İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    25-ci xütbə
    İmam Əli əleyhis-salamın xütbələrindəndir.
    Müaviyənin səhabələrinin və qoşununun şəhərləri ələ keçirmə xəbəri ardı-arası kəsilmədən o Həzrətə çatırdı və Bosr ibn Əbi Ərtatın o Həzrət tərəfində Yəməndə vali və hakim olan Übəydullah ibn Abbas və Səid ibn Nəmran üzərində qələbəsindən sonra, onlar Kufədə o Həzrətin yanına gəldilər.(Демәли, Һәзрәт Пејғәмбәрин мүгәддәс вүҹудунун сәбәбинә о ҹүр пис һәјат, әгидә вә бүтүн чәтинликләрдән хилас олуб, дүнја әһли арасында бөјүклүк вә уҹалыгла мәшһурлашдыныз. Инди исә О бөјүк шәхсијјәтин ҹанишининә вә һаг олан хәлифәсинә дүшмән кәсилиб итаәтсизлик етмәниз лајигли ишдирми?.)O Həzrət öz səhabələrinin cihada tənbəllik etmələrindən və onun rəyinə, tədbirinə qarşı çıxmalarından əziyyət çəkdiyi, sıxıldığı bir halda durub minbərə qalxdı və buyurdu:
    İxtiyarı və ipi əlimdə olan Kufədən başqa heç bir yer mənim hakimiyyətimdə deyil. Ey Kufə, əgər mənə səndən başqa heç nə qalmasa və sənin də qorxunc küləklərin əssə (sənin əhlinin fitnə-fəsadı, nifaqı və ikiüzlülüyü zahir olsa) onda Allah səni pis vəziyyətə salsın. (Xaraba və viran etsin ki, kimsə səni tanımasın.) Misal olaraq şairin bu şerini oxudu:
    لَعَمْرُ أَبِيكَ الْخَيرِ يا عَمْرُو إِنَّنِى عَلى وَضَرٍ مِن ذا الْإِنآءِ قَلِيلٍ
    -yəni, ey Əmr, yaxşı atanın canına and olsun ki, mən bu xörək qabında qalan azacıq çirkə və yağa çatmışam. (Məmləkətdə payının bu qədər az olmasına işarə edilir.) Ondan sonra buyurdu:
    Mənə xəbər çatıb ki, Bosr (Müaviyənin əmrilə böyük bir qoşunla) Yəmənə daxil olub. Allaha and olsun ki, onların öz batil yollarında birlik və həmrəyliklərilə sizin haqq yolunda təfriqə və dağınıqlığınıza görə tezliklə sizlərə hakim kəsilib hakimiyyətə sahib olcaqlarını güman edirəm. Ona görə ki, siz haqq yolunuzda İmam və rəhbərinizə itaətsizlik göstərirsiniz, onlar isə batil yolda olsalar belə öz rəhbərlərinə itaət edirlər. Onlar rəhbərlərinin əmanətini qoruyur, siz isə xəyanət edirsiniz (onların beyəti davamlıdır, siz isə əhdinizi pozursunuz). Bir də şəhərlərindəki islah işlərinə (bir-birilə ülfət və dostluq edir, birliklərini saxlayırlar), sizin isə fəsadınıza görə (bir-birinizə kin, paxıllıq bəsləməyinizə, ikiüzlülüyünüzə və təfriqənizə görə. Bu bir qövmün məğlubiyyət səbəbidir).
    (Beləliklə, sizi o qədər xəyanətkar sanıram ki,) əgər sizdən birinə taxta qədəhi belə tapşırsan, qorxuram ki, onun (dəvənin palanından asdıqları) tutacağını aparasınız. Pərvərdigara, mən onlardan (Kufə əhlindən) bezmişəm və qəlbim sıxılıb, onlar da məndən doyublar. Belə isə, onlardan daha yaxşısını mənə nəsib et, mənim əvəzimə onlara bir şər ver. Allahım, onların ürəklərini (əzab və qorxudan) duz suda əriyən kimi ərit. (Ey Kufə əhli,) agah olun ki, Allaha and olsun, mənim üçün sizlərin yerinə (öz qeyrət, şücaət və yoldaşlıqları ilə məşhur olan) Fəras ibn Qənm övladlarından min süvarinin olmasını istərdim. (Burada Fəras ibn Qənmin övladlarını tərif etmək üçün şairin bu şerini oxuyur:)
    هُنالِكَ لَوْ دَعَوْتِ أَتاكِ مِنْهُمْ فَوارِسُ مِثْلُ أَرْمِيَةِ الْحَمِيمِ
    -yəni, ey Ummu-Zənba (Ummu-Zənba bir qadının ləqəbidir) kömək və zəfər üçün əgər onları (Bəni-Təymi) çağırsan, süvariləri yay buludları kimi sənə doğru gələrlər. Bundan sonra Həzrət minbərdən endi. (Seyyid Rəzi buyurur:)
    Deyirəm: أَرْمِيَة kəlməsi رَمِيّ kəlməsinin cəmidir və mənası bulud deməkdir. حَمِيم burada yay fəsli mənasında işlənmişdir. Şair də yay buludlarına ona görə təşbih işlətmişdir ki, yay buludlarında su olmadığından iti sürətlə hərəkət edirlər. Bulud su ilə dolu olduqda, adətən yavaş hərəkət edir və qışda rast gəlinir. Şair də həmin camaatın, kömək və zəfər üçün çağırdıqda, dəvəti dərhal qəbul edib köməyə tələsdiklərini buna bənzətmişdir. Buna sübut şairin bu şerdə dediyi sözləridir.
    26-cı xütbə
    İmam Əli əleyhis-salamın xütbələrindəndir (Nəhrəvana doğru hərəkət etməzdən öncə buyurmuşdur).
    Həqiqətən böyük Allah dünya əhlini ilahi əzabdan qorxudan və özünə nazil edilənə əmin olan Məhəmmədi (səlləllahu əleyhi və alih) göndərdi. Siz, ey ərəb qövmü, sizlər o vaxt ən pis (şirk və bütpərəstlik olan) dinə etiqad edir, ən pis yerdə (Hicazda) yaşayırdınız (oralar quraqlığın, fitnə-fəsadın çox olduğu bir yer idi). Daşlıq torpaqlarda və sanki karmış kimi səsdən ürkməyən çox zəhərli ilanların arasında həyat sürür, qara çirkab suyu içir, bərk xörəklər (ələnməmiş arpa unu, xurma çərdəyinin unu və kərtənkələ kimi) yeyir, bir-birinizin qanını tökür, qohum-əqrabanızdan uzaq gəzərdiniz (güzəranızın ağırlığına və əxlaqınızın pisliyinə görə qohumlarla əlaqə saxlamırdınız). Aranızda bütlər asılmışdı (öz əllərinizlə yaratdıqlarınıza pərəstiş edirdiniz) və günahlardan çəkinib uzaqlaşmırdınız.(Һадисәнин маһијјәти гысаҹа олараг бундан ибарәтдир ки, Һәзрәт «Ҹәмәл» мүһарибәси баша чатдыгдан сонра Куфәјә тәшриф ҝәтирди. Орада Мүавијәјә мәктуб јазараг, ону беј’әт етмәјә чағырды вә мәктубу Ҹәрир ибн Абдуллаһ Бәҹәллијнән ҝөндәрди. Ҹәрир Шам шәһәринә дахил олуб мәктубу Мүавијәјә верди. Мүавијә мәктубу охујандан сонра дәрин фикрә ҝетди. Ҹавабыны гајтармаг үчүн Ҹәрири мәәттәл сахлады, Шам шәһәринин әһалисиндән бир дәстәсини чағыртдырыб, Османын ганынын интигамынын алынмасы барәдә онларла сөһбәт етди. Онлар Мүавијәнин фикри илә разылашдылар, она јардыма һазыр олдугларыны билдирдиләр. Даһа сонра гардашы Утбә ибн Әбу-Сүфјанла бу барәдә мәсләһәтләшди. Утбә деди: «Бу ишдә Әмр ибн Асы көмәјә чағыр. Чүнки сән онун фитнәкар, дүшүнҹәли вә тәдбирли олмасыны билирсән». Сонра Мүавијә Әмр ибн Аса мәктуб јазараг тәрифли сөзләрлә ону тәрифләјиб өзүнә көмәјә вә Османын ганыны алмаға дәвәт етди. Әмр мәктубунун ҹавабында јазды: «Мәктубуну охујуб мәгсәдини баша дүшдүм. Ислам дининдән чыхыб азғынлыға дүшмәјә, сәнин ардынҹа ҝетмәјә, о дәрәҹәдә фәзиләтли, јүксәк мәгамлы вә шүҹаәтли Әли ибн Әбу Талибин үстүнә гылынҹ чәкмәјә һазыр дејиләм. Еј Мүавијә, сән Османын өлүмү илә Шам шәһәринин һакимлијиндән узаглашдырылмысан вә онун интигамыны алмаг јолу илә хәлифәлији әлә кечирмәк истәјирсән. Белә һијләләринлә мәним кимиләри алдада билмәзсән. Сәнин јолунда өз динимдән дөнүб ҹанымы гоја билмәрәм». Мүавијә мәктубу охудугда рүшвәтсиз ону разы сала билмәјәҹәјини баша дүшдү. Билирди ки, о, Мисирин һакими олмаг истәјир. Она Мисирин һакимлијинә вәд етди. Әмр дә ахирәтини дүнјасына дәјишәрәк Мүавијәјә гошулду. Буна ҝөрә дә Һәзрәт бунлары бујурур. )
    Bu xütbənin bir hissəsidir
    (Həzrət Peyğəmbərin vəfatından sonra başına gələnləri qısa şəkildə bəyan edir: Müxaliflərim mənim haqqım olan xəlifəliyi qəsb etdikdə)
    Beləliklə, (öz işlərimi) fikirləşib gördüm ki, öz əhli-beytimdən (Bəni-Haşimdən) başqa yavərim yoxdur, (onlar da bu qədər əleyhdarlarımla mübarizə apara bilməzdilər. Buna görə də) onların öldürülməsinə razı olmadım. Çöp batmış gözümü yumdum, sümük boğazımı tutsa da uddum, tənəffüs yolunun tutulmasına (qəm və kədərin çoxluğundan) və əlgəm otundan (olduqca acı bir bitkidir) daha acı şeylərə dözdüm.
    Bu xütbənin başqa bir hissəsidir
    (Əmr ibn Asın Müaviyəyə necə beyət etdiyini bəyan edir və buyu-rur:)(Мизмар атларын јарыш вә ҹыдыры үчүн һазырланан мүддәтә дејилир. Белә ки, јахшыҹа көкәлмәси вә ҝүҹлү олмасы үчүн атын јемини артырырлар. Даһа сонра, артырдыглары јеми ади нормасына чатана гәдәр, тәдриҹән азалдырлар ки, ат хамлығыны чыхарсын вә јарыш ҝүнү үчүн һазыр олсун. )
    Əmr girov və qiymət şərtini (Misirin hakimliyini) qoymayınca Müaviyəyə beyət etmədi. Satıcının (dinini dünyanın qiymətinə satanın) əlinin bərəkəti olmaz və alıcının (Müaviyənin) əhd-peymanı onun rüsvayçılığına səbəb olar. Buna görə də (indi ki, Əmr Müaviyəyə qoşulub), müharibəyə hazırlaşın, onun tədarükünü görün ki, döyüş məşəli alovlanıb, onun işığı ucalıb. Dözümü özünüzə şüar edin (döyüşdə sabit olun, onun ziyanına dözün) ki, düşmənə zəfər çalmağın ən mühüm yolu dözümdür.
    27-ci xütbə
    İmam Əli əleyhis-salamın (şərafətli ömrünün sonlarında buyurduğu və öz səhabələrini Müaviyə ilə cihad etmədiyinə görə qınadığı) xütbələrindəndir:
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra, cihad (dinə qarşı çıxanlarla döyüş) Allahın özünün xüsusi dostlarının üzünə açdığı Cənnət qapılarından biri, təqva və pərhizkarlıq libasıdır. (Paltar insanı soyuqdan və istidən qoruduğu kimi təqva əhlini müxaliflərin şərindən qoruyar.) Haqq-təalanın möhkəm zirehi və onun (təqva əhlini düşmənlərin silahlarından qorumaq üçün) güclü qalxanıdır. Hər kəs ondan uzaqlaşıb, onu tərk edərsə Allah ona zillət və xarlıq paltarı, bəla və çətinlik cübbəsi geyindirər. Bunun təsirindən isə həmin adam həqir, alçaq, zəlil və biçarə olar. Allah öz rəhmətini onun qəlbindən götürdüyünə görə ağılsızlığa mübtəla olar (öz işlərində heyran və sərgərdan olar). Cihada getmədiyinə və bu mühüm işə əhəmiyyət vermədiyinə görə haqqın yolundan uzaqlaşaraq batil yola qədəm qoyar. Müsibətə və biçarəliyə düçar olaraq ədalət və insafdan məhrum olar (zülmkar ona hakim kəsilərək onunla insafsızcasına davranar).
    Agah olun, mən sizləri gecə və gündüz, gizlində və aşkarda döyüşə (Müaviyə və ona tabe olanlara qarşı döyüşə) dəvət edərək dedim ki, onlar sizinlə döyüşə gəlməmiş, siz onlarla döyüşə çıxın. Allaha and olsun, hər hansı qövmün öz evində (diyarında) elə bir müharibə olmayıb ki, orada onlar zəlil və məğlub olmasınlar. Siz isə vəzifənizi bir-birinizə həvalə etdiniz (sizlərdən hər biriniz başqasının öz vəzifəsinə əməl etməsini umurdunuz). Mal-mülkünüz hər yandan qarət olunana, (düşmən qələbə çalıb) yurdunuz əlinizdən çıxana qədər bir-birinizi xar etdiniz. Bu, öz süvarilərilə (Müaviyənin əmrinə əsasən Fərat çayının şərq sahillərində yerləşən İraqın qədim şəhərlərindən biri olan) Ənbar şəhərinə daxil olub, Həssan ibn Həssan Bəkrini (şəhərin vali və hakimi) öldürüb, süvarilərinizi şəhərin hüdudlarından uzaqlaşdıran Qamidin (Bəni Qamid qəbiləsindən olan Süfyan ibn Əuf) qardaşlarındandır. Mənə xəbər çatdı ki, onların bir döyüşçüsü bir müsəlman qadına və müsəlmanların amanında olan bir kafir qadına hücum edərək xalxalı, bilərzik, boyunbağı və sırğalarını qoparmış, o qadın da zar-zar ağlayaraq öz qohumlarını köməyə çağırmaqdan başqa cür onlara mane ola bilməmişdir. Düşmənlərdən heç birinin yaralanmadığı, qanları tökülmədiyi halda onlar (bu döyüşdən) böyük qənimət və sərvətlə qayıtdılar. Əgər müsəlman kişi bu hadisəni eşidib qəm-qüssədən ölərsə ona eyib deyil. Mənə görə isə ölüm bundan daha layiqlidir. Nə qədər də heyrətli və təəccüblüdür! And olsun Allaha, onların (Müaviyə və tərəfdarlarının) özlərinin nahaq işlərinin ətrafında birləşməsi, sizin isə haqq işinizdə təfriqə və ixtilafa düşməniz ürəyi öldürür, qəm və hüznü özünə çəkir. Onların oxlarına tuş gəldiyiniz vaxt üzünüz qara, qəlbləriniz qəmli olsun (düşmən sizə doğru ox atır, siz isə qeyrətsizliyinizə, təfriqə və ixtilafınıza görə sinələrinizi onun hədəfinə çevirib sakit oturmusunuz). Onlar sizin malınızı yağmalayırlar, siz isə əlinizə heç nə almırsınız. Sizinlə döyüşürlər, sizsə döyüşmürsünüz. Allaha asi olurlar, siz isə razısınız. Yayda sizə onlarla döyüşə çıxmağı əmr etdikdə dediniz ki, indi hava istidir və istilər sınana qədər bizə möhlət ver. Qışda onlarla döyüşmənizi əmr etdikdə isə dediniz ki, bu günlər hava çox soyuqdur və soyuqlar çıxana qədər bizə möhlət ver. Siz isti və soyuqdan qaçmaq üçün bu qədər bəhanə gətirirsiniz, Allaha and olsun (döyüş meydanında), qılıncdan daha tez qaçacaqsınız. Ey kişilikdən nişanəsi olmayan namərdlər! Ey ağlı uşaq və bəy otağına təzə girmiş qadın ağlı kimi olanlar! Ey kaş mən sizləri nə görə, nə də tanıyaydım. And olsun Al-laha, sizi tanımağın nəticəsi peşmanlıq, qəm və qüssədir. Allah sizləri məhv etsin ki, mənim ürəyimi qan etdiniz, sinəmi qəzəblə doldurub-daşırdınız. Aldığım hər nəfəsdə mənə qəm və hüzn yedirtdiniz. Mənə itaətsizlik, etinasızlıq edərək tədbirimi pozub, puç etdiniz, bunun nəticəsində də Qüreyş «Əbu Talibin oğlu igiddir, ancaq müharibə aparmaq qaydasını bilmir» dedilər. Allah atalarına rəhmət etsin! (Öz dedikləri sözü fikirləşmirdilər.) Onlardan hansı biri döyüşdə mənim qədər çalışqan və ciddi idi, yoxsa öndə getməkdə və ya müqavimətdə məndən artıq idilər? Hələ iyirmi yaşıma çatmamış döyüşə hazır idim və indi də ömrümdən altmış ildən çox keçmişdir. (Mənim döyüşlərdəki fikrim və tədbirim həmişə düz olmuşdur.) Ancaq fərmanına itaət olunmayanın, hökmünə əməl edilməyinin əlacı yoxdur.
    28-ci xütbə
    İmam Əli əleyhis-salamın (dünyaya etimadsızlıq və axirətə hazırlıq barədə buyurduğu) xütbələrindəndir.
    Haqq-təalaya həmd-sənadan və Həzrət Peyğəmbərə salamdan sonra. Həqiqətən dünya arxa çevirərək (sizin ürək bağladığınız şeylərdən) ayrılıqdan xəbər verir. Axirət yaxın və aşkar olmuşdur. (Dünya hamı üçün ötəridir. Ölümlə başlayan axirət isə gələcəkdir. Ona görə də, fani dünyaya ürək bağlamamaq, əbədi məkana getməyə hazırlaşmaq lazımdır.) Agah olun ki, bu günlər (ömrümüzdən qalan müddət xeyir işlər görmək və bəyənilmiş əxlaqa çatmaq üçün) mizmar və hazırlıq günüdür (dünyanın ləzzətinə göz yummaq lazımdır), sabah isə (axirət) önə keçmək günüdür.(Мизмар дөврүндә һәр кәс өзүнү салеһ әмәлләр, ҝөзәл әхлагла адәт етдириб тәрбијәләндирсә, сабаһ имтаһан мејданында өнә кечәрәк ҹәннәти газанаҹагдыр. Сәһләнкарлыг едиб гәфләтдә олан исә сабаһ хар вә хәҹаләтли олуб ода дахил олаҹагдыр.) Önə keçmək (yarışın qalibi olanın yeri) cənnətdir, (axıra qalanın) sonu atəşdir.(Чүнки еһтијаҹ вә изтираб ичиндә олан бәшәр Аллаһын разылығыны газанмаг үчүн халис нијјәтлә ҹаны дилдән чалышыр. Буна ҝөрә дә Һәзрәт Аллаһы даһа аз јад етдијиниз раһат вә әмин вахтларынызда да ондан гәфләтдә олмамағы бујурур ки, бу хәбәрсизлик пешманлыға сәбәб олур. ) Belə isə, ölümü çatmadan öz günahından tövbə edən bir kimsə yoxdurmu?
    Görəsən özünün bədbəxtlik günü gəlmədən (ilahi əzabdan) öz nicatı üçün çarə edən yoxdurmu? (Yaxşı əməllər etsin ki, o gün saleh əməllərdən başqa heç nə nicata səbəb olmayacaq.) Agah olun ki, siz ardında ölüm dayanan arzu və ümid (həyatın əbədiliyi və yaşayışın davamı) günlərindəsiniz. Əcəli çatmazdan öncə arzu və ümid günlərində iş görən (camaata köməklik, Allaha bəndəlik edən) kimsənin əməli ona xeyir gətirəcək, ölümü ziyan vurmayacaqdır. Əcəli çatmamış həmin günlərdə səhlənkarlıq edənin (camaata köməklik, Allaha bəndəlik etməyənin) işi xarabdır və ölümdən ziyan çəkəcəkdir. (Çünki ölüm vaxtı camaata xidmət və Allaha bəndəlikdəki təqsirlərinə görə peşmançılığın xeyri yoxdur. Buna görə də nəticə etibarı ilə ziyan görəcəkdir.) Agah olun, rahatlıq və əmin-amanlıq vaxtında (əlləriniz çatan vaxt), xof və qorxunun sizə hakim kəsiləndə iş gördüyünüz kimi (xalqa xidmət və Allaha ibadət yolunda çalışın) əməl edin.(Ән кичик мәнфәәт үчүн чалышдыглары һалда Беһишт кими ән бөјүк немәтләрдән гафил олан, ҹүзи зәрәрин горхусундан чохлу јоллара әл атдығы һалда, Ҹәһәннәм бөјүклүкдә атәшдән чәкинмәјән инсанлар һејрәтлидир.) Agah olun, mən Cənnət kimi bir nemət görmədim ki, onu arzulayan qəflət yuxusunda olsun. Nə də atəş kimi bir əzab gördüm ki, ondan qaçan bihuşluq yuxusunda ol-sun!(Гур’ани-Кәримин Бәгәрә сурәсинин 197-ҹи ајәсиндә бујурулур: وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى «Сәфәрә азугә топлајын вә ән јахшы азугә дә пәрһизакарлыгдыр. ) Bilin ki, haqqdan xeyir tapmayana mütləq batilin ziyanı yetişəcəkdir. Hidayətlə doğru yola gəlməyəni azğınlıq çarəsizliyə və ölümə sürükləyir. Agah olun ki, sizlər köçməyə (bu saraydan əbədi saraya getməyə) məmur edilmisiniz (bundan başqa çarəniz yoxdur) və azuqə toplamağa yönəldilmisiniz.(Чүнки о, борҹуну вермәк истәмәдијинә ҝөрә бәһанә ҝәтириб бу ҝүн-сабаһа сахладығы кими, сиз дә ҹиһада ҝетмәк истәмәдијинизә ҝөрә јалан бәһанәләр ҝәтириб иши бу ҝүн-сабаһа сахлајырсыныз. Бу сәһләнкарлығын нәтиҹәсиндә өзүнүзү хар вә зәлил едирсиниз. ) Ən qorxulu olan iki şey var və sizin üçün onlardan qorxuram: Biri nəfsinizin arxasınca getməniz (gözlərinizi həqiqətə yumar) və digəri isə arzularınızın çoxluğudur. (Sizə axirət üçün azuqə və ehtiyat toplamağa imkan verməz.) Belə isə sabah onun vasitəsilə özünüzü qiyamətdə (əbədi əzabdan) qoruyacağınız şeyin, (camaata xidmət və Allaha bəndəliyindən) tədarükünü bu dünyada görün. (Seyyid Rəzi buyurur:)
    Deyirəm: Xalqı zahidliyə, dünyaya rəğbətsizliyə, axirətdə işə yarayan xeyir əməllərə vadar edən söz olarsa, hərhalda bunlar Həzrətin həmin sözləridir. Camaatı çox bağlı olduqları amal və arzulardan daşındırır, öyüdün, Allaha və Peyğəmbərə qarşı üsyan və itaətsizliyin qadağa şöləsini həddən çox alovlandırır. O Həzrətin sözlərinin heyranediciliyi ondadır ki, buyurur: «ألا وَ إِنَّ الْيَوْمَ المِضْمارُ وَ غَداً السِبَاقُ وَالسَّبْقَةُ الْجَنَّةُ وَالْغايَةُ النَّارُ» Çünki bu sözdə ifadənin böyüklüyü və mənanın dərinliyilə yanaşı həqiqətə və işin mahiyyətinə uyğun təşbihdə heyrətamiz sirr və incə məna vardır. Buyurur: وَالسِّبْقَةُ الْجَنَّةُ وَالغايَةُ النَّارُ İki mənadakı fərqə görə iki növ sözdən istifadə etmişdir: أَلسَّبْقَةُ sözünü Cənnət üçünأَلْغايَة sözünü isə atəş üçün işlətmişdir. وَالسِّبْقَةُ النَّارُ deyilوَالسَّبْقَةُ الْجَنَّةَ buyurmuşdur. Çünki إِسْتِباق (önə keçmək) sözü yaxşı bir iş üçün və müsbət mənada işlədilir və Behiştin sifətidir. Atəş bu mənanı vermir. O atəşdən Allaha pənah aparırıq. Deməli, وَالسِّبْقَةُ النَّارُ buyurması düzgün olmazdı və ona görə də belə buyurmuşdur: وَالغايَةُ النَّارُ Çünki الغاية ona çatan hər bir kəs üçün bəzən şadlıq gətirmir, bəzən də sevinc bəxş edir. Deməli, bu sözü hər iki mənada izah etmək olar. الغاية kəlməsi burada Allah-təalanın buyurduğu مَصِير و مَأل sözü kimidir. (Qurani-Kərimin İbrahim surəsinin 30-cu ayəsi) قُلْ تَمَتَّعُوا فَإِنَّ مَصِيرَكُمْ إِلَى النّارِ «De, nalayiq işlərdən ləzzət alın. Beləliklə, sizin işlərinizin sonu atəşdir». Burada فَإِنَّ سَبْقَتَكُمْ إِلَى النَّارِ deyilməsi düzgün olmaz. Belə isə bu sözü dərindən düşün ki, onun batini heyrətamiz və çox dərindir. O Həzrətin sözlərinin əksəriyyəti belədir. Bəzi əlyazmalarda göstərilir ki, başqa rəvayətə görə سُبْقَة kəlməsində sin zəmmə ilə qeyd olunmuşdur. Ərəblər (yarışda) ötdüyü üçün önə keçənə (qalibə) mükafat verilən mala سُبْقَة (sini zəmmə ilə) deyərlər. سَبْقَة sözünün fəthə ilə olan mənası zəmmə ilə olan mənasına yaxındır. Çünki سُبْقَة (sözündə) sinin zəmməli olması pis və qəbahətli işin cəzası deyil, bəyənilən və sevilən işin mükfatıdır.
    29-cu xütbə
    İmam Əli əleyhis-salamın (düşmənlərlə döyüşə səhlənkar və etinasız yanaşmalarına görə öz səhabələrini pislədiyi) xütbələrindəndir.
    Ey bədənləri bir, fikir və arzuları müxtəlif olan insanlar! Sizin (boş və mənasız) sözləriniz sərt daşları yumşaldır, sizin işiniz isə (öz evinizdə oturub, düşmənlə döyüşə hazırlaşmamanız) düşmənlərdə (malik olduğunuz hər şeyi ələ keçirib sizə sahib olmaq üçün) tamah yaradır. (Bir yerə yığışdığınız) məclislərdə özünüzdən çox danışır (boş və mənasız sözlərdən çox danışıb, igidlik və mərdlikdən dəm vurursunuz), düşmənlə döyüş vaxtı çatanda isə حِيدِى حَيادِ yəni, «ey müharibə, bizlərdən uzaq ol» deyirsiniz (حيدى حياد cümləsi ərəblərin düşməndən qaçarkən işlətdikləri misaldır). Sizi (zəfərə və özünə köməyə) dəvət edənin dəvəti qəbul olunmadı (çünki ona köməklik etmədiniz). Sizin uğrunuzda sizlərə zəhmət və əziyyət çəkənin ürəyi rahatlıq tapmadı. (Cihada getməmək və düşmənlə döyüşməmək üçün gətirdiyiniz) üzr və bəhanələr (doğru deyil), borclu şəxsin öz borcunu (üzrsüz yerə) gecikdirməsi kimi azğınlıqdır.(Чүнки сиз өз әмиринизә көмәклик вәд едир, дүшмәнлә үзләшдикдә исә она арха чевириб дөјүшмәмәк үчүн бәһанә ҝәтирирсиниз. ) Zəlil və qorxaq (ona edilən) zülmə mane ola bilməz. Zəhmət və səy olmadan haq (və asayiş heç bir qövm üçün) əldə edilə bilməz. (Düşməni əzib məğlub etmək üçün evdə oturub, cihada getməməklə asayiş və rahatlıq istəməniz xətadır.) Hansı evi (diyarı) öz evinizdən sonra (düşmənin işğal və dağıtmasından) saxlayarsınız? (Sizi evinizdən bayıra atdıqda) məndən sonra hansı əmir və İmamla (düşməni özünüzdən uzaqlaşdırmaq üçün) cihada gedəcəksiniz? Allaha and olsun, sizin aldatdığınız şəxs doğrudan da aldanıb.(Аллаһа, Пејғәмбәрә вә һаг олан Имама итаәтсизликдә, батил јолда хејир тәсәввүр едирсиниз? Белә дејил, Батил јолла хејир ҝөтүрмәјә тамаһ салмаг ҝүнаһлардан гәфләт, билмәдән вә инанмадан данышмаг дүнја вә ахирәтдә бәдбәхтлијә, бичарәлијә сәбәб олар.  ) Allaha and olsun, sizin kömək və yoldaşlığınızla nicat tapan (düşməninə qalib gələn) kimsə, (qumarla oynanılan ox atıcılığında qumar üçün təyin olunan bütün oxlardan) daha uğursuz (çox ziyanlı) oxla nicat tapandır. Sizin köməyinizlə (düşmənə tərəf) ox atan (onun zülm və özbaşınalığının qarşısını almaq istəyən) kimsə başı sınmış, ucluğu olmayan ox atmışdır (belə bir ox hədəfə dəysə belə təsiri olmaz. Siz də düşmənlə qarşılaşsanız belə, qorxduğunuza görə onların irəliləməsinə mane ola bilməzsiniz). Allaha and olsun, sizin sözlərinizə (əhd-peymanınıza) inanmadan, sizin yoldaşlığınıza tamarzılanmadan səhəri açdım və düşməni (Müaviyə və qoşununu) sizlərin köməyi ilə qorxutmuram (çünki sizin vəfasızlığınız, yalançılığınız mənə və düşmənə aydın olmuşdur). (Hər nə qədər sizləri düşmənlə döyüşə həvəsləndirsəm də, səhlənkarlıq edən), sizlərin halı nədir, sizin dərdinizin dərmanı nədir (ki, hazırlayım), nə ilə əlac olunursunuz (ki, əlac edim)? Düşmənlər də sizin kimi insanlardır. (Niyə siz də onlar kimi deyilsiniz və onların qorxusu ürəyinizə oturub?) Bilmədiyiniz və inanmadığınız sözləri danışırsınız? (Cihada getmək üçün bir-birinizə «onu edəcəyik, bunu edəcəyik» deyirsiniz. Həqiqətdə isə düşmənlə döyüşməyə əsla iradəniz yoxdur.) Günahlardan uzaqlarda qəflətdəsiniz? (Elə isə oyanın) Haqqdan qeyrisinə tamah salırsnız?(Она јахынлашаны вурмаға һазырдыр. Бурада Тәлһәнин фитнә-фәсадла мәшғул олуб, гүрур вә тәкәббүрдән һеч кәсин сөзүнә гулаг асмамасы нәзәрдә тутулур)
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-12)
    Views: 767 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024