniz batacaqdır. Onun məscidini (suda batan) gəminin sinəsi və ya sinəsi üstə yatmış dəvəquşu kimi görürəm. Başqa bir rəvayətdə göstərilir ki, (buyurdu: suda batan məscidi) dənizdə batan toyuğun sinəsi kimi (görürəm).(Дүшүнҹәсизлијиниз вә наданлығыныза ҝөрә сизи өз һәдәфинә чевириб, малынызы јејән вә сизи чәтинлијә салан өзҝә гошунуну өз дијарыныза бурахдыныз. )
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-12)
    Views: 929 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024