İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    90-cı xütbə
    İmam Əli əleyhis-salamın «əl-Əşbah» adı ilə məşhur olan xütbəsidir.( Çünki vacibul-vücudun səxavət sifəti mərhəmət və qüdrət sifəti kimidir, heç vaxt artıb-azalmaz. Belə olarsa, az bağışladığına qarşı xəsislik etmiş olar. Allah isə xəsislikdən pak və nöqsansızdır. Əgər kimsə ağzını açıb bir şey istəməsə belə, onun ehtiyacından xəbərsiz deyil. Hər kəsə onun istedad və qabiliyyətinə görə haqqı olan qədər verər. Ona görə bəndəyə Allahına dua edib ona daha çox bəxşiş və ehsan istəməsi əmr edilib ki, dua və istək bəndənin istedadının, qabiliyyətinin artaraq daha çox bəxşiş və ehsana layiq olmasına gətirib çıxarar. ) Bu, böyük və əzəmətli xütbələrdəndir. (İmam əleyhis-salam bu xütbəni ona görə buyurmuşudur ki,) bir nəfər o böyük şəxsiyyətdən Allahı sanki aşkar görürmüş kimi vəsf etməyi xahiş etmişdir. Həzrət bu xahişdən (böyük Allahı cisimlərə xas sifətlərlə təsvir etməyin mümkünlüyünə xahiş sahibinin inanmasından) qəzəbləndi.
    Məs’ədə ibn Sədəqə Həzrət İmam Cə’fər Sadiq ibn Məhəmməd əleyhimas-salamdan bunları nəql edir: Əmirəl-möminin əleyhis-salam Kufədə minbərdə bu xütbəni ona görə bəyan etmişdir ki, bir kişi Həzrətə yaxınlaşaraq dedi: «Ya Əmirəl-möminin! Allahımızı bizlərə elə vəsf et ki, Ona olan məhəbbətimiz və elmimiz artsın». İmam əleyhis-salam (belə cahil sualdan) qəzəbləndi və camaatı hamılıqla namaza çağırdı. Camaat o qədər yığışdı ki, məscid doldu. O Həzrət rəngi dəyişmiş və qəzəbli halda minbərə qalxaraq böyük Allaha şükr edib Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salam və salavat göndərərək buyurdu:
    Həmd olsun Allaha ki, əta etməyi kəsməsi və bağışlamaması ma-lını, dövlətini artırmaz, səxavət və bəxşişi sərvətini azaltmaz. Çünki (bəndələritək əta və bəxşişi topladıqlarından verməz, əta etdiyini yaradar. Buna görə də İmam əleyhis-salam buyurur:) Allahdan başqa hər bir bəxşiş edənin malı azalar. Haqq-təaladan başqa bəxşişi kəsən hər kəs pislənilməlidir.(Deyə bilmərik ki, axırdan öncə əvvəldir və ilkdən sonra axırdır. Çünki Onun zatında törəmə sifətləri yoxdur ki, onlardan bəziləri digərlərindən önə keçsin. Bu barədə altmış dördüncü xütbədə şərh verilib. ) Odur böyük nemət, nəsib və bəhrələri (Öz bəndələrinə) ehsan edən. Yaradılmışlar Onun böldüyü payı yeyənlərdir, (Allah) onların rüzisinin zəmanətçisidir. (Varlıqları onun üzərində qurulan) yediklərini nəsib etmiş və müəyyənləşdirmişdir. Ona yol tapmaq (hidayət olmaq) istəyənlərə, Onun dərgahında olanlar üçün çalışanlara (peyğəmbər və vəsilərin əxlaqına, sözlərinə əməl etməklə əldə olunan əbədi cənnət və səadətin) yolunu aydın və işıqlı etmişdir. Ondan istənilən şeydəki əta və bəxşişi, istənilməyən şeydəki ehsanından çox deyil.(Çünki görünmək və başa düşülmək üçün Ona bir yer, məkan təsəvvür etmək mümkün deyil. Hər şeyə üstün, qalib olduğuna görə hissiyyata, idraka məğlub olmur. Qırx doqquzuncu xütbənin şərhində də bu mənaya toxunulmuşdur. ) İlk olan (mövcud olan hər bir şeyin başlanğıcı) Odur. Deməli, Onun üçün bir başlanğıc olmayıb ki, Ondan öncə nəsə olsun. Son olan (fani olan hər şeyin qayıdış yeri) Odur. Deməli, Onun üçün bir qayıdış yoxdur ki, Ondan sonra bir şey olsun.(O, ruzigarı və məkanları xəlq edəndir. Onun Özü üçün halət və məkan dəyişikliyi qeyri-mümkündür. Allaha həmd və şükr etdikdən sonra İmam əleyhis-salam sual verənə öz səhv və xətasını başa salmaq, Allah-təalaya layiq mədh və şükrləri ona, toplaşanlara və orada olmayanlara öyrətmək, onları Haqq-təalanın zatı və sifətləri barədə düşünməkdən çəkindirmək üçün sözünə davam verərək yuxarıdakıları buyurur.  ) (İnsanların onun vasitəsilə əşyanı gördüyü) gözlərin bəbəklərinin Ona çatmasına (Onu zahiri gözlə görmələrinə) və Onu dərk etməsinə mane olan Odur.(Məsələn: Qur’ani-Kərimdə, hədislərdə Allah-təalanın «səmi», «bəsir», «əlim» və «cəvad», yəni, eşidən, görən, bilən və səxavətli olduğu göstərildiyinə görə bunları bilib inanmaq vacibdir. Ancaq Qur’anda, dua və hədislərdə Onun haqqında «lamis» və «zaiq», yəni, dadan və toxunub hiss edən sözləri işlədilmədiyinə görə bunları işlətmək düzgün deyil və onlara inanmaq haramdır. Qur’ani-Kərimin Ə’raf surəsinin 180-ci ayəsində buyurulur: «وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُواْ الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَآئِهِ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُونَ» «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırın. Onun adları barəsində yolunu azanları, yəni, Ona layiq olmayan, Onun barəsində işlədilməsi və etiqad olunması doğru olmayan adlar və vəsflərlə adlandırıb vəsf edənləri tərk edin. Onlar tezliklə etdikləri əməllərin cəzasını alacaqlar.» Həzrət Sadiq əleyhis-salam buyurur: «Cəhalət və nadanlığına görə Allahın adlarını dəyişib Ona özündən adlar qoşan şəxs müşrik olar. Bilməz, bununla küfr edər və yaxşı iş gördüyünü sanar.» Qısası, Qur’an və hədislərdən çıxan nəticə budur ki, Allah-təalanın adları dəyişməzdir. Yəni, əqli cəhətdən doğru və mənalı olsa belə, Onu Qur’an, hədis və dualarda işlənməyən hər hansı bir adla adlandırmaq, vəsf etmək qadağan və haramdır. ) Onun üçün ruzigar dəyişməz (əmrinə zidd rəftar etməz) ki, halında (qüdrət və gücsüzlük, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik və bu kimi) dəyişikliklər olsun. Bir yerdə deyil ki, köçmə və (bir yerdən başqa yerə) hərəkət Ona rəva olsun.(Onlara «elm və bilikdə qüvvətli və mətanətli olanlar» deyə xitab edir. Çünki öz hədlərini aşmamışlar və həqiqətini, zatını dərk etməli olmadıqları şeylər barədə dərindən düşünmürlər. Qur’ani-Kərimin Ali-İmran surəsinin 7-ci ayəsində buyurulur: «هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ» «Sənə Qur’an nazil edən Odur. Onun bir hissəsi aydın nişanələr və möhkəm, yəni, aydın və aşkar mənaya malik ayələrdir, digər qismi isə mütəşabih ayələrdir. Yəni, zahirinə əsasən mənası aydın olmayan ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Onların həqiqi izahını Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Halbuki elmdə qüvvətli olanlar onların izahını bilsələr də: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir»,-deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. Onun kəlamında ziddiyyət və təzad tapılmaz». ) Dağ mədənlərinin nəfəs çəkə-çəkə çölə çıxartdığı saf gümüşü, xalis qızılı dənizlərin gülə-gülə aşkar etdiyi sədəfləri, (camaatın böyük əziyyətlə əldə etdiyi) yup-yumru dürr və mir-varini, (dəniz bitkisi olan) mərcan salxımlarını (xülasə, yerdə və dənizdə olan xəzinə və mədənlərin hamısını bir nəfərə bəxş etsə) bağışlasa, Onun bəxşiş və səxavətinə təsir etməz, Onun nemətlərini tükəndirməz. Camaatın istəklərinin tükəndirə bilmədiyi (bəşəriyyətin xəbərsiz olduğu) sonsuz gizli nemətlər Ondadır. Çünki O, elə bir səxavət sahibidir ki, istəyənlərin istəkləri Onun bəxşişini azaltmaz, israrlarla istəyənlərin diləkləri Onda xəsislik yaratmaz (çünki paxıllıq və nöqsan mümkünə xasdır, vacibə aid deyil).(Çünki Ondan əvvəl xaliq olmamışdı ki, surət yaratsın, ölçü əldə etsin və O da həmin surətə, əndazəyə əsasən məxluq yaratsın. )
    Ey sual verən, (düşüncə əsasında Allahı vəsf etmək istəsən) nəzər sal və Qur’anın sənə göstərdiyi (öyrətdiyi) yolla Onun sifətlərindən hər birinin ardınca get. (Allah-təalanı həmin sifətlə vəsf et). Qur’anın hidayət nuru ilə aydınlığa (səadətə, qurtuluşa) çıx. Şeytanın səni öyrənməyə vadar etdiyi və kitabda (Qur’ani-Kərimdə) onu bilmək sənə vacib qılınmadığı, Həzrət Peyğəmbər və doğru yol göstərən İmamların sünnəsində izi-tozu olmayan (bəyan edilməyən) sifətlər barədə elm və biliyi Allahın öhdəsinə burax. (Onu öyrənməyə, ona inanmağa çalışma.) Bu, Allah-təalanın sənin öhdənə qoyduğu haqqın son həddidir (ki, Onu Qur’ani-Kərimdə, Həzrət Peyğəmbərin, doğru yol göstərən İmamın hədislərində bəyan edilmiş adlar və sifətlərlə çağırasan, vəsf edəsən).(Sənin tək olan Allah olduğuna inanmır: Qur’ani-Kərimin Fussilət surəsinin 9-cu ayəsində buyurulur: «قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَندَادًا ذَلِكَ رَبُّ الْعَالَمِينَ» «De ki, siz yeri iki gündə yaradan Allahı inkar edir, Ona şəriklər qoşursunuz? O ki aləmlərin Rəbbidir!  ) Bunu bil ki, elm və bilikdə qüvvətli və möhkəm olanlar (pak İmamlar əleyhimus-salam) o kəslərdir ki, örtülü, pərdəli olan və təfsirlərin bilmədikləri barəsində etirafları onları örtülü şeylərin qarşısında asılmış qapılara girməkdən ehtiyacsız etmişdir. Allah-təala da onların elm və biliklərinin əhatə etmədiyi şeylərə çatmaqda acizilk və gücsüzlüklərini etiraf etmələrini mədh etmiş və onların həqiqət və zatı barədə danışıb, bəhs etməyi əmr etmədiyi bir şey haqda düşünməmələrini dönməzlik və mətanətlilik adlandırır.(Qur’ani-Kərimin Bəqərə surəsinin 117-ci ayəsində buyurulduğu kimi: «بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ» Göyləri və yeri yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız «Ol!» deyər. O da dərhal olar. ) Belə isə sən də Qur’anın göstərdiyi yolla kifayətlən (qavrayışına uyğun gəlməyən, bilməli olmadığın şeylər haqqında düşünmə). Pak və nöqsansız Allahın əzəmətini və böyüklüyünü öz ağlınla ölçmə ki, həlak və puç olarsan. (Çünki) O, elə güclüdür ki, əgər bütün xəyallar Onun qüdrət və gücünün sonunu tapmaq üçün can atsalar, şeytani vəsvəsələrə bulaşmamış düşüncə və fikirlər qeyb və görünməyən aləmlərdə padşahlığının son həddinin böyüklüyünə varmaq istəsələr, ürəklər sifətinin keyfiyyətini, necəliyini tapmaq üçün Ona heyran və vurğun olsalar, ağıllar sifətlərinin həqiqəti aşkar olmadığına görə zatının əslini başa düşmək üçün çox maraqlansalar, (ağıllı insanlar düşüncələrini işlətsələr) Allah-təala, (gücü və qüdrəti) həlakət yolunu, qeyb aləmlərinin qaranlıqlarını keçərək (hər yerdən əli üzülərək) ixlasla Ona üz tutmuş olsalar belə, onların ağıl və düşüncələrini geri döndərər. (Bu təhlükəli yolları keçib bir yerə çatmadıqda və Onun zatının, sifətinin həqiqətini dərk etmələri) qadağan edilib geri qayıtdıqları vaxt bu yola düşməyin səhv olduğunu, Onu tanımağın dərinliklərini dərk edilmədiyini, Onun izzət və böyüklüyünü ölçməyin ağıl, düşüncə sahiblərinin ürəklərindən belə keçmədiyini (Onu tam dərk etməkdən söhbət belə gedə bilməz) etiraf edərlər. Odur oxşarı yaradılmamış, surət və örnəkdən iqtibas etmədən, özündən əvvəlki xaliq və mə’buddan nümunə götürməyə ölçü və əndazə olmadığı halda məxluqatı xəlq edən.(Atmosferdə asılan kürələri onlarda yaratmış olduğu cazibə və itələmə qüvvəsi ilə bir-birilə əlaqələndirdi.  ) Öz padşahlığının güc və qüdrəti, Onun hikmətinin nümunə və nişanələrinin (dilə gələrək) dediyi qəribəliklər, mövcudatın (başqasına) olan ehtiyacları, öz qüdrəti ilə onları ayaq üstə saxlamalarını etiraf etmələri kimi zəruri sübut və qəti dəlilləri bizə göstərdi və bizi Onu tanımağa yönəltdi. Onun sənətinin nümunələri və hikmətinin nişanələri yaratdığı bütün şeylərdə aşkardır. Beləliklə, yaratdığı hər bir şey (cansız şeylər və bitkilər kimi) dilsiz olsa belə (zahirdə bir şey deməsələr də), Onun varlığına dəlil və sübutdur. (Bu mövcudatın) nəzmi, nizamı Onun xaliqliyinin bariz sübutu, Onun yaratmasına möhkəm (ağıla əsaslanan) dəlildir. (İndi Onun bütün məxluqatın yaradıcısı olan yeganə və misilsiz Allah olması aydınlaşdığı vaxt, Onun paklığı və müqəddəsliyi barədə buyurur:)
    Şəhadət verirəm ki, Səni öz yaratdığın müxtəlif üzv, bir-birinə birləşmiş, Sənin hikmətinin uzaqgörənliyi, nizamı ilə (dərinin və ətin altında) gizlənən kiçik oynaqları olan məxluqata bənzədən əslində həqiqətən də Səni tanımamış, Sənin bənzərin, oxşarın olmadığına yəqinlik əldə edə bilməmişdir. (Cism təsəvvür etmişdir. Cismin isə yeni yaranış, yox olma və imkan tələbatı vardır.) Sanki bütpərəstlərin (qiyamət günündə) ibadət etmiş olduqları bütlərə nifrət edərək تَاللهِ إن كُنّا لَفِى ضَلالٍ مُبينٍ إذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعالَمِينَ «Allaha and olsun ki, sizi aləmlərin Rəbbinə bərabər tutduğumuz zaman biz haqq yoldan açıq-aydın azmışdıq» deyəcəklərini eşitməmişdir. (Qur’ani-Kərimin Şuəra surəsinin 97-98-ci ayələri.) Yalan söylərlər Səni bütlərinə bənzədib öz əbəs düşüncələrinə görə yaradılmışlar kimi qələmə verərək və fikirlərində Səni hissələri olan cism kimi güman edərək öz naqis ağılları ilə Sənin üçün müxtəlif məxluqlar kimi miqdar, ölçü olduğuna inanaraq Səni (məxluqlarla) bərabərləşdirənlər. Şəhadət verirəm ki, Səni yaratdığın bir şeylə bərabər bilən Səndən üz döndərmişdir. Səndən üz döndərən isə Sənin tərəfindən nazil edilmiş, açıq-aydın ayələrə, bütün bunları (Sənə bənzər və oxşar bilənlərin küfrünü) bəyan edən Sənin aşkar dəlil və sübutlarının (əqli əsaslandırmaların) hökmünə (qarşı) kafirdir.(Qur’ani-Kərimin Fussilət surəsinin 11 və 12-ci ayələrində buyurulduğu kimi: «ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَى فِي كُلِّ سَمَاء أَمْرَهَا وَزَيَّنَّا السَّمَاء الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ» O, yer üzündə böyük dağlar yaratdıqdan sonra hikmət və məsləhətinə əsasən göyü yaratmaq qərarına gəldi. Bu zaman göy tüstü və buxar halında idi. O, göyə və yerə belə buyurdu: «istər-istəməz gəlin hazır olun» «göy və yer» «itaət edərək və boyun əyərək gəldik»-deyə cavab verdi. Allah səmaları yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini, təbii hərəkətini özünə vəhy edib bildirdi. Biz dünya səmasını çıraqlarla, ulduzlarla bəzədik və hifz etdik. Bu, yenilməz qüdrət sahibi olan və hər bir şeyin hikmətini bilən Allahın təqdiridir» Burada bilmək lazımdır ki, Böyük Allahın göylərə və yerə əmri, onların cavabı, razılıqları və meylsizlikləri varlıqları yaratmaqda Onun heç bir zəhmətə, məşəqqətə düşmədiyini, yalnız Onun iradə və istəyi ilə yarandıqlarını güc və qüdrətini göstərmək üçündür. Necə ki, Yasin surəsinin 82-ci ayəsində buyurulub: إِنَّما أمْرُهُ إِذا أرادَ شَيْئًا أنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ «Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyuruğu ona ancaq «Ol!»-deməkdir. O da dərhal olar». ) Şəhadət verirəm: Sən elə bir Allahsan ki, Sənin üçün ağıllarda son və nəhayət yoxdur. Buna görə də düşüncələrin mənşəyində keyfiyyət və necəliyə malik deyilsən, ağıllarda düşüncələrdə bir hədlə hüdudlanmazsan və yerdən yerə dəyişməklə vəsf edilməzsən. (Çünki məhdudiyyət və dəyişiklik mümkünül-vücudun tələbatlarındandır.)
    Bu da həmin xütbənin (əşyanın xilqəti və pak Allahın yaradılmışların sifətlərindən uzaq olmasının bəyan edildiyi) bir hissəsidir
    Böyük Allah yaratdığının varlıq və mövcudluğunu müəyyən etmiş və onu gücləndirərək möhkəmləndirmişdir. (Belə ki, azalıb çoxalmayacaqdır.) Lütfkarlığına (hikmət və məsləhətinə) görə onu nizamlamış, hər birini, yaradıldıqları iş üçün ayırmışdır (günəşin nur saçması, buludun yağması və arının bal toplaması kimi). Deməli, (yaradılmışlardan heç biri) onlar üçün təyin olunmuş hədləri aşmadı və məqsədə çatmaqda səhlənkarlıq etmədi (öz vəzifələrinə uyğun əməl etdilər). Vəzifə tapşırıldığı vaxt Onun iradə və istəyini yerinə yetirmək üçün vəzifəni çətin sanmadı (itaətsizlik etmədilər). Necə itaətsizlik edə bilər ki, bütün əşyalar Onun iradə və istəyindən yaranmışdır. (Deməli, o, Allahın təkvini əmrinə itaət edərək təvazökarlıq boyunbağısını boynundan asmışdır.) Odur düşüncə işlətmədən, əvvəlcə təsəvvür etmədən yaradan, ruzigarda baş verən hadisələrin sınaq və təcrübəsindən istifadə etmədən, heyranedici məxluqları yaratmaqda köməklik və yoldaşlıq edəcək şəriki, bənzəri olmadan müxtəlif növ məxluqatı xəlq edən Allah. Fərmanına uyğun olaraq xəlq etməsi və yaratması başa çatdı. (Onun iradə və istəyi əsasında məxluqlar yarandı.) Ona itaətlə boyun əyib dəvətini qəbul etdilər. Elə bir məxluq yox idi ki, əmrində lənglik və süstlük etsin, əmrini yerinə yetirməyi təxirə salsın.(Rəhmətin nazil olması və yağış üçün. ) Əşyanın əyriliklərini düzəltdi, (onları hikmət əsasında yaratdı) hədlərini aydın və aşkar şəkildə müəyyən etdi (layiq olduqları şeylə onları bəhrələndirdi). Güc və qüdrəti ilə onların bir-birinə zidd olan xüsusiyyətlərini, müxtəlif təzadlarını (istilikdən tündməcazlıq, soyuqdan soyuqqanlılıq, rutubətdən istiqanlılıq, quraqlıqdan məyusluq kimi ünsürləri bir məzacda) uyğunlaşdırıb yığdı. Onları ayrılmamaları üçün bir-birinə birləşdirdi. (Biri digərindən üstün olan) müxtəlif hədd və ölçülərdə, sifət və xasiyyətlərdə yerləşdirdi. Xilqətlərini möhkəmləndirib öz iradə və istəyinə uyğun yaratdığı (məxluqlar) heyrətamiz məxluqlardır.
    Bu xütbənin bir hissəsi səmanın vəsfi haqqındadır
    (Allah-təalanın əşyanın yaradılmasındakı güc və qüdrətinin vəsfinin ardınca Həzrət Əli əleyhis-salam ecazkar məxluq sayılan və Onun gücünə, qüdrətinə dəlalət edən səmanın necə yaradıldığını bəyan etmişdir:)
    Səmanın geniş yollarını (bir şeydən) asılmadan nizamlayıb bərqərar etdi, böyük parçalarını bir-birinə birləşdirdi, onunla oxşarları arasında bağlılıq yaratdı.(Qur’ani-Kərimin Ənbiya surəsnin 30-cu ayəsində buyurulur: «أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ» «Məgər kafir olanlar, Allaha və peyğəmbərə iman gətirməyənlər göy¬lə yer yağışın yağmağı, bitkilərin bitməyi üçün bağlı ikən Bizim onları açdığımızı, hər bir canlının həyat və varlığını sudan yaratdığımızı görməyiblərmi, bilmirlərmi? Bu tovhid nişanələrini gördükdən sonra yenə də iman gətirməzlər?» Hədisdə buyurulur ki, bir nəfər bu surənin təfsiri barədə Həzrət İmam Məhəmməd Baqir əleyhis-salamdan soruşduqda İmam buyurdu: «Sən bəlkə də səmanın yerə bitişik olduğunu və sonradan ayrıldığını güman edirsən?» Həmin şəxs dedi: «Bəli». Həzrət buyurdu: «Bu səhv əqidənə görə Allahdan bağışlanmağını dilə. Çünki Allah-təalanın «səma və yer bağlı idi» buyurmasının mənası budur ki, göylər yağdırmır və yerlər isə bitirmirdi. Allah-təala məxluqatı yaradıb, canlıları yer üzündə yaydıqdan sonra göyləri yağış və yerləri bitirmələri üçün açdı. Sual soruşan şəxs dedi: «Şəhadət verirəm ki, sən Peyğəmbər övladlarındansan və onların bildiklərini bilirsən.» ) Onun fərmanı ilə yerə enənlər (rəhmət daşıyan mələklər) və bəndələrinin əməllərini, rəftarını qeydə alan (yazan) göylərə yüksələnlər üçün (gediş-gəliş yolunu) çətinliyini asanlaşdırdı. Səma tüstü və buxar olduğundan, bir-birindən arası çox olan hissələrin birləşərək toplanmalarını əmr etdi.[(Qur’ani-Kərimin Həcc surəsinin 65-ci ayəsində buyurulduğu kimi:وَيُمْسِكُ السَّماءَ أنْ تَقَعَ عَلَى الْأرْضِ إِلاّ بِإذْنِهِ «Məgər Allahın izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi, bilmirsənmi?» Yəni, istəsə, yerə düşər. ) Onun bağlanmış qapılarını yığıldıqdan sonra(Necə ki, Qur’ani-Kərimin Rum surəsinin 25-ci ayəsində buyurulur: وَ مِنْ اياتِهِ أنْ تَقُومَ السَّماءُ وَ الْأرْضُ بِأمْرِهِ «Onun əmri və iradəsi ilə səmanın sütunsuz, yerin isə suyun üzərində sabit durması da Onun qüdrət əlamətlərindəndir. ) açdı.(Qur’ani-Kərimin Yasin surəsinin 38 və 39-cu ayələrində buyurulur: «وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ » «Günəş özü üçün müəyyən olunmuş yerdə hərəkət edər. Onun hərəkətini, yenilməz qüvvə sahibi olan və bilən Allah müəyyənləşdirmişdir. Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o, həmin mənzilləri başa vurduqdan sonra dönüb xurma ağacının quru və əyri budağı kimi hilal şəklində olar. Günəşi və ayı gecə-gündüzün əlaməti etdi. ) Parlaq ulduzlardan onun yollarına gözətçi qoydu (ki, şeytanların ora gəlməsinin qarşısını alıb mələklərin sözlərini eşitməyə qoymasın. Sonrakı cümlələrdə İmam əleyhis-salam buna toxunur) Öz güc və qüdrəti ilə onu havanın qatlarında (açılmış səmada) titrəməkdən və dağılmaqdan qorudu.(Qur’ani-Kərim İsra surəsinin 12-ci ayəsində buyurur: «وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً» Biz gecə və gündüzü qüdrətimizə dəlalət edən iki əlamət təyin etdik. Gecə əlamətini (onun nurunu) məhv etdik, gündüz əlamətini isə işıqlı etdik ki, məişətinizin yaxşılaşmasını Rəbbinizdən diləyəsiniz, illərin sayını və işlərin hesabını biləsiniz. Biz ehtiyacınız olan din və dünya işlərində hər şeyi səhvsiz şəkildə bəyan etdik. ) Öz yerində dayanıb Onun buyruq və iradəsinə tabe olmağını əmr etdi.(Şeytanlar səmadakı vəziyyətlə, mələklərin əhvalı ilə tanış olmaq, sirlərini əldə etmək üçün göyə qalxardılar. Bu cümlə əvvəl buyurduğu «Parlaq ulduzlardan göylərə gözətçi qoydu» cümləsini izah edir. Bu, həmin cümlənin təkrarı deyil, burada Qur’ani-Kərimin Hicr surəsinin 16-18-ci ayələrində buyurulan mətləbə işarə olunur: « وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاء بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍ إِلاَّ مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ» «Biz səmada bürclər və ulduzların hərəkəti üçün mənzillər yaratdıq, onu günəşin, ayın və ulduzların nuru ilə bəzədik ki, ona baxanlar ibrətlə yaradanın güc və qüdrət nişanələrinə nəzər salsınlar, Onun tək və şəriksiz olduğunu dərk etsinlər. Onu Allah dərgahında qovulmuş, bütün şeytanların yuxarı qalxmasından qorudu. Lakin şeytanlardan hər hansı biri səmavi xəbərləri eşitmək üçün xəlvəti yolla yuxarı qalxsa, bir parlaq, axan ulduz onu təqib edər və onu yandırar. ) Onun hər şeyi göstərən (işıqlıq verən) günəşini günün əlaməti, nuru məhv olmuş ayı isə gecənin nişanəsi etdi. (Ayın işığının məhv olması onun işığının bəzi gecələrdə qismən, bəzən də tamamilə gizlənməsinə işarədir). Sonra onları getməli olduqları yolda hərəkətə gətirdi və getməli olduqları mənzil və yollarda hərəkətlərini müəyyən etdi(Bu cümlə Qur’ani-Kərimin Ə’raf surəsinin 54-cü ayəsində buyurulana işarədir: «إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلاَ لَهُ الْخَلْقُ وَالأَمْرُ تَبَارَكَ اللّهُ رَبُّ الْعَالَمِينَ» «Həqiqətən Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaratmaq qərarına gələn, qüdrətinin nişanəsi olan gündüzün işıqını öz zülməti ilə bürüyən və onu sürətlə təqib edən gecəni, günəşi, ayı və ulduzları əmrinə tabe edən Allahdır. Bilin ki, məxluqatı yaratmaq da, «maddə və müddətsiz» bir şeyin yaranmasına iradə və əmr etmək də Ona məxsusdur.» Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür! Burada ulduzların uğurlu və uğursuz olmaması, yəni, dünyada pis və yaxşı işlərin baş verməsi dedikdə onların bir-bir ilə olan bağlılığı nəzərdə tutulur. Məsələn, ərzaqın, məhsulun bolluğuna səbəb olan yağışın lazım olan vaxt yağması kimi, bəzən yaxşılığa, bəzən xeyrə yağmaması nəticəsində əhaliyə qəhətlik kimi çətinliklərin üz verməsi nəzərdə tutulur. Lakin bilmək lazımdır ki, onların nəhsliyi və ya uğurluluğunun işlərə təsiri yoxdur. Quraqlıq illərində də bol ərzağın olması və əksinə, yağışın vaxtında yağdığı illərdə də məişətdə sıxıntıların olması çox baş vermişdir. Deməli, yalnız Allahın iradə və istəyinin işlərə təsir etdiyinə etiqad olunmalıdır. İmam əleyhis-salam da xəvariclə döyüşə gedərkən bu mətləbi Əş’əs ibn Qeysin qardaşı Əfifə demişdir və bu barədə yetmiş səkkizinci xütbənin şərhində verilmişdir. Ayələri, hədisləri bu günkü elmləri təhqiq etdikdən, böyük elm və fəzilət sahibləri, ustadlarla bəhsdən sonra dediyim və xatırlatmağı lazım bildiyim məqam budur ki, yeddiqat səmaların, göydən asılmış kürələrin, asteroid və parlaq ulduzlar, şeytanların dinləməsi, ulduzların batıb doğması və digər bu kimi məsələlərin həqiqətini bilmək üçün ilahi tərəfindən hər bir elm öyrədilmiş peyğəmbərlər və vəsiləri əleyhimus-salamların buyurduqlarının doğruluğunu, düzlüyünü təsdiq və etiqad etmək, dediklərinin zahiri mənasına inanmaq lazımdır. Çünki naqis əqillərlə varlıqların həqiqətini dərk etmək istəsək və ya müxtəlif fikirləri və cürbəcür sözləri bir-birinə uyğunlaşdırsaq, bir yerə çıxmaq gücündə olmayacağıq. Azğınlıq vadisində heyran, sərgərdan qalacaq, heç bir nəticə əldə etməyəcəyik. (وَاللهُ العالِمُ بِحَقايقِ مُلْكِهِ وَ مَلَكُوتِهِ) İbn Əbil-Hədid «Nəhcül-Bəlağənin ؛ərhi» kitabında bu hissədə haqqa və həqiqətə uyğun olaraq yazır: إِذَا جاءَ نَهْرُ اللهِ بَطَلَ نَهْرُ مَعْقِل «Burada Allahın çayı axsa, Bəsrədə bir arx olan Mə’qil çayı quruyub öz əhəmiyyətini itirər». Bu rəbbani kəlam və müqəddəs söz, yəni, Allahın bəyəndiyi, hər eybdən uzaq olan İmam əleyhis-salamın sözləri ərsəyə gəldikdə ərəbin bəlağəti məhv oldu. Yəni, o Həzrətin buyurduqlarını dərindən düşündükdən sonra ərəblərin fəsahətli və bəlağətli olduğunu söyləmək olmaz. Ərəb bəlağətçilərinin kəlamının o Həzrətin sözləri ilə fərqi torpaqla xalis qızılın fərqi qədərdir. Ərəblərin də bu sözlərə yaxın və münasib bəlağətli sözlər bəyan edə bildiklərini fərz etsək, belə dərin mənaları necə başa düşə və üstəlik həmin mənaları belə sözlərlə izah edə bilərdilər?! Yalnız cahiliyyət dövrünün deyil, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri və müasirləri olan ərəblər səmalara aid olan belə çətin mənaları necə başa düşə bilərdilər ki, həmin mənaları bəyan etmək üçün belə kəlamlar işlətsinlər? Çünki cahiliyyət dövründə ərəblərin fəsahəti yalnız dəvə, at, dağ uzunqulağı, səhra inəyi və ya ucsuz-bucaqsız çöllər və səhralar və buna bənzərlərin vəsfindən ibarət idi. Yəni, onlar belə mürəkkəb mənaların özünü qavramadıqları halda onu bəlağətli sözlərlə ifadə edə bilməzdilər. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabəsi və müasirləri olan, bəlağətləri ilə məşhurlaşan ərəblərin fəsahətinin ən yüksək həddi iki və ya üç sətirdən çox olmazdı. O da mütləq ölümün xatırlandığı, dünyanın məzəmmət olunduğu moizə və öyüd-nəsihət mövzusunda, ya da döyüşə təşviq, düşməni qorxutmaq və cihada getməməkdən bəhs edən müharibə mövzusunda olardı. Onlar mələklərin növü və sifətləri, ibadətləri, təsbih etmələri, Yaradan haqqında bilikləri şövq və məhəbbətləri və hazırki fəsildə ətraflı bəhs olunan bu kimi məsələləri bilmirdilər. Bəli, böyük Qur’anın mələklər barədə buyurduğu cümlələrini eşidib tanış olmuşdular. Amma İmam əleyhis-salamın buyurduğu qədər ətraflı məlumatları yox idi. Lakin bu mənalarla tanış olan Abdullah ibn Salam, Üməyyə ibn Əbi əs-Səlt və başqa şəxslərin belə bəlağətli söz demək qüdrəti yox idi. Deməli, bu dəqiqlikdə mənaları belə fəsahətli ifadələrlə İmam Əli əleyhis-salamdan başqa heç kəsin demədiyi, bu gücə sahib olmadığı sübuta yetir. And içirəm ki, əgər ağıllı bir insan İmam Əli əleyhis-salamın bu kəlamını dərindən düşünsə, bədəninin dərisi titrəyər, qəlbi narahat olar və Allah-təalanın əzəmət və böyüklüyünə qəlbində və bədən üzvlərində yer verər, Ona diqqət yetirər və elə şad olar ki, şövqün çoxluğundan az qalar canı bədənindən ayrılsın. Bu xütbəni söyləməkdən məqsəd Allahın güc və qüdrətinin böyüklüyünü, əzəmətini yada salmaqdır. Mələklər də onun qeyri-adi məxluqları, Onun kamil qüdrətinin dəlili olduqlarına görə İmam əleyhis-salam öz buyruqlarında onların vəziyyətini, sifətlərini belə bəyan edir. ) ki, onların hərəkətlərinə görə gecənin gündüzdən üstünlüyü olsun, illərin sayı və işlərin hesabı onların hərəkətinin əsasında bilinsin.(Öz təsbih və şükrləri ilə göylərdə qovğa salan, narahatlıq və iztirab yaradan mələklərin Allah-təalanın böyüklük, əzəmət nurunun parıltısını görməyə taqətləri yoxdur. Çünki O, gözlə görülməkdən və həqiqəti dərk edilməkdən pak və nöqsansızdır. ) Göyün fəzasında fələyi (ulduzların orbiti olan fırlanan kürə və cismi) asılı vəziyyətdə saxladı. Ağ dürr kimi (bizə nisbətən uzaqlığına görə) gizlin olan ulduzları və (bizlərə yaxın olmaları səbəbindən) qəndil kimi işıqlı olan ulduzları onun zinətinə, bəzəyinə çevirdi. Onun (səmanın) (ox kimi) deşən parlaq ulduzlarını oğurluq yolla qulaqlarını dikmiş şeytanlara tərəf atdı.(Qur’ani-Kərimin Fatir surəsinin 1-ci ayəsində buyurulduğu kimi: «الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ» «Gِyləri və yeri yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri peyğəmbərlərə xəbər gətirən elçi edən Allaha həmd olsun». Burada məqsəd onların sayı deyil. Necə ki, sonra buyurur: «Allah Öz məxluqatında istədiyini artırar. Həqiqətən Allah hər şeyə qadirdir!» ) Hərəkətsiz ul-duzları, həmişə hərəkətdə olanları, enib-yüksələnləri (batıb-doğmalarını), uğurunu və uğursuzluğunu (müvafiq olanları və müvafiq olmayanlarını Öz iradəsi və əmri ilə) ram və bərqərar etdi.(Allah-təalanın icazəsi olmadan söz danışmır və Onun əmrinin ziddinə iş görmürlər. Necə ki, Qur’ani-Kərimin Ənbiya surəsinin 26-27-ci ayələrində buyurulur: « وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُون» «Kafirlər cəhalət və nadanlıqla dedilər: «Rəhman mələklərdən Özünə övlad götürdü!». O, belə sözlərdən pak və müqəddəsdir. Xeyr, mələklər möhtərəm bəndələrdir. Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər». )
    Bu xütbənin bir hissəsi mələklərin vəsfi barəsindədir
    (Qur’ani-Kərimin Həcc surəsinin 75-ci ayəsində buyurulur: «اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ» «Allah vəhyi mələklərdən seçdiyi peyğəmbərlər və elçilər vasitəsi ilə insanlardan seçdiyi peyğəmbərlərə çatdırar. Həqiqətən peyğəmbərlərin təbliğ zamanı sözlərini eşidər və onların ümmətlərinin vəziyyətini görər». İmam əleyhis-salamın birinci xütbədə buyurduğu kimi: وَ مِنْهُمْ أُمَنآءُ عَلى وَحْيِهِ وَ أَلْسِنَةٌ إلى رُسُلِهِ وَ مُخْتَلِفُونَ بِقَضائِهِ وَ أمْرِهِ «Mələklərin bir dəstəsi Allah-təalanın vəhyini qoruyur. Onun peyğəmbərləri üçün dil və tərcümandırlar, hökm və fərmanını çatdırmaq üçün gedib-gələrlər.» )
    Pak Allah Özünün səmavi hakimiyyətindən biri olan göyləri yaratdıqdan sonra oraları məskunlaşdırmaq və onun üst qatını abadlaşdırmaq üçün misilsiz və heyrətamiz məxluq olan bir dəstə mələk yaratdı. Onlara göylərlə fəzanın genişliyi arasındakı enli yollarda yer verdi. O enli yolların arasında pak və təmiz yerlərdə əzəmət və böyüklük pərdələrinin arxasında (onları ibadət və itaəti üçün hazırlanmış yerlərdə) onların təsbih edənlərinin avazı ucalır. Qulaqları kar edən o iztirablı və narahat səslərin arxasında onların, gözlərinin görməyə taqəti olmadığı nur və işıq parıltıları var. Deməli, öz yerlərində heyran və sərgərdan dayanırlar.(Onların bir dəstəsi yağışın və qarın yağmasına görə, bəziləri dağların arasında onları qorumaq üçün, bir dəstəsi də yolunu azıb, sərgərdan qalan insanlara yol göstərmək üçün məsuliyyət daşıyırlar. Yaxud da bu cümlədə məqsəd mələkləri cisimlərinin lətifliyində buluda, xilqətlərinin böyüklüyü və əzəmətində dağlara, qaranlıqda zülmətə bənzətmək olub.) Allah-təala onları cürbəcür surət və şəkildə, qanadlı yaratdı ki, zikr edə-edə Onun böyüklüyünü və ucalığına həmd etsinlər.(Qur’ani-Kərimin Ənbiya surəsinin 20-ci ayəsində buyurulduğu kimi: يُسَبِّحُونَ اللَّيْلَ وَ النَّهارَ لا يَفْتُرُونَ «Mələklər gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib ؛ə’ninə təriflər deyərlər». ) Yaradılmışlarda Pərvərdigarın yaratmağının aşkar və aydın olanlarını (nişanələrini) özlərinə çıxmırlar (insan kimi Allahlıq iddiasında bulunmurlar). Xaliqi və yaradıcısı yalnız Allah olan bir şeyi yaratdıqlarını iddia etmirlər. (Bütləri Allaha şərik çıxan bütpərəstlərdən fərqli olaraq özlərini Allaha şərik bilməzlər.) Onlar sözlərində Allahdan önə keçməyən, Onun əmrinə, fərmanına uyğun hərəkət edən sevimli bəndələrdir.(اünki Allahı tanımağın dərəcəsinin həddi hüdudu yoxdur. Deməli, hər hansı mərtəbəyə çatıb ona uyğun Allaha ibadət etmi؛ olsa, ondan daha yüksək mərtəbə də var. Ona ibadətin ən son həddinə çatmaq heç kəsə müyəssər olan deyil. ) Onları (bəzilərini) Öz vəhyinin yerlərdə qoruyucusu qoyub Öz qadağa və əmrlərinin əmanətlərini peyğəmbərlərə çatdırmaq üçün təyin etdi.(Qısaca, Həzrətin mələklərin müxtəlif sifətlərini vəsf etməkdə məqsədi budur ki, camaat onların rəftarından ِrnək gِtürərək Allaha ibadətdə onların ardınca getsinlər və ؛eytanların vəsvəsələrindən uzaqla؛sınlar. ) Mələklərin hamısını şəkk-şübhədən (şeytanın vəsvəsəsindən) mə’sum saxladı. Onların arasında Allahın razı olduğu yoldan dönən yoxdur. Onlara kömək edərək ibadətlərinə imkan yaratdı. Sakitlik və vüqar tələb edən təvazökarlığı qəlblərinin şüarına çevirdi. (Şeytan və nəfsi-əmmarə qarşısını ala bilmədiyi) asan olan öz şükr və həmd qapılarını onlar üçün açdı. Özünün təkliyinə, tovhidə dəlalət edən aşkar əlamətləri (qəti dəlilləri) onlar üçün qaldırdı. Günahların yükü onların çiyinlərini əymədi. (Günah etmirlər, çünki şəhvətlərə və nəfsi-əmmarəyə malik deyildirlər). Bir-birinin ardınca keçən gecə-gündüzlər onları dəyişmədi (buna görə də insan kimi zəifləyib qocalmır, sınmırlar). İmanlarını heç bir şəkk və şübhə sarsıtmadı. (Allahın birliyinə olan) möhkəm və güclü inamlarına, etiqadlarına heç bir zənn və güman yol tapmadı (ki, zənn və yəqinlik bir-biri ilə döyüşərək imanlarında süstlük yarada bilsin). Onlar arasında (bir-biri ilə məqam üstünlüyünə görə) kin və düşmənçilik məşəli alovlandırılmadı. (Heç biri digərinə paxıllıq etmədiyinə görə aralarında düşmənçilik yaranmır.) Heyrət və sərgərdanlıq onlara aid olmadığına görə ürəklərində yer verdikləri Allahı tanımanı (heç kəs) onlardan oğurlaya bilməz. (Çünki heyranlıq və sərgərdanlığın mənşəyi ağılla xəyalın mübarizəsidir. Xəyal isə onlara yol tapa bilməz.) Allah-təalanın əzəməti və böyüklüyü sinələrinin ortasında yer tapıb (Allahdan başqa heç kəs ürəklərinə yol tapmayıb). (Şeytani) vəsvəsələr onlara tamah salmadığına görə düşüncələrinə hakim kəsilməyib (və qəlblərini çirkləndirməyib, onları Allahı yada salmaqdan çəkindirməyib). Mələklərin bir dəstəsi yağış dolu buludların arasında, böyük və uca dağlarda, yolların itirildiyi zülmətin qaranlığında yerləşiblər.(Bu fəsildə yerin yaradılması və insan üçün çox faydalı olan buludu, yağı؛ı, nuru, bitkiləri, cansızları və çayları xəlq etməkdə Allah-təalanın hikməti, uzaqgِrənliyi Onun qüdrəti və gücü xatırlanmaqla bəyan edilmi؛dir. ) Mələklərin bəzilərinin ayaqları torpağı deşib yerin ən son nöqtələrinə gedib çıxıb. Ayaqları hava və boş yerin arasındakı ağ bayrağa bənzəyir. Ayaqlarının altında onları çatdıqları və yerləşdikləri yerdə saxlayan xoşətirli külək vardır. Allaha ibadət və itatət onları hər şeydən saxlayıb və imanın həqiqətləri onlarla Allahı tanıma arasında vasitəçi olmuşdur. (Əqidələrinin gözəlliyi Allahı tanıyıb ibadət etmələrinə səbəb olmuşdur.) Allaha yəqinlkləri və inamları onları başqasına diqqət etməkdən daşındırmış, Allaha şövq və sevgilərinin çoxluğundan bütün diqqətləri Ona yönəlmişdir. İstədiklərini Ondan istəyirlər və başqa birisindən təvəqqeləri yoxdur. Allahı tanımağın şirinliyini dadmışlar və Ona məhəbbət, sevgi ilə dolu olan doydurucu camdan içmişlər. (Allah-təalanın qüdrət və əzəmətini bildiklərinə görə) Onun (əzabının) xof və qorxusu ürəklərinin xallarına qədər kök atıb yer tutmuşdur. İbadət və itaətin çoxluğundan belləri bükülmüş, Ona rəğbət və meylin çoxluğu onların ahu-zarını sona yetirməmişdir. (Daima ibadətlə məşğuldurlar.) Məqam və rütbələrinin yüksəkliyi təvazökarlıq kəndirini boyunlarından açmamışdır (böyük məqamlarına rəğmən çox təvazökardırlar). Xudpəsəndlik və özündən razılıq onlara yol tapmayıb ki, öz ibadətlərini çox hesab etsinlər. Onların Haqqın cəlalı və böyüklüyü müqabilində ahu-zarları və təvazökarlıqları özlərinin gözəl əməllərini böyük saymalarına (ona əhəmiyyət vermələrinə) səbəb olmamışdır. İşdə (ibadət və bəndəlikdə) göstərdikləri səylərin çoxluğunun süstlüyü onlara hakim kəsilməmişdir.((Necə ki, Qur’ani-Kərimin Səcdə surəsinin 27-ci ayəsində buyurulur: أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاء إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنفُسُهُمْ أَفَلَا يُبْصِرُونَ Məgər gِrmürlərmi ki, Biz otsuz torpaqlara yağış göndərib onunla heyvanlarının və özlərinin yedikləri bitkilər yetişdiririk? Məgər Allahın bütün bu qüdrət nişanələrini görmürlər? ) Onların Allahlarına olan rəğbətləri azalmır ki, Ona olan ümidlərə göz yumsunlar (və başqasına ürək bağlamırlar). Münacat və (Allah-təala ilə) razü-niyazlarının uzunluğu dillərinin ətrafını qurutmur, işlər onları məşğul etmir ki, pünhan səslər və Haqla olan razü-niyazları kəsilsin. İbadət və itaət üçün dayandıqları yerlərdə çiyinləri bir-birindən ayrılmır (hamılıqla çiyin-çiyinə ibadət sıralarına düzülüb Allaha ibadətlə məşğul olur və öz yerlərindən dönmürlər). (İbadətin əziyyətindən və itaətin çoxluğundan) rahatlıq və dinclik istəmirlər ki, Allah-təalanın əmr və fərmanından boyun qaçıraraq təqsirkar olsunlar. (Çünki əziyyət və rahatlıq heyvani mə¬zacın tələbatlarındandır və mələklər belə sifətlərdən azaddır.) Onların (ibadətdə) qərar və səylərinə anlaşılmazlıq və unutqanlıq qalib gəlməz və məkr və yalan, oxlu şəhvətlər, nəfsi istəklər onların (itaətdəki) səy və zəhmətlərini yox edə bilməz. (Çünki mələklərin şəhvət qüvvəsi yoxdur ki, ona aldanaraq ibadətdən əl çəksinlər.) Ərş sahibini (Allah-təalanı) ehtiyac günü üçün ehtiyat saxlayrılar. Yaratdıqları ondan üz döndərib məxluqata üz tutduqları vaxt belə onların meyl və rəğbətləri Onadır. Ona ibadətin ən yüksək, son həddinə çatmırlar.(Qur’ani-Kərimin Həcc surəsinin 5-ci ayəsində buyurulur: وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ «Yer üzünü qupquru, otsuz gِrərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bitki yetirər.» ) Mələklərin Allaha ibadət və itaətlə məşğul olmaq şövqü və sevgisi onların qəlblərində olan məhəbbətdəndir. Bu məhəbbət onlardan heç vaxt ayrılmayan Onun rəhmətinə ümiddən və əzabının qorxusundan ibarətdir (həmişə xof və ümid içində olar və bir an belə ibadətdən ayrılmazlar). Onların nəzərində əzab xofunun və qorxusunun səbəbləri aradan getməyib ki, öz xidmət və səylərindən əl çəksinlər və süstləşib tənbəlləşsinlər. (Dünyəvi) tamahlar onları əsir-yesir etməyib ki, (dünyadakı) səy və zəhmətlərin çoxluğunu (əbədi axirət səadətini qazanmaq üçün olan) ciddi-cəhddən üstün tutsunlar. Öz etdikləri əməlləri və yerinə yetirdikləri ibadətləri böyük sanmadılar (ki, bu səbəbdən məğrurlaşaraq öz əməllərinin mükafatına ümid etsinlər). Əgər böyük sansaydılar, (ibadətələrinin mükafatına olan) ümidləri cürbəcür qorxu və xofu onlardan götürərdi. (Ancaq onlar həmişə qorxu və xof içindədirlər.) Şeytanın hakimiyyəti cəhətdən onların Allahları barədə ixtilafları olmamışdır. (Şeytan onları ələ keçirməyib ki, Allah-təala barədə bir-birinin ziddinə söz söyləsinlər.) Ayrılıqları və bir-birinə düşmənçiliyin pisliyi onları ayırmamışdır. Bir-birinə paxıllıq və kin onlara yaxın düşməmişdir. Cürbəcür şəkk və şübhələr onları dəstə-dəstə etməmiş, əzm və iradələr, qərarlar onları bir neçə yerə bölməmişdir. (Böyük əzm və iradələri Allaha ibadət və itaətə sərf olunur.) Mələklər imanın əsir-yesiridirlər. (Belə ki, ondan əl çəkib ilahi əmr və fərmanın ziddinə rəftar etmələri qeyri-mümkündür.) Meyl, (haqdan) dönmə, (ibadətdə) süstlük və tənbəllik onları imandan ayrı salmamışdır. Göy qatlarında bir qabıq yeri (qədər belə yer) yoxdur ki, orada səcdə edən bir mələk və ya tələsik (Allahın əmrini yerinə yetirməyə) çalışan, səy göstərən mələk olmasın. Allahlarına ibadətin və itaətin çoxluğu nəticəsində elmlərini və yəqinliklərini artırırlar. Allahlarının izzəti və qüdrəti qəlblərindəki əzəmət və böyüklüyü çoxaldır.(Necə ki, Qur’ani-Kərimin Zuxruf surəsinin 10-cu ayəsində buyurulur: «الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ» «O Allah ki, orada yerlə؛əsiniz deyə yeri sizin üçün be؛ik kimi açdı və istədiyiniz yerə gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı ki, bəlkə doğru yola çatasınız.» )
    Bu xütbənin bir hissəsində yerin yaradıl-ması və su üzərinə sərilməsi bəyan edilir
    (Bu o demək deyil ki, Adəm bu i؛i gِrməyə məcbur idi və ondan uzaqla؛maq gücündə deyildi. اünki Allah-təalanın elmi məlumun səbəbi deyil və bu, Adəmin həmin i؛i mütləq gِrməli olmasına səbəb ola bilməz. Allahın elmi məlumu gِstərir. Belə olmasaydı, onu bu i؛inə gِrə danlayıb qınamazdı. O da günah və itaətsizliyi ِzünə aid etməzdi. Qur’ani-Kərimin Ə’raf surəsinin 22 və 23-cü ayələrində də belə buyurulur: «فَدَلاَّهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَاتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ قَالاَ رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ» ھeytan Adəm və Həvvanı aldatdı. Adəm və Həvva o ağacın meyvəsindən daddıqda libasları dü؛dü. Ayıb yerləri gِründü. Onlar Cənnət yarpaqlarını bir-birinə yapı؛dıraraq ayıb yerlərinin üstünü ِrtməyə ba؛ladılar. Rəbbi onlara müraciət edib buyurdu: «Məgər sizə bu ağacın meyvəsini yeməyi qadağan etməmi؛dimmi? ھeytan sizin a؛kar dü؛məninizdir, deməmi؛dimmi?» Dedilər: «Ey Rəbbimiz! Biz ِzümüzə zülm etdik. Əgər bizi bağı؛lamasan və mərhəmət etməsən, biz, ؛übhəsiz ki, ziyana uğrayanlardan olarıq». Bu incə məqam, kitabın I hissəsində 1- ci xütbənin Adəm barəsindəki parçasının ؛ərhində verilməyib və burada xatırladıram: ھiə alimlərin əqli və nəqli dəlillərinə, ortaq fikirlərinə əsasən peyğəmbərlərin əleyhimus-salam ِmürlərinin əvvəlindən axırlarına qədər mə’sum və hər bir kiçik və ya bِyük günahdan pak olduqları sübuta yetirilmi؛dir. Deməli, Allah-təalanın həmin ağacın meyvəsini yeməyi Adəmə qadağan etməsi tənzihi qadağa, ba؛qa sِzlə müstəhəb və daha üstün əməli tərk etməkdir. Adəm o meyvəni yedikdən sonra ِzünü zülmkar və ziyankar adlandırmasına, yaxud da Allah-təala ba؛qa bir yerdə də Qur’ani-Kərimin Taha surəsinin 121-ci ayəsində: وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى «Adəm Rəbbinin müstəhəb gِstəri؛ini yerinə yetirmədiyinə gِrə Behi؛tdə qalmadan faydalanmadı» buyuraraq onu günahkar adlan¬dırmasına gəlincə isə mənası budur ki, peyğəmbərlər və onların vəliləri yax؛ı və üstün i؛lərdən uzaqla؛mağı bِyük, hər bir ibadəti isə kiçik saysınlar. )
    Böyük Allah yeri (yerin çoxunu) erkək heyvanın öz dişisinə hücum edərkən həyəcanlandığı kimi çalxalanan (su) dalğaların arasında erkək heyvanların şəhvani həyəcan və məst vaxtı ağzı köpükləndiyi tək biri digərini itələyən əzəmətli dalğaları təlatümdə olan su ilə dolu dənizlərdə batırdı. Sonra təlatümlü su ona sərilən yerin ağırlığı altında həyəcan və dikbaşlıqdan əl çəkdi və təvazökarlıq yolunu seçdi. Yer onun içinə bataraq sərildikdə dalğanın həyacanı və enib-qalxması sakitləşdi. Öz çiyinləri ilə (ətrafları ilə) suyun üzərində çevrildikdə (yerləşdikdə) su (dalğaları) zəlil oldu və sındı (sakitləşdi). Dalğaları səs-küy və qovğadan sonra sakitləşərək məğlub oldu və boynunu cilovun dəmir halqalarına qoyaraq itaətcil oldu. (Qısası, torpağın suda yerləşməsindən sonra onun çalxalanması dayandı və dalğaları sakitləşdi.) Yer çox dalğalı suyun arasında yerləşib onu təkəbbür, boyun əyməmək və böyüklükdən (öz dalğalarının coşub daşması nəticəsində səs-küy salmaqdan) saxladı. Sürətlə axmasına (altına-üstünə çevrilməsinə) mane oldu. Su yüngülləşmə və enişlərdən sonra öz yerinə oturdu. Boyun əyməmək və sıçrayışdan (bir-birinin üstünə çevrilməkdən) sonra yerin ətrafını bürüdü. Onun həyəcanı yerin aşağı nahiyələrində sakitləşdikdə Allah-təala böyük və uca dağları onun çiyinlərində (kənarlarında) yerləşdirdi. Yerin yuxarılarından su çeşmələrinin yolunu açdı və geniş çöllərə, onun ətrafına, yan-yörəsinə yaydı. Yerin hərəkətini bərk, böyük və hündür daş parçasından olan hərəkətsiz dağlara görə sabit etdi. Yer də dağların onun səthinin kənarlarına batması, dərinliklərinə sancılması, onun çökəklik və hündürlüklərində yerləşməsi nəticəsində hərəkətdən və silkələnmədən aramlıq tapdı. Allah-təala göylə yerin arasını geniş açaraq havanı onun sakinlərinin nəfəs alması üçün hazırladı. Yer əhlini (onun üzərində yaşamaq üçün) bütün ehtiyaclarını ödəyən şeylərlə birgə yaratdı. Sonra hündür olduğuna görə su çeşmələrinin enib çatmadığı və kiçik çayların yüksəkliklərinə yol tapmadığı bitkisiz torpaqları öz ixtiyarına buraxmadı. Onun ölmüşlərini diriltmək üçün havada yaranan buludu xəlq etdi ki, (yerə su versin) onun bitkilərini cücərtsin.(Peyğəmbərliyi Həzrət Məhəmmədin pak vücudu ilə ba؛a çatdıraraq ِz dinini təkmillə؛dirdiyindən heç kəsə üzrxahlıq yeri qoymadı və günahkarlar üçün əzabı qaçılmaz etdi.) Yer üzərinə yağmaq üçün hazır və bir-birindən aralı, dağınıq olan parlaq bulud parçalarını birləşdirdi. Beləliklə, çox sulu ağ buludlar təlatümə gələrək yağmağa hazır oldu. Dirildilmiş dairəvi buludların ətrafında Onun işığı parıldadı, işığı böyük ağ bulud parçaları ilə üst-üstə düşüb qurtarmamış dalbadal yağan buludları göndərdi. Ağırlığı səbəbindən aşağı enməyə meylli olan yağış yerə yaxınlaşdı və cənub küləyi buludu ardı-arası kəsilmədən hərəkət etdirərək yağışını çıxardı (heyvanların döşündən süd sağan kimi sağdı). Sonra bulud (ağır yüklü dəvə sinəsi üstə yerə çökən kimi) öz sinəsini və ətraflarını yerə söykədi (yağış yağdı). Özündə olan çoxlu suyu aşağı axıtdı. Allah-təala quru çöllərə otlar, boş dağlarda isə təzə-tər ələflər bitirdi.(اünki gِzlə gِrünməyən və ya gizli məxluqların yaradılması, onların hər birinin yeti؛dirilməsi və bütün halətlərində hikmət gِstərilməsi onların həqiqətlərini biləndən, tərəfindən olduğu ağıla sığmazdır. Qur’ani-Kərimin Mulk surəsinin 13 və 14-cü ayələrində də belə buyurulur: وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ «Ey Qürey؛ kafirləri, istər Peyğəmbər barədə olan sِzünüzü gizli saxlayın, istər açıq deyin, Allah üçün heç bir fərqi yoxdur. Olanları dilə gətirməmi؛dən ِncə biləndir. Məgər sinələri yaradan onda olanları bilməzmi? Allah hər ؛eyi incəliyinə qədər biləndir, hər ؛eydən xəbərdardır!» İbn Əbil Hədid burada gِzəl sِz demi؛dir: «Allah-təalanın sِzündən ba؛qa bu gِzəllik, əzəmət və bِyüklükdə bu sِzə bənzər bir sِz e؛itməmi؛əm. اünki İmam əleyhis-salamın kəlamı həmin ağacın bir budağı, o dənizin bir axarı və həmin atə؛in bir ؛ِləsidir. Sanki Qur’ani-Kərimin Ən’am surəsinin 59-cu ayəsini ؛ərh etmi؛dir: وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لاَ يَعْلَمُهَا إِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَ حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْض وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ «İnsanlardan gizli olan qeybin xəzinələri və ya açarları Onun yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa, bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum əkilməyib, elə bir quru və yaş yoxdur ki, məhz açıq-aydın kitabda olmasın və Allahın elmi ona şamil olmasın!» ) Beləliklə, yer üzü zinət verilmiş çəmənlikləri ilə şadlanar (gözəl görünər), üzərində bitib və onu bəzəyən parlaq və təzə-tər tumurcuq və güllərlə fəxr edib öyünər (yam-yaşıl olar). Allah-təala həmin bitkiləri insanların azuqəsinə və heyvanların ruzisinə çevirdi, (istədikləri hər bir yerə gedib gəlmələri üçün) yerin ətrafında geniş yollar açdı. Yolların arasında gedib-gələnlər üçün (ulduzlar və dağlar kimi) əlamətlər, nişanələr qoydu (ki, ətraf aləmə yol tapa bilsinlər).(Bu cümlədə yaradanın böyüklüyü, əzəməti müqabilində məxluqun mədh və ibadətinin çox kiçik olmasına işarə edilir ki, məxluq nemətə şükrünü, ibadət və itaətini davam etdirməklə bir an belə qəflətə qapılmasın. )Allah-təala yeri açdıqdan sonra insanı yaratmaqla öz əmrini yerinə yetirdi. Adəm əleyhis-salamı seçdi və onu bütün digər məxluqlarından üstün, fəzilətli etdi. Onu özünün ilk məxluqu edərək cənnətdə məskunlaşdırdı. Orada ruzisini bol etdi. Yeməyi qadağan olan şeyi ona tapşırdı, bu işi görməyinin günah və itaətsizlik olduğunu, məqamına təhlükə, ziyan vura biləcəyini ona öyrətdi. Sonra Allahın əvvəlcədən onun barəsində olan elminə uyğun olmaq üçün Adəm Allah-təalanın qadağan etdiyi işi gördü.(Çünki Sənin evinin qapısı həmişə açıq, nemət süfrən həmişə sərilmiş və bəxşiş, səxavət əlin isə bütün əllərdən yüksəkdədir. ) Tövbə etdikdən sonra Allah yer üzünü onun nəsli ilə abadlaşdırmaq, onu (onunla olan və ya sonradan dünyaya gələcək) bəndələrinə höccət (dəlil-sübut) və (başlanğıca və məada) yolgöstərən etmək üçün Adəm əleyhis-salamı yerə endirdi. Onun ruhunu aldıqdan sonra insanları sübut və dəlillə möhkəmlənən Allahı tanımaq məsələsində öz başlarına buraxmadı. Biri-birinin ardınca Onun əmrlərini çatdıran peyğəmbərlərinin, seçilmişlərinin dilindən göndərdiyi dəlil və sübutlarla onlardan əhd-peyman aldı. (Onları doğru yola yönəltdi.) Bu minvalla peyğəmbərimiz Məhəmməd (səlləllahu əleyhi və alih) vasitəsilə hüccətini tamama yetirdi və üzrxahlıq yeri qoymadı. Bununla qorxutmalarına da son verdi.(Burada cəddim Əmirəl-möminindən ruhlanaraq o Həzrəti Allah dərgahında vasitə qərar verir və ahu-zarla fəryad çəkərək deyirəm: «İlahi Pərvərdigara, mənim xətalarım çox, günahlarım saysızdır. Sən bağışlayan, rəhimli, əziz və kərimsən. Mənim xətalaramı bağışla, günahlarımdan keç. Bu şərafətli kitabın tərcümə və şərhini möhtaclıq və ehtiyac günümün azuqəsinə çevir. يا مَنْ لا يُرْجى إِلاَّ هُوَ Ey o kəs ki, Ondan qeyrisinə ümid olunmaz». ) Ruziləri təyin etdi (ölçüsünü müəyyənləşdirdi), onu azaldıb çoxaltdı və (bəndələri arasında) azlıq və bolluqla böldü. Bu bölgüdə ədalətlə rəftar etdi (hər kəsə Öz hikmətinə və məsləhətinə uyğun, onun bacarığı müqabilində bağışladı) ki, ruzi qazanmağın asanlıq və çətinlikləri ilə istədiyi hər kimsəni sınağa çəksin, bununla da varlıların şükrünü və yoxsullarının səbrini yoxlasın. (Görsün ki, varlılar şükr, yoxsullar səbr edirmi?) Sonra ruzilərin bolluğunu yoxsulluq və pərişanlığın çətinliklərilə yanaşı qoydu. İnsanların sağlamlıqlarını qəfil xəstəliklərlə bağladı və böyük şadlıqları boğaz qurudan qüssə, kədərlərə çevirdi, (varlını kasıb, sağlamı xəstə və şadı qəmgin etdi). Ömürləri müəyyən edib bəzilərinə uzun, bəzilərinə isə qısa ömür verdi. Bəzilərini qabağa, bir dəstəsini təxirə saldı və ölümün (batmaq, yanmaq, xəstəlik, öldürülmək və bu kimi) səbəblərini yaratdı. Ölümü (quyudan vedrə çəkən kimi) ömürlərin uzun kəndirlərini kəsənə və onların düyünlənmiş qısa iplərini qırana çevirdi (ki, ömürlərinin uzunluğuna ümidvar olan qüvvətli insanlar bilsinlər ki, ölüm güclü və zəif tanımır).
    (İmam əleyhis-salam bu fəsildə dərin mənalı bəlağət və fəsahətin ən yüksək həddi olan sözlərlə Haqq-təalanın bütün növ məxluqlarından söz açaraq eşidənləri Allahın işlərinin xırdalıqlarını belə bilməsindən agah edir(Və onu əmir, xəlifə seçin. اünki Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu dünyadan köçməsindən sonra haqsız olaraq hakimiyyətə gələn xəlifələr Peyğəmbərin sünnə və yolunu dəyişərək beytülmalı rəiyyət arasında ədalət və düzgünlüklə bölmədilər. Əksinə, ürəkləri istədiyini edib ərəbi əcəmdən və güclünü zəifdən üstün tutdular. Osman özünün Bəni-Üməyyə qəbilsindən olan qohum-əqrabasını camaatdan üstün tutaraq uzun illər bu minvalla rəftar etdi və camaat Peyğəmbərin adətlərini, yolunu unutdu. İndi də gəlib İmam əleyhis-salama bey’ət etməkdə məqsədləri bu idi ki, o Həzrət də özündən əvvəlki üç xəlifə kimi rəftar etsin. O böyük şəxsiyyət dəlil-sübutun tamam olması və Həzrət Peyğəmbərin yoluna zidd iş tutmayacağını və onların isə bey’ətlərini pozacaqlarını bilmələri üçün bu sözləri buyurmuşdur. Buna görə də «O Həzrət Allahın peyğəmbəri tərəfindən xəlifəliyə təyin olunsaydı, həqiqətən İmamlıq və əmirlik ona məxsus olardı, bu yolda dayanmaq ona vacib olardı, belə olan halda, necə istefa verə bilərdi?» demək doğru olmazdı. Çünki İmam əleyhis-salam onların son nəticədə əhd-peymanlarını pozacaqlarını və onunla birgə olmayacaqlarını bildiyinə görə bunları buyurur. ) və buyurur:)
    Allah-təala öz sirlərini gizlədənlərdən, bir-birilə yavaşdan danışanların gizli söhbətindən, zənn və gümanlarla ürəklərdə olan fikirlərdən, əminliklə çıxarılan qərarlardan, gözucu oğruncasına və yavaşca (başqası hiss etmədən) baxılan baxışlardan, ürəklərdə gizlənəndən (heç kəsin agah olmadığından), hicab və pərdələrlə örtülmüş (heç bir kəsə aşkar olmayan), görünməz şeylərdən qulaq dəliklərinin oğruncasına və yavaşdan eşitdiklərindən, yayda kiçik qarışqaların, qışda isə həşəratların və gəmiricilərin özünə yer tapdığı deşiklərdən xəbərdardır. Övladları ilə aralarına ayrılıq düşən qadınların ah-nalə səsləri və hönkürtülərindən, (addımlayanların) addımlarının ahəstə səsindən, meyvələrin ağacların damar və köklərinin qılaflarındakı yetişmə yerindən, dağların mağara və dərələrində heyvanların gizləndiyi yerlərdən, ağcaqa¬nadların ağacların gövdə və qabıqlarında gizləndiyi yerlərdən, yarpaqların budaqlara (ağac budaqlarına) bitişdiyi yerdən də agahdır. Bellərdən çıxıb qanla qarışmış nütfələrin yerləşdiyi bətnləri, havada qabarmış buludları və onların birləşdiyi yeri, buludların üst-üstə yığıldığı yerdə yağış dənələrinin yağmasını, burulğanların yer üzünü örtdüyünü (toz-torpaq və çör-çöpü), yağışlardan törəmiş sellərin məhv etdiklərini (bina, imarət və bu qəbildən tikililəri), həşəratın qumsallıqlarda hərəkətini və batmasını, quşların uca dağların başındakı yuvalarını və xoşsəsli quşların qaranlıq yuvalarında nəğmə oxumalarını da bilir. Dənizdəki dalğaların yetişdirdiyi sədəflərin arasında olanlardan (ləl və mərcandan), gecə qaranlığının örtdük¬lərindən, yaxud günəşin üzərinə saçdıqlarından, ardı-arası kəsilmədən qaranlığın pərdələrindən və işıq üzərinə parıltıları düşənlərdən, hər addımın nişanəsindən və hər hərəkətin asta səsindən, hər sözün sədasından və hər dodağın tərpənməsindən xəbərdardır. Hər canlının yerini, hər zərrənin çəkisini, əzm və iradəsi olan hər nəfəsin səsini və hay-huyunu, meyvə ağaclarını və ya ağacdan düşən yarpaqları, yaxud bətnin və nütfənin yerləşdiyi və ya qanın toplaşıb bağlanaraq ət tikəsi kimi olduğu yeri və ya məxluqun surətinin yaranaraq doğulması kimi yer üzərində olan hər şeyi bilir. Bu elm və biliyin Ona (insanda olduğu kimi) məşəqqət və əziyyəti olmadı, yaratdıqlarını qoruyub-saxlamaqda heç bir maneə ilə üzləşmədi. Məxluqların işlərini idarə etməkdə yorulmadı, süstləşmədi, əksinə, Onun elmi bütün yaradılanları əhatə edir. Ədaləti onları bürüyüb, fəzl və kərəmini onların halına şamil edib. Onun məqamına layiq olan (Allahı tanıma, ibadət, nemətə şükr etmə və təşəkkürü) dərk etməyənlərin təqsirlərindən keçdi.(«Nakisin»lə, yəni, öz əhdlərini pozan Təlhə, Zübeyr və digər «Cəməl» qoşunu ilə döyüş, «Qasitin»lə, yəni, Həzrətə düşmən kəsilmiş Müaviyə və Şam qoşunu ilə müharibə, «Mariqin»lə, yəni, kafir olmuş Nəhrəvan xəvaricilə döyüşlər kimi çətinliklərlə üzləşəcəyik. )
    (İmam əleyhis-salam Allaha həmd və şükr etmək, yaratdıqlarını vəsf etmək, əzəmətini və böyüklüyünü, kamal və cəlal sifətlərini bəyan etməklə başa saldı ki, Onu zahiri gözlə deyil, ürəyin gözü ilə görmək olar. O, Allaha münacat və razü-niyaz etmək niyyətilə ərz etdi:)
    Allahım, Sənsən gözəl vəsflərə və sonsuz nemətləri sayılmağa layiq olan. Əgər Səni (lütf və kərəmini) arzulayırıqsa, Sən arzuladığımızdan daha yaxşı və daha üstünsən. Əgər Sənə (rəhmət və əfvinə) ümid ediriksə, Sən ümidlərimizdən daha əziz və daha böyüksən.(Sizləri haqq-ədalət atına mindirib doğru yola çıxaracağam, Allahın, Peyğəmbərin istəyinin ziddinə söz danışmayacaq, bu yoldan kənara addım atmayacağam. ) İlahi, Sən elə bir şeydə (bəlağətli və aydın nitqdə) mənə qüdrət vermisən ki, onunla Səndən qeyrisini mədh edib Səndən başqa heç kəsə həmd-səna demərəm. Onunla bəhrəsiz və ümidsiz mövqelərə, şəkk və bədgüman yerlərə (məxluqun yanına) üz tutmaram. (Çünki onların özləri zavallı və möhtacdır.) İnsanların mədhindən və (Sənin nemətinlə) ərsəyə çatan məxluqlara tərif söyləməkdən dilimi sax-lamısan. İlahi, hər məddah təriflənəndən muzd, haqq umar. Mən Sənin rəhmət azuqələri və əfv xəzinələrinə yol göstərmənə (əta etdiyin ən böyük mükafata) ümidvaram. Xudaya, bura (təzim və tovhidlə məşğul olduğum yer) Sənə xas olan vahidliklə Səni tanıyan və buna görə də şükr və sənaya Səndən qeyrisini layiq bilməyən kimsənin yeridir. (Deməli, hər kəsin minbərə çıxmağa və oradan hər sözü danışmağa ləyaqəti çatmaz.) Mənim yoxsulluq və ehtiyacımın da yolu Sənədir ki, onun bədbəxtliyini Sənin fəzl və ehsanından başqa (heç bir şeylə) ödəmək olmaz, onun çətinliyini Sənin səxavət və bəxşişindən qeyri heç nə aradan götürməz. (Sənin zikrinə məşğul olduğumuz) Belə bir məqamda, Öz razılığını bizə yetir, əllərimizi Səndən qeyrisinə doğru yönəltmə. Çünki Sən istədiyin hər şeyə qadirsən.(Xülasə, İmam dəlil-sübutu tamam edir ki, bey’ət etdikdən sonra onların istəklərinə zidd iş görsə, «biz bilmirdik ki, sən belə edəcəksən, yoxsa sənə bey’ət etməzdik» deyə irad tutmasınlar. )

    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-11)
    Views: 754 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024