İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    340 Kitab və yazı
    1560. Kitab və yazı.
    Quran:
    "Nun. And olsun, qələmə və yazılanlara.»(Qələm, 1)
    Hədis:
    5412. İmam Əli (ə): «Kitablar alimlərin bostanlarıdır.»(Ğurərul-hikəm, hədis 991 )
    5413. İmam Əli (ə): «Kitab necə də gözəl natiqdir.»(Ğurərul-hikəm, hədis 9948 )
    5414. İmam Əli (ə): «Kitablarla özünü sakitləşdirən heç bir sakitliyi əldən verməz.»(Ğurərul-hikəm, hədis 8126 )
    1561. Yazıçılıq və yazıçının şəxsiyyəti.
    5415. İmam Əli (ə): «Elçin sənin tərcümanın, məktubun isə ən uca səslə danışan sözçündür.»(Nəhcül-Bəlağə, hikmət 301. )
    5416. İmam Əli (ə): «İnsanın yazısı (məktubu) onun ağlının göstəricisi və fəzilətinin dəlilidir.»(Ğurərul-hikəm, hədis 7260 )
    5417. İmam Əli (ə): «Alimlərin ağılları, onların qələmlərinin uclarındadır.» (Ğurərul-hikəm, hədis 6339 )
    1562. Bilikləri yazıya köçürməyə həvəsləndirmək.
    5418. Allahın Peyğəmbəri (s): «Elmi, yazmaqla bəndə salın.»(Kənzul-Ummal, hədis 29332 )
    5419. Allahın Peyğəmbəri (s): «Bilikləri, alimlər ölməmiş yazıya köçürün. Çünki alimlər öləndə (onların) bilikləri də gedir.»(Kənzul-Ummal, hədis 28733 )
    5420. İmam Sadiq (ə): «Yazın, çünki yazmayıınca əzbərləmirsiniz.»(əl-Kafi, c. 1, səh. 52, hədis 9 )
    5421. İmam Sadiq (ə): «Ürək yazmaqla sakitləşər.»(əl-Kafi, c. 1, səh. 52, hədis8 )
    1563. Yazmağın savabı.
    5422. Allahın Peyğəmbəri (s): «Mömin özündən bircə vərəq belə elm yazılmış yazı qoyub gedərsə, qiyamət günündə həmin vərəq onunla od arasında pərdəyə çevrilər. Allah-taala onda yazılmış hər hərfin müqabilində dünyadan yeddi dəfə böyük olan bir şəhər verər.»(Əmali əs-Səduq, səh. 40, hədis 3 )
    5423. Allahın Peyğəmbəri (s): «Kim mənim bir hədisimi və elmimi yazsa, həmin hədis və elm qalıncaya qədər onunçün əcr yazılar.»(Kənzul-Ummal, hədis 28951 )
    1564. Yazı qaydaları.
    5424. Allahın Peyğəmbəri (s): «Bismillahir rəhmanir rəhim hər yazının başlanğıcıdır.»(əd-Durrul-Mənssur, c. 1, səh. 27 )
    5425. İmam Sadiq (ə): «Bismillahir rəhmanir rəhimi ötürmə! Hətta bir şerdən (yazmaqdan) əvvəl olmuş olsa belə.»(əl-Kafi, c. 2, səh. 672, hədis 1 )
    1565 . Məktub yazmaq.
    5426. Allahın Peyğəmbəri (s): «Məktuba cavab vermək, salama cavab vermək qədər (vəzifə və) haqdır.»(Müstədrəkul-vəsail, c. 8, səh. 302, hədis 9501 )
    5427. İmam Sadiq (ə): «Qardaşlar arasında ünsiyyət, birlikdə olanda get-gəl, səfərlərdə olanda isə məktub yazmaqladır.»(Tuhəful-uqul, səh. 358 )
    5428. İmam Sadiq (ə): «Məktuba cavab vermək, salama cavab vermək qədər vacibdir.»(əl-Kafi, c. 2, səh. 670, hədis 2 )
    341 Sirr saxlamaq
    1566. İslam inqilabının sirrlərini gizli saxlamağın zərurəti.
    5429. İmam Əli (ə): «Sakitlik ağıldır. Sükut sağlığın səbəbi, sirr saxlamaq isə xoşbəxtliyin bir hissəsidir.»(Tuhəful-uqul, səh. 223)
    5430. İmam Səccad (ə): «Allaha and olsun, şiələrin bu iki xislətinin əvəzini çıxmaq üçün öz bazumun ətini fəda etməyə hazıram: tələskənlikləri və sirr saxlayan olmamaları.»(əl-Kafi, c. 2, səh. 221, hədis 1 )
    5431. İmam Baqir (ə): «Allaha and olsun, mənimçün dostlarımın ən sevimlisi ən təqvalıları, ən fəqihi isə hədislərimizin daha çox sirlərini saxlayandır.(əl-Kafi, c. 2, səh. 223, hədis 7 )
    5432. İmam Sadiq (ə): «Həqiqətən, pərdə və niqab arxasında olmaları barədə, bizim əhvalatımızdan əhd peyman alınmışdır. Kim bizim ziyanımıza pərdələri yırtsa, Allah onu xar edər.»(əl-Kafi, c. 2, səh. 226, hədis 15 )
    5433. İmam Sadiq (ə): «Bizim sirlərimizi gizli saxlamaq Allah yolunda cihaddır.»(Biharul-Ənvar, c. 75, səh. 70, hədis 7 )
    5434. İmam Sadiq (ə): «Hədisimizi bizim ziyanımıza açıqlayan kimsə, haqqımızı inkar edən kimidir.»(əl-Kafi, c. 2, səh. 370, hədis 2 )
    5435. İmam Sadiq (ə): «Bizim hədislərimizi faş edən kimsə, bizi səhvən deyil, qəsdən öldürmüş kimidir.»(əl-Kafi, c. 2, səh. 370, hədis 4  )
    5436. İmam Sadiq (ə): «(Bizim) Sirləri faş edən kimsə, şəkk edəndir (və zəif əqidədədir). Onu hədis əhli olmayanların yanında danışan isə kafirdir.»(əl-Kafi, c.2, səh. 371, hədis 10 )
    5437. İmam Sadiq (ə) («Bunun səbəbi Allahın ayələrinə küfr etməyiniz və peyğəmbərləri nahaqdan öldürməyinizdir»(Bəqərə, 61 ) ayəsi barədə): «Allaha and olsun, onları öz əlləri ilə öldürmədilər, qılıncları ilə vurmadılar. Onların sözlərini eşidib faş etdilər və nəticədə peyğəmbərlər tutularaq öldürüldülər.»(əl-Kafi, c. 2, səh. 371, hədis 6 )
    5438. Əbu Bəsir: «Çox hədis danışmaq barədə İmam Sadiqdən (ə) soruşdum. Buyurdu: «Nə vaxtsa bizim hədislərdən nəyisə gizlətmisənmi?» Mən yadıma salmağa çalışdım. Həzrət məni bu halətdə gördükdə buyurdu: «Öz dostlarına dediklərinin eybi yoxdur. İfşa etmək odur ki, hədisi dost olmayanlara deyəsən.»(əl-Məhasin, c. 1, səh. 403, hədis 910 )
    1567. Sirr saxlayan bəndənin təqdir olunması.
    5439. İmam Əli (ə): «Hörmət edilib, sayılan hər adsız–ünvansız bəndənin xoşa halına! O, camaatı tanıyır, camaat isə onu tanımır. Allah onu Rəbbindən razı kimi tanıyır (Allahdan razı bəndədir.) Belə insanlar doğru yolun çıraqlarıdır.»(əl-Kafi, c. 2, səh. 225, hədis 12)
    5440. İmam Əli (ə): «Məndən sonra qaranlıq, kor və şübhəli fitnələr qopacaq və onlardan yalnız adsız-sansız bəndələr canlarını qurtaracaqlar.» Ərz etdilər: «Ey Əmirəl-möminin! Adsız-sansız bəndələr kimlərdir?» Buyurdu: «Daxilində nə olduğunu camaatın bilmədiyi kimsələr.»(Məaniul Əxbar, səh. 166, hədis 1 )
    342 Yalan
    1568. Yalan
    5441. Allahın Peyğəmbəri (s): «Ən pis sələm yalandır.»(Biharul-Ənvar, c. 72, səh. 263, hədis 47 )
    5442. Allahın Peyğəmbəri (s): «Bəndə yalan danışanda yaratdığı üfunətin iyindən mələk bir mil aralı durar.»(Nəhcül-Bəlağənin şərhi, c. 6, səh. 357 )
    5443. Allahın Peyğəmbəri (s): «Yalan, nifaqın qapılarından biridir.»(Kənzul-Ummal, hədis 8212 )
    5444. Allahın Peyğəmbəri (s): «Yalan danışan, vücudunda olan həqarətdən qeyri bir səbəbdən yalan danışmaz. Məsxərəyə qoyulmanın kökü yalançılara etimad etməkdir.»(Biharul-Ənvar, c. 72, səh. 262, hədis 45 )
    5445. İmam Əli (ə): «Yalan xəyanətdir.»(Biharul-Ənvar, c. 72, səh. 261, hədis 37 )
    5446. İmam Əli (ə): «Sözlərin ən pisi yalandır.»(Nəhcül-Bəlağə, xütbə 84 )
    5447. İmam Əli (ə): «İman (nişanəsi) budur ki, sənin ziyanına olsa belə doğru danışmağı, xeyrinə olsa da yalan danışmaqdan üstün tutasan.»(Nəhcül-Bəlağə, hikmət 458. )
    5448. İmam Əli (ə): «Yalançı həqir və zardır.»(Ğurərul-hikəm, hədis 339 )
    5449. İmam Əli (ə): «Heç bir pislik yalan qədər pis deyil.»(Biharul-Ənvar, c. 72, səh. 259, hədis 23 )
    5450. İmam Kazim (ə) (Hüşuma nəsihətindən):–«Ağıllı insan, mənafeyi tələb etsə də, yalan danışmaz.»(Biharul-Ənvar, c. 78, səh. 305, hədis 1)
    1569. Yalan və iman.
    Quran:
    «Yalnız Allahın ayələrinə imanları olmayanlar yalan uydurdular. Onların özləri yalançılardır.»(Nəhl, 105 )
    5451. İmam Əli (ə): «Yalandan kənar olun. Çünki yalan imandan kənardır. Doğru danışan nicat və kəramətin sahilində, yalançı isə uçurum və zəlilliyin astanasındadır.»(Nəhcül-Bəlağə, xütbə 86. )
    5452. İmam Baqir (ə): «Həqiqətən, yalan imanı viran qoyar.»(Biharul-Ənvar, c. 72, səh. 247, hədis 8 )
    5453. Həsən ibn Məhbub: «İmam Sadiqdən (ə) soruşdum: «Möminin xəsis olması mümkündürmü?» Buyurdu: «Bəli.» Soruşdum: «Qorxaq olması mümkündürmü?» Buyurdu: «Bəli.» Soruşdum: «Yalançı da ola bilərmi?» Buyurdu: «Yox, xain də olmaz.» Sonra buyurdu: «Mömin hər bir xüsusiyyəti qazanar, yalnız xəyanət və yalandan başqa.»(Biharul-Ənvar, c. 75, səh. 172, hədis 11 )
    1570. Yalan hər pisliyin açarıdır.
    5454. Allahın Peyğəmbəri (s): «Yalan nadürüstlüyə və azğınlığa çəkər. Nadürüstlük və azğınlıq isə oda aparar.»(Kənzul-Ummal, hədis 8217 )
    5455. İmam Baqir (ə): «Allah pislik üçün qıfıllar yaratmışdır və o qıfılların açarını şərabda qərar vermişdir. Yalan şərabdan daha pisdir.»(Biharul-Ənvar, c. 72, səh. 236, hədis 3 )
    5456. İmam Əskəri (ə): «(Bütün) Pisliklər bir evdə yığışıb və onun açarı da yalandır.»(əd-Durrətul-bahirə, səh. 43)
    1571. Ciddi yalan və zarafatı tərk etməyə göstəriş.
    5457. Allahın Peyğəmbəri (s): «Yalan –istər ciddi olsun, istərsə də zarafatla– doğru deyil. Həmçinin, kişinin öz övladına vəd verib onu yerinə yetirməməsi də düzgün deyil. Həqiqətən, doğru danışmaq yaxşılığa aparar, yaxşılıq isə cənnətə yönəldər.»(Kənzul-Ummal, hədis 8217 )
    5458. Allahın Peyğəmbəri (s): «Vay olsun, camaatı güldürmək üçün yalan danışanın halına! Vay olsun, vay olsun ona!.»(Kənzul-Ummal, hədis 8215 )
    5459. İmam Əli (ə): «Yalan, zarafat və onun ciddisini tərk etməyən heç bir bəndə imanın dadını dadmadı.»(Biharul-Ənvar, c. 72, səh. 249, hədis14 )
    5460. İmam Səccad (ə) (Öz övladlarına buyurardı):–«Yalanın kiçiyindən və böyüyündən, ciddi və ya zarafatla deyilənindən çəkinin. Çünki insan xırda yalanlar danışsa, böyük yalanlar söyləməyə də cəsarətlənər.»(Biharul-Ənvar, c. 72, səh. 235, hədis 2 )
    1572. Kiçik yalan.
    5461. Allahın Peyğəmbəri (s): «Yalançılıq üçün sənə hər eşitdiyini danışmaq yetər.»(Tənbihul-Xəvatir, c. 2, səh. 122 )
    5462. Allahın Peyğəmbəri (s) («Bizlərdən birimiz nəyəsə meylimiz olsa və istəmədiyini desə, bu yalan sayılırmı?» deyə soruşan Əsma bint Yəzidə cavabından): «Yalan, elə yalan olaraq yazılır. Hətta kiçik yalan olsa belə, kiçik yalan kimi yazılır.»(Ət-Tərğib vət-Tərhib, c. 3, səh. 597, hədis 32 )
    5463. Abdulla ibn Amir: «Bir gün Allahın Peyğəmbəri (s) bizim evimizdə oturmuşdu. Anam məni çağırıb dedi: «Gəl, sənə bir şey verim.» Allahın Peyğəmbəri ona buyurdu: «Ona nə vermək istəyirsən?» Ərz etdi: «Ona bir xurma vermək istəyirəm.» Allahın Peyğəmbəri (s) anama buyurdu: «Bil ki, ona heç nə verməsən, sənin ayağına yalan yazılacaq.»(Ət-Tərğib vət-Tərhib, c. 3, səh. 598, hədis 34 )
    1573. Yalanın nəticəsi.
    Quran:
    «Allah israfçını və yalan danışanı doğru yola yönəltməz.»(Ğafir, 28 )
    «Nəticədə, Allaha verdikləri vədə xilaf çıxmalarının və danışdıqları yalanların cəzası olaraq Ona qovuşacaqları günə qədər ürəklərində nifaqın təsirlərini saxlayacaqdır.»(Tovbə, 77 )
    Hədis:
    5464. Allahın Peyğəmbəri (s): «Yalan üzüqaralıq gətirər.»(Ət-Tərğib vət-Tərhib, c. 3, səh. 596, hədis 28 )
    5465. Allahın Peyğəmbəri (s): «Yalan ruzini azaldar.»(Ət-Tərğib vət-Tərhib, c. 3, səh. 596, hədis 29 )
    5466. İmam Əli (ə): «Yalanın nəticəsi dünyada xarlıq, axirətdə isə əzabdır.»(Ğurərul-hikəm, hədis 4640 )
    5467. İmam Əli (ə): «Çox yalan danışmaq dini puç edər, günahı isə böyüdər.»(Ğurərul-hikəm, hədis 7123 )
    5468. İmam Əli (ə): «Yalan nifaqla nəticələnər.»(Ğurərul-hikəm, hədis 1181 )
    5469. İmam Əli (ə): «Yalan danışan kimsə öz mürvətini puç edər.»(Ğurərul-hikəm, hədis 7794 )
    5470. İmam Əli (ə): «Yalançı kimi tanınana etimad azalar, yalan deməkdən çəkinənin sözlərinə inanılar.»(Ğurərul-hikəm, hədis (8888+9181) )
    5471. İmam Əli (ə): «Yalançı öz yalanları ilə üç şeyi qazanar: özünə qarşı Allahın qəzəbi, camaatın təhqir dolu baxışlarını və mələklərin ona qarşı düşmənçiliyini.»(Ğurərul-hikəm, hədis 11039 )
    5472. İmam Əli (ə): «Yalana aludə olmaq yoxsulluq gətirər.»(Biharul-Ənvar, c. 72, səh. 261, hədis 36 )
    5473. İmam Əli (ə): «Yalan danışma ki, böyüklüyünü itirərsən.»(Biharul-Ənvar, c. 72, səh. 192, hədis 8 )
    5474. İmam Əli (ə): «İnsan yalan danışar və ona görə də gecə namazından məhrum olar.»(Biharul-Ənvar, c. 72, səh. 260, hədis 29 )
    5475. İmam Əli (ə): «Allahın yalançıların əleyhinə etdiyi köməklərdən biri də unutqanlıqdır.(«Yalançının yaddaşı olmaz» ifadəsi də bu mənada işlənir.  )»(əl-Kafi, c. 2, səh. 341, hədis 15 )
    1574. Ən murdar yalan.
    Quran:
    «Camaatı nadanlıqlarına görə azdırmaq üçün Allah barədə yalan sözlər danışandan daha zalım kimdir?»(Ənam, 144 )
    «Allah barədə yalan danışanları qiyamət günündə üzüqara görərsən. Cəhənnəm təkəbbürlülərin yeri deyilmi?»(Zumər, 60 )
    Hədis:
    5476. İmam Əli (ə):«Məndən sonra, tezliklə ruzigarınız elə olacaq ki, hə¬min zəmanədə heç nə haqq qədər gizlin, batil qədər aşkar və Allah, pey¬ğəmbər haqda yalan danışmaq qədər geniş yayılmış bir şey olmayacaq»(Nəhcül-Bəlağə, xütbə 147 )
    5477. İmam Əli (ə): «Allaha and olsun! Səmadan yerə çırpılmağım və ya quşun məni oğurlaması Allahın Peyğəmbəri (s) haqda yalan danışmaqdan mənə daha xoşdur.»(Qurbul-əsnad, səh. 133, hədis 466 )
    5478. İmam Sadiq (ə): «Bir yalan oruc tutanın orucunu batil edər.» Əbu Bəsir deyir: «Ərz etdim ki, bizlərdən hansı belə iş görmür? (gün ərzində yalan danışmır)» Həzrət buyurdu: «Məqsəd sənin fikirləşdiyin kimi deyil. Burada Allah, peyğəmbər və imamlar (salavatullah əleyh və əleyhim) haqda yalan demək nəzərdə tutulur.»(əl-Kafi, c. 2, səh. 340, hədis 9)
    5479. İmam Sadiq (ə): «Allah və onun peyğəmbəri haqda yalan danışmaq böyük günahlardandır.»(əl-Kafi, c. 2, səh. 339, hədis 5 )
    1575. Yalana icazə verilən hallar.
    5480. İmam Sadiq (ə): «İki haldan başqa yalan pislənmişdir: Zalımların şərini uzaqlaşdırmaq və camaatı barışdırmaq.»(Biharul-Ənvar, c. 72, səh. 263, hədis 48 )
    5481. İmam Sadiq (ə): «Söz üç növdür: doğru, yalan və camaatı barışdıran.»(əl-Kafi, c. 2, səh. 341, hədis 16 )
    5482. İmam Sadiq (ə): «(müsəlmanların münasibətlərini) İslah edən yalançı sayılmaz.»(əl-Kafi, c. 2, səh. 210, hədis 5 )
    1576. Toriyə.
    Quran:
    «Sonra ulduzlara baxıb dedi: Mən naxoşlamışam.»(Saffat, 88-99 )
    «Dedi: (yox) Böyükləri bu işi görüb. Əgər danışa bilirlərsə, onlardan soruşun.»(Ənbiya, 63 )
    Hədis:
    5483. Allahın Peyğəmbəri (s): «Həqiqətən, üstüörtülü sözlərdə elə zərifliklər var ki, ağıllı insanı yalan danışmaqdan azad edər.»(Kənzul-Ummal, hədis 8253 )
    5484. İmam Sadiq (ə) («Bir nəfər, bir kişinin evinə gəlib onu çağırır. An-caq həmin kişi kənizinə deyir: De ki, burada yoxdur.» Bunun hökmü necədir? deyə soruşan Abdulla ibn Bukeyrə cavabından): «Eybi yoxdur. Bu yalan deyil.»(Müstətrəfatul Sərair, səh. 137, hədis 1 )
    1577. Yalana qulaq asmaq.
    Quran:
    «Bəzi yəhudilər qulaq asarlar ki, səni təkzib etmək üçün (bəhanə) tapsınlar.»(Maidə, 41 )
    Hədis:
    5485. İmam Əli (ə): «Azğınları öz qulaqlarınıza hakim etməyin.»(Nəhcül-Bəlağə, məktub 10 )
    5486. İmam Sadiq (ə) («Başqalarına istinadən və rəvayət danışanların sözlərinə qulaq asmaq rəvadırmı?» sualına verdiyi cavabdan): «Kim danışana qulaq asarsa, ona bəndəlik etmiş olar. Əgər natiq Allahdan danışarsa (eşidən) Allaha ibadət etmişdir. Danışan iblisin sözünü danışarsa, o (eşidən) iblisə ibadət etmişdir.»(Biharul-Ənvar, c. 72, səh. 264, hədis 1)
    343 Böyüklük
    1578. Böyüklük.
    5487. Allahın Peyğəmbəri (s): «İnsanın böyüklüyü onun dinindədir.»(Musnəd İbn Hənbəl, c. 3, səh. 292, hədis 8782 )
    5488. İmam Əli (ə): «Hər kim özünü kəramətli bilsə, nəfsani istəkləri nəzərində alçalar.»(Biharul-Ənvar, c. 78, səh. 13, hədis 71 )
    5489. İmam Əli (ə): «Əhd-peymanlara vəfalı olmaq böyüklük¬dən¬dir.»(Biharul-Ənvar, c. 77, səh. 209, hədis 1 )
    5490. İmam Əli (ə): «Özünü böyüklüyə məcbur etmək necə də gözəl xüsusiyyətdir.»(Biharul-Ənvar, c. 77, səh. 211, hədis 1 )
    5491. İmam Həsən (ə): «Böyüklük könüllü olaraq yaxşılıq etmək, verməyi istəməyindən daha çox olmaqdır.»(Biharul-Ənvar, c. 44, səh. 89, hədis 2 )
    5492. İmam Sadiq (ə): «Üç şey insanın böyüklüyünün göstəricisidir: gözəl əxlaq, qəzəbini udmaq və gözü saxlamaq.»(Tuhəful-uqul, səh. 319 )
    1579. Böyük insan.
    5493. Allahın Peyğəmbəri (s): «Allah böyükdür və böyüklüyü sevər.»(Kənzul-Ummal, hədis 15991 )
    5494. İmam Əli (ə): «Böyük odur ki, öz simasının kəramətini odun xarlığından qorusun.»(Biharul-Ənvar, c. 78, səh. 82, hədis 82)
    5495. İmam Əli (ə): «Böyük insan özünü bilməməzliyə vurar və (üzdə) aldanar.»(Ğurərul-Hikəm, hədis 446 )
    5496. İmam Əli (ə): «Böyük insan vəd verərsə, ona vəfalı olar, kimsəni qorxudanda isə keçər.»(Ğurərul-Hikəm, hədis 1528 )
    5497. İmam Səccad (ə): «Kəramətli insan öz bəxşişi ilə öyünər, ləim isə öz var-dövlətilə nazlanar.»(əd-Durrətul-bahirə, səh. 27 )
    1580. Böyük insanların əxlaqından.
    Quran:
    «O şəxslər ki, yalan yerə şahidlik etməz, faydasız, boş şeylə rastlaşdıqda böyüklüklə onun yanından keçərlər.»(Furqan, 72 )
    5498. Allahın Peyğəmbəri (s) («İnsanların ən istəklisi olmaq istəyirəm» deyən kişiyə cavabından):–«Heç vaxt Allahdan camaata şikayət etmə ki, insanların ən sevimlisi olasan.»(Kənzul-Ummal, hədis 44154 )
    5499. İmam Əli (ə): «İxlas və birüzlülük böyük insanların, xalis olmamaq və xəyanət isə alçaq insanların xislətindəndir.»(Ğurərul-Hikəm, hədis 1298, 1299 )
    5500. İmam Əli (ə): «Əfv və güzəştdə tələskənlik böyük insanların, intiqama tələsmək isə alçaqların xislətindəndir.»(Ğurərul-Hikəm, hədis 1566, 1567 )
    5501. İmam Əli (ə): «Yaxşı əməllərə və ehsana tələsmək böyük insanlara məxsusdur.»(Ğurərul-Hikəm, hədis 7353 )
    5502. İmam Əli (ə): «Böyük insanların yolu bağışlamaqdır.»(Ğurərul-Hikəm, hədis 5558 )
    5503. İmam Əli (ə): «Böyük insanların cəzası alçaqların güzəştindən yaxşıdır.»(Ğurərul-Hikəm, hədis 6324 )
    5504. İmam Əli (ə): «İnsanların böyüklüyə və bağışlanmağa ən layiqlisi odur ki, bağışlayan və kərəm sahibi insanlar onunla tanınsın.»(Nəhcül-Bəlağə, hikmət 436 )
    5505. İmam Əli (ə): «Pisliyə yaxşılıqla cavab verməyən böyük insanlardan deyil.»(Ğurərul-Hikəm, hədis 8958 )
    5506. İmam Həsən (ə): «Öz yaxşılıqlarını sayan, öz bağışlanmağını aradan aparmışdır.»(Biharul-Ənvar, c. 78, səh. 113, hədis 7)
    1581. Kərim insanlara hörmətə həvəsləndirmək.
    5507. Allahın Peyğəmbəri (s): «Hər bir gövmün böyüklərini əziz tutun.»(Biharul-Ənvar, c. 46, səh. 15, hədis 33 )
    1582. Əziz tutmaq.
    5508. Allahın Peyğəmbəri (s) (Balınca söykənmişdi və Salman içəri daxil oldu. Peyğəmbər balıncı ona verib buyurdu): «Ey Salman! Elə bir müsəlman yoxdur ki, müsəlman qardaşını görməyə getsin və ev sahibi ona hörmət olaraq balınc qoyduqda, Allah ev sahibini bağışlamasın.»(Biharul-Ənvar, c. 16, səh. 235, hədis 35 )
    5509. Allahın Peyğəmbəri (s): «Üç nəfərə hörmət qoymaq Allahın əzəmətinə hörmət qoymaqdır: saç-saqqalını İslamın yolunda ağardanlara, ədalətli rəhbərə və nə ifrata varan, nə də Qurandan (ona əməl etməkdən) uzaqlaşan hafizi Qurana.»(Biharul-Ənvar, c. 92, səh. 184, hədis 21 )
    5510. Allahın Peyğəmbəri (s): «Öz qardaşına hörmət qoyan, əslində Allahına hörmət qoymuşdur.»(Kənzul-Ummal, hədis 25488 )
    5511. Allahın Peyğəmbəri (s): «Kimsə sizinlə görüşmək üçün içəri daxil olanda ona hörmət edin.»(Kənzul-Ummal, hədis 25485 )
    5512. Allahın Peyğəmbəri (s): «Allaha və qiyamət gününə inanan, öz oturub-durduğu insana hörmət etməlidir.»(Kənzul-Ummal, hədis 25490 )
    5513. Allahın Peyğəmbəri (s): «Kimsə təmənnasız və qorxusuz bir kişinin (öz atına minməyi üçün) atının üzəngisini tutarsa, o bağışlanar.»(Kənzul-Ummal, hədis 25501 )
    5514. Allahın Peyğəmbəri (s): «Məclisə daxil olan bir növ çaşqınlığa düçar olur. Belə isə ona xoşgəldin deyib qarşılayın.»(Kənzul-Ummal, hədis 25499 )
    5515. Allahın Peyğəmbəri (s): «Yetimi əzizlə və qonşuna yaxşılıq et.»(Musnəd İbn Hənbəl, c. 5, səh. 281, hədis 15500 )
    5516. Allahın Peyğəmbəri (s): «Öz övladlarınızı əzizləyin və onlara yaxşı tərbiyə verin.»(Sünən İbn Macə, hədis 3671 )
    1583. İzzət və ehtiramın rədd olunması.
    5517. Allahın Peyğəmbəri (s): «Sizlərdən birinə ehtiram qoyulduqda onu rədd etməyin. Çünki hörmət və itaəti rədd etmək uzunqulağın işidir.»(Qurbul-əsnad, səh. 92, hədis 307 )
    5518. Allahın Peyğəmbəri (s): «İzzət və ehtiramı qəbul edin. Ən yaxşı ehtiram ətirdir. Həm ən yüngüldür, həm də ən ətirli.»(Biharul-Ənvar, c. 77, səh. 164, hədis 190 )
    5519. Allahın Peyğəmbəri (s): «İnsanın öz müsəlman qardaşına olan ehtiramından biri, onun hədiyyəsini qəbul etməsi, ya də əlində olan şeydən ona təklif və ya peşkəş etməsi, özünü zəhmətə salmasıdır.»(Nəvadir ər-Ravəndi, səh.11 )
    5520. İmam Hüseyn (ə): «Sənin verdiyini qəbul edən, bağışlanmaqda sənə kömək etmişdir.»(əd-Durrətul-bahirə, səh. 24 )
    1584. İnsanların ən əzizi.
    5521. Allahın Peyğəmbəri (s): «Məqsədim özünü öymək deyil. Ancaq mən öz Allahım üçün Adəm övladlarının ən əziziyəm.»(Sünən ət-Tirmizi, hədis 3610 )
    5522. Allahın Peyğəmbəri (s) («İnsanların ən əzizi olmaq istəyirəm» deyən ki¬şi¬yə cavabından): «Allahdan insanlara şikayət etmə ki, insanların ən əzizi olasan.»(Kənzul-Ummal, hədis 44154 )
    5523. İmam Əli (ə): «Təqva kimi alicənablıq və kəramət yoxdur.»(Nəhcül-Bəlağə, hikmət 113 )
    1585. Camaata hörmət, özünə hörmətdir.
    5524. İmam Əli (ə): «Kiməsə hörmət qoysan, əslində özünə hörmət etmiş, heysiyyatını onunla bəzəmisən. Buna görə də özünçün etdiyin hörmət və yaxşılıqdan ötrü başqalarından təşəkkür gözləmə.»(Ğurərul-Hikəm, hədis 3542 )
    5525. İmam Əli (ə): «Özünü yaxşı işlər görməyə və (camaatın) borc yükünü çiyninə çəkməyə öyrət ki, nəfsin şərafətini tapasan.»(Ğurərul-Hikəm, hədis 6232 )

    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1540 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024