İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    336 Təqlid
    1547. Pislənilən təqlid.
    Quran:
    «Onlara «Allahın yerə endirdiyinə və Peyğəmbərə tərəf gəlin» dedikdə «Atalarımızda gördüklərimiz bizə bəs edər» deyərlər. Bəs ataları heç nə bilməyib doğru yola yönəldilməmişlərsə necə?»(Maidə, 104 )
    Hədis:
    5358. İmam Sadiq (ə) (öz səhabələrindən birinə xitabən): «Heç vaxt camaatla eyni cür olub demə ki, mən camaata tabeyəm və mən də camaatın biriyəm.»(Məani Əxbar, səh. 266 )
    5359. İmam Sadiq (ə) (Onlar alim və rahiblərini Allahın yerinə özlərinə Allah etdilər»(Tövbə, 31 ) ayəsi haqda):–«Allaha and olsun, onlarçün namaz qılıb oruc tutmurdular. Camaat üçün haramı halal, halalı da haram edirdilər, camaat da onların ardınca gedirdi.»(əl-Məhasin, c. 1, səh. 383, hədis 847 )
    1548. Təqlidi rəva olanlar.
    5360. İmam Əskəri (ə) (Yəhudi camaatının öz fasiq alimlərinə təqlidini pislədikdən sonra): «Əgər (müsəlmanlar) belə fəqihlərə təqlid etsələr, Allahın onları pozğun və fitnəkar fəqihlərə tabe olduqlarına görə pislədikləri yəhudilər kimi olarlar.
    Ancaq özünü saxlayan, dininin mühafizəçisi olan, nəfsani istəklərlə çarpışan və mövlasının əmrinə tabe olan hər bir fəqihə təqlid etmək ümumi camaatın işidir. Əlbəttə, bu xüsusiyyətlərə şiə fəqihlərinin hamısı deyil, yalnız bəziləri sahibdir.»(əl-İhtacac, c. 2, səh. 510, hədis 337 )
    337 Qumar
    1549 . Qumar.
    Quran:
    «Ey iman gətirənlər! Şərab, qumar, (qurbanlıq) bütlər və fal oxları murdar və şeytan əməli olan şeylərdir. Onlardan uzaq durun ki, bəlkə nicat tapasınız. Şübhəsiz ki, şeytan şərab və qumarla sizin aranıza düşmənçilik və kin salmaq, sizi Allahı yada salmaqdan və namazdan saxlamağa çalışır. Belə isə, bu işlərdən əl çəkəcəksinizmi?»(Maidə, 90-91 )
    Hədis:
    5361. «əl-Kafi»: «Həqiqətən, şərab və qumar...» ayəsi nazil olduqda Allahın Peyğəmbərindən qumar barədə soruşdular. Həzrət buyurdu: «Udulub- uduzulan hər bir şey, hətta taxta nərd və qoz.» Ərz etdilər: «Ənsab nədir?» Buyurdu: «Allahları üçün kəsdikləri şeylərdir.» Ərz olundu: «Əzlam nədir?» Buyurdu: «Onların vasitəsilə püşk atdıqları oxlar.»(əl-Kafi, c. 5, səh. 123, hədis 2 )
    5362. İmam Əli (ə): «İnsanı, Allahı yada salmaqdan qəflətdə saxlayan hər bir şey qumar sayılır.»(Əmali ət-Tusi, səh. 336, hədis 681 )
    5363. İmam Baqir (ə) (Şahmat oynamaq haqda suala cavabında): «Mömin, oynamaqdan qeyri işlərlə məşğuldur.»(əl-Xisal, səh. 26, hədis 92 )
    5364. İmam Sadiq (ə) («Mallaranızı öz aranızda narəva yeməyin" ayəsi haqda buyurdu): «Qureyşilər öz ailələrini və mallarını qumara qoyurdular və Allah bu işi onlara qadağan etmişdir.»(əl-Kafi, c. 5, səh. 122, hədis 1 )
    5365. Səkkuni: «İmam Sadiq uşaqların udub-uduzmaqla qazandıqları qozu yeməyi qadağan edərək buyurmuşdur. O, haramdır.»(əl-Kafi, c. 5, səh. 123, hədis 6 )
    338 Qənaət
    1550. Qənaət.
    5366. «İddətud-dai»: Allah-taala Davuda vəhy buyurmuşdur: «Mən var-dövləti qənaətdə qərar versəm də, camaat onu malın çoxluğunda axtarır. Buna görə də onu tapmırlar. »(İddətud-dəai, səh. 166; Biharul-Ənvar, c. 78, səh. 453, hədis 21)
    5367. Allahın Peyğəmbəri (s): «Qənaət tükənməyən bir sərvətdir.»(Kənzul-Ummal, hədis 7080 )
    5368. İmam Əli (ə) (Nəhl surəsinin 97-ci ayəsi haqda suala cavabından): «Burada qənaət nəzərdə tutulur. »(Nəhcul Bəlağə, hikmət 229 )
    5369. İmam Əli (ə): «İnsanların ən qənaətcili, onların ən çox şükr edənləridir. Onların nemətlərə ən naşükürü isə ən hərisləridir.»(Biharul-Ənvar, c. 77, səh. 422, hədis 40 )
    5370. İmam Əli (ə): «Var-dövləti axtardım və onu qənaətdən qeyri bir şeydə tapmadım. Qənaətcil olun ki, var-dövlət sahibi olasınız.»(Biharul-Ənvar, c.69, səh. 399, hədis 91 )
    5371. İmam Əli (ə): «Heç bir xəzinə qənaət qədər zəngin deyil.»(Nəhcül-Bəlağə, hikmət 371 )
    5372. İmam Həsən (ə): «Bil ki, qənaət və şadlığın mərdliyi bəxşişin comərdliyindən çoxdur. »(Biharul-Ənvar, c. 78, səh. 111, hədis 6 )
    1551. Qənaətə səbəb olanlar.
    5373. İmam Əli (ə): «Qənaət, özünü saxlamağın və nəfsin izzətinin həddindən asılıdır.»(Ğurərul-hikəm, hədis 6179 )
    5374. İmam Əli (ə): «Ağıllı olan qənaətcil olar.»(Ğurərul-hikəm, hədis 7724 )
    5375. İmam Sadiq (ə): «Özündən ən aciz olanına bax, özündən imkanlısına baxma. Çünki bu səni qismətinə düşənlə kifayətləndirər.»(əl-Kafi, c. 8, səh. 244, hədis 338 )
    1552.Qənaətin meyvəsi.
    5376. Allahın Peyğəmbəri (s): «Sənə verilənə qane ol ki, sorğu-sualın yüngül keçsin.»(Biharul-Ənvar, c. 77, səh. 187, hədis 37 )
    5377. İmam Əli (ə): «Özünü islah etmək üçün ən yaxşı köməkçi qənaətdir.»(Ğurərul-hikəm, hədis 3191 )
    5378. İmam Əli (ə): «Qənaətcil olan, qəmgin olmaz.»(Ğurərul-hikəm, hədis 7771 )
    5379. İmam Əli (ə): «Baş ucalığı qənaətin hesabına əldə olunur.»(Ğurərul-hikəm, hədis 4244 )
    5380. İmam Əli (ə): «Ən gözəl həyatı, Allah-taalanın qənaətcillik verdiyi və pak, ləyaqətli həyat yoldaşı nəsib etdiyi bəndələri yaşayır.»(Ğurərul-hikəm, hədis 3295 )
    5381. İmam Hüseyn (ə): «Qənaət canın rahatlığıdır.»(Biharul-Ənvar, c. 78, səh. 128, hədis 11 )
    5382. İmam Sadiq (ə): «Kim Allahın verdiyi az güzərana (və ruziyə) qane olsa, Allah onun az əməlinə şad olar.»(əl-Kafi, c. 2, səh., 138, hədis 3 )
    1553. Aza qane olan.
    5383. İmam Əli (ə): «Kim az malına qane olmasa, çox malının da xeyrini görməz.»(Biharul-Ənvar, c. 78, səh. 81, hədis 33 )
    5384. İmam Sadiq (ə): «Allah sənə qismət etdiyinə qane ol. Başqalarında olana göz dikmə. Əldə edə bilməyəcəyin şeyləri arzulama. Çünki qənaətcil olan tox olar. Qane olmayansa doymaz. Axirətinin bəhrəsini qənimət bil.»(əl-Kafi, c. 8, səh. 243, hədis 337 )
    339 Təkəbbür
    1554.Təkəbbür
    Quran:
    «Sonra, yalnız təkəbbürlülük edərək kafirlərdən olan şeytandan başqa bütün mələklər hamılıqla səcdə etdilər.»(Sad, 73-74 )
    «(Allah)Buyurdu: Oradan (məqamdan) aşağı en. Sənin orada (o məqamda) təkəbbür göstərməyin yaramaz. Sən xar olmuşlardansan və çölə çıx.»(Əraf, 13 )
    Hədis:
    5385. İmam Əli (ə): «Allahın iblislə əlaqədar gördüyü işdən ibrət alın. Yalnız bircə anlıq təkəbbür ucbatından uzun-uzadı işləri, gərgin səylərini… (ibadətləri) zay etdi. Belə isə, iblisdən sonra (özü də bu qədər yüksək məqamı ilə) kimsə varmı ki, onun etdiyi günaha görə Allahın qəzəb və cəzasından amanda qalsın?»(Nəhcül-Bəlağə, xütbə 192 )
    5386. İmam Baqir (ə): «Az və çoxluğundan asılı olmayaraq həmin qədər, insanın ağlından azaltmamış təkəbbür onun qəlbinə yol tapa bilməz.»(Biharul-Ənvar, c. 78, səh. 186, hədis 16)
    5387. İmam Sadeq (ə): «Kim təkəbbürdən təmizlənərsə, comərdliyə nail olar.»(Biharul-Ənvar, c. 78, səh. 229, hədis 5 )
    5388. İmam Sadiq (ə): «Böyüklük Allaha yaraşandır. Buna görə kimsə onun üstündə Allahla çəkişərsə, Allah onu odda alt-üst edər.»(Biharul-Ənvar, c. 73, səh. 215, hədis5)
    1555. Təkəbbürün mənası.
    5389. Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Çox tövbə edənlərdən başqa, hər kim ölsə və qəlbində zərrə qədər də təkəbbür olsa, cənnətin iyi burnuna çatmaz.» Ərz etdilər: «Ey Allahın Rəsulu! Mən gözəlliyi sevirəm. Hətta istəyirəm ki, qamçımın bəndi və ayaqqabılarımın qaytanı da gözəl olsun. Bundan təkəbbür və xudpəsəndlik iyi gəlirmi?» Buyurdu: «Ürəyini necə görürsən?» Ərz etdi: «Onu haqqı tanıyan və onunla rahatlıq tapmış tək görürəm.» Buyurdu: «Elə isə bu halət təkəbbür deyil. Təkəbbür odur ki, haqqı yerə atıb nahaqqa üz tutasan və camaata heç kimin abrının sənin abrıntək, qanınınsa sənin qanın kimi olmaması gözü ilə baxmaqdır.»(Biharul-Ənvar, c. 77, səh. 90, hədis 3)
    5390. İmam Əli (ə): «Təvazökarlığı axtardım və onu haqqı qəbul etməkdən qeyri bir şeydə tapmadım. (Belə isə) Haqqı qəbul edən olun. Çünki haqqı qəbul etmək (və həqiqət, adamı) təkəbbürdən uzaqlaşdırar.»(Biharul-Ənvar, c. 69, səh. 399, hədis 91 )
    5391. İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) buyurmuşdur: Ən böyük təkəbbür camaatı alçaq saymaq və haqqı yüngül tutmaqdır. Əbdül əla Əli ibn Əyn deyir: Ərz etdim ki, camaatı aşağı sanmaq və haqqı yüngül tutmaq nədir? Buyurdu: Haqqın müqabilində nadanlıq etsin və haqq əhlinin əleyhinə danışsın. Kim belə etsə, Allaha layiq olan şeylərin üstündə Allahla mübarizəyə qalxmışdır.»(əl-Kafi, c. 2, səh. 310, hədis 9 )
    5392. İmam Sadiq (ə): «Kim başqalarından üstün olması fikrində olduğunu düşünürsə, o təkəbbürlülərdəndir. Həfəs ibn Qiyas deyir: "Ərz etdim ki, əgər günahkarı görsə və iffətli, günahsız olmasına görə özünü ondan üstün tutsa, necə? Buyurdu: Heyhat, heyhat! Çox da mümkündür ki, o bağışlansın, ancaq sən hesab-kitab üçün saxlanılasan. Məgər Musanın (dövründə) cadugərlərin əhvalatını oxumamısanmı?»(əl-Kafi, c. 8, səh. 128, hədis 98 )
    1556 . Təkəbbürlü insan.
    5393. Allahın Peyğəmbəri (s): «Ən mənfur insan təkəbbürlü şəxsdir.»(Biharul-Ənvar, c. 73, səh. 231, hədis 23 )
    5394. Allahın Peyğəmbəri (s): «Qiyamət günü sizlərdən mənə ən uzağı, çox danışanlar, yəni təkəbbürlülər olacaqlar.»(Biharul-Ənvar, c. 73, səh. 232, hədis 25 )
    5395. İmam Əli (ə): «Əvvəli bir nütfə, sonu isə leş, bu ikisinin arasında isə nəcasət kisəsi olan insan övladının belə təkəbbürlü olmasına heyrət edirəm.»(Biharul-Ənvar, c. 73, səh. 234, hədis 33 )
    5396. İmam Əli (ə): «Yalnız alçaq şəxs təkəbbürlülük edər.»(Ğurərul-hikəm, hədis 9467 )
    5397. İmam Sadiq (ə): «Özündə zəlillik və həqarət tapanlardan başqa heç kim, təkəbbürlülük etməz və boynunu dartmaz.»(əl-Kafi, c. 2, səh. 312, hədis 17 )
    1557. Təkəbbürün dərmanı.
    5398. Allahın Peyğəmbəri (s): «Kişinin sevinc və fəxrlə bir şeyi öz əlləri ilə ailəsi üçün aparmasını və bununla da təkəbbürü özündən uzaqlaşdırmasını necə də xoşlayıram.»(Tənbihul-xəvatir, c. 1, səh. 201)
    5399. Allahın Peyğəmbəri (s): «Kim özü öz qoyununu sağsa və paltarını yamasa, ayaqqabısını tiksə, xidmətçisi ilə bir yemək yesə, malını bazardan (evə) gətirsə, şübhəsiz ki, təkəbbürdən təmizlənmişdir.»(Kənzul-Ummal, hədis 7793 )
    5400. Əbu Ummame: «Bir gün Peyğəmbər Bəqiyə tərəf yola düşdü. Həzrətin səhabələri də onun ardınca yollandılar. Peyğəmbər dayanıb onlara əmr etdi ki, irəli getsinlər. Özü isə onların ardınca hərəkət etdi. Səbəbini soruşduqda isə buyurdu: «Mən sizin ayaqqabılarınızın səsini eşitdim və hansısa bir təkəbbürün vücuduma yol tapmasından qorxdum.»(Kənzul-Ummal, hədis 8878 )
    5401. İmam Əli (ə): «Allah öz bəndələrini müxtəlif növ çətinliklərlə sınayır. Onları çətinliklə ibadət və bəndəliyə götürür, cürbəcür ağrılar və xoşagəlməz şeylərlə imtahan edir ki, təkəbbürü ürəklərindən çıxarsın və təvazökarlığı canlarına hopdursun. Eləcə də bütün bu sınaqları öz fəzlinə (və ehsanına) açılan qapılara çevirsin.»(Nəhcül-Bəlağə, xütbə 192. )
    5402. Allahın Peyğəmbəri (s): «Allah imanı şirkdən (çirkinliklərindən) təmizlənmək, namazı isə təkəbbürü uzaqlaşdırmaq üçün vacib buyur¬muşdur.»(Nəhcül-Bəlağə, hikmət 252.)
    5403. İmam Həsən (ə): «Allahın böyüklüyünü bilən insanın özünü böyük sanması layiqli iş deyil. Çünki Allahın əzəmətini bilənlərin böyüklüyü təvazökar olmalarındadır. Allahın cəlalı və qüdrətindən agah insanların izzəti, zəlil olduqlarını bildirmələrindədir.»(Biharul-Ənvar, c. 78, səh. 104, hədis 3 )
    1558. Təkəbbürün nəticələri.
    5404. Allahın Peyğəmbəri (s): «Təkəbbürlü olanları Allah alçaldar.»(Əmali əs-Səduq, səh. 395, hədis 1 )
    5405. Allahın Peyğəmbəri (s): «Tamah, təkəbbür və paxıllıq günahlara batmağın səbəbləridir.»(Nəhcül-Bəlağə, hikmət 371. )
    5406. İmam Əli (ə): «Təkəbbürlü insan bəhrəsiz dostlardandır."(Ğurərul-hikəm, hədis 7464 )
    5407. İmam Əli (ə): «Kim təkəbbürlü olsa, alim olmaz.»(Ğurərul-hikəm, hədis 10586 )
    5408. İmam Əli (ə): «Kim özünü camaata böyük kimi göstərsə, xar olar.»(Biharul-Ənvar, c. 77, səh. 235, hədis 3 )
    5409. İmam Sadiq (ə): «Təkəbbürlü insan heç vaxt başqalarından (özü haqda) tərif və təqdir gözləməməlidir.»(əl-Xisal, səh. 434, hədis 20 )
    5410. İmam Kazim (ə): «Əkin daş üzərində deyil, torpaqda cücərdiyi kimi, hikmət də belədir; təvazökar insanın qəlbində cücərər, təkəbbürlü və boynunu dartanın qəlbində kök atmaz. Çünki Allah təvazökarlığı ağıl və bilik, təkəbbürü isə nadanlıq vasitəsi etmişdir. Məgər bilmirsənmi başını tavana vuranın başı yarılar, başını aşağı tutan isə tavanının kölgəsi və pənah altında olar? Eləcə də kim Allaha görə təvazökar olmasa Allah onu alçaldar, hər kim Allaha görə təvazökar olsa, Allah onu yuxarı qaldırar.»(Tuhəful-uqul, səh. 396)
    1559. Təkəbbürlülərin yolu.
    Quran:
    «Cəhənnəm qapılarından içəri keçin və orada həmişəlik qalın. Həqiqətən də təkəbbürlülərin yeri necə də pisdir.»(Nəhl, 29 )
    Hədis:
    5411. İmam Sadiq (ə): «Cəhənnəmdə təkəbbürlülər üçün "Səqər" adlanan bir dərə var. Bu dərə özündə olan istinin yuksək hərarətindən Allaha şikayət edərək ona nəfəs çəkməyə icazə verməsini xahiş etdi. Sonra nəfəs çəkdi və (öz nəfəsinin istisi ilə) cəhənnəmi yandırdı.»(əl-Kafi, c. 2, səh. 310, hədis 10 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1441 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024