İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    72-ci xütbə
    İmam Əli əleyhis-salamın Bəsrədə Mərvan ibn Həkəm barədə buyurduğu kəlamlarındandır.
    Deyilənə görə, Mərvan ibn Həkəm «Cəməl» döyüşündə əsir düşdükdə İmam Həsən və İmam Hüseyn əleyhimas-salam vasitəsilə Əmirəl-möminin əleyhis-salamdan bağışlanmasını istəmişdir. Həmin iki böyük şəxs onun barəsində demişlər: «Ya Əmirəl-möminin, Mərvan sənə beyət edir». Həzrət onu azad edərək buyurmuşdur:
    Osman öldürüldükdən sonra o mənə beyət etmədimi? (Ondan sonra da «Cəməl» döyüşündə iştirak etdi.) Mənim onun beyətinə ehtiyacım yoxdur. Onun beyət üçün mənə əl uzatmağı (məkr, hiyləgərlik və əhdinə vəfasızlığı ilə məşhur olan) yəhudinin əl verməsi kimi bir şeydir. Öz əli ilə mənə beyət etsə də, hər an arxası ilə hiylə və məkr işlədəcəkdir.(Бәзиләринин дедијинә ҝөрә, дөрд рәис дедикдә һәр дөрдү сонрадан хәлифә сечилмиш Әбдүлмәлик ибн Мәрванын оғланлары Језид, Сүлејман, Вәлид вә Һүшам нәзәрдә тутулур.  ) Agah olun, o, itin burnunu yalaması tək (çox qısa müddət) əmirlik və hakimlik edəcəkdir. (Mərvanın hakimiyyəti təxminən dörd ay on gün olmuşdur) O, dörd rəisin atasıdır.(Мән хәлифәлији она лајиг олмајан кимсәјә бурахырам ки, дүнјада бөјүклүк вә рәһбәрлик газанмаг нијјәтиндә олмадығымы билсинләр. Бу сөзләрим һөҹҹәтин тамам олмасы вә азғынлары доғру јола јөнәлтмәк үчүндүр.) Çox çəkməz ki, camaat ondan və övladlarının əlindən qanlı-qadalı günlər (qətl-qarət, onların əlindən bir çox çətinliklər) görərlər.(Бәни-Үмәјјә сөзләримдә вә әмәлимдә нифаг, икиүзлүлүк олмадығына әмин олдуглары һалда, нәјә ҝөрә мәни иттиһам едиб дејирләр ки, Османын гәтлинин тәшкилатчысы мән олмушам, үздә бир иш ҝөрмәсәм дә, ҝизлиндә ҹамааты ону өлдүрмәјә вадар етмишәм. Онлар билмирләрми ки, мән сөз демәкдә вә әмәлдә һеч кимдән горхмурам? Әҝәр Османы өлдүрмәк истәсәјдим, буну ҝизлиндә етмәздим вә ашкарда онун гатилләринә јолдаш олардым.)
    73-cü xütbə
    İmam Əli əleyhis-salamın camaatın Osmana beyət etmək əzmində olduğu vaxt buyurduğu kəlamlarındandır.
    Siz bilirsiniz ki, xəlifəliyə mən hamıdan daha layiqli və hamıdan daha üstünəm. (Bununla belə, onu xəlifə seçirsiniz.) Allaha and olsun, müsəlmanların işləri nizam-intizamla davam edənədək (onların arasında fitnə-fəsad qopmayanadək) və başqasının xilafəti zamanında məndən başqasına zülm olunmayanadək xəlifəliyi (başqasına) buraxıram. (Öz haqqımı tələb etmir, ona göz yumuram.) Bu, (Haqq-təalanın məzlumlara əta etdiyi) əcr və savabı əldə etməyə, sizin vurğunu olduğunuz dünya malına, zinətinə (başçılıq və rəhbərliyə) rəğbətim olmadığına görədir.(Гур’ани-Кәримин Һуҹурат сурәсинин 12-ҹи ајәсиндә бујурулур: «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ» Еј Аллаһа вә Пејғәмбәрә иман ҝәтирәнләр. Чох зәннә-ҝүмана гапылмајын. Шүбһәсиз ки, зәнләрин бәзиси ҝүнаһдыр. Бир-биринизин ејбини, сиррини арајыб-ахтармајын. Бир-биринизин гејбәтини етмәјин (јәни, башгасынын далынҹа данышмајын). Сиздән бириниз өз өлмүш гардашынын вә диндашынын әтини јемәјә разы олармы? Хејр. Бу сиздә икраһ һисси ојадар. Өлмүш гардашынызын әтини јемәкдән икраһ етдијиниз кими, онун гејбәтини етмәкдән дә чәкинин. Аллаһдан горхун, гејбәт етмисинизсә, төвбә един, Аллаһ ҝүнаһлары бағышлајан вә меһрибандыр. Әһзаб сурәсинин 58-ҹи ајәсиндә бујурулдуғу кими: «وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُّبِينًا» Мөмин кишиләри вә гадынлары инҹидилмәјә лајиг бир иш ҝөрмәдикләри һалда инҹидәнләр, шүбһәсиз ки, өз үзәрләринә бөһтан, ифтира вә ачыг-ајдын бир ҝүнаһ ҝөтүрмүшләр. )
    74-cü xütbə
    İmam Əli əleyhis-salamın Bəni-Üməyyənin onu, Osmanın qətlində iştirakda ittiham etmələrini eşitdikdə buyurduğu kəlamlarındandır.
    Bəni-Üməyyənin məni tanıması onları məndə eyb axtarmaqdan çəkindirmədimi? İslamdakı keçmişim nadanların məni ittiham etmələrinin qarşısını almadımı?(Демәли, ону өлдүрәнләрлә бир јердә олмадығым вә онун гәтлинин тәшкилатчыларындан һеч кимин бу ишдә иштирак етмәјими демәдикләри һалда, әҝәр Аллаһын китабынын һәр һансы бир ајәси Османын гатили олмағыма дәлаләт едирсә, сиз она ујғун һөкм чыхарараг, мәнә гаршы елә рәфтар един. ) (Mənim sözlərimin bu camaata təsiri olmayacaq, çünki) Allah-təalanın nəsihət olaraq buyurduğu(Чүнки сиз үрәјиниздә хәлифәлији, әмирлији әлә кечирмәји арзуладығыныза ҝөрә, Османын ганыны алмағы бәһанәјә чевирәрәк ҹамааты алдатмаг үчүн мәни иттиһам едирсиниз. Белә исә, Гијамәтдә өз сөзләринизин ҹәзасына чатаҹагсыныз.  ) mənim dilimdən (sözlərimdən) daha bəlağətli və gözəldir. (Bununla belə təsiri olmadı.) Mən dindən çıxanlara dəlil gətirir, dinə şübhə edənlərlə isə düşmənçilik edirəm. (Mənim dəlil və sübutlarımdan biri də budur ki, məni Osmanın qanının tökülməsində şərik bilməkləri tək) haqqa oxşar işlər Qurani-Kərimlə tutuşdurular.(О кәламлардандыр ки, онда ҹамаата төвбә етмәјин вә бағышланмаг истәмәјин гајдаларыны өјрәдир. Пејғәмбәр вә Имамлар әлејһимус-салам кими мә’сумларын төвбәси халгы өјрәтмәк мәгсәди дашымышдыр. Чүнки онлар һеч вахт ҝүнаһа батмамыш, Аллаһ-тәалаја итаәтсизлик етмәмишдиләр ки, төвбә вә әфв диләмәк нијјәтинә дүшәјдиләр. ) Allah bəndələri öz sinələrində olanlara uyğun cəzalandıracaqdır.(Гур’ани-Кәримин Нәмл сурәсинин 65-ҹи ајәсиндә бујурулур: «قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ» «Де ки, Аллаһдан башга ҝөјләрдә вә јердә олан һеч кәс гејби билмәз.» )
    75-ci xütbə
    İmam Əli əleyhis-salamın (insanları dünya və axirət səadəti qazandıran bəyənilən sifətlərə rəğbətləndirmək üçün buyurduğu) kəlamlarındandır.
    Allah rəhmət eləsin o kişiyə ki, ağıllı sözü eşidir və qəbul edir, doğru yola çağırıldıqda ona tərəf gedir, yol göstərənin (Həzrəti Peyğəmbərin və məsum İmamların) belindən yapışaraq (dünya və axirətin çətinliklərindən) xilas olur. Pərvərdigarına (onun əmrlərinə) itaət edir, (Allahın buyurduqlarına uyğun rəftar edir), öz günahından qorxur, xalis əməli (riya və özünü göstərməkdən uzaq olan əməli) öncədən göndərir, gözəl və layiqli rəftar edir, onun üçün (axirətdə) ehtiyat toplananları (ibadət və bəndəliyin savab və mükafatını) qazanır və qadağan edilmişlərdən (çirkin əməl və söz) uzaq durur. Oxu düz hədəfə vurur (həmişə Allahı nəzərində saxlayır), dünya malının yerinə axirət malı toplayır (dünyaya göz yumaraq əbədi səadəti qazanmağa çalışır), öz nəfsi istəklərinə qalib gəlir və arzularını yalan sanır. Dözümü özünün nicat və qurtuluşuna, öz minik vasitəsinə çevirir, (müsibətlərdə səbri öz şüarına çevirir, yük daşıyan dəvə tək dünyanın ağrı-acılarına qatlaşır), təqva və pərhizkarlığı öz ölüm anına azuqə yığır. Aydın bir yola (İslam şəriətinə) qədəm qoyur və parlayan (aşkar və aydın olan) əsas yoldan uzaqlaşmır (yolsuzluğa ayaq basmır). Həyatın bir neçə günlük möhlətini qənimət sayır və fürsəti əldən vermir (Allahın və Peyğəmbərin razılığına səbəb olan iş görür, ömrünü boş yerə başa vurmur) ölümə hazır olur (dünyaya bel bağlayır, onu qəfil yaxalayan ölümə hazır olur) və əməlindən (layiqli əməl, Allaha bəndəlik və xalqa xidmətindən) azuqə toplayır.
    76-cı xütbə
    İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Səd ibn As Osmanın təyinatı ilə Kufədə hakim olduğu vaxt Mədinəyə Həzrət üçün hədiyyə və məktub göndərərək bildirmişdi ki, mən Osmandan başqa heç kimə belə qiymətli hədiyyə göndərməmişəm. Həzrət onun məktubunu oxuduqdan sonra buyurmuşdu:)
    Bəni-Üməyyə Məhəmmədin (səlləllahu əleyhi və alih) mirasından (o Həzrətin bərəkətindən əldə olunmuş qənimətlərdən) mənə anası sağılarkən dəvə balasına verilən süd qədər az verirlər. Allaha and olsun, onlara hakim olsam qəssab cigər tikələrini və ya torpağa bulaşmış qarını atdığı kimi onları uzağa ataram. (Seyyid Rəzi buyurur).
    Başqa bir rəvayətdə التُّرابُ الْوَذَمَةَ göstərilir və bu da اَلْوِذامَ التَّرِبَةَ-nin əksinədir. Həzrət əleyhis-salamın buyurduğu لَيُفَوِّقُونَنِى sözünün mənası budur ki, beytülmaldan mənə dəvənin «فُواقِ »kimi az verirlər. «فُواق» dəvə balasına anasının südündən bir dəfə verməyə deyilir. «وِذامُ» sözü «وَذَمَةٍ» kəlməsinin cəm formasıdır, yerə düşüb torpağa bulaşmış qarın, yaxud ciyər parçası mənasındadır.
    77-ci xütbə
    İmam Əli əleyhis-salamın duada buyurduğu kəlamlarındandır:(Гур’ани-Кәримин Ән’ам сурәсинин 97-ҹи ајәсиндә бујурулдуғу кими: «وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُواْ بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ» Бијабанын вә дәнизин зүлмәтиндә (јол тапмаг) үчүн улдузлары да сизин үчүн јарадан Одур. Биз Өз гүдрәт нишанәләримизи анлајан бир ҹамаат үчүн бәјан етдик». )Allahım, məni (günahımı) bağışla ki, Sən onu daha yaxşı bilirsən. Mən yenə dönsəm (ikinci dəfə onu törətsəm) sən bağışlanmağı da mənə qaytar. Allahım, mən özümlə bağladığım və mənim ona vəfalı olduğumu görmədiyin əhdimi (əməl etməyi öhdəmə götürdüyüm itaət və bəndəliyi) bağışla. Allahım, dildə Sənə yaxınlaşmaq istəyimi, ürəyimin onun əksinə olmasını (işin əvvəlində Sənə yaxınlaşmaq üçün ibadət və bəndəlik etsəm də, ondan sonra beynimə riya və özünü göstərmək kimi fikirlər gəldiyinə görə) bağışla. Allahım, gözümün ucunun işarələrini (gözünün ucu ilə işarə edib möminə əziyyət verməyi və ya onun qeybətini edib arxasınca pis danışmağı), boş söhbətlərimi, ürəyimin arzularını və dilimin büdrəmələrini bağışla.
    78-ci xütbə
    İmam Əli əleyhis-salamın Xəvariclə döyüşə gedərkən bəzi səhabələrinə (Əşəs ibn Qeysin qardaşı Əfifə) buyurduğu kəlamlardandır. O, Həzrətə ərz etmişdi:
    Ey Əmirəl-möminin, (Xəvaricin üstünə) bu vaxt yola düşsən, qorxuram ki, zəfər çalmayasan və öz məqsədinə çatmayasan. Bu xəbəri nücum elmindən əldə etmişəm.
    Həzrət buyurdu:
    Həmin saatda yola çıxanların bəla və pisliklərdən uzaq olduğu hər hansı bir saat göstərə biləcəyini güman edirsən? O saatda səfərə çıxanların ziyan və çətinliklə üzləşəcəyi bir saatdanmı çəkindirirsən? Kimsə sənin bu sözlərinə inanarsa Quranı yalan sanar,(Каһинлик елә бир пешәдир ки, она јијәләнәнләр ҹинләрин көмәјилә гејбдән хәбәр верир, ҹамаатын арасында фитнә-фәсад салырлар. Гејбдән хәбәр вермәси, улдузларын хејир-зијанла, уғурлу вә нәһс ҝүнләрлә әлагәләндирилмәси, ҹамаатын Аллаһа үмидини итирмәси, өз әмәлинә вә сөзләринә үмидвар етмәси, бунларын дүзҝүнлүјүнә инандырмасы бахымдан мүнәҹҹимин иши каһин бир кимсәнин әмәли вә етигады илә ејнидир. Демәли, өзүнүн азғынлығы вә башгаларыны аздырмаг бахымдан. ) İstədiyini əldə etmək və istəmədiklərindən uzaqlaşmaq üçün Allahdan kömək istəməyə ehtiyacı qalmaz. Sənin sözlərindən belə çıxır ki, göstərişinə uyğun rəftar edən kəs Allahına deyil sənə həmd və şükr etməlidir. Çünki güman edirsən ki, onu xeyir götürdüyü, ziyandan amanda qaldığı saata yönəldən sənsən.
    Bu sözlərdən sonra Həzrət üzünü camaata tutaraq dedi:
    Ey camaat, onunla biyabanda və dənizdə yolu tapmaq (səfərdə yolları bilmək, ibadət vaxtlarını öyrənmək, qibləni təyin etmək, gəminin yolunu müəyyənləşdirmək və s. kimi işlər) üçün lazım olan (ehtiyacınız olan qədər) həddi çıxmaqla, nücum elmini öyrənməkdən çəkinin.(Сеһр сеһркарын дедији сөз, ја јаздығы тилсимдир ки, бунунла әрлә арвад, еләҹә дә достлар арасында ајрылыг салыр, онлары бир-биринә дүшмән етмәк кими зијанлар вурур. ) Çünki nücumu öyrənmək kahinilk və qeybdən xəbər verməklə nəticələnər.(Әлбәттә, Һагг-тәала сәфәрин зијаныны сиздән узаглашдыраҹагдыр. Һәзрәт һәмин саат Хәвариҹлә дөјүшә јолланды вә гәләбә газанды. Бу сөзүн өзү, мүнәҹҹимләрин сөзүнүн сәһв олдуғуну ҝөстәрән ән бөјүк дәлилдир. ) Münəccim kahin kimi, kahin isə sehrkar(Бәјәнилмиш әмәл вә сөзләрдә онларын ардынҹа ҝетмәмәк бу демәкдир ки, әҝәр бәјәнилмиш иш ваҹибатдан олса, сиз ону бәјәнилмиш олдуғуна ҝөрә јеринә јетирин вә ҝөстәрин ки, һәмин иши онлара итаәтә ҝөрә етмирсиниз. Бәјәнилмиш иш мүстәһәбб оларса, јеринә јетирмәјин. Чүнки онлара итаәт етмәмәјә ҝөрә мүстәһәб иши јеринә јетирмәмәјин өзү мүстәһәбдир. Хүласә, һеч бир ишдә онларын сөзләринә вә истәкләринә етина емәјин.) kafir kimidir. Kafir (cəzası) oddadır (əzab çəkməkdir). (Buna görə də münəccimin sözlərinə və əməllərinə inanmayın.) Allahın adının köməkliyi və yoldaşlığı ilə səfərə çıxın.(Чүнки дүнја әмәл мејданы, ахирәт исә ҹәза јеридир. Она ҝөрә дә, орада демирләр ки, јахшы әмәлләрини артыр, ҝүнаһындан кечәк вә ја ҝүнаһа, итаәтсизлијинә ҝөрә сәндән инҹимишик, бизи разы сал. )
    79-cu xütbə
    İmam Əli əleyhis-salamın «Cəməl» döyüşü başa çatdıqdan sonra qadınları pisləyərkən buyurduğu kəlamlardandır. (Aişə və onun arxasınca gedənləri də pislədiyi güman edilir.)
    Ey camaat! Qadınların iman, irs və ağıldan payları azdır. İmanlarındakı çatışmazlıq heyzli günlərində namaz qılmayıb, oruc tutmamalarına görədir. Ağıllarının nöqsanı isə buna görədir ki, (İslamda) iki qadının şahidliyi bir kişinin şahidliyi yerinədir. İrs və pay baxımdan çatışmazlıqları onlara çatan miras kişiyə çatan mirasın yarısı qədər olduğuna görədir. Pis qadınlardan uzaq durun, yaxşılarından isə çəkinin. Bəyənilmiş söz və əməllərdə onlara itaət etməyin(Гур’ани-Кәримин Бәгәрә сурәсинин 168-ҹи ајәсиндә бујурулур: «Шејтанын ләпирләринә гәдәм гојуб, онун ардынҹа ҝетмәјин. Чүнки О сизин ачыг-ашкар дүшмәниниздир. ) ki, nalayiq söz və əməllərə tamah salmasınlar (və sizləri onu yerinə yetirməyə məcbur etməsinlər).
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-11)
    Views: 707 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024