İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1

    40-cı xütbə
    İmam Əli əleyhis-salamın Nəhrəvan Xəvaricinin «hökm ancaq Allaha məxsusdur!» sözünü eşidərkən buyurduğu kəlamlarındandır.
    Batil məqsəd üçün işlədilən haqq bir sözdür. Bəli, Allahdan başqa qeyrisinin hökmü yoxdur.(Демәли, бу ҝүнләри гәнимәт билиб Аллаһын разылығы олан ишләри ҝөрмәјә чалышын ки, гијамәтдә һесаб вахты раһат оласыныз. ) Ancaq xəvaric deyir: (Xalqın arasında) əmirlik və rəislik Allaha məxsusdur. Xalq arasında istər xeyirxah, istərsə də pis əməl sahibi əmirin lazım olması labüddür. Onun rəhbərliyi və hakimliyi altında mömin ibadətlə məşğul olur, kafir isə öz bəhrəsini götürür (əmirin olması sayəsində hamı hərc-mərclik, iztirab və narahatlıqdan azaddır). Allah onun zamanında hər kəsi müəyyən olunmuş əcəlinə yetirir (əmir olmasa camaat bir-birinin canına daraşar) və onun vasitəsilə (ehtiyac olan vaxt istifadə edilməsi üçün) vergilər yığılır. Düşmənlə müharibə edilir, yollarda (oğru və soyğunçuların əlindən) əmin-amanlıq olur. Xeyir əməl sahibinin pozğunlardan (şərindən) asudə olması və rifahda yaşaması üçün zəif və gücsüzün haqqı güclü və zülmkardan alınır.
    (Seyyid Rəzi buyurur): Başqa bir rəvayətdə göstərilir ki, Həzrət Xəvaricin sözünü (Allahdan qeyrisinin hökmü yoxdur) eşitdikdə buyurdu: «Sizin (öldürülməniz) barədə Allahdan hökm gözləyirəm.
    Sonra buyurdu: Günahlardan pərhiz edən şəxs ədalətli əmirin hakimiyyətində Allaha ibadətlə məşğul olar və ziyankar şəxs isə pozğun əmirin vaxtında öz bəhrəsini götürər, ta ki, hər ikisi ömrünü başa vurar və onları ölüm haqlayar. (O vaxt biri mükafata, digəri isə öz əməllərinin cəzasına çatar.)
    41-ci xütbə
    İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Bu xütbədə vəfalılıq təqdir, hiylə isə məzəmmət olunur.)
    Vəfa doğruluğun yoldaşıdır və mən (ilahi əzabın qarşısını almaq üçün) əhdə vəfa etməkdən daha qoruyucu sipər tanımıram. (Qiyamətdə) qayıdışın nə cür olmasından agah kimsə (ondan hansı şəkildə sorğu-sual ediləcəyini bilən heç vaxt) məkr işlətməz. Elə bir zəmanədəyik ki, adamlarının çoxu məkr işlətməyi zirəklik sanırlar və nadanlar onları zirək bilirlər. Bu məkr edənlərin xeyirləri nə olur? Allah onları həlak etsin (ki, camaat şərlərindən azad olsun və ya Allah onları öz rəhmətindən uzaq salsın)! Zirək və işini bilən insan hiylənin və hər bir işin çarə yolunu bilir. Hiylə işlətməməyinin səbəbi isə Allahın əmr və qadağasının ona mane olmasıdır. Hiyləni gördüyü, tanıdığı və işlətmək qüdrətinə malik olduğu halda onu tərk edir. Dində (Müaviyə və Əmr ibn As kimi) heç bir günahdan qorxusu olmayanlar, fürsəti əldən verməyərək hər işdə hiylə və məkrə əl atırlar.(Әҝәр сәнин мүһарибә етмәјин бизи фәрманыны гәбул етмәмәјә вадар етди десәләр, онларын итаәтсизлијинә бизим ирадымыз олмаз. Фәрзән, беј’әт етмәк истәсәләр, бизим мүһарибә башламағымыз онларын фикрини дәјишмәләринә сәбәб олар. )
    42-ci xütbə
    İmam Əli əleyhis-salamın (nəfsi istəklərə itaətin və hədsiz arzuların dalınca düşməyin məzəmmət olunduğu) xütbələrindəndir.
    Ey camaat! Sizin iki ən dəhşətli şeyə-birincisi nəfsi istəklərə itaətə, ikincisi isə saysız-hesabsız arzuların dalınca getməyə mübtəla olmağınızdan qorxuram. Nəfsi istəklərin ardınca getmək insanı haqq yoldan saxlayar, saysız-hesabsız arzular isə axirəti yadından çıxardar. Agah olun, dünya (öz əhlindən) sürətlə üz döndərər (onun əhli tezliklə fani olacaq və ya onda xoş güzəran keçirmək, ona ürək bağlamaq nəticəsiz qalacaq). Bir kimsənin (başıaşağı tutaraq) tökdüyü su qabının dibində qalandan (həmin qabda azacıq sudan başqa su qalmaz) başqa bir şeyi qalmadığı kimi ondan bir şey qalmaz. Bilin ki, axirət yaxındır və dünya ilə axirətin hər birinin (öz) övladları var. Elə isə siz axirət övladlarından olun (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edin və bu müvəqqəti həyata ürək bağlamayın) və dünyanın övladlarından olmayın. Çünki tezliklə qiyamətdə hər övlad anasına qovuşacaq. (Deməli, dünyanın övladı odda, axirətin övladı isə Cənnətdə olacaq.) (Bilin) bu gün (fani ömrün günləri) əməl və iş günüdür, hesabı, sorğu-sualı yoxdur. Sabah (qiyamət) əməl və iş günü deyil, hesab və sorğu-sual günüdür.(Бу әрәб аталар сөзү «мән бу иши јүз дәфә өлчүб-бичмишәм» мәнасында ишләдилир. )(Seyyid Rəzi buyurur.)
    Deyirəm: حَذّاء sözü sürət və tələskənlik mənasını verir. Bəziləri جذّاء - cim və zal hərfləri ilə nəql edərlər yəni, bu dünyaya ürək bağlamağın xeyir və faydası yoxdur.
    43-cü xütbə
    İmam Əli əleyhis-salamın (beyət almaq üçün) Cərir ibn Abdullah Bəcəllini Şama, Müaviyənin yanına göndərdikdən sonra buyurduğu kəlamlarındandır.
    O böyük şəxsiyyətin səhabələri (Müaviyənin Həzrətin əmrinə itaət etməyəcəyini bildiklərindən, Cərir Şamdan qayıtmamış və cavab gətirməmiş) dedilər ki, Şam camaatı ilə müharibəyə hazırlaşmaq məsləhətdir. (Həzrət buyurdu:)
    Cəririn onların yanında olduğu (hələ mənim cavabımı gətirmədiyi) halda mənim Şam əhalisinə qarşı müharibəyə hazırlaşmağım qapını onların üzünə bağlamaqdır və niyyət etmiş olsalar, onların yaxşılıqdan (beyətdən) üz döndərmələrinə səbəb olar.(Чүнки кафирләрин вә мүнафигләрин азғынлыг вә јолсузлугларынын гаршысыны алмамаг Аллаһын, пејғәмбәрин әмринә етинасызлыгдыр вә бу да Әли үчүн күфрдүр. Демәли, Аллаһын вә пејғәмбәрин әмринә итаәт етмәк үчүн әлбәттә, онларла дөјүшүб шәрләрини дәф етмәлијәм.) Amma mən Cərir üçün bir vaxt qoymuşam ki, (Müaviyəyə) aldanmasa (onu cavabı almaq üçün məəttəl saxlamasa) və ya itaətsizlik göstərməsə (ondan cavab almağa səhlənkar yanaşmasa) bundan artıq orada qala bilməz. Mənim rəyim (onlarla) mülayim rəftar etməkdir, siz də mülayim rəftar edin. (Hərçənd ki) döyüşə hazır olmanızdan da acığım gəlmir. وَلَقَدْ ضَرَبْتُ أَنْفَ هَذَا الْأَمْرِ وَ عَيْنَهُ Yəni, mən bu işin burnunu və gözünü vurmuşam,(Бәни-Наҹијәдән бир дәстә Сиффејн мүһарибәсиндән сонра Нәһрәван Хәвариҹилә мүттәфиг олараг Һәзрәтә дүшмән кәсилмиш вә Мәдаинә үз тутмушду. Һәзрәт ики мин сүвари илә Мәгәл ибн Гејси онларла дөјүшә ҝөндәрди. Мәгәл Фарс дәнизинин саһилиндә онлара чатараг дөјүшә башлады вә Бәни-Наҹијјә гәбиләсинин башчысы Хиррит ибн Рашиди тәрәфдарлары илә бирҝә өлдүрдү, әввәл христиан, сонра мүсәлман, һәмин дөјүш заманы исә мүртәд олан вә Хирритә гошулан беш јүз гадын, киши вә ушағы әсир алды. Гајыдаркән Хузистанын Әрдәшир Хүррә шәһәринә чатдыгда әсирләр Әмирәл-мөмининин тәрәфиндән шәһәрә һаким тәјин олунмуш Мәсгәләјә пәнаһ ҝәтирәрәк ондан азад едилмәләрини истәдиләр. Мәсгәлә онлары Мәгәлдән беш јүз мин дирһәм алараг, азад етди вә мүәјјән олунмуш вахтда һәмин пулу Һәзрәтә ҝөндәрәҹәјини вәд етди. Сонра Мәгәл Куфәјә ҝедәрәк әһвалаты Һәзрәтә данышды. О бөјүк шәхсијјәт Мәсгәләнин беш јүз мин дирһәми ҝөндәрәҹәјини ҝөзләјирди. Өдәниш ҝеҹикдијинә ҝөрә, она мәктуб јазды ки, ја малы ҝөндәр, ја да ишинә бахылмасына һазырлаш. Мәсгәлә Һәзрәтин гуллуғуна ҝәләрәк она ики јүз мин дирһәм верди, пулун галаныны исә өдәјә билмәди. Бир нечә ҝүнлүк мөһләт истәјиб ҝеҹә икән Шама, Мүавијәнин јанына гачды. Һәзрәт онун гачмасы хәбәрини ешитдикдә бунлары бујурду. ) gizlinini və aşkarını alt-üst etmişəm. Mən özüm üçün başqa çarə görmürəm. Ya (Müaviyəyə və tərəfdarlarına qarşı) döyüşməli və ya küfrü və Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) gətirdiklərini inkar etməliyəm.(Әсирләри азад етмәси онун тәрифинә, мәдһинә сәбәб олса да, онларын пулуну өдәмәмәк үчүн дүшмәнин јанына гачмасы илә өз мәдһини мәзәммәтә чевирди вә халгын гынағына туш ҝәлди. )(Daha sonra Müaviyənin o Həzrətin adı ilə bağladığı Osmanın qətlinin səbəbi haqda buyurur:) Osman ümmətə rəhbərlik edirdi və bir neçə bidət (nalayiq və imana zidd işlər) yaratdı, (bu çirkin işlər də) xalq arasında söz-söhbətə (məzəmmətə və etiraza) səbəb oldu. Onlar da, (onun barəsində deyilməli olanı) dedilər və ona rəğbətlərini itirib dəyişdirdilər. (Onu öldürdülər, buna görə də onun qətlini Müaviyənin mənim adıma çıxması həqiqətə ziddir.)
    44-cü xütbə
    İmam Əli əleyhis-salamın Məsqələ ibn Hübeyrə Şeybaninin Müaviyənin yanına qaçdığı vaxt buyurduğu kəlamlarındandır. O, Bəni-Naciyə əsirlərini Əmirəl-mömininin nümayəndəsindən satın alaraq azad etmiş, Həzrət onların pulunu istədikdə isə xəyanət edərək Şama qaçmışdı.(Чүнки јалныз О, ибадәтә лајигдир вә ибадәтәләринә, ситајишләринә ҝөрә тәкәббүр етмир ки, бәндәјә башыашағылыг ҝәтирсин. )
    Allah Məsqələnin üzünü qara eləsin. Böyüklərə layiq iş görüb (əsirləri satın alıb, azad etdi), qullara layiq qaçışla qaçdı. Onu öyəcək adama fürsət verməmiş susdurdu. Vəsf edən onun işini təsdiqləməmiş, onu qınamağa və pisləməyə məcbur oldu.(Дүнјада вар-дөвләт топламаға чалышмајын. Чүнки онун һалалынын сорғу-суалы, һарамынын исә ҹәзасы вә әзабы вар) Əgər getməyib qalsaydı, gücü çatan qədərini ondan alacaq, (qalan hissəsini almaq üçün) var-dövlətinin artmasını gözləyəcəkdik
    45-ci xütbə
    İmam Əli əleyhis-salamın (dünyanı və onun fəsadlarını qınadığı) xütbələrindəndir.
    Həmd olsun Allaha ki, heç kəs rəhmətindən məyus olmaz, nemətləri hamıya şamil edilər, heç kimsə onun bağışlamasından ümidsiz olmaz, ona ibadət kimsəyə başıaşağılıq gətirməz.(Куфә шәһәринин јахынлығында Нухејләдә Мүавијә илә дөјүш үчүн мүбарәк ајағыны үзәнҝијә гојдуғу вахт, сәфәрә чыхмаг вә јахынлары, аиләсини Аллаһын аманына тапшырмаг үчүн ән јахшы дуа олан бурадакы дуаны охуду. ) Elə bir məbuddur ki, rəhmətini əsirgəməz və neməti bitib-tükənməz. Dünya bir saraydır ki, onun üçün fənalıq və yoxluq, əhli üçün isə köçünü çəkmək labüddür. O (öz əhlinin nəzərində), xoş və yamyaşıldır və (aldatmağının, qəflətə salmağının səbəbi budur ki,) tələsik onu istəyənlərin, tələb edənlərin sorağına gəlir, öz məhəbbət və istəyini ona nəzər salanın ürəyinə salır. Belə isə ondan köçün (ona ürək bağlamayıb, axirət səfərinə hazırlaşın və rahatlığı orada axtarın) və ən yaxşı malınızdan (Xaliqə ibadət və xalqa xidmətdən) azuqə yığın, orada ehtiyacınızdan artıq istəməyin. Sizə çatandan artığını tələb etməyin.(Дартылан, узанан вә еластик олдуғуна ҝөрә ҝөнчүлүкдә, даббаглыгда чох истифадә олунур. Окказ Нәхлә илә Таиф арасындакы чөлдә базарын адыдыр. Әрәбләр Исламдан өнҹә һәр ил бир ај орада топлашар, ше’р охујар вә әсл-нәсәбләри илә өјүнәрдиләр. Орада ән чох алыныб-сатылан мәһсул исә ҝөн иди. )
    46-cı xütbə
    İmam Əli əleyhis-salamın Şam şəhərinə hərəkət etmək qərarına gəldiyi vaxt buyurduğu kəlamlarındandır:(Бу хәбәр Һәзрәтин гејбдән аҝаһ олмасыны ҝөстәрән хәбәрләрдәндир. Чүнки Куфәдә баш верән һадисәләр вә онун зүлмкарларынын башына ҝәләнләр тарихдә шәрһ олунмушдур)
    Ey Allah! Səfərin məşəqqətindən, (yaxınların ölümü və ya malın tələf olmasından yaranan) dönüşün kədərindən, (camaatın) əhli-əyala, mala və övlada pis baxışından Sənə pənah gətirirəm. Allahım, Sən səfərdə yoldaşım, ailəmdə isə canişinimsən. Səndən başqa səfərdə yoldaşım, vətənimdə isə canişinim ola biləcək kimsə yoxdur. Çünki (vətəndə) hər kim canişin olsa, (səfərdə) yoldaş olmaz, yoldaş olan isə canişin deyil (Seyyid Rəzi buyurur:)
    Bu sözlərin əvvəli Allahın peyğəmbərindən (səlləllahu əleyhi və alih) nəql olunur və Həzrət əleyhis-salam ondan sonra وَلا يَجْمَعُهُمَا غَيْرُكَ sözündən buyuruğunun sonuna qədər ən bəlağətli kəlmələr işlətmiş və onu ən gözəl şəkildə tamamlamışdır.
    47-ci xütbə
    İmam Əli əleyhis-salamın Kufə barədə (onun viran olması, o böyük şəxsiyyətdən sonra zülmkarların şəhər əhalisinə edəcəyi zülm və sitəm haqda xəbər verdiyi) kəlamlarındandır.
    Ey Kufə! Səni sanki Okkaz gönü kimi(Әламәт вә нишанәләр әсасән ҝөрүнүр, билинир. Чүнки мәхлугун халигә еһтијаҹы вар. Варлығы мүмкүн оланын өз-өзүнә вүҹуд вә варлыг саһиби олмасы гејри-мүмкүндүр. ) (müxtəlif qoşunların gediş-gəlişi və hərcmərclikdən) dartılmış görürəm. Baş verən hadisələrdən (zülmkarların zülm və sitəmindən, dabbaqlar gönü ayaqlayan kimi) tapdalanacaq, (cürbəcür müsibət və bəlalarla) çalxalanacaqsan. Mən bilirəm ki, yalnız Allah-təalanın bəlaya düçar etdiklərindən və ya onların üzərində bir qatili hakim etdiklərindən başqa heç bir zülmkar sənə zülm və sitəm etmək qəsdində olmaz.(Чүнки идрак онун зат вә сифәтләринин һәгигәтини дәрк етмәсә дә, ваҹиб һәддә гәдәр әламәт вә нишанәләриндән таныма үчүн јол тапараг, ону етираф етмишдир. )
    48-ci xütbə
    İmam Əli əleyhis-salamın Şama gedərkən (Nuxeylədə) buyurduğu xütbələrdəndir. (Siffeyn müharibəsi iyirmi beş şəvval otuz yeddi h. q. ilində baş vermişdir.)
    Gecənin düşdüyü və dünyanın zülmətə, qaranlığa qərq olduğu hər dəfə Allah həmd olunmağa layiqdir. Ulduzların görünüb və gizləndiyi hər vaxt Haqq-təalaya sitayiş etmək rəvadır (həmişə, günün hər bir vaxtında Allah-təalaya həmd və şükür etmək hər bir kəsə vacib və lazımdır). Saysız-hesabsız şükrlər bütün kamal sifətləri özündə cəmləşdirən, nemət və bəxşişləri bitib-tükənməyən (hamıya şamil olan), fəzl və kəramətinin bərabəri olmayan bir məbuda məxsusdur. Sonra öz qoşunumun önündə gedənləri (Ziyad ibn Nəsr və Şüreyh ibn Hanini on iki min süvari ilə) göndərdim və mənim (hərəkət barədə) fərmanım onlara çatana qədər Fəratın sahilində ləngimələrini əmr etdim. Məsləhət bildim ki, bu sudan (Fəratdan) keçərək Dəclənin ətrafında yaşayan (Mədain əhalisi) sizlərdən (müsəlmanlardan) bir dəstənin yanına gedim və onları təchiz edərək sizinlə birgə düşmənlərinizə qarşı döyüşə gətirim, onları sizə köməkçi edim. (Seyyid Rəzi buyurur:)
    Deyirəm: Həzrət مِلْطَاط dedikdə Fəratın sahilində yerləşən və öz qoşununun öndə olanlarına ora enməyi əmr etdiyi yeri nəzərdə tutur. Bundan başqa, dəniz sahilinə də مِلْطَاط deyirlər. Bu sözün əsl mənası isə «hamar yer» deməkdir. Həzrətin نُطفَة dedikdə məqsədi (az və ya çox miqdarda saf su mənasını daşıyır) Fəratın suyudur. Bu təbirlər qeyri-adi və heyrətamiz ifadələrdəndir.
    49-cu xütbə
    İmam Əli əleyhis-salamın (Haqq-təalanın sifətləri vəsf olunduğu) xütbələrindəndir.
    Həmd olsun Allaha ki, gizlin işləri bilir, (gizli şeylər onun üçün aşkardır. Deməli, aşkar olan hər şeyi, şübhəsiz, bilir) görünən və aşkar nişanələr (bütün varlıq) onun mövcudluğuna, varlığına dəlalət edir(Сөзләри вә әмәлләри илә Аллаһы инкар едәнләр олса да, мөвҹуд әламәт вә нишанлар онларын үрәкләриндә буну етираф етдикләрини ҝөстәрир.) gözlə görünməsi mümkün deyil (çünki bir yerdə deyil ki, gözlə görünsün). Deməli, Onu görməyənin gözü (varlığının nişanələrini gördüyünə görə onun mövcudluğunu) inkar etməz, varlığını (nişanə və əlamətlərinə görə) başa düşənin qəlbi isə zatının həqiqətini dərk etməz. Yüksəklikdə (hər şeydən) üstündür, heç nə ondan uca deyil, yaxınlıqda (hamıya) yaxındır və heç nə ondan daha yaxın deyil. Deməli, (hər şeyi əhatə etdiyinə görə) yüksəkliyi onu yaratdıqlarından uzaqlaşdırmamış, yaxınlığı isə xalqı bir məkanda onunla bərabərləşdirmişdir. Ağılları öz sifətinin sərhəd və hüdudlarından agah etməmiş (çünki onun zatının eyni olan sifətləri üçün hədd-hüdud yoxdur) və (ancaq) onları vacib həddə özünü tanımaqdan məhrum etməmişdir.(Азғынлыг үчүн фүрсәт газанараг батили һаггы истәјәнләрин нәзәриндә ҹилвәләндирәрәк дин дүшмәнләри үчүн налајиг сөһбәтләрә јол ачыр. )Deməli, O elə bir Allahdır ki, mövcud əlamət və nişanələr Onu inkar edənin qəlbinin Onu təsdiqləməsinə şəhadət verir.(Мүавијәнин гошуну чох олса да, онлар азсајлы дәстәјә бәнзәдилиб. Онларын мүһарибә елмини билмәмәләринә ишарә олунур. ) Allah Onu məxluqata bənzədənlərin və Onu inkar edənlərin sözlərindən pak və nöqsansızdır.
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-11)
    Views: 771 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024