İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1

    14-cü xütbə
    İmam Əli əleyhis-salamın əvvəlki (Bəsrə şəhəri və onun əhalisini məzəmmət etdiyi) bəyanına bənzər kəlamlardır:
    Sizin şəhərin torpağı suya (dənizə) yaxın, səmadan uzaqdır. (Çünki çökəklikdə yerləşmişdir. Yaxud rəzil əxlaqınıza görə İlahi rəhmət sizdən uzaqdır.) Sizin ağılınız yüngüldür və helminiz, səbriniz lazım olmayan yerlərdə işlədilir (öz din və dünyanızın məsləhətini bir qadının əlinə verib dəvəyə itaət etdiyiniz kimi). Buna görə də (ağlınız yüngül, helminiz nöqsanlı olduğuna görə) oxatanlar üçün hədəf, yeyənlər üçün loxma və hücum edənlər üçün ovsunuz.(Әҝәр һагга ҝөз јумуб, Аллаһ вә Пејғәмбәрин бујурдугларына итаәт етмәсәниз араныза фитнә-фәсад дүшәҹәк. Сизин әзизләриниз хар, хар оланларыныз әзиз олана гәдәр алт-үст олаҹагсыныз. )
    15-ci xütbə
    İmam Əli əleyhis-salamın öz xəlifəliyi dövründə müsəlmanlara qaytardığı torpaqlar barədə kəlamlarındandır. Bu, Osmanın (xəlifəliyi dövründə qohumlarına və ehsana layiq olmayanlara) bağışladığı torpaqlar idi.
    And olsun Allaha, Osmanın bağışladığını tapsam, onunla qız ərə verib kəniz alsalar belə sahibinə qaytaraca¬ğam. Çünki ədalət və düzlükdə (camaat üçün din və dünya işlərində) açılma və genişlik var. Ədalət və düzlük dar gələn şəxsə (ona uyğun rəftar etməkdə aciz olana sözsüz ki,) zülm və sitəm daha dar (daha aciz və gücsüz) olar.
    16-cı xütbə
    İmam Əli əleyhis-salamın Mədinə şəhərinin əhalisinin onunla beyət etdiyi zaman buyurduğu xütbələrindəndir.
    Mənim əhdim dediyim sözlərdədir və onların hamısına zəmanət verirəm. (Sözlərimin doğruluğu şübhəsizdir və onda batildən əsər-əlamət yoxdur.) Ruzigarın hadisələri və ibrətləri qarşıda olan günahın cəzasından və dünyadakı dəyişikliklərdən saxlayan şəxsi təqva və pərhizkarlıq şübhələrə düşməkdən (haqqın batil və halalın haramla səhv salındığı şeylər) saxlayar. Agah olun ki, əzab və bəla (fikir ayrılığı və cahillik) Allahın Peyğəmbərinizi seçdiyi gün (cahiliyyət dövrü) kimi sizlərə qayıtmışdır. And olsun haqq olaraq Peyğəmbəri göndərənə ki, sizlərdən ən aşağıda olan ən yüksək məqama yüksələnə, sizlərdən ən yüksəkdə olan isə ən aşağı məqama düşənə qədər bir-birinə qarışacaqsınız.(Бу зүһур вахтында вә һагг дөвләтинин заманында олар. ) (İmtahan ələyində) ələnəcək, bir-birinizdən ayrılacaq, (qaynayıb daşan zaman) kəfkirin xörək qazanının dibini qarışdırdığı tək qarışdırılacaqsınız. İslamda qabağa düşən, (Təlhə, Zübeyr və başqaları kimi Peyğəmbərin yanında) qədri və məqamı olmayanlar önə keçəcəklər (irəli düşənlər, hamıdan əvvəl İslama iman gətirənlər Allahın peyğəmbərinin yanında böyük məqam və hörmət sahibi olanlar) əlbətdə dayanacaqlar. Allaha and olsun, heç bir sözü gizlətmədim, (deməli olduğunu dedim) heç vaxt yalan danışmadım. Bu məqam (sizin beyətiniz) və bu gün (beyət üçün toplaşmanız) barədə mənə xəbər verilmişdi (Allahın Rəsulu mənə xəbər vermişdi). Agah olun ki, günahlar yüyəni qırmış azğın atlara bənzər ki, ona minən günahkarları od-alova atar. Təqva və günahdan çəkinmək isə yüyəni sahibinin əlində olan ram edilmiş dəvələrə bənzər. Onlara minənləri behiştə daxil edərlər. Təqva və günahdan çəkinmə haq və doğru yol, günahkarlıq isə batil və həlakət yoludur. Bu hər iki yolun öz əhli var. Batil yolun yolçuları çox olsalar (qəribə deyil, çünki) əvvəlki dövrlərdə də çox olub və günaha batıblar. Əgər haqq azalarsa onun artmasına ümid var.(Зүһурдан башга вахт һаггын батили арадан ҝөтүрмәси чәтиндир. Буна ҝөрә Һәзрәт бунлары бујурмушдур.) ) Haqq zəifləyərsə güclənməsi çətin olar.(Фәсаһәт саһибләринин О Һәзрәтин бәјанынын ҝөзәллијинә олан һејранлыглары Һәзрәтин кәламыны дәгиг вә инҹәликләри илә дәрк едә билмәјиндә олан худпәсәндликләриндән чохдур. Чүнки О Һәзрәтин сөзләриндә ағлын, бәсирәтин нуру илә дәрк етдији вә дилин бәјан етмәкдә аҹиз галдығы кифајәт гәдәр јениликләр вар. ) (Bundan sonra Seyyid Rəzi əleyhir-rəhmə buyurur:)
    Deyirəm: bu qısa söz (İmam əleyhis-salamın) söz gözəlliklərindən bəzilərini özündə daşıyır. Mədh edənlərin öz dərk etdikləri kimi tərifi ona çatmaz. Bu sözlərin heyranlığından olan xeyir, xudpəsəndliyin xeyrindən çoxdur.(Һансы әмәлин инсаны Ҹәннәтә јөнәлтдијини, һансы әхлагын Ҹәһәннәмә ҝөндәрдијини билән. )Dediklərimizə əlavə olaraq bildirirəm ki, o Həzrətin sözlərində heç bir dilin vəsf etmək gücünə malik olmadığı, heç bir insanın dərinliklərini dərk edə bilmədiyi fəsahət var. Bəyan etdiyim sifətləri dərk etmək bütün ömrünü fəsahətə həsr edib onun kök və əsasını əldə edən şəxslərdən başqa heç kəsə nəsib olmur. Bu sözü alimlərdən başqa kimsə qavraya bilməz.
    Bu xütbənin bir hissəsidir
    Qarşısında Cənnətlə Cəhənnəm olan(Сонра әһалини үч гисмә бөлүр. Бу бөлҝүнү бөјүк Аллаһ Гур’ани-Кәримдә Фатир сурәсинин 32-ҹи ајәсиндә бујурмушдур: فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ «Бәндәләримиздән бәзиләри өз нәфсләринә зүлмкардырлар вә онлар батил јола дүшүр вә пис ишләр ҝөрүрләр. Бәзиләри јахшы вә пис ишләриндә мөтәдилдирләр. Бәзиләри дә Аллаһын изни вә фәрманы илә јахшы ишләрдә өндәдирләр».  ) hər bir kəs asudə deyil.(Чүнки ҹәһаләтин өзү мәнасыз иддиаларда булунмаг, јалан сөјләмәк вә Аллаһа инанан инсанлара әзијјәт вермәк кими бир сыра диҝәр наданлыглара ҝәтириб чыхарыр. ) (Birinci, saleh əməllərlə) cəld səy göstərən (İlahi əzabdan) nicat tapmışdır. (İkinci) Haqqı axtaran ki, tənbəldir və (Allahın rəhmət və bağışlamağına) ümid edir. (Üçüncü) Təqsirkar (haqqa göz yuman), ilahi atəş və əzab içində həlak olandır.(Тәгваја әсасланан етигад мөһкәмдир вә дүшмәнин тәблиғаты нәтиҹәсиндә арадан ҝетмәз. Тәгвасыз олан, кичиҹик сәбәбдән мәһв олан вә гурујан әкин вә әмәлдән фәргли олараг, тәгва әсасында едилән әкин, әмәл фитнә-фәсадын истисиндән гурумајаҹагдыр. Аллаһ-тәала Гур’ани-Кәримин Төвбә сурәсинин 109-ҹу ајәсиндә бујурур: أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَى تَقْوى مِنَ اللّهِ وَرِضْوَانٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىَ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ «Өз дининин бүнөврәсини тәгва вә ҝүнаһдан чәкинмәк үзәриндә гуруб Аллаһын разылығыны истәјән јахшыдыр, јохса дининин бүнөврәсини ахан селин алтыны бошалтдығы вә дағылмаг әрәфәсиндә олан чајын кәнарында гојан? Демәли, о Ҹәһәннәм атәшиндә чөкүб мәһв олаҹагдыр.» )Yolun sağı və solu ilə getmək azğınlığa gətirib çıxarar. Doğru yol orta yoldur (ondan kənara çıxmaq olmaz. Çünki) qorunmuş kitab (Qurani-Kərim) və peyğəmbərliyin nişanələri (Həzrət Rəsulun sünnəsi) onu (şahid) göstərir. Bu doğru yoldan (xalis ədalətdən) Allah Peyğəmbərinin yolu, sünnəsi əldə olunur və işlərin sonu (dünya və axirətdə insanlar) ona doğru qayıdır. Haqdan qeyrisini iddia edən hər kəs həlak oldu, yalan danışan hər kimsə ziyan gördü. Nadan camaatın arasında haqqı bəyan edən hər kimsə həlak olur. (Onların əllərindən və dilindən ziyan görür və ya öldürülür.) Öz məqam və qədrini bilməyən kişiyə cəhalət və nadanlıq bəs edər.(Чүнки шәр онун өз тәрәфиндәндир, өзүнү она дүчар едиб. Аллаһ-тәаланын Гур’ани-Кәримин Ниса сурәсинин 79-ҹу ајәсиндә бујурдуғу кими: مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّهِ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ «Сәнә чатан јахшылыглар Аллаһ тәрәфиндәндир, сәнә чатан писликләр исә сәнин тәрәфиндәндир. Ҝүнаһларын вә пис әмәлләрин буна сәбәб олуб.» ) Təqva və günahdan çəkinmək üzərində qurulmuş sarsılmaz əsas və möhkəm dayaq məhv olmaz, camaatın əkdiyi onun təsirindən susuz qalmaz.(Сөзүнү вә әмәлини һагга гаршы гојан, ијләнмиш су кими зәрәрли олан шејләри топлады. Чүнки ијләнмиш зәрәрли су сусузлуғу јатырмамагдан әлавә мүхтәлиф хәстәликләрә дә сәбәб олур. ) Öz evlərinizdə gizlənin (fitnə-fəsad üçün bayıra çıxmayın) aranızda olan ixtilafları aradan qaldırın, tövbə (Allaha tərəf qayıdaraq pis əməllərdən peşman olmaq) sizin arxanızdadır. (Günahlardan peşman olduğunuz zaman tövbəyə qayıdın, o sizdən ayrı deyil.) Heç bir şükr edən (nemət gördükdə) Pərvərdigarından başqasına həmd və şükr etməsin (çünki bütün nemətlər Ondandır.) Heç bir məzəmmət edən də (bir şər gördükdə) özündən başqasını məzəmmət etməsin.(Һөрүмчәк милчәји овламаг үчүн ағзынын сују илә тор һөрдүјү, бу тор, мөһкәм әсасы олмадығына ҝөрә, хәфиф бир күләјин әсмәси илә дағылдығы кими һәмин шәхсин мәнасыз сөзләри дә доғру-дүрүст әсасы олмадығындан ҹүзи бир ирад тутмагла арадан ҝедәр, сөјләдикләриндә тәрәддүдә галар.)
    17-ci xütbə
    İmam Əli əleyhis-salamın camaata hökmranlıq edən, am¬ma bu vəzifəyə layiq olmayan kəslər barəsində kəlamlarındandır.
    Məxluqat arasında Allahın ən düşmən bildiyi (Haqqın rəhməti heç vaxt halına şamil olmayan) iki şəxsdir: (Əvvəl) Allahın (itaətsizlik etdiyinə və asi olduğuna görə) özbaşına buraxdığı şəxs. Belə ki, (bu cür şəxs istədiyi hər bir şeyi etdiyinə görə) doğru yoldan azıb, bidət yaradan sözə, camaatı azğınlığa dəvətə ürək bağlayıb (dində olmayan bir şeyin dində yaranmasına səbəb olacaq sözü danışmağı sevir, camaatı azğınlığa və pis əməllərə vadar edir). Beləliklə, bu kişi onun vasitəsi ilə fitnəyə düşən şəxs üçün fitnə-fəsad səbəbidir. Ondan əvvəl doğru yolla gedənlərin (kitab və sünnəyə əməl edənlərin) yolundan azandır, sağlığında və ölümündən sonra ona tabe olan şəxsləri azdırandır. (Azdırdığına və günaha saldığına görə) başqalarının günah yükünü daşıyır və eyni zamanda öz günahlarının da girovundadır. (İkinci) nadanlıqları özündə birləşdirən (və onların vasitəsi ilə) nadan camaatı azdıran şəxsdir. Fitnə-fəsadın qaranlıqlarında (onun üçün nicat yolunun olmamasından) xəbərsizdir. (Camaatın arasını) düzəldərkən kordur. (Onların necə islah olunacaqlarını bilmir) Avamlar onu alim adlandırır, halbuki o, nadandır. Hər səhərini azlığı çoxluğundan daha yaxşı olan şeyi artırmaq istəyi ilə açdı. Ona çatdıqda isə iylənmiş su ilə doydu, boş mətləblərlə doldu.(Ҹәһаләтинә ҝөрә билмир вә билдијини иддиа едир. Она мәлум олмајанын башгаларына да мәҹһул олдуғуну вә һеч бир һәлл јолу олмадығыны ҝүман едир. )Camaat arasında hökm vermək üçün əyləşib özündən qeyrisi üçün anlaşılmaz olanları anladığını güman edir (hər bir mübahisəli məsələnin və çətinliyin həllinə hazırdır). Əgər çətin məsələlərdən biri ondan soruşulsa, cavabında öz rəyinə əsaslanaraq boş və mənasız sözlər düzüb-qoşar (sözlərinə uyğun hökm verər) və verdiyi cavabın doğruluğuna əmin olar. Onun (camaatı aldatmaq üçün) şübhəli məsələləri (bir-birinə) qarışdırması hörümçəyin tor hörməsinə bənzəyir.(Белә исә бир мәсәләнин һөкмүнү зиддијјәтлә бәјан етмәк нә үчүндүр? Газылар газысынын бүтүн бу зиддијјәтләрин дүзҝүнлүјүнү тәсдиг етмәси нәјә әсасланыр?!) Doğru hökm verdiyini və ya xəta etdiyini bilməz. Əgər doğru hökm vermiş olsa belə, xəta etməyindən qorxar. Əgər səhv etmiş olsa ümidvar olar (ki, camaat) düzgün hökm verib (desin). Nadandır və nadanlığı ilə də çoxlu səhv edir. Gözlərinin nuru çatmır (cəhalət və nadanlığın zülmətində əlacsız qalıb, hansı yolla gedəcəyini bilmir) və önünü görməyən dəvələrə çox minir (çətin məsələlərdə mat-məəttəl qalır, nə cavab verəcəyini bilmir). Nadanlığına görə qəti cavab verə bilmir (dedikləri təxəyyül əsasındadır. Heç bir məsələdə elmi və yəqinliyi yoxdur). Hədisləri (məlumatsızlığı, səhihliyini və batilliyini başa düşməməsi səbəbindən) küləyin quru və faydasız otları dağıtması kimi göyə sovurur (hədislərdəki məqsədi başa düşmür və onlardan harada istifadə yerini bilmir, hədisləri səbəbsiz olaraq hər yerdə danışır). Allaha and olsun, ona verilən suala cavab vermək gücündə deyil (elm və bilikdən bəhrələnməyib). (Camaatın din və dünya işlərindən) ona həvalə olunana ləyaqəti çatmır. Özünün inkar etdiyi şeyi başqa birisinin bildiyini güman etmir.(Бу ҹүмлә Аллаһ-тәаланын Нәһл сурәсиннин 89-ҹу ајәсиндә бујурдуғунун мәзмунудур. Орада бујурур: وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ «Сәнә һәр бир шеји бәјан едән Гур’аны ҝөндәрдик». ) Başqa birinin onun dediyinə zidd biliyinin olduğuna inanmır (özünü hamıdan daha bilikli sandığından, kimsənin onun dedi¬yinin əksinə sözü olduğunu güman etmir). Hər hansı bir məsələ ona qaranlıq qaldıqda (məsələnin cavbında ilişib qalanda), onu bilmədiyini başa düşdükdə (bilənlərdən) gizlədər və («o bilmir» deməsinlər deyə) aşkarlamağa qoymaz. Onun zülm və sitəmlə verdiyi hökmlərə görə axıdılan nahaq qanlar dilə gələrək fəryad çəkirlər. Miraslar (haqsız yerə öz sahiblərinə çatmadıqlarına görə) onun zülmünün əlindən uca səslə nalə çəkirlər. Cəhalət və nadanlıqla yaşayan, azğınlıqla ölən dəstədən Allaha şikayət (öz dərdlərimi izhar) edirəm. Doğru oxuduqda və onda heç dəyişiklik etmədikdə onlar üçün Allahın kitabından daha kasad və dəyərsiz mal yoxdur. Təhrif və dəyişiklik etdikdə (öz batil qərəzlərinə uyğun təvil etdikdə) ondan qiymətli və geniş yayılmış başqa bir mal olmaz. Onlar üçün yaxşı işlərdən pis və pis əməllərdən yaxşı olan iş yoxdur. (Çünki onların qərəzli məqsədləri dində qadağan edilmiş şeylərlə bağlıdır.)
    18-ci xütbə
    İmam Əli əleyhis-salamın əks fətva verən (hökmü «şəriət» dəlilləri ilə deyil, «qiyas» əsasında, öz rəyləri ilə verən) üləmaları məzəmmət etdiyi kəlamlarındandır.
    Üləmaların birindən dinin əhkamı barəsində bir məsələ soruşulduqda, o, öz rəyi əsasında fətva verir, həmin məsələ digər qazıdan soruşulduqda, onun fətvası birinci qazının fətvasının əksinə olur, bu zaman bir-birinə zidd hökmlərilə onları qazı təyin edən rəhbərin ətrafına toplanırlar (onun təsdiq etməyini istəyirlər). Qazılar qazısı onların, Allahı, bir, Peyğəmbəri bir, Kitabı bir olduğu halda hamısının rəyinin düzgün olduğunu söyləyir.(Чүнки инсан кәламы ләфз вә мәна ҹәһәтдән сәһвсиз вә хәтасыз дејил. Гур’анда мәна ҹәһәтдән бир-бирини инкар едән вә нәзм фәрги кими зиддијјәтләр тапылмамасы онун инсан тәрәфиндән дејилмәмәсинә дәлилдир. Бу бәјан олунанлардан о да мәлум олур ки, Аллаһын Рәсулу һөкмләрин чатдырылмасында нөгсана јол вермәјиб вә Аллаһын китабына олан ҹәһл вә наданлыгдан башга һеч бир шеј газыларын зиддијјәтинә сәбәб олмајыб. Әлбәттә, белә шәхсләр һөкм вермәјә лајиг дејилләр. ) Allah-təala onlara (eyni bir məsələdə) ziddiyyətli fətva verməyə əmr edibmi ki, onlar da onun göstərişinə itaət ediblər? (Ziddiyyət, heyrət və sərgərdanlığın səbəbidir, belə bir işə isə əmr verməyin Allah-təalanın şəninə layiq olmadığı aydındır.) Ya onları ziddiyyətdən çəkindirib, onlar isə itaətsizlik və günah ediblər? (Belə isə qazılar qazısının fikir ziddiyyətlərini düzgün hesab etməsi və onların hamısının doğruluğuna hökm verməsi yersizdir.) Yaxud da Allah-təala naqis bir din göndərib, onu tamamlamaq üçün onlardan kömək istəyib? (Bu da düzgün deyildir, çünki Xaliqin məxluqdan kömək istəməsi ağıla ziddir.) Və ya özlərini Allaha şərik bilib (öz rəylərinə əsasən istədikləri kimi) hökm verirlər və O da razıdır? (Bu da batildir. Çünki Allahın heç bir şəriki olmadığı aydındır.) Və ya Allah-təala tam bir din göndərmiş, (qazıların ixtilafının səbəbi budur ki,) Allahın rəsulu (səlləlahi əleyhi və alih) isə onun təbliğində və çatdırılmasında bir nöqsan etmişdir? Halbuki (belə deyildir, çünki) Allah-təala (Qurani-Kərimdə Rəsulu vasitəsi ilə camaata Ənam surəsinin 38-ci ayəsində) buyurub: «Biz Quranda heç bir şeyi əsirgəməmişik» (deməli olduğumuzu demişik). وَ قاَلَ فِيهِ تِبْيانُ كلِّ شىءٍ yəni, orda hər bir şeyin bəyan olunduğunu buyurub(О бөјүк шәхсијјәт нитгиндә Мүавијә илә мүһарибәдә ики һакимдән данышырды вә бу заман Һәзрәтин сәһабәләриндән бири ајаға галхараг деди: «Бизи ики һакими гәбул етмәкдән чәкиндириб сонра она иҹазә вердин. Билмирик, бунлардан һансы бири даһа јахшыдыр». Сонра Һәзрәти-Әмир әлини әлинә вурараг бујурду: هَذَا جزآءُ مَنْ تَرَكَ الْعُقَدَةَ «Бу һејрәт вә сәрҝәрданлыг өз ишләриндә дүшүнҹә вә еһтијаты әлдән верәрәк мәни ики һакимин дедикләрини гәбул етмәјә мәҹбур етдирән сизләрин ҹәзаныздыр». Әш’әс Һәзрәтин мәгсәдини баша дүшмәјәрәк Онун «бу мәсләһәтдән узаг галараг, еһтијаты әлдән вердијимә ҝөрә мәним ҹәзамдыр» дејә бујурдуғуну ҝүман етди.)və xatırladır ki, Quranın bəzi hissələri başqa hissələrini təsdiq edir, onda heç bir ixtilaf yoxdur, beləliklə, (Nisa surəsinin 82-ci ayəsində) buyurub: «Əgər bu Quran Allahdan qeyrisi tərəfindən olsaydı (necə ki, kafirlərin və münafiqlərin onun Allah tərəfindən deyil, bir insan tərəfindən bəyan edildiyinə etiqadları vardır) onda çoxlu ziddiyyətlər tapardınız».(Һәзрәт Әш’әси етираз етдијинә ҝөрә дејил, онун саһабәләри арасында олмасына бахмајараг, нифагдан әл чәкмәмәсинә, һәмишә икиүзлүлүк етдијинә ҝөрә ләнәтләмишди. «Мүнафиг шәхс ләнәтә лајигдир» Аллаһ-тәаланын Гур’ани-Кәримини Бәгәрә сурәсинин 159-ҹу ајәсиндә бујурдуғу кими: إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ - јәни, Китабда ҹамаат үчүн бәјан етдијимиздән әлавә, ҝөндәрдијимиз ајдын вә јолҝөстәрән нишанәләри ҝизләдәнләри Аллаһ вә бүтүн ләнәт едәнләр ләнәтләјирләр.  )
    Qurani-Kərimin zahiri heyrətamiz və gözəl, batini isə dərin və sonsuzdur (belə isə hər kəs onun sirlərini əldə edə bilməz), qəribəlikləri (incəlikləri və sirləri) tükənməzdir (onları öyrənmək üçün nə qədər çalışılsa belə tükənməz), qaranlıqlar (cəhl, nadanlığı və şübhələrin qaranlığı) ondan başqa heç nə ilə aradan qaldırılmaz.
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-12)
    Views: 766 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024