İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    91-ci xütbə
    İmam Əli əleyhis-salamın Osman öldürüldükdən sonra camaatın ona bey’ət etdiyi vaxt (hicrətin otuz beşinci ilinin zilhiccə ayının iyirmi beşində, cümə günü) buyurduğu kəlamlarındandır.
    Məndən əl çəkib başqasını istəyin.(Nəhrəvan müharibəsi başa çatdıqdan sonra buyurduğu məşhur xütbələrindəndir. Burada öz hünər fəzilətlərini şərh edərək onun göstərişlərinə uyğun rəftar etmələri, əmrlərinə tabe olmaları üçün öz məqamını cahillərə və qafillərə bəyan etmişdir. Daha sonra Bəni-Üməyyənin fitnə-fəsadları, onlardan hər birinin hakimiyyəti dövründə camaata yaradılan çətinlik və onların dövlətlərinin süqutu barədə xəbər vermişdir.) Müxtəlif sifətləri və rəngləri olan bir işə qol qoyuruq.(Təlhə və Zübeyrlə «Cəməl» müharibəsində, Müaviyə və qoşunu ilə «Siffeyn» döyüşündə və Xəvariclə Nəhrəvanda döyüşüb fitnə-fəsadlarının aləmi bürüməsinə mane oldum.) (Belə ki,) ürəklərin ona dözümü yoxdur (camaatın belə hadisələrə dözümü yoxdur) və ağıllar onun yükünü çəkməyəcəklər (inkar edəcəklər). Üfüqləri qara bulud (zülm, sitəm və bid’ət) bürüyüb (haqq-həqiqət günəşi onun altında gizlənib), aydın yol (İslam hökmlərinin həqiqəti) dəyişib. Bilin ki, mən sizin dəvətinizi (bey’ətinizi) qəbul etsəm, özümün bildiyim kimi rəftar edəcəyəm.(Hər yeri fitnə bürümüşdü və heç kəs nə edəcəyini bilmirdi. Çünki İslam əhli ona qədər qiblə əhli ilə müharibə etməyin hökmünü bilmirdi və buna cürət etmirdi. Necə ki, İbn Ömər, Sə’d ibn Malik və Əbu Musa və onlar kimiləri Həzrətin yanından uzaqlaşaraq dedilər: «Müsəlmanlar arasına düşən bu fitnədən çəkinmək və uzaq durmaq daha yaxşıdır.» )Və (xəlifəliyi qəbul edib işə başlasam) danışanın (nəfsi istəklərinə uyğun və şəriətə zidd olan) sözünə, (özümdən əvvəlki xəlifələrin yolu ilə getmədiyimə görə məni) məzəmmət edənin qınağına qulaq asmayacağam. Əgər məni buraxsanız (xəlifə seçməsəniz), sizlərdən (insanlardan) biri kimi olaram və bəlkə də sizlərin (haqsız xəlifənin nalayiq rəftarları barədə) sözlərinizə daha çox qulaq asaram (və hüququnuzu qoruyaram), özünüzə vali və hakim etdiyiniz şəxsin (İslamın buyurduqlarına uyğun əmr versə) əmrlərini daha yaxşı yerinə yetirərəm. (Buna görə də) mənim sizlərə vəzir və müşavir olmağım, əmir və hakim olmağımdan daha yaxşıdır.(Əqli və nəqli hökmə əsasən minbərə çıxıb «فَاسْئَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى» «məni tapmayacağınız vaxt gəlməmiş məndən soruşun» demək cürəti Əli ibn Əbu Talib və pak İmamlardan başqa kimsədə yoxdur. Çünki suallar müxtəlif və saysız-hesabsızdır. Bəziləri əqli, bəziləri nəqli, bir qismi aləmdə müşahidə olunana, başqa bir qismi isə qeyb aləminə, eləcə də keçmişə və ya gələcəyə, yaxud indiki zamana aid olur. Allah tərəfindən təsdiqlənmiş, elm-hikmət mənbəyi, kamal-mərifət çeşməsindən əvvəlkilərin və sonuncuların elmlərini öyrənmiş şəxsdən başqa heç kəs bu suallara cavab verə bilməz. )
    92-ci xütbə
    İmam Əli əleyhis-salamın xütbələrindəndir:(Fitnəkarlar hər yerdə fəsad törədərlər. Bəzən bir şəhərin əhalisini öz alovları ilə yandırar, bəzən həmin şəhərdən keçərək başqa bir şəhərin əhalisini yandırarlar) Allaha həmd və şükr etdikdən, Həzrət Peyğəmbərə salamdan son¬ra, ey camaat, mən fitnə-fəsadın gözünü kor qoydum.(O, Allah Peyğəmbərinə hörmətsizlik edərək onun iki nəvəsini - İmam Həsən və İmam Hüseyn əleyhiməs-salamı qətlə yetirdi, Allahın evini dağıtdı, səksən il İslamın minbərlərindən Əmirəl-mömininə hörmətsizlik edərək camaatı o Həzrətdən uzaqlaşmağa məcbur etdi. Bu çirkin əməli qəbul etməyənləri şəhərdən çıxardaraq yurdlarını viran qoydu. Peyğəmbərin sünnəsini bid’ət, bid’əti isə sünnə bilirdilər. Əgər Qüreyş, yəni, Bəni-Üməyyə Bəni-Abbasdan gördükləri bütün çətinlik, hərc-mərclik, zəlillik və çarəsizlikdən sonra O Həzrəti tapsaydılar, Onun ayaqlarına düşüb xəlifəliyi və hakimiyyəti qəbul edərək dünyadan zülm, sitəm, fitnə-fəsadın pasını silməsi üçün zar-zar ağlayardılar. Tarixçilərin nəql etdiyi məşhur bir hadisə deyilənləri təsdiqləyir: «Bəni-Üməyyənin son padşahı Mərvan ibn Məhəmməd Xorasan qoşununun sərkərdəsi olan Abdullah ibn Məhəmməd ibn Əli ibn Abdullah ibn Abbası gördükdə «ey kaş bu cavanın yerində, bu bayrağın altında Əli ibn Əbu Talib qoşuna rəhbərlik edəydi» demişdi.) Onun zülməti təlatümə çəkdikdən, çətinlikləri artdıqdan sonra məndən başqa heç kəsin bu fitnə-fəsadı (dəf etməyə) cürəti çatmırdı.(Əşyanın mənşəyidir, son deyil ki, Onun əvvəli olsun. Çünki əvvəli və axırı, sonu olmaq cismə xas xüsusiyyətlərdəndir və Allah bunlardan uzaqdır. Məni tapmayacağınız vaxt gəlməmiş (hər şeyi bildiyimə görə dini hökmləri və məsələləri) məndən soruşun.(Həzrət Adəm əleyhis-salamdan Xatəmül Ənbiya Həzrət Məhəmməd səlləllahu əleyhi və alihə qədər bütün peyğəmbərlərin ataları Allaha inanmış, şirkə, küfrə bulaşmamış və ailə məsələlərində ilahi qanunlara, şəriətə zidd rəftar etməmişlər. ) And olsun canım qüdrətinin əlində olana ki, bu zamandan qiyamət gününə qədər (baş verəcək) elə bir şeyi (bir xəbəri) məndən soruşmazsınız (ki, cavab verməyim) (hakimiyyətə gəlməklə insanların hidayətinə və ya azmasına səbəb olan) yüz nəfəri (bir qədər az və ya çoxunu) doğru yola yönəldənlər və yüz nəfəri azdıranlar barədə sorğu-sual etməzsiniz ki, sizə (dəvələri istədikləri yerə dartan sarbanlar kimi) həmin dəstənin dəvət edənləri, öndə gedənləri və qovanları (hakimləri), onların endikləri və yükləndikləri (toplaşma yerləri), onlardan ölənlər və öldürülənlər barədə xəbər verməyim (öncədən deməyim). Məni tapmasanız (aranızda olmasam), pis hadisələrlə, çətin işlərlə üzləşdikdə sual soruşduqlarınızın çoxu (çox məəttəl qaldıqlarından) başlarını yerə dikəcək (susacaq və bu pis hadisələrdən və çətin işlərdən çıxış yolunu tapmayacaqlar). Cavab verənlərdən çoxu da (cahilliklərinə və nadanlıqlarına görə, cavab verməyə) qorxacaq (aciz qalacaq). Bu o vaxt olacaq ki, sizin aranıza çoxlu müharibə, (onun fitnə-fəsadından) çətinlik düşəcək, (çarəsizlik və əlacsızlıqdan) dünya sizə dar gələcək, bəla günlərini (çətin vaxtları) uzun sanacaqsınız (hər bir saatı sizlərə bir gün qədər və daha uzun gələcək). Nəhayət, Allah-təala sizlərin içindən yaxşı əməl sahiblərinə qələbə nəsib edəcək. Fitnələr (camaata) üz tutduqda (batillə haqq, fəsadla doğru) səhv salınacaq, aradan getdikdə isə (fitnəkarlar məhv olacaq və camaat batildən, fəsaddan) hali olacaq. (Onda haqla doğrunu başa düşəcək, öz cahilliklərini və nadanlıqlarını etiraf edəcəklər, Çünki) fitnələr üz tutduqda (onların nadürüstlükləri) məlum olmaz, arxa çevirdikdə (aradan getdikdə) tanınarlar. (Nə qədər ki, fitnə-fəsad tüğyan edər, haqq gözə görünməz, onun alovu səngiyəndə haqq aşkara çıxar.) Fitnələr (hər yerdə) küləklər tək dolanarlar, bir şəhərə çatar və bir şəhərdən keçərlər.(Belə isə vaxtı qənimət bilərək fürsəti əldən verməyin ki, Allahın razılığını əldə etmək üçün bir iş görə biləsiniz. Çünki can bədəndən çıxandan sonra Allahın razılığını qazanmaq üçün iş görmək mümkün deyil. Qur’ani-Kərimin Rum surəsinin 57-ci ayəsində buyurulduğu kimi: فَيَوْمَئِذٍ لَّا يَنفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ «Qiyamət günü zülm edib kafir olanlara, ilahi gِstəri؛ə əməl etməyənlərə üzrləri heç bir fayda verməz və onların əzabı aradan qaldırılması üçün heç bir yolu yoxdur. اünki ora i؛ gِrmək məkanı deyil, ora sorğu-sual və hesab yeridir».  ) Agah olun, fikrimcə, sizin üçün fitnələrin ən təhlükəlisi (ən böyüyü və ən çətini) Bəni-Üməyyənin fitnəsidir.(Sِz buyurduqda ilahi hِkmləri bəyan edərdi. Hər hansı sِzü, əməli gِrüb sakit dayansaydı, bu, onun doğru, düzgün və icazə verilmi؛ olmasına dəlalət edərdi. ) O, kor və qaranlıq bir fitnədir. (Onda doğru qurtuluş yolu itib, dinə və dünyaya ziyanı açıq-aşkar görünür.) Onların hakimiyyəti hər yanı bürüyəcək, bəla və çətinlikləri (pərhizkarlara və şiələrə) məxsus olacaq. Həmin fitnələrə gözüaçıq baxan hər kəs (Bəni-Üməyyənin çirkin işlərinin əleyhinə çıxsa) bəla və çətinlik ona üz tutacaq. Kim buna göz yumsa (onların çirkin işlərinə iradını bildirməyib əmr və qadağalarına boyun əysə), bəla ondan uzaq olacaq (rifahda və əmin-amanlıqda) qalacaq. Allaha and olsun, məndən sonra Bəni-Üməyyə sizlər üçün (sağarkən sağıcını) dişləyən, əli-ayağı ilə (başına) vuran, təpikləyən və süd sağmağa qoymayan, soncuq atan qoca dəvə kimi pis hakimlər olacaqlar. (Xülasə, yaxşılara əziyyət verib öldürəcək, müsəlmanların beytülmalından haqqı çatanlara heç nə verməyəcəklər.) Daima sizlərə hakim kəsiləcəklər ki, onlara xeyir verən və ziyan vurmayanlardan başqa bir kəs (yer üzündə) qalmasın. (Onlara itaət etsinlər və ya ən azı məqsədlərinin əleyhinə söz danışıb addım atmasınlar.) Onların bəlası və hakimliyi (sizin üstünüzdən) kəsilməyəcək. Belə ki, sizlərdən birinin onlardan intiqam alması qulun sahibindən və tabe olanın tabe olduğu şəxsdən intiqam alması kimidir. (Onların əlaltılar satın almış qullarına bənzəyirsiniz ki, öz haqqınızı qoruya bilmirsiniz.) Onların pis, qorxulu, (müharibə, qantökmə, qarət, oğurluq və namussuzluğun adət olduğu) cahiliyyət dövrü camaatının rəftarına oxşayan fitnə-fəsadları sizlərə tuş gələcək. O fitnədən nicat və hidayət üçün nə bir əlamət, nə də (haqq yolu üçün) görünən bir nişanə vardır. Biz Əhli-Beyt o fitnələrin günahından nicat tapacağıq (fitnəkarların əməllərindən bezərək Allah-təalanın buyruqlarına uyğun rəftar edəcəyik) və həmin vaxtlar (kimsəni aşkarda haqq yoluna) dəvət edə bilməyəcəyik. Sonra Allah-təala onları zəlil və xar edib zorla (ətrafa) dartacaq (bəla və müsibətlə) dolu camdan su verəcək, kimsənin (Bəni-Abbasın) vasitəsilə dərini ətdən ayıran tək o fitnələri sizdən uzaqlaşdıracaq. Onlara qılınc (zərbəsindən) başqa bir şey hədiyyə etməyəcəklər və qorxu, xofdan başqa bir şey geyindirməyəcəklər. O zaman (Bəni-Üməyyənin hökuməti süqut edib hamısı zəif, gücsüz və zəlil olduqda) Qüreyş dünyanı və onda olan bütün şeyləri əldən verib onun yerinə bir dəvəni öldürmək qədər (bir saat) olsa belə, məni görməyi və bu gün onların bəzilərindən istədiyim və mənə vermədikləri bütün şeyləri onlardan qəbul etməyimi arzulayacaqlar.(Xülasə, onların qələbəsinin səbəbi birlikləri və rəislərinə tabe olmaları, sizin məğlubiyyətinizin səbəbi isə nifaq, ixtilaf və əmirinizə itaətsizliyinizdir. Deməli, müharibədə və hər bir i؛də uğurun amili əqidə, imanın doğruluğu və səhvliyi deyil, qəbilə ba؛çısının əmrlərini yerinə yetirmək üçün olan ümumi birlikdir. Belə olmasaydı, ؛irk əhli heç vaxt tovhid əhlinə qalib gəlməzdi. Ancaq kafirlərin, münafiqlərin çoxunun i؛lərdə müsəlmanlara, mِminlərə qələbə çaldıqlarını və ِndə olduqlarını gِrürük. )
    93-cü xütbə
    İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətlərinin xatırılandığı, peyğəmbərlər və vəsilərinin mədh edildiyi və sonda camaata öyüd-nəsihət verildiyi) xütbələrindəndir.
    Hər şeydən üstün olan Allahdır, uca himmətlilər belə Onu dərk edə bilməz və zəkalı insanların zirəkliyi ona çatmaz. (Zatının həqiqətinin əslini başa düşməzlər, çünki müəyyən bir hədlə məhdudlaşmır ki, onu dərk etmək mümkün olsun.) Əvvəldir və Onun üçün son yoxdur ki, axırına çatıl-sın.(Buna gِrə də ِz rəislərinə müti olub itaət edir və hər i؛də ِndə gedirlər. )
    Bu xütbənin bir hissəsi peyğəmbərlər (Həzrət Peyğəmbər və pak İmamlar) haqqındadır
    Allah-təala peyğəmbərləri ən üstün saxlanclarda (atalarının bellərində) əmanət saxladı və ən yaxşı yerlərdə (analarının bətnində) yerləşdirdi. Onları yaxşı bellərdən pak-pakizə bətnlərə köçürdü.(Səba - peyğəmbərləri təkzib etdiklərinə gِrə Allahın suyu onlara hakim qılaraq evlərini, bostanlarını batırdığı, onları ؛əhərlərə pərən-pərən saldığı Səba ibn Yə؛cəb ibn Yə’rəb ibn Qəhmanın ِvladlarından olan qəbilənin adıdır. Onların təfriqəsi ərəblər arasında zərbül-məsələ çevrilmi؛ və onlar həddən artıq dağınıqlığı «Əyadiyə Səba»ya - Səba ِvladlarına bənzətmi؛lər. ) Onlardan biri dünyadan getdikdə başqa birisi ondan sonra Allahın dinini yaymaq üçün ayağa qalxmışdır (ilahi hökmlərin təbliği ilə məşğul olmuşdur). Nəhayət, Allah-təala tərəfindən peyğəmbərlik və nübuvvət mənsəbi Həzrət Məhəmməd səlləllahu əleyhi və alihə yetişdi. O Həzrəti ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) və ən əziz köklərdə (bətnlərdə) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı və Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (Həzrət İbrahim əleyhis-salamın nəslindən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O Həzrət bütün peyğəmbərlərdən əfzəldir.) O, hərəmdə bəslənmiş və ucalıq, şərafətlə (bostanında) boy atmışdır. (Məkkeyi-Müəzzəmədə dünyaya gəlib tərbiyə almış-dır.) O ağacın uzun budaqları (on iki İmam) və hər kəsin əlinin çatmadığı bir meyvəsi var. O Həzrət pərhizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq çıraq, nur saçan ulduz və şöləsi bərq vuran çaxmaqdır. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət və yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran, hökmü və fərmanı ədalətli və düzdür. O böyük şəxsiyyətə elə bir vaxtda peyğəməbərlik verildi ki, uzun müddət idi ki, heç kəsə risalət verilmirdi və camaat öz vəzifələrini yerinə yetirməkdə doğru yoldan azmış, əvvəlki peyğəmbərlərin ümməti qəflət, nadanlıq içrə sərgərdan olmuşdu. (Allah-təala Həzrətə peyğəmbərlik verməklə onları doğru yola yönəltdi, azğınlıqdan xilas etdi.)
    (Ey Allah bəndələri,) Allah sizə rəhmət etsin, aşkar nişanələr (İmamlar əleyhimus-salamın fikirləri) əsasında əməl edin. (Çünki onlar azğınlıq zülmətində nicat və qurtuluş nişanəsi, çırağıdır). Bu, (sizi) Darüs-Səlama (əbədi cənnətə) dəvət edən işıqlı və aydın yoldur (dindir). Siz elə bir saraydasınız ki, (gözəl əməllərinizlə) Allah-təalanın razılığını rahatlıqla əldə edə bilərsiniz. (Nə qədər ki, bu dünyadasınız və fürsətiniz var, əbədi cənnətə ehtiyat toplayın.) Elə bir yerdəsiniz ki, (əməl) dəftərləriniz açıq (hələ bağlanmayıb və möhürlənməyib) və (əməllərinizi qeydə almaq üçün yazanlardakı) qələmlər işdə, bədənlər sağ-salamat və dillər danışmaqdadır. (Çirkin əməllərə görə) tövbələr və (yaxşı) əməllər qəbul olunar.(Onlar camaatın ən yax؛ısı və itaətə ən layiq olanlarıdır. Qur’ani-Kərimin Ali-İmran surəsinin 110-cü ayəsində buyurduğu kimi: كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ «Siz, Məhəmmədin əhli-beyti və sizə tabe olanlar insanların ən yaxşısısınız. Qeyb aləmindən çıxmış və seçilmisiniz ki, yaxşı işlər görməyi əmr edib pis əməlləri qadağan edəsiniz və Allaha iman gətirəsiniz. Əgər kitab əhli də sizin kimi iman gətirib sizə tabe olsalar, əlbəttə, onlar üçün küfrdən daha yaxşıdır. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxıb iman gətirməyib.» Qısası, Məhəmməd ailəsindən qeyrisinin ardınca getmək zəlilliyə və azğınlığa səbəb olar. )
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-11)
    Views: 673 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024