İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    94-cü xütbə
    İmam Əli əleyhis-salamın (Peyğəmbər salavatullahın vəsfi barəsində) xütbələrindəndir.
    Allah-təala insanların (doğru yoldan) azaraq (öz işlərində) sərgərdan qaldıqları, səhv və bəsirətsizliklərinə görə fitnə-fəsad yoluna qədəm qoyduqları bir vaxtda Həzrət Məhəmmədə peyğəmbərlik verdi. (Yersiz) İstək və arzular onları yaxalamış, təkəbbür və xüdpəsəndlik onları yanlışlıqlara vadar etmiş, cəhalət və nadanlıqları onları quşbeyin və qanmaza çevirmişdi. Belə ki, pərişan və öz işlərində narahat (idilər), nigarançılıq və nadanlığa mübtəla olmuşdular. Sonra Həzrət Mustafa (səlləllahu əleyhi və alih) (onlara) nəsihət etməyə çalışdı, doğru yolla hərəkət etdi, (onları) hikmət, bilik və gözəl öyüdlərə dəvət etdi (ki, bədbəxtlikdən qurtularaq dünya və axirət səadətini qazansınlar).
    95-ci xütbə
    İmam Əli əleyhis-salamın (Allah-təalaya həmd-səna edildiyi və Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – vəsf olunduğu) xütbələrindən biridir.
    Həmd olsun Allaha ki, əvvəldir (bütün varlıqların mənşəyidir), Ondan əvvəl bir varlıq yoxdur və axırdır (bütün yaradılmışların qayıdışı onadır). Ondan sonra bir şey yoxdur. (Əlamət və nişanələrə görə) görünən və aşkardır. Ondan daha aşkar bir şey yoxdur və (zatının əsli) gizlin və məxfidir. Ondan daha görünməz olan bir şey də yoxdur. (Başqa sözlə desək,) görünən və qüdrətlidir. Onun fövqündə bir şey yoxdur (bütün varlıqlar Onun güc və qüdrəti qarşısında acizdir). Əşyanın batinindən və onun cüziyyatından xəbərdardır. Heç nə Ondan (əşyaya) daha yaxın deyil.
    Bu xütbənin bir hissəsində Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfi verilir:
    Onun qərar tutduğu məkan (peyğəmbərlik verildiyi Məkkeyi-Müəzzəmə) ən yaxşı məkan, yetişdiyi yer (ilahi hökmləri yaydığı Mədineyi-Teyyibə) ən şərafətli yerdir. (O böyük şəxsiyyət) Kəramət və alicənablıq yataqlarında (ali məqamlı bellər və pak bətnlərdə meydana gəlmiş) və (hər cür zahiri və batini eyblərdən, nöqsanlardan təmiz, uca) sağlam daldanacaqlarda (böyümüşdür). Yaxşı əməl sahiblərinin qəlbləri Onun vurğunudur və (ağıllı insanların) gözlərinin bəbəyi heyranlıqla Ona dikilib (ki, bütün dünyanı başına almış azğınlıq və cəhalətdə nə etdiyini görsünlər. Gördülər ki,) Allah-təala o Həzrətin vasitəsilə çoxdankı kinləri məhv etdi (xalqın arasından yığışdırdı) və düşmənçilik atəşini söndürdü. (Əmirəl-mömininlə Salman kimi) iman qardaşları arasında ülfət və dostluq yaratdı, özününkülər (Həmzə ilə Əbu-Ləhəbin) arasına (İslama və küfrə görə) ayrılıq saldı. O böyük insanın zühuru və ərsəyə çatması ilə möminlərin zillət və çarəsizliyini başucalığına, şadlıq, üstünlük və böyüklüyə çevirdi, kafirləri isə bədbəxtliyə düçar etdi. Sözlərinin bəyanı və susmağının (da) dili var idi.(Qoşunun düzüldüyü və həzrət imam Həsən əleyhis-salamı on min nəfərə və Əbu Əyyub Ənsarini başqa on min nəfərə sərkərdə təyin edib, hər bir dəstə üçün başçı seçərək, yüz min nəfər əli qılınclı yığaraq Şama - Müaviyə ilə döyüşə getmək qərarına gəldiyi vaxt. )
    96-cı xütbə
    İmam Əli əleyhis-salamın (zülmkarın son nəticədə öz cəzasını görəcəyini, Allah-təalanın ondan sorğu-sual edəcəyini bildirdiyi, sonra öz qoşununu Müaviyə və qoşunu ilə müharibədə səhlənkarlıqlarına görə danlayıb qınadığı) kəlamlarındandır.
    Allah-təala zülmkara möhlət versə, onun sorğu-sualından heç vaxt keçməz. Yolunun ortasında, ağızın suyunu belə keçməyə qoymayan boğazı qurudan qəmli və kədərli bir yerdə (dünyadakı çətinliklər və ölümün ağır anlarında) pusqudadır. (Sanki onun yolunun üstündə dayanıb ki, onu lazım olan vaxtda cəzasına çatdırsın.) Agah olun. And içirəm canım güc və qüdrətinin əlində olana ki, bu dəstə (Şam qoşunu) sizlərə qalib gələcək. Bu, onların haqqa sizdən daha layiqli olmalarına görə deyil, əmirlərinin (Müaviyənin) batilini qazanmağa (fərmanını yerinə yetirməyə) tələsmələrinə və sizin mənim haqqım üçün gec tərpənmənizə görədir.(Şeqşeqiyyə dəvənin məst olduğu vaxt ağzından çıxıb səs salan, qoyunun ağ ciyərinə oxşar maddədir.  ) (Padşah və əmirin) ümmət və rəiyyətlər(i) hər an öz rəhbərlərinin zülmünün qorxusu ilə sabahı açırlar (ki, məbada itaətsizliklərinə görə cəzalandırsın). Ancaq mən səhərləri öz rəiyyətimin qorxusu ilə açıram (Allahdan qorxduğuma görə onlara zülmü rəva görmürəm, onlar isə mənə zülm edir, sözümə qulaq asmırlar.) Sizi düşmənlə cihada, döyüşə getməyə çağırdım, getmədiniz və (döyüşə getməyin xeyrini və getməməyin ziyanını) xatırlatdım, eşitmədiniz, gizlində və aşkarda sizi dəvət etdim, yerinə yetirmədiniz, öyüd-nəsihət verdim, qəbul etmədiniz. Siz burada olsanız da yox kimi deyilsinizmi? (Sözlərimi eşitməyib öyüdlərimdən faydalanmırsınız.)
    Sizlər qulamlar və rəiyyət olsanız da böyüklər və başçılar kimis-inizmi? (Özünüzü rəy sahibi hesab edərək mənim kimisinə itaət etmirsiniz) hikmətləri (və böyüklüyü, dünya və axirət səadətini əhatə edən sözləri) sizlər üçün deyirəm, (vəhşi heyvan kimi) ondan ürkürsünüz, sizlərə gözəl öyüdlərlə nəsihət verirəm, ondan uzaqlaşırsınız (qəbul etmirsinz). Sizləri fitnə-fəsad salanlarla (Şam əhli ilə) cihada rəğbətləndirirəm, sözüm sona çatmamış hamınızı Səba övladları kimi dağınıq görürəm. Öz məclislərinizə qayıdırsınız (gedib gəlirsiniz), bir-birinizi öz öyüdlərinizlə aldadırsınız (hər birisi başqasına «elə etmək, belə etmək lazımdır» deyir, ancaq özü isə bir addım belə atmır). Hər səhər erkən sizləri (düşmənlə döyüşə hazır olmağınız üçün şümşad çubuğu kimi) düzəldirəm, hər axşam əyilmiş kamanın arxası kimi üstümə qayıdırsınız (döyüşə getməkdən boyun qaçırırsınız). Öyüd verən aciz qaldı və qulaq asan (işi) çətin sandı. (Bundan sonra, belə rəftarla mənim nəsihətimin sizə təsiri yoxdur.) Ey bədənləri burada olanlar, ağılları isə tapılmayan, düşüncələri müxtəlif olanlar! (Bir yerdə toplaşıb ağılın göstərişinə əməl etməyən və işlərdə hər biri öz nadürüst düşüncələrinin ardınca gedənlər). Onlara (nifaq, ikiüzlülük və fikir ayrılıqlarına) görə başçıları (fitnə-fəsada) mübtəla və giriftar olanlar. Sizin əmiriniz (İmam əleyhis-salam) Allaha itaət edir. Siz isə onun göstərişinə uyğun rəftar etmirsiniz. Şam əhlinin başçısı (Müaviyə) Allaha qarşı günah və itaətsizlik edir, onlar isə onun mütiləridir. Allaha and olsun, istərdim ki, Müaviyə sizlər üçün sərraf kimi mənimlə alver etsin, (on gümüş dirhəmə bərabər olan) bir qızıl dirhəm verim və bir gümüş dirhəm alım, sizin on nəfərinizi məndən alsın və qoşunundan bir nəfər versin.
    Ey Kufə əhli, sizdə (rəftarınızda olan) üç şeyə və (əsla sizdə olmayan) iki şeyə görə qəmə, kədərə batmışam. (Sizdə olan üç şeyin birincisi budur ki,) qulağınız olsa da karsınız, (ikincisi) danışsanız da lalsınız və (üçüncüsü) gözünüz olsa da korsunuz (qulağınız, diliniz və gözünüz olsa belə, haqqı eşitmir, demir və görmürsünüz. Ancaq sizdə olmayan iki şeyin birincisi budur ki,) müharibə vaxtı (döyüşə girərkən) doğruluqda və dönməzlikdə azad insanlar kimi deyilsiniz (qorxu və ümidsizlikdən özünüzü düşmən qarşısında qul və nökər kimi göstərirsiniz, doğruluğa və azadlığa dəliliniz yoxdur) və (ikincisi) bəlada, çətinliklərdə etimad oluna biləcək həqiqi qardaşlar deyilsiniz. Əlləriniz torpağa bulaşsın (yoxsulluğa, pərişanlığa mübtəla olub xeyir görməyəsiniz!) Ey sarbanları uzaqlaşmış, bir tərəfdən toplaşanda başqa tərəfdən dağılan dəvələrə bənzəyənlər (sizin mənim ətrafımdan dağılmağınıza gəlincə isə) Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə və döyüş alovu şölələnsə, qadın (doğum zamanı) qarnındakı uşaqdan uzaqlaşdığı kimi Əbu Talibin oğlundan uzaqlaşıb dağılışacaqsınız. (Dağılışdıqdan sonra uşağın anasının qarnına qayıtması mümkünsüz olduğu kimi dağıldıqdan sonra sizləri toplamaq da qeyri-mümkün olacaq.) Mənim Rəbbim tərəfindən (öz doğru dürüstlüyümə) sübutum və dəlilim var, öz Peyğəmbərimin göstərişi ilə doğru yolla gedirəm (O Həzrət tərəfindən xəlifəliyə təyin olunmuşam), aydın və aşkar bir üsulla (müqəddəs İslam dininin buyurduğu kimi) rəftar edirəm (və öz gözaçıqlığımla səhv yollar arasından), haqq yolu tapmışam və onunla gedirəm. (Belə olan halda, necə ətrafımdan dağılışıb uzaqlaşır və sözlərimə əməl etmirsiniz?) Öz peyğəmbərinizin əhli-beytinə (Əmirəl-möminin və onun övladlarına) baxın və onların yolundan çıxmayaraq əməllərinə tabe olun ki, heç vaxt sizi doğru yoldan çıxarmaz, həlakət və azğınlığa qaytarmazlar.Əgər onlar (xəlifəlik, cihad və ya başqa işlərdə evdə) əyləşsələr (qiyam etməsələr), siz də (evinizdə) əyləşin (və onlara itaət edin), əgər ayağa qalxsalar (hər hansı işdə qiyam etsələr), siz də qalxın (onlara kömək və yardım edin) və onlardan önə keçməyin (öz bildiyinizə əsasən rəftar etməyin) ki, azğın və sərgərdan olarsınız. Və arxada da qalmayın (əmrlərindən və qadağalarından qəflətdə olmayan) ki, biçarə və həlak olarsınız. Mən Məhəmmədin (səlləllahu əleyhi və alih) səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. (Ona görə ki,) onların səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər. Alınları ilə üzləri arasında növbə qoymuşdular. (Gah alınlarını, gah da üzlərini torpağa qoyardılar.) Qayıdışı (qiyaməti) xatırlayaraq köz kimi yanardılar (iztirablı və narahat idilər). Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi (qabar bağlamış) idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və şiddətli küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər.
    97-ci xütbə
    İmam Əli əleyhis-salamın (camaatın Bəni-Üməyyənin zülm və sitəminə mübtəla olacağı barədə) kəlamlarındandır.
    Allaha and olsun, Bəni-Üməyyə (hakimiyyətləri dövründə) həmişə zülm edəcək, Allahın halal etmədiyi heç bir haramını qoymayacaq, pozmadıqları (müsəlmanlarla bağladıqları) heç bir əhd-peyman buraxmayacaqlar. (Müaviyə İmam Həsən əleyhis-salamla olan müqavilənin ziddinə rəftar etdiyi kimi, öz əhd-peymanlarına xilaf çıxarlar.) Zülm və sitəmlərinin daxil olmadığı, fəsad və pozğunluqlarının əhatə etmədiyi və rəftarlarının pisliyinin əhlini pərən-pərən salmadığı nə bir gildən düzəldilmiş ev, nə də yundan toxunmuş bir çadır. (Xülasə, nə bir şəhər, nə bir kənd və nə də bir biyaban) qalacaq. Camaat (onların zülm və sitəmlərinin ağırlığından) gözüyaşlı iki dəstəyə çevriləcəklər: Biri öz dininə (onların qorxusundan öz dini borclarına əməl edə bilmədiyinə) görə göz yaşları axıdacaq və başqası dünyasından ötrü (gözünün qabağında mal-dövlətini çapıb taladıqlarına və onun qarşısını almaq gücündə olmadıqlarına görə) ağlayacaq. Sizlərdən birinin onlardan birinə yardımı və xidməti ağası yanında olanda (qorxusundan) ona itaət edən, olmayanda isə (cəsarətlənərək) dalınca pis danışan nökərin öz ağasına xidməti kimi olacaq. (Sınaq məqamında aydın olacaq ki,) onların fitnə-fəsadları müqabilində sizlərin ən böyüyü Allaha hüsnü-zənni daha çox olandır (Onun istəyinə təslim və razı olandır). Allah-təala sizləri sağ çıxarsa (fitnə-fəsadlardan xilas olsanız), şükr edin, əgər (müsibət və çətinliyə) giriftar olsanız, səbr edin və dözümlü olun. Çünki (çətinliklərə dözən) pərhizkarlar və müttəqilər nicat taparlar (Allah onların əcrlərini puç etməz).
    98-ci xütbə
    İmam Əli əleyhis-salamın (dünyanın etibarsızlığı və ona ürək bağlamamaq barədə) xütbələrindəndir.
    Allah-təalaya verdiyi nemətlərə görə şükr edir, öz işlərimizdə Ondan kömək diləyirik. Bədənlərimizin (xəstəliklərdən) sağlamlığını istədiyimiz kimi din və əqidədə (xəstəlik, nadanlıq, azğınlıq və itaətsizlikdən) sağlam olmağımızı da Ondan istəyirik (bizi öz ixtiyarımıza buraxmasın ki, doğru yoldan azmayaq).
    Ey Allah bəndələri! Sizlərə, onu tərk etməyə meyliniz olmasa da (sizi tərk etməsini istəməsəniz də son nəticədə) sizi buraxan (və qiyamətdə sizə xeyri olmayan) və təzə qalmasını istəsəniz də bədənlərinizi köhnəldib çürüdən dünyadan əl götürməyi tövsiyyə edirəm. Sizlərlə dünyanın hekayəti yolla gedən və (sürətlərinə və iti getmələrinə görə) sanki yolu başa vurmuş, (uzaqdan görünən) bir nişanəni öz məqsədlərinə çevirib ona çatmış səyahətçilərin hekayətinə bənzəyir. (Bu dünyada sizin ömrümüzün tez keçməsi son mənzil olan ölümə çatmağınız kimidir.) Öz məqsədinə çatmaq üçün miniyini bacardığı qədər ən son məsafəyə çapmaq niyyətində olan süvari nə qədər də ümidvardır. Nəyə ümid edir o kəs ki, varlığı, mövcudluğu ondan əl çəkməyən (cəmi) bircə gündür və onu dünyadan ayırmaq üçün tələsik və sürətlə qovan, borcunu tələb edəni vardır. (Ölüm yaxasından yapışacağı və qaçmağa yolu olmadığı halda insan dünyanın nəyinə ürək bağlayır?) Dünyanın izzətinə və onunla öyünməyə ürək bağlamayın. Onun bər-bəzəyinə və nemətlərinə aldanaraq sevinməyin. Və onun əzab-əziyyətlərindən ahu-fəğan etməyin. Çünki dünyadakı izzət və onunla öyünmək aradan gedəcək, (dünyanın) bər-bəzək və nemətləri məhv olacaq, əzab-əziyyətləri sona yetəcək. Onda keçən hər zaman (istər yaxşı keçsin, istərsə də pis) sona çatacaq, onda olan hər canlı yox olacaq (öləcək. Deməli, ağıllı o şəxsdir ki, hər şeyi müvəqqəti olan dünyaya ürək bağlamasın). (Ölən və heç bir izi qalmayan) əcdadlarınızdan qalan nişanələrdən (xoşa¬gəlməz işlərdən) sizləri çəkindirəcək bir şey yoxdurmu? Dərindən düşünsəniz, (onların) keçmişlərində ibrət və öyüd yoxdurmu? Sizdən öncəkilərinizin bir daha qayıtmadıqlarını və onların canişinlərinin sağ qalmadıqlarını görmədinizmi? Gündüzü gecə, gecəni də səhər edən dünya əhlini müxtəlif hallarda görmürsünüzmü? Birinin öldüyünü və ona ağladıqlarını, başqasına (ölənin müsibətinə görə) başsağlığı verdiklərini, birinin xəstələnərək üzü üstə torpağa döşəndiyini və (dərdə) giriftarlığını, başqasının xəstəyə baş çəkməyə getdiyini, başqa birisinin can üstə olmasını, birinin dünyanı istədiyini və ölümün onun dalınca olduğu, başqasının (qiyamət gününün hesabından və sorğu-sualından) qafil və xəbərsiz olduğunu, Allahın isə ondan qafil olmadığını, vaxtın keçməsinin təsirindən qalanların da getdiyini (öncəkilər dünyanı tərk etdikləri kimi başqaları da öləcəkdir)...
    Agah olun! Çirkin işləri görməyə tələsərkən ləzzətləri viran qoyan, eyş-işrətləri pozan, arzuları qıran ölümü yada salın. Allah-təaladan Onun vacib haqqını (ibadət və itaət) yerinə yetirmək (buna hazır olmaq uçun) və saya-hesaba gəlməyən nemət, ehsan və yaxşılıqlarının çoxluğuna şükr etmək üçün kömək istəyin.
    99-cu xütbə
    İmam Əli əleyhis-salamın (özünün öldürüləcəyinə və qeybi xəbərlərdən olan Həzrət Sahib əz-Zamanın zühuruna işarə etdiyi) başqa bir xütbəsidir.
    Şükrlər Öz fəzilət və ehsanını məxluqlara səpən, səxavət və bəxşişini hamıya şamil edən Allaha məxsusdur. Ondan çatanlara (sağlamlıq, xəstəlik, şadlıq və əziyyət) görə şükr edir, əmrlərini (vacibat və müstəhəbatı) yerinə yetirmək üçün Ondan kömək istəyirik. Şəhadət veririk ki, Ondan başqa (sitayişə layiq) Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. Onu əmr və fərmanlarını aşkar edib (bəyan edib) Allahı xatırlatması (Allahı tanıtması) üçün göndərdi. O da əmanət və düzlüklə risaləti təbliğ etdi (ilahi hökmləri çatdırdı). Dünyadan yol göstərən kimi getdi və bizim aramızda Haqqın bayraq və nişanəsini (Allah yolunu göstərən Qur’ani-Kərimi və müqəddəs İmamları əleyhimus-salam) qoyub getdi. O bayraqdan önə keçən (Onun hökmlərinə nəyisə artırıb azaldan dindən) xaric oldu, müxalif olub itaət etməyən (o Həzrətin əməllərinə etinasız olan) həlak oldu. Onunla birlikdə olan isə Haqqa qovuşdu (səadət tapdı). O bayrağı saxlayan səbrlə və ağır-ağır söz danışar və bir işi görmək üçün gec yerindən qalxar, (çünki ağıllı adam hər işini fikirləşər və məsləhətlə söz danışıb addım atar və) qalxdıqda isə (düşündükdən sonra qalxmağı məsləhət gördükdə) tələsər (tez iş görər). (Zahiri xəlifəliyə təyin olunaraq düşmənlərlə döyüşdükdə və) sizlər Onun fərmanına boyun əydiyiniz, onu barmaqla göstərdiyiniz vaxt ölüm onu yaxalayacaq (məl’un İbn Mülcəm mübarək başının ortasına qılınc endirəcək) və bu səbəbdən də dünyadan köçəcək. Ondan (öldürülməsindən) sonra Allah-təalanın istədiyi bir müddət (Bəni-Üməyyə, Bəni-Abbas və onlardan sonrakıların hakimiyyəti) İlahinin sizi toplayaraq dağınıqlıqdan xilas edəcəyi kimsəni (Sahib-əz-Zaman əccələllahu fərəcəh) aşkar edənə qədər ləngiyəcəksiniz (bədbəxtlik, çarəsizlik və dağınıqlığa giriftar olacaqsınız). (Bütün işlərin nizamlanması üçün) dünyaya üz tutmayan (işlərin cilovunu əlinə almayıb xanənişin olan) aranızdakı İmama tamah salmayın (çünki Allah belə məsləhət bilib) və qeybdə olan İmami-Zamandan ümidinizi üzməyin. Çünki ola bilsin ki, Onun iki ayağından biri (zahiri hakimiyyəti) yerindən çıxaraq büdrəsin və digər ayağı (batini hakimiyyəti) yerində qalsın və (elə bir gün gəlib çatar ki,) sabitləşib güclənməsi (din və dünya işləri Onun vücudu ilə nizamlanması) üçün hər iki ayağı (zahiri və batini hakimiyyəti yerinə) qayıdar.
    Agah olun ki, Məhəmməd səlləllahu əleyhi və alihin ailəsi (müqəddəs İmamlar əleyhimus-salam) asimanda olan və biri batdıqda digəri çıxan ulduzlar kimidir. (Onlardan biri dünyadan getdikdə başqa birisi onun yerini tutar. Və yer üzü heç vaxt onların vücudundan uzaq olmaz.) Bununla da Allah-təalanın sizə olan nemətləri bütövlənəcək və arzu etdiyiniz sizə veriləcək (mütləq o Həzrətə yetişəcək, Haqq dövlətini görmək arzunuza çatacaqsınız).
    100-cü xütbə
    İmam Əli əleyhis-salamın (özündən sonra baş verəcək) ağır hadisələri ehtiva edən xütbələrindəndir.
    Odur hər bir əvvəldən əvvəl (başlanğıc, deməli, hər bir əvvəl Ondan sonra gəlir) və hər bir axırdan da son olan Allah (deməli, hər son olan da Ona qayıdır). Əvvəl (başlanğıc) olduğuna görə Onun əvvəli (başlanğıcı) olmamalıdır. (Yoxsa O, hər şeyin başlanğıcı olmazdı.) Son olduğuna (hər bir şey Ona qayıtdığına) görə, axırının olmaması vacibdir. (Yoxsa hər şey Ona qayıtmazdı. Qısası, əzəli və əbədidir, Ondan əvvəl bir şey olmayıb və sonra da bir şey olmayacaq.) Gizlində və aşkarda, ürəyin və dilin vəhdəti ilə (nifaq və ikiüzlülükdən uzaq olaraq) şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur.
    Camaat, düşmənçiliyiniz və mənə qarşı olmağınız sizləri günaha (sözlərimi təkzib etməyə) vadar etməsin. (Deyəcəyim şeylər barəsində) mənə itaətsizlik sizləri heyran və sərgərdan etməsin. Məndən bir şey (qeybdən xəbər) eşitdikdə gözlərinizi bir-birinizə dikməyin (heyrətə gələrək inkar etməyin). And olsun dənəni (yerin altından) yarana və insanı Ya¬radana ki, sizə xəbər verdiyimi (özümdən demirəm) Peyğəmbər səlləllahu əleyhi və alihdəndir. O, ümmi olub, (onun bütün buyurduqları ilahi vəhydir və kimsədən öyrənməyib) yalan danışmayıb və (onun buyurduqlarını) dinləyən (yəni, İmam əleyhis-salam) nadan olmayıb. (Xülasə, bu xəbər Həzrət Peyğəmbərə olan ilahi vəhydir) Sanki mən bir şəxsi (Müaviyəni və ya Əbdülməlik ibn Mərvanı) çox azğınlıq içrə Şama səs salırmış (camaatı toplayırmış) və öz bayraqlarını Kufənin ətrafına sancırmış kimi görürəm. Ağzını açan kimi (camaatı qılıncdan keçirər), cilovu dartılar, (çox dikbaş olar) və ayağını yerə daha möhkəm basar (zülmü hər yanı bürüyər). Fitnə və çaxnaşmalar dövrünün kişilərini dişlərinin dibinə qədər sancar (camaat qətl, qarət, dərd və kədərə mübtəla olar), müharibə dalğaları hərəkətə gələr (ağır müharibələr baş verər), gündüzlər (zülm və sitəmə görə) tutqun və qarmaqarışıq, gecələr isə (dərd və kədərdən) bağırları yaran olar. (Qısası, o azğın kişi Kufəni viran edərək camaatı bir dəqiqə belə asudə buraxmaz). O azğının (fitnə-fəsad toxumundan) əkini göyərəndə, onun budaqları boy atanda (camaata hakim kəsiləndə) onun şeqşeqiyyəsi səslənəndə (yəni, haqsız fərmanlar verəndə), qılıncının qığılcımları parlayanda (qudurğanlığı və özbaşınalığı ən son həddə çatanda və xofu güclü ürəklərə yol tapanda) xilası mümkün olmayan fitnə və fəsad bayraqları möhkəmlənər, qaranlıq gecə və dalğalı dəniz kimi (bir-birinin ardınca camaata) üz tutar. Belədir, Kufəni neçə qasırğalar yaracaq (viran qoyacaq) və üstünə ən güclü küləklər əsəcək (onda qanlar töküləcək). Az zamandan sonra bir dəstə başqa dəstənin üstünə düşəcək (bir-birilə toqquşacaqlar) və (insanlıq sünbülündən) ayaq üstə olan (güclü olan) biçiləcək (öldürüləcək). Biçilənlər (zəif və gücsüz olan, fitnəkarların əl-ayaqları altında) əziləcəklər. (Qısası, bir-birinin ardınca həlak olacaq, hər il fitnə-fəsad zəmilərində əkilən toxumlardan insan ölüləri göylərə sovrulacaq.)
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 743 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024