İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    83-cü xütbə
    İmam Əli əleyhis-salamın Əmr ibn As barəsində (onun nadürüst söz və əməllərini pislədiyi və qınadığı) xütbələrindəndir:(Сиффејн дөјүшүндә Әмр мејданда Әмирәл-мөмининлә үзләшдикдә, Һәзрәт ону өлдүрмәк үчүн үстүнә атылдыгда Әмр өзүнү атдан архасы үстә јерә атараг, торпағын үстүнә сәрилди. О бөјүк шәхсијјәтин гаршысында ајагларыны ҝөјә галдырараг, ҹинсијјәт үзвүнү ҝөстәрди. Һәзрәт ҝөзүнү јумараг, ҝери гајытды. Мүавијәнин гошун башчыларындан бири Буср ибн Әби–Әртаһ һәмин Сиффејн дөјүшүндә Әмрин үсулундан истифадә едәрәк өлүмүн чәнҝиндән јаха гуртарды. Бундан сонра يَمْنَحُ القَومَ سَبَّتَهُ ҹүмләси һадисәләр заманы зилләт вә харлығы гәбул едәнләрин һаггында ишләдилән зәрбүл-мәсәлә чеврилди. )
    Zinakar arvadın oğluna heyrətlənirəm.(Дәрк етмәз, чүнки онун затына әлавә олунмуш сифәти јохдур ки, тәсәввүрләр ону дәрк едиб вәсф едә билсин. ) (Belə atasızın biri) Şam camaatına yalandan deyir ki, mən zarafatcıl, lağlağı bir adamam və daim zarafatla, oyunla məşğulam. Nadürüst söz danışıb, bu sözləri ilə günahkardır. Agah olun ki, sözlərin ən pisi yalandır. Əmrin dilinə alıb danışdığı söz yalandır və (hər kəsə) vəd etsə, onun əksinə əməl edər, öz sualları ilə naqqallıq edər, ondan soruşulduqda isə (cavabında) xəsislik edər, əhd-peymanını pozar, öz qohumlarından uzaqlaşar. Müharibə meydanına gəldikdə qılınclar işə düşməyənə qədər (fəsadı və müharibə atəşini alovlandırmaq üçün) çox əmrlər verər, qadağalar qoyar, söz oynadar. Qılınclar qınından çıxandan, müharibə başlanandan sonra isə onun ən böyük hiyləsi cinsiyyət üzvünü camaata göstərməkdir.(Чүнки бир һәдлә мәһдудлашмыр ки, ҝөз ону ҝөрә билсин вә ағыл онун һәгигәтини дәрк едә билсин. О Һәзрәт бу бир нечә гыса ҹүмләдә бүтүн товһид мәсәләләрини фәсаһәт вә бәлағәтин сон дәрәҹәсиндән истифадә едәрәк бәјан етмишдир вә бу, о бөјүк шәхсијјәтин башгаларына мәхсус олмајан бөјүк фәзиләтләриндән биридир. ) Bilin! Allaha and olsun, ölümü xatırlamaq məni zarafatdan və oyundan saxlayır, axirəti unutması isə Əmrə haqq sözü danışmağa mane olur. O, hədiyyə və bəxşiş şərti olmasaydı, dinindən əl çəkmək üçün (öz zəmanəsinin İmamının əleyhinə çıxması üçün) azacıq rüşvət (Misirin bir neçə günlük hakimliyi) bağışlamasaydı, Müaviyəyə beyət etməzdi.
    84-cü xütbə
    İmam Əli əleyhis-salamın (tovhid və Allah-təalanın bəzi sifətləri haqqında) xütbələrindəndir.
    Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur, şəriki olmayan təkdir. Əvvəldir, ondan öncə heç bir şey olmayıb (əzəlidir və hər bir mövcudun mənşəyidir). Axırdır, onun üçün heç bir hədd və son yoxdur (əbədidir və hər bir mövcud onda sonlanır). Təsəvvürlər onun heç bir sifətinə yetişməz(Хејир вә шәри, ҝүнаһ вә итаәтсизлик нәтиҹәсиндә кечмиш үммәтләрин башына ҝәлән һадисәләри бәјан едән Гур’ан ајәләри нәзәрдә тутулур.  ) və qəlblər (ağıllar) onun necəliyini təsdiq edə bilməz (çünki onun necəliyi yoxdur ki, ağıl onu dərk etsin). Bölünmə və ayrılma onun üçün rəva deyil (çünki hissə və tərkib varlığı mümkün olanlara layiqdir). Gözlər və qəlblər onu əhatə etməz.(Чүнки иман әһлинин мәрифәт вә камалы бир-бириндән фәргләнир. Демәли, һәр кәсин дүнјадакы рәфтар вә ихласына ујғун орада мәнзили вар. Гур’ани-Кәримин Ән’ам сурәсинин 132-ҹи ајәсиндә бујурулдуғу кими: وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُواْ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ «Һәр кәс үчүн етдији әмәлләрә ҝөрә дәрәҹәләр вардыр. Рәббин онларын нә етдикләриндән гафил дејилдир».)
    Bu, xütbənin (camaata nəsihət etdiyi) hissəsidir
    Ey Allah bəndələri, faydalı ibrətlərdən öyüd götürün, parlaq və aşkar əlamətlərdən(Гур’ани-Кәримин Рә’д сурәсинин 35-ҹи ајәсиндә бујурулур: «مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ أُكُلُهَا دَآئِمٌ وِظِلُّهَا تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَواْ وَّعُقْبَى الْكَافِرِينَ النَّارُ» «Пәрһизкарлара вәд едилән Ҹәннәтин вәсфи беләдир: (Онун) алтындан чајлар ахар, мејвәләри дә, көлҝәләри дә даимидир. Бу, Аллаһдан горхуб пис әмәлләрдән чәкинәнләрин сон мәнзилләридир. Кафирләрин агибәти исә Ҹәһәннәм атәшидир». ) ibrət alın, (Quran və sünnədə) gələn (günahlardan) hər növ qorxudulduğunuz şeylərdən (ilahi əzabdan) çəkinin, xatırlatmalardan və öyüdlərdən (nəsihət verənlərin öyüdlərindən) bəhrələnin. Sanki ölüm pəncələri (yırtıcı heyvanların pəncələri kimi) sizdən asılıb (əcəl sizə yaxındır), dilək-istək bağları sizdən üzülübdür, çətin rüsvayedici işlər (can vermək, dünyanı əliboş tərk etmək, dəhşət və qorxu məkanı olan qəbirdə qalmaq və sairə), gedilməli olan yerə (qiyamətə) sürülüb aparılmaq sizi bürümüşdür. (Bütün məxluqat ora gedəcək) və (bu yolda) hər insanın bir qövanı və bir də şəhadət verəni vardır: qövanı (ölüm) onu Məhşərə qovur, şəhadət verən (bədən üzvləri) onun (yaxşı və pis) işlərinə şəhadət verir.
    Bu da həmin xütbənin Cənnətin vəsfi barəsindəki bir hissəsidir
    Cənnətin biri digərindən üstün olan dərəcə və özülləri, bir-birinin müqabilində imtiyaza sahib mənzilləri var.(Неҹә ки, Гур’ани-Кәримин Һәдид сурәсинин 12-ҹи ајәсиндә бујурулур: «يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَى نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِم بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ» «О ҝүн мөмин кишиләрин вә гадынларын иман нурунун онларын өнләриндән вә сағ тәрәфләриндән шөлә сачдығыны ҝөрәҹәксән. «Бу она ҝөрәдир ки, онларын әмәл дәфтәри өнләриндән вә сағ тәрәфләриндән вериләр. Кафирләрин вә мүнафигләрин әмәл дәфтәри исә, бундан фәргли олараг, башларынын архасындан вә сол тәрәфләриндән вериләр». Мәләкләр онлара дејәҹәкләр: Бу ҝүн сизин мүждәниз алтындан чајлар ахан бағлардыр. Сиз орада әбәди галаҹагсыныз!» Бу онлар үчүн бөјүк гуртулушдур. )Onda rahatlıq və xoşluq puç olmur.(Чүнки гоҹалыг вә јохсуллуг әзијјәт вә ҝүҹсүзлүк ҝәтирәр. Бунларын һеч бири Ҹәннәтдә јохдур. Гур’ани-Кәримин Фатир сурәсинин 34 вә 35-ҹи ајәсиндә бујурулдуғу кими: «وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِن فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ» - јәни: Ҹәннәтә дахил оланлар дејәрләр: гүссәни биздән узаг едән Аллаһа һәмд олсун. Рәббимиз ҝүнаһкарлары бағышлајан вә шүкр едәнләрә мүкафат верәндир. Елә бир Рәбб ки, өз лүтфү вә кәрәми илә бизә әбәди мәканда јер верди. Орада бизә нә бир јохсуллуг үз верәҹәк, нә дә бир мәшәггәт, әзијјәт тохунаҹагдыр». ) Orada yaşayanlar köçmürlər və oradan bayıra çıxmayacaqlar.(Чүнки нәсиһәт верәнин мәгсәди башгасына хејир вермәкдир. Ән бөјүк хејир исә әбәди сәадәти газанмагдыр. Буну газанмаг үчүнсә Аллаһ-тәалаја итаәт вә ибадәт етмәк лазымдыр. Демәли, Пәрвәрдиҝарына даһа чох ибадәт вә бәндәлик едән бир о гәдәр чох сәадәт газанмыш олар. Даһа чох сәадәт газанмыш кимсә өзүнә өјүд верәнләрдән даһа чох нәсиһәт вермишдир. ) Orada əbədi olan qocalmaz, oranın sakini yoxsullaşmaz.(Чүнки алдадан шәхсин мәгсәди башгасына зијан вурмагдыр. Ән бөјүк зијан исә әбәди чарәсизлији газанмагдыр. Бу, ҝүнаһ вә итаәтсизлијә ҝәтириб чыхарар. Демәли, Аллаһына гаршы башгаларындан даһа чох ҝүнаһ төрәдән даһа чох чарәсизлијә дүчар олар. Чарәсизлијә даһа чох гәрг олмуш кимсә өзүнү ону алдаданлардан даһа чох алдатмышдыр. )
    85-ci xütbə
    İmam Əli əleyhis-salamın (Haqq-təalanın bəzi sifətlərinin bəyan edildiyi, camaata öyüd-nəsihət verildiyi və onların ibadətə, bəndəliyə təşviq edildiyi) xütbələrindəndir.
    Böyük Allah gizlinləri bilən və (ürəklərdəki) düşüncələrdən agah, bütün şeyləri əhatə edən (əşyanın cüziyyatına və külliyyatına hakimdir), hər şeydən üstündür və hər bir şeyə gücü yetər. Belə isə, ölüm tezliklə onu haqlamamışdan öncə möhlət günlərində, (qəbir və qiyamətin dəhşətinə, qorxusuna) düçar olmamışdan qabaq, əldə fürsət varkən, nəfəs yolu açıqkən, bu yol bağlanmamış (ölməmiş) sizlərdən əməl edənlər iş görməlidirlər (Allahın və Peyğəmbərin razılığını qazanmalıdırlar) özünün rahatlığı və addımının möhkəmliyi üçün yaxşı işlərlə məşğul olmalıdırlar. (Allah və Peyğəmbərin fərmanına əməl etməlidirlər ki, qiyamət günü rahat olub ayaqları Siratda büdrəməsin.) Özlərinin köç yeri olan saraydan (dünyadan) əbədi məkanları (axirət) üçün azuqə götürməlidirlər (oranın azuqəsi bu saraydan başqa heç yerdən götürülmür). Ey Allah bəndələri, Allahın öz kitabında (Quranda) qorumağı və riayət etməyi sizə əmr etdiyindən, (Quranı dərindən düşünün və fikirləşin) öz haqqınızdan sizin yanınızda əmanət qoyduğundan qorxun (Allahın əmrlərinə və qadağalarına riayət edin). Çünki pak və münəzzəh Allah sizi əbəs yerə yaratmayıb, işsiz, bihudə buraxmayıb və sizləri nadanlıqda, korluqda (azğınlıqda) özbaşına qoymayıb.
    O sizin əməllərinizi məlum etdi (xeyir və şər, ibadət və günah yolunu sizə göstərdi) və sizin rəftarınızdan (yaxşısından, pisindən, böyük-kiçiyindən, gizlin və aşkarından) agahdır, həyatınızın, ömrünüzün müddətini müəyyən etdi və Kitabı (Qurani-Kərimi) hər bir şeyə dəlil kimi sizlərə göndərmişdir. (O öz əmr və qadağalarını orada bəyan etmişdir.) Bir müddət səmadan yerə göndərdiyi kitabdakılarla dinini peyğəmbər və sizin üçün kamilləşdirənə qədər diri peyğəmbərini sizin aranızda saxladı. Bu onun bəyəndiyi bir dindir (dinlərin ən kamilidir). O Həzrətin dili ilə yaxşı əməllərdən sevdiyini, çirkin əməllərdən ikrahına səbəb olanları, öz qadağa və əmrlərini sizə çatdırdı. Sizə üzrxahlıq üçün yer qoymadı və sizə höccəti (dəlil-sübutu) tamam etdi. Sizi qiyamət qopmamış əzabla təhdid etdi, ağır əzab gəlməmiş qorxutdu. Belə isə (qəflət yuxusundan oyanın və) ömrünüzdən qalanını qənimət bilin (Allahın razılığı üçün çalışın) və ömrünüzdən qalan günlərdə dözüm yolunu tutun (özünüzü günahdan və itaətsizlikdən saxlayın). Çünki bu qalan günlər (ola bilər ki, əldən buraxılmışların tədarükünə sərf edilsin) qəflətdə (yaşadığınız), öyüd-nəsihətdən üz döndərdiyiniz çoxlu günlərin müqabilində azdır. (İtaətsiz) Nəfslərinizə fürsət verməyin (günahı asan sanmayın) ki, bu fürsətlər sizi zülmkarların yollarına sürüklər, (onların rəftarının ardınca aparar) və (heç bir işdə) səhlənkar olmayın ki, səhlənkarlıq sizi bilməyərəkdən günaha batırar.
    Ey Allah bəndələri, insanlardan özünə ən çox öyüd verəni Pərvərdigarına daha çox itaət və bəndəlik edəndir.(Илаһи һөкмләрә ујғун рәфтар етдијинә ҝөрә башгаларынын она гибтә етдији, онун мәгамыны арзуладығы шәхсдир. )İnsanlardan özünü ən çox aldadanı Allahına qarşı daha çox günah və itaətsizlik edəndir.(Чүнки Аллаһын зикриндән вә ахирәтин хатырланмасындан гәфләтдә галмағын тәсириндән ҝүнаһкарларын гәлбиндән иман нуру силинәр вә шејтан онлары аздырмаг үчүн мәҹлисләринә ҝәләр. Һәзрәт Пејғәмбәр бујурмушдур: «أَلْمَرْءُ عَلى دِينِ خَلِيلِهِ و قَرِينهِ» «Инсан достунун, јолдашынын дининин, мәрамынын ардынҹа ҝедәр». Нәфсинә ујанларла отуруб-дурмаг инсана өз тәсирини ҝөстәрәр. )Aldanmış şəxs ziyanı özünə rəva görəndir (özünü həlak və puç edərək ilahi əzaba səbəb olan bir iş görəndir), şad, xoşhal şəxs dinini qoruyandır.(Чүнки иман фәзиләтләр топлусудур, доғрулуг бу фәзиләтләрдән биридир. Јаланчылыг рәзиллик вә бәјәнилмәмиш сифәтләрдәндир. Буна ҝөрә дә имандан фәргли вә ајрыдыр.) Xoşbəxt o şəxsdir ki, başqalarından öyüd alsın (yaxşı əməl sahiblərinin yolu ilə gedərək pis insanların çirkin əməllərindən uzaqlaşsın) və bədbəxt o şəxsdir ki, nəfsinin istəklərinə və öz nadürüstlüklərinə aldansın (nəfsinə itaət edərək onun təhlükəsindən xəbərsiz olsun). Bilin ki, (ibadətdə və bəndəlikdə) azacıq riya və özünü göstərmə şirkdir. (Çünki hər kəs Allaha ibadətdə qeyrisini nəzərdə tutsa, şübhəsiz ki, onu Allaha şərik bilmişdir.) Nəfsinə uyanlarla (günahkarlarla) yoldaşlıq imanın unudulmasına və şeytanın gəlişinə səbəb olar.(Бихәбәрләрин узаг ҝүман етдији өлүмү өз ҝөзү өнүнә ҝәтириб һеч вахт ондан гафил олмады, өлүмүн ону хәстәлик јатағында һагламасындан вә ја өзүнүн өлүмүн гаршысына чыхараг Аллаһ јолунда өлмәсиндән горхмады. ) Yalandan uzaq durun ki, o imandan uzaqdır.(Гур’ани-Кәрим Фуссуләт сурәсинин 53-ҹү ајәсиндә бујурур: «سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ» Аллаһын һагг олдуғу онлара бәлли олсун дејә, тезликлә Биз өз нишанәләримизи онлара һәм хариҹи аләмдә, һәм дә онларын өз дахилиндә ҝөстәрәҹәјик. )Doğru danışan (əzabdan) nicat, qurtuluş məqamındadır. Yalançı ölüm, zəlillik və xarlıq çuxuruna düşməyə yaxın olan yüksəklikdədir. Bir-birinizin həsədini çəkməyin (başqasının zavala uğramasını arzulamayın). Çünki alov odunu diddiyi kimi (yandıraraq külə döndərdiyi kimi) həsəd də imanı didər (məhv edər, dağıdar). Bir-birinizlə düşmənçilik etməyin, çünki düşmənçilik (qohumlarla əlaqənin kəsilməsinə və) hər bir xeyrin, bərəkətin (ülgücün saçı başdan qırxdığı kimi dibdən) kəsilməsinə səbəb olar. Bilin ki, arzu ağlın yanılmasına və səhvinə, Allahın zikrini unutmağa gətirib çıxarar. Belə isə (ölümü, qiyamət gününün qorxu və vəhşətini xatırlamaqla) arzunu yalan sanın. Çünki (həqiqi olmayan şeylərin) arzu aldadıcıdır və arzulayan aldanmışdır.
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-11)
    Views: 744 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024