İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    86-cı xütbə
    İmam Əli əleyhis-salamın (Allahın çox sevdiyi bəndənin və düşmən bildiyi kimsənin sifətlərini bəyan edərək camaatı İmamların əleyhimus-salam ardınca getməyə təşviq etdiyi) xütbələrindəndir.
    Ey Allahın bəndələri! Allahın yanında ən sevimli (Haqq-təalanın mərhəmət nəzəri şamil olan) bəndə öz nəfsinə hakim kəsilməkdə Allahın kömək və yardım etdiyi bəndədir (şəhvətlər və nəfsani istəklərə uymamaq üçün onun ağlını gücləndirmişdir). Beləliklə, (həmin bəndə) hüzn və kədəri öz şüarına çevirdi (Haqqın rizasını qazanmaq üçün ona səbəb olan işlər barəsində düşündü), xof və (ilahi əzabdan) qorxunu özünə yol seçdi. (Heç vaxt Allahın və Peyğəmbərin qanunlarına zidd hərəkət etmədi.) Beləliklə, onun ürəyində hidayət çırağı (ilahi elm və maarif) işıqlandı (onunla nadanlıq və azğınlığın zülmətindən xilas olub doğru yola qədəm qoydu) və çatacağı bir gün üçün ziyafət (süfrəsini) hazırlayıb (ibadət və bəndəlik etdi ki, öləndən sonra əliboş olmasın), uzağı özünə yaxın etdi(Һеч нә ону Аллаһын зикриндән сахлаја билмәди. Гур’ани-Кәримин Нур сурәсинин 37-ҹи ајәсиндә бујурулдуғу кими: «رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللّهِ» «О кәсләр ки, нә тиҹарәт, нә алыш-вериш онлары Аллаһы зикр етмәкдән јајындырмаз». ) və çətinliyi (ölümü, qəbri və qiyamət gününün qorxu və dəhşətini ibadətinin, bəndəliyinin azuqəsi ilə) asanlaşdırdı, (yerin, göyün və onlarda olan hər şeyin yaradılışı barədə) fikirləşdi, düşündü. (Mənşə və məad barəsində) gözü açıldı(Илаһи елм вә маарифдән бәһрәләнди, ондан истифадә үчүн сәрҝәрдан галмады, әксинә, она нә гәдәр верилсә, асанлыгла гәбул едирди. Бөјүк чајларын үстүндә суја әли чатмајан, су әлдә етмәк үчүн јоллар ахтаран тәшнәдән фәргли олараг. ) Və Allahı xatırlayıb (axirət azuqəsi olan) yaxşı əməlləri artırdı.(Инсан мәнәви судан дојдугдан сонра тәшнә олмур ки, јенидән ичмәјә еһтијаҹы олсун. Сусузлугдан сонра суја чатан дәвәнин чох су ичиб дојмасы, башга јердә суја раст ҝәлдикдә она мејли олмамасы кими. Јәни, илаһи елм вә маарифи газандыгдан сонра ҹаһиллик вә наданлыг онлуг дејил ки, елм өјрәнмәјә мөһтаҹ олсун.) Və giriş yolları onun üçün asanlaşdı, təmiz və şəffaf sudan doydu.(Онун сусмасы наданлығына ҝөрә дејил. Бир сөзлә, данышмаг вә сусмагдан өз јериндә истифадә едир. Демәли, бош сөз данышмаз вә јерсиз сусмаз.)Elə ilk dəfə içən kimi doydu.(Һансы ки, башгалары онун вүҹудундакы мәдәндән елмин вә һикмәтин нәфис ҹәваһирләрини әхз едирләр. Дин ишләринин низам-интизамы вә јер үзүнүн әһалисинин асајиши онун вүҹудунун бәрәкәтиндән бәргәрар олуб. ) Doğru və hamar yolla getdi (ibadət və itaət yolu bilən pərhizkarların yolu ilə addımladı). Şəhvət və nəfsi istəklər libasını əynindən çıxardı (dünyaya və onda olanlara ürəyini bağlamadı), yalnız bir məqsəddən (Allahın razılığın qazanmaqdan) başqa bütün məqsədləri özündən uzaqlaşdırdı. (İlahi elm və mərifət sifətini qazanaraq) korluqdan (cəhalət və nadanlıqdan) və öz nəfsinə uyanlarla ünsiyyətdən xilas oldu və özü hidayət, nicat qapılarının açarına, həlakət qapılarının qıfılına çevrildi (başqalarına yol göstərməklə azdıranların qarşısını aldı). Öz yolunu görüb ona qədəm qoydu və özünün (hidayət və nicat) əlamətlərini, nişanələrini tanıdı, içində qərq olduqlarını (çətinlikləri və kədərləri) özündən uzaqlaşdırdı, ən möhkəm halqalardan, ən qırılmaz iplərdən (Qurani-Kərimdən və Peyğəmbərin əhli-beytindən) yapışdı (və nicat, qurtuluş yolunu tapdı). Onun (Haqqa) yəqinliyi günəş işığına və aydınlığına olan yəqinlik kimidir. (Ona heç bir şəkk-şübhə yol tapa bilməz və Haqq elmlərdən, ilahi maarifdən bəhrələndiyinə, camaata yol göstərdiyinə görə.) Hər cəhətdən böyük işlərdə öz nəfsini Allahın ixtiyarına verdi (ki, ondan nə istənilsə yerinə yetirsin və nə soruşulsa cavab versin) və hər bir törəməni öz əslinə qaytardı (doğru əsaslandırma və ictihadla onun barəsində hökm çıxardı). Odur qaranlıqların çırağı, aydın olmayan oxşar işlərə aydınlıq gətirən, mübhəm işlərin açarı (ehkamı öyrədən) və müşkülləri dəf edən (öz kamil sözləri ilə məsələləri, deyilən iradları aradan götürən) və geniş bəyanların (əqli məsələlərin) yol göstərəni. Deyir və (mətləbi) başa salır (nadanlığı və şəkki artırmır), sakit qalır ki, (danışığın büdrəyişindən və haqsız fətvalardan) amanda olsun.(Чүнки Аллаһ бәндәси өз әмәл ҝүҹүнү артырмаг үчүн нәфси истәкләрин ардынҹа ҝетмәмәли, Аллаһын гојдуғу һәдди ашмамалыдыр. ) Rəftarını Allahına görə (şirk, riya və özünü göstərməkdən) təmizlədi və Haqq-təala da onu Özü üçün seçdi (ona cürbəcür feyzlər və kamil sifətlər bəxş etdi). Deməli, (bu sifətlərlə) o, dinin mədənlərindən və yer üzündəki sütunlarındandır.(Чүнки рәфтары сөзүнә ујғун олмајанын нәсиһәтләринин тәсири олмаз, Бөјүк Аллаһын гынағына туш ҝәләр. Гур’ани-Кәримин Сәфф сурәсинин 2-ҹи вә 3-ҹү ајәләриндә бујурулдуғу кими: « َيا أَيُّهَا الَّذِينَ امَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ أَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ» «Еј иман ҝәтирәнләр! Етмәјәҹәјиниз бир шеји нијә дејирсиниз? Аллаһ јанында ән бөјүк гәзәб вә дүшмәнчилик (јәни, Онун рәһмәтиндән узаг дүшмәк) етмәјәҹәјиниз бир шеји демәкдир».) Ədaləti (düzlüyü və doğruluğu) özünün zərurətinə çevirib (ondan uzaqlaşmadı və heç vaxt, heç bir işdə ifrata, yəni, həddini aşmağa, nə də təfritə, yəni, haqda təqsirə, təxirə yol vermədi) Deməli, onun ədalətinin ilk mərhələsi budur ki, nəfsinin istəklərini özündən uzaqlaşdırar(Аллаһа доғру сәфәрдә Гур’андан ајрылмаз вә һәр јердә (Онун) һөкмләринә, ҝөстәришләринә әмәл едәр. ) və haqqı bəyan edər (xalqa yaxşı əməlləri buyurar və pis əməllərdən çəkindirər), özü də ona uyğun hərəkət edər.(Сөзләри вә әмәлләри илә онларын ардынҹа ҝедәр. ) Heç bir yaxşı, xeyir əməlin sonunu niyyət etməmiş tərk etmədi, heç bir yaxşılıq ehtimalını niyyət etməmiş buraxmadı. (Onun bütün səyləri bundan ibarətdir ki, yaxşılıq, xeyir yolların hamısı ilə getməklə nicatın ən yüksək həddini, güman yolu ilə olsa belə, qazansın.) Öz cilovunu kitaba (Qurana) tapşırıb. Deməli, Allahın kitabı onun rəhbəridir. Quranın yükünün endiyi hər məqamda aşağı enər, Quranın yeri olduğu hər yerdə yerləşər.(Овчу овуну тора салмаг үчүн алдатдығы кими, о да ҹамааты өзүнә ҹәлб етмәк үчүн надүрүст сөз вә әмәлләри илә алдадар. ) (Allahın özünə düşmən bildiyi) bəndə isə (o kəsdir ki,) nadan olduğu halda özünü alim, bilikli adlandırar. Nadanlardan nadanlığı, azğınlardan isə azğınlığı öyrənib(Чүнки һәјатын мәгсәди инсаны сәадәтә чатдыран фәзиләтләри әлдә етмәкдир. Ҹаһил бу фәзиләтләрдән фајдаланмадығына ҝөрә өлү кимидир, бәлкә дә һәгиги өлү одур.  ) aldadıcı kəndirlərdən və yalan sözlərdən camaata tələ qurar.(Онларын мәһәббәт вә достлуғуну өз үрәјиниздә јерләшдирин. Чүнки үрәк «тәсәввүр мәгамында мәнзилдән, охумаг васитәсилә дилдә олан мәнзилдән вә јазыда олан мәнзилдән ибарәт» олан Гур’анын мәнзилләри арасында ән јахшы мәнзилдәдир.) Kitabı (Qurani-Kərimi) öz düşüncələri əsasında daşıyıb (təfsir edər) və (Quranı öz fikri ilə təfsir edən) haqqı öz istəklərinə uyğunlaşdırıb camaatı böyük təhlükələrdən arxayın salar, böyük günahları (onların nəzərində) asanlaşdırar. İçində batdığı halda (riyakarlıqla və özünü göstərməklə) şübhələrdən (şübhəli və qaranlıq hökmlərdən) uzaqlaşdığını deyər (hökm verər və şəriət hökmləri, onun halları barəsində nadan olduğuna görə hər bir qaranlıq məsələ onun nəzərində doğru olar). Onların arasında yatdığı halda bidətlərdən (şəriət qanunlarına zidd hökmlərdən) çəkindiyini söylər (verdiyi hər hökm bidətdir). (Onun) surəti insan surəti, (onun) qəlbi isə heyvan qəlbidir. Hidayət qapısını və doğru yolu tanımır ki, (ona qədəm qoyub) onun ardınca getsin. Nadanlıq və korluq qapısını tanımır ki, ondan uzaqlaşsın. O, dirilərin arasında bir ölüdür.(Бүтүн хәлг едилмишләр, һәтта пејғәмбәр вә аиләси үчүн дә мүтләг олан өлүмдән сонра рәмзи бәдәнләри, һәтта әсл бәдәнләри илә дә бу дүнјада диридирләр вә һәјатда олдуглары кими ҝөрүр, ешидир вә данышырлар. )(İndi ki, haqqı və batili tanıdınız, Allahın sevdiyi və düşmən bildiyi bəndələri bildiniz) hara gedirsiniz (hansı yola gedirsiniz ki, daha layiqli olsun) və (haqqın) bayraqları asıldığı, (həqiqət) nişanələri aşkar göründüyü, (hidayət və qurtuluşdan) mayak qurulduğu halda sizləri (hidayət və nicat yolundan) necə döndərirlər? (Və ya sizi nə vaxt və harada doğru yoldan daşındırırlar?) Bəs sizi harada heyran və sərgərdan ediblər? Peyğəmbərinizin əhli-beyti (pak İmamlar) aranızda olduğu halda necə heyran və sərgərdansınız? (Doğru yolu görmürsünüz.) Onlar (adamın dəvənin cilovunu əlinə alıb onu istədiyi tərəfə apardığı kimi camaatı) haqq yola çəkənlər, rəhbərlər və dinin nişanələri, doğru danışan dilləridir. (Sözləri doğru, düzgündür, yalan olması ehtimal edilmir. Həzrət Peyğəmbərə vəhy edilənləri xalq üçün təfsir edib onları həqiqətlərlə tanış edirlər.) Onları Quranın ən yaxşı mənzillərinə endirin.(Бәдәнләри галмышдыр. Шәрһчиләрин һәр бири о Һәзрәтин Пејғәмбәрә истинадән нәгл етдији вә мүшкилә, мүтәшабиһ һәдисләрдән олан «إنَّهُ يَمُوتُ مَنْ ماتَ مِنّا وَ لَيْسَ بِمَيِّتٍ وَ يَبْلى مَنْ بَلِىَ مِنّا وَ لَيْسَ بِبالٍ» һәдиси шәрифини әсасландырыб изаһ едәркән өз елми сәбк вә зөвгләринә ујғун јанашмыш, она дәлилләр ҝәтирмишләр. Әглә вә нәгли дәлилләрә әсасланан ән әтрафлы вә доғру сөзләри јухарыда бәјан етдик. Бу елми китаблара мүраҹиәт вә бөјүк үләмаларын сөзләрини тәдгиг етдикдән, мүхтәлиф һәдисләри топладыгдан сонра заһир ашкар олур. Буна ҝөрә дә кимсәнин дејиләнләри өз мәлуматсызлығына ҝөрә инкар етмәси јахшы дејил. Бу барәдә Һәзрәт сөзүнү давам етмишдир. ) (Onlar elm və maarif çeşməsi olduqlarına görə) çox təşnə dəvələrin (su başına) çatmağa tələsdiyi tək onlara doğru tələsin (və elmlərindən, biliklərindən bəhrələnin).
    Ey camaat! Bu rəvayəti Xatəmül-ənbiya səlləllahu əleyhi və alih və səlləmdən öyrənin (öz ailəsinin mədhi və əzəməti barədə buyurmuşdur). Bizlərdən biri (zahirən) ölsə belə diridir.(Демәли, үзүрүнүз јохдур вә о вахт дејә билмәзсиниз ки, Пәрвәрдиҝара, биздән баша дүшмәдијимиз вә билмәдијимиз шејә ҝөрә һесаб чәкирсән? Чүнки мән сизин ниҹатыныз үчүн лазым оланы бәјан етдим, јол ҝөстәрмәкдә сәһләнкарлыг етмәдим. Анҹаг сиз сөзләримә әмәл етмәдиниз.)Və (nadanların səhv əqidələrinə görə) bizdən çürüyənlər də çürümüşdür, halbuki çürüməmişlər.(Сизин јол ҝөстәрәниниз олсунлар дејә. Бурада Һәзрәтин Гур’аны бөјүк јүк, Әһли-бејти исә кичик јүк адландырмағынын сәбәби будур ки, Гур’ан пејғәмбәрлијин, Имамәтин сәнәди, дин вә шәриәтин асајишидир. Демәли, Гур’ан олмасајды, пејғәмбәрлик, имамәт, дин вә шәриәт тәсбит едилмәзди. Ејни заманда, мәзмунунун доғрулуғу, сәһиһлији барәдә һамынын - сүнни вә шиәләрин ејни фикирдә олдуғу Пејғәмбәрдән нәгл едилән һәдиси шәрифә истинад олунмушдур. Әбу Сәид Худәридән рәвајәт олунан һәмин һәдис исә беләдир. قَالَ النَِّبىُّ "صَلَّى اللهُ عَلَيْهِ وَ الِهِ" إِنِّى تَارِكٌ فِيكُمْ الثَّقَلَيْن أَحَدُهُما أَكْبَر مِنَ الْآخَر كِتابَ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ وَ عِتْرَتِى أَهْلَ بَيْتِى لَنْ يَّفْتَرِقا حَتَّى يَرِدا علَىَّ الْحَوْضَ Һәзрәт Пејғәмбәр бујурмушдур: «Мән сизләрин арасында ики гијмәтли шеј гојурам ки, бири-диҝәриндән даһа бөјүкдүр. Бири Аллаһын Китабыдыр. Бу, ҝөјләрдән јерә чәкилмиш олан ипдир, јәни, Аллаһ тәрәфиндән халга назил олмушдур. Икинҹиси, мәним аиләм вә Әһли-бејтимдир. Бу ики шеј гијамәт ҝүнү һовузун башында мәнә јетишәнә гәдәр бир-бириндән ајрылмајаҹаглар. Јәни, һәмишәлик галаҹаглар. ) Belə isə tanımadığınız (bilmədiyiniz) şeydən (Həzrət Peyğəmbərin ailəsi barədə) danışmayın, çünki sizin inkar etdiklərinizdə həqiqət daha çoxdur. (İlahi əzab sizə çatdıqda) dəlil və sübutunuz olmadığı kimsəni üzürlü bilin və o mənəm.(Бу барәдә өзүнүздән сөз демәјин. Чүнки илһам вә вәһј олмадан һеч кәс ону билә билмәз. Вәһј вә илһам исә Аллаһын бу мәгам үчүн сечдији инсанлара хасдыр. Демәли, елмин өјрәдилмәси вә онлара әмәл етмәк гуртулуша, хошбәхтлијә сәбәб олар. Өзүндән сөз данышмаг, онлардан гејриләринә мүраҹиәт исә азғынлыға вә бәдбәхтлијә ҝәтириб чыхарар.)
    Sizinlə böyük qiymətli yükə (Qurani-Kərimə) uyğun rəftar etmədimmi? (Quranı sizə öyrətmədimmi?) Qiymətli kiçik yükü (Həzrət peyğəmbərin ailəsini, Həsən və Hüseyni) sizlərin arasında qoymadımmı?(Сизи аҝаһ едир ки, Аллаһ һеч бир гөвмү чәтинликдә гојмаз, сонунда зүлмкарлары әлдән салар, һәр бир мүсибәт вә бәланын бир сону вардыр 
    ) Sizin aranızda imanın bayraq və nişanəsini asdım (ki, azmayasınız). Sizləri halal və haramın hüdudlarından hali etdim. Öz ədalət və dada yetişməyimlə sizə nicat libası geydirdim (zülm və sitəmdən xilas olmağın yolunu sizə öyrətdim). Öz sözlərim və rəftarımla (Allahın və Peyğəmbərin razı olduğu) xeyir əməlləri yaydım (göstərdim). Öz bəyənilən əxlaqımı sizə aşkar etdim (layiqli əxlaqla tanış etdim).
    Belə isə əslini bəsirət gözünün dərk etmədiyi, düşüncə və fikirlərin yol tapmadığı şeylərdə (öz nadürüst) fikir və tədbirlərinizi işlətməyin.(Мәлумдур ки, һәгигәтләри дәрк етмәк үчүн һејванларын малик олдуғу үрәкләр, гулаглар вә ҝөзләр дејил, ајыг үрәкләр, ешидән гулаглар, ҝөрән ҝөзләр лазымдыр.)
    Bu da həmin xütbənin bir hissədir
    (Bəni-Üməyyənin xalqa hakim kəsiləcəyini, onun hakimiyyətinin tezliklə məhv olacağını xəbər verir.)
    (Bəni-Üməyyə xalqa hakim kəsilib şəhərləri ələ keçirəcək, Allaha ibadət edən kişiləri öldürüb arvadlarını əsir, mallarını qarət edəcək. Onların zülmünə, sitəminə qarşı qiyam edənlər məğlub olub öldürüləcəklər.) Güman edən (zahiri görən dünyapərəst) dünyanın (dəvə bəndə bağlandığı kimi) Bəni-Üməyyənin əlinə keçdiyini, xeyrini onlara verdiyini, onları saf və təmiz suyuna saldığını, (xülasə, dünya onlara məxsusdur və başqaları ondan bəhrələnmir) qamçı və qılınclarının (onların törətdiyi qətl, qarət və cürbəcür çətinliklərin) bu ümmətin başının üstündən çəkilməyəcəyini zənn edəcək. Halbuki bunu güman edən səhv düşünmüşdür. Bəni-Üməyyənin hökuməti, dünya həyatından bəhrələnmələri azacıq dadılıb sonra (hələ içilməmiş) hamısı çölə atılan (ağızdakı) su kimidir. (Tezliklə onların zülm və sitəm əli kəsiləcək, başqaları onlara hakim olacaq, dövlətləri məhv olacaq.)
    87-ci xütbə
    İmam Əli əleyhis-salamın (camaatı dində ixtilafa, batil inanclara, fikirlərə etimadı tənqid etdiyi və peyğəmbərə, İmama itaət etməmələrinə görə qınadığı) xütbələrindəndir.
    Böyük Allaha həmd və şükrdən, Xatəmül-ənbiyaya salamdan sonra (bilin, dünyanın adəti budur ki): Pak və münəzzəh Allah heç vaxt zəmanənin asilərini möhlət vermədən və xoş güzəran keçirmədən həlak etmədi, heç bir ümmətin (peyğəmbər ümmətinin) sümüyünün əyriliyini (yaşayışlarında) çətinlik və əziyyət olmadan düzəltmədi. (Belə isə siz də zülmkarların zülmünə dözün və Allahın onların zülmkar əlini qısaldacağı günü gözləyin.) Üz tutduğunuz (qarşılaşdığınız) çətinliklərdə, böyük işlərdə və arxada qoyduğunuz (qurtulduğunuz) çətinliklərdə ibrət vardır.(Гејбә инансајдылар вә писликдән чәкинсәјдиләр, динләриндә ихтилафа сәбәб олан өз надүрүст дәлилләринә әсасланмаздылар.) (Lakin) hər qəlb sahibi ağıllı deyil (ki, həqiqətləri anlasın), hər qulağı olan (haqqı) eşitməz, hər baxan göz görməz (ki, ruzigarın hadisələrindən ibrət alsın).(Чәтин һөкмләрин һәллиндә өзләринә мүраҹиәт едир, Аллаһ вә Пејғәмбәрин бујурдуглары илә зидд олса белә, өз рәјләринә ујғун рәфтар едирләр. ) Dini dəlilləri bir-birinə zidd olan bu müxtəlif firqələrin səhv işlərinə və xətalarına (onlar hər bir işdə öz dəlillərinə əsaslanırlar), heç bir peyğəmbərin yolunu davam etdirməmələrinə, heç bir canişinin əməlinə tabe olmamalarına (əgər tabe olsaydılar, dinlərində ixtilaf olmazdı, ilahi əzabdan xilas olardılar), qeybə (Allaha və Qiyamət gününə) inanmamalarına, pislikdən (haram və şübhəli şeylərdən) çəkinməmələrinə necə heyrətlənməyim?!(Чүнки Адәмин вахтындан Һәзрәт Исаја пејғәмбәрлик вериләнә гәдәр ҹамааты доғру јола јөнәлтмәк үчүн Аллаһ-тәала бир-биринин ардынҹа пејғәмбәр ҝөндәрәрди. Һәзрәт Исанын вахтындан Һәзрәт Мустафаја пејғәмбәрлик верилән вахта гәдәр беш јүз ил мүддәтиндә исә һеч кәсә пејғәмбәрлик верилмәмишди. ) Şübhələrə (onlar üçün naməlum olanlara öz nadürüst rəylərinə əsasən) əməl edib nəfsi istəklərinə tabe olurlar. Onlar arasında yaxşı və bəyənilmiş özlərinin yaxşı bildikləridir, onların nəzərində pis və bəyənilməyən isə özlərinin pis hesab etdikləridir. Çətinliklərdə sığınacaqları, pənah yerləri özləridir.(Чүнки бир пејғәмбәр јох иди ки, халг һидајәт вә гуртулуш ишығы олан илаһи елм вә маарифи ондан өјрәнсин. ) Örtülü işlərdə (ilahi elmlərdə) öz (nadürüst) rəylərini (hətta ağıla zidd olsa belə,) əsas götürürlər. Sanki onlardan hər biri (dini məsələdə) gördüyü hər bir şeydə (bəyan etdiyi hər bir məsələnin hökmündə) özü özünün qırılmaz iplərdən və möhkəm dəlillərdən yapışmış İmamıdır (onlara istinad edir, öz nadürüst rəyinə əsasən ictihad etdiyi hər bir hökmün ilahi hökm kimi olduğuna inanır).
    88-ci xütbə
    İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin besətindən, cahiliyyət dövründən danışdığı və camaata moizə etdiyi) xütbələrindəndir.
    Allah-təala peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri peyğəmbərliyə seçdi.(Елм, һидајәт ағаҹыны хәзан бүрүмүшдү вә ҹамаат сәадәт, ниҹат јолуна гәдәм гојмурду, хејир-јахшылыг галмамышды. ) Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi.(Һагг вә доғру јолу ҝөстәрәнләр арадан ҝетмиш, азғынлығын өнүндә ҝедәнләр иш башына кечмишдиләр. )Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu.(О дөврүн әһалисинин һәјаты позғунлугла долу иди. Сыхынтынын чохлуғуна ҝөрә әрәбләрин әксәријјәтинин хөрәји мурдар әт иди вә ја гарәтлә, бир-биринин малыны оғурламагла доланырдылар ки, бу да мурдар әтдән ҝери галмыр. )Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı.(Һәмин дөврүн инсанлары һәмишә нараһат вә ниҝаран идиләр, бир-бирини өлдүрмәклә, дөјүшмәклә мәшғул идиләр. Хүласә, фитнә-фәсад, наданлыг, азғынлыг вә чарәсизлик бүтүн дүнјаны башына алмышды ки, Һагг-тәала онлары доғру јола јөнәлтмәк, дүнја вә ахирәт сәадәтләрини бәргәрар етмәк үчүн Һәзрәт Мәһәммәдә пејғәмбәрлик верди. ) Dünya öz əhlinə pis nəzərlərlə baxaraq onu istəyənlərə üzünü turşutmuşdu. (Hər cür çətinliyə mübtəla olmuşdular və bir an rahatlıqları yox idi.) Səmərəsi fəsad və puçluq, yeməyi isə murdar ət idi.(Сиз вахтҹа онлара јахынсыныз. Дүнјадан көчмәләри вә сиздән узаглашмарындан аз вахт кечмәсинә бахмајараг, онларын рузиҝарларыны унутмағынызын, јада салмамағынызын сәбәби нәдир? ) Şüarı qorxu və xof, yolları qılınc yolu idi.(Буна ҝөрә дә үзрхаһлыг едә билмәзсиниз ки, ата-бабаларымыз биздән даһа јахшы ешидән олублар, Пејғәмбәрин сөзүнү ешидибләр вә биз сәнин сөзләрини ешитмирик. ) İbrət götürün, ey Allah bəndələri! Öz atalarınızın, qardaşlarınızın (indi) girov və giriftarı olduqları (qiyamət günündə) nadürüst inanclarını və çirkin əməllərini yada salın! (Ondan xilas olmaq üçün heç bir çarələri yoxdur.) Öz canıma and olsun ki, sizin zəmanənizdən onların dövranına qədər uzun vaxt ötməmişdir, sizinlə onların arasından illər, əsrlər keçməmişdir. Siz bu gün onların bellərində olduğunuz vaxtdan (o qədər də) uzaqda deyilsiniz.(Буна ҝөрә дә дејә билмәзсиниз ки, биз кор идик вә онлар Пејғәмбәри ҝөрдүкләри кими биз сәни ҝөрмүрдүк вә ја үрәкләримиз онлар үрәкли олдугларына ҝөрә Пејғәмбәрин сөзләрини баша дүшдүкләри кими ајыг дејилди ки, сәнин сөзләрини баша дүшәк. ) Allaha and olsun! Həzrət Peyğəmbər ata-babalarınıza mənim bu gün sizlərə xatırlatdıqlarımdan başqa bir şey eşitdirmədi. (Buna görə də Allaha, Peyğəmbərə qarşı çıxmaq üçün «bizlərə təbliğ etməyə bir kimsə yox idi» deyə bilməzsiniz.) Bu gün sizin qulaqlarınız dünən onların qulaqlarının olduğundan zəif deyil.(Сизә өјрәдиләнләри онлара да өјрәтдиләр, сизә әта етдикләрини онлара да әта етдиләр. Сиз онлардан үстүн олмадығыныз һалда Аллаһа, Пејғәмбәрә вә заманын Имамына итаәт етмәмәнизин сәбәби нәдир? ) O zaman onların gözləri iti deyildi və bu dövrdə sizlərə verilən ürək və gözlər kimi ürəklər ver-ilmişdi.(Белә ки, намәлум шејләр барәдә дүшүнмәк лазым ҝәлир. Ваҹибин затында ҹәһаләт вә наданлығы олмасы гејри-мүмкүндүр. Демәли, һеч бир шеј она гаранлыг дејил ки, ону баша дүшмәк үчүн дүшүнмәли олсун. )Allaha and olsun! Siz onlardan sonra onların bilmədikləri bir şeyi görüb bilmədiniz, onların məhrum olduğu, bəhrələnmədikləri bir şeyə sahib olmadınız.(Дүнја вә ахирәтдә онун әвәзини верәр. Онун јолунда малымыздан кечмәјимизин верилән борҹ кими изаһ едилмәсинин мәгсәди борҹун гајтарылмағы ваҹиб олдуғу тәк будур ки, Аллаһ јолунда малдан кечмәјин дә бир әвәзи олдуғуну биләк. ) Və (bu itaətsizlik nəticəsində) bəlaya (Müaviyə və Bəni-Üməyyənin fitnə-fəsadına) ürcah oldunuz. (Bu bəla dikbaş bir dəvə kimidir ki,) cilovu cövlan edən, yüyəni boşdur (belə bir dəvəyə minən təhlükəyə yaxın olar). Günahkarların yığdıqları şey (sərvət və məqam) sizi aldatmasın. (Təsəvvür etməyin ki, həmişə belə olacaq.) Çünki o, müəyyən bir vaxta qədər düşən kölgə kimidir (həmişəlik qalmayacaq və tezilklə yox olacaq).
    89-cu xütbə
    İmam Əli əleyhis-salamın (Haqq-təalanın bir sıra sifətlərini zikr etdiyi, xalqa axirət səfərinə azuqə toplamağa dair nəsihət verdiyi) xütbələrindəndir.
    Həmd olsun Allaha ki, gözlə görülmədən (ağılla, nişanələri vasitəsilə) tanınmışdır. (Çünki vücudu mümkün olanı gözlə görmək olar. Heç bir hədlə məhdudlaşmayan vücudu vacib olanı isə görmək olmaz.) Düşüncə və fikir işlətmədən (aləmləri) yaradandır.(Инсан өзүнә өјүд вериб доғру јола, гуртулуша һазыр олмаса, башгаларынын сөзүнүн она хејри олмајаҹагдыр. Бу ҹүмләдә она ишарә олунур ки, Аллаһдан нәфси ислаһ етмәк, шејтаны дәф етмәк үчүн көмәк истәмәк һәр һалда ваҹиб вә лазым олса да, кимсәнин итаәтә вә ја үсјана мәҹбур едилмәси демәк дејил. Чүнки белә олса, иш ҹәбрә ҝедиб чыхар. ) O, elə bir Allahdır ki, göylər bürclərə, mənzillərə və böyük qapıları olan hicablara (cazibə və itələmə qüvvəsinin köməyi ilə bir-birinə cəzb edilməyən atmosferdəki asılı kürələr) malik olmadığı vaxt O həmişə olmuşdur, vardır və bərqərardır. Qaranlıq gecə, sakit dəniz, enli yolları olan dağ (iki dağ arasındakı böyük dərələr), əyri-üyrülükləri olan (hər tərəfə çıxışı olan) geniş yol, döşənmiş yer üzü, güc-qüdrət sahibi məxluqun olmadığı vaxtda da (O) var idi. Odur misli və oxşarı olmayan məxluqatı yaradan (heçdən və yoxluqdan varlıq yaradan) və ixtira edən, (məhv olduqdan sonra) onların varisi, bərqərar və var olan. Odur məxluqatın məbudu və onların ruzi verəni. Günəş və ay onun rizası ilə (iradəsinə və hikmətinə uyğun) hərəkət edir və (O) hər bir təzəni köhnəldir, hər uzağı yaxınlaşdırır. (Onların dövr etməsi ilə hər şeyin ömrü sona yetər, məhv və yox olar). Məxluqun ruzisini bölüb, nişanələrini, işlərini və nəfəslərinin sayını, gözlərinin xəyanətini (gizlincə, rəmzlə və ya işarə ilə baxmaqlarını), onların sinəsində gizlənənləri (fikirlərini, düşüncələrini), analarının bətnində yerləşdikləri və zahir olduqları (dünyaya gəldikləri) yeri, onların işlərini (əvvəldən axıra qədər onların bütün cüzi və külli halətlərini) lap sonuna qədər bilir. Odur rəhmətinin genişliyilə yanaşı düşmənlərə əzabı ağır olan və rəhməti dostlarını bürüyən Allah. (Heç bir iş onu başqa bir işdən saxlamır.) Ona qarşı çıxana qəhr edər. Onun əleyhinə olanı həlak edər, Ondan uzaqlaşanı xar edər, Onunla düşmənlik edənə qalib gələr. Ona təvəkkül edən hər kimsəni qane edər (hər kəs öz işini Ona tapşırsa, onun dünya və axirət işlərini yerinə yetirər), Ondan (bir şey) istəyənə əta edər, Ona borc verənə (Onun yolunda öz malından keçənə) Öz borcunu ödəyər.(Əşbah» sözü ərəbcə şəxslər deməkdir və bu xütbədə mələklərin, heyranedici məxluqatın təsnifatı verildiyinə, onların necə xəlq olunması bəyan edildiyinə görə belə adlandırılmışdır. )Ona şükr edənləri mükafatlandırar. Ey Allah bəndələri, (Axirətdə əməl tərəzisində) çəkilməmişdən qabaq özünüzü (dünyada ədalət tərəzisində) çəkin (doğru yola qədəm qoyaraq Allaha və Peyğəmbərə itaət edin). Sizinlə hesab-kitab çürüdülməmiş (çarəsiz qal-mamış) özünüzdən hesab sorun (öz çirkin əməllərinizdən peşman olub tövbə edin). Boğazlarınızın yolu daralmamış və tutulmamış (ölüm yetişməmiş) nəfəs alın (nə qədər ki, sağsınız, fürsəti əldən verməyin) və sizi zorla, kobudluqla (axirətə) aparmamış müti olun. Bilin ki, özünə kömək olmayan kimsəyə öz tərəfindən öyüd verən, (günahdan) çəkindirən olmasa (Allah ona kömək etməz, ağlını «Əmmarə» nəfsinə qalib gəlmək üçün gücləndirməz), başqasından ona qadağa qoyan və nəsihətçi çıx-maz.(Çünki bəxşişi kəsmək ya yoxsulluq xofuna, qorxusuna görə, ya da xəsislik və alçaqlığa görədir. Ancaq bəxşiş Allah-təalanın xəzinələrində kəm-kəsir yaratmaz ki, yoxsulluqdan qorxsun. Allah paxıllıq, xəsislik və bu kimi rəzil sifətlərdən pak, nöqsansız olduğuna görə Onun əta etməməsində bir hikmət və məsləhət var. Deməli, bəndələrinə nəyisə əta və ya qadağan etsə, hər iki halda bəxşişdir. Bir kişi Həzrət İmam Rza əleyhis-salamdan soruşdu ki, səxavətliliyin mənası nədir? O böyük şəxsiyyət buyurdu: «Sənin sözünün iki mənası var. Məxluq barədə soruşmuş olsan, səxavətli o şəxsdir ki, Allah ona vacib etdiyini yerinə yetirsin. Xəsis isə Allahın ona vacib etdiyi işlərdə xəsislik edəndir. Əgər Allahı nəzərdə tutursansa, O, səxavətlidir, istər əta etsin, istər etməsin. Əgər bəndəyə nəyisə əta edibsə, bəndənin ona haqqı çatıb və onda olmayıb. Əgər nəyisə qadağan edib verməyibsə, deməli, onun haqqı deyildi. 
    Çünki vacibul-vücudun səxavət sifəti mərhəmət və qüdrət sifəti kimidir, heç vaxt artıb-azalmaz. Belə olarsa, az bağışladığına qarşı xəsislik etmiş olar. Allah isə xəsislikdən pak və nöqsansızdır. Əgər kimsə ağzını açıb bir şey istəməsə belə, onun ehtiyacından xəbərsiz deyil. Hər kəsə onun istedad və qabiliyyətinə görə haqqı olan qədər verər. Ona görə bəndəyə Allahına dua edib ona daha çox bəxşiş və ehsan istəməsi əmr edilib ki, dua və istək bəndənin istedadının, qabiliyyətinin artaraq daha çox bəxşiş və ehsana layiq olmasına gətirib çıxarar. )
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-11)
    Views: 746 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024