İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    332 Qisas
    1515. Qisas
    Quran:
    «Qisasda sizin üçün həyat vardır, ey ağıl sahibləri! Bəlkə, təqvalı olasınız.»(Bəqərə, ayə179 )
    «Bu haram ay, o haram olan ayın müqabilindədir. Hörmətsizliyin qisası var. Sizə qarşı həddini aşana, siz də həmin ölçüdə həddi aşın. Allahdan qorxun və bilin ki, Allah təqvalılarladır.»(Bəqərə, ayə 194 )
    «Tövratda onlar üçün müəyyən etdik ki, canın qisası can, gözün qisası göz, burunun qisası burun, qulağın qisası qulaq və dişin qisası dişdir. Yaraların da (həmin ardıcıllıqla) qisası var. Kim ondan (qisasdan) keçərsə, onünçün (günahlarının) kəffarə olacaqdır. Allahın nazil etdiyi ilə hökm etməyənlərin özü, əlbəttə ki, zalımlardır.»(Maidə, ayə 45 )
    Hədis:
    5244. Allahın Peyğəmbəri (s): «Ey camaat! Mən də yalnız sizlər kimi bir insanam və bəlkə də tezliklə aranızdan gedəcəyəm. Əgər kiminsə abrına, saçına, dərisinə və ya malına zərər vurmuşamsa, indi budur Məhəmmədin abrı, saçı, dərisi və malı. Qalxsın və qisasını alsın. Heç vaxt sizlərdən kimsə deməsin: Mən Məhəmmədin düşmənçilik və kinindən qorxuram. Bilin ki, bu iki xislət mənim əxlaq və təbiətimdən uzaqdır.»(Kənzul-Ummal, hədis 39831)
    5245. Allahın Peyğəmbəri (s): «Elə bir müsəlman kişi yoxdur ki, bədəninin bir hissəsinə zərər yetirilsin və ondan (qisasından) keçsin. Yalnız bunun səbəbinə Allahın onu bir mərtəbə yüksəltdiyi və bir günahını sildiyi kimsələrdən başqa.»(Kənzul-Ummal, hədis 39850 )
    5246. İmam Əli (ə): «Allah-taala imanı çirkdən təmizlənmək, qisası isə qanları qorumaq üçün vacib buyurmuşdur.»(Nəhcül-Bəlağə, hikmət 252 )
    5247. İmam Əli (ə): «Daşı sənə atıldığı yerə qaytar. Çünki pislik pislikdən başqa cür dəf edilməz.»(Ğurərul-hikəm, hədis 5394 )
    5248. İmam Səccad (ə) («Qisasda sizin üçün bir həyat var» ayəsi haqda buyurduqlarından): «Çünki kimsə başqasını öldürmək qərarına gəlsə və belə olan halda qisas olunacağını bilsə, qətldən çəkinər. Bu, həm öldürmək istədiyi şəxsin sağ qalmasına, həm də adam öldürmək niyyətində olan cinayətkarın sağ qalmasına, eləcə də başqalarının həyatda qalmasına səbəb olar. Belə ki, onlar qisasın vacib və lazım olduğunu bildikləri halda, qisasın qorxusundan adam öldürməyə cürət etməzlər.»(ət-Təfsir əl-Mənsub lil-İmam əl-Əskəri (ə), səh. 595, hədis 354)
    1516. Qisası güzəştə getmək.
    5249. Allahın Peyğəmbəri (s): «Kim qandan (qisasdan) keçsə, onun cəzası cənnətdən başqa bir şey olmaz.»(Kənzul-Ummal, hədis 39854 )
    5250. İmam Sadiq (ə) («Kim qisasdan keçsə, bu onunçün kəffarə olacaq» ayəsi haqda suala cavabından):–«Etdiyi güzəşt qədər, onun günahlarından silinəcək.»(əl-Kafi, c. 7, səh. 358, hədis 1 )
    333 Qəzavü-qədər
    1517. Qəzavü qədər.
    Quran:
    «De: Allahın, bizim üçün yazdığından (müəyyən etdiyindən) başqa bizə heç bir şey yetişməz. O, bizim mövlamızdır və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.»(Tövbə, ayə51 )
    «Ancaq (belə oldu ki) Allah, olacaq bir işi yerinə yetirdi.»(Ənfal, ayə 42 )
    «Biz, həqiqətən hər bir şeyi müəyyən ölçüdə yaratmışıq.»(Qəmər, ayə 49 )
    Hədis:
    5251. Allahın Peyğəmbəri (s): «Hər bir şey əvvəldən müəyyən olunub, hətta gücsüzlük və zirəklik də.»(Kənzul-Ummal, hədis 499 )
    5252. Allahın Peyğəmbəri (s): «Əgər İsrafil, Cəbrayıl, Mikayıl ərşi daşıyan mələklər və mən səninçün dua etsək belə, sənin taleyinə yazılmış və müəyyən edilmiş qadından qeyrisilə evlənməyəcəksən.»(Kənzul-Ummal, hədis 501 )
    5253. İmam Əli (ə)(Pak olan Allaha sitayişindən): «Allaha öz məxluqlarından istədiyi kimi şükr edirəm. Allah hər bir şey üçün qəzavü-qədər müəyyən etmiş, hər qəzavü-qədər üçün bir əcəl, hər bir əcəl üçün isə (müəyyən edilmiş və qeyd olunmuş) bir yazı.»(Nəhcül-Bəlağə, xütbə 183 )
    5254. İmam Əli (ə): «Qəzavü-qədər (tale) Allahın sirlərindən bir sirr, gizlinlərindən bir gizlin, Allahın pərdəsinin arxasında və xəlq etdiklərindən gizlin olan əlçatmaz qalalardan biridir.»(ət-Tovhid, səh. 383, hədis 32 )
    5255. İmam Əli (ə) (Təqdir barədə soruşan kişiyə cavabından):–«Dərin bir ümmandır, onun içində batma.» Ərz etdi: «Ey Əmirəl-möminin! Məni alın yazısından agah et.» Buyurdu: «Allahın sirridir. Özünü (onu öyrənmək üçün) zəhmətə salma.» (üçüncü dəfə) Soruşdu: «Ey Əmirəl-möminin məni təqdirdən agah et.» Buyurdu: «İndi ki, israr edirsən bil ki, təqdir iki işin arasındadır: nə alın yazısıdır, nədə ki, işləri özbaşına buraxmaq.»(Kənzul-Ummal, hədis 1567 )
    5256. İmam Əli (ə): «Təqdir (bizim) hesab-kitabımıza o qədər üstün gələr ki, uzaqgörənlik ziyan və çətinliyə səbəb olar.»(Nəhcül-Bəlağə, hikmət 459 )
    5257. İmam Əli (ə): «Bütün işlər müqəddarata tabedir. Hətta tədbirlər belə ölümlə sona çatar.»(Nəhcül-Bəlağə, hikmət 16 )
    5258. İmam Sadiq (ə): «Qəza və qədər Allahın yaratdığı məxluqlardan ikisidir və Allah öz yaratdığına hər bir şeyi artırar.»(ət-Tovhid, səh. 364, hədis 1 )
    5259. İmam Sadiq (ə): «Qiyamət günündə Allah məxluqları bir yerə yığanda, onlara buyurub əmr etdiklərinin sorğu-sualını aparar, ancaq onlar üçün təyin etdiklərindən heç nə soruşmaz.»(əd-Durrətul-bahirə, səh. 33)
    5260. İmam Sadiq (ə): «Allah hər bir şeyi istədikdə, onu təyin edər. Təyin etdikdə, hökmünü verər və hökmünü verdikdə isə icra edər.»(Biharul-Ənvar, c. 5, səh. 121, hədis 64 )
    5261. İmam Hadi (ə): «Müqəddərat, ağlına belə gəlməyən şeyləri sənə göstərər»(Əlamud-din, səh. 311 )
    1518. İnsanın qəzavü-qədərinin yazılması.
    5262. İmam Baqir (ə) (İnsanın ana bətnində yaradılması barədə): «Dörd ayı tamam olanda, Allah iki yaradan mələk göndərər və onlar de¬yər¬lər: «İlahi, nə xəlq edirsən, oğlan, yoxsa qız?» Onun ikisindən biri üçün lazı¬mı göstəriş verilər. Sonra ərz edərlər: «İlahi, bədbəxtdir, yoxsa xoşbəxt?» Bu ba¬rədə də lazımi göstəriş verilər. Bu vaxt ərz edərlər: «İlahi, ömrünün müd¬də¬ti və ruzisi nə qədərdir?» Onun bütün halları– Həzrət cəmi bir neçəsinin adı¬nı çəkmişdir – yazılar və həmin iki mələk, bunu iki gözünün arasına yazar.»(əl-Kafi, c. 6, səh. 13, hədis 3 )
    5263. İmam Baqir (ə) (Yenə də bu barədə): «Bu vaxt Allah iki mələyə vəhy buyurar: «Qəzavü-qədəri və Mənim onun barəsində əmrlərimin icrasını yazın və yazdıqlarınızda Mənim bədamı şərt qoyun. (Bəda haqqında məlumat almaq üçün «Usulu – Kafi» kitbına müraciət edin.)»(əl-Kafi, c. 6, səh. 14, hədis 4 )
    1519. Allahın mömin üçün qoyduğu, xeyirdir.
    5264. Allahın Peyğəmbəri (s): «Allahın hər bir qəzavü qədərində mömin üçün bir xeyir (gizlənmişdir) var.»(Uyunu Əxbar ər-Rza (ə), c. 1, səh.141, hədis 42 )
    5265. İmam Sadiq (ə): «Allah-taalanın, onunçün xeyirdən başqa heç bir qəzavü-qədər müəyyən etmədiyi müsəlman kişiyə mat qalıram. Əgər qayçı ilə tikə-tikə doğransa da, onun xeyrinədir. Əgər dünyanın şərqindən qərbinə qədərini də əlinə keçirsə, yenə də onunçün xeyirdir.»(əl-Kafi, c. 2, səh. 62, hədis 8 )
    5266. İmam Sadiq (ə): «Allah möminin şad olduğu qəzavü-qədərdən başqa elə bir qəzavü-qədər müəyyən etməyib ki, həmin qəzavü-qədər onun xeyrinə olmamış olsun.»(ət-Təmhis, səh. 59, hədis 123 )
    1520. İlahi qəzavü qədərə şad olmayan.
    5267. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurdu: Mənim verdiyim qəzavü-qədərə şad olmayan, alın yazısına inanmayan kimsə (getsin və) başqa bir məbud axtarsın.»(Uyunu Əxbar ər-Rza (ə), c. 1, səh. 141, hədis 42 )
    5268. İmam Əli (ə): «Qiyamət günü ən ağır əzab Allahın qəzavü qədərinə sevinməyənə veriləcək.»(Ğurərul-hikəm, hədis 3225)
    5269. İmam Əli (ə): «Dünyaya görə kədərlənən, ilahi qəzavü qədərə şad olmaz.»(Nəhcül-Bəlağə, hikmət 228 )
    5270. İmam Əskəri (ə): «Əgər ilahi qəzavü qədər pusqudadırsa, daha zəiflik və zəlillik nəyə lazımdır?»(əd-Durrətul-bahirə, səh. 44)
    1521. Qəzavü qədərdən olanlar.
    5271. Allahın Peyğəmbəri (s): «Təqdirdən başqa bir dərman yoxdur və istəyən hər kəs üçün, istədiyi hər bir miqdar qədər faydalı olar.»(Kənzul-Ummal, hədis 28082)
    5272. «Kənzul-Ummal»: «Allahın Peyğəmbərinə (s) ərz etdilər: «Özümüzü müalicə etdiyimiz dərman, onunla özümüzə əlac etdiyimiz dualar və işlətdiyimiz başqa şeylər Allahın təqdirinin qarşısını alırmı? Peyğəmbər buyurdu: Yox, bunların özü, elə Allahın təqdirindəndir.»(Kənzul-Ummal, hədis 633 )
    5273. İmam Əli (ə) (Süffeyn döyüşündən qayıdarkən bir qoca kişi ondan soruşur ki, şamlılarla döyüşə getməyin ilahi qəzavü qədərdən idimi?): «And olsun aləmi yaradana və insanları xəlq edənə! Allahın qəzavü qədəri olmadan, heç bir dərədən keçmədik və heç bir təpəyə qalxmadıq... Sanki sən qəzanı lazımi əmr, qədəri (ixtiyarını əlindən alacaq) mütləq və qaçılmaz bir iş sanırsan. Əgər belə olsaydı, müjdə, qorxu, mükafat və cəzanın mənası olmazdı. Günahkar Allah tərəfindən qınanmaz, yaxşı əməl sahibi Allahın razılığını qazanmazdı.
    Yaxşı əməl sahiblərinin yaxşılığının mükafatının dəyəri, pis əməl sahibindən çox olmazdı. Bu sözlər bütpərəst dəstələrin ... və bu ümmətin məcuslarının sözüdür. Allahı xeyir işlər görməyi əmr etmişdir və insan öz ixtiyarı ilə onları yerinə yetirər. Çəkindirməklə pis əməlləri qadağan etmişdir, zorla yox. İtaətsizlik və itaət də güclə, məcburən deyil. Öz ixtiyarlarını da başqasına verməmişdir.»(Kənzul-Ummal, hədis 1560 )
    5274. İbn Nubatə: «Əmirəl-möminin əyilmiş bir divarın yanından başqa bir divara tərəf getdi. Həzrətə ərz olundu: Ey Əmirəl-möminin! Allahın qəzavü qədərindən qaçırsan? Buyurdu: Allahın qəzasından Onun qədrinə qaçıram.»(Biharul-Ənvar, c. 41, səh. 2, hədis 3 )

    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1479 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024