İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    329 Allaha yaxın
    1508. Allaha yaxın olanlar.
    Quran:
    «Və öndə olanlar. Bunlar yaxın olanlardır.»(Vaqiə, ayə 10-11 )
    «Amma (o) yaxın olanlardandırsa asayişdə, rahatlıqda və nemətlə dolu cənnətdə olacaq.»(Vaqiə, ayə 88-89 )
    «Yaxın olanların ondan içdiyi bir çeşmə.»(Mutəffifin, ayə 28 )
    Hədis:
    5209. Allahın Peyğəmbəri (s): «Allah buyurmuşdur: «Heç bir bəndə, vacib buyurduqlarımdan Mənimçün daha əziz olan bir vasitə ilə Mənə yaxınlaşmadı. Həqiqətən o, nafilə namazı ilə Mənə, onu sevməyimə qədər yaxınlaşar. Sevdiyimə görə onun qulağı olaram ki, onunla eşitsin, gözü olaram ki, onunla görsün, dili olaram ki, onunla danışsın və əli olaram ki, onunla zərbə vursun. Məni çağırsa ona cavab verərəm və əgər məndən bir xahiş etsə, ona verərəm.»(əl-Kafi, c. 2, səh. 352, hədis 7 )
    5210. İmam Əli (ə): «Doğru və gözəl yəqinlik sizlərlə olsun. Çünki bu ikisi, yaxın olanların ibadətlərinin ən üstünləridir.»(Qurərəl Hikəm, hədis 6159)
    5211. İmam Səccad (ə): «Sizlərdən Allaha ən yaxını, böyük əxlaq sahibi olanlardır.»(əl-Kafi, c. 8, səh. 69, hədis 24 )
    5212. İmam Sadiq (ə): «Allahın Davuda (ə) vəhylərindən biri də bu idi: Ey Davud! Həqiqətən, Allaha insanlardan ən yaxın olanı təvazökarlar, ən uzaq olan isə dikbaşlardır.»(əl-Kafi, c. 2, səh. 123, hədis 11 )
    5213. İmam Sadiq (ə): «Qiyamət günündə camaatın hesab-kitabı qurtarana qədər Allaha ən yaxın olan insanlar üç nəfərdir: qəzəbli olanda, gücü onu tabeliyində olanlara zülmə məcbur etməyən, iki nəfərin arasında yol gedən və arpa dənəsi qədər də onların heç birinə yaxınlaşmayan və öz ziyanına, xeyrinə baxmayaraq haqqı deyən.»(əl-Xisal, səh. 81, hədis 5 )
    1509. Allaha çatmaq.
    5214. İmam Əli (ə): «Kim Allaha çatmaq naminə dözsə, Ona çatar.»(əd-Dəvat, səh. 292, hədis 39 )
    5215. İmam Əli (ə)(Şəbaniyyə münacatında):–«İlahi! Hamıdan bütünlüklə qopmağı (nemətini) və yalnız Sənə üz tutmağı mənə nəsib et. Qəlbimizin gözlərini Özünə baxmağın nuru ilə işıqlandır ki, qəlblərimizin gözləri qaranlıq pərdələri yırtıb (Sənin) əzəmət və böyüklük mədəninə qoşulsunlar.»(İqbalul-Əmal, c. 3səh. 299 )
    5216. İmam Əskəri (ə): «Allaha çatmaq, gecənin miniyinə minməkdən qeyri bir vasitə ilə qət edilməyən bir səfərdir.»(Biharul-Ənvar, c. 78, səh. 380, hədis 4 )
    5210. Allaha yaxınlaşmağın vasitələri.
    5217. Allahın Peyğəmbəri (s): «Ey Əli! Bəndələr yaxşılıq etməklə öz xaliqlərinə yaxınlaşdıqda, sən ağıl işlətməklə Ona yaxınlaş ki, onlardan öndə olasan.»(Müşkatul Ənvar, səh. 251 )
    5218. İmam Əli (ə): «Bəndənin pak olan Allaha yaxınlaşması, onun niyyətlərini xalisləşdirlməsilədir (mümkündür).»(Ğurərul-hikəm, hədis 4477)
    5219. İmam Baqir (ə): «Allahın Tur dağında Musaya (ə) pıçıldadıqlarından biri də bu idi: Ey Musa! Öz qövmünə çatdır ki, yaxınlaşmaq istəyənlər Mənim qorxumdan ağlamaqdan qeyri bir şeylə Mənə yaxınlaşmadılar. Abidlər haram etdiklərimdən çəkinməkdən qeyri bir yolla Mənə ibadət etmədilər. Bəzənənlər dünyadan ehtiyacları olmadıqları şeylərə etinasızlıqdan qeyrisi ilə özlərini bəzəmədilər.
    Musa ərz etdi: Ey əzizlərin ən əzizi! Onları bu yolda nə sabitqədəm və möhkəm edər? Buyurdu: Ey Musa! Mənim qorxumdan Mənə yaxınlaşmağın yollarını axtaranlar yüksəkliklərin ən uca zirvələrindədir və onların (bu mərtəbədə) heç bir şərikləri yoxdur.»(Səvabul-Əmal, səh. 205, hədis 1 )
    330 Borc vermək
    1511. Borc
    Quran:
    «Kimdir o kəs, Allaha yaxşılıqla borc versin ki, (nəticəsini) onunçün ikiqat artırsın. Həm də ona gözəl bir mükafat olsun?»(Hədid, ayə 11 )
    Hədis:
    5220. Allahın Peyğəmbəri (s): «Kim (malı əlindən çıxdığına görə) qəmgin olana borc versə və onu geri almaqda güzəştcil olsa, əməli yenidən başlamışdır (günahı silinmişdir). Allah onun hər dirhəminin müqabilində, ona cənnətdən (dirhəmlərindən) min qintar (yüz rətl) əta edər.»(Səvabul Əmal, səh. 341, hədis 1 )
    5221. Allahın Peyğəmbəri (s): «Kimsə qardaşının ehtiyacı olarsa və o, borc verə biləcəyi halda bunu etməsə, Allah cənnəti ona haram edər.»(Əmali əs-Səduq, səh. 350, hədis 1 )
    5222. İmam Əli (ə): «Kim Allaha təvəkkül etsə, Allah onun təminatını ödəyər. Kim Allahdan istəsə, Allah ona əta edər və kim Allaha borc versə, Allah onu qaytarar. Kim Allaha şükr etsə, Allah ona mükafat verər.»(Nəhcül-Bəlağə, xütbə 90. )
    5223. İmam Əli (ə) (Əziz övladı Həsənə (ə) tövsiyəsindən): «Əgər elə bir kasıb görsən ki, sənin azuqəni qiyamət gününə qədər çiyninə çəkəcək və sabah həmin azuqəyə ehtiyacı olduqda sənə təhvil verəcək, eləsini qənimət bil, öz azuqəni onun çiyninə qoy. Nə qədər bacararsansa bu azuqə yükünü ağırlaşdır. Çünki ola bilər ki, gələn dəfə onu axtaranda tapmayasan. İmkanlı olsan və kimsə səndən borc istəsə, onun vücüdunu qənimət bil ki, kasıblığa düşəndə onu sənə qaytarsın.»(Nəhcül-Bəlağə, məktub 31.)
    5224. İmam Sadiq (ə): «Cənnətin qapısında yazılıb: «Borc (savabı) on yeddi qat, sədəqə on qatdır.» Səbəbi isə budur ki, borc ehtiyacı olandan qeyrisinə çatmaz, sədəqə isə ehtiyacı olmayana da çata bilər.»(Biharul-Ənvar, c. 103, səh. 138, hədis 2 )
    5225. İmam Sadiq (ə): «(Kimsəyə) Borc verməyi, həmin məbləğdə bəxşiş verməkdən daha çox sevirəm.»(Səvabul- Əmal, səh. 167, hədis 4 )
    1512. İmkansız borcluya möhlət vermək.
    Quran:
    «Əgər (sizə borclu olan) imkansızdırsa, vəziyyəti yaxşılaşana qədər (ona) möhlət verin. Əgər həqiqətən də ödəməyə imkanı yoxdursa, bilmək istəyirsinizsə, onu bağışlamaq sizin üçün daha yaxşıdır.»(Bəqərə, ayə 280 )
    Hədis:
    5226. Allahın Peyğəmbəri (s): «Kim kasıba möhlət verərsə, Allah Onun kölgəsindən başqa bir kölgənin olmadığı vaxt, ona Öz kölgəsində pənah verər.»(əl-Kafi, c. 8, səh. 9, hədis 1 )
    5227. Allahın Peyğəmbəri (s): «Kim möminə borc verərsə və imkanlı olana qədər (borcu geri almaqda) səbr edərsə, borcu ona qayıdanadək onun malı zəkat hesab olunmaz, namazda mələklərlə olar.»(Səvabul-Əmal, səh. 166, hədis 1)
    5228. Allahın Peyğəmbəri (s): «Kim duasının müstəcəb və qəminin uzaqlaşmasını istəyirsə, kasıba möhlət versin.»(Kənzul-Ummal, hədis 15398 )
    5229. Allahın Peyğəmbəri (s): «Qorxun kasıbın qarğışından!» (Kənzul-Ummal, hədis 15424 )
    5230. Allahın Peyğəmbəri (s): «Sənə borcu olanın, imkanı olduğu halda borcunu ödəməyə bəhanə gətirməyi rəva olmadığı kimi, onun kasıb olduğunu bildiyin halda, sıxmağın da rəva deyil.»(Savabul-Əmal, səh. 167, hədis 5 )
    331 İqtisadiyyat və mötədillik
    1513. İqtisadiyyat.
    5231. Allahın Peyğəmbəri (s): «Allah-taalanın öz bəndələrindən razılığının əlaməti, onların padşahlarının ədalətliliyi və qiymətlərin ucuzluğudur. Allah-taalanın bəndələrinə qəzəbinin nişanəsi isə, onların padşahlarının zalımlığı və qiymətlərin bahalığıdır.»(əl-Kafi, c. 5, səh. 162, hədis 1 )
    5232. İmam Sadiq (ə): «Müsəlmanların və İslamın davamlılığının amillərindən biri də budur ki, əmlak onun haqq və hüququnu tanıyan birisinin əlində olsun və onu xeyir işlərə sərf etsin. İslamın və müsəlmanların məhv olmasının bir səbəbi də budur ki, əmlak onun haqqını dərk etməyənin əlinə keçər və ondan xeyir işlər üçün istifadə etməz.»(əl-Kafi, c. 4, səh.25, hədis 1 )
    5233. İmam Sadiq (ə): «Qiymətlərin bahalığı əxlaqı pisləşdirər, əmanətə vəfalılığı aradan götürər və müsəlman insanı darıxdırıb biqərar edər.»(əl-Kafi, c. 5, səh. 164, hədis 6 )
    1514. Məişətdə mötədilliyin nəticəsi.
    5234. Allahın Peyğəmbəri (s): «Xərclərdə mötədillik, yaşayışın yarısıdır.»(Kənzul-Ummal, hədis 5434 )
    5235. Allahın Peyğəmbəri (s): «Kim mötədil olsa, Allah onu imkanlı edər»(Tənbihul-xəvatir, c. 1, səh. 167 ).
    5236. Allahın Peyğəmbəri (s): «Allah yanında heç bir xərc, mötədilliklə edilən xərc qədər əziz deyil.»(Biharul-Ənvar, c. 76, səh. 269, hədis 17 )
    5237. Allahın Peyğəmbəri (s): «Mötədillik, gözəl yanaşma, düzgün və bəyənilmiş üslub peyğəmbərliyin iyirmidən artıq hissəsindən biridir.»(Tənbihul-xəvatir, c. 1, səh. 167 )
    5238. İmam Əli (ə): «Mötədillik həyatı təminatlı edər.»(Biharul-Ənvar, c. 78, səh. 10, hədis 67 )
    5239. İmam Əli (ə): «Mötədillik az malı çoxaldar, israf isə çoxu yox edər.»(Ğurərul-hikəm, hədis 334, 335 )
    5240. İmam Əli (ə): «Kim mötədilliklə həyat sürsə, yaşayış xərcləri yüngül olar.»(Biharul-Ənvar, c. 71, səh. 342, hədis 15)
    5241. İmam Əli (ə): «İsraf məhv olmağın və mötədillik isə imkanlılığın səbəbidir.»(Biharul-Ənvar, c. 71, səh. 347, hədis 13 )
    5242. İmam Kazim (ə): «Heç bir mötədil insan möhtac olmadı.»(əl-Xisal, səh. 620, hədis 10 )
    5243. İmam Əskəri (ə): «Mötədilliyin bir əndazəsi var, əgər ondan aşılsa xəsislik olar.»(əd-Durrətul-bahirə, səh. 43. )

    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1204 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019