İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    19-cu xütbə
    İmam Əli əleyhis-salamın Əşəs ibn Qeysə kəlamlarındandır.
    Həzrət Kufə şəhərində minbərdə xütbə oxuyarkən, xütbə əsasında dediyi bəzi sözlərə Əşəs etiraz etdi(Бәзи тарихчиләрин әсәрләриндә Әш’әс вә атасынын Јәмән парчасы тохудуглары ҝөстәрилир. Узун мүддәт фасиләсиз парча тохумаг әгли чатышмазлыға вә сәфеһлијә ҝәтириб чыхартдығындан Һәзрәт ону бу адла мәзәммәт етмишдир. Бәзи китабларда исә гејд олунур ки, о, Киндә гәбиләсинин бөјүкләриндән иди. Јол ҝедәркән ловғалығындан чијинләрини атарды. Белә һәрәкәтә исә әрәб дилиндә «حِياكَة» дејирләр Һәзрәт дә буна ҝөрә ону мәзәммәт едир. Һәр һалда нитгинин бу һиссәсиндә Әш’әсин әгли чатышмазлығыны мәзәммәт етмишдир. ) və dedi: «Bu söz Həzrətin zərərinə tamamlandı və heç bir faydası olmadı». Həzrət ona sərt bir nəzər salaraq buyurdu: «Hansı bir şey səni nəyin bizim zərərimizə, nəyin xeyrimizə olduğundan agah etdi? Allahın lənəti (Onun rəhmətinin uzaqlığı) və lənət edənlərin lənəti, qarğışı sənə olsun, ey, toxucu oğlu toxucu. Ey kafirin oğlu münafiq!(О, күфр заманы Мурад гәбиләси тәрәфиндән өлдүрүлмүш атасынын ганыны алмаг үчүн етдији мүһарибәдә мәғлуб олараг әсир ҝөтүрүлмүшдү. Нәһајәт, үч мин дәвә фидјә верәрәк әсирликдән азад олду. Ондан сонра јетмиш киши илә Һәзрәт Пејғәмбәрин гуллуғуна мүшәррәф олараг Ислам динини гәбул етмишдир. Ислам дөврүндә әсир олмағынын сәбәби исә будур ки, Һәзрәт Пејғәмбәрин вәфатындан сонра мүртәд олду. О вахт Һәзәрмоутда јашајырды. Һәмин мәнтәгәнин әһалисинин зәкат вермәсинә мане олду вә Әбу-Бәкрә беј’әт етмәди, сонра Әбу-Бәкр Зијад ибн Лубәјди бир дәстә илә онунла дөјүшә ҝөндәрди. Әш’әс галаларын бириндә мүһасирәјә дүшәнә гәдәр онларла вурушду. Зијад исә онунла сәрт давранды. Онун вә она табе оланларын сујуну кәсди. Сонра Әш’әс өзү вә он нәфәр гоһуму үчүн пәнаһ истәди ки, барәләриндә һөкм чыхартмаг үчүн ону Әбу-Бәкрин јанына апарсынлар. Пәнаһ алдыгдан сонра Зијады вә гошунларыны галаја бурахды, онлар галаја дахил олан кими орадакылары өлдүрмәјә башладылар. Онлар дедиләр: «Сиз бизә пәнаһ вермисиниз». Зијад деди: «Әш’әс өзү вә он нәфәрдән башга һеч кәс үчүн пәнаһ истәмәјиб» Беләликлә дә, онлары өлдүрдүләр. Зијад Әш’әси вә он нәфәри әсир ҝөтүрүб Әбу-Бәкрин јанына ҝөндәрди. Әбу-Бәкр ону бағышлады вә Әбу Гуһафәнин гызы, өз баҹысы Үммү Фәрвәни она әрә верди. Ондан үч өвлады олду: Мәһәммәд, Исһаг вә Исмајыл. Мәһәммәд ибн Әш’әс һәмин шәхсдир ки, сонралар Кәрбәлада Сејјидүш-Шүһәданын ганынын төкүлмәсиндә иштирак етди. Хүласә, Әш’әс ағылсызлығы үзүндән өз гөвмүнү өлүмә вердији үчүн Имам бунлары бујурду.)
    Allaha and olsun, bir dəfə küfr zamanı, bir dəfə də İslamın zamanında əsir oldun. Bu iki əsirliyin heç birində nə var-dövlətin, nə əsil-nəcabətin və nə də böyüklüyün səni xilas edə bildi.(Инсанлары һидајәт вә аҝаһ етмәк инсанын әли иләдир, белә исә мәләкләрин сизә назил олуб Илаһи әһкамы тәблиғ етмәсини ҝөзләмәмәлисиниз.) Öz qövmünü qılınca (ölümə) yönəldən, onları ölümə tərəf qovan kişi yaxınlarının onu düşmən bilmələrinə, yadların isə ona etimad etməmələrinə layiqdir. (Seyyid Rəzi buyurur):
    Deyirəm: O Həzrətin məqsədi budur ki, Əşəs bir dəfə kafir olarkən əsir olmuşdur, bir dəfə də İslama gəldikdən sonra əsir olmuşdur. Amma Əşəsi məzəmmət edərkən qılıncı öz qövmünə yönəldən şəxs dedikdə o Həzrət Yəmamədə Əşəs ilə Xalid ibn Vəlidin hadisəsini nəzərdə tutur. Əşəs o şəhərdə öz qövmünü aldatdı, hiylə işlətdi və Xalid onların hakimiyyətini ələ keçirdi. Bu hadisədən sonra onu «عُرْفُ النّار», yəni, alovun ucalığının nişanəsi adlandırdılar. Onların arasında məkr və hiylə işlədən bu adla çağırılırdı (yəni, məkr edən öz alovunun nişanəsidir, ona yaxınlaşan oda düşər).
    20-ci xütbə
    İmam Əli əleyhis-salamın xütbələrindəndir (günahkarları ölümdən sonrakı çətinliklərlə agah edir, sanki buyurur: Ey, İlahi göstərişlərə əməl etməyən kəslər).
    Əgər siz ölülərinizin gözləri ilə gördüklərini gözünüz ilə görsəniz, mütləq qəmgin olarsınız və ahu-zar edərsiniz, (Allahın əmr və qadağanını) eşidər və itaət edərsiniz, lakin keçmişdəkilərin gördükləri şeylər sizdən gizlindir (Buna görə də ahu-zar etmir, qorxmur və Allaha, onun Rəsuluna və haq olan xəlifəsinə itaət etmir və tabe olmursunuz). Tezliklə (keçmişdəkilərin gördüklərini siz də görəsiniz deyə) pərdə qaldırılacaq. Həqiqətən görən olsanız, gözlərinizi açıblar, eşidən olsanız qulaqlarınızı açıblar, əgər hidayət qəbul etsəniz (sizə doğru yolu göstəriblər), hidayət olunmusunuz. Həqiqətən deyirəm: ibrətlər sizə (peyğəmbərlər vasitəsi ilə) aşkar edildi, qadağan olunmuşdan siz çəkindirildiniz (belə isə üzrxahlıq yeri qalmayıb) səmavi elçilərdən (mələklərdən) sonra insandan başqa heç kəs Allah tərəfindən haqqı təbliğ etməyəcək.(Белә исә бунлар Османын ганыны алмаға галхмамалыдырлар, чүнки өзләри дә гатилдирләр. Варис дејилләр ки, онун ганыны тәләб едә билсинләр.)
    21-ci xütbə
    İmam Əli əleyhis-salamın (ölüm və qiyamət barəsində) xütbələrindəndir.
    Aqibət və son qarşınızdadır (nəticədə hər bir kəs sonu görəcək, Behiştə, yaxud Cəhənnəmə daxil olacaq), sizi haylayıb qovan qiyamət və ölüm ardınızdadır, (çünki Qiyamət və ölüm gələsidir, elə bil kiminsə ardınca düşüb qovur, buna görə də) yüngülləşin (qiymətli yükləri tərk edin), yetişin (gedənlərə çatın) ki, sizin əvvəldəkilərinizi saxlayıb, axırdakılarınızı gözləyirlər. (Sizdən öncə gedənləri yolda saxlayıblar, axırıncı nəfərin onlara qovuşmasını və bütün karvanın bir dəfəlik Qiyamətə daxil olmalarını gözləyirlər. Seyyid Rəzi buyurur:)
    Deyirəm: Bu kəlam pak olan Allahın və Həzrət Rəsulun kəlamından sonra müqayisə olunduğu hər bir kəlamdan daha üstün və daha öndədir (heç bir kəlam ona çata bilməz). Amma o Həzrətin buyurduğu: تَخَفَّفُوا تَلْحَقُوا (yüngülləşin ki, yetişəsiniz) kəlamından daha qısa və daha mənalı kəlam eşidilməyib, bu kəlam necə də dərindir (hər nə qədər fikirləşsən onun dərinliyinə çata bilmirsən). Necə də bu cümlə əvvəldən axıra qədər hikmətli və nəsihətlidir, (hər bir təşnənin) susuzluğunu aradan qaldırır və biz də «Xəsais» kitabında bu kəlamın əzəmət və böyüklüyünü şərh etmişik.
    22-ci xütbə
    İmam Əli əleyhis-salamın (Osmanın qətlini onun adı ilə bağlayan Təlhə və Zübeyr kimi şəxslərin pislənib məzəmmət edildiyi) xütbələrindəndir. (Onların iddiasının batilliyini sübut edir, sonra isə öz şücaət və igidliyini bəyan edir.)
    Agah olun ki, şeytan zülm və cövrün öz yerlərinə dönməsi (fasiqin zülmü özünə peşə etməsi), batilin əslinə qayıtması (cahilin nadürüst danışması) üçün öz dəstəsini səfərbər edib və şər qoşununu toplayıb. Allaha and olsun, pis bir işi (Osmanın qətlini mənimlə bağlayıb onun öldürülməsində razılığım olduğunu yalandan iddia etdilər) mənim adımla bağlamaqdan çəkinmədilər, mənimlə öz aralarında ədalət və insafla danışmadılar (çünki ədalət və insafla rəftar etsəydilər onların iddiasının batilliyi aydın olardı) və (onların doğru olmayan iddiası belədir ki,) özlərinin tərk etdikləri haqqı, özləri tökdükləri qanı (qisası) tələb etməkdədirlər. Belə isə əgər mən o qanın tökülməsində (Osmanın qətlində), onlarla ortaq olmuş olsaydım, onlara da bundan fayda çatardı.(Мәним дә Осман кими мүсәлманларын, фәгирләрин малындан истәдикләри һәр бир шеји онлара вермәјими умурлар, лакин мән белә етмәјәҹәјәм, онун бид’әтини гајтармајаҹағам. )Əgər mənsiz özləri bu işi ediblərsə onda onlardan başqa heç kəs təqsirləndirilməməlidir. Onların ən böyük dəlil və sübutları (Osmanın qətlində iştirakı mənim adımla bağlamaları) öz zərərinədir. (Çünki özləri onu qətlə yetiriblər və mən bilirəm ki, onlar Osmanın qanını almaq niyyətində deyillər, onlar) südü qurumuş anadan süd istəyirlər, ölmüş bidəti diriltmək istəyirlər.(Бу ҹүмләдә мәгсәд о Һәзрәти мүһарибәјә дәвәт едәнин-истәр Тәлһә, ја Зубејр вә ја истәрсәдә Аишә олсун- алчаглығыны бәјан етмәкдир.) Ey dəvət edən naümid, (ya məni müharibəyə, ya da özünlə razılaşmağa çağırırsan, hazır ol) dəvət edən kimdir və nə ilə cavab veriləcək?.(Аллаһ-тәаланын мәнимлә онлар арасында һөкм етдији илә вә онлара тамамладығы һөҹҹәтијлә разыјам. Аллаһ онларын нијјәтләриндәки фәсаддан вә ишләриндәки зәлаләтдән аҝаһдыр. Аллаһын һөҹҹәти дедикдә Онун дүшмәнләрлә вурушум һаггында олан әмри нәзәрдә тутулур. Гур’ани-Кәримин «Һүҹурат» сурәсинин доггузунҹу ајәсиндә бујурулдуғу кими:وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ فَإِن فَاءتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ - Јәни, әҝәр мөминләрдән ики тајфа бир-бирилә вурушса, онлар арасында сүлһ јарадын. Әҝәр бу ики тајфадан бири һәддини ашса, зүлм етсә вә сүлһә разы олмаса, һәддини ашанларла вурушун ки, Аллаһын һөкмүнә гајытсынлар, онун әмр вә фәрманына итаәт етсинләр. Беләликлә дә, әҝәр һагга гајыдыб, вуруш¬магдан әл чәксәләр, онлар арасында бәрабәр сәвијјәдә сүлһ јарадын вә әдаләтли олун ки, Аллаһ әдаләтлиләри севир. Бунунла о Һәзрәт Аллаһын әмринә разы олдуғуну билдирир.) Mən Allahın onlara olan hüccətinə və onlar barəsində elminə razıyam.(Һәр бир кәс Аллаһ-тәаланын? һикмәт вә әдаләт әсасында онун үчүн тәјин етдијиндән бәһрәләнәр. Гур’ани-Кәримин «Зухруф» сурәсинин 32-ҹи ајәсиндә бујурулдуғу кими: نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا - јәни, дүнја һәјатында онлара чатаҹаг шејләри араларында бөлмүшүк. Һиҹр сурәсинин 21-ҹи ајәсиндә бујурулур: وَ إِن مِّن شَيْءٍ إِلاَّ عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ - јәни, елә бир шеј јохдур ки, онун хәзинәләриндән биздә олмасын. Лакин биз ондан анҹаг мүәјјән олунмуш гәдәр ендиририк. )Əgər onlar boyun qaçırsalar, (haqq yoluna dönməsələr) qılıncın iti tərəfini onlara yönəldərəm (onları qətlə yetirərəm) ki, batildən (zülm və cövr xəstəliyindən) şəfa tapmaq üçün bu onlara kifayət edər və haqqa kömək olar. Vuruşmaq üçün meydana çıxmağımı mənə xəbər yollamaları, döyüşdə dözümlü və səbrli olmağımı demələri nə qədər heyrətlidir! Anaları vaylarına otursun, heç vaxt mən müharibə ilə təhdid olunmamışam, qılınc zərbəsindən qorxmamışam. Mənim öz Rəbbimə yəqinliyim var, öz dinimdə heç bir şəkk və şübhəm yoxdur. (Təhdid olunmaq və qorxmaq öz Allahına yəqinliyi olmayan, dinində şübhəsi olan kəslərə layiqdir. Onlar buna görə ölməkdən və öldürməkdən qorxurlar).
    23-cü xütbə
    İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Burada o yoxsullara dövlətlilərin paxıllığını çəkməmək, dövlətlilərə də heç bir işi riya və özlərini göstərmək üçün etməmək göstərişi verir, qohumlarla əlaqənin, mehribanlığın, yaxınlarına köməyin faydalarını bəyan edir:)
    Allaha həmd və səna, peyğəmbərinə salamdan sonra, ilahi fərman (qəzavü- -qədər) hər bir kəsə yağış damlaları göydən yerə düşdüyü kimi yetişər. Hər bir kəsin qisməti, az və ya çox, ona çatır.(Беләликлә, јохсул вә касыб шәхс өз тајларында, јахынларында мал, ҝәлир јери вә ја өвлад ҹәһәтдән үстүнлүк ҝөрсә, онларын пахыллығыны чәкиб ҝүнаһа дүшмәмәли, онларла пис рәфтар етмәмәли, онларын гаршысында әјилмәмәлидир. Еһтијаҹсызлығыны изһар едиб гәм-кәдәри гәлбинә бурахмамалыдыр. Алчаглыг вә харлыға сәбәб олан ишләрин баш вермәмәси, абыр-һәјасыны вә шәрәфини јахшы горумаг үчүн чалышмалыдыр. Һәмишә удмағыны ҝөзләјән удузмуш гумарбаз кими шад олуб, немәтин чохалмасыны ҝөзләмәлидир. )
    Buna görə də sizlərdən biriniz (eyni cinsdən olan) qardaşınızın əhli-əyalında, malında və ya vücudunda bir üstünlük görsəniz, onun üçün fitnə-fəsada səbəb olmayın (onun paxıllığını çəkməyin, özünüzü dünya və axirətin xətərlərinə atmayın). Müsəlman kişi nə qədər ki, (başqasının paxıllığını çəkməyib) alçaqlıq və rüsvaylığını izhar etməyib, camaatın dilinə düşməyib, dəyərsiz olmayıb və bu səbəbdən də dar düşüncəli alçaq şəxslər onu qınamayıb, özünün ilk zərlərindən qələbə və uduş gözləyən uduzmuş qumarbaza bənzər ki, qənimət əldə edib öz ziyanını ödəsin.(Чүнки јахшы ад ону ешидән гоһум вә ја јадын онун бағышламасыны дуа етмәләринә сәбәб олар. Ирс исә јалныз ирс саһибинә бәһрә верәр. Демәли, јахшы ада ҝөрә вар-дөвләт хәрҹләмәк инсан үчүн варисә сәрвәт сахламагдан даһа јахшыдыр. Бу ҹүмләдә ҝөстәрилир ки, инсанлар малыны гоһумлары үчүн хәрҹләмәкдән чәкинмәмәли, онлара јардым етмәли, әлләриндән тутмалыдыр.  ) Eyni ilə də xəyanətdən (Allaha və məxluqa xəyanətdən) çəkinən yoxsul müsəlman kişi iki yaxşı şeydən birini Allahdan gözləyir:
    -Ya Allahın dəvət edənini (hamını Allaha tərəf çağıran ölümü) Allah dərgahında tapdığı (axirət nemətləri), onun üçün (dünya nemətlərindən) daha yaxşıdır.
    -Yaxud da (dünyada) Allah ruzisini. Beləliklə, o, dini və şərəfi (elm, ədəb və səbri) özündə olmaqla yanaşı əhli-əyal və var-dövlət sahibi olar. Həqiqətən mal və övlad bu dünyanın (puç olacaq) bəhrəsidir, xeyir əməl isə (qalan və bərqərar olan) axirətin bəhrəsidir. Bəzən də Allah-təala bir qism insanlara bunların hər ikisini nəsib edir (onlar həm dünyadan, həm də axirətdən bəhrələnirlər). Buna görə də (olanla razılaşın, günah və itaətsizlik etməyin), Allahın sizləri qorxutduğu əzabından qorxun. Qorxmağınız üzrə və bəhanəyə görə (xəta və ya təqsirə yol verməkdən qorxan, ağıllı insanlar kimi) olmasın. İbadət edin (Allaha), bunu özünüzü camaata göstərmək üçün etməyin, çünki Allahdan başqası üçün iş görənin əcrini Allah-təala kimin üçün iş görülübsə ondan almağı tapşırar. (O Həzrət bütün sözlərində və əməllərində Allahdan başqa kimsəni düşünmədiyinə görə, burada da dua etməyə başlayır:) Allahdan (bəlaya dözümlü olan) şəhidlərin məqamını, (heç kəsin paxıllığını çəkməyən) xoşbəxt insanlarla yaşamağı, (riyakarlıq və özünü göstərmək üçün iş görməyən) peyğəmbərlərlə yanaşı olmağı istəyirik.
    Ey camaat, heç kəs var-dövlət sahibi olsa belə, öz tayfa və qohum-əqrabasından tam ehtiyacsız deyil. Onların əməldə və sözdə köməklərinə və müdafiələrinə ehtiyacı var. Yaxınları insanın eyiblərinin qorunması üçün ən mühüm şəxsdirlər və onun dağınıqlığını, çətinliklərini daha yaxşı aradan götürə bilərlər. Dar anda və onun başına ağır hadisələr gəldikdə (başqalarından) ona daha mehriban olarlar. Allah-təalanın bir şəxs üçün camaat arasında yaxşı ad əta etməsi, ona başqasına miras qoyacağı var-dövlət verməsindən daha yaxşıdır.(Онларын Јәмәндән чыхма сәбәби белә иди ки, Јәмәнин шәһәрләриндән бири олан Сәнада Османын достларындан бир дәстәси јашајырды вә онлар мәсләһәт әсасында Һәзрәт Әмирә беј’әт етмишдиләр. Ираг әһалиси о Һәзрәтә гаршы чыхдыгда, Мисирдә Мәһәммәд ибн Әбу Бәкр өлдүрүлдүкдә, Шам әһалисинин һәддини ашмағы вә зүлмкарлығы чохалдыгда онлар фүрсәт әлә кечириб Османын ганыны алмаг ады илә Үбәјдуллаһ ибн Аббас вә Сәид ибн Нәмрана гаршы чыхдылар. Бу хәбәр о Һәзрәтә чатдыгда бир мәктуб јазараг онлары һәдәләди. Онлар да ҹавабында јаздылар ки, бизим итаәт етмәмиз үчүн Үбәјдуллаһ вә Сәиди бу шәһәрдән кәнарлашдырмалысан. Сонра Имамын мәктубуну Мүавијәјә ҝөндәрәрәк ону бу һадисәдән хәбәрдар етдиләр. Мүавијә фитнәкар вә ганичән бир шәхс олан Боср ибн Әби Әртаты онлара тәрәф јоллады. О, Сәнаја дахил олдугда Үбәјдуллаһ вә Сәид Абдуллаһ Сәгәфини өз јерләринә гојуб орадан гачараг Куфәјә ҝәлдиләр. Боср Абдуллаһ Сәгәфини гәтлә јетирди. Бу ики нәфәр Куфәдә Имамын һүзуруна ҝәлдикдә Боср ибн Әби Әртатла дөјүшмәдикләри үчүн о Һәзрәт онлары гынады вә мәзәммәт етди. Онлар дөјүшмәјә ҝүҹләри олмамасыны үзр кими ҝөстәрдиләр. ) Bu xütbənin bir hissəsidir: Agah olun ki, sizlərdən heç biri öz qohumlarından üz döndərməməlidir. Onları yoxsulluq və pərişanlıq içində gördükdə, onlara ehsan etməlisiniz. Onlara verməkdən çəkindiyiniz mal artmayacaq, onlara sərf etdiyiniz mal azalmayacaq. (Allah onun əvəzini verəcəkdir.) Hər kəs öz tayfasından əl çəkərsə (onlara kömək edib əl tutmazsa) onlardan bir əl azalmış olur, ondan isə çoxlu əllər. (Öz qohumları ilə) təvəzokar, mehriban və yoldaş olan kimsə onların əbədi dostluğunu qazanmış olar. (Seyyid Rəzi buyurur:)
    Deyirəm: غَفِيرَة bu xütbədə çoxluq mənasındadır. Necə ki, جمع كثير sözünün yerinə جَمُّ غَفِير və جَمّآءُ غَفِير deyilir. Bir rəvayətdə onun əvəzinə عَفْوَةً deyilmişdir. عَفْوَة yaxşı bir şeyə deyərlər. Necə ki, أَكَلْتُ عَفْوَةَ الطَّعامِ yaxşı bir xörək yedim deməkdir. O Həzrət öz buyruğunda bu sözü necə də gözəl mənada işlətmişdir. وَمَنْ يَقْبِضْ يَدَهُ عَنْ عَشِرَتِهِ Hər kəs yoldaşlığını və xeyrini qohumlarından əsirgəyərsə, onlara bir köməyini əsirgəmişdir, onların yardımına və köməyinə möhtac olan vaxt, onları köməyə çağıranda ona yardımdan imtina edib sözünə qulaq asmazlar. Buna görə də çoxsaylı əllərin yardımından, saysız-hesabsız ayaqların yoldaşlığından məhrum qalar.
    24-cü xütbə
    İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Döyüşdə öz möhkəmlik və dəyanətini izhar edib, o Həzrətin vuruşmaqda süstlük etdiyini deyən bir kəsin sözünü düzgün bilməyib, camaatı təqva və pərhizkarlığa rəğbətləndirərək buyurur:)
    Öz canıma and olsun, haqqa qarşı çıxanlara, azğınlıq yoluna ayaq basanlara qarşı vuruşmaqda süstlük və yumşaqlıq göstərməyəcəyəm (çünki haqqa qarşı çıxanlarla vuruşmaq vacib, bu işdə süstlük və səhlənkarlıq isə günahdır). Belə isə, ey Allah bəndələri, Allahdan çəkinin (yersiz danışmayın, nalayiq söz deməyin), Allahdan Allaha (onun qəzəbindən rəhmətinin, əzabından əfvinin, ədlindən fəzlinin pənahına) sığının. Sizin önünüzdə qoyduğu aydın yola (şəriətin doğru yoluna) yönəlin. Sizin boynunuza qoyduqlarını (şəriət məsələlərini) yerinə yetirin. Beləliklə, (ilahi göstərişə əməl edib şəriət məsələlərini yerinə yetirsəniz) əgər dünyada nicat tapmasanız, axirətdə sizin nicat və qələbənizə Əli zamindir.
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-12)
    Views: 715 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024